... Bu gün dininizi sizin üçün kamil etdim,
    sizə olan nemətimi tamamladım və sizin üçün
    din olaraq islamı bəyənib seçdim ... [ Əl-Maidə, 3 ]

Əsas menü
ANA SƏHİFƏ

Xidmətlər
Azərislam barəsində dostuna xəbər ver
 
Son xəbərlərə yazıl
 

Statistika


Dost saytlar

Put k Koranu. Sayt Kuliyeva Elmira

Iravan.com


Yeniliklər
Sual-cavab arxivindən cavablanmış 312 sual.

  daha ətraflı

بسم الله الرحمن الرحيم

620. Nicat ()

SUAL: Esselamu eleykum!
men Qurani ezberlemey sertini baxdim indi ise size sualim odu ki!
Olarmi qurani oxuyasan. Ve ancaq 1 sureni nagil kimi deyesen

CAVAB: Və aleykumus-sələm.
Sualınızı daha aydın şəkildə açıqlamanızı xahiş edirik!
Xeyr, Quranı oxuyub yalnız bir surəni (namazda və s.) nağıl kimi demək olmaz.
Lakin Quranda olan Peyğəmbərlərin və onların qövmlərinin əhvəlatlarını kiməsə nağıl və ya hekayə şəklində söyləyə bilərsiniz.


619. RESHID MEMMEDOV (SUMQAYIT)

SUAL: SALAM ALEKUM QARDASH SIZE BELE BIR SUALIM VAR DUZGUNDURMU EVDEKILERDEN GIZDIN SURETDE BIR DUL QADINLA KEBINDE OLASAN
ETRAFLI YAZIN ALLAH RAZI OLSUN.

CAVAB: Və aleykumus-sələm.
Əgər valideynlər buna icazə vermirlərsə, onda onlardan gizli evlənmək yaxşı deyildir. Lakin sizin bu kəbininiz heç də haram sayılmır. Çünki, kişinin evlənməsi üçün onun vəlinin olması şərt deyildir. Kişi özü öz vəlisi ola bilər.
Siz bu işdə valideyinlər. tabe olmadığınıza görə məsuliyyət daşıyırsınız. Odur ki, bunu kimi dünyavi işlərdə valideyinə tabe olmaq daha yaxşı olardı.

618. mESEDI TURAL (BAKI)

SUAL: TEQLID NE DEMEKDIR

CAVAB: Əs-sələmu aleykum.
“Təqlid” lüğəti mənada yamsılama, oxşatma, bənzətmə deməkdir.
Dini terminə görə isə hər hansı bir elmli insanı özünə rəhbər tutub, yalnız onun dediklərinə tabe olmaq, özünü ona oxşatmaq deməkdir. İslam dininə görə isə bu cür əməl düzgün deyildir. Hər bir müsəlman özünü yalnız Peyğəmbərimizə (səllallahu aleyhi və səlləm) oxşatmalı və yalnız onun dediklərinə tabe olmalıdır. Çünki, bizə nümunə, örnək yalnız bizim Peyğəmbərimizdir (səllallahu aleyhi və səlləm). Uca Allah buyurur: “Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!” (əl-Əhzab surəsi 21-ci ayə).
Yuxarıda da qeyd etdik ki, biz yalnız Allaha və Onun Peyğəmbərinə (səllallahu aleyhi və səlləm) tabe olmalıyıq. Uca Allah buyurur: “Allaha və Peyğəmbərə itaət edin. Əgər (itaətdən) boyun qaçırsanız, bilin ki, Peyğəmbərimizin vəzifəsi yalnız açıq bir təbliğdir (Quranı açıq-aydın təbliğ etməkdir).” (əl-Maidə surəsi 92-ci ayə).
Əgər hər hansı bir elmli şəxs Allahın və Onun Peyğəmbərinin (səllallahu aleyhi və səlləm) dediklərini deyirsə onda onun dediklərində ona tabe olmalıyır. Lakinhəmin şəxsin dediyi Allahın və Peyğəmbərinin (səllallahu aleyhi və səlləm) dediklərinə ziddirsə onada ona tabe olmaq Allaha asi olmaq deməkdir.

617. M.Tural (baki)

SUAL: QUSLU NECE ALMAQ OLAR

CAVAB: Əs-sələmu aleykum.
Qüsl etməyın qaydası
Allah dərgahında qəbul olunan qüsl iki növdür:
1. Vacib qüsl. Yəni, niyyət edib bədənin hər yerinə su çatdırmaqla onu tərtibsiz (ardıcıllıq olmadan) yumaq. Bununla da bəndə boynunda olan vacibi ödəmiş hesab olunur.
2. Kamil qüsl. Yəni, niyyət etdikdən sonra [bismilləh] deyib əlləri yumaq. Sonra cinsiyyət üzvünü yumaq. Sonra dəstəmaz almaq. Sonra üç dəfə başa su töküb əl ilə onu saçların dibinə çatdırmaq. Sonra bədənin qalan yerini üç dəfə yumaq. Sonra isə ayaqları yumaq (Yəni, Peyğəmbərin (səllallahu aleyhi və səlləm) etdiyi kimi qüsl etmək).
Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, “Peyğəmbər (səllallahu aleyhi və səlləm) cənabət qüslü etdikdə əllərini yudu. Sonra sağ əli ilə sol əlinin üzərinə su töküb övrət yerini yudu. Sonra dəstəmaz aldı. Sonra üç dəfə başına su töküb əlləri ilə onu saçlarının dibinə çatdırdı. Sonra bədəninin qalan yerini yudu. Sonra isə ayaqlarını yudu.” (Bu hədisi Muslim rəvayət etmişdir).
Bədən üzvlərindən biri tənziflə sarınmış və ya gips qoyulmuş şəxs dəstamaz almaq və qüsl etmək istədikdə sağlam üzvləri yumalı, sarınmış xəstə üzvün üstünə isə məsh çəkməlidir. Əgər məsh etmək yaraya ziyan edərsə bu vaxt təyəmmüm etmək lazımdır.

616. SHEFAYET CEFEROVA (SUMQAYIT)

SUAL: SALAM ALEKUM
seyidlərin başqa insanlardan f'ərqi nededir?

CAVAB: Və aleykumus-sələm.
“Seyid” ərəb sözü olub cənab deməkdir və bunun İslam dini ilə heç bir əlaqəsi yoxdur. Odur ki, nə Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm), nə də ondan sora gələn səhabələrin dövründə İslam dinində belə bir titul olmamışdır. Lakin hal hazırkı dövrdə özlərini seyid adlandıran bir qrup insanlar bu cür adlardan istifadə edib bəzi avam insanlardan pul qopqrırlar. Həmin özlərini seyid adlandıran insanlar iddia edirlər ki, guya Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) nəslindəndir. Əgər biz kiçik Azərbaycan dövlətinə baxsaq görərik ki, əkəsr insanlar iddia edirlər ki, Peyğəmbərin (səllallahu aleyhi və səlləm) nəslindəndirlər.
Biz 6 il Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) şəhəri olan Mədinə şəhərində qaldıq, lakin bir nəfər də olsun belə özünə seyid deyən və Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) nəslindən olduğunu iddia edən şəxsə rast gəlmədik. Əgər Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) şəhərində belə bir insan tapmaq mümkün deyilsə, necə olur ki, Azərbaycanda belə insanlar doludur. Bir az düşünsək bunu daha yaxşı başa düşərik.
Bir şüyi də qeyd edək: Özlərini seyid adlandıran bu cür şəxslər, insanlardan nəzir yığmağa, dilənməyə və s. bu kimi Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) nəslinə yaraşmaz işlər görməyə başlayırlar. Axı Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) öz hədislərində demişdir ki, “Onun Nəslinə sədəqə yemək haramdır.” Bəs onda nə üçün bu özlərini seyid adlandıran şəxslər belə edirlər. Əlbəttə ki, ağıl sahibləri başa düşürlər ki, bunların hamısı pula görədir.

615. Rovshan (Baki)

SUAL: Men Ramazan ayi bashlayani namaz qilmaqa bashlamisham. Allah menim ve butun muselmanlarin namazlarini qebul etsin. Menim 39 yashim var.
Sual - Namaz qilmadiqim illerin ferz namazlarinin qezasini qila bileremmi? ( il erzinde her namazda 2 ferz namazi qilmaqla, 1 ile 2 ilin ferz namazlarini qilmish olurammi?)

CAVAB: Əs-sələmu aleykum.
Öncə qılınmayan namazla görə tövbə etmək kifayətdir. Həmin namazları sonradan qılmağa ehtiyac yoxdur. Çünki hər hansı bir şəxs öz günahlarını başa düşüb tövbə edərsə Allah onu bağışlayır.
Uca Allah bu barədə buyurur: “(Ya Rəsulum!) Kafir olanlara de: "Əgər onlar (öz küfrlərindən, Peyğəmbərə və möminlərə qarşı müharibədən) əl çəksələr, keçmişdəki günahları bağışlanar...” (əl-Ənfal surəsi 38-ci ayə).
Hətta insan öz etdiyi günahları başa düşüb ona tövbə edərsə uca Allah onun öncə etdiyi günahlarını savaba çevirər. Görün uca Allah necə də rəhimlidir və bağışlayandır. Uca Allah buyur: “Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayandır, rəhm edəndir!” (əl-Furqan surəsi 70-ci ayə).
Bu ayələr onu göstərir ki, tövbədən sonra Allah günahları bağışlayır. Odur ki, tövbə etdikdən sonra həmin namazları yenidən qılmağa ehtiyac yoxdur.
Həmçinin uca Allah heç vaxt bizim üçün çətinlik istəməz. Uca Allah buyurur: “…Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər...” (əl-Bəqərə surəsi 185-ci ayə).
Həmçinin Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) vaxtında İslamı yeni qəbul edən müsəlmanlar öncə qılmadıqları namzların qəzalarını qılmırdılar.

614. BAHAR (BAKI)

SUAL: GADINLAR HEYZ VAKTI, TUTA BILMEDIKLERI ORUC GEZA SAYILIRMI

CAVAB: Əs-sələmu aleykum.
Bəli, qadınlar heyz vaxtı tuta bilmədikləri orucların qəzalarını tutmalıdırlar. Lakin bunu namazlara şamil etmək olmaz. Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, “Biz heyzli olarkən orucu və namazı tərk edərdik. Sonra isə bizə yalnız orucun qəzasını tutmaq əmr olunardı.” (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir).

613. Namiq-Zeynalov (Baki seheri 9-cu-mikrorayon)

SUAL: Salam. Men size bir sual vermek isteyirem. Sizce vahabi olmaq duzgundur? Sualimi qebul etdiyiniz ucun sagolun. Allah razi olsun sizlerden ki, bele gozel bir site duzeltmisiniz. Sagolun

CAVAB: Və aleykumus-sələm.
Vahabi adlanan məzhəb yoxdur. Odur ki, kim özünü vahabi adlandırırsa o bununla səhv etmiş olur. Çünki, uca Allah insanları vahabi deyil, məhz müsəlman adlandırmışdır. Uca Allah buyurur: “(Ey möminlər!) Allah yolunda layiqincə cihad edin. O (Öz dini üçün) sizi seçdi və dində sizin üçün heç bir çətinlik yeri qoymadı - atanız İbrahimin dini (dinində olduğu) kimi. (Ey Muhəmməd ümməti!) Allah bundan (Quran nazil olmamışdan) əvvəl də, bunda (Quranda) da sizə müsəlman adını verdi ki, (qiyamət günü) Peyğəmbər (dinin təbliği, sizin ona iman gətirməyiniz, itaət etməyiniz barədə) sizə, siz də (əvvəlki peyğəmbərlərin Allahın hökmlərini öz ümmətlərinə çatdırdıqları halda) insanlara şahid olasınız. Elə isə (vaxtlı-vaxtında) namaz qılın, zəkat verin və Allaha sığının. (Allah) sizin ixtiyar sahibinizdir. O nə yaxşı ixtiyar sahibi, necə də gözəl imdada yetəndir!” (əl-Həcc surəsi 78-ci ayə).
Odur ki, özünü vahabi adlandırıb, belə bir təriqət yaratmaq düzgün deyildir. (Ümumiyyətlə belə bir təriqət yoxdur. Bu bəzi insanların müsəlmanları parçalamaq üçün uydurduqları addır.) Hər bir müsəlman haqq yolunu bilmək istəyirsə yalnız Allaha və Onun Peyğəmbərinin (səllallahu aleyhi və səlləm) SƏHİH hədislərinə tabe olmalıdır.
Bu barədə uca Allah Qurani Kərimdə bir çox ayələr nazil etmişdir. Uca Allah buyurur: “Allaha və Peyğəmbərə itaət edin. Əgər (itaətdən) boyun qaçırsanız, bilin ki, Peyğəmbərimizin vəzifəsi yalnız açıq bir təbliğdir (Quranı açıq-aydın təbliğ etməkdir).” (əl-Maidə surəsi 92-ci ayə).
Başqa bir ayədə isə belə buyurur: “Ey iman gətirənlər! Allaha itaət edin, Peyğəmbərə itaət edin və (şəkk-şübhə, riya, küfr və nifaq kimi şeylərlə) əməllərinizi puça çıxartmayın!” (Muhəmməd surəsi 33-cü ayə).
Lakin qeyd etmək istəyirəm ki, İslamın düşmənləri müsəlmanları parçalamaq üçün Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) adından bir çox yalan hədislər uydurmuşlar. Odur ki, kim Allaha və Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) yalnız səhih hədislərinə tabe olarsa haqq yolunu tapmış olar və Cənnətdə Allahın nemət verdiyi peyğəmbərləri, siddiqləri, şəhidləri və saleh insanlarlı ilə birgə olacaq.
Bu barədə uca Allah buyurur: “Allaha və Peyğəmbərə itaət edənlər (axirətdə) Allahın nemətlər verdiyi nəbilər (peyğəmbərlər), siddiqlər (tamamilə doğru danışanlar, etiqadı dürüst, peyğəmbərləri hamıdan əvvəl təsdiq edən şəxslər), şəhidlər və salehlərlə (yaxşı əməl sahibləriylə) bir yerdə olacaqlar. Onlar necə də gözəl yoldaşlardır!” (ən-Nisa surəsi 69-cu ayə).
Allahdan istəyirik ki, hamımızı Allaha və Peyğəmbərinə (səllallahu aleyhi və səlləm) itaət edənlərdən etsin! Amin!!!

612. ()

SUAL: xums nedir?

CAVAB: Əs-sələmu aleykum.
“Xums” lüğəti mənada beşdə-bir deməkdir.
İstilahi (Şər'i) mənada isə “Xums” kafirlərlə döyüş zamanı əldə edilən qənimətin beşdə-biri deməkdir. Bu zaman həmin qənimətin beşdə-biri Peyğəmbərə (səllallahu aleyhi və səlləm), onun qohum-əqrabasına və Peyğəmbərin (səllallahu aleyhi və səlləm) məsləhət bildiyi müsəlmanlara çatmalıdır. Qalan beşdə-dördü isə döyüşdə iştirak edən müsəlmanlar arasında bölünür. Uca Allah buyurur: “(Ey möminlər!) Əgər siz Allaha və haqla batilin ayırd edildiyi gün - iki dəstənin bir-birilə qarşılaşdığı gün (Bədr günü) bəndəmizə (Muhəmmədə) nazil etdiyimizə (ayələrə) iman gətirmisinizsə, bilin ki, ələ keçirdiyiniz hər hansı qənimətin beşdə biri Allahın, Peyğəmbərin, onun qohum-əqrəbasının, yetimlərin, yoxsulların və müsafirlərindir (pulu qurtarıb yolda qalan yolçularındır). Allah hər şeyə qadirdir!” (əl-Ənfal surəsi 41-ci ayə).

611. Elcin (Mingecevir)

SUAL: xahis edirik Namazin fezilti haqqinda izah eliyesiniz

CAVAB: Əs-sələmu aleykum.
Namazın bir çox fəzilətləri vardır. Onlardan bəzilərini qeyd edək:
1. Namaz insanı pis və çirkin əməllərdən çəkindirir: Uca Allah buyurur: “(Ya Rəsulum!) Quranda sənə vəhy olunanı oxu və (vaxtı-vaxtında) namaz qıl. Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər...” (əl-Ənkəbut surəsi 45-ci ayə).
2. Uca Allah namaz vasitəsi ilə insanın xırda günahlarını bağışlayır. Uca Allah buyurur: “(Ya Rəsulum!) Namazı gündüzün iki başında (günortadan əvvəl və sonra, yəni səhər, günorta və gün batan çağı və ya günün iki başında, yəni səhər-axşam) və gecənin (gündüzə yaxın) bəzi saatlarında (axşam və gecə vaxtı) qıl. Həqiqətən, (beş vaxt namaz kimi) yaxşı əməllər pis işləri (kiçik günahları) yuyub aparar.” (Hud surəsi 114-cü ayə).
3. İnsan namaz vasitəsi ilə Allahdan yardım diləyir. Uca Allah buyurur: “(Müsibət vaxtında) səbr etmək və namaz qılmaqla (Allahdan) kömək diləyin! Bu, ağır iş olsa da, (Allaha) itaət edənlər üçün ağır deyildir.” (əl-Bəqərə surəsi 45-ci ayə).
4. Namaz Allah dərgahında ən əfzəl əməldir. Səhabələr Peyğəmbərdən (səllallahu aleyhi və səlləm) soruşdular: “Hansı əməl daha əfzəldir?” O dedi: “Vaxtında qılınana namaz.” (BU hədisi Buxari və Muslim rəvayət etmişdir).
Allah bizi axıracan namaz qılanlardan etsin! Amin!!!

610. Metin (Axundo)

SUAL: Tirmizinin hansi kitabinda sehife, cild nechede Peygamberin eli bagli tutub qilmasi gosterlir?

CAVAB: Əs-sələmu aleykum.
Peyğəmbər (səllallahu aleyhi və səlləm) namaz qılarkən sağ əli sol əlinin üzərində olmaqla sinəsi üzərinə qoyardı. Bu barədə saysız hesabsız hədislər mövcuddur. Bu hədislərdən birini qeyd edək: Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) səhabəsi olan Vail ibn Həcər (Allah ondan razı olsun) rəvayət edir ki, “Peyğəmbər (səllallahu aleyhi və səlləm) namaz qıldıqda sağ əli sol əlinin üzərində olmaqla əllərini sinəsinin üzərinə qoyardı…” (Bu hədisi imam Əhməd “Müsnəd” əsərində 4/317-318 rəvayət etmişdir). Həmçinin Səhl ibn Sə'd (Allah ondan razı olsun) rəvayət edir ki, “Bizə əmr olundu ki, namazda sağ əli sol əlin üzərində olmaqla sinə üzərinə qoyaq.” (Bu hədisi də Buxari “Səhih” əsərində (2/262) rəvayət etmişdir, hədisin rəqəmi 740).
Namazda sağ əli sol əlin üzərində olmaqla sinə üzərinə qoymaq barəsində varid olan hədislərin hansı mənbələrdə rəvayət olunması:
- Əbu Davud “Sünən” əsəri (1/340), hədisin nömrəsi 1041;
- İbn Macə “Sünən” əsəri (1/266-300), hədisin nömrəsi 809, 929;
- Tirmizi “Sünən” əsəri “Namaz” fəsli “Namazda sağ əlin sol əl üzərində qoyulması” qismi, hədisin rəqəmi 252;
- Muslim “Səhih” əsəri (2/277);
- İbn Xuzeymə (1/243), hədisin nömrəsi 479;
- İbn Abdul Bərr “İstizkar” əsəri (6/194), hədisin nömrəsi 8574;
Ümumiyyətlə bu cür hədislər çoxdur.

609. sarxan quliyev (baki)

SUAL: men namaz qilmaq isdeyirem

CAVAB: Əs-sələmu aleykum.
Allah sizə bu gözəl əməli yerinə yetirməkdə kömək olsun! Amin!!!
Namaz qılmağı öyrənmək üçün saytımızın NAMAZ bölmündəki “Namazın təlimi” hissəsinə baxa bilərsiniz. Orada namaz qılmağın qaydaları göstərilmişdir.

608. kerimova tehmine (baki)

SUAL: Esselamun aleykum.men hicab baglamaq isteyirem,eslinde baglamisdim da.hicab barede her seyi bilirem "Nur"suresini de oxumusam . iki hefte evvel baglamisdim amma anam basima ele oyun acdiki,onlari yazmaq istemirem.cemi bir gun baglandim.menim qardaslarim da namaz qilirlar ABUBEKR mescidine gelirdiler.onlar indi esgerlikdedirler.ALLAHdan basqa mene arxa duran olmadi.bu veziyyetde men ne etmeliyem?Sizden mene bir meslehet vermeyinizi isteyirem.

CAVAB: Və aleykumus-sələm.
Müsəlman bacım, sizə nəsihət edə biləcəyim şeylər yalnız bunlardır.
Bu işdə valideynlərə tabe olmaq Allaha asi olmaq deməkdir. Çünki uca Allah sizə başınızı bağlamağı əmr edir, valideynlər isə bunu qadağan edir. Əgər bu işdə valideynlərə tabe olsanız Allaha asi olmuş olursunuz. Valideynlərə yalnız Allaha asi olmayan işlərdə tabe olmaq olar.
Uca Allah buyurur: “Biz insana ata-anasına (yaxşılıq etməyi, valideyninə yaxşı baxmağı, onlarla gözəl davranmağı) tövsiyə etdik. Anası onu (bətnində) çox zəif bir halda daşımışdı. (Uşağın süddən) kəsilməsi isə iki il ərzində olur. (Biz insana buyurduq: ) "Mənə və ata-anana şükür et. Axır dönüş Mənədir! Əgər (ata-anan) bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, (bu işdə) onlara itaət etmə. (Qalan) dünya işlərində onlarla gözəl keçin (onlara itaət et). Tövbə edib Mənə tərəf dönənlərin yolunu tut. Sonra (qiyamət günü) Mənim hüzuruma qayıdacaqsınız. Mən də (dünyada) nə etdiklərinizi (bir-bir) sizə xəbər verəcəyəm!” (Loğman surəsi 14, 15-ci ayələr).
Daha sonra nəsihətimiz budur ki, uca Allahdan bacardığınız qədər qorxun və Onun əmrlərini yerinə yetirməyə çalışın. Uca Allah öz kitabı Qurani Kərimdə belə buyurur: “Allahdan [Allahın əzabından] bacardığınız qədər qorxun.” (Ət-Təğabun surəsi 16-cı ayə).
Sonra isə sizə dini məsələlərdə yalnız uca Allahın və onun Peyğəmbərinin (səllallahu aleyhi və səlləm) əmrlərinə itaət etmənizi nəsihət edirik. Unutmayın ki, uca Allah Qurani Kərimdə belə buyurur: “Allaha itaət edin və Peyğəmbərə itaət edin, [Onlara qarşı çıxmaqdan] çəkinin. Əgər [itaətdən] boyun qaçırsanız, bilin ki, Peyğəmbərimizin vəzifəsi yalnız açıq bir təbliğdir [Quranı açıq-aydın təbliğ etməkdir]. “ (Əl-Maidə surəsi 92-ci ayə).
Başqa bir ayədə isə belə buyurur: “Hər kəs Allaha və Peyğəmbərinə itaət etməyib Onun sərhədlərini aşarsa, [Allah da] onu həmişəlik Cəhənnəmə daxil edər. Onu rüsvayedici əzab gözləyir.” (Ən-Nisa surəsi 14-cü ayə).
Uca Allah mömin qadınlara övrət yerlərini örtməyi əmr edərək belə buyurmuşdur: “Mömin qadınlara da de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər [naməhrəmə baxmasınlar], ayıb yerlərini [zinadan] qorusunlar [və ya örtülü saxlasınlar]; öz-özlüyündə görünən [əl, üz] istisna olmaqla, zinətlərini [zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə] göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər [boyunları və sinələri görünməsin]; zinət yerlərini ərlərindən, yaxud öz atalarından, yaxud ərlərinin atalarından [qayınatalarından], yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud öz qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz [müsəlman] qadınlarından, yaxud sahib olduqları [müşrik] cariyələrdən, yaxud kişiliyi qalmamış [onlarla birlikdə yemək yeyən] xidmətçilərdən, yaxud qadınların məhrəm yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri bəzək şeylərini [xalxallarını] göstərmək üçün ayaqlarını [yerə və ya bir-birinə] vurmasınlar. Ey mö’minlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız! [Mətləbinizə çatasınız!]” (Ən-Nur surəsi 31-ci ayə).
Əgər siz Allaha və Onun Peyğəmbərinə itaət etsəniz yəqin bilin ki, Cənnətdə Uca Allahın nemət verdiyi şəxslərlə birlikdə olacaqsınız. Uca Allah bu barədə belə buyurur: “Allaha və Peyğəmbərə itaət edənlər [axirətdə] Allahın nemətlər verdiyi nəbilər [peyğəmbərlər], siddiqlər [tamamilə doğru danışanlar, etiqadı dürüst, peyğəmbərləri hamıdan əvvəl təsdiq edən şəxslər], şəhidlər və salehlərlə [yaxşı əməl sahibləriylə] bir yerdə olacaqlar. Onlar necə də gözəl yoldaşlardır! Bu mükafat Allah tərəfindəndir. [Hər şeyi] bilən Allah [sizə] kifayət edər!” (Ən-Nisa surəsi 69, 70-ci ayələr).
Nəhayət sonuncu nəsihətimiz budur ki, Allahın əmrlərini yerinə yetirərək bu yolda başınıza gələn çətinliklərə səbr edin və bilin ki, uca Allah təkidlə and içərək xəbər vermişdir ki, səbr öz sahibi üçün daha xeyirlidir. Uca Allah buyurur: “Əgər səbr etsəniz, bu, səbr edənlər üçün daha xeyirlidir.” (Ən-Nəhl surəsi 126-cı ayə).
Uca Allah həmçinin Cəhənnəmdən xilas olaraq Cənnəti qazanmağı da yalnız səbr edənlərin [qarşılıqlı] mükafatı etmişdir. Bu barədə Allah təala buyurur: “Həqiqətən, Mən səbr etdiklərinə görə bu gün onları mükafatlandırdım. Onlar nicat tapanlar, uğura yetənlərdir!” (Əl-Muminun surəsi 111-ci ayə).
Allah sizə kömək olsun! Amin!!!

607. jla (baki)

SUAL: men bilmek isteyirem,bu gun ki gunde 2,3 arvad almaq ne qeder duzgundur?Birinci arvadin raziligi olmadan va ya ondan gizli 2 arvad almaq duzgundurmu?

CAVAB: Əs-sələmu aleykum.
Uca Allahın hökmü hər bir zamana aiddir. O cümlədən də 1, 2, 3 və ya 4 arvad almaq. Həmçinin birinci arvadın razılığı olmadan və ya ondan gizli 2, 3 və ya 4 arvad almaq olar.

606. Mirqadir Furqani (Baki)

SUAL: assalu aleykum.
"Quranda ayeler novbelesherek menaca biri iqtisadi ve digeri ise ilahi menada ishlenir. "
Bu fikir duzdurmu?

CAVAB: Və aleykumus-sələm.
Sualınızı daha aydın tərzdə yazmanızı xahiş edirik.
Qurani Kərimdə gələn ayələr bir neçə qismə bölünür:
- Şəriət hökmlərini açıqlayan ayələr.
- Bizdən öncə yaşamış Peyğəmbərlərin və onların qövlərinin hekayətləri.
- Mənası heç kəsə bəlli olmayan ayələr.

605. Mirqadir Furqani (Baki)

SUAL: Salam aleykum. Peygemberin bele hedisi ve ya buna oxshar hedisi varmi?
Cetinlik 10-dur onun 9-nu pul hell edir.
Allah razi olsun.

CAVAB: Və aleykums-sələm.
Xeyr, Peyğəmbərin (səllallahu aleyhi və səlləm) bu cür və ya buna bənzər heç bir hədisi yoxdur. Bu hədis uydurma (qondarma) hədisdir.
Allah sizdən də razı olsun.

604. sabuhi ismayilov (goycay)

SUAL: salam aleykum.neye gore secdeye gedende mehs birinci ayaqlari yox elleri qoyn\maq lazimdi?

CAVAB: Və aleykumus-sələm.
Səcdəyə gedərkən, öncə əlləri və ya ayaqları qoymaqda heç bir fərq yoxdur. Bunların hər ikisini edə bilərsiniz.

603. dunya novruzova zakir qizi (uea)

SUAL: islam dinine uygun olaraq qadin basini baglamali ? ve sonra basi aciq bir sekil cekdirse bu dogrumu yalnismi ? ve basi aciq vaxtlarda olan sekilerini kimse hansisa kisi xeylaqi ona yad olan gorse ne olar?
sonra qadin kimin yanida basini baglamalidi? qadin basqa kisiler ile elle goruse bu haramdi ya yox......

CAVAB: Əs-sələmu aleykum.
Bəli, islam dininə görə qadınlar əl və üz istisna olmaqla bütün bədənlərini örtməlidirlər. Yəni əl və üzdən başqa bədəninin heç bir hissəsini ona naməhrəm olan insanlara göstərməməlidirlər. Odur ki, başlarını da örtməlidirlər. Əgər bunu etməsələr uca Allaha asi olaraq günah etmiş olarlar. Çünki uca Allah üz və əldən başqa bədənin bütün hissəsini örtməyi əmr etmişdir. Uca Allah buyurur: “Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin);..” (ən-Nur surəsi 31-ci ayə).
Başqa bir ayədə isə belə buyurur: “Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin övrətlərinə de ki, (evdən çıxdıqda cariyələrə oxşamasınlar deyə, bədənlərini başdan-ayağa gizlədən) örtüklərini örtsünlər. Bu onların tanınması (cariyə deyil, azad qadın olduqlarının bilinməsi) və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhm edəndir!” (əl-Əhzab surəsi 59-cu ayə).
Şəkil çəkdirməyə gəlincə onu da qeyd edək ki, bu əməl haramdır. Ümumiyyətlə İslam dininə görə canlı (ruhu olan) şəkili çəkmək haramdır. Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Qiyamət günü Allah dərgahında ən şiddətli əzab şəkil çəkənlərə olacaqdır.” (Bu hədisi Buxari rəvayət etmişdir). Bu hədis onu göstərir ki, həm şəkil çəkmək, həm də çəkdirmək haramdır.
Lakin zəruri səbəblərə görə, məsələn: pasport, şəxsiyyət vəsiqəsi və bu kimi sənədlərin düzəlməsi üçün şəkil çəkdirmək olar. Həmçinin müsəlman qadın (əgər məcburidirsə) yalnız bu cür sənədlər üçün başı açıq şəkil çəkdirə bilər. Bu zaman günah həmin qadına deyil, onu bu cür şəkil çəkdirməyə məcbur edən şəxsə yazılır. Bundan qeyri səbəblər üçün isə şəkil çəkdirmək haramdır.
Qadının başı açıq şəklinə yad kişilərin baxması məsələsini iki qismə bölmək olar:
1. Əgər qadın başı açıq çəkdirdiyi şəkli zəruri səbəb olmadan çəkdiribsə, onda yad kişilər həmin şəkilə baxdığı zaman qadına da günah yazılır.
2. Əgər qadın başı açıq çəkdirdiyi şəkli zəruri səbəbdən çəkdiribsə və qadının ixtiyarı olmadan həmin şəkilə yad kişilər baxarlarsda onda həmin qadına günah yazılmır. Əgər yad kişilər həmin şəkilə qadının ixtiyarı ilə (məsələn: qadın həmin şəkili hər hansı bir yad kişiyə yadigar verir və s.) baxırlarsa, onda həmin qadına yenə də günah yazılır.
Qadın yalnız ona məhrəm olan şəxslərin yanında başı, boynu, qolları (dirsəyə qədər), ayaqları (dizə qədər) açıq gəzə bilər. Bu məhdudiyyət ər üçün yoxdur. Qarına məhrəm olan kişilər isə aşağıdakılardır: Qadının atası, əmisi, dayısı, doğma və ögey oğlu, əri, doğma və süd qardaşı, qız və oğul nəvəsi, qardaşının və bacısının oğlu, ata və atanın dayısı və əmisi, qayınata, kürəkən, babası (ata və ana tərəfdən).
Uca Allah buyurur: “(Ya Rəsulum!) Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin); zinət yerlərini ərlərindən, yaxud öz atalarından, yaxud ərlərinin atalarından (qayınatalarından), yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud öz qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahib olduqları (müşrik) cariyələrdən, yaxud kişiliyi qalmamış (onlarla birlikdə yemək yeyən) xidmətçilərdən, yaxud qadınların məhrəm yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri bəzək şeylərini (xalxallarını) göstərmək üçün ayaqlarını (yerə və ya bir-birinə) vurmasınlar. Ey möminlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız! (Mətləbinizə çatasınız!)” (ən-Nur surəsi 31-ci ayə).
Qadının ona naməhrəm olan kişilərlə əl ilə görüşməsi haramdır.

602. abdullah (Bakı. Abşeron.)

SUAL: əs-sələmu aleykum va rahmətullahi va bərakətuhu.
Məscidimizdə olan namaz vərəqini printerdən çıxartmaq istəyirəm əgər sizdə varsa mənim email
adresimə ALLAH rizası üçün göndərin gözləyirəm
əs-sələmu aleykum va rahmətullahi va bərakətuhu.

CAVAB: Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.
"NAMAZ" bölmünə gir və səhifənin lap yuxarı hissəsində hərəkət edən şəkilin üzərinə düyməni bas.
Orada hər şeyi görəcəksən.
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.

601. ALIYEV ELCIN (MINGECEVIR)

SUAL: Eziz qardaslar sizlere bir sualim var. Sizlerde istimina haqqinda her hansi bir delilli melumat var. Burada hem dini hemde elmi esaslar olmalidir.

CAVAB: Əs-sələmu aleykum.
Onanizmin (istimnanın) haram olması barəsində dəlillər:
- Qurani Kərimdən dəlillər: Uca Allah Qiyamət günü nicat tapan möminlərin sifətlərini xatırlayaraq “əl-Muminun surəsində belə buyurur:
5. O kəslər ki, ayıb yerlərini (zinadan) qoruyub saxlayarlar;
6. Ancaq zövcələri və cariyələri istisna olmaqla. Onlar (zövcələri və cariyələri ilə görəcəkləri bu işdən ötrü) qınanmazlar.
7. Bundan artığını isyəyənlər (halaldan harama addayaraq) həddi aşanlardır (Allahın əmrini pozanlardır).
Uca Allah qeyd etdi ki, bundan (yəni zövcə və cariyələrdən) artığını istəyənlər həddi aşanlardır. Məlumdur ki, onanizm də bunların (zövcə və cariyələrin) heç birindən deyil. Deməli bununla məşğul olan şəxs haram iş görməklə həddini aşmış olur. Uca Allah da həddini aşanları sevmir. Uca Allah buyurur: “Allah həddi aşanları sevməz!” (əl-Bəqərə surəsi 190-cı ayə).
Onanizmin haram olmasını göstərən başqa bir ayədə uca Allah belə deyir: “Evlənməyə qüvvəsi çatmayanlar (maddi imkanı olmayanlar) Allah öz lütfü ilə onlara dövlət verənə qədər iffətlərini qoruyub saxlasınlar...” (ən-Nur surəsi 33-cü ayə). Bu ayədə uca Allah evlənməyə gücü çatmayanlara özlərini qoruyub saxlamalarını və səbr etmələrini əmr etmişdir. Əgər istimna (onanizm) caiz olsa idi uca Allah evlənə bilməyənlər üçün onu caiz edərdi.
Başqa bir ayədə də uca Allah belə buyurur: “(Ya Rəsulum!) Mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini qorusunlar. Bu onlar üçün (ədəb-ərkan, təmizlik baxımından) daha yaxşıdır. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır!” (ən-Nur surəsi 30-cu ayə). Bu ayədə uca Allah möminlərə əmr edir ki, öz ayıb yerlərini haramdan qorusunlar. Bu ayə də onanizmin haram olmasına dəlalət edir.
- Hdislərdən dəlillər: Subay olanlar şəhvətlərini boğa bilmirlərsə dərhal evlənməlidirlər. Əgər evlənməyə imkanları yoxdursa onda oruc tutsunlar. Peyğəmbər (səllallahu aleyhi və səlləm) belə demişdir: “Ey cavanlar! Sizlərdən kimin evlənməyə gücü varsa evlənsin! Həqiqətən evlənmək gözü və övrət yerini (zinadan) qoruyur. Kim də evlənməyi bacarmırsa qoy oruc tutsun! Çünki oruc onun üçün qoruyucudur.” (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir).
Bu hədisdə Peyğəmbər (səllallahu aleyhi və səlləm) evlənə bilməyənlərə oruc tutmalarını nəsihət etmişdir. Çünki, insan oruc vasitəsi ilə haram şeylərdən, o cümlədən də zinadan və onanizmdən uzaq olur. Əgər onanizm caiz olsa idi onda Peyğəmbərimiz evlənə bilməyənlərə onu caiz buyurardı. Peyğəmbərimizin evlənə bilməyənlərə yalnız oruc tutmalarını nəsihət etməsi onu göstərir ki, onanizm haramdır.
Həmçinin onanizmlə məşğul olan şəxslər onu da düşünsünlər ki, Allah onları harada olurlarsa-olsunlar görür. Bu etdikləri əmələ görə Allahdan utansınlar. Axı Allah onların etdikləri əməllərdən xəbərdardır.

600. enes (istanbul)

SUAL: salamu aleykum.axi namazda olan zikirleri her nemaz erkaninda mes;secde,ruku ves.-de bildiklerinin hamisini deye bilersenmi?yoxsa her defasinda birini demek lazimdi.cezeku allahu xeyran

CAVAB: Və aleykumus-sələm.
Namazın hər bir hərəkətinin öz zikrləri vardır. Məsələn: Rukunun öz zikrləri, səcdənin öz zikrləri və s. Əgər rukuda deyilən zikrlərin hamısını bilirsənsə onda həmin zikirlərin hamısını ruku zamanı deyə bilərsən. Həmçinin səcdədə deyilən zikrlərin hamısını bilirsənsə onda həmin zikrlərin hamısını səcdə zamanı deyə bilərsən. Başqa hərəkətlərdə də bu cür edə bilərsən.
Lakin səcdəyə xas olan zikrləri rukuda və ya əksinə rukuya xas olan zikrləri səcdədə deyə bilməzsən. Həmçinin o bir hərəkətlərdə deyilən zikirlər də bunu kimidir.
Allah sizi də xeyirlə mükafatlandırsın! Amin!!!

599. abdulkahhar qasimov (baki)

SUAL: sizce islamda elmsiz bir sexs kimise tekfir ede bilermi? tekfirde bidet eden bu sexslere salam aleykum dusurmu? onlarin arxasinda namaz qilmaq olarmi? bele fikirlesirler ki cume mescidinin imami kafirdir. ona kafir demiyen her bir sexs de kafirdir. bu onlarin fikiridir.Allah rizassi ucun elm ehli fetva versin

CAVAB: Əs-sələmu aleykum.
Xeyr, elmsiz olan səxs heç kəsə kafir deyə bilməz. Həmin şəxslər yalnız alimlərin kafir hesab etdikləri şəxslərə kafir deyə bilərlər.
Təkfirdə bu bid'ətlərə yol verən şəxslərə öncə hüccət qaldırılmalı, sonra isə onlar haqqı qəbul etməsələr onlardan salam kəsilir. Həmçinin bu cür şəxslər əsassız yerə müsəlman bir kimsəni kafir sayırlarsa, onda onlara yenə hüccət qaldırılır və bu hüccətdən sonra haqqı qəbul etməsələr onların arxasında namaz qılmaq olmaz.
Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Əgər bir şəxs öz qardaşına kafir deyərsə onlardan biri mütləq kafir olur.” (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir). Bu hədis onu göstərir ki, müsəlmana kafir deyən şəxsin özü kafir olur. Odur ki, elmsiz olaraq təkfir məsələləri ilə məşğul olan şəxslər buna görə Qiyamət günü Allahın qarşısında cavab verəcəklər. Əgər kafir dedikləri şəxsin kafir olduğunu sübut edə bilməsələr onları şiddətli əzab gözləyir. Çünki, bu şəxslər kiməsə kafir deməklə Allahın həmin şəxsi əbədi olaraq Cəhənnəmə atacağına hökm vermiş olurlar. Allahın adından da hökm verən şəxsləri şiddətli əzab gözləyir.
Həmçinin cümə məscidinin imamını kafir hesab edənlər də sanki onun barəsində qərar çıxartmışlar ki, Allah onu əbədi Cəhənnəmə atacaq. Məgər bu şəxslər yəqinliklə bilirlər ki, Allah cümə məscidinin imamını əbədi Cəhənnəmə atacaq!? Şeytan onları bu cür fikirlərlə haqq yoldan azdırır. Allah onlara hidayə versin! Amin!!!

598. AbdulXaliq (Baki)

SUAL: Salam aleykum ve rahmatullah ve berekatu..
sual 1- kecendefeki sualda futbola baxmaq olar yazmishdiniz,axi ordaki oyuncular mehrem yerlerini aciq qoyullar,mhrem yere baxmaq haramdi sef elemiremse..
sual 2- bilirem ki,qadina,qiza baxmaq gozun zinasidir.bes televizorda xeberlerde,kinoda,verlishlerde qadin aparicilar olur,indi ona baxmaq haramdi?eger yox niye gore delil nedi?
sual 3- deyirler ki Muhammed s.a.s ferz namazlardan sonra Estafurullah deyerdi,sunnet namazlarinda demirdi,bu dogrudurmu?
sual 4- evlenmek isdediyin bir baciyla tel danishmaq olar?yaxindan tanimaq ucun,cunku ne bilirsen hicabi neye gore baglayib,belkem hec namazda qilmir!umumiyyetle nece icaze verir sheriyyet isdediyin qadini yaxindan tanimaq ucun,..Aile qurduqdan sonra problemmler cixmasin, Meselen,men quraana qulaq asanda-qadin deyecek sesini al bashim agriyir,hicabi herden acim ureyim sixilir, ve sayre buna benzer hallar... Yeni qadinin imanli olub olmamasi haqqinda nece yaxindan oyrenmek olar...Xaish edirem daha etrafli yazasiniz cunku bu sual bir cox qardashlari narahat edir..:ALLAH BIZLERE shehid olmagi qismet itsin.INshAllah...salam aleykum va rahmatullah ve brekatu:)

CAVAB: Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.
1. Kişilərin budu (göstərilməsi qadağan olunan) övrət yerindən sayılmır. Odur ki, onu açmaq caizdir. Həmçinin futbol zamanı da bu cür insanlara baxmaq olar.
2. Bəli, kinoda, televiziyada və s. bu kimi yerlərdə göstərilən övrət yerləri (o cümlədən başı) açıq olan qadınlara baxmaq qadağandır.
3. Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) namazdan sonra “Əstəğfurullah” deməsi ümumi olaraq gəlmişdir. Odur ki, bu həm fərz, həm də sünnə namazlarına şamil edilir. “Əstəğfurullah” sözünün sünnə namazlarından sonra deyilməməyinə dair heç bir hədis olmadığı üçün bu hökm ümumiliyində qalır.
4. Naməhrəm qadınla telefon vasitəsi ilə danışmaq günahdır, o cümlədən də evlənmək istədiyiniz qadınla. Siz həmin qadını yaxından tanımaq üçn ya ananız, ya da bacınız vasitəsi ilə ona bəzi sölər çatdıra bilərsiniz. Həmçinin həmin qızın xasiyyətini sizə məhrəm olan hər hansı bir qadının vasitəsi ilə öyrənə bilərsiniz. İslam dini evlənmək istədiyiniz qadına yalnız bir dəfə (nikahdan öncə) baxmağa icazə verir. Bu zaman həmin qadına gizlicə baxmaq daha yaxşı olardı. Həmçinin həmin qadına öz evlərində gəzdiyi adi şəkildə də (yəni, həmin qadın ata anasının qarşısında geyindiyi paltarda, başı açıq şəkildə də) baxa bilərsiniz.
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.

597. Abdul-Qaim (baki)

SUAL: Siyge Haqqinda mukunse yeni quranda aciq askar var
nisa 24 xais edirem bu sualima deqiq cavab veresiz

CAVAB: Əs-sələmu aleykum.
Uca Allah bu ayədə belə buyurur: “...İstifadə (yaxınlıq) etdiyiniz qadınların mehrlərini lazımi qaydada verin! Mehr müəyyən edildikdən sonra aranızda razılaşdığınız şeydən ötrü sizə heç bir günah yazılmaz. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!”
Bu ayədə uca Allah siğənin deyil, əksinə evlənmənin qaydasını açıqlayır. Çünki, uca Allah bu ayədə buyurur ki, onların mehrlərini verin. Mehr də yalnız daimi evləndiyin qadına verilir. Bu ayəni həmçinin ondan sonra gələn ayə də tamamilə açıqlayır. Sonrakı ayəyə (ən-Nisa, 25) bax! Orada da ( أجورهن ءاتوهن ) sözü istifadə edilir, özü də əvvəlki ayədə olduğu kimi mehr mənasında. Uca Allah buyurur: “Namusunu qoruyan, zinakarlıq etməyən və aşna saxlamayan qadınlardırsa, onlarla sahiblərinin icazəsi ilə nikah edin və mehrlərini [şəriətə] müvafiq qaydada verin!”
Diqqət et! Bu ayədə uca Allah: ( فانكحوهن ) “onlarla nikah edin” və ( و ءاتوهن أجورهن ) “mehrlərini verin” - deyir. Bizə də məlumdur ki, nikah daimi olur, siğə isə müvəqqəti olur. Odur ki, 25-ci ayədə uca Allah nikah edin buyurdu. Yəni müvəqqəti deyil, əksinə daimi evlənin. Həmçinin bizə məlumdur ki, mehr yalnız daimi nikahda verilir. Müvəqqəti nikahda verilən isə mehr adlanmır. Uca Allah da 24-cü ayədə mehz “mehrlərini verin” buyurur.
Bir də ki, gərək bu cür məsələlərdə Təbərinin, Qurtubinin, ibn Kəsirin və s. məşhur təfsir alimlərinin kitablarına baxmalıyıq. Həmçinin onların bu ayəni necə izah etdiklərini, başda raşidi xəlifələr olmaqla əksər səhabələrin bu fikirdə olmadığını qeyd etməliyik. Məşhur təfsir alimləri də, həmçinin başda raşidi xəlifələr olmaqla əksər səhabələr də bu ayənin təfsirində uca Allahın daimi nikahı qəsd etdiyini açıqlamışlar.
Onu da nəzərinizə çatdıraq ki, bu əməl islamın əvvəllərində rüxsət verilmiş və bunu yalnız iradəsi möhkəm olmayanlar etmişlər. Şərab kimi. Bir dənə də olsa dəlil göstərə bilərsinizmi ki, Məhəmməd (səllallahu aleyhi və səlləm), Əbu Bəkr (Allah onlardan razı olsun), Ömər (Allah onlardan razı olsun), Osman (Allah onlardan razı olsun) və Əli (Allah onlardan razı olsun) rüxsət verilərkən siğə etmişlər? Məgər onlar Allahın buyuruqlarını dərhal yerinə yetirənlər olmamışlarmı?
Həmçinin siğənin sonradan qadağan olunması barəsində Əli (Allah onlardan razı olsun) demişdir: “Peyğəmbər (səllallahu aleyhi və səlləm) Xeybər günü siğəni və ev eşşəyinin ətini yeməyi haram etdi!”
Əhli sünnə mənbələrində (“Səhihul Buxari” 5115; “Səhih Muslim” 3417)
Şiyə mənbələrində (Tusinin “əl-İstibsar” əsəri 3-cü cild, səh. 142; Amilinin “Vəsailuş-Şiə”, 21-ci cild, səh. 12)
Cəfər əs-Sadiqdən siğə barədə soruşduqda demişdir: (عندنا إلا الفواجر ما تفعله) “Bizim aramızda bunu ancaq günahkarlar edər!” (Məclisinin “Biharul Ənvar” əsəri 100-cü cild, səh. 318 )
Bizə elə gəlir ki, sizin bu rəvayətlərdən məlumatlarınız yoxdur.
Allah hamımızı haqqı eşidib dərhal ona tabe olanlardan etsin! Amin!!!

596. Rufet_33 (Baki)

SUAL: Salam. Mugeddes ramazanda fitreni adam basi ne geder vermek lazimdir?

CAVAB: Və aleykumus-sələm.
Fitrə zəkatı Ramazan ayının son iki günündən başlayaraq bayram namazına qədər kasıblara verilməlidir. Bu zəkat un, xurma, kişmiş, düyü, buğda və başqa bu kimi ərzaq məhsullarından verilir. Bu zəkatın miqdarı adam başı təqribən 2,5 kiloqramdır.

595. Muistafa (Baki)

SUAL: Salam, men bilmek iterdim ki
Bezi ayelerde gosterilen elif, lam, mim ne demekdir?Allah Sizden razi olsun!

CAVAB: Və aleykumus-sələm.
Buların hər biri ərəb əlifbasının bir hərfidir. Lakin bunun mənasını uca Allahdan başqa heç kəs bilmir.
Allah sizdən də razı olsun!

594. tehmine kerimova (baki)

SUAL: Salamu aleykum.Size bele 1 sualim var.Men namazlarimi bacimla birlikde camaat qiliram.Sunnet namazlarini camaat qilmaq olar?Diger sualim ise,eyni sayda ruketi olan muxtelif namazlari heresini oz niyyetine gore bacimla beraber camaat qila bilerem?yoxsa niyyetlerimiz ayri oldugundan ayri-ayri qilmaliyiq?
Evvelceden tesekkur edirem.Allah sizden razi olsun.

CAVAB: Və aleykumus-sələm.
1. Xeyr, sünnə (ratibə) namazlarını cammatla qılmaq olmaz.
2. Bəli, bacınızla bərabər müxtəlif niyyətlərdə camaat namazı qıla bilərsiniz.
Allah sizdən də razı olsun!

593. Konul (Baki)

SUAL: Salam.Men bir-nece gun once bir verilishe baxmisham.Orada dindar bir qadin haqqinda verilish idi.Sehv etmiremse adi Yasemen idi.O deyirdi ki, Peyğəmbərimizle (səllallahu aleyhi və səlləm) sohbet edir ve hemchinin kimin ne problemlemleri varsa onun telefon nomreleri de, adi da ona melekler vasitesi ile chatdirilir. Biz bele sheylerle rastlashdiqda onlara inanaq yoxsa yox.Meni narahat eden suala cavab vermeyinizi xahish edirem.Allah sizlerden razi olsun!

CAVAB: Və aleykumus-sələm.
Bu cür insanlar şeytan və onların dostlarıdırlar. Çünki, ölü ilə (qəbrdə olan) heç kəs danışa bilməz və ona heç nə eşitdirə bilməz. Uca Allah buyurur: “Dirilərlə ölülər də eyni deyillər! Şübhəsiz ki, Allah dilədiyinə eşitdirər. Sən isə (ya Peyğəmbər!) qəbirlərdə olanlara (haqqı) eşitdirən deyilsən!” (Fatir surəsi 22-ci ayə).
Bu ayə onu göstərir ki, heç kəs qəbrlərdə olanlara heç nə eşitdirə bilməz. Hətta Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) də qəbrlərdə olanlara heç nə eşitdirə bilmirdi. Hamıya da məlumdur ki, Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) də vəfat etmiş və hal-hazırda qəbr həyatındadır. Onun ölümünü heç kəs inkar edə bilməz. Uca Allah buyurur: “(Ya Peyğəmbər!) Şübhəsiz ki, sən də öləcəksən, onlar da öləcəklər!” (əz-Zumər surəsi 30-cu ayə).
Bu ayə onu göstərir ki, Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) də adi insanlar kimi artıq vəfat etmişdir və onun fəvatından sonra heç bir insan ona bir söz eşitdirə bilməz. Çünki, öncə qeyd etdiyimiz ayədə deyilir ki, qəbrlərdə olanlara heç nə eşitdirmək mümkün deyil. Elə isə adını çəkdiyiniz Yasəmən adlı yalançı və fırıldaqçı qadın hansı əsasla Peyğəımbərimizlə (səllallahu aleyhi və səlləm) danışdığını iddia edə bilər.
Biz onu deyə bilərik ki, o yalnız özü kimi şeytanlarla və cinlələrlə danışır. Həmçinin problemləri olan insanların telefon nörələri və adları ona mələklər vasitəsi ilə deyil, əksinə cinlər və şeytanlar vasitəsi ilə çatdırılır. Çünki şeytanlar daima onun kimi qadınların və kişilərin qulaqlarına pıçıldamaq vasitəsi ilə bəzi məlumatlar çatdırırlar. Uca Allah buyurur: “Həqiqətən, (Cahiliyyət dövründə) bəzi insanlar bir para cinlərə pənah aparır, bununla da onların təkəbbürünü (azğınlığını) artırırdılar (cinlər özləri haqqında çox böyük fikirlərə düşürdülər).” (əl-Cinn surəsi 6-cı ayə).
Başqa bir ayədə isə uca Allah belə buyurur: “Beləcə, Biz hər peyğəmbər üçün insan və cin şeytanlarından düşmənlər yaratdıq. Onlar (biri digərini) aldatmaq məqsədilə bir-birinə təmtəraqlı (zahirən gözəl, daxilən çirkin) sözlər təlqin edərlər. Əgər Rəbbin istəsəydi, onlar bunu etməzdilər. Onları uydurduqları yalanlarla birlikdə boşla getsinlər! (İnsanlardan və cinlərdən olan şeytanlar bu təmtəraqlı sözləri) axirətə inanmayanların ürəkləri onlara meyl etsin, onlar ondan (həmin sözlərdən) xoşlansınlar və gördükləri çirkin işləri bir daha görsünlər (deyə, təlqin edərlər). (əl-Ənam surəsi 112-ci və 113-cü ayələr).
Digər bir ayədə də belə buyurur: “(Allah insanları və cinləri) toplayacağı gün (qiyamət günü) belə buyuracaq: "Ey cin tayfası, artıq insanların bir çoxunu yoldan çıxartdınız". Onların (cinlərin) insanlardan olan dostları deyəcəklər: "Ey Rəbbimiz! Biz bir-birimizdən bəhrələndik və bizim üçün müəyyən etdiyin əcəlimiz gəlib çatdı!" (Allah) buyuracaq: "Sizin düşəcəyiniz yer atəşdir. Allahın istədiyi (vaxt və ya sonradan islamı qəbul edib nicat tapan kimsələr) istisna olmaqla, siz orada həmişəlik qalacaqsınız!" Şübhəsiz ki, Rəbbin hikmət, elm sahibidir!” (əl-Ənam surəsi 128-ci ayə).
Allah bu cür fırıldaqçı cinləri və insanları bu dünyada da, axirətdə də rüsvay etsin və onların layiqli cəzalarını versin! Amin!!!

592. elchin azagov (baki)

SUAL: Menim evvelki sualima cavab verdiyiniz uchun chox sag olun.Novbeti sualim.
Məscidi ne vaxt sokmek olar?
Cavabiniza gore sag olun.

CAVAB: Əs-sələmu aleykum.
Əgər həmin məscidin yerində yeni bir məscid tikiləcəksə onda köhnə məscidi sökmək olar. Həmçinin məscid qəbirin üzərində tikilibsə onda həmin məscidi söküb bir az aralıda tikmək lazımdır. (Əgər məscidin içinə sonradan qəbir basdırılıbsa onda məscid yerində qalır və həmin qəbir məsciddən çıxarılır).

591. babayeva gulnur (baki)

SUAL: salam aleykum. nisanli olanda nisanlin seni öpürse o günahdirmi. əgər günahdirsa ona necə başa salim.

CAVAB: Və aleykumus-sələm.
Əgər sizin kəbininiz yoxdursa onda bu cür hərəkətlər hər ikinizə də haramdır. Yalnız kəbin kəsdirdikdən sonra bu cür hərəkətlər etmək olar. Odur ki, nişanlınızdan tələb edin ki, sizinlə kəbin kəsdirsin. Kəbin aşağıdakı qaydada olur:
1) İştirak edənlər: Qızın vəlisi, oğlanın vəlisi, iki şahid və qazı (kəbini kəsən şəxs). Əgər bu şəxslərdən biri olmazsa nikah səhih sayılmır.
2) Kəbinin kəsilmə qaydası: Xutbətul-həca (Peyğəmbərin (səllallahu aleyhi və səlləm) cümə xütbəsinə və ya sözə başladıqda oxuduğu dua) oxunur, sonra qızın vəlisindən “Qızını həmin oğlana verməyinə razı olması” barəsində soruşulur və şahidlər buna şahid olurlar, sonra oğlanın vəlisindən “Bunu (qızı oğlana almasını) qəbul etməsi barəsində” sorusulur və şahidlər buna şahiq olurlar. Beləliklə kəbin mərasimi sona yetir.
Allah bütün xəta edən müsəlmanların günahlarını bağışlasın! Amin!!!

 1  2  3  4  5  6  7  8  10  11  12  13  14  15  16  17  18  19  20  21  22  23  24  25  26  27  28  29

Mustəqil Islam saytı. Materiallardan istifadə etdikdə istinad vacibdir. Sayt 1422-ci (2001) hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət gostərir. e-mail: mail@azerislam.com. ICQ #99931111