... Bu gün dininizi sizin üçün kamil etdim,
    sizə olan nemətimi tamamladım və sizin üçün
    din olaraq islamı bəyənib seçdim ... [ Əl-Maidə, 3 ]

Əsas menü
ANA SƏHİFƏ

Xidmətlər
Azərislam barəsində dostuna xəbər ver
 
Son xəbərlərə yazıl
 

Statistika


Dost saytlar

Put k Koranu. Sayt Kuliyeva Elmira

Iravan.com


Yeniliklər
Sual-cavab arxivindən cavablanmış 312 sual.

  daha ətraflı

بسم الله الرحمن الرحيم

320. Anar (Sankt-peterburq)

SUAL: eger yanimda kimse siqaret cekse onda orucum pozular? Sankt-peterburq seherinde neceden-neceye kimi tutmaq lazimdir? mene etrafli melumat vermeyiniz xais olunur. Ramazan ayi ile hamini tebrik edirem. ALLAH sizin butun niyyetlerinizi qebul elesin icindede menimkini. SAGOLUN.

CAVAB: Əgər yanınızda siqaret çəkən varsa və sizin də həmin yerdən uzaqlaşmaq imkanınız olduğu halda orada qalıb siqaretin tüstüsünü udursunuzsa orucunuz pozulur.
Sank-peterburq şəhərinin oruc vaxtları belədir:
Noyabr.....sübh namazı .........................məğrib namazı
1...................7:01...........................................6:03
2...................7:03...........................................6:01
3...................7:05...........................................6:58
4...................7:07...........................................6:56
5...................7:09...........................................6:53
6...................7:11...........................................6:51
7...................7:13...........................................6:48
8...................7:15...........................................6:46
9...................7:17...........................................6:44
10.................7:19...........................................6:41
11.................7:21...........................................6:39
12.................7:23...........................................6:37
13.................7:25...........................................6:35
Sübh namazının vaxtından Məğdib namazının vaxtına qədər heç bi şey yemək olmaz.
Allah sizin oruclarınızı qəbul etsin! Amin!!!


320. Ilgar (Baki)

SUAL: Salam aleykum

Biz Azerb-da istehsal olunmush toyuqlari ala bilarikmi? Reklamlarda deyilir ki bu toyuqlar Musalman qaydasi ile kesilmish ve halaldi. Ancaq manda buna shubha var. Na etmali?

CAVAB: Və aleykumus-sələm. Əgər toyuğun İslam qaydası ilə kəsilməsini deyən şəxs etibarlı və müsəlmandırsa onda onu yemək olar. Əks halda isə şübhəlilərdən çəkinmək lazımdır. Peyğəmbərimiz demişdir: “...Kim şübhəlilərdən çəkinərsə dinini və namusunu qorumuş olar....” (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir).

319. Resul Z.X. (BAKI)

SUAL: SALAM ALEYKUMA. Dinde musiqi haramdir? Bes biz yolla gederken musiqi eshidirikse bu bize gunahdirmi ve ya haramdirmi? ALLAH RAZI OLSUN!!!!!

CAVAB: Və aleykumus-sələm. Bəli, dində musiqi haramdır. Musiqinin haram olmasına dair quran ayələri isə aşağıdakılardır:
1. Uca Allah Qurani Kərində şeytana bel deyir: “Onlardan kimi bacarırsansa, səsinlə yerindən oynat...” (əl-İsra surəsi 64-cü ayə).
2. Həmçinin musiqi barəsində uca Allah başqa bir ayədə belə buyurur: “İnsanlar içərisində eləsi də vardır ki, nadanlığı üzündən (xalqı) Allah yolundan döndərmək və bu minvalla onu məsxərəyə qoymaq üçün mənasız sözləri satın alarlar. Məhz belələrini alçaldıcı bir əzab gözləyir.” (Loğman surəsi 6-cı ayə).
Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) səhabəsi olan İbn Məsud (Allah ondan razı olsun) bu ayələri təfsir etdikdə Allaha təkidlə and içərək belə demişdir: “Allaha and olsun ki uca Allah bu ayələrdə (şeytanın səsi və mənasız sözlər dedikdə) musiqini qəsd edir.”
Lakin biz yolla gedərkən musiqi səsi ilə rastlaşırıqsa dərhal oradan uzaqlaşmaq lazımdır. Əks halda isə günah yazılır.
Allah sizdən də razı olsun!!!

318. CELILOV YAQUB (BAKI)

SUAL: her hansi bir meclise gedende namazin qezasini nece qilmaq olar?mumkunse namazin saatlarini gondere bilersinizmi?

CAVAB: Heç bir zəruri səbəb olmadan namazı qəzaya vermək olmaz. Əgər belə bir hal olubsa Allahdan bağışlanma diləyin. Əgər üzrlü səbəbdən namazı qəza edirsinizsə, onda qəza namazı elə həmin namazın qılındığı kimi qılınır.
Namazın vaxtlarını bilmək üçün saytımızda “Namaz” bölmündə yerləşən “Namaz təqvimi” nissəsinə nəzər sala bilərsiniz.

316. shahin (baki)

SUAL: Sige zamani arzuolunmaz ushaq olarsa onun aqibeti nece olacaqdir. Umumiyyetle sige duzgundur ya, yox.
Sige haqqinda melumat almaq ucun men hansi web sayta muraciet ede bilerem.

CAVAB: Siğə haqqında ətraflı məlumat almaq üçün saytımızın “Forum” bölümündəki “Qaynar mövzular” qisminin “Müzakirəsi başa çatmış mövzular” hissəsinə nəzər sala bilərsiniz. Siz bu hissədə “Müvəqqəti nikah və ya siğə nədir” mövzusuna nəzər salmaqla siğə haqqında geniş məlumat ala bilərsiniz.
Qeyd: Bu mövzu 5 səhifədən ibarətdir. Siz bütün səhifələrə nəzər salsanız siğə barəsində geniş məlumat ala bilərsiniz.


315. H Elvin ( Baki)

SUAL: salam men bilmek isteyirem oruclu olaraq saca sac kre mi vurmaq olar?? birde saatlarin cekilen gecesi bilmemisem kohne vaxda oruc tutdum menim orucum pozulmush sayilmir cavabi qisa za manda gozleyirem sagolun allah butun oruc tutanlarin arucunu qebul elesin

CAVAB: Və aleykumus-sələm. Oruc ola-ola saça krem vurmaq olar. Bunun oruca heç bir təsiri yoxdur.
Orucu köhnə vaxtla bilməyərəkdən tutmusunuzsa həmin oruc səhihdir. Çünki bilməyərəkdən edilənləri uca Allah bağışlayır. Bu xüsusda Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: “Həqiqətən, Allah mənim ümmətimə bilməyərəkdən, unutqanlıqdan və məcburiyyət qarşısında etdiklərini bağışlamışdır.” (Bu hədisi İbn Macə rəvayət etmişdir). Allah Ramazan ayında edilən ibadətlərimizi qəbul etsin! Amin!!!

314. Nicat Aliyev (Baki)

SUAL: Her vaxtiniz xeyir. Bele deyirler ki, 2-ci mertebeden yuxari yashamaq gunahdir.Bu ne derecede dogrudur? Evvelceden teshekkur edirem

CAVAB: Əs-sələmu aleykum. Xeyr ikinci mərtəbədən yuxarıda yaşamaq günah deyildir. Odur ki bunun günah olduğunu iddia etmək, heç bir dəlil və sübut olmadan Allahın və Peyğəmbərinin (səllallahu aleyhi və səlləm) adından yalan danışmaqdır. Uca Allah buyurur: “Diliniz yalana vərdiş etdiyi üçün (dəlilsiz-sübutsuz): "Bu halaldır,o haramdır!" - deməyin, çünki (bununla) Allaha iftira yaxmış olursunuz. Allaha iftira yaxanlar (axirət əzabından) nicat tapmazlar!” (ən-Nəhl surəsi 116-cı ayə).

313. feyzullayev vidadi (baki)

SUAL: qedir gecesi ne vaxt olacaq

CAVAB: Əs-sələmu aleykum. Qədr gecəsi Ramazan ayının son on gününün tək günlərindən birinə təsadüf edir. (Yəni 21, 23, 25, 27 və ya 29-cu gecələrindən birinə). Odur ki, siz Ramazan ayının 20-sindən 21-nə keçən gecədən başlayaraq bu tərzdə həmin gecələrdə oyaq qalıb ibadətlə məşğul ola bilərsiniz.

312. raul karimov (gandja)

SUAL: SaLam aleykum.qardasa is taklif olunub amma saqqala gora goturmurlar qirxsin getsin yoxsa getmasin? kabin kasildikdan sonra toya qadar qiz oz evinda 1vaya2il qala bilarmi? kisi namazda sahv edarsa qadin onu duzalda bilarmi?Assalamu aleykum!

CAVAB: Və aleykumus-sələm.
1. İşə görə saqqalı qırxmaq olmaz.
2. Bəli, kəbindən sonra qadın öz evində istənilən qədər qala bilər.
3. Qadın kişinin səhv etdiyini əllərini bir-birinə vurmaq vasitəsi ilə bildirə bilər.

311. Haci-Xayal (Baki-Keshle)

SUAL: Bismillahir-Rehmanir_Rehim
Assalamu aleykum eziz muelman baci ve qaradshlarim sizi evvala Mubarek "Ramazan"bayrami munasibeti ile tebrik edirem!!!
sizden cox-cox xasih edirem menim sualima cavab veresiniz!!!"qiyametden elamet varmi"?varsa hansilardi?Vessalamu aleykum!!!

CAVAB: Və aleykumus-sələm. Biz də sizi Mübarək Ramazan bayramı münasibəti ilə əvvəlcədən təbrik edirik.
Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) hədislərinin birində Qiyamətin kiçik əlamətlərindən bəzilərini belə xatırlamışdır: “... (Vaxt gələcək) qul qadın öz ağasını dünyaya gətirəcək, körəcəksiniz ki ayaqyalın, çılpaq, kasıb qoyun otaran çobanlar hündür binalar tikməkdə bir-biri ilə yarışacaqlar....” (Bu hədisi Muslim rəvayət etmişdir).
Ümumiyyətlə Qiyamətin kiçik əlamətləri çoxdur. Bu barədə Azərbaycan dilində kitab vardır ki, onu oxusaz kifayət edər. Həmin kitabı “Muslim shop” dükanından əldə edə bilərsiniz. Bu dükan bir çox yerlərdə fəaliyyət göstərir. Nərimanov rayonunda “Cümə” məscidinin həyətində, beş mərtəbələr tərəfdə (Xarici İşlər Nazirliyi ilə üzbəüz) və s.

310. Allahverdiyeva Turkane (Baki)

SUAL: esselamun aleykum menim qardaslarim.size bir sual vermek isteyirem.menim yeni haqqa gelmis bir qardasim var.o quran oxuyur.ve orda basa dusmediyi ayeler var.EL BEQERE suresinde 178,180,194,196-ci ayeleri o basa dusmeyib ve menden onun menalarini sorusdu.men ise size muraciet etmeyi lazim bildim.xahis edirem onlarin Azerbaycanca izahini en yaxin zamanda mene yazasiniz.sebirsizlikle gozleyirem.
Allah sizden razi olsun

CAVAB: Və aleykumus-sələm.
1. Uca Allah buyurur: “Ey iman gətirənlər! [Qəsdən] öldürülənlərə görə qisas almaq sizə vacib edildi. Azad kəsə görə azad olandan, köləyə görə kölədən, qadına görə qadından [qisas alın]! O, qardaşı [ölənin varisləri] tərəfindən bir şeylə [qanbahası müqabilində] əfv olunarsa, [onda qatillə] yaxşı rəftar olunmalı [ondan qanbahasını insafla tələb etməli], [qatil isə qanbahısını] ona yaxşılıqla [gecikdirmədən və əskiltmədən] ödəməlidir. Bu, [sizin üçün] Rəbbiniz tərəfindən bir yüngülləşdirmə və mərhəmətdir. Bundan sonra kim həddi aşarsa, onun üçün üzücü bir əzab vardır.” (əl-Bəqərə surəsi 178-ci ayə).
Uca Allah bu ayədə qəsdən adam öldürənin cəzasının necə olacağını müsəlmanlara bəyan etmişdir. Yəni qəsdən adam öldürənin hökmü ölümdür. Lakin bu hökmü qazı (yəni hakim) təyin etməli və onun tərəfindən də icra olunmalıdır. Fərdi şəxsin belə bir hökmü təyin etməyə və onu özü icra etməyə ixtiyarı yoxdur.
Bu ayə həmçinin onu göstərir ki, azad bir insan digər azad bir insanı öldürərsə buna görə qatilin ölüm hökmüdür. (Əgər azad insan bir qulu öldürərsə qatilin hökmü ölüm hökmü deyildir, o yalnız qanbahası verir.) Eləcə də qadın qadını (və ya qadın kişini, ya da kişi qadını) öldürərsə, qatilin hökmü ölüm hökmüdür. Habelə qul qulu öldürərsə qatilin hökmü ölüm hökmüdür. Bir şeyi yenə nəzərinizə çatdırıram ki, bunu yalnız hakim təyin edir və o icra edir. Əgər hər kəs özü qisas alsa idi hər yerdə fitnə-fəsad olardı.
Bu ayə onu da göstərir ki, ölənin varisləri istər qatilin ölümünü tələb edər, istər də qatili bağışlayaraq ondan ölüm hökmünü götürüb əvəzində qanbahası ala bilərlər. Varislərin qatili bağışlayıb qanbahası almaları daha yaxşı iş olardı. Həmçinin ölənin varisləri qanbahası aldıqda gərək onu həddən artıq çox tələb etməsinlər.
2. Uca Allah buyurur: “Sizlərdən bir kəsə ölüm gəldiyi zaman, xeyir [mal-dövlət] qoyub gedərsə, [bu mal-dövlətdən – onun üçdə birindən çox olmamaq şərtilə] valideynlərə və yaxın qohumlara vəsiyyət etmək sizə vacib edilmişdir. [Bu,] müttəqilər üçün bir borcdur.” (əl-Bəqərə surəsi 180-ci ayə).
Hər bir şəxs öldükdə özündən sonra miras qoyub gedir. Bu miras siə həmin şəxsin varisləri arasında Allahın və Peyğəmbərinin (səllallahu aleyhi və səlləm) buyurduğu kimi bölünməlidir. Bu ayə onu göstərir ki, ölüm anında olan şəxs öz mal-dövlətinin yalnız üçdə-birinə qədərini yaxınlarından hər hansı birinə vəsiyyət edə bilər. Çünki, onun qoyub gedəcəyi var-dövlətin hamısı varislərin haqqıdır. Odur ki o, varislərin bu haqqından yalnız üçdə-birinə qədərini istədiyi bir səxsə vəsiyyət edə bilər. Üçdə-birindən artığını vəsiyyə edə bilməz.
3. Uca Allah buyurur: “Haram ay haram ayın qarşılığıdır [haram ayda sizin müşriklərlə vuruşmağınız, haram ayda onların sizə qarşı vuruşmasının cəzasıdır]. Haram edilənlər [onları pozmaq] qarşılıqlıdır. Hər kim sizə qarşı təcavüz edərsə, siz də ona qarşı onun təcavüz etdiyi kimi təcavüz edin. Allahdan qorxun və bilin ki, Allah müttəqilərlədir.” (əl-Bəqərə surəsi 194-cü ayə).
Müşriklər haram ayında müsəlmanlarla vuruşduqlarına görə, (və ya haram ayında olan Hudeybiyyə sülhündə müsəlmanlara əziyyət veriklərinə görə) müsəlmanlar da onlarla haram ayında vuruşdular. Uca Allah da bu ayə vasitəsilə müsəlmanlara təskinlik verir ki, onların haram ayında müşriklərlə vururşmaları müşriklərin haram ayında onlara qarşı etdiklərinin qarşılığıdır. Yəni (haram ayında olmasına baxmayaraq) müsəlmanların etdikləri bu əməl günah deyildir.
4. Uca Allah buyurur: “Allah üçün həcc və ümrəni tam yerinə yetirin. Əgər siz [hər hansı bir səbəblə] saxlanılarsınızsa, müyəssər olan bir qurbanlıq [verin]. Qurbanlıq öz yerinə çatana qədər başınızı qırxmayın. Sizlərdən xəstə olan və ya başından [bitlərdən və s.] əziyyət çəkən varsa [başını qırxsın, sonra isə] fidyə [əvəz] olaraq ya oruc tutmalı, ya sədəqə verməli, ya da qurban kəsməlidir. Siz [əngəl törədən səbəblərin olmamasına] əmin olduğunuz zaman, hər kim ümrə ilə [ümrəni bitirdikdən sonra ihramda qadağan olan şeylərdən] həccə qədər zövq alarsa, [həccin «təməttü» növündə] müyəssər olan bir qurbanlıq [versin]. Hər kim [qurbanlıq] tapmasa, həcc əsnasında üç, [vətənə] qayıtdıqda isə yeddi gün oruc tutsun. Bu da tam on gündür. Bu, ailəsi Məscidul-Həramda yaşamayanlara aiddir. Allahdan qorxun və bilin ki, Allahın cəzalandırması şiddətlidir.” (əl-Bəqərə surəsi 196-cı ayə).
Hər hansı bir şəxs həcc və ya ümrə ziyarətinə gedərkən yolda tutulub saxlanılarsa (yəni tutulduqdan sonra artıq bu ziyarətləri başa çatdırmaq imkanı yoxdur) və ya bu ziyarətlərə getməyə mane olarlarsa ya da yarı yolda xəstələnib bu səbəbdən həmin ziyarətləri tamamlamağa qadir olmazsa onda həmin şəxs həcc ziyarətini niyyət etmişdirsə qurban bayramına kimi ehramda qalır, sonra (yuxarıda qeyd olunan səbəblərdən bu ziyarəti tamamlamasa da belə) qurban bayramı günü qurbanını gəsib başını qırxdırır və sonra da ehramdan çıxır. Kimin də həccdə qurban kəsməyə imkanı yoxdursa onun əvəzinə, 3 gün həcc vaxtı, 7 gün isə həccdən qayıtdıqdan sonra oruc tutsun. “Təməttü” həcci edib qurban kəsmək Məkkə əhlinə aid deyildir.
Bu ayə həm də onu göstərir ki, əgər kiminsə başında yara varsa başını qırxdıra bilər. Həmçinin o xəstədirsə və başını qırxdırmaq ona fayda verəcəksə başını qırxdıra bilər. Lakin bunun əvəzində həmin şəxs fidyə olaraq ya 3 gün oruc tutmalı, ya 6 miskin yedizdirməli, ya da qurban kəsməlidir.


309. Aynur (Ganga)

SUAL: Dinlə bağlı sizin tövsiyyələrinizi eşitmək mənim üçün xoş olardı.

CAVAB: Əs-sələmu aleykum. Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) demişdir ki, müsəlmanın müsəlman üzərində beş haqqı var. Salam verdikdə salamını almaq, xəstələndikdə ziyarət etmək, öldükdə cənazəsinin ardınca getmək, nəsihət istədikdə nəsihət vermək, dəvət etdikdə dəvətinə cavab vermək.
Bu hədisə riayət edərək biz də sizə və bütün müsəlmanlara nəsihətimiz budur ki, istər dini məsələlərdə, istər də dünyavi məsələlərdə Allaha (yəni Onun kitabına) və Onun rəsuluna (yəni rəsulunun hədislərinə) müraciət edin.
Uca Allah buyurur: “Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar (əmr) sahiblərinə itaət edin! Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin! Bu daha xeyirli və nəticə etibarilə daha yaxşıdır.” (ən-Nisa surəsi 59-cu ayə).
Kim Allaha və peyğəmbərinə tabe olarsa Cənnətdə Allahın nemət verdiyi şəxsləri ilə birgə olacaqdır. Uca Allah buyurur: “Allaha və Peyğəmbərə itaət edənlər (axirətdə) Allahın nemətlər verdiyi nəbilər (peyğəmbərlər), siddiqlər (tamamilə doğru danışanlar, etiqadı dürüst, peyğəmbərləri hamıdan əvvəl təsdiq edən şəxslər), şəhidlər və salehlərlə (yaxşı əməl sahibləriylə) bir yerdə olacaqlar. Onlar necə də gözəl yoldaşlardır!” (ən-Nisa surəsi 69-cu ayə).
Allahdan istəyirik ki, bütün müsəlmanları haqqı eşidib ona tabe olanlardan etsin! Amun!!!

308. ELVIN (BAKI)

SUAL: selamualeykum qaedash! bir hedis eshidmishem ramazanin ilk 10 ikinci 10ve son 10 dunu haqqinda hedis var men bu tam bilmek isteyirem

CAVAB: Və aleykumus-sələm. Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) demişdir: “...Ramazan ayının əvvəli rəhmət, ortası məğfirət, sonu isə Cəhənnəmdən xilas olmaqdır...” (Bu hədisi İbn Xuzeymə, Beyhaqi və başqaları rəvayət etmişdir).

307. Farid Huseinov (Lankaran)

SUAL: assalamualeykum ve rahmatullahi ve barakatuh.
Bildiyime gore insan olenden sonra ruh bedenden cixib *qebr evi*ne gedir ve cezasini alan orada muveqqeti de olsa oz cezasini cekir.
Onda bele cixir ki,bizim yasadigimiz bu dunyada ruh yoxdur,yoxsa...?
salamualeykum.

CAVAB: Və aleykumus-sələm və rahmətullahi və bərakətuhu. Biz ruh barəsində yalnız uca Allahın və Peyğəmbərimizin dedilərini deyə bilərik. Hədislərdə qeyd olunur ki, kafir insanın həm ruhu, həm də bədəni qəbr həyatında əzab çəkir. Möminin ruhu və bədəni isə qəbr həyatında nemət içində olur. Lakin bunların keyfiyyəti bizə məlum deyildir. Şəhidlərin ruhunu isə yaşıl quşların içində Cənnətdə dolaşırlar ...
Ruhlar barəsində bizə başqa bir şey məlum olmadığı üçün bu barədə elmsiz olaraq bəzi fərziyyələr söyləmək düzgün deyildir.
Uca Allah buyurur: “(Ya Rəsulum!) Səndən ruh haqqında soruşarlar. De: "Ruh Rəbbimin əmrindədir. (Allahın əmri ilə yaradılmışdır). Sizə (bu barədə) yalnız cüzi (az) bir bilik verilmişdir!” (əl-İsra surəsi 85-ci ayə).
Uca Allah bizi haqqı eşidib ona iman gətirənlərdən etsin! Amin!!!

306. SHIRIN (Sumqayit)

SUAL: Salam! Mene görə vaxt itirdiyinizə görə Sizə böyük minnətdarlığımı bildirirəm. Allah hər kəsə öz əməllərinə görə versin! Sizə bir neçə sualla müraciət etmək istəyirəm. Artıq 2 ildir ki, namaz qılıram. Bu son aylarda mən namaz qılarkən tet-tez səhv edirəm(çaşıram). İstərdim ki, mənə düzgün yol göstərəsiniz. Bilmək istərdim ki, namaz qılarkən səhvim olarsa, namazı davam etdirməliyəm, əksinə yenidən başlamalıyam, yoxsa qəzasını qılmalıyam. İfadəmə görə üzr istəyirəm, 2-ci sualım belədir ki, ərlə –arvad bir yerdə – bir otaqda namaz qıla bilərmi? Qabaqcadan minnətdarlığımı bildirirəm.Çox sağ olun!

CAVAB: Və aleykumus-sələm. Namazda edilən əməllər üç qismə bölünür:
Birinci: Namazın ruknları; Bunlar aşağıdakılardır:
1. Qiyam (namazı ayaq üstə qılmaq);
2. Təkbirlə (Allahu əkbər deməklə) namaza başlamaq;
3. Hər rək'ətdə Fatihə surəsini oxumaq;
4. Rüku etmək;
5. Rukudan qalxıb dikəlmək;
6. Səcdə etmək;
7. Səcdədən qalxıb oturmaq (yalnız iki səcdə arasında);
8. Bu hərəkətləri (rahatlıqla) tələsmədən etmək;
9. Axırıncı rək'ətdə təşəhhüd demək üçün oturmaq;
10. Axırıncı rək'ətdə təşəhhüdü oxumaq;
11. Bu hərəkətləri tərtiblə (ardıcıllıqla) etmək;
12. Salam ilə namazı tamamlamaq.
Bu rüknlərdən hər hansı birini bilərəkdən tərk edənin namazı batil olur. Lakin səhvən bu rüknlərdən bəzilərini tərk edən tərk etdiyi rüknə görə yenidən bir rək'ət əlavə qılmalı və səhv səcdəsi etməlidir. Namazı çox tez qılan, yaxud ayaq üstə qılmaq imkanı ola-ola oturaq qılan və yaxud ilk təkbiri etməyən namazı yenidən tam qılmalıdır.
İkinci: Nmazın vacibatları; Bunlar da aşağıdakılardır:
1. Ehram təkbirindən (namaza başladıqda edilən təkbirdən) başqa olan təkbirlər;
2. «Səmi-Allahu limən həmidəh» demək;
3. «Rabbənə və ləkəl həmd» demək;
4. «Sübhanə Rabbiyə-l-Azım» demək;
5. «Sübhanə Rabbiyə-l-Ə'lə» demək;
6. «Rabbi-ğ-firli» demək;
7. Dörd və üç rək'ətli namazın ikinci rək'ətindən sonra oturmaq;
8. Dörd və üç rək'ətli namazın ikinci rək'ətindən sonra təşəhhüdü oxumaq.
Bu vaciblərdən hər hansı birini bilərəkdən tərk edənin namazı batil olur. Lakin səhvən və ya unudaraq bu vaciblərdən birini tərk edən isə yalnız iki dəfə səhv səcdəsi etməlidir.
Üçüncü: Namazda bəyənilən əməllər (müstəhəblər): Bunlar da aşağıdakılardır:
1. Sağ əl sol əlin üzərində olmaqla əlləri sinənin üzərinə (aşağı hissəsinə) qoymaq;
2. İstiftah (Fatihə surəsindən qabaq oxunan dua);
3. «əl-İstiazəni» - oxumaq ;
4. «Bismilləhi-r-rahməni-r-rahim» demək;
5. Ayələri aramla oxumaq;
6. «Amin» demək;
7. Fatihə surəsindən sonra oxunan hər hansı bir surə;
8. Səsli namazlarda səslə oxumaq;
9. «Sübhanə Rabbiyə-l-Azım» duasını bir dəfədən artıq oxumaq;
10. Rükuda bu duadan başqa oxunan dualar;
11. Əlləri qaldırmaq (təkbir edərək namaza daxil olduqda, rüku etdikdə, rükudan və bir də birinci təşəhhüddən sonra üçüncü rək'ətə qalxdıqda);
12. «Sübhanə Rabbiyə-l-Ə'lə» duasını bir dəfədən artıq oxumaq;
13. Səcdədə «Sübhanə Rabbiyə-l-Ə'lə» - dən başqa oxunan dualar;
14. Sonuncu təşəhhüddə salavatdan sonra oxunan dualar;
15. Birinci rək'ətin ikinci rək'ətdən, ikinci rək'ətin üçüncü rək'ətdən, üçüncü rək'ətin də dördüncü rək'ətdən uzun olması;
16. Təşəhhüddə və ikinci, dördüncü rək'ətlərə qalxmazdan əvvəl sol ayaq üzərində oturmaq və sağ ayağın barmaqlarını qibləyə tərəf yönəltmək;
17. Təşəhhüddə işarə (şəhadət) barmağını qibləyə tərəf yönəltmək və ya onu tərpətmək;
18. «Rabbi-ğ-firli» duasını bir dəfədən artıq oxumaq;
19. Peyğəmbərə - səllallahu aleyhi və səlləm - salavat gətirmək;
20. Səcdə yerinə baxmaq.
Bu sünnələrin birini tərk etmək namazı batil etmir və səhv səcdəsi etmək də lazım gəlmir, yalnız namaz qılan bunları etməklə əlavə savab qazanmır.
Odur ki, siz etdiyiniz səhvi qeyd etdiyimiz bu əməllər vasitəsi ilə təyin edib, sonra da onu qeyd etdiyimiz tərzdə düzəldə bilərsiniz.
Bəli, ərlə arvad bir otaqda namaz qıla bilərlər.
Bizə etimad edib sual verdiyiniz üçün biz də sizə dərin minnətdarlığımızı bildiririk.

305. cavid salamzade (baki)

SUAL: assalamualaikum,momin gardashlarim,
sualim beledir : subh namazini subh azanindan derhal sonra gilmag lazimdir ,yoxsa guneshin chixmasina 50 degige galmishdan bashlayarag (bashga bir menbeden oxuduguma gore ) gilmag daha yaxshidir .hedislere gore peygemberimiz (s.e.s.)de dan yeri agarana yaxin sabah namazini gilib ,bes onda azan niye tez oxunur.
cavaba gore evvelceden teshekkur edirem.
allah butun oruc tutanlarin ibadetini gebul etsin.

CAVAB: Və aleykumus-sələm. Həm sübh namazını, həm də dikər namazları azn verildikdən (vaxtı girdikdən) dərhal sonra qılmaq lazımdır. Namazlarında səhlənkar olub onları vaxtlı-vaxtında qılmayanları uca Allah hədələyərək belə demişdir: “Vay halına o namaz qılanların ki, onlar öz namazlarından qafildirlər (səhlənkarlıqları üzündən namazlarını vaxtlı-vaxtında qılmazlar); Onlar (namazlarında) riyakarlıq edər.” (əl-Məun surəsi 4, 5, 6-cı ayələr). Allah həm sizin, həm də bütün möminlərin oruclarını qəbul etsin! Amin!!!

304. Abu-Hasan (Baki)

SUAL: Assalamu Aleykum
Sheyx Bid`a ahlinin arxasinda canaza gilmag olarmi?
2.Gilinibsa o sexix sayilir? Allah razi olsun.
Vassalamu aleykum

CAVAB: Və aleykumus-sələm. Əgər bidət əhlinin etdiyi bidəti küfri bidətdirsə və həmin şəxsə hüccət qaldırılıbsa onda onun arxasında namaz qılmaq olmaz. Əks halda isə onun arxasında namaz qılmaq olar. Əgər bilmədən öncə qeyd etdiyimiz kimi şəxsin arxasında namaz qılınıbsa bu namaz səhih sayılır.

303. Neriman Mecidov (Goycay)

SUAL: Esselamu eleykum ve rehmetullahu ve bereketuh.Vitr namazinda kunud tutulurmu? Eger titulursa namazin hansi hissesinde?Allah sizden razi olsun.

CAVAB: Və aleykumus-sələm. Bəli, vitr namazında qunut tutulur. Qunut duası rukudan qalxdıqdan sonra edilir. Allah sizdən də razı olsun!


302. sefiyev ilqar (baki)

SUAL: bismillahi-r- rahmani-r-rahim! sizin bele bir sayt acmaginiz bizi cox sevindirdi. bu islam dinine maraq gosteren gencleri hidayete qovusdurar. Allah sizden razi olsun. sualimiz beledir_ banklara qoyulan pulun faizini goturub kiraya ev pulu verererikse bu halaldi, yoxsa haram?

CAVAB: Əs-sələmu aleykum. Uca Allah faizi haram etmişdir. Bu barədə uca Allah belə buyurur: “Sələm (müamilə, faiz) yeyənlər (qiyamət günü) qəbirlərindən ancaq Şeytan toxunmuş (cin vurmuş dəli) kimi qalxarlar. Bunların belə olmaları: "Alış-veriş də sələm kimi bir şeydir!" - dedikləri üzündəndir. Halbuki, Allah alış-verişi halal, sələm (faiz) almağı isə haram (qadağan) etmişdir. İndi hər kəs Rəbbi tərəfindən gələn nəsihəti qəbul etməklə (bu işə) son qoyarsa, keçmişdə aldığı (sələmlər) onundur (ona bağışlanar). Onun işi Allaha aiddir. Amma (yenidən sələmçiliyə) qayıdanlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar! Allah sələmi (sələmlə qazanılan malın bərəkətini) məhv edər, sədəqələri (sədəqəsi verilmiş malın bərəkətini) isə artırar. Allah kafiri, günahkarı sevməz!” (əl-Bəqərə surəsi 275, 276-cı ayələr).
Odur ki, istənilən halda sələmlə (faizlə) qazanılan pulu xərcləmək haramdır. Bu pulu yeməyə verdin, və ya ona maşın aldın ya da ev aldın və yaxud da evin kirayəsinə verdin heç bir fərqi yoxdur. Əgəgr belə olsaydı onda hamı sələmlə məşğul olar və bundan qazandıqları hər hansı bir şeyin kirayəsi üçün verərdi. Ümumiyyətlə sələmi xərcləmək haramdır. Həmçinin pulları sələm olan banka da qoymaq haramdır. Çünki, bu haramdan siz istifadə etməsəniz də sizin vasitənizlə başqaları istifadə edəcəkdir. Bununla da siz bu haram işdə kimlərəsə yardın etmiş olursunuz. Odur ki, sələmdən vaz keçmək lazımdır.
Uca Allah buyurur: “Ey möminlər! Əgər, doğrudan da, iman gətirmişsinizsə, Allahdan qorxub sələmdən qalan məbləğdən (faizdən) vaz keçin! Əgər belə etməsəniz, o zaman Allaha və Onun peyğəmbərinə qarşı müharibəyə girişdiyinizi bilin!Yox, əgər tövbə etsəniz, sərmayəniz (mayanız) sizindir. Beləliklə, nə siz zülm edərsiniz, nə də sizə zülm olunar!” (əl-Bəqərə surəsi 278, 279-cu ayələr).
Başqa bir ayədə isə belə buyurur: “Və qadağan olunmasına baxmayaraq, sələm (faiz) aldıqlarından, haqsız yerə xalqın malını yediklərindən dolayı (halal olanı Yəhudilərə haram buyurduq). Biz onlardan olan kafirlər üçün şiddətli bir əzab hazırlamışıq!” (ən-Nisa surəsə 161-ci ayə).

301. Gunay Agaayeva (kurdemir)

SUAL: Salam Aleykum.bacim oruc tutur.Tez-tez ellerini spirte vurur .Onun orucu pozulurmu? Cavablasaniz indiden teshekkur edirem.

CAVAB: Və aleykumus-sələm. Əlləri spirtə vurmaq orucu pozmur. Odur ki, bacınızın orucu səhihdir. Allah bütün müsəlmanların oruclarını qəbul etsin! Amin!!!

300. Isayev Ruslan (Baki)

SUAL: salam aleykum! Men orucluqdan 3 gun sonra orucumu pozmusam,sebebi-xesdeydim ele bildim dozerem amma halim cox pis oldu. indi men neynemeliyem?

CAVAB: Və aleykumus-sələm. Əgər orucunuzu xəstəliyə görə pozmusunuzsa, onda sağaldıqdan sonra tutmadığınız orucların sayı qədər oruc tutmalısınız. Uca Allah buyurur: “(Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir. (Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar...” (əl-Bəqərə surəsi 184-cü ayə).

299. karimov rufat (baki)

SUAL: bidet nedir

CAVAB: Əs-sələmu aleykum. “Bid'ət” sözü lüğəti mənada yenilik deməkdir. İstilahı mənada isə dinə edilən yenilik deməkdir. Dinə edilən hər hansı bir yenilik zəlalətdir və hər bir zəlalət də insanı Cəhənnəmə aparır. Bu xüsusda Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) demişdir: “...Əməllərin ən şəri (dinə olan) yeniliklərdir. Şübhəsiz ki, hər bir yenilik bid'ətdir, hər bir bid'ət də zəlalətdir və hər bir zəlalət də Cəhənnəmdədir...” (Bu əhdisi Muslim, Əbu Davud, Nəsai, İbn Macə, Əhməd və başqaları rəvayət etmişlər).
Həmçinin uca Allah artıq İslam dinini tamamlamışdır: “...Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim...” (əl-Maidə surəsi 3-cü ayə). Odur ki, sonradan bu dinə edilən bid'ətlər (yeniliklər) rədd olunur (qəbul olunmur). Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) bu xüsusda belə demişdir: “Bizim işimizə [dinimizə] ondan olmayan bir şeyi əlavə edənin etdiyi əməl rədd edilir.” (Bu hədisi Muslim rəvayət etmişdir).

298. sual ()

SUAL: nigah nece baqlanir?

CAVAB: Əs-sələmu aleykum. Nikah aşağıdakı kimi bağlanır:
1) İştirak edənlər: Qızın vəlisi, oğlanın vəlisi, iki şahid və qazı (nikatı kəsən şəxs). Əgər bu şəxslərdən biri olmazsa nikah səhih sayılmır.
2) Nikahın kəsilmə qaydası: Xutbətul-həca (Peyğəmbərin (səllallahu aleyhi və səlləm) cümə xütbəsinə və ya sözə başladıqda oxuduğu dua) oxunur, sonra qızın vəlisindən “Qızını həmin oğlana verməyinə razı olması” barəsində soruşulur və şahidlər buna şahid olurlar, sonra oğlanın vəlisindən “Bunu (qızı oğlana almasını) qəbul etməsi barəsində” sorusulur və şahidlər buna şahiq olurlar. Beləliklə kəbin mərasimi sona yetir.

297. oxucu ()

SUAL: tutaq ki1 neferi sheytan yoldan chixartdi ve o meni ifraz etdi bu gunahdirmi?

CAVAB: Əs-sələmu aleykum. Bəli, bu əməl günahdır. Uca Allah möminlərin sifətləri barəsində Qurani Kərimdə belə buyurur: “O kəslər ki, ayıb yerlərini (zinadan) qoruyub saxlayarlar; Ancaq zövcələri və cariyələri istisna olmaqla...” (əl-Muminun surəsi 5, 6-cı ayələr).
Uca Allah bu ayədə sanki onu göstərir ki, zövcə və cariyə (qul qadın) istisna olmaqla digər vasitələrlə məni ifraz etmək zina sayılır.

296. xatira asadova (baki)

SUAL: ramazan ayinda 1 ay deyil 1 hafta orug tytmaq gunah deyil ki.

CAVAB: Əs-sələmu aleykum. Uca Allah Ramazan ayını bütünlüklə oruc tutmağı əmr etmişdir.
Uca Allah buyurur: “Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi sizə də oruc tutmaq vacib edildi ki, bəlkə (pis əməllərdən) çəkinəsiniz.” (əl-Bəqərə surəsi 183-cü ayə).
Digər ayədə isə belə buyurur: “(Oruc günləri) Ramazan ayıdır ki, onda (həmin ayda) insanlara doğru yol göstəricisi, bu yolun və haqqı batildən ayırd edənin açıq-aydın dəlilləri olan Quran nazil edilmişdir. Sizlərdən kim bu aya yetişərsə, onu (həmin ayı) oruc tutmalıdır.” (əl-Bəqərə surəsi 185-ci ayə).
Odur ki, bu ayda yalnız bir həftə oruc tutmaq günahdır.

295. abdullah (baki)

SUAL: Essalamu aleykum!

Men bilmek isterdim islami elmini ve savadini artirmagla yanashi gozel insani keyfiyyetlere malik olmagi ikinci plani salanlara ne meslehet vererdininiz. Men adam taniyiram ki, oz islami elmini artirir lakin hemishe yersiz mubahiseler edir, ozunu tekebburlu aparir ve bununla yanashi oz emellerine giymet vermeyi bacarmir. men hemin adama basha sala bilmirem ki, oz elmini artirmagla yanashi yaxshi emelleri ile digerlerine numune olmag lazimdir.
Bu barede ne deye bilersininz.
Allah sizden razi olsun.

CAVAB: Və aleykumus-sələm. İslam elminə yiyələnən şəxs, öyrəndiyi həmin elmə əməl edərsə insani keyfiyyətlərə də malik olar. İnsani keyfiyyətlərə malik olmayan o şəxslərdir ki, onlar öyrəndikləri İslam elminə layiqincə əməl etmirlər. Odur ki, həmin şəxslərə öyrəndikləri islam elminə layiqincə əməl etmələrini məsləhət görərdik. Ömər (Allah ondan razı olsun) demişdir: “Biz Qurani Kərimdən on ayə əzbərləyib onlara əməl etməyincə o biri ayələri əzbərləməzdik.” Bu da onu göstərir ki, hər bir müsəlman öyrəndiyi İslam elminə əməl etməlidir ki, gözəl əxlaqı olsun.
Allah sizdən də razı olsun!

294. SHIRIN (Sumqayit)

SUAL: SALAM. SUALIMI CAVABLANDIRDIGINIZ UCUN TESEKKUR EDIREM.SUALI TEKRAR GONDERDIYIM UCUN UZR ISTEYIREM. INDI ISE BILMEK ISTERDIM KI, QADININ BAS BAGLAMAMASI HARAMDIR YOXSA GUNAH?

CAVAB: Və aleykumus-sələm. Haram elə günah deməkdir. Çünki insan haram iş görməklə günah qazanmış olur. Odur ki, qadının başını bağlamaması haram olduğu kimi, həm də günahdır.

293. Elnare (Baki)

SUAL: As salamu aleykum va raxmatullahi va barakatuhu. Men Shaban ayinda 6 gun oruc tutmag isteyirem InshaAllah. Amma menim 6 gun qezam var.Men evvel, bayramdan sonra, qezami tutsam, ondan sonraki 6 gun Shaban ayina dushurmu? Shaban ayi noyabr-dekabr aylarinin necesine dushur? Xahish edirem bu suallara aydinliq getiresiniz. Allah razi olsun. Qabaqcadan minnetdaram.

CAVAB: Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu. Mənim zənnimcə siz Şaban ayını deyil, Şəvval ayını nəzərdə tutursunuz.
Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) bu ay barəsində belə demişdir: “Kim Ramazan orucunu tutarsa və onun ardınca da Şəvval ayından 6 gün oruc tutarsa bütün il boyu oruc tutmuş kimidir.” (Bu hədisi Muslim rəvayət etmişdir).
Odur ki, siz həmin 6 günü Şəvval ayı boyu tuta bilərsiniz. Lakin bu ay 29 və ya 30 gün olduğundan öncə qəza etdiyiniz 6 günü sonra isə Şəvval ayının 6 gününü tutmağınızı məsləhət görərdik.
Şəvval ayı noyabırın 14-ündən dekabırın 12-sinə qədərdir.
Allah sizdən də razı olsun!!!

292. SHIRIN (Sumqayit)

SUAL: SALAM.MEN ORUC TUTUB” NAMAZ QILIRAM. AMMA QRIPEM.
BILMEK ISTERDIM BU DUZGUNDURMU?

CAVAB: Və aleykumus-sələm. Allah sizin oruclarınızı və namazlarınızı qəbul etsin. Qrip xəstəliyinin həm oruca, həm də namaza heç bir təsiri yoxdur. Odur ki, siz bu halda oruc tutub namaz qılmalısınız. Allah bütün müsəlmanlara şəfa versin! Amin!!!

291. Muslim (Baki)

SUAL: salam aleykum. men komputerde foto montaj ishleri ile meshgul oluram (vinetka, kolendar, toy ve s..) ancaq montaj, dizayn ishi. onlarin chapi menlik deyil. bu ishde dini baximdan menim mesuliyyetim nedir ve bu tesvirchilik sayilirmi? (sehih membelerden olsun)
men neche baxtdir bu suala deqiq cavab axtariram. salam aleykum allah sizden razi olsun.

CAVAB: Və aleykumus-sələm. Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) şəkil çəkməyi qadağan etmişdir. İbn Abbas qeyd edir ki, “Ruhu olan canlıların şəklini çəkmək haramdır. Lakin ruhu olmayan əşyaların şəklini çəkmək olar.” Odur ki, siz həmin şəkilləri çap etməsəniz də belə haram işlə məşğul olmuş olursunuz. Həmçinin siz digər insanların haram etməsinə də səbəb olursunuz. Yəni bir sözlə siz həm özünüz haram edirsiniz, həm də başqasının haram etməsinə səbəb olursunuz. (Bu ona bənzəyir ki, siz içki içmirsiniz, amma onu hazırlayıb başqasına verirsiniz ki o içsin.)
Və aleykumus-sələm. Allah həm bizi, həm də sizi haqqı eşidib ona əməl edənlərdən etsin! Amin!!!

 1  2  3  4  5  6  7  8  9  10  11  12  13  14  15  16  17  18 19   20  21  22  23  24  25  26  27  28  29

Mustəqil Islam saytı. Materiallardan istifadə etdikdə istinad vacibdir. Sayt 1422-ci (2001) hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət gostərir. e-mail: mail@azerislam.com. ICQ #99931111