SUAL: salamaleykum.
1).insan dishinden ve ya bogazindan cixan qani bacardigi qeder udmamaga calishirsa ve buna baxmayaraq qan mueyyen qeder bogazdan kecirse bu orucu pozurmu?
2).xestelikle elaqedar olaraq insan ozunu sanki bogazinda belgem varmish kimi hiss edir .agiz suyunu udduqdada bu hal yene de davam edirse,bu insan belgem udaraq orucu pozulmush hesab olunur,yoxsa orucunu davam etdirmelidir?
xahish edirem bu suallari cavablandirin.evvelceden teshekkur edirem.
salamaleykum.
CAVAB: Və aleykumus-sələm.
1. Xeyir bu orucu pozmur.
2. Bəlğəmi udmaq orucu pozmur.
Bizə etimad edib sual verdiyiniz üçün biz də sizə dərin minnətdarlığımızı bildiririk. Allah həm sizin, həm də bütün müsəlmanların orucunu qəbul etsin.
230. fuad alizade (baki)
SUAL: salam.sabaxdan oruc tutmag olar,yanioktyabirin26-sindan
CAVAB: Və aleykumus-sələm. Uca Allah Ramazan ayını bütünlüklə oruc tutmağı əmr etmişdir. Uca Allah buyurur: “Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi sizə də oruc tutmaq vacib edildi ki, bəlkə (pis əməllərdən) çəkinəsiniz.” (əl-Bəqərə surəsi 183-cü ayə). Digər ayədə isə belə buyurur: “(Oruc günləri) Ramazan ayıdır ki, onda (həmin ayda) insanlara doğru yol göstəricisi, bu yolun və haqqı batildən ayırd edənin açıq-aydın dəlilləri olan Quran nazil edilmişdir. Sizlərdən kim bu aya yetişərsə, onu (həmin ayı) oruc tutmalıdır.” (əl-Bəqərə surəsi 185-ci ayə). Əgər siz bilmədən əvvəlki günləri oruc tutmamısınızsa buna görə Allahdan bağışlanma diləməlisiniz və qalan günlərin orucunu isə dərhal tutmağa başlamalısınız. Odur ki, siz sabahdan mütləq oruc tutmağa başlamalısınız.
Allah bilməyərəkdən etdikləri günahlara görə bütün müsəlmanları bağışlasın.
229. tural Gadimalizade (Baki)
SUAL: Haram malla bilmeden ve ya bilerek oruc acmag olar
CAVAB: Bilərəkdən haram malla oruc açmaq olmaz. Əgər bilmədən bunu edərsə uac Allah onu bağışlayır. Bu xüsusda Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) belə demişdir: “Həqiqətən, Allah mənim ümmətimə bilməyərəkdən, unutqanlıqdan və məcburiyyət qarşısında etdiklərini bağışlamışdır.” (Bu hədisi İbn Macə rəvayət etmişdir). Allah bizi bilməyərəkdən etdiyimiz günahlara görə bağışlasın. Amin!
227. tural Gadimalizade (Baki)
SUAL: Orucu vaxtindan gec acmax olar
CAVAB: Orucu vaxtında açmaq vacib deyildir. Lakin hər bir müsəlmana orucunu gün batdıqdan dərhal sonra açması daha əfzəldir. Çünki Peyğəmbər (səllallahu aleyhi və səlləm) hədislərin birində iftarını ilk vaxtlarda açan bəndəni belə müjdələmişdir: “İnsanlar iftarı əvvəl vaxtında, səhuru isə axır vaxtında yeməklə xeyrə nail olarlar.” (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir). Allah bizi Peyğəmbərimizə (səllallahu aleyhi və səlləm) tabe olanlardan etsin.
226. Bekir (Baku)
SUAL: Salamun eleykum! Men teze namaza bashlamaq isteyirem.Amma hansi mezhebin haqq olduqunu ise anlaya bilmirem.Xahish edirem bu barede mene yol gosteresiniz!
CAVAB: Və aleykumus-sələm. Allah sizə haqq yolunu tapmaqda kömək olsun. Əziz qardaşım, İslam dinində məzhəbçiliyə yol vermək düzgün deyildir. Çünki, məzhəbçiliyə yol vermək müsəlmanları parçalayır. Bizdən əvvəlki ümmətləri də parçalayan səbəb elə bu olmuşdur. Uca Allah buyurur: “(Ya Rəsulum!) Şübhəsiz ki, sənin firqə-firqə olub dinini parçalayanlarla heç bir əlaqən yoxdur. Onların işi Allaha qalmışdır. (Allah) sonra (qiyamətdə) onlara nə etdiklərini bildirəcəkdir!” (əl-Ənam surəsi 159-cu ayə). Uca Allah bizə hər hansı bir məzhəbə tabe olmağı əmr etməmişdir. Allah bizə yalnız Özünə (yəni Qurani Kərimdəki əmrlərinə) və Peyğəmbərinə (səllallahu aleyhi və səlləm) (yəni onun hədislərinə) tabe olmağı əmr etmişdir. Elə haqq yolu da budur. Bu barədə uca Allah Qurani Kərimdə bir çox ayələr nazil etmişdir. Uca Allah buyurur: “Allaha və Peyğəmbərə itaət edin. Əgər (itaətdən) boyun qaçırsanız, bilin ki, Peyğəmbərimizin vəzifəsi yalnız açıq bir təbliğdir (Quranı açıq-aydın təbliğ etməkdir).” (əl-Maidə surəsi 92-ci ayə). Başqa bir ayədə isə belə buyurur: “Ey iman gətirənlər! Allaha itaət edin, Peyğəmbərə itaət edin və (şəkk-şübhə, riya, küfr və nifaq kimi şeylərlə) əməllərinizi puça çıxartmayın!” (Muhəmməd surəsi 33-cü ayə). Lakin qeyd etmək istəyirəm ki, İslamın düşmənləri müsəlmanları parçalamaq üçün Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) adından bir çox yalan hədislər uydurmuşlar. Odur ki, kim Allaha və Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) səhih hədislərinə tabe olarsa haqq yolunu tapmış olar və Cənnətdə Allahın nemət verdiyi peyğəmbərləri, siddiqləri, şəhidləri və saleh insanlarlı ilə birgə olacaq. Bu barədə uca Allah buyurur: “Allaha və Peyğəmbərə itaət edənlər (axirətdə) Allahın nemətlər verdiyi nəbilər (peyğəmbərlər), siddiqlər (tamamilə doğru danışanlar, etiqadı dürüst, peyğəmbərləri hamıdan əvvəl təsdiq edən şəxslər), şəhidlər və salehlərlə (yaxşı əməl sahibləriylə) bir yerdə olacaqlar. Onlar necə də gözəl yoldaşlardır!” (ən-Nisa surəsi 69-cu ayə). Allahdan istəyirik ki, hamımızı Allaha və Peyğəmbərinə (səllallahu aleyhi və səlləm) itaət edənlərdən etsin. (Amin). Sizə məsləhətimiz budur ki, istər ibadətdə, istər də dünya işlərində hər hansı bir əməli yerinə yetirmək istədikdə Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) etdiyi kimi edin. Çünki, uca Allah Peyğəmbərimizi insanlar üçün bir nümunə, örnək olaraq göndərmişdir. Uca Allah buyurur: “Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!” (əl-Əhzab surəsi 21-ci ayə). Allah bütün müsəlmanları doğru yola yönəltsin.
225. Shamuradov Togrul (Baki)
SUAL: Salam.Me Allahin yolunda,Allahin komeki ile oruc tuturam cunku bu Ramazan ayi 11 ayin sultanidir burada Allah i yolunda insan paklashir,temizlenir pis-pis emellerden uzaq olur.Menim sualim beledir, men bilmek isteyerdim ne ucun iftari xurma ile achillar,ve tarixini
CAVAB: Və aleykumus-sələm. Allah həm sizin, həm də bütün möminlərin orucunu qəbul etsin. Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) iftarını xurma ilə açdığı üçün biz də çalışmalıyıq ki, iftarımızı onun kimi açaq. Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, “Peyğəmbər (səllallahu aleyhi və səlləm) orucunu yeni yetişmiş (yəni hələ quruyub bərkiməmiş) xurma ilə açardı. Yeni yetişmiş xurma tapmadıqda isə quru xurma ilə açardı, onu da tapmadıqda bir neçə qurtum su ilə açardı.” Bu hədis onu göstərir ki, Peyğəmbərimizə (səllallahu aleyhi və səlləm) tabe olub onun kimi açmaq daha əfzəldir.
224. G. Kazımova ()
SUAL: Essalamu Aleykum.
Menim bir sualım var:
1. Üzürlü səbəbdən orucunu bir neçə gün dayandıran adam o günlərin qəzasını Ramazan Bayramından sonrakı günlərin hansında tutsa yaxshı olar?
Təşəkkür edirəm. Əssalamu Aleykum
CAVAB: Və aleykumus-sələm. 1. Bəli, üsürlü səbəbdən orucunu bir neçə gün tərk edən şəxs Ramazan bayramı qurtardıqdan sonra onların qəzasını dərhal tutsa yaxşıdır. Allah bütün müsəlmanların orucunu qəbul etsin. (Amin).
223. elmir memmedxanli (bakı)
SUAL: sabah namazinin ferzinden sonra eger camaata qatilmaq ucun ferzi sunnetden evvel qilmisansa o ferzden sonra sunneti qilmaq olar mi?
bir basga sualim da bele olacax:hansi saatlarda yuxulamq daha yaxsi olar..kerahet olan saatlar hansilardir.. tesekkur edirem..
CAVAB: 1. Bəli, bu halda sünnəni fərzdən sonra qılmaq olar.
2. Zöhr namazından öncə yatmaq müstəhəbdir. İşa namazından öncə yatmaq işə məkruhdur.
222. elmir memmedxanli (bakı)
SUAL: esselamun aleykum ve barakatu. menim bir basga sualim da beledir: Qur'ani Kerimde kecen imam-i mubin ve kitab-i mubin ne demektir..bunlar eyni seylerdir, yoxsa fergleri var mi?
CAVAB: Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu. “İmamin mubin” sözü Qurani Kərimdə iki yerdə (Yasin surəsi 12-də və əl-Hicr surəsi 79-da) qeyd olunur. Bu söz Yasin surəsində “Lövhi-məhfuz” mənasında, əl-Hicr surəsində isə “açıq-aşkar yol” mənasında gəlmişdir. “Kitəbun-mubin” sözü isə beş yerdə (əl-Ənam surəsi 59; Yunus surəsi 61; Hud surəsi 6; ən-Nəml surəsi 75 və Səba 3-də) işlənmişdir. Bu söz bütün bu surələrin hamısında “lövhi-məhfuz” mənasında gəlmişdir.
221. elmir memmedxanli (bakı)
SUAL: menim sualim beledir..sehidler olmezler sozu hagginda her halda bir de ayet var. bunu aciglayabilersiniz mi? bes onlar olmurlerse sehid olduqdan sonraki hallarini ne olarag bilirler...
CAVAB: Şəhidlər barəsində ən gözəl açıqlamanı elə uca Allah özü vermişdir. Uca Allah buyurur: “Allah yolunda öldürülənlərə (şəhid olanlara) "ölü" deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz.” (əl-Bəqərə surəsi 154-cü ayə). Başqa bir ayədə isə uca Allah belə buyurur: “Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur. Onlar Allahın Öz mərhəmətindən onlara bəxş etdiyi nemətə (şəhidlik rütbəsinə) sevinir, arxalarınca gəlib hələ özlərinə çatmamış (şəhidlik səadətinə hələ nail olmamış) kəslərin (axirətdə) heç bir qorxusu olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə şadlıq edirlər. Onlar Allahdan gələn nemət və mərhəmətə görə, həm də Allahın möminlərin mükafatını puça çıxarmayacağına görə sevincək olurlar. (Ali İmran surəsi 169, 170 və 171-ci ayələr). Bu ayələr həm də onu göstərir ki, şəhidlər şəhid olduqlarını Allahın onlara verdiyi nemətlərdən bilirlər.
220. cavid salamzade (baki)
SUAL: salamalaikum
istixare namazi nedir ve nece gilinir
evvelceden teshekkur edirem cavaba gore
CAVAB: Və aleykumus-sələm.
İstixarə - Allahdan uğur və kömək diləmək deməkdir.
Cabi ibn Abdullah (Allah ondan razı olsun) rəvayət edir ki, “Peyğəmbər (səllallahu aleyhi və səlləm) qurandakı surələri bizə öyrətdiyi kimi “İstixarə” duasını da bizə öyrədər və deyərdi: “Sizdən biriniz çətin vəziyyətə düşdükdə iki rükət namaz qılsın və desin: “Allahummə inni əstəxiyrukə bi ilmikə və əstəqdiyrukə bi quratikə və əs'əlukə min fadlikə-l-aziym. Fəinnəkə təqdiru və lə əqdiru və tə'ləmu və lə ə'ləmu və əntə alləmu-l-ğuyub. Allahummə in kuntə tə'ləmu ənnə həzə-l-əmra xayrun liy fiy diyniy və məaşiy və aqibəti əmriy fəq-durhu liy və yəssirhu liy summə bərik liy fihi. Və in kuntə tə'ləmu ənnə həzə-l-əmra şərrun liy fiy diyniy mə məaşiy və aqibəti əmriy fəsrifhu anniy vəsrifniy anhu vəqdur liyə-l-xayra heysu kənə summə-rdiniy bihi.” (Bu hədisi Buxari rəvayət etmişdir).
Duanın tərcüməsi: “Allahım, Öz elminlə mənə kömək etməyini və Öz qüdrətinlə məni qüdrətləndirməyini yalnız Səndən diləyirəm və Sənin lütf və mərhəmətindən istəyirəm! Həqiqətən Sən mənim qadir olmadığım hər şeyə qadirsən, mənim bilmədiyim hər şeyi bilirsən və Sən qeybləri bilənsən! Allahım, bu iş mənim dinim, yaşayışım və aqibətim üçün xeyirlidirsə onu mənim üçün qabaqcadan müəyyən edilmiş et (yəni mənim qədərimə yaz) və bu işi mənim üçün asanlaşdır və bərəkətli et! Bu iş mənim dinim, yaşayışım və aqibətim üçün zərərlidirsə (şər və təhlükə varsa) onu məndən, məni də ondan uzaq et! İstədiyin qədər mənə xeyir nəsib et və Öz müqəddəratınla (qəzavü-qədərinlə) məni məmnun et!”
İstixarə namazı iki rükətdən ibarət adi sünnət (nafilə) namazıdır. Qeyd etdiyimiz “İstixarə” duasını bu namaz əsnasında, yaxud salamdan əvvəl, yaxud da ondan sonra etmək olar. Salamdan əvvəl edilən dua isə əfzəl hesab olunur. Çünki, Peyğəmbər (səllallahu aleyhi və səlləm) çox vaxt bu duanı salamdan əvvəl edərdi. Allah həm sizin, həm də bütün möminlərin ibadətlərini qəbul etsin (Amin!)
220. () (Baki)
SUAL: Salam. Sizca ruh varmi
CAVAB: Və alekumus-sələm. Bəli ruh vardır. Lakin bu barədə uca Allah insanlara cüzi bir rilik vermişdir. Uca Allah buyurur: “(Ya Rəsulum!) Səndən ruh (ruhun mahiyyəti və keyfiyyəti) haqqında soruşarlar. De: "Ruh Rəbbimin əmrindədir. (Allahın əmri ilə yaradılmışdır). Sizə (bu barədə) yalnız cüzi (az) bir bilik verilmişdir!” (əl-İsra surəsi 85-ci ayə).
219. Adsiz (Baki)
SUAL: Salam. Mənim bir sualım var. Mən çox günahlı insanam. Artıq 1 ildir ki ailə hayatı qurmuşam. Ondan 2 il qabaq namaz qılmışam, amma saxlamışam. Bir qız övladım var. Allah hamısının balasını saxlasın. Mən ailə qurmamışdan qabaq çoxlu yalan sahibi olmuşam. Siz də məni bağışlayın, mən çoxusu qorxu altında yoldaşımı aldatmışam başqa kişilərlə. Amma Allaha Tövbəliyəm və istəyirəm namazımı davam etdirim, düzgün yola qayıdım. Sizcə gec deyilmi? Allah məni bağışlayarmı? Xahiş edirəm mənə cavab yazın.
CAVAB: Və aleykumus-sələm. Əgər hər hansı bir şəxs etdiyi günahlara görə peşiman olub tövbə edərsə və bir daha o günahlara qayıtmamağını niyyət edərsə uca Allah onun tövbəsini qəbul edər və keçmiş günahlarını bağışlayar. Hətta onun keçmişdə etdiyi günahlarını savaba çevirər. Uca Allah bu barədə buyurur: “(Ya Rəsulum!) Kafir olanlara de: "Əgər onlar (öz küfrlərindən, Peyğəmbərə və möminlərə qarşı müharibədən) əl çəksələr, keçmişdəki günahları bağışlanar. Yox, əgər yenə (yaramaz işlərə, döyüşməyə) qayıtsalar, əvvəlkilərin (keçmiş ümmətlərin) başına gələnlər onların da başına gələr.” (əl-Ənfal surəsi 38-ci ayə). Digər ayədə isə belə buyurur: “Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayandır, rəhm edəndir!” (əl-Furqan surəsi 70-ci ayə). Odur ki, sizin haqq yoluna qayıtmağınız heç də gec deyildir. Namaz qılmaq arzunuzu da həyata keçirməlisiniz. Allahdan istəyirik ki bütün möminlərin günahlarını bağışlasın və onları öz həyat yoldaşlarına sadiq etsin. (Amin!).
218. BABANLI PARVANA (BAKI)
SUAL: salam. man namaz qiliram. amma bilmek istayiram,arasi meyveli, serbetli sakalad var,onu yemek gunahdirmi. xahis edirem sualima cavab veresiniz. minnatdarliqimi bildirirem.ALLAH amanati.
CAVAB: Və aleykumus-sələm. Allah sizin namazlarınızı qəbul etsin. Əgər bu şokaladın içində spirtli içki (konyak və s.) varsa onda onu yemək haramdır. Odur ki, sokolad və saira şirniyyatlar aldıqda onun üzərində yazılanları oxumaq gərəkdir. Çünki, orada onun içində olan məmulatların hamısı qeyd olunur. Uca Allah həm sizə, həm də bütün möminlərə öz dinlərini layiqincə yerinə yetirməyə kömək olsun.
217. nana (baki)
SUAL: salam. men bilmek isterdim ki qusl alanda basi tamamile yumaq lazimdir.2.namaz qilarken usaq mane olursa namazi davam etdirsem onda namazim qebul olar.cavabiniza gore cox sagolun.
CAVAB: Və aleykumus-sələm.
1. Bəli, qüsul alarkən başı tamamilə yumaq lazımdır.
2. Namaz qılarkən uşaq mane olsa da namazınıza davam etməlisiniz. Bu zaman sizin namazınız səhih sayılır.
Bizə etimad edib sual berdiyiniz üçün biz də sizə dərin minnətdarlığımızı bildiririk.
215. rzayev mahmud (mingecevir)
SUAL: bismillah.
1. namazda cox shekk etdikde ne etmek lazimdir?
2.cenabet quslu aldiqdan sonra istibra eliyerken bir az meni cixdiqda qusl almaq lazimdir?hedisler ve menbeler
CAVAB: 1. Səhabələrdən biri Peyğəmbərə (səllallahu aleyhi və səlləm) belə dedi: “Ey Allahın elçisi! Şeytan namazımda və qiraətimdə hərdən mənə vəsvəsə edir. Mən nə edim ki, ondan yaxa qurtarım?” Peyğəmbər (səllallahu aleyhi və səlləm) dedi: “Həmin şeytanın adı “xinzib”-dir. Əgər onun vəsvəsəsini hiss etsən, ondan Allaha sığın (yəni, “əuzu billəhi minəl-xinzib” de) və üç dəfə sol tərəfinə tüpür.” (Bu hədisi Muslim “Səhih” əsərində (4/1729) rəvayət etmişdir).
2. Xeyr, bu zaman qüsl almaq vacib deyil. Çünki həmin məni şəhvətlə çıxmır.
CAVAB: Və aleykumus-sələm. Qədr gecəsi Ramazan ayının son on gününün tək günlərindən birinə təsadüf edir.
214. Ferhad (Aliyev)
SUAL: Essalamaleykum!!! Musiqinin haram oldugu ayeni izahi ile birlikde vere bilersinizmi? AALAH razi olsun! Essalamaleykum ve Rahmetullahi ve Berakatuh!!!
CAVAB: Və aleykumus-sələm. Uca Allah əl-İsra surəsinin 64-cü ayəsində şeytana belə deyir: “Onlardan kimi bacarırsansa, səsinlə yerindən oynat...” Həmçinin musiqi barəsində uca Allah başqa bir ayədə belə buyurur: “İnsanlar içərisində eləsi də vardır ki, nadanlığı üzündən (xalqı) Allah yolundan döndərmək və bu minvalla onu məsxərəyə qoymaq üçün mənasız sözləri satın alarlar. Məhz belələrini alçaldıcı bir əzab gözləyir.” (Loğman surəsi 6-cı ayə). Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) səhabəsi olan İbn Məsud (Allah ondan razı olsun) bu ayələri təfsir etdikdə Allaha təkidlə and içərək belə demişdir: “Allaha and olsun ki uca Allah bu ayələrdə (şeytanın səsi və mənasız sözlər dedikdə) musiqini qəsd edir.” Allah sizdən də razı olsun.
214. Ferhad (Aliyev)
SUAL: Essalamaleykum!!! Fitr zekatini pul ile vermek olarmi? her iki halda delil gostermeyinizi xahish edirem. ALLAH razi olsun! Essalamualeykum ve Rahmetullahi ve Berakatuh!
CAVAB: Və aleykumus-sələm. Xeyr, olmaz. Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: “Bizim işimizə [dinimizə] ondan olmayan bir şeyi əlavə edənin etdiyi əməl rədd edilir.” (Bu hədisi Muslim rəvayət etmişdir). Məgər Peyğəmbər səllallahu aleyhi və səlləm dövründə pul yox idi, yoxsa xəlifələrin zamanında səhabələr fitrə zəkatını pul şəklində verirdilər? Əksinə, hər kəs zəkatını Peyğəmbərin səllallahu aleyhi və səlləm buyurduğu kimi çıxarıb onu kasıblara verərdi. Allah sizdən də razı olsun. Allah bütün müsəlmanların bu mübarək Ramazan ayında etdikləri ibadətlərini qəbul etsin.
214. ali (baku)
SUAL: men mohurle namaz qiliram,bu haramdirmi? mene deyirler ki, mushrikem bu duzdurmu? men amma mohuru Allah bilmirem . xahishedirem cavab yazin
CAVAB: Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) möhürsüz namaz qılmışdır. Elə ona görə də möhürlə namaz qılmaq dində yenilikdir. Uca Allah bizim dinimizi tamamladıqdan sonra bu dinə edilən əlavələr rədd olunur. Uca Allah əl-Maidə surəsinin 3-cü ayəsində belə buyurur: “...Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim...” Həmçinin Peyğəmbər (səllallahu aleyhi və səlləm) belə demişdir: “Bizim işimizə [dinimizə] müvafiq olmayan bir əməl edən kimsənin etdiyi əməl rədd edilir.” (Bu hədisi Muslim rəvayət etmişdir). Sizə müşrik deyən şəxsə gəlincə, o sizə dediyi bu sözə görə yanılır. Çünki siz bunu bilmədən edirsiniz. Allah sizin namzlarınızı qəbul etsin.
210. Firengiz Arabova (Sheki)
SUAL: Hz,Fatimanin Hz.Omer ve ya Hz.Abu Bekir terefinden doyulmesi ne derecede dogrudu?Mence bu bohtandan basqa bir sey deyil.Men fikrimde yanilmiram,insaallah.Evvelceden tesekkur edirem.Allah razi olsun.
CAVAB: Bizə etimad edib sual verdiyinizə görə təşəkkür edirik. Siz öz fikrinizdə yanılmırsınız. Bu həqiqətən bir qrup islam düşmənlərinin özlərindən uydurduqları (açıq-aydın) böhtandan başqa bir şey deyildir. Allah sizdən də razı olsun.
209. SALAM (baki)
SUAL: Insanin ruhu chixdiqda hara gedir ve axiri nedir en esasi sonu varmi?/////////////////
CAVAB: Ruh barəsində heç kəs dəqiq bir söz söyləyə bilməz. Çünki uca Allah bu barədə heç kəsə elm verməmişdir. Uca Allah bu barədə belə buyurur: “(Ya Rəsulum!) Səndən ruh (ruhun mahiyyəti və keyfiyyəti) haqqında soruşarlar. De: "Ruh Rəbbimin əmrindədir. (Allahın əmri ilə yaradılmışdır). Sizə (bu barədə) yalnız cüzi (az) bir bilik verilmişdir!” (əl-İsra surəsi 85-ci ayə).
CAVAB: Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu. Pirlər insana nə xeyir, nə də zərər verə bilirlər.
207. RAFIG (SUMGAYIT)
SUAL: BOVL VE ISTIBRA NEDIR? XAHIS EDIREM ETRAFLI IZAH EDIN! CAVABINIZA GORE SAG OLUN
CAVAB: “Bəul” (bəvl) sidik deməkdir. “İstibra” isə sidikdən və ya nəcisdən azad olmaq deməkdir. Bizə etimad etdiyiniz üçün cox sağ olun.
206. Ebulfez Kerimov (Shamaxi)
SUAL: Salam aleykum.Evvelce size boyuk minnetdarliqimi bildiririm.Allah sizden razi olsun.Indiki zamanede adam bilmir ki,kime sual verib duzgun cavab alsin.Allahimizin elcisinden Peygenberimizden sonra demek olar ki,suallarimizin ekseriyyeti yetim cavab kimi qalir.Ezizlerimiz men telebeyim.Cok hallarda iftar yemeklerimi men hazirlamali oluram.Bu zaman yemeyin iyi mene haramdirmi?Mene yemek bishirmek dushermi,yaxud nece?Kiminse (qohumun)mene bishirdiyi yemek halaldirmi, yaxud nece?Bunlarin hamisi ORUCU batil etmir ki? ALLAH UREYINIZCE VERSIN...
CAVAB: Və aleykumus-sələm. Bizə etimad edib sual verdiyinizə görə biz də sizə çox təşəkkür edirik. Allah sizdən də razı olsun! Müsəlman qardaşım, istər oruc zamanı istər də qeyri zamanlarda yeməyin iyi sizə haram deyildir. Siz oruclu ola-ola yemək bişirə bilərsiniz. Hər hansı bir qohumunuzun bişirdiyi yemək sizə halaldır. Bunların heç biri orucunuzu batil etmir.
205. ELCIN ZEYNALOV (SUMQAYIT)
SUAL: Esselamualeykum.1-ci. Teravih namazini evde nece ruket qilmaq lazimdir? 2-ci.Namaz qilan sexs oz aile heyatini nece qurmalidir?toy-busatla yoxsa nece?Xahish edirem suallarima konkret cavab verin.
CAVAB: Və aleykumus-sələm.
1. Təravih namazı məsciddə necə qılınırsa, evdə elə qılınır.
2. Ail həyatını (toyu) musiqi və içki ilə qurmaq olmaz. Həmçinin toy mərasimində kişilərlə qadınların da bir yerdə olmaları düzgün deyildir. Odur ki, qeyd etdiyimiz bu üç şey istisna olmaqla toyu istənilən tərzdə edə bilərsiniz.
204. Həsənov Əlizamin ()
SUAL: Mənim 11 yaşında qızım var. O 2 gün münimlə birlikdə Ramazan orucu tutdu. Amma sonra özünü çox pis hiss etdi.Çünki onunun anadangəlmə ürək qüsuru var.Mən ona orucunu gələn ramazana kimi hissə ilə tuta bilməsini başa saldım. Amma bilmirəm düz demişəm ya yox.Çünki o oruc tutmağı çox istəyir.
CAVAB: Allaha şükürlər olsun ki, bizim belə imanlı bacılarımız da vardır. Müsəlman qardaşım, əgər sizin qızınız həddi buluğa çatmayıbsa onda ona oruc tutmaq vacib deyidir. Əgər həddi buluğa çatıbsa və oruc tutmağa da qadirdirsə, onda o oruc tutmalıdır. Lakin sizin qızınıza xəstə olduğuna görə oruc tutmaq vacib deyildir. Çünki (sizin qeyd etdiyinizə görə) oruc tutmaq ona çox pis təsir edir. Odur ki, sağaldıqdan sonra qızınız tərk etdiyi günlərin qəzasını tutmalıdır. Uca Allah buyurur: “(Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir. (Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar...” (əl-Bəqərə surəsi 184-cü ayə). Sizin qızınıza verdiyiniz nəsihət tamamilə doğrudur. Allah həm sizin qızınıza, həm də bütün xəstə olan müsəlmanlara şəfa versin.
203. farhad (baki)
SUAL: Oruc tutarkən söhbət etmək; oruca gec başlamaq günahdırmı?
CAVAB: Oruc tutarkən söhbət etmək olar. Lakin oruc tutmağa dan yeri ağarandan (sübh namazının azanı verildikdən) sonra başlanılır. Odur ki, oruc tutmağa gec başlamaq olmaz.
203. TELETZADE JALE (BAKI)
SUAL: MEN QURANI-KERIMI EREB DILINDE OXUMAQ ISTEYIREM. EREB ELIFBASINI HARADAN ALMAQ OLAR?
CAVAB: Siz ərəb əlifbasını “Muslim shop” dükanından əldə edə bilərsiniz. Bu dükan bir çox yerlərdə fəaliyyət göstərir. Nərimanov rayonundakı “Cümə” məscidinin həyətində, beş mərtəbələr tərəfdə (Xarici İşlər Nazirliyi ilə üzbəüz) və s.
202. arzu arzumanov (baki)
SUAL: qurani haradan ala bilaram
CAVAB: Quranı “Muslim shop” dükanından əldə edə bilərsiniz. Bu dükan bir çox yerlərdə fəaliyyət göstərir. Nərimanov rayonundakı “Cümə” məscidinin həyətində, beş mərtəbələr tərəfdə (Xarici İşlər Nazirliyi ilə üzbəüz) və s.
Mustəqil Islam saytı. Materiallardan istifadə etdikdə istinad vacibdir. Sayt 1422-ci (2001) hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət gostərir. e-mail: mail@azerislam.com. ICQ #99931111