... Bu gün dininizi sizin üçün kamil etdim,
    sizə olan nemətimi tamamladım və sizin üçün
    din olaraq islamı bəyənib seçdim ... [ Əl-Maidə, 3 ]

Əsas menü
ANA SƏHİFƏ

Xidmətlər
Azərislam barəsində dostuna xəbər ver
 
Son xəbərlərə yazıl
 

Statistika


Dost saytlar

Put k Koranu. Sayt Kuliyeva Elmira

Iravan.com


Yeniliklər
Sual-cavab arxivindən cavablanmış 312 sual.

  daha ətraflı

بسم الله الرحمن الرحيم

650. MUSAZADE.YUSIF (BAKI)

SUAL: NAMAZI 3 DEFE QILMAG OLAR

CAVAB: Əs-sələmu aleykum.
Namazları gündə 3 dəfə qılmaq olmaz. Çünki uca Allah müsəlmanlara beş namaz əmr etmişdir. Hər bir namazın da özünə məxsus qılınma vaxtı vardır. Əgər biz ərəb dilində namazların adlarına nəzər salsaq bunu lap aydın görərik. Ərəb dilində namazın adları ardıcıl olaraq belədir: Fəcr namazı, Zöhr namazı, Əsr namazı, Məğrib namazı və İşa namazı. Namazların bu adları onların qılınma vaxtlarına dəlalət edir. İndi gəlin bunları bir-bir açıqlayaq:
1) Fəcr sübh çağı deməkdir. Bu namaz sübh vaxtı qılındığı üçün Peyğəmbər (səllallahu aleyhi və səlləm) və səhabələr onu belə adlandırmışlar.
2) Zöhr günorta deməkdir. Bu namaz günorta vaxtı qılındığı üçün Peyğəmbər (səllallahu aleyhi və səlləm) və səhabələr onu belə adlandırmışlar.
3) Əsr axşam çağı deməkdir. Bu namaz axşam çağı qılındığı üçün Peyğəmbər (səllallahu aleyhi və səlləm) və səhabələr onu belə adlandırmışlar.
4) Məğrib günün batması deməkdir. Bu namaz günün batmasından sonra qılındığı üçün Peyğəmbər (səllallahu aleyhi və səlləm) (səllallahu aleyhi və səlləm) və səhabələr onu belə adlandırmışlar.
5) İşa isə gecə deməkdir. Bu namaz gecə vaxtı qılındığı üçün Peyğəmbər (səllallahu aleyhi və səlləm) (səllallahu aleyhi və səlləm) və səhabələr onu belə adlandırmışlar.
Göründüyü kimi Peyğəmbər (səllallahu aleyhi və səlləm) və səhabələr namazlara vaxtlarına görə ad vermişdilər. O ki, qaldı namazların vaxtlarının Qurani Kərimdə qeyd edilib-edilməməsinə, onu deyə bilərik ki, həmin vaxtlar Qurani Kərimdə dəqiqliyi ilə qeyd edilməsə də belə onlara işarət edilməşdir.
Uca Allah buyurur: “(Ya Rəsulum!) Namazı gündüzün iki başında (günortadan əvvəl və sonra, yəni səhər, günorta və gün batan çağı və ya günün iki başında, yəni səhər-axşam) və gecənin (gündüzə yaxın) bəzi saatlarında (axşam və gecə vaxtı) qıl. Həqiqətən, (beş vaxt namaz kimi) yaxşı əməllər pis işləri (kiçik günahları) yuyub aparar. Bu, (Allahın mükafatını və cəzasını) yada salanlara öyüd-nəsihətdir (xatırlatmadır).” (Hud surəsi 114-cü ayə). Bu ayə Sübh, Məğrib və İşa namazlarına işarədir.
Başqa bir ayədə isə uca Allah belə buyurur: “(Fərz, vacib) namazlara, (xüsusilə) orta namaza (günortadan sonrakı əsr namazına, ikindi namazına) riayət (əməl) edin və Allaha itaət üçün ayağa qalxın (namaza durun).” (əl-Bəqərə surəsi 238-ci ayə). Bu ayə də Əsr namazına işarədir.
Digər bir ayədə isə uca Allah belə buyurur : “Gün batmağa meyl edəndən (günortadan) gecənin qaranlığınadək namaz (günorta, ikindi, axşam və gecə namazları) qıl. Sübh namazını da qıl. Çünki sübh namazı (gecə və gündüz mələkləri, həmçinin bir çox insan tərəfindən) müşahidə olunur.” (əl-İsra surəsi 78-ci ayə). Bu ayə isə namazların beşinə də işarədir. Əsasən də Zöhr və Sübh namazlarına işarədir. Çünki uca Allah bu ayədə buyurur ki, “Gün batmağa meyl edəndən” namaz qıl. Məlumdur ki, Zöhr namazının vaxtı da elə gün zenitdən meyl etdikdən sonradır.
Həmçinin Peyğəmbərin saysiz-hesabsız hədisləri vardır ki, orada namazların beş vaxtda qılınması qeyd olunur. Bütün bunlar da onu göstərir ki, hər namazın öz vaxtı vardır. Ona görə də namazlarını öz vaxtlarında qılmayanları uca Allah hədələyərək belə demişdir: “Vay halına o namaz qılanların ki, onlar öz namazlarından qafildirlər (səhlənkarlıqları üzündən namazlarını vaxtlı-vaxtında qılmazlar); Onlar (namazlarında) riyakarlıq edər.” (əl-Məun surəsi 4, 5, 6-cı ayələr).
Namazı yalnız səfərdə 3 vaxtda qılmaq olar. Çünki Peyğəmbər (səllallahu aleyhi və səlləm) belə etmişdir.
Allah bizi haqqı eşidib ona əməl edənlərdən etsin! Amin!!!


649. Elnur (Yuxuda Peygemberleri gormek)

SUAL: Salam.Men 29.11.2004 den 30.11.2004 kechen gece qeribe bir yuxu gormushem.Yuxumda gorurem ki,men kiminlese(bilmedim kim idi) uca,sonsuz bir sozle tesevvur olunmayan yerde gedirik.Birdene uca dag formasinda qesr.Ora daxil oluruq.Gorurem ki,3 dene nurani kishi gelir.Adamdirlar,amma ag paltarda ,paltarlari ichig sachir.Sineden yuxari uzlerin gormek olmur.Yanimdaki mene deyir ki,bunlar peygemberlerdi.Isa,Musa ve birde Mehemmed (s) peygember.Onlar gelib giriler icheri,yanimizdan kechib gedirler kitabalri goyurlar,dash refe kimi hundur yere.Isa peygemberin elindeki kitabin ustundeki xachi aydin gordum.Bilmirem kim idi,ne idi estafurullah bele fikirleshirem ki,deyesen men Allahi da gormsuehm.Uca sonsuz ishigli bir varliq gorurem ki,onun yaninda bir dene qazan var.Nese ag(deyesen sud) shey buxarlanir ordan.Gorurem ondan ses gelir Isa peygembere deyir ki,sen yaralisan hemde omrun azalib gel bundan 1 chomche ich.Isa peygemberde sakitce gedir ichir ondan.Men oz ozume ureyimde fikrileshirem ki,nece ola biler ki,sud insan heyatin uzatsin onu sagaltsin?.Ele bu fikir ureyimden kechende o ishigli varlig mene deyir sen sef fikirleshirsen.Siz insanlarin can atdigi da ele bunun sirrin bilmekdi.Bile de bilersiniz men bunun uchun size elm vermishem ancaq onnan buna chata bilersiniz...Heyif ki,neb axira kimi mene deyilen sozleri eshitmedim.Achigi chox qorxmsudhum,bogula bogula yuxudan oyandim.Durdum yerimde biraz oturdum ozume geldim.Biraz fikirleshenden sonra yeniden yatdim.Sonra yene yuxularimi qarashdirdim.Menim indi size soylediyim heqiqetdi.Belkede ne vaxtsa bele yuxu gorsem inanmazdim.Amma men ele yuxunu gormsuhem ki,ele bil real heyatda gezirdim,baxirdim ve birde Incil kitabinin ustundeki xachi aydin gormeyim meni hem qorxudur hemde tesdiq eleyir ki,bu bilmirem yuxudu nedi fakt gormushem.Xahish edirem mene izaah edin menim yuxum neden xeber verir,butun bunlar heqiqetdirmi?ola bilermi insan yuxusunda gorsun mugeddesleri,Allahi?

CAVAB: Və aleykumus-sələm.
Sizizn gördüyünüz bu yuxu həqiqət deyildir. Bu yuxu şeytan tərəfindən də ola bilər. Bunun səbəbləri aşağıdakılardır:
1. Qeyd edirsiniz ki, yuxuda onların üzlərini görmək olmur. Elə isə hansı əsasa görə yuxuda yanınızda olan şəxs onların peyğəmbərlər olduğunu iddia edir?
2. Həmçinin onların İsa, Musa və Muhəmməd (səllallahu aleyhi və səlləm) olduğunu yəqinliklə deyən şəxs gərək ən azı onların vəsfini əvvəlcədən bilmiş olsun. Yuxuda sizin yanınızda olan həmin şəxs həmin peyğəmbərlərin sifətlərini (xarici görünüşlərini) əvvəlcədən bilir, ya yox? Bu da sizə bəlli deyil. Çünki, siz onu tanımırdınız.
3. Siz tanımadığınız şəxsin dediklərinə nə əsasa görə inanırsınız. Bəlkə həmin şəxs şeytanın özüdür.
4. Siz yuxuda görmüsünüz ki, o insanlardan birinin əlində üzərində xaç olan kitab var idi və buna əsasən də deyirsiniz ki, o İsa peyğəmbərdir. Sual: Siz nəyə əsasən deyə bilərsiniz ki, İsa peyğəmbərə nazil olan “İncil” kitabının üzərində xaç olub. Axı həmin kitabın əsli hal-hazırkı dövrdə yoxdur. Həmçinin İsa peyğəmbər çarmıxa (xaça) çəkilməmişdir. Uca Allah İsa peyğəmbərin çarmıxa çəkilməsini iddia edənlərə rədd edərək belə buyurur: “(Nəsranilərin lənətə düçar olmalarının bir səbəbi də: ) "Biz, Allahın elçisi Məryəm oğlu İsa əl-Məsihi öldürdük", - demələridir. Halbuki onlar İsanı nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlarda yalnız belə bir təsəvvür yarandı. Bu haqda ixtilafda olanlar onun (şəxsən öldürülməsi) barəsində, əlbəttə, şəkk-şübhə içərisindədirlər. Onların buna dair heç bir məlumatı yoxdur. Onlar ancaq zənnə qapılırlar. Həqiqətdə onu (İsanı) öldürməmişdilər. Xeyr, Allah onu Öz dərgahına qaldırmışdır. Şübhəsiz, Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!” (ən-Nisa surəsi 157, 158-ci ayələr).
Bu ayədən sonra kim iddia edər ki, İsa peyğəmbər çarmıxa çəkilib və onun kitabının üzərində də xaç şəkili var.
5. Həmçinin yuxuda gördüyünüz varlıq İsa peyğəmbərə deyir ki, sən yaralısan. Axı İsa peyğəmbər yaralanmamışdır, əksinə uca Allah onu sağ-salamat öz dərgahına qaldırmışdır. Öncə qeyd etdiyimiz ayə bunu açıq-aydın göstərir.
6. Əstəğfurullah, siz deyirsiniz ki, yuxuda gördüyünüz deyəsən Allahdır. Bu heç vaxt mümkün deyildir. Uca Allahı indiyə kimi nə yuxuda, nə də adi halda heç kəs, hətta peyğəmbərlər belə görməmişdir. Uca Allah buyurur: “Musa təyin etdiyimiz vaxtda gəldikdə Rəbbi onunla danışdı. [Musa] dedi: “Ey Rəbbim! [Özünü] mənə göstər, Sənə baxım.” O dedi: “Sən məni [bu dünyada] görməzsən! Lakin dağa bax. Əgər o, öz yerində qala bilsə, sən də Məni görəcəksən”. Rəbbi dağa göründükdə onu parça-parça etdi. Musa da bayılaraq yerə sərildi. Özünə gəldikdə isə dedi: “Sən pak və müqədəssən! Sənə tövbə etdim və mən iman gətirənlərin birincisiyəm!”(əl-Əraf surəsi 143-cü ayə).
Uca Allahı Qiyamət günü yalnız möminlər görəcəklər. Uca Allah buyurur: “O gün neçə-neçə üzlər sevinib güləcək; Öz Rəbbinə baxacaqdır!” (əl-Qiyamə surəsi 22, 23-cü ayələr).
Bütün bunlar onu göstərir ki, sizin gördüyünüz yuxu həqiqət ola bilməz. Bu şeytan tərəfindən olan yuxulara daha çox bənzəyir. Həmçinin yuxuda ağ paltarlı insan görmək heç də həmin insanların saleh insanlar olmasına dəlalət etmir. Əksər insanlar elə düşünürlər ki, yuxuda ağ paltarlı kimisə görübsə bu mütləq ya peyğəmbərdir, ya da hər hansı bir saleh insandır. Elə bu etiqada görə də şeytan həmin insanların yuxularına ğa paltarlı insanlar şəklində girir və onları haqq yoldan azdırır. Allah bizim hamımızı şeytanın şərindən qorusun! Amin!!!

648. Samir akbeli (Baki)

SUAL: Cuma namazi niye 2 ruketdir?

CAVAB: Əs-sələmu aleykum.
Çünki, Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) bu namazı iki rükət qılmışdır.

647. Zaka (Baki)

SUAL: بِسْمِ اللهِ الرَّحْمنِ الرَّحِيمِ
Assalamu aleykum. Allah sizden razi olsun ki, buradan men ve menim kimi yuzlerle muselman bilmediklerimizi oyrenmek uchun daha yaxshi imkan elde edir. Sualim beledir:
1. Maashin yaxshi olmasina baxmayaraq, ev almaq uchun hech bir imkan yoxdursa, ailenle neche illerdir kirayelerde qalirsansa, her hansi bir bankdan kredit goturub ve ya dovletle ipoteka muqavilesi baglayib (ipotekada cuzi faizler vermekle, aldigin emlakin deyerini uzun muddete-10-15 ile qaytarirsan. Bu faizler dovlet vetendasha birdefelik verdiyi pulu uzun muddete geri alidigi uchun infliasiyani evez etmek, bununla budce kesirine imkan vermemek meqsedi dashiyir.) ev almaq haramdirmi?
2. Suallara cavablarin birinde deyirsiniz ki, "bu cür banklarda işləmək haramdır. Çünki, sizin maaşınız faizdən verilir" Siz bashqa cur bank dedikde neyi nezerde tutrsunuz. Axi olkede banklarin esas meqsedi qedim dovrlerde oldugu kimi faizle gelir elde etmek deyil. Burada olke iqtisadiyatini ve vetendashlarin sosial rifahina yonelmish meqsedleri gormek lazimdir. Bu meseleye de munasibetiniz. Emeller niyyetlere baglidir.
3.Seher 8:40-da guneshin chixma vaxtidir. Yuxuya qaldigim uchun 8:37-de subh namazini bashlayib, 8: 45-de qurtariram. Bu zaman namazim batildirmi, qezasini qilmaliyam, yoxsa...
Allah sizden razi olsun.

CAVAB: Və aleykumus-sələm.
1. Bəli, bu cür üsulla ev almaq haramdır. Çünki siz öz evinizi sələm vermək vasitəsi ilə alırsınız. Sələnin azı da, çoxu da haramdır. Cabir ibn Abdullah (Allah ondan razı olsun) rəvayət edir ki, “Peyğəmbər (səllallahu aleyhi və səlləm) faiz yeyənə (alana), onu yedizdirənə (verənə), onu yazana və iki şahidinə lənət edərək belə demişdir: “Onların hamısı günahda eynidirlər.” (Bu hədisi Muslim rəvayət etmişdir). Bu hədis onu göstərir ki, faizin azı ilə çoxu arasında, onu verənlə alan arasında heç bir fərq yoxdur.
Başqa bir hədisdə də Peyğəmbər (səllallahu aleyhi və səlləm) belə demişdir: “Faizin 73 növü vardır. Onun ən yüngülünü edən öz anası ilə zina edən şəxs kimidir...” (Bu səhih hədisi Hakim “Mustədrək” əsərində (2/37) rəvayət etmişdir). Bu hədis də onu göstərir ki, faizin azı-çoxu yoxdur.
Həmçinin başqa bir hədisdə də belə buyurulur: “Kişinin bilərəkdən bir dirhəm faiz yeməsi, 36 dəfə zina etməkdən daha pisdir.” (Bu səhih hədisi də Əhməd “Müsnəd” əsərində (5/225) rəvayət etmişdir).
2. Biz bunu dedikdə faizlə işləyən bankları nəzərdə tuturuq. Əgər hər hansı bir bank faizlə işləmirsə (əgər belə bir bank varsa) onda bu dediklərimiz həmin banklara şamil edilmir.
O ki, qaldı sizin dediyiniz niyyətə (yəni, ölkə iqtisadiyyatını ve vətəndaşlarin sosial rifahını yaxşılaşdırmaq niyyətinə), bu heç də faizin halal olmasına əsas vermir. Şeytan bu niyyəti zahirdən bizə yaxşı göstərə bilər. Çünki, şeytan daima insanlara etdikləri pis əməllərini zahirdən yaxşı göstərir ki, bunun vasitəsilə onları yollarından azdırsın. Uca Allah buyurur: “(İblis) dedi: "Ey Rəbbim! Məni azdırmağına (rəhmətindən kənar etməyinə) əvəz olaraq and içirəm ki, mən də (bunun müqabilində) onlara (pis əməllərini, günahlarını) yer üzündə yaxşı göstərib onların hamısını yoldan çıxaracağam!” (əl-Hicr surəsi 39-cu ayə).
Həmçinin şeytan bəzi insanlara içkini də yaxşı göstərir, lakin bu o demək deyil ki, içki halaldır. Odur ki, bizim barəsində söhbıt açdığımız sələm məsələsi də elə buna bənzəyir. Şeytan hər bir yolla çalışır ki, insanları bu haram vasitəsilə Allahın yolundan uzaqlaşdırsın.
Gəlin bir az düşünək: Bangı yaradanlar kimlərdir? Əlbəttə ki varlılar. Məgər onlar kasıb insanların rifahı üçün çalışırlar? Elə isə nə üçün öz mallarının zəkatını çıxarıb kasıblara vermirlər? Əgər Azərbaycanda olan varlıların hamısı mallarının zəkatını çıxarıb kasıblara versələr heç bir kasıb qalmaz. Onda bu cür faizlə işləyən banklara ehtiyac olmaz. Bütün banklar faizsiz işləyər.
Allah bütün müsəlmanları İslam dinində sabit etsin və haram şeylərdən çəkinməkdə onlara kömək olsun! Amin!!!
3. Sizin namazınız səhihdir və bunun qəzasını qılmaq lazım deyildir.
Allah sizdən də razı olsun!

646. eldeniz (istanbul)

SUAL: SELAMUN ALEYKUM
INSANLARIN DUNYA NEMETLERINDEN ALDIQLARI PAYLARDAKI FERQLILIQ, ILAHI EDALET TEREFINDEN NECE YORUMLANA BILER?

CAVAB: Və aleykumus-sələm.
Allah kimə nə qədər ruzi verəcəyini Öz əzəli elmi, ilahi hikməti ilə çox gözəl bilir. Bəndələr içərisində eləsi vardır ki, var-dövləti artıq olsa, xalqa əziyyət verər, hər şeyi, Allahı belə danar; eləsi də vardır ki, güzəranı bir qədər pisləşsə, yer üzündə fitnə-fəsad törədər, özgə malına əl uzadar. Ona görə də Allah istədiyinə az, istədiyinə də çox ruzi, mal-dövlət verir. Uca Allah buyurur: “(Ya Peyğəmbər!) De: "Rəbbim istədiyinin ruzisini artırar və (istədiyininkini də) azaldar. Lakin insanların əksəriyyəti (bunu) bilməz!” (Səbə surəsi 36-cı ayə).
Başqa bir ayədə də belə buyurur: “Məgər onlar hələ də bilmirlərmi ki, Allah istədiyinin ruzisini artırar, (istədiyininkini də) azaldar. Həqiqətən, bunda iman gətirən bir qövm üçün ibrətlər vardır! (əz-Zumər surəsi 52-ci ayə).
Əgər uca Allah bütün insanlara bol ruzi versə idi onlar günah etməklə hədlərini aşardılar. Bu barədə də uca Allah belə buyurur: “Əgər Allah (bütün) bəndələrinə bol ruzi versəydi, onlar (günah etməkdə) yer üzündə həddi aşardılar. Lakin O (Öz bəndələrinə) istədiyi qədər (birinə az, birinə çox) ruzi göndərir. Allah öz bəndələrindən xəbərdardır, (onları) görəndir!” (əş-Şura surəsi 27-ci ayə).
Odur ki, uca Allahın kafirlərə də bol ruzi verməsi sizi təəccübləndirməsin. Uca Allah buyurur: “(Ya Peyğəmbərim! Münafiqlərin) nə malları, nə də oğul-uşağı səni təəccübləndirməsin. Allah onlarla ancaq münafiqlərə dünyada əzab vermək, kafir olduqları halda, canlarını almaq istər.” (ət-Tövbə surəsi 55-ci ayə).
Digər bir ayədə də belə buyurur: “Onların nə mal-dövləti, nə də oğul-uşağı səni heyrətə salmasın. Allah bununla onlara (münafiqlərə) ancaq dünyada əzab vermək və kafir olduqları halda, canlarının (çətinliklə) çıxmasını istər.” (ət-Tövbə surəsi 85-ci ayə).
Bütün bunlar Allahın Öz bəndələrinə ruzi verməkdə ədalətli olduğunu göstərir.

645. Eldeniz Guliyev (İstanbul)

SUAL: Bir qadinin dinin butun vecibe ve farzlarini yerine getirdiyi halda, ailesinin istememesine gore ortune bilmir. sizce bunun hokmu ne olmalidir?

CAVAB: Əs-sələmu aleykum.
Həmin qadın bu işdə ailəsinə tabe olduğu üçn Allaha asi olur. Çünki uca Allah həmin qadına başı bağlamağı əmr edir, valideynlər isə bunu qadağan edir. Əgər bu işdə valideynlərə tabe olarsa Allaha asi olmuş olur. Valideynlərə yalnız Allaha asi olmayan işlərdə tabe olmaq olar.
Uca Allah buyurur: “Biz insana ata-anasına (yaxşılıq etməyi, valideyninə yaxşı baxmağı, onlarla gözəl davranmağı) tövsiyə etdik. Anası onu (bətnində) çox zəif bir halda daşımışdı. (Uşağın süddən) kəsilməsi isə iki il ərzində olur. (Biz insana buyurduq: ) "Mənə və ata-anana şükür et. Axır dönüş Mənədir! Əgər (ata-anan) bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, (bu işdə) onlara itaət etmə. (Qalan) dünya işlərində onlarla gözəl keçin (onlara itaət et). Tövbə edib Mənə tərəf dönənlərin yolunu tut. Sonra (qiyamət günü) Mənim hüzuruma qayıdacaqsınız. Mən də (dünyada) nə etdiklərinizi (bir-bir) sizə xəbər verəcəyəm!” (Loğman surəsi 14, 15-ci ayələr).

644. Novruz Rahimov (Baki)

SUAL: Salam aleykum gardas men eger bir bacinan ayrilandan sonra onun fikrini degig oyrenmek ucun ona yaxinasa bilerim biz ailegurmamisig amma sevmisik ve degiglesdirmek ucun ozunden sorusmag isteyirem

CAVAB: Və aleykumus-sələm.
Naməhrəm qadınla danışmaq olmaz. Odur ki, sizin həminqadınla danışmağınız qadağandır. Siz həmin qadının fikrini yalnız sizə məhrəm olan qadın vasitəsi ilə öyrənə bilərsiniz. Məsələn: Bacınız vasitəsi ilə, və ya ananız vasıtəsi ilə.......

643. ANAR ASRAFOV (SUMGAYIT)

SUAL: BIR ADI MUSELMANIN BUTUN VEZIFELERI NEDIR?

CAVAB: Əs-sələmu aleykum.
İman gətirməyə görə hər bir müsəlmanın vəzifəsi bunlardır:
1. Allaha iman gətirmək.
2. Onun mələklərinə iman gətirmək.
3. Onun kitablarına iman gətirmək.
4. Onun peyğəmbərlərinə iman gətirmək.
5. Qiyamət gününə iman gətirmək.
6. Qədərin (insanın başına gələn hadisələrin) xeyrinin də, şərinin də Allahdan olmasına iman gətirmək.

İslama (Allaha təslim olmağa) görə isə hər bir müsəlmanın vəzifəsi bunlardır.
1. Allahdan başqa (ibadətə layiq) heç bir ilahın olamamasına və Muhəmmədin Onun elçisi olmasına şəhadət gətirmək.
2. Namaz qılmaq.
3. Zəkat vermək.
4. Ramazan orucunu tutmaq.
5. Gücü çatdıqda həcc ziyarətini etmək.
Allah bizim hamımızı bunların hamısını layiqincə yerinə yetirənlərdən etsin! Amin!!!

642. EREBOV SEYMUR ()

SUAL: SALAM ELEYKUM QARDASLAR MUSIQININ HARAQM OLDUGUNU BILIREM AMMA HEDISDE DEYILIRKI "ONLARI YERINDEN OYNAT"EGER MEN VETENPERVERLIK HISSI OYADAN MUSIQILERE QULAQ ASSAM NECE MESELEN "KOROGLU UVERTURASI" VE YA 'ESKER MARSI"BULARDA HARAMDIMI.ALLAH SIZDEN RAZI OLSUN EMIN

CAVAB: Və aleykumus-sələm.
Musiqinin haram olması həm hədislərdə, həm də Qurani Kərimdə varid olmuşdur. Sizin qeyd etdiyiniz isə əslinə qalsa hədis deyildir, o Quran ayəsidir. Musiqinin haram olmasına dair quran ayələri aşağıdakılardır:
1. Uca Allah Qurani Kərində şeytana bel deyir: “Onlardan kimi bacarırsansa, səsinlə yerindən oynat...” (əl-İsra surəsi 64-cü ayə).
2. Həmçinin musiqi barəsində uca Allah başqa bir ayədə belə buyurur: “İnsanlar içərisində eləsi də vardır ki, nadanlığı üzündən (xalqı) Allah yolundan döndərmək və bu minvalla onu məsxərəyə qoymaq üçün mənasız sözləri satın alarlar. Məhz belələrini alçaldıcı bir əzab gözləyir.” (Loğman surəsi 6-cı ayə).
Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) səhabəsi olan İbn Məsud (Allah ondan razı olsun) bu ayələri təfsir etdikdə Allaha təkidlə and içərək belə demişdir: “Allaha and olsun ki uca Allah bu ayələrdə (şeytanın səsi və mənasız sözlər dedikdə) musiqini qəsd edir.”
Bu iki ayə onu göstərir ki, istənilən musiqi növünə qulaq asmaq haramdır və musiqi ilə məşğul olanları alçaldıcı bir əzab gözləyir.
Allah hamımızı haram əməllərdən uzaq etsin! Amin!!!

641. Memmedova (Baki)

SUAL: Salam. Men indiyedek ele bilirdim ki, namazin gunde 5 defe qilinmasi haqqinda quranda her hansi bir aye var. Lakin bu gunlerde oyrendim ki, 5 defe qilmaq haqqinda quranda bele bir shey yazilmayib. Yazilib ki, namaz qilmaq her bir muselman ucun farzdir. 5 defe ise yalniz Mehemmed peygember qilib. Mehemmed peygember Allahin elchisidir ve allah da buyurub ki, biz muselmanlar mehemmed Peygemberin elediklerini etmeliyik. Mene cox maraqlidir bes Mehemmed peygemberin nece namaz qilmasi haqqinda quranda yoxdursa, onun nece namaz qilmasi hardan mueyyenleshdirilib.?

CAVAB: Və aleykumus-sələm.
Beş vaxt namazların əvvəl və axır vaxtlarını Peyğəmbərimizə (səllallahu aleyhi və səlləm) uca Allah Cəbrail vasitəsi ilə öyrətmişdir. İbn Abbas (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (səllallahu aleyhi və səlləm) belə demişdir: “Cəbrail iki dəfə (gün) mənə Kəbənin yanında imamlıq etdi. O birinci dəfə Zöhr namazını günəş zeniti keçdikdən sonra qıldı. Sonra o Əsr namazını hər şeyin kölgəsi özü boyda olanda qıldı. Sonra o Məğrib namazını günəş batdıqdan sonra, oruc tutan orucunu açdığı anda qıldı. Sonra o İşa namazını ğünəşin (səmada olan) şəfəqi (qızartısı) itdikqən sonra qıldı. Sonra o Fəcr namazını dan yeri ağaranda, oruc tutana yeməyin haram olduğu anda qıldı.
Ertəsi gün o Zöhr namazını Əsr namazının dünənki vaxtında, hər şeyin kölgəsinin özü boyda olduğu anda qıldı. Sonra o Əsr namazını hər şeyin kölgəsinin iki özü boyda olduğu anda qıldı. Sonra Məğrib namazını birinci dəfə qıldığı vaxtda qıldı. Sonra İşa namazını gecənin üçdə-birində qıldı. Sonra da Fəcr namazını yer üzü işıqlaşanda (günəşin çıxmasına bir az qalmış) qıldı.
Sonra Cəbrail mənə tərəf dönüb belə dedi: “Ey Muhəmməd! Bu həm də səndən əvvəl olan peyğəmbərlərin vaxtıdır. (Namazların) vaxtı bu iki vaxtlar arasındadır.” (Bu hədisi Tirmizi, Əbu Davud, Əhməd və başqaları rəvayət etmişdir.
Bu hədisi İb Abbasdan (Allah ondan razı olsun) Peyğəmbərimizdən (səllallahu aleyhi və səlləm) digər səhabələr də rəvayət etmişlər. Bu hədis onu göstərir ki, Peyğəmbərimizə (səllallahu aleyhi və səlləm) namazların əvvəl və axır vaxtlarını uca Allah Cəbrail vasitəsi ilə öyrətmişdir.
O ki, qaldı namazların vaxtlarının Qurani Kərimdə qeyd edilib-edilməməsinə, onu deyə bilərik ki, həmin vaxtlar Qurani Kərimdə dəqiqliyi ilə qeyd edilməsə də belə onlara işarət edilməşdir.
Uca Allah buyurur: “(Ya Rəsulum!) Namazı gündüzün iki başında (günortadan əvvəl və sonra, yəni səhər, günorta və gün batan çağı və ya günün iki başında, yəni səhər-axşam) və gecənin (gündüzə yaxın) bəzi saatlarında (axşam və gecə vaxtı) qıl. Həqiqətən, (beş vaxt namaz kimi) yaxşı əməllər pis işləri (kiçik günahları) yuyub aparar. Bu, (Allahın mükafatını və cəzasını) yada salanlara öyüd-nəsihətdir (xatırlatmadır).” (Hud surəsi 114-cü ayə). Bu ayə Sübh, Məğrib və İşa namazlarına işarədir.
Başqa bir ayədə isə uca Allah belə buyurur: “(Fərz, vacib) namazlara, (xüsusilə) orta namaza (günortadan sonrakı əsr namazına, ikindi namazına) riayət (əməl) edin və Allaha itaət üçün ayağa qalxın (namaza durun).” (əl-Bəqərə surəsi 238-ci ayə). Bu ayə də Əsr namazına işarədir.
Digər bir ayədə isə uca Allah belə buyurur : “Gün batmağa meyl edəndən (günortadan) gecənin qaranlığınadək namaz (günorta, ikindi, axşam və gecə namazları) qıl. Sübh namazını da qıl. Çünki sübh namazı (gecə və gündüz mələkləri, həmçinin bir çox insan tərəfindən) müşahidə olunur.” (əl-İsra surəsi 78-ci ayə). Bu ayə isə namazların beşinə də işarədir. Əsasən də Zöhr və Sübh namazlarına işarədir. Çünki uca Allah bu ayədə buyurur ki, “Gün batmağa meyl edəndən” namaz qıl. Məlumdur ki, Zöhr namazının vaxtı da elə gün zenitdən meyl etdikdən sonradır.

640. Ferhad Aliyev (Baki)

SUAL: Assalamaleykum!!! Bir insan mashini idare ederken avariya veziyyeti yaradir. Amma her Shukur ALLAHA yaxshi qurtarir. Indi hemin adamin ureyinde qorxu qalib. O ne etsin? Childaga getmek olarmi? ALLAH razi olsun! Assalamalykum ve Rahmetullahi ve Berakatuh!!!

CAVAB: Və aleykumus-sələm.
Xeyr, həmin qorxunu çildaq vasitəsi ilə götürmək olmaz. Onun qəlbində olan bu qorxu şeytan tərəfindən olduğu üçün onu Alllaha ibadət etmək, (ərəbcə) Quran oxumaq (və ya kasetdə ona quilaq asmaq), Peyğəmbərin (səllallahu aleyhi və səlləm) etdiyi səhər (sübh namazından sonra) və axşam (məğrib namazından öncə) zikirləri etmək, “əl-Fələq”, “əlİxlas” və “ən-Nas” surələrini oxumaq və Allahdan kömək diləmək vasitəsi ilə götürmək olar. Allah sizdən də razı olsun.
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.

639. cavid (baki)

SUAL: assalamualaikum,meni chox dushunduren bir sual var: eger insanin alnina onun taleyi Rebbi terefinden artiq yazilmishdirsa ,onda insanin dualarinin ne ehemmiyyeti var? yeni onlar ne deyishe biler? artiq ne olacaqsa o da olacaqmi?
teshekkur edirem.

CAVAB: Və aleykumus-sələm.
İnsan Allaha dua etmək vasitəsi ilə öz qədərini dəyişdirə bilər. Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Qədəri yalnız dua qaytarır (dəyişir).” (Bu hədis səhihdir və onu İbn Macə və Əhməd rəvayət etmişdir).

638. orxan. VELIYEV (baki)

SUAL: NEYE GORE INSANLAR SEF YOLDAN DOGRU YOLA GELMIRLER

CAVAB: Əs-sələmu aleykum.
Çünki onlar şeytanın vəsvəsələrinə uyurlar və şeytan da onları haqq yolundan azdırır. Şeytan Allaha and içmişdir ki, insanları haqq yolundan azdıracaqdır. Yalnız sırf Allaha ibadət edənlərdən başqa. Şeytan uca Allahdan Qiyamətə qədər ona toxunmayacağı haqqında möhlət istəmiş və uca Allah da ona həmin möhləti vermişdir. Odur ki, Qiyamətə qədər şeytan insanları haqq yolundan yayındırmağa çalışacaqdır. Lakin o, Allaha ixlasla ibadən edən şəxslərə təsir edə bilməyəcəkdir. Bu xüsusda uca Allah belə buyurur:
“71. (Ya Peyğəmbər!) Xatırla ki, o zaman sənin Rəbbin mələklərə belə demişdi: "Mən palçıqdan bir insan (Adəmi) yaradacağam.
72. Mən onu tamamlayıb (insan şəklinə salıb) Öz ruhumdan (Özümün yaratdığı ruhdan) üfürən (can verən) kimi ona (hörmət əlaməti olaraq) səcdə edin!"
73. Buna görə də mələklərin hamısı birlikdə (Adəmə) səcdə etdi;
74. Yalnız İblisdən başqa! O (səcdə etməyə) təkəbbür göstərdi və kafirlərdən oldu.
75. (Allah) buyurdu: "Ey İblis! Sənə mənim Öz əlimlə yaratdığıma səcdə etməyə nə mane oldu? Təkəbbür göstərdin, yoxsa özünü yuxarı tutdun?"
76. (İblis) dedi: "Mən ondan daha yaxşıyam (daha üstün, daha şərəfliyəm). Çünki Sən məni oddan, onu isə palçıqdan yaratmısan!"
77. (Allah) buyurdu: "Çıx ordan (Cənnətdən). Sən (Mənim rəhmətimdən, dərgahımdan) qovulmuşun birisən!
78. Qiyamət gününə qədər Mənim lənətim sənin üstündən əskik olmasın!"
79. (İblis) dedi: "Ey Rəbbim! Qiyamət gününə qədər mənə möhlət ver!"
80. (Allah) buyurdu: "Sən möhlət verilənlərdənsən,
81. (Dərgahımda) vaxtı məlum olan günə (qiyamətə) qədər!"
82. (İblis) dedi: "Sənin izzətinə-qüdrətinə and olsun ki, onların (Adəm övladının) hamısını (haqq yoldan) azdıracağam;
83. Yalnız Sənin sadiq bəndələrindən başqa!
84. (Allah) buyurdu, "Həqiqətən, doğru deyirəm,
85. And olsun ki, Mən Cəhənnəmi səninlə (sənin cinsindən olanlarla) və sənə uyanların hamısı ilə dolduracağam!” (Sad surəsi 71-85).
Allah bizim hamımızı doğru yolda sabit etsin! Amin!!!

637. Abdullayeva (Baki)

SUAL: Salam aleykum. Men musiqiye gunah oldugu ucun qulaq asmiram, amma yolda musiqi esidende mene tesir edir. Ne edim ki, musiqi mene xos gelmesin?

CAVAB: Və aleykumus-sələm.
Yolda musiqi səsi eşitdikdə ona məhəl vermə. (Yəni ona diqqətlə qulaq asma). Çünki şeytan daima insanın qəlbinə cürbəcür şeylərlə vəsvəsə salır və pis əməli ona xoş göstərir. Əgər insan onunla mübarizə aparmasa şeytan qalib gəlir və sonda insanı yolundan azdırır. Odur ki, yolda musiqi eşidən zaman çalışın ki, fikrinizi başqa bir şey üçün cəm edəsiniz ki, həmin musiqi fikrinizdə olmasın. Bu cür məsələlərdə həmçinin Allahdan da yardım diləmək lazımdır. Belə ki, musiqi səsini eşitdikdə şeytanın şərindən Allaha sığın.
Allah hamımızı şeytanın vəsvəsələrindən uzaq etsin! Amin!!!

636. Farid Hasanov (Baki)

SUAL: Salam! Esitmisem ki, subay adam heftede 1 defe oruc tutmalidir. Ancaq bilmirem heftenin hansi gununde tutmaq olar. Xahis edirem bu barede aciqlama veresiniz. Evvelceden minnetdarliq edirem. Sag olun.

CAVAB: Və aleykumus-sələm.
Peyğəmbərin (səllallahu aleyhi və səlləm) hədislərində evlənə bilməyənlərin oruc tutmaları barəsində qeyd olunur. Odur ki, subay olanlar şəhvətlərini boğa bilmirlərsə dərhal evlənməlidirlər. Əgər evlənməyə imkanları yoxdursa onda oruc tutmalıdırlar. Peyğəmbər (səllallahu aleyhi və səlləm) belə demişdir: “Ey cavanlar! Sizlərdən kimin evlənməyə gücü varsa evlənsin! Həqiqətən evlənmək gözü və övrət yerini (zinadan) qoruyur. Kim də evlənməyi bacarmırsa qoy oruc tutsun! Çünki oruc onun üçün qoruyucudur.” (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir).
Bu hədisdə Peyğəmbər (səllallahu aleyhi və səlləm) evlənə bilməyənlərə oruc tutmalarını nəsihət etmişdir. Çünki, insan oruc vasitəsi ilə haram şeylərdən, o cümlədən də zinadan və onanizmdən uzaq olur.
Peyğəmbər həmin oruc üçün müəyyən bir gün təyin etməmişdir və ya onun həftədə bir gün olduğunu vurğulamamışdır. Ona görə də oruc tutmaq istəyən subay şəxslər həftənin cümə və şənbə günlərindən başqa istənilən günündə həmin orucları tuta bilərlər.

635. qalib huseynli (baki)

SUAL: assalamu aleykum.bu saytda "Namazda mutiliye aparan 33 amil" haqda oxuyarken bele bir hisseye rast geldim."Kusuf namazı əsnasında Peyğəmbər salləllahu əleyhi və səlləm cənnət üzümlərini gördü və onları dərmək üçün əlini uzatdı. Burada o, həmçinin cəhənnəm odunu da gördü. Pişiyi bağlayan qadını da namazda gördü. Dəyənəklə insanları soyan adamı da gördü. Qarşısından keçmək istəyən heyvana da mane olmuş, onun keçməsinə izn verməmişdi. Namazda ikən yenə də ona salam verən insana əli ilə işarə edərək cavab vermişdir. Buna bənzər bir çox hədislər də var. Bir hədis də də göstərildiyi kimi, Peyğəmbər salləllahu əleyhi və səlləm namaz qılarkən şeytan gələrək onun qarşısında dayanmışdı. Peyğəmbər salləllahu əleyhi və səlləm onu tutub boğazından sıxmışdı. Peyğəmbər salləllahu əleyhi və səlləm onu adi gözlə görmüşdü. "
bu yazilanlar sehihdirmi? kitablarda namaz vaxti yeyib-icmek,salam almaq ve kenar isler namazi pozan amiller kimi gosterilir.
xahish edirem ,allah rizasi ucun bunu mene aydinlashdirin.ya burada,ya da menim e-mailime yazin. tesekkur edirem.assalamu aleykum va rahmatullah.


CAVAB: Və aleykumus-sələm.
Qeyd etdiklərinizin hamısı eyni zamanda olmamış. Həmçinin bunların hamısı Kusuf namazı əsnasında olmamışdır. Bu hadisələdin hərəsi bir vaxtda olmuşdur. Sizin qeyd etdiklərinizin bəzisi “Namazda mütiliyə aparan 33 amil” kitabçasında bu cür deyilmir. Odur ki, həmin kitabçanı dəqiqliklə oxumağınızı xahiş edirik.
Peyğəmbərimizin namaz əsnasında etdiyi bəzi hərəkətlərə gəlincə, o bunu zəruri səbəbdən etmişdir. Odur ki, namaz əsnasında zəruri səbəbdən bəsi hərəkətlər etmək olar. Məsələn: Namaz qılan zaman qarşıdan hər hansı bir şəxs keçdikdə onu əl ilə tutub saxlamaq olar və s.
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.

634. Elcin (baki)

SUAL: Assalamu aleykum.Men bilmek isterdim ki, Islam cemietinde namaz qilmamagin cezasi nedir.

CAVAB: Və aleykumus-sələm.
Bu məsələni də iki hissəyə bölmək gərəkdir:
1. Əgər hər hansı bir şəxs namaz qılıb sonradan onu qəsdən (bilərəkdən) tərk edibsə, onda İslam dininə görə həmin şəxsin cəzası belədir: Öncə ona xəbərdarlıq edilir, sonra isə (qılmasa) öldürülür.
2. Əgər həmin şəxs ümumuyyətlə namaz qılan deyilsə onda İslan dininə görə onun hökmü iki hissəyə bölünür.
- Ümumiyyətlə namaz qılmayan şəxs namazın gərəksiz olduğunu etiqad etdiyi üçün namaz qılmırsa onda o kafirdir. Peyğəmbərdən (səllallahu aleyhi və səlləm) soruşduqda o demişdir: “Bizimlə onların (kafirlərin) arasında olan əhd namazdır. Hər kim onu tərk etsə, küfr etmiş olar.” Lakin onu öldürmək haramdır.
- Əgər ümumiyyətlə namaz qılmayan şəxs namazın gərəkli olduğunu etiqad edirsə, lakin səhlənkarlıq üzündən namaz qılmırsa, onda o kafir deyildir.

633. ulvi (talibov)

SUAL: s.a. menim size bele bir sualim var ,
1.Dinazavrlar yashayib bu dunyada ve islamda dinozavrlara aid bir shey var , yoxdusa niye.
2.Dinozavrlar yoxdusa bes o skeletler tapilib onlar nedirler ???????????????

CAVAB: Əs-sələmu aleykum.
Dinazavrlar haqqında nə Qurani Kərində, nə də Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) hədislərində heç bir məlumat yoxdur. Bu yalnız bir qrup insanların yürütdükləri fərziyyələrdir. Bəlkə də tapılan sümüklər indiki dövrdə yaşayan heyvanların nəhəng formalarının sümükləridir. Axı o vaxtkı insanlar da indikilərdən qat-qat böyük olmuşlar. Peyğəmbərin (səllallahu aleyhi və səlləm) hədislərində varid olmuşdur ki, Adəm peyğəmbərin boyu 30 dirsək (bu da təxminən 15 metr edir) olmuşdur. Odur ki, o dövrdə yaşayan heyvanlar da bu dövrdəkilərin nəhəng forması ola bilər. Daha doğrusunu isə Allıah bilir.

632. ziya veliyev (baki)

SUAL: assalemu-aleykum menim sizi bir sualim var? xais edirem mene bir seyi deyinde men bilmek isteyiremki dunya nece yaranib ne vaxt yaranib ve nece dagilacaq. arzu ediremki allah butun gunahi olanlari bagislasin.

CAVAB: Və aleykumus-sələm.
Dünyanın yaranması barəsində yalnız bunları deyə bilərik. Uca Allah buyurur: “Həqiqətən, Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra ərşin üzərinə yüksələn, (bir-birini) sürətlə təqib edən gündüzü gecə ilə (gecəni də gündüzlə) örtüb bürüyən, günəşi, ayı və ulduzları əmrinə boyun əymiş halda yaradan Allahdır. Bilin ki, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah nə qədər ucadır (nə qədər böyükdür)!” (əl-Əraf surəsi 54-cü ayə).
Başqa bir ayə isə belə buyurur: “Məgər kafir olanlar göylə yer bitişik ikən Bizim onları ayırdığımızı, hər bir canlını sudan yaratdığımızı bilmirlərmi?! Yenə də iman gətirməzlər? Yer onları silkələməsin (atıb-tutmasın) deyə, orada möhkəm (durmuş) dağlar yaratdıq; onlar (istədikləri yerə) rahat gedib çata bilsinlər deyə, orada geniş yollar əmələ gətirdik. Göyü (yerdən ötrü və onun üstünə düşməsin deyə) qorunub saxlanılan bir tavan etdik. Halbuki (kafirlər) ayələrimizdən (vəhdaniyyətimizi, qüdrətimizi sübut edən bu dəlillərdən) üz döndərdilər. Gecəni və gündüzü də, Günəşi və Ayı da yaradan Odur. Onların (həmçinin ulduzların) hər biri (özünə məxsus) bir göydə üzür (öz hədəqəsində, öz dairəsində hərəkət edir).” (əl-Ənbiya surəsi 30, 31, 32 və 33-cü ayələr).
Dünyanın nə vaxt yaranması barəsində dəqiq məlumat yoxdur və bu barədə söylənilən fərziyyələrin hamısı batildir.
Dünyanın necə dağılacağı barədə ətraflı məlumat almaq üçün isə “Qiyamətin əlamətləri” adlı kitabı alıb oxumağınızı məsləhət görürük. Həmçinin “Qiyamətin aydın əlamətləri” adlı üç hissədən ibarət olan kaseti alıb qulaq asmağınızı da məsləhət görürük. Bütün bunları “Muslim shop” dükanından əldə edə bilərsiniz. Bu dükan bir çox yerlərdə fəaliyyət göstərir. Nərimanov rayonunda “Cümə” məscidinin həyətində, beş mərtəbələr tərəfdə (Xarici İşlər Nazirliyi ilə üzbəüz) və s.

631. veliyev ziya (baki)

SUAL: qiyamet gunu nece olur zehmet olmasa mene danisarsiniz? xais edirem allah zicasi ucun.mene cox maraqlidir.

CAVAB: Əs-sələmu aleykum.
Qiyamət günü barəsində ətraflı məlumat almaq üçün “Qiyamətin əlamətləri” adlı kitabı alıb oxumağınızı məsləhət görürük. Həmçinin “Qiyamətin aydın əlamətləri” adlı üç hissədən ibarət olan kaseti alıb qulaq asmağınızı da məsləhət görürük. Bütün bunları “Muslim shop” dükanından əldə edə bilərsiniz. Bu dükan bir çox yerlərdə fəaliyyət göstərir. Nərimanov rayonunda “Cümə” məscidinin həyətində, beş mərtəbələr tərəfdə (Xarici İşlər Nazirliyi ilə üzbəüz) və s.

630. Farid (Chicago)

SUAL: SAlam aleykum.Menim bir sualim var siza.Men dostlarimla neca gundu bir mesele hagginda sporlashirig.demlai burda coxlu kilseler var,bir balaca sheherde meselen,7000 admlig sheherde 30 kilse var.Mesele indi ne yerdadir,Onlar kilseye girib edirler,amma men eshitmishem ki,kilseye girmek gunahdir,yada ki,nese bela bir shey.Mumkundurse,mene etrafli onu basha salardiniz,ki men dostalrima basha sala bilim.Cox sag olun

CAVAB: Və aleykumus-sələm.
Əgər həmin yer hal-hazırda kilsə kimi fəaliyyət göstərirsə, onda orada namaz qılmaq olmaz, hətta orada bəzi müsəlmanlar namaz qılsalar da belə.
Uca Allah buyurur: “(Quba məscidinə və müsəlmanlara) zərər vurmar, küfr etmək, möminlər arasına təfriqə salmaq məqsədilə, əvvəllər Allaha və Onun Peyğəmbərinə qarşı müharibə edən kimsədən (gəlib onlara rəhbərlik edəcəyi təqdirdə) göz-qulaq olmaq üçün məscid düzəldən və: "Biz (bununla) yaxşılıqdan başqa bir şey istəmədik",- deyə and içənlərin (münafiqlərin) , həqiqətən, yalançı olmaları barədə Allah Özü şahidlik edəcəkdir! (Ya Rəsulum!) Orada heç vaxt namaz qılma. İlk gündən binası təqva (Allahdan qorxub pis əməllərdən çəkinmək) üzərində qurulmuş məscid namaz qılmağına daha layiqdir. Orada paklanmağı sevən insanlar vardır. Allah pak olanları (özlərini cismən təmizləyənləri, mənəvi qüsurlardan, çirkinliklərdən qorumağa çalışanları) sevər!” Öncə bu ayəni izah edək:
Başda Əbu Amir olmaqla bir qrup münafiqlər müsəlmanlara zərər vurmaq, küfr etmək və möminlər arasına təfriqə (parçalanma) salmaq məqsədilə Mədinədə Quba məscidinə yaxın bir yerdə məscid tikirlər. Onlar məscidi tikdikdən sonra Peyğəmbərin (səllallahu aleyhi və səlləm) yanına gəldilər və ondan xahiş etdilər ki, gəlib orada bir dəfə namaz qılsın.
Həmçinin Peyğəmbərə (səllallahu aleyhi və səlləm) dedilər ki, onlar bu məscidi yalnız zəiflər və xəstələr üçün tikiblər. Peyğəmbər (səllallahu aleyhi və səlləm) Tabuk döyüşü üçün səfərə hazırlaşdığından onlara söz verdi ki, döyüşdən qayıtdıqdan sonra (inşəAllah) gəlib orada namaz qılacaq. Peyğəmbər (səllallahu aleyhi və səlləm) döyüşdən qayıdarkən Mədinəyə bir gün qalmış uca Allah ona yuxarıda qeyd etdiyimiz ayələri nazil edərək münafiqlərin məqsədlərini ona bəyan etdi və orada namaz qılmağı ona qadağan etdi.
Peyğəmbər (səllallahu aleyhi və səlləm) bir qrup adam göndərdi ki, o Mədinəyə çatana qədər gedib həmin məscidi uçurtsunlar. Onlar da Peyğəmbərin (səllallahu aleyhi və səlləm) əmrini yerinə yetirdilər.
Bütün bunlar onu göstərir ki, həmin məscid Allaha ibadət etmək üçün deyil, əksinə, müsəlmanları parçalamaq, onlar arasına nifaq salmaq, orada küfr və şirk etmək və bu kimi Allaha asi olan əməllər üçün tikilmişdir.
Odur ki, əgər hər hansı bir məscid Allaha ibadət etmək üçün deyil, əksinə, müsəlmanları parçalamaq, onlar arasına nifaq salmaq, orada küfr və şirk etmək və bu kimi Allaha asi olan əməllər üçün tikilibsə onda həmin bu məscidlə o zaman münafiqlərin tikdikləri məscid arasında heç bir fərq yoxdur və burada namaz qılmaq olmaz. Əgər uca Allah Peyğəmbərə bu cür məscidə getməyi qadağan edirsə, onda kilsələrə getmək bundan da pisdir.
Əgər bütün bunları məscidlərə şamil etmək olursa, onda kilsələrin halı da o zaman tikilən həmin məscidin halına bənzəyir. Ona görə də demək olar ki, kilsələr Allaha ibadət üçün deyil, əksinə olaraq Allaha şərik qoşmaq üçün tikilmişdir. Çünki, kilsədə İsa peyğəmbəri Allaha şərik qoşurlar və ən böyük günahlar edirlər. Onlar Allah barəsində “Allah üçdür” deyirlər. Bu da Allha şərik qoşmaq deməkdir. Uca Allah bunu qadağan edərək Qurani Kərimdə belə buyurur: “Ey kitab əhli! Öz dininizdə həddi aşmayın! Allah barəsində yalnız haqqı deyin. Həqiqətən, Məryəm oğlu İsa əl-Məsih ancaq Allahın peyğəmbəri, (Cəbrail vasitəsilə) Məryəmə çatdırdığı bir söz və Onun tərəfindən olan bir ruhdur. Allaha və peyğəmbərlərinə iman gətirin. (Allah barəsində) "üçdür" deməyin. (Belə sözlərə) son qoyun ki, (bu) sizin üçün daha yaxşı olar. Həqiqətən, Allah tək bir tanrıdır. Övladı olmaqdan (bu bəşəri xüsusiyyətdən) kənardır. Göylərdə və yerdə nə varsa, (hamısı) Onundur. Allahın (sizə) vəkil olması bəs edər!” (ən-Nisa surəsi 171-ci ayə).
Başqa bir ayədə də uca Allah onların (Allah barəsində dedikləri sözlərinə görə) kafir olduqlarını bəyan edərək belə demişdir: “Şübhəsiz ki: "Allah Məryəm oğlu Məsihdir!" - deyənlər kafir oldular. Halbuki Məsih (İsa) belə demişdi: "Ey İsrail oğulları! Mənim də, sizin də Rəbbiniz olan Allaha ibadət edin!" Allaha şərik qoşana Allah, şübhəsiz ki, Cənnəti haram edər. Onun düşəcəyi yer Cəhənnəmdir. Zalımların heç bir köməkçisi yoxdur! Allah üçün (üç ilahinin) "üçüncüsüdür!" - deyənlər, əlbəttə, kafir olmuşlar. Halbuki bir olan Allahdan başqa heç bir tanrı yoxdur. Əgər onlar dediklərinə son qoymasalar, onlardan kafir olanlara, şübhəsiz ki, şiddətli bir əzab üz verəcəkdir (toxunacaqdır). (əl-Maidə surəsi 72-ci və 73-cü ayələr).
Həmçinin Nəsranilər (xristianlar) insanların günahlarını bağışlamalarını iddia edirlər. Bu isə küfrdür. Çünki, günahları Allahdan başqa heç kəs bağışlamır. Günahları bağışlayan yalnız Allahdır. Uca Allah Qurani Kərimdə belə buyurur: “... Axı günahları Allahdan başqa kim bağışlaya bilər?...” (Ali İmran surəsi 135-ci ayə).
Nəsranilər (xristianlar) barəsində qeyd etdiyimiz bu üç ayə onu göstərir ki, onlar kilsədə Allaha şərik qoşurlar və ağıllarına gələn hərəkətlər edirlər. Bizə də məlumdur ki, Allah Ona şərik qoşanları əsla bağışlamayacaq və onların əbədi olaraq Cəhənnəmə atacaqdır. Uca Allah buyurur: “Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əvf etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar. Allaha şərik qoşan şəxs, əlbəttə, böyük günah etmiş olur.” (ən-Nisa surəsi 48-ci ayə).
Odur ki, kim kilsəyə gedərsə özlərini xristianlara bənzətmiş olur və xristianların etdikləri bu əməllərdə onlarla şərik olurlar. Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Kim özünü bir qövmə (millətə) oxşadarsa o da onlardan sayılar.” Ona görə də xristianları hansı aqibət gözləyirsə həmin şəxsləri də o aqibət gözləyir. Odur ki, kilsələrə getmək qadağandır.
Bizə etimad edib sual verdiyiniz üçün sizə dərin minnətdarlığımızı bildiririk.

629. aliyev (baki)

SUAL: bir da evlanmis qizla evlanmak savabdirmi yoxsa? Allah razi olsun sizdan!

CAVAB: Əs-sələmu aleykum.
Bakirə qızla evlənmək daha əfzəldir. Peyğəmbər (səllallahu aleyhi və səlləm) cavanlara bakirə qızlarla evlənməyi nəsihət etmişdir. Lakin edilən hər bir əməl niyyətlə bağlıdır. Əgər həmin qadınla mömin və təqvalı (Allahdan qorxan) olduğuna görə evlənirsinizsə və ya bu kimi gözəl niyyətlərə görə evlənirsinizsə onda buna görə savab qazanırsınız.
Allah sizdən də razı olsun.

628. Nigar (Baki)

SUAL: Assalamu Aleykum. Men sizden soru6mag isteyirem geza namazlari ne vaht gilmag olar. Men geza namazlarini sahlayiram ve Isha namazinnan sonra giliram. Amma mene dediler ki bu duzgun deyil. 4oh sagolun. Allah sizden razi olsun.

CAVAB: Və aleykumus-sələm.
Əgər islamdan önca qılmadığınız namazları nəzərdə tutursunuzsa onda o namazlar üçün qəza yoxdur. Həmin qılmadığınız namazlara görə tövbə etməyiniz kifayət edir. Çünki hər hansı bir şəxs öz günahlarını başa düşüb tövbə edərsə Allah onu bağışlayır. Uca Allah bu barədə buyurur: “(Ya Rəsulum!) Kafir olanlara de: "Əgər onlar (öz küfrlərindən, Peyğəmbərə və möminlərə qarşı müharibədən) əl çəksələr, keçmişdəki günahları bağışlanar...” (əl-Ənfal surəsi 38-ci ayə).
Hətta insan öz etdiyi günahları başa düşüb ona tövbə edərsə uca Allah onun öncə etdiyi günahlarını savaba çevirər. Görün uca Allah necə də rəhimlidir və bağışlayandır. Uca Allah buyur: “Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayandır, rəhm edəndir!” (əl-Furqan surəsi 70-ci ayə).
Bu ayələr onu göstərir ki, tövbədən sonra Allah günahları bağışlayır. Odur ki, tövbə etdikdən sonra həmin namazları yenidən qılmağa ehtiyac yoxdur.
Həmçinin uca Allah heç vaxt bizim üçün çətinlik istəməz. Uca Allah buyurur: “…Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər...” (əl-Bəqərə surəsi 185-ci ayə).
Həmçinin Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) vaxtında İslamı yeni qəbul edən müsəlmanlar öncə qılmadıqları namzların qəzalarını qılmırdılar.

Əgər siz vaxtı qurtardıqdan sonra qılınan namazları nəzərdə tutursunuzsa, onda həmin namazıarın qəzasını qılmaq lazımdır. Bu namazlar öz-özlüyündə iki qismə bölünür:
1. Üzrlü səbəbə görə buraxılan namazlar; (Məsələn: Unutmaq, bilmədən yatıb qalmaq, döyüş zamanı və s.) Bu zaman üzr aradan qalxan kimi dərhal həmin namazı qılmaq lazımdır. İmam Əli (Allah ondan razı olsun) rəvayət edir ki, “Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) Xəndək döyüşü günü əsr namazını gün batdıqdan sonra qıldı” (Bu hədisi Buxari, Əbu Davud, Nəsai və başqaları rəvayət etmişlər).
2. Üzrsüz səbəbə görə buraxılan namazlar; Bu zaman həmin şəxs bu əməlinə görə Allaha tövbə etməli və həmin namazın qəzasını dərhal qılmalıdır. Çünki, uca Allah namazlarında səhlənkar olanları Cəhənnəmlə hədələmişdir. Uca Allah buyurur: “Vay halına o namaz qılanların ki; Onlar öz namazlarından qafildirlər (səhlənkarlıqları üzündən namazlarını vaxtlı-vaxtında qılmazlar); Onlar (namazlarında) riyakarlıq edər”. (əl-Məun surəsi 4, 5, 6-cı ayələr).
Qəza namazı eyni ilə həmin namaz kimi qılınır.

627. Ferhad Aliyev (Baki)

SUAL: Assalamaleykum!!! Camaat namazini nece qoshulmagi sorushmaq isterdim. Eger camat namaz qilirsa ve men sonradan qoshuluram, (2, 3, 4-cu, ruketlerde qoshulmagin ferqi varmi?) ve bundan sonra men neynemeliyem? ALLAH razi olsun!!!
Assalamaleykum ve Rahmetullahi ve Berakatuh!!!

CAVAB: Və aleykumus-sələm.
Əgər siz camaata ruku vəziyyətinə qədər (ruku da daxil olmaqla) qoşilmusunuzsa, onda həmin rükət sizin birinci rükətiniz sayılır və bu rükətdən sonra qıldığınız rükətlərin sayını onun üzərinə əlavə edib hesablayırsınız. İmam salam verdikdə isə siz salam vermədən qalxıb qalan rükətləriniz qılırsınız.
Əgər siz camaata rukudan sonra (məsələn: səcdədə, təşəhhüddə və s.) qoşulmusunuzsa, onda həmin rükət sizin üçün sayılmır və ondan sonra gələn rükət sizin birinci rükətiniz sayılır. Bunun üzərinə də qalan rükətləri hesablamalı, imam salam verdikdə isə siz salam vermədən qalxıb qalan rükətləri qılmalısınız.
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.

626. Ferhad Aliyev (Baku)

SUAL: Assalamaleykum!!! Mene sehv secdelerinin ne vaxt edilyini bildirmeyinizi xahish edirem. Mumkunse etrafli. Assalamaleykum ve Rahmetullahi ve Berakatuh!!!

CAVAB: Və aleykumus-sələm.
Namazda edilən əməllər üç qismə bölünür:
Birinci: Namazın ruknları; Bunlar aşağıdakılardır:
1. Qiyam (namazı ayaq üstə qılmaq);
2. Təkbirlə (Allahu əkbər deməklə) namaza başlamaq;
3. Hər rək'ətdə Fatihə surəsini oxumaq;
4. Rüku etmək;
5. Rukudan qalxıb dikəlmək;
6. Səcdə etmək;
7. Səcdədən qalxıb oturmaq (yalnız iki səcdə arasında);
8. Bu hərəkətləri (rahatlıqla) tələsmədən etmək;
9. Axırıncı rək'ətdə təşəhhüd demək üçün oturmaq;
10. Axırıncı rək'ətdə təşəhhüdü oxumaq;
11. Bu hərəkətləri tərtiblə (ardıcıllıqla) etmək;
12. Salam ilə namazı tamamlamaq.

Bu rüknlərdən hər hansı birini bilərəkdən tərk edənin namazı batil olur. Lakin səhvən bu rüknlərdən bəzilərini tərk edən tərk etdiyi rüknə görə yenidən bir rək'ət əlavə qılmalı və səhv səcdəsi etməlidir. Namazı çox tez qılan, yaxud ayaq üstə qılmaq imkanı ola-ola oturaq qılan və yaxud ilk təkbiri etməyən namazı yenidən tam qılmalıdır.

İkinci: Nmazın vacibatları; Bunlar da aşağıdakılardır:
1. Ehram təkbirindən (namaza başladıqda edilən təkbirdən) başqa olan təkbirlər;
2. «Səmi-Allahu limən həmidəh» demək;
3. «Rabbənə və ləkəl həmd» demək;
4. «Sübhanə Rabbiyə-l-Azım» demək;
5. «Sübhanə Rabbiyə-l-Ə'lə» demək;
6. «Rabbi-ğ-firli» demək;
7. Dörd və üç rək'ətli namazın ikinci rək'ətindən sonra oturmaq;
8. Dörd və üç rək'ətli namazın ikinci rək'ətindən sonra təşəhhüdü oxumaq.

Bu vaciblərdən hər hansı birini bilərəkdən tərk edənin namazı batil olur. Lakin səhvən və ya unudaraq bu vaciblərdən birini tərk edən isə yalnız iki dəfə səhv səcdəsi etməlidir.

Üçüncü: Namazda bəyənilən əməllər (müstəhəblər): Bunlar da aşağıdakılardır:
1. Sağ əl sol əlin üzərində olmaqla əlləri sinənin üzərinə (aşağı hissəsinə) qoymaq;
2. İstiftah (Fatihə surəsindən qabaq oxunan dua);
3. «əl-İstiazəni» - oxumaq ;
4. «Bismilləhi-r-rahməni-r-rahim» demək;
5. Ayələri aramla oxumaq;
6. «Amin» demək;
7. Fatihə surəsindən sonra oxunan hər hansı bir surə;
8. Səsli namazlarda səslə oxumaq;
9. «Sübhanə Rabbiyə-l-Azım» duasını bir dəfədən artıq oxumaq;
10. Rükuda bu duadan başqa oxunan dualar;
11. Əlləri qaldırmaq (təkbir edərək namaza daxil olduqda, rüku etdikdə, rükudan və bir də birinci təşəhhüddən sonra üçüncü rək'ətə qalxdıqda);
12. «Sübhanə Rabbiyə-l-Ə'lə» duasını bir dəfədən artıq oxumaq;
13. Səcdədə «Sübhanə Rabbiyə-l-Ə'lə» - dən başqa oxunan dualar;
14. Sonuncu təşəhhüddə salavatdan sonra oxunan dualar;
15. Birinci rək'ətin ikinci rək'ətdən, ikinci rək'ətin üçüncü rək'ətdən, üçüncü rək'ətin də dördüncü rək'ətdən uzun olması;
16. Təşəhhüddə və ikinci, dördüncü rək'ətlərə qalxmazdan əvvəl sol ayaq üzərində oturmaq və sağ ayağın barmaqlarını qibləyə tərəf yönəltmək;
17. Təşəhhüddə işarə (şəhadət) barmağını qibləyə tərəf yönəltmək və ya onu tərpətmək;
18. «Rabbi-ğ-firli» duasını bir dəfədən artıq oxumaq;
19. Peyğəmbərə - (səllallahu aleyhi və səlləm) - salavat gətirmək;
20. Səcdə yerinə baxmaq.

Bu sünnələrin birini tərk etmək namazı batil etmir və səhv səcdəsi etmək də lazım gəlmir, yalnız namaz qılan bunları etməklə əlavə savab qazanmır.

Odur ki, siz etdiyiniz səhvi qeyd etdiyimiz bu əməllər vasitəsi ilə təyin edib, sonra da onu qeyd etdiyimiz tərzdə düzəldə bilərsiniz.
Bizə etimad edib sual verdiyiniz üçün sizə dərin minnətdarlığımızı bildiririk.
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.

625. aynur (Baki)

SUAL: Salam aleykum! Menim refiqemin bele bir narahatciligi var.Onun derisi cox qurudur ve cox qabiq verir. Her gun alinan destemazlar ise daha da derisini qurdur. Bilmek isteyirik ki, bunu teyemmumle evez etmek olarmi? Cox sag olun.

CAVAB: Və aleykumus-sələm.
Xeyir, bu cür vəziyyətdə təyəmmüm etmək olmaş. Çünki, dərinin qabıqlası təyəmmüm almaq üçün səbəb deyil.

624. Melikov (Baki)

SUAL: salam : men bilmek isterdim ki, Adem (e) evvel cinler olub? sonra esas sualim ondan ibaretdirki men bilmek isterdim (DINOZAVRLAR ) haqqinda quranda aye var?? xaish eleyirem surenin adini ve necenci ayede olmasini gosterin. Eger kufurduse onda bu skletler tapilib onlari ne ile izah ede bilersiz ? xaish eleyirem Allah xetrine cavab verin . cox saqolun , Allah razi olsun.Amin

CAVAB: Və aleykumus-sələm.
Bəli, Adəm peyğəmbərdən əvvəl yer üzündə artıq cinlər var idi.
Dinazavrlar haqqında nə Qurani Kərində, nə də Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) hədislərində heç bir məlumat yoxdur. Bu yalnız bir qrup insanların yürütdükləri fərziyyələrdir. Bəlkə də tapılan sümüklər indiki dövrdə yaşayan heyvanların nəhəng formalarının sümükləridir. Axı o vaxtkı insanlar da indikilərdən qat-qat böyük olmuşlar. Peyğəmbərin (səllallahu aleyhi və səlləm) hədislərində varid olmuşdur ki, Adəm peyğəmbərin boyu 30 dirsək (bu da təxminən 15 metr edir) olmuşdur. Odur ki, o dövrdə yaşayan heyvanlar da bu dövrdəkilərin nəhəng forması ola bilər. Daha doğrusunu isə Allıah bilir.

623. Leyla Baci (Baku)

SUAL: niye gore sheherimizde bezi " momin" bacilarimiza salam verdikde cavab almirlar. axi salam vermek ferz, cavabini vermek ise vacib buyurulmushdur!

CAVAB: Əs-sələmu aleykum.
Salam vermək müstəhəb, cavabını almaq isə vacibdir. Odur ki, salama cavab verməyən şəxslər (o cümlədən də sizin qeyd etdiyinizə görə bəzi bacılar) salamı eşidib cavab vermirlərsə xəta etmiş olurlar, və Allahın əmrini yerinə yetirmiş olmurlar. Uca Allah buyurur: “Sizə salam verildiyi zaman onu daha gözəl alın və ya (eynilə sahibinə) qaytarın! Şübhəsiz, Allah hər şeyi hesaba alandır.” (ən-Nisa surəsi 86-cı ayə).
Əgər salama cavab verməyən şəxslər eşitmədiklərinə görə cavab vermirlərsə onda bu günah deyildir. Çünki onlar salamı eşitməmişlər. Bəlkə də həmin şəxslər salama cavab verməyin vacibliyini bilmirlər. Odur ki, həmin şəxslərin salama cavab verməmələrinin müxtəlif səbəbləri ola bilər.

622. babayev ceyhun (sumqayit)

SUAL: salam. man namaz qilmaq isteyirem ilk novbede ne eetmaliyem?

CAVAB: Və aleykumus-sələm.
Bu barədə geniş məlumat almaq üçün saytımızın “NAMAZ” bölmündəki kitabları oxumağınızı məsləhət görürük.

621. Abdul Xaliq (Baki)

SUAL: Salam aleykum va rahmatullah ve berekatu...
sual 1- sheklin haram oldugunu hedislerden gormek olar,bes internetdeki shekiller nece bunlarda ora daxildir? sizin oz saytinizdada Abu Bakr mescidinin shekilleri vardir..Bu gozeldir bashqa olkedeki qardashlara Azerilere gostermek olur.. Amma unutmaq olmaz ki, sheytan gunahlari gozel gosterir!indi nece edek?sizden cox xaish edirem ki, bu suala aydinliq getiresiniz..internetde shekil olar olmaz?olarsa delil nedi?neye esasen olar?

CAVAB: Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.
Biz əvvəlki sualların cavablarında da qeyd etmişik ki, yalnız ruhu olan canlı əşyaların şəkillərini çəkmək haramdır. Sizdən xahiş edirik ki, sullara verilən cavabları oxuyarkən diqqətli olun. Məlumdur ki, məscid cansızdır və onun heç bir ruhu yoxdur, odur ki, məscid və bunu kimi ruhu olmayan əşyaların şəklini çəkmək olar. O ki qaldı internetdə olan şəkillərin haram olub-olmamasına, onu deyə bilərik ki, verdiyimiz bu hökm hər bir şeyə şamil edilir. Yəni internetə də ruhu olan şəkillər qoymaq olmaz. Lakin yalnız təlim məqsədi ilə, (məsələn, namazın təlimi) bəzi şəkillərdən istifadə etmək caizdir.

 1  2  3  4  5  6  7  9  10  11  12  13  14  15  16  17  18  19  20  21  22  23  24  25  26  27  28  29

Mustəqil Islam saytı. Materiallardan istifadə etdikdə istinad vacibdir. Sayt 1422-ci (2001) hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət gostərir. e-mail: mail@azerislam.com. ICQ #99931111