SUAL: salam aleykum ey ehli-sunnet-vel-camaat! Qrip oldugumuz zaman Oruc tutmaq olar mi??
CAVAB: Bəli, insan qrip olduğu zaman oruc tuta bilər. Bu zaman onun orucu səhih sayılır.
116. rehmanov cavid ()
SUAL: qusulsuz oruc tuttmaq ve yaxud da namaz qilmaq olar?
CAVAB: 1) Qüsulsuz namaz qılmaq olmaz. Uca Allah buyurur: “Ey iman gətirənlər! Namaz qılmağa durduğunuz zaman üzünüzü və əllərinizi dirsəklərinizə qədər (və ya dirsəkləriniz də daxil olmaqla) yuyun, (yaş əlinizi) başınıza məsh edin (çəkin), ayaqlarınızı topuqlarınıza qədər (topuqlarınız da daxil olmaqla) yuyun (və ya yaş əllə məsh edin). Əgər cünub (cinsi əlaqədə) olmusunuzsa, qüsl edin (bədəninizi başdan ayağa qədər yuyub təmizləyin). Xəstələndiyiniz, səfərdə olduğunuz, ayaq yolundan gəldiyiniz və ya qadınlarla yaxınlıq etdiyiniz zaman su tapmasanız, pak torpaqla təyəmmüm edin, ondan üzünüzə və əllərinizə sürtün (paklığı niyyət edib əllərinizi bir dəfə torpağa sürtərək üzünüzə və əllərinizə məsh edin). Allah sizi çətinliyə salmaq istəməz, lakin O sizi pak, təmiz etmək və sizə olan nemətini tamamlamaq (artırmaq) istər ki, bəlkə, şükür edəsiniz!” (əl-Maidə surəsi 6-cı ayə).
2) Oruca gəlincə qeyd etmək lazımdır ki, qüsulsuz oruc tutmaq olar. Çünki qüsulsuz olmağın oruca heç bir təsiri yoxdur. Aişə və Ummu Sələmə (Allah onların hər ikisindən də razı olsun) rəvayət edir ki, “Peyğəmbər səllallahu aleyhi və səlləm dan yeri ağardıqdan sonra cənabət halında oyanar və sonra qüsl edib oruc tutardı.” Lakin müsəlman olan şəxs çalışmalıdır ki, daima pak olsun. Ona görə də onun qüsul vəziyyətinə düşdükdə dərhal çimib düsul alması daha əfzəldir. Bu şəxs həmçinin onu da bilməlidir ki, o əvvəl-axır namazları qılmaq üçün qüsul almalıdır. Odur ki, onun dərhal qüsul alması onun üçün daha yaxşıdır.
115. cavid rehmanov ()
SUAL: oruc tutduqun vaxt gunorta yatmaq olarmi?
CAVAB: Bəli, oruc vaxtı günorta yatmaq olar. Ümumiyyətlə yatmaq orucu pozmur. Lakin hər bir müsəlmana Ramazan ayından maksimum istifadə etmək və vaxtını yatmaqla keçirməmək daha xeyirlidir.
114. Sevda Askerova (Baki)
SUAL: Salam. Men adi vaxtlarda da, NAMAZ qilanda da bu sozleri daima ureyimde tekrarlayiram. "Allahim, taqutun, sheytanin ureyime vesvese salmasindan, sheki-shubhesinden, kufrunden ve shirkinden sene siqiniram" Ve YA Hansisa bir kitabda oxumusham ki "Taqutdan, sheytandan el cekin bir ALLAHA inanin" bu sozleri men daima ureyimde deyirem. Bu ne qeder duzgundur. Saq olun!
CAVAB: Sizin namazda etdiyiniz bu dua düzgündür. Lakin siz bu duanı ürəyinizdə dediyiniz zaman dilinizi də tərpətməlisiniz. Yəni onu sakit səslə, yalnız özünüz eşidəcəyiniz tərzdə dilinizlə də tələffüz etməlisiniz.
113. elvin kazimov (baki)
SUAL: namazi gunde 3defe gilmag olar
CAVAB: Xeyr, namazları gündə üç dəfə qılmaq olmaz. Çünki uca Allah müsəlmanlara beş namaz əmr etmişdir. Hər bir namazın da özünə məxsus qılınma vaxtı vardır. Əgər biz ərəb dilində namazların adlarına nəzər salsaq bunu lap aydın görərik. Ərəb dilində namazın adları ardıcıl olaraq belədir: Fəcr namazı, Zöhr namazı, Əsr namazı, Məğrib namazı və İşa namazı. Namazların bu adları onların qılınma vaxtlarına dəlalət edir. İndi gəlin bunları bir-bir açıqlayaq:
1) Fəcr sübh çağı deməkdir. Bu namaz sübh vaxtı qılındığı üçün Peyğəmbər (səllallahu aleyhi və səlləm) və səhabələr onu belə adlandırmışlar.
2) Zöhr günorta deməkdir. Bu namaz günorta vaxtı qılındığı üçün Peyğəmbər (səllallahu aleyhi və səlləm) və səhabələr onu belə adlandırmışlar.
3) Əsr axşam çağı deməkdir. Bu namaz axşam çağı qılındığı üçün Peyğəmbər (səllallahu aleyhi və səlləm) və səhabələr onu belə adlandırmışlar.
4) Məğrib günün batması deməkdir. Bu namaz günün batmasından sonra qılındığı üçün Peyğəmbər (səllallahu aleyhi və səlləm) və səhabələr onu belə adlandırmışlar.
5) İşa isə gecə deməkdir. Bu namaz gecə vaxtı qılındığı üçün Peyğəmbər (səllallahu aleyhi və səlləm) və səhabələr onu belə adlandırmışlar.
Göründüyü kimi Peyğəmbər (səllallahu aleyhi və səlləm) və səhabələr namazlara vaxtlarına görə ad vermişdilər. Bu da onu göstərir ki, hər namazın öz vaxtı vardır. Onu da qeyd etmək lazımdır ki, Peyğəmbər (səllallahu aleyhi və səlləm) yalnız səfərdə olarkən namazlarını üç vaxtda qılmışdır. Digər vaxtlarda isə hər namazı öz vaxtında qılmışdır.
112. Sevda Askerova (Baki)
SUAL: Salam! Menim Size 2 sualim var: 1)Evvela Sizden uzr isteyirem. Men 3 gun heyz oldum. 1 gun fasile oldu. Seheri gun az miqdarda heyz oldum Bilmek istyerdim ki menim orucum batildir? Bezi kitablarda yazilib ki, fasileden sonra olanda Heyz sayilmir. 2)VITR namazini da bilmek isterdim. Sag olun!
CAVAB: Və aleykumus-sələm. 1) Əgər fasilədən sonra gələn qan doğrudan da heyz qanıdırsa onda sizin tutduğunuz oruc batil olur və siz, həm heyz olduğunuz üç günün, həm fasilə olan günün, həm də qan gələn günün qəzasını sonradan tutmalısınız. Əgər fasilədən sonra gələn dan deyil, sarı və ya çəhrayı ləkədirsə onda bu ləkə heyz qanından sayılmır və sizin tutduğunuz oruc səhih sayılır. Ummu Atiyyə (Allah ondan razı olsun) rəvayət edir ki, “Biz (heyzdən) təmizləndikdən sonra bulanıq və ya sarı ləkəni bir şey saymazdıq.” (Yəni heyzdən saymazdıq).
2) “Vitr” tək deməkdir. Bu, gecə qılınan tək saylı namazdır. Gecə namazlarından (təhəccüddən) sonra da qılınır. Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, “Peyğəmbər (səllallahu aleyhi və səlləm) gecənin hər vaxtında - əvvəlində, ortasında və axırında Vitr namazını qılardı. (Əfzəl olduğu üçün) Vitri sübh namazına yaxın (gecənin sonunda) qılardı.” (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir). Abdullah ibn Ömər (Allah ondan razı olsun) rəvayət edir ki, “Peyğəmbər (səllallahu aleyhi və səlləm) dedi: “Vitr gecənin axırında qılınan bir rükətdir.”
Əl-Mühamili Peyğəmbərin (səllallahu aleyhi və səlləm) Vitr namazının növlərini aşağıdakı kimi qeyd etmişdir:
a) Bir rükət;
b) Üç rükət (iki, sonra da bir ayrı, və ya üç rükət ardıcıl);
c) Beş rükət (ardıcıl);
d) Yeddi rükət (altı rükət ardıcıl qılıb təşəhhüdü oxumaq, sonra qalxıb yeddinci rükəti tamamlamaq);
e) Doqquz rükət (səkkiz rükət ardıcıl qılıb təşəhhüd oxumaq, sonra qalxıb doqquzu tamamlamaq);
f) On bir rükət (on rükəti cüt-cüt qılıb salam verməklə tamamlamaq, sonra da bir rükət qılmaq);
Qeyd: Burada, ardıcıl dedikdə, rükətlərin arasında təşəhhüdü oxumamaq nəzərdə tutulur.
Abdullah ibn Abbas (Allah ondan razı olsun) rəvayət edir ki, “Peyğəmbər (səllallahu aleyhi və səlləm) on üç rükət gecə namazı qıldı”. (Bu hədisi Buxari rəvayət etmişdir).
Vitr namazı Peyğəmbərin (səllallahu aleyhi və səlləm) daima qıldığı, müəkkəd (təkid olunmuş) sünnət namazıdır. Peyğəmbərin (səllallahu aleyhi və səlləm) Vitr namazını minik üzərində qılması bu namazın fərz olmamasına dəlildir. İbn Ömər (Allah ondan razı olsun) rəvayət edir ki, “Peyğəmbər (səllallahu aleyhi və səlləm) dəvənin üzərində Vitr namazını qıldı.” (Bu hədisi Muslim rəvayət etmişdir).
Vitr namazının vaxtı: İşa namazının sünnəsindən sonra sübh namazınadək.
Sübh namazınadək Vitri qılmayan şəxs ondan sonra onun qəzasını tək sayda yox, cüt sayda qıla bilər. Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, “Peyğəmbər (səllallahu aleyhi və səlləm) xəstəlikdən və ya başqa səbəbdən gecə qılmadığı namazı gündüz on iki rükət qılardı”. (Bu hədisi Muslim rəvayət etmişdir).
111. Polad S. (Xachmaz)
SUAL: Salam Aleykum!Ramazan ayinda sidq urekle gunahlarimin bagishlanacagina inanib oruc tuturam.Menim bu arzum yerine yetecekmi?Men esla shekk getirmirem.Estagfirullah!Sadece bu barede edebiyyat meslehet bilmeyinizi xahish edirem.Vessalam!
CAVAB: Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Kim Ramazan ayını imanla və bunun savabını Allahdan umaraq tutarsa onun keçmiş günahları bağışlanar.” Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) bu barədə ümumi demişdir. Yəni bu hədisdə “kim” sözünü ifadə etmişdir. Ona görə biz də onun sünnəsinə tabe olaraq ümumi deyə bilərik ki, kim belə edərsə keçmiş günahları bağışlanar. Lakin biz, “Allah sənin və ya mənim günahlarımı bağışladı” - deyə bilmərik. Çünki bunu uca Allahdan başqa heç kəs deyə bilməz. Əgər biz bunu desək bununla özümüzü təmizə çıxarmış olarıq. Unutmayaq ki uca Allah belə buyurur: “Göylərdə və yerdə nə varsa, (hamısı) Allahındır. O, pislik edənlərə əməllərinin cəzasını verəcək, yaxşılıq edənləri isə ən gözəl mükafatla mükafatlandıracaqdır! (O yaxşılıq edənlər ki) kiçik günahlar (xətalar) istisna olmaqla, böyük günahlardan və rəzil işlərdən (zinadan) çəkinərlər. Həqiqətən, sənin Rəbbin çox bağışlayandır. Sizi torpaqdan yaradan da, siz analarınızın bətnlərində rüşeym halında olanda da sizi ən gözəl tanıyan Odur. Özünüzü təmizə çıxartmayın. O, Allahdan qorxub pis əməllərdən çəkinənin kim olduğunu ən gözəl biləndir!” (ən-Nəcm surəsi 31, 32-ci ayələr).
110. Polad S. (Xacmaz)
SUAL: Salam Aleykum!Peygemberlerden bashqa gunahsiz qul yoxdur.Men de onlardan biriyem.Amma cox peshimanam.Men namaz qiliram.Oruc da tuturam ve sidq urekden de inaniram ki,Allah Teala butun kecmish gunahlarimi bagishlayacaq.Men Allahimi cox sevirem ve qorxuram.Bilmek isteyirem ki,yuxarida qeyd etdiklerim dogrumu?Bu barede hansi edebiyyati meslehet ede bilersiniz?Teshekkur edirem.
CAVAB: Bəli, xətasız insan yoxdur. Lakin xəta edənlərin ən xeyirliləri etdiyi xətaya görə tövbə edənlərdir. Hər kəs etdiyi xətaya görə peşiman olub tövbə edərsə və bir daha o günaha qayıtmamağını niyyət edərsə uca Allah onun tövbəsini qəbul edər və keçmiş günahlarını bağışlayar. Hətta onun keçmişdə etdiyi günahları savaba çevirər. Uca Allah bu barədə buyurur: “(Ya Rəsulum!) Kafir olanlara de: "Əgər onlar (öz küfrlərindən, Peyğəmbərə və möminlərə qarşı müharibədən) əl çəksələr, keçmişdəki günahları bağışlanar. Yox, əgər yenə (yaramaz işlərə, döyüşməyə) qayıtsalar, əvvəlkilərin (keçmiş ümmətlərin) başına gələnlər onların da başına gələr.” (əl-Ənfal surəsi 38-ci ayə). Digər ayədə isə belə buyurur: “Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayandır, rəhm edəndir!” (əl-Furqan surəsi 70-ci ayə). Bu barədə ən gözəl oxunası kitab Qurani Kərimdir.
109. Mehseti (Naxçıvan)
SUAL: Salam.Allah dualarınızı qebul etsin.
Qadınlar oruclu halda kosmetikadan ne derecede istifade ede bilerler.Teşekkürler
CAVAB: Oruc tutan şəxs dodaq boyası, ətir, sürmə, xına, lak, müxtəlif kremlər və yağlar və sair ənlik-kirşandan istifadə edə bilər. Lakin qeyd etmək lazımdır ki, dodaq boyasından istifadə etməkdən çəkinmək daha yaxşıdır. Belə ki, onun mədəyə düşmək ehtimalı çoxdur.
108. ABU OMAR (BAKI)
SUAL: SALAM ALEKUM.QAEDASHIM AYLARDA SEHVLIK ETDIYIM UCUN UZUR ISTETIREM VE CAVABLARINIZA GORE ALLAH RAZI OLSUN.SUALIM BELEDIR BUYRULARKI ORUCU HALAL NEYMETLERLE ACMAQ LAZIMDIR DUZDUR. BES ONDA MUSHRIKLERIN KESDIYI ETI YEMEK NECE DUZGUNDUR.BUNA AID DELIL ISTEYIREM SALAM ALEKUM.
CAVAB: Bəli müsəlman orucunu gərək halal yeməklərlə açsın. Ümumiyyətlə müsəlman haram şeylərdən uzaq olmalıdır. Odur ki müsəlman, istər oruc vaxtı, istər də digər vaxtlar halal yeməklər yeməlidir. Müşriklərin kəsdiyi heyvanın ətindən yeməyə gəlincə bu haramdır. Uca Allah yalnız kitab əhlinin yeməklərindən yeməyə icazə vermişdir. Uca Allah buyurur: “Kitab əhlinin yeməkləri sizə, sizin yeməkləriniz isə kitab əhlinə halaldır.” (əl-Maidə surəsi 5-ci ayə). Bu ayə onu göstərir ki, kitab əhli sayılmayan müşriklərin, məcüsilərin (oda sitayiş edənlərin), materialistlərin və ateistlərin kəsdikləri heyvanların ətini yemək haramdır.
107. Fuzuli (BAKI)
SUAL: Salam,
Eyer valideynler qatiyyen razi deyilse, valideynlerin eksine gedib, oruz tutmaq ne derecede duzgundur?
Teshekkurler
CAVAB: Üzrsüz səbəbdən orucu pozmaq günahdır. Çünki Ramazan ayında oruc tutmaq üzrlü insanlardan başqa hamıya vacibdir. Uca Allah buyurur: “Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi sizə də oruc tutmaq vacib edildi ki, bəlkə (pis əməllərdən) çəkinəsiniz.” (əl-Bəqərə surəsi 183-cü ayə). Valideynlərin sizə oruc tutmağa icazə verməməyi heç də üzr deyildir. Bu işdə valideynlərə tabe olmaq Allaha asi olmaq deməkdir. Çünki uca Allah sizə oruc tutmağı əmr edir, valideynlər isə bunu qadağan edir. Əgər valideynlərə tabe olsan onda Allaha asi olursan. Valideynlərə yalnız Allaha asi olmayan işlərdə tabe olmaq olar. Uca Allah buyurur: “Biz insana ata-anasına (yaxşılıq etməyi, valideyninə yaxşı baxmağı, onlarla gözəl davranmağı) tövsiyə etdik. Anası onu (bətnində) çox zəif bir halda daşımışdı. (Uşağın süddən) kəsilməsi isə iki il ərzində olur. (Biz insana buyurduq: ) "Mənə və ata-anana şükür et. Axır dönüş Mənədir! Əgər (ata-anan) bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, (bu işdə) onlara itaət etmə. (Qalan) dünya işlərində onlarla gözəl keçin (onlara itaət et). Tövbə edib Mənə tərəf dönənlərin yolunu tut. Sonra (qiyamət günü) Mənim hüzuruma qayıdacaqsınız. Mən də (dünyada) nə etdiklərinizi (bir-bir) sizə xəbər verəcəyəm!” (Loğman surəsi 14, 15-ci ayələr). Əgər siz belə bir əməl etmisinizsə buna tövbə etməli və tutmadığınız orucun qəzasını sonradan tutmalısınız.
106. vuqar (sheki)
SUAL: men dunen xeste idim,berk soyuq olmsydu ,bogazim.,basim agriyirdi bele veziyetde orug tutdum goren sayilir?
CAVAB: Bəli sizin tutduğunuz bu oruc sayılır.
105. adil (baki)
SUAL: Sudemer ushagi olan (2 aylig)gadina oruc tutmag vacibdirmi?
CAVAB: Xeyr vacib deyildir. Hamilə və süd verən qadının halı xəstənin və müsafirin halına bənzəyir. Odur ki, o, sonradan buraxdığı bu orucların qəzasını mütləq tutmalıdır. Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: “Həqiqətən, Allah müsafirə orucu və namazın yarısını, hamilə və süd verən qadına isə orucu keçmişdir.”
104. habil qasimov (baki)
SUAL: vassalamu aleykum qardashlar.sizin timsalinizda butun muselmanlarin mubarek RAMAZAN ayini tebrik edirem.meni bir sual maraqlandirir.Ramazan zekatini hansi olcu ile vermek lazimdir.bildiyimiz erzaq mehsullari mueyyen qiymetler teshkil edir.Bunlari nezere alib hesablasaq, muxtelif qiymetler meydana cixir.Ortaq mexrec hansi olmalidir?Meselen: bugdanin 1 kg-1000 manatdir,xurmanin 1kg-9000. Bu halda bir adamin fitre pulu ne qeder olmalidir.Essalamu-aleykum ve rexmetullahi ve bereket.
CAVAB: Fitrə zəkatını pulla vermək olmaz. Çünki bu zəkatı Peyğəmbərin səllallahu aleyhi və səlləm dövründə pulla verməzdilər. Bu zəkat un, xurma, kişmiş, düyü, buğda və başqa bu kimi ərzaq məhsullarından verilir. Bu zəkatın miqdarı adam başına üç kiloqramdır. Fitrə zəkatı kasıblara verilir.
103. Perviz Sefereliyev (Baki)
SUAL: Ramazan ayında insan günorta ikən çimə bilərmi? Yəni oruc ikən.
CAVAB: Bəli, insan Ramazan ayında günorta oruclu ola-ola çimə bilər. Çünki, Peyğəmbər səllallahu aleyhi və səlləm oruclu ola-ola çimərdi. Əlbəttə, bu cür məsələlərdə ifrata varmaq olmaz. Əksinə, hər bir müsəlman Allahın verdiyi rüsxətdən istifadə etməlidir. Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: “Şübhəsiz ki, bu din asanlıqdır. Elə bir kimsə yoxdur ki, dini çətinləşdirsin və o həmin şəxsi (aciz edərək) məğlub etməsin. Orta mövqe tutun (ifrata və təfritə varmayın)! (İbadətləri tam yerinə yetirə bilməsəniz də bacardığınız qədər ona) yaxınlaşın! (Az da olsa davamlı əməllərinizə görə) sevinin! Səhər-axşam və gecənin bir hissəsində (davamlı ibadət etməklə Allahdan) kömək diləyin!” (Bu hədisi Buxari rəvayət etmişdir).
102. Se (Baki)
SUAL: Salam. Mən sübh tezdən yatıb qalmışam, orucumu (iftarı) aça bilməmişəm. Ayılandan sonra dişləri yuyub təmizləmək orucu pozurmu?
CAVAB: Dişləri yuyub təmizləmək orucu pozmur. Lakin bu zaman elə etmək lazımdır ki, boğazdan su getməsin.
101. behruz ismayilov (baki)
SUAL: Bir insan oruc vaxtı ağzını yaxalaya bilərmi? Boğazdan keçməmək sərti ilə.
CAVAB: Boğazdan heç bir şey keçməmək şərti ilə ağızı yaxalamaq olar. Lakin bu zaman ehtiyatlı olmaq gərəkdir. Çünki boğaza su getsə oruc pozulur.
100. abdullayev rovshan (baki)
SUAL: Mən özüm namaz qılıram, və çox adama islamın düzgün yollarını öyrətmişəm. Amma elə adam da var ki, ona öyrətmək istəyəndə cahil, özündən razı olub yekə-yekə deyir ki, namaz qılmaq və oruc tutmaq məcburi deyil. Bu nə dərəcədə düzgündür? Həmdə iftar açmaqda gecikəndə o iftar sayılır? Çünki, məndə belə hallar müəllim yanından gec çıxdığım ucun olur. Bəzən elə olur ki, o qədər gec çıxıram ki, iftara düz 20 dəqiqə gecikirəm. Belə vaxtı iftar sayılırmı? Rövşən.
CAVAB: 1) Uca Allah namaz qılmağı bütün insanlara vacib buyurmuşdur. Bu barədə uca Allah buyurur: Halbuki onlara əmr edilmişdir ki, Allaha - dini yalnız Ona məxsus edərək, batildən haqqa (islama) dönərək - ibadət etsinlər, namaz qılıb zəkat versinlər. Doğru-düzgün din budur! (əl-Bəyyinə surəsi 5-ci ayə). Başqa ayədə də belə buyurur: “Çünki namaz möminlərə bəlli vaxtlarda fərz (vacib) edilmişdir.” (ən-Nisa surəsi 103-cü ayə). İbn Ömər (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (səllallahu aleyhi və səlləm) dedi: “İslam beş əsas üzərində bina edilmişdir: Allahdan başqa ilahinin olmaması və Muhəmmədin Onun elçisi olmasına şahidlik etmək, namaz qılmaq, zəkat vermək, həzz etmək və Ramazan orucunu tutmaq.” (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir). Oruc barəsində isə uca Allah belə buyurur: “Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi sizə də oruc tutmaq vacib edildi ki, bəlkə [pis əməllərdən] çəkinəsiniz.” (əl-Bəqərə surəsi 183-cü ayə). Başqa bir ayədə isə belə buyurur: “Sizlərdən kim bu aya yetişərsə, onu (həmin ayı) oruc tutmalıdır.” (əl-Bəqərə surəsi 185-ci ayə). Bütün bu dəlillər onu göstərir ki, namaz və oruc özünü müsəlman sayan hər bir kəsə vacibdir.
2) İftar açmağa gecikmişsinizsə həmin iftar sayılır. Çünki iftarı vaxtında açmaq şərt deyildir. Lakin bacardığınız qədər vaxtında açsanız daha əfzəl olar.
99. Ali (baki)
SUAL: Bismillah. Bu mənim ikinci sualımdır. Birinci sualımın cavabından sonra mən axtarış apara bildim və gördüm ki, bir çox islam alimlərinin (Sistani, lənkərani, Xameneyi, Təbrizi, Xorasani, Behcet və s.) kitablarında Allahın, Peyğəmbərin və 12 İmamın adından yalan danışmaq orucu batil edir. Bu alimlərin sözünə inanmaq nə dərəcədə düzgündür?
CAVAB: Əgər bu alimlər yalan danışmağın orucu batil etməsi barəsində hər hansı bir ayəyə və ya Peyğəmbərdən səllallahu aleyhi və səlləm gələn səhih bir hədisə əsaslanırlarsa biz bunu qəbul etməliyik.
98. bahadir memmedov (baki)
SUAL: RAMAZAN AYININ 2-Cİ GÜNÜ MƏN BİLİRDİM, LAKIN YADIMDAN ÇIXDI VƏ MƏN OĞLANI ÖPDÜM. BU ORUC BATİL OLURMU YA YOX. BIR DƏ XAHİŞ EDİRƏM SİZDƏN, MƏNƏ ORUCUN BATİL OLMA SƏBƏBLƏRİNİ YAZIN.
CAVAB: Öpmək və ya öpüşmək orucu pozmur. Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər səllallahu aleyhi və səlləm oruclu ola-ola zövcələrini öpərdi. Orucu pozan amillər aşağıdakılardır:
- cinsi əlaqə;
- yemək və içmək;
- bədəni qüvvətləndirən iynələr, buruna damızdırılan dərmanlar və başqa bu kimi yemək-içməyə bənzər şeylər;
Uca Allah buyurur: “İndi isə onlara [qadınlara] yaxınlaşın və Allahın sizin üçün müəyyən etdiyini istəyin [övlada və s. nail olmağa çalışın]. Dan yeri söküləndə ağ sap [şəfəq] qara sapdan [gecənin qaranlığından] seçilənə qədər yeyin-için. Sonra gecəyə qədər [gün batana kimi] orucunuzu tamamlayın.” (əl-Bəqərə surəsi 187-ci ayə).
- şəhvətlə bilərəkdən məni (sperma) ifraz etmək;
Uca Allah qüdsi hədisdə buyurur: “Oruc tutan kəs yemək-içməyini və şəhvətini Mənə görə tərk edir.” (Bu hədisi Buxari rəvayət etmişdir).
- özünü qusdurmaq;
Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: “Hər kim qəsdən özünü qusdursa, bunun qəzasını tutsun.” (Bu hədisi imam Əhməd, Əbu Davud, Tirmizi və başqaları rəvayət etmişlər).
- heyz və nifas qanı.
Aişə (r.a) rəvayət edir: “Biz heyzli olarkən orucu və namazı tərk edərdik. Sonra isə bizə yalnız orucun qəzasını tutmaq əmr olunardı.” (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir).
Qeyd etmək lazımdır ki, bunlar orucu yalnız üç şərtlə pozur. Şərtlər isə aşağıdakılardır:
1. Oruc tutan şəxs onu pozan şeylər barədə məlumatlı olmalıdır;
2. Oruc tutmaq onun xatirində olmalıdır;
3. O, orucu qəsdən pozmalıdır.
Bundan belə nəticə çıxır ki, elmsiz olaraq, yaxud unudaraq, yaxud da zorla vadar edilərək orucu pozan şəxsin orucu səhih sayılır və həmin günün qəzasını tutmaq lazım gəlmir. Bu xüsusda Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: “Həqiqətən, Allah mənim ümmətimə bilməyərəkdən, unutqanlıqdan və məcburiyyət qarşısında etdiklərini bağışlamışdır.” (Bu hədisi İbn Macə rəvayət etmişdir).
Yuxarıda qeyd olunanlardan - cinsi əlaqə müstəsna olmaqla - hər hansı bir yolla orucu pozan şəxs bunun əvəzinə yalnız bir gün oruc tutmalıdır. Cinsi əlaqəyə gəlincə, qeyd etmək lazımdır ki, onun cəzası fərqlidir. Belə ki, bu günaha görə hər ikisi həm tövbə etməli, həm bir gün onun qəzasını tutmalı, həm də kəffarə olaraq ya qul azad etməli, ya altmış gün ardıcıl olaraq oruc tutmalı, ya da altmış kasıbı yedirtməlidir. Peyğəmbər səllallahu aleyhi və səlləm Ramazan orucunda cinsi əlaqəyə girən şəxsə bunları əmr etmişdir. (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir). Lakin qeyd etmək lazımdır ki, onlardan biri digərini buna məcbur etsə məcbur olunan tərəfin orucu pozulmur.
97. fuad azizov (BAKI)
SUAL: ORUCU ACANDA NE DEMEK LAZIMDIR?
CAVAB:Oruc tutanın, iftarını açarkən etdiyi dualardan:
1. “Zəhəbə-z-zəmə’u vabtəlləti-l-uruq va səbətə-l-əcr in şə’allah”
(Allahın istəyi ilə susuzluq keçib getdi, damarlar islandı, Allah istəsə mükafatı sübuta yetər).
2. “Allahümmə inni əs'əlukə birəhmətikə-l-ləti vasiat küllə şeyin ən təğfira li”
(Allahım, Sənin hər şeyi əhatə edən mərhəmətinlə Sənə yalvarıram ki, məni bağışla).
96. fuad azizov (baki)
SUAL: Mən namaz qılmaq istəyirəm.
CAVAB: Namaz qılmağı öyrənmək üçün saytımızın “Namazın” bölməsinə baxa bilərsiniz.
95. ehmedova Sebine (sumgayit)
SUAL: Oruc zamanı hansı kosmetikalardan, yəni üzün hansı nahiyələrinə kosmetika çəkmək lazımdır?
CAVAB: Oruclu ikən müxtəlif kremlər və yağlar və sair ənlik-kirşandan istifadə etmək olar. Bunları üzün istənilən yerinə çəkmək olar. Lakin qeyd etmək lazımdır ki, dodaq boyasından istifadə etməkdən çəkinmək lazımdır. Belə ki, onun mədəyə düşmək ehtimalı çoxdur.
94. ehmedova sebine (sumgyit)
SUAL: Səhər imsakın (səhər yeməyinin) vaxtı keçdi və misal ucun saat 06:20 oldu. Belə halda oruc tutmaq olarmı? Mən hər gün olduğu kimi bu gün də telefonda budilniki qoymuşdum. Lakin bilmədən elə oldu ki, budulnik çalmadı. Mən də məcbur oldum və istədim ki duranda tutum. Sizcə orucu vaxtında tutmamaq günah sayılırmı? Xahiş edirəm bu suala cavab yazardınız.
CAVAB: Dan yeri ağarana qədər səhər yeməyi yemək şərt deyildir. Əsas odur ki, dan yeri ağardıqdan gün batana qədər orucu pozan amillərdən uzaq olasan. Əgər siz sübh namazının vaxtı girdikdən sonra ayılmışsınızsa və yemək yeməyib orucunuza davam etmisinizsə sizin orucunuz düzgün sayılır və bu günah deyildir. Ummu Sələmə (Allah ondan razı olsun) rəvayət edir ki, “Peyğəmbər (səllallahu aleyhi və səlləm) dan yeri ağardıqdan sonra cənabət halında oyanar və sonra qüsl edib oruc tutardı.” Peyğəmbərin (səllallahu aleyhi və səlləm) bu vaxt oyanıb orucuna davam etməsi göstərir ki yuxudan gec oyanmaq oruca heç bir xələl gətirmir.
93. Mamedov Islam (Qazax)
SUAL: Sualım, musiqi dinləmək orucu pozmurmu və məkruh deyil ki?
CAVAB: Musiqi dinləmək orucu pozmur. Lakin bu günah olduğundan orucun savabını hədsiz dərəcədə azaldır. Çünki İslam dininə görə musiqi dinləmək haramdır. Uca Allah şeytana belə deyir: “Onlardan kimi bacarırsansa, səsinlə yerindən oynat...” (əl-İsra surəsi 64-cü ayə). Həmçinin musiqi barəsində uca Allah başqa bir ayədə belə buyurur: “İnsanlar içərisində eləsi də vardır ki, nadanlığı üzündən (xalqı) Allah yolundan döndərmək və bu minvalla onu məsxərəyə qoymaq üçün mənasız sözləri satın alarlar. Məhz belələrini alçaldıcı bir əzab gözləyir.” (Loğman surəsi 6-cı ayə). Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) səhabəsi olan İbn Məsud (Allah ondan razı olsun) bu ayələri təfsir etdikdə Allaha təkidlə and içərək belə demişdir: “Allaha and olsun ki uca Allah bu ayələrdə (şeytanın səsi və mənasız sözlər dedikdə) musiqini qəsd edir.”
92. memmedov ferid (baki)
SUAL: Əs-sələmu aleykum. Ramazan bayramınız da mübarək. Mən oruc tuturam lakin evdəkilər mənə icazə vermir. Olarmı ki, mən orucu dərs günlərində tutum. Tutmadığım orucu isə qəza edim. CAVABINIZI SƏBİRSİZLİKLƏ GÖZLƏYİRƏM. SƏLAMUN ALEYKUM.
CAVAB: Üzrsüz səbəbdən orucu pozmaq günahdır. Çünki Ramazan ayında oruc tutmaq üzrlü insanlardan başqa hamıya vacibdir. Uca Allah buyurur: “Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi sizə də oruc tutmaq vacib edildi ki, bəlkə (pis əməllərdən) çəkinəsiniz.” (əl-Bəqərə surəsi 183-cü ayə). Valideynlərin sizə oruc tutmağa icazə verməməyi heç də üzr deyildir. Bu işdə valideynlərə tabe olmaq Allaha asi olmaq deməkdir. Çünki uca Allah sizə oruc tutmağı əmr edir, valideynlər isə bunu qadağan edir. Əgər valideynlərə tabe olsan onda Allaha asi olursan. Valideynlərə yalnız Allaha asi olmayan işlərdə tabe olmaq olar. Uca Allah buyurur: “Biz insana ata-anasına (yaxşılıq etməyi, valideyninə yaxşı baxmağı, onlarla gözəl davranmağı) tövsiyə etdik. Anası onu (bətnində) çox zəif bir halda daşımışdı. (Uşağın süddən) kəsilməsi isə iki il ərzində olur. (Biz insana buyurduq: ) "Mənə və ata-anana şükür et. Axır dönüş Mənədir! Əgər (ata-anan) bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, (bu işdə) onlara itaət etmə. (Qalan) dünya işlərində onlarla gözəl keçin (onlara itaət et). Tövbə edib Mənə tərəf dönənlərin yolunu tut. Sonra (qiyamət günü) Mənim hüzuruma qayıdacaqsınız. Mən də (dünyada) nə etdiklərinizi (bir-bir) sizə xəbər verəcəyəm!” (Loğman surəsi 14, 15-ci ayələr). Əgər siz belə bir əməl etmisinizsə buna tövbə etməli və tutmadığınız orucun qəzasını sonradan tutmalısınız.
91. ()
SUAL: Salam! Zina etmək necə işdir? Bəs çarəsiz qalanda? Buna münasibətiniz.
CAVAB: Zina ən böyük günahlardan biridir. Uca Allah buyurur: “Zinaya da yaxın düşməyin. Çünki o, çox çirkin bir əməl və pis bir yoldur!” (əl-İsra surəsi 32-ci ayə). Bir dəfə bir kişi Peyğəmbərin (səllallahu aleyhi və səlləm) yanına gəlib ona belə dedi: “Ey Allahın elçisi mən zina etmək istəyirəm.” Peyğəmbər (səllallahu aleyhi və səlləm) ona belə cavab verdi: “Sən istəyərdimmi kimsə sənin ananla, bacınla və ya qohumlarınla zina etsin?” Kişi dedi: “Xeyr.” Peyğəmbər (səllallahu aleyhi və səlləm) dedi: “Eləcə də insanlar bunu istəmirlər.” Zinanın haram olmasına dair Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) sünnəsində saysız-hesabsız hədislər vardır. Odur ki, insan çarəsiz də qalsa belə əgər zina edərsə o, ən böyük günah etmiş olur. Bir də ki, insan axı necə çarəsiz qala bilər. Axı bu şəxs evlənə də bilər. Evlənməyə gücü çatmayan şəxslərə isə Peyğəmbər (səllallahu aleyhi və səlləm) oruc tutmalarını məsləhət görmüşdür. Çünki oruc vasitəsi ilə insan zinadan uzaq olur.
89. ISMAYILOV GASIM (SUMGAYIT)
SUAL: Oruc vaxtı üz qırxmaq olarmı?
CAVAB: Üz qırxmaq orucu pozmur.
88. Abu OMAR (BAKI)
SUAL: Əs-sələmu aleykum! Qardaş Ramazan orucundan sonra şəban ayının hansı günü və neçə gün oruc tutmaq lazımdır. Allah razı olsun. Salam aleykum.
CAVAB: Və alekumus-sələm. Müsəlman qardaşım! Ramazan ayından sonra gələn ay şəvval ayıdır. Bu ayın istənilən 6 gününü oruc tutmaq sünnədir. Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) demişdir: “Kim Ramazan ayını oruc tutarsa və onun ardınca şəvval ayından 6 gün də oruc tutarsa bütün ili oruc tutmuş kimidir.” (Bu hədisi Muslim və başqaları rəvayət etmişdir).
87. Chingiz (Baki)
SUAL: Əs-sələmu aleykum. Bir daha Ramazan bayramınızı təbrik edirəm və ilahi tərəfindən hamının orucunun qəbul edilməsini diləyirəm.
1. Mən bilmək istərdim ki oruc tutan adam udquna bilərmi? (Yəni ağzı sulananda).
2. Bilmək istərdim ki bu ayə Quranın hansı surəsindəndir: "Musiqi şeytanın səsidir". Bir daha diqqətinizə görə sağ olun.
Səbirli Allah təaladan sizə səbir diləyirəm.
CAVAB: Və alekumus-sələm. 1) Bəli oruc tutan adam udquna bilər. Bu heç də orucu pozmur. 2) Bu ayə əl-İsra surəsinin 64-cü ayəsidir. Uca Allah bu ayədə şeytana belə deyir: “Onlardan kimi bacarırsansa, səsinlə yerindən oynat...” Həmçinin musiqi barəsində uca Allah başqa bir ayədə belə buyurur: “İnsanlar içərisində eləsi də vardır ki, nadanlığı üzündən (xalqı) Allah yolundan döndərmək və bu minvalla onu məsxərəyə qoymaq üçün mənasız sözləri satın alarlar. Məhz belələrini alçaldıcı bir əzab gözləyir.” (Loğman surəsi 6-cı ayə). Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) səhabəsi olan İbn Məsud (Allah ondan razı olsun) bu ayələri təfsir etdikdə Allaha təkidlə and içərək belə demişdir: “Allaha and olsun ki uca Allah bu ayələrdə (şeytanın səsi və mənasız sözlər dedikdə) musiqini qəsd edir.”
Mustəqil Islam saytı. Materiallardan istifadə etdikdə istinad vacibdir. Sayt 1422-ci (2001) hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət gostərir. e-mail: mail@azerislam.com. ICQ #99931111