... Bu gün dininizi sizin üçün kamil etdim,
    sizə olan nemətimi tamamladım və sizin üçün
    din olaraq islamı bəyənib seçdim ... [ Əl-Maidə, 3 ]

Əsas menü
ANA SƏHİFƏ

Xidmətlər
Azərislam barəsində dostuna xəbər ver
 
Son xəbərlərə yazıl
 

Statistika


Dost saytlar

Put k Koranu. Sayt Kuliyeva Elmira

Iravan.com


Yeniliklər
Sual-cavab arxivindən cavablanmış 312 sual.

  daha ətraflı

بسم الله الرحمن الرحيم

53. Sevinc Mexmandarova (Baki)

SUAL: men heleki namaz qilmiram.ona gore de vaxtlari bilmek menim ucun cetindir.iftarin vaxtlarini bilmek isteyirdim.

CAVAB: Ramazan səhifəmizə baxmağınız kifayətdir.


52. Teymur Tagiyev (Baki)

SUAL: Salam.
Əgər oktyabrın 14-ü (Ramazan giren gecə) bayram namazını qılmadımsa, bu gün həmin namazı qıla bilərəmmi? Və mən bu gün orucumu tuta bilərəmmi? Çox sagol.

CAVAB: Bayram namazı Ramazan ayı başladıqda deyil, əksinə qurtardıqdan sonra qılınır. Odur ki, həmin namazı Səvval ayının 1-i səhər tezdən camaatla qılmaq lazımdır. O ki qaldı oruca, bəli bu gün (yəni Ramazan ayının birinci günü) oruc tutmalısan.

51. diana (daki)

SUAL: Quranda yazılan BİZ, BİZƏ dedikdə nə başa düşülür? Axı Allah təkdir.

CAVAB: Uca Allah Qurani Kərimdə Biz və ya Bizə dedikdə Özü ilə birgə Mələkləri də qəsd edir.

50. Qafarova Leyla (sheki)

SUAL: Qəzaya qalan orucun vaxtını necə müəyyənləşdirmək olar?

CAVAB: Qəza orucunu Ramazan ayından sonra dərhal tutmaq əfzəl, növbəti Ramazana qədər təxirə salmaq isə caizdir. Aişə (r.a) rəvayət edir ki: “Mənim Ramazan ayından orucum qəzaya qalardı və mən onun qəzasını Şaban ayında tutardım.” (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir).

49. elchin kerimov (baki)

SUAL: Əs-sələmu aleykum!
Orucluq vaxtı güclü baş agrıları olarsa və bunlar insanın əsəb sisteminə təsir edərsə, nə etməli? Təşəkkür edirəm! Əs-sələmu aleykum.

CAVAB: Əgər doğrudan da qeyd etdiyin bu xəstəliyə səbəb oruc tutmaqdırsa və bu xəstəlik insana zərər toxundurursa, eyni zamanda orucu tərk etsən bu xəstəlik sağalacaqsa, onda həmin gün orucu tərk edirsən və sonradan bu günün qəzasını tutursan.

48. Memmedov (Terlan)

SUAL: Yeməyi sübh namazı girənə kimi yemək lazımdır?

CAVAB: Bəli. Yeməyi dan yeri ağarana kimi (yəni sübh namazının azanı verilənə kimi) yeyib qurtarmaq lazımdır.

47. Ruslan Ali-zade (Baki)

SUAL: İftarın vaxtını bilərəkdən keçirib, gec iftar açmaq olarmı?

CAVAB: İftarı gün batdıqdan dərhal sonra etmək daha əfzəldir. Çünki Peyğəmbər səllallahu aleyhi və səlləm hədislərin birində iftarını ilk vaxtlarda açan bəndəni belə müjdələmişdir: “İnsanlar iftarı əvvəl vaxtında, səhuru isə axır vaxtında yeməklə xeyrə nail olarlar.” İftarın vaxtını bilərəkdən keçirib gec açmaq Peyğəmbərin səllallahu aleyhi və səlləm sünnəsinə müxalifdir. Ona görə də bu əməldən çəkinsən daha yaxşı olar.

46. Xanim Ceferova (Baki)

SUAL: Salam Azəri bacı-qardaşlarım! Ramazan ayınız mübarək. Sizə bir neçə sualla müraciət etmək istəyirəm. Deyə bilərsinizmi oruc tutan adam dodaq boyasından, kosmetikadan və ətirdən istifadə edə bilərmi? Evvəlcədən sizə öz təşəkkürümü bildirirəm.
Çox sağ olun.

CAVAB: Oruc tutan şəxs dodaq boyası, ətir, sürmə, xına, lak, müxtəlif kremlər və yağlar və sair ənlik-kirşandan istifadə edə bilər. Lakin qeyd etmək lazımdır ki, dodaq boyasından istifadə etməkdən çəkinmək daha yaxşıdır. Belə ki, onun mədəyə düşmək ehtimalı çoxdur.

45. Abdul (Muslim) ()

SUAL: Mən vərəm xəstəliyi keçirmişəm. İnşaAllah indi hər şey yaxşıdır. Bu artıg 4 il bundan əvvəl olub.. Keçən il oruc tutmuşam. Əlhəmdulillah hər şey yaxşı keçdi. İnşaAllah bütün oruc tutan müsəlmanlar kimi Allah mənim də savabımı verər. Mən bilmək istərdim, İslam dinində ümumiyyətlə ağır xəstəlik keçirmiş adamlarla bağlı xüsusən də oruca aid şərt var ya yox.. Xatırladım ki, konkret vərəm xəstəliyində qidalanmaq ən vacib şərtdir. Allah razı olsun..

CAVAB: Bəli İslam dinində ağır xəstəliklərlə bağlı bir çox dini məsələlər mövcuddur, xüsusən də orucla əlaqəli. Ümumiyyətlə oruc tutmaq insanın hər hansı bir xəstəliyini artırarsa, və ya xəstəliyinin sağalmasına əngəl törədərsə, yaxud həmin şəxsə əziyyət verərsə, və yaxud da xəstəliyin sağalmasını gecikdirərsə bu şəxs sağalana qədər orucu tərk edir. Lakin sağaldıqdan sonra tutmadığı günlərin qəzasını tutmalıdır. Əgər xəstəlik xronikidirsə (yəni sağalmayan xəstəlikdirsə), onda bu şəxs sadəcə, oruc tutmadığı günlərin sayı qədər kasıb yedizdirməlidir. Uca Allah buyurur: “Oruc tutmağa taqəti olmayanlar isə [buraxdığı hər gününün əvəzinə] bir yoxsulu yedirtməklə fidyə verməlidirlər.” (əl-Bəqərə surəsi 184-cü ayə).

44. Ceyhun Ahmedov (Baki)

SUAL: Əs-sələmu aleykum!
On bir ayın sultanı Ramazan Inşaallah hamımız ücün xeyirli ve uğurlu olsun! Ramazan ayının sonunda Bayram namazı qılınana kimi oruc tutmaq lazımdırmı?
Təşəkkürlər!

CAVAB: Xeyr! Çünki həmin gün bayram günü sayılır. Odur ki, istər bayram namazına qədər, istər də bayram namazından sonra oruc tutmaq haramdır. Peyğəmbər səllallahu aleyhi və səlləm bayram günləri (yəni Ramazan və qurban bayramları) oruc tutmağı qadağan etmişdir.

43. Pərvanə Abasquliyeva (bakı)

SUAL: Salam!
Şamaxı rəsədxanasında yeni qəbul olunmuş Ramazan təqvimi ilə sizin bir neçə gün əvvəl saytda yerləşdirdiyiniz təqvim üst-üstə düşürmü?

CAVAB: Xeyr, bizim təqvimlə həmin təqvim arasında bir neçə dəqiqə fərqi vardır. Amma orucunuzu bu təqvimlərdən ixtiyari biri ilə tuta bilərsiniz.

42. ilqar ()

SUAL: Əs-sələmu aleykum! Mənim sizə bir sualım var! Ramazan ayının fəziləti…

CAVAB: Ramazan ayının fəzilətləri çoxdur. Onlardan bəzilərini qeyd etməklə kifayətlənəcəyik.
1) Ramazan ayında Quran nazil olmuşdur. Uca Allah buyurur: “İnsanlara doğru yol göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və haqqı batildən ayıran Quran Ramazan ayında nazil edilmişdir.” (əl-Bəqərə surəsi 185-ci ayə).
2) Bu ayda bir gecə vardır ki, o min aydan daha xeyirlidir. Uca Allah buyurur: “Həqiqətən biz onu (Quranı) Qədr gecəsi (dünya səmasına) nazil etdik. (Ya Muhəmməd!) Qədr gücəsinin nə olduğunu bilirsənmi?! Qədr gecəsi (savab etibarilə) min aydan daha xeyirlidir….” (əl-Qədr surəsi 1, 2, 3).
3) Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: “Ramazan ayı girdikdə Cənnətin qapıları açılır, Cəhənnəmin qapıları bağlanır və şeytanların zəncirlənirlər (yəni zəncir vasitəsilə bağlanırlar).” (Bu hədisi Muslim rəvayət etmişdir).
4) Bu ayda edilən yaxşı əməllərin savabı diğər aylarda edilən əməllərin savabından daha çoxdur. Peyğəmbərdən səllallahu aleyhi və səlləm hansı sədəqənin daha əfzəl olduğunu soruşduqda belə cavab verdi: “Ramazan ayında verilən sədəqə daha əfzəldir.” (Bu hədisi Tirmizi rəvayət etmişdir). Həmçinin Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: “Ramazan ayında edilən ümrə ziyarəti həcc ziyarətinə bərabərdir.” (Bu hədisi də buxari və Muslim rəvayət etmişdir).
……………………………………………………
................................................................................

41. Fuzuli ALIYEV (BAki)

SUAL: Əs-sələmu aleykum.
Sualim: Mən həkimin məsləhəti ilə təxminən gündə 4 dəfə ağ ciyərə nəfəs vasitəsilə toz şəkilli dərman aliram. Bunun 2 dəfəsi oruc zamanına təsadüf edir. Lütfən bunun mənim orucuma təsirini deyə bilərsinizmi? Sağ olun.

CAVAB: Sizin istifadə etdiyiniz bu dərman orucunuzu pozmur.

40. Aygun (Baki)

SUAL: Əgər keçən ildən qəza orucum qalıbsa, qəzaları tutmamıs bu ilki orucumu tuta bilərəmmi?

CAVAB: Sizin keçən ildən qəzanız qalsa da, qalmasa da bu ilin orucunu mütləq tutmalısınız. O ki qaldı keçən ildən qalan qəzaya, onu da qeyd edək ki, əgər siz heç bir dini səbəb olmadan həmin qəzaları bu Ramazana qədər gücikdirmisinizsə, onda qəzaları tutmaqla bərabər hər günün əvəzinə bir kasıb da yedizdirməlisiniz.

39. NURANA (BAKI)

SUAL: İnsan oruc tutduğu zaman öz tüpürcəyini udması nə qədər düzgündür?

CAVAB: Tüpürcəyi udmaq orucu pozmur.

38. Musayeva Kamala (Баку)

SUAL: Mən səhər yuxudan qalxmamışam (bilə-bilə). Amma, həmin gün orucu davam etdirmişəm. Bilmək istəyirəm ki, əgər səhər qalxmıramsa orucum pozulurmu? Ümumiyyətlə bu barədə bilmək istərdim...

CAVAB: Səhər yuxudan qalxmamaq orucu pozmur. Hətta həmin şəxs bunu bilə-bilə etsə də belə. Çünki səhur etmək (səhər yeməyi yemək) şərt deyildir və oruc onsuz da səhih sayılır. Lakin səhurda bərəkət olduğu üçün onu etməsi daha yaxşı olardı. Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: “Dan yeri ağarana yaxın səhur edin! Həqiqətən səhurda bərəkət var.”

37. Qurbanov Yusif (Sumqayit)

SUAL: Oruc tutulan vaxt siqaret cekmek olar?

CAVAB: Siqaret çəkmək orucu pozur. Ümumiyyətlə siqaret çəkmək haramdır. Ona görə siqaret çəkən şəxs bu əməlinə görə tövbə etməlidir.

36. Ilaha Rasulova (Baki)

SUAL: 1. Oruc tutarkən səhər durmamaq olarmı ?
2. Bu ay ər-arvad münasibətlərində olmaq günahdırmı?
3. Sabah mən işgüzar bir nahara dəvət olunmuşam. Bu çox vacib bir nahardır. Bir gün orucu pozub, sonra bir gün əlavə tutmaq olarmı?

CAVAB: 1. Oruc tutarkən səhər durub səhur etmək (səhər yeməyi yemək) şərt deyildir. Odur ki həmin şəxs səhər durmaya da bilər. Lakin səhurda bərəkət olduğu üçün onu etməsi daha yaxşı olardı. Bir şeyi də unutmayaq ki həmin şəxs namaz qılmaq üçün mütləq durmalıdır.
2. Ramazan ayında yalnız dan yeri söküləndən gün batanadək cinsi əlaqəyə girmək olmaz. Qalan vaxtlarda isə bunu etmək olar. Uca Allah buyurur: “İndi isə onlara [qadınlara] yaxınlaşın və Allahın sizin üçün müəyyən etdiyini istəyin [övlada və s. nail olmağa çalışın]. Dan yeri söküləndə ağ sap [şəfəq] qara sapdan [gecənin qaranlığından] seçilənə qədər yeyin-için. Sonra gecəyə qədər [gün batana kimi] orucunuzu tamamlayın.” (əl-Bəqərə surəsi 187-ci ayə).
3. Bu nahar nə qədər vacib olsa da Uca Allahın əmrindən vacib ola bilməz. Odur ki bu səbəbə görə orucu pozmaq günahdır. Uca Allah buyurur: “Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi sizə də oruc tutmaq vacib edildi ki, bəlkə [pis əməllərdən] çəkinəsiniz.” (əl-Bəqərə surəsi 183-cü ayə). Başqa bir ayədə isə belə buyurur: “Sizlərdən kim bu aya yetişərsə, onu (həmin ayı) oruc tutmalıdır.” (əl-Bəqərə surəsi 185-ci ayə).

35. Afgan Alekperov (Baki)

SUAL: Sofi Hamid ziyarətgahı barədə ətraflı məlumat almaq istərdim. Allah Razı olsun!

CAVAB: İslam dinində belə bir ziyarətgah yoxdur. Peyğəmbər (sallallahu aleyhi və səlləm) hədislərində yalnız üç yeri ziyarət etmək üçün səfərə çıxmağı bildirmişdir. Onlardan birincisi: Kəbə; İkincisi: Peyğəmbər məscidi; Üçüncüsü isə Aksa məscididir. (Fələstindəki Beytulməqdis).

34. KAMIL (BAKI)

SUAL: ƏS-SƏLƏMU ALEYKUM! SIZDƏN XAHIŞ EDİRƏM MƏNƏ AMİN SÖZÜNÜN MƏNASINI ƏTRAFLI BAŞA SALIN. ALLAH AMANINDA.

CAVAB: Amin sözünün mənası, “İlahi qəbul et” deməkdir.

33. Nadir (Sabirabad)

SUAL: Əs-sələmu aleykum. Mən bilmek isterdim ki, Ramazan ayında təravih namazını nə üçün camaatla qılırlar? Məgər sünnədə fərz namazlarından başqa sünnət namazlarını birlikdə qılmaq olarmı? Axı fərz namazlarından başqa bütün namazları camaatla qılmaq nə Quranda nə də Sünnədə yoxdur. Bu bidət deyilmi? Əs-sələmu aleykum!

CAVAB: Əs-sələmu aleykum! Mənim qardaşım, təravih namazını camaatla qılmaq heç də bidət deyildir. Aişə (r.a) rəvayət edir ki, bir gün Peyğəmbər (sallahu aleyhi və səlləm) Ramazan ayında axşam məscidə çıxdı və orada olan camaatla birgə gecə namazını qıldı. Sonra Peyğəmbər (sallahu aleyhi və səlləm) evinə döndü. Səhər açıldıqda bir çox səhabələr bundan xəbər tutdular və həmin gecəni onlar da məscidə gəldilər. Peyğəmbər (sallahu aleyhi və səlləm) yenə onlarla birgə gecə namazını camaatla qıldı. Ertəsi gün səhabələrin əksəriyyəti bundan xəbər tutdular və həmin gün onların sayı daha da çoxaldı. Peyğəmbər (sallahu aleyhi və səlləm) bu dəfə də məscidə çıxdı və onlarla birgə gecə namazını camaatla qıldı. Ertəsi gün səhabələrin hamısı bundan xəbər tutdular və yenə gecə namazını camaatla qılmaq üçün məscidə toplaşdılar. Lakin Peyğəmbər (sallahu aleyhi və səlləm) bu dəfə işa namazını qıldıqdan sonra evinə döndü və səhərə qədər bayıra çıxmadı. Lakin səhabələr onu sübh namazına qədər gözlədilər. Nəhayət Peyğəmbər (sallahu aleyhi və səlləm) sübh namazını qılmaq üçün məscidə çıxdı və səhabələrlə birgə sübh namazını qıldı. O namazını qıldıqdan sonra üzünü səhabələrə tutub belə dedi: "Allaha and olsun ki mən bu gecə yatmamışdım və sizin halınızdan da xəbərdar idim. Lakin mən qorxdum ki Uca Allah birdən gecə namazını sizin üçün fərz (vacib) edər və siz də onu yerinə yetirməyə aciz qalasınız." Bu hədisi Buxari (3\8-10; 4\203,205); Muslim (2\177-178); və başqaları rəvayət etmişlər. Bu hədis onu göstərir ki, Peyğəmbər (sallahu aleyhi və səlləm) təravih namazını üç gecə camaatla birgə qılmışdır. Lakin sonra tərk etmişdir ki, bu namaz müsəlmanlara fərz olmasın. Odur ki, Peyğəmbərin (sallahu aleyhi və səlləm) vəfatından sonra bu namazın fərz olma ehtimalı ardan qalxdıqdan sonra səhabələr yenidən bu sünnəti dirçəltmişlər.

32. hicran (muslim)

SUAL: Əs-sələmu aleykum və rahmətullahi və bərakətuhu. Qardaşım hamilə qadınlar oruc tuya bilərlərmi? Əs-sələmu aleykum və rahmətullahi və bərakatuhu.

CAVAB: Əgər hamilə qadın oruc tutan zaman çətinliklə üzləşərsə və ya onun oruc tutması uşağa zərər verərsə bu zaman o, orucunu tərk edir və sonradan həmin günlərin qəzasını tutur. Çünki hamilə qadının halı xəstənin və müsafirin halına bənzəyir. Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: “Həqiqətən, Allah müsafirə orucu və namazın yarısını, hamilə və süd verən qadına isə orucu keçmişdir.”

31. EM (Baki)

SUAL: Mənim ailəm mənə oruc tutmağa icazə vermir. Mən nə edim?

CAVAB: Əs-Sələmu aleykum və rahmətullahi və bərakətuhu! Ailənizin sizə oruc tutmağa icazə verməməsinin müxtəlif səbəbləri ola bilər. Əgər ailəniz sizə oruc tutmağa xəstə olduğunuza və ya həddi buluğa çatmadığınıza görə icazə vermirsə onda ailənizə tabe olmalısınız. Lakin xəstəliyə görə tərk etdiyiniz orucların qəzasını sağaldıqdan sonra tutmalısınız. Əgər ailəniz sizə səbəbsiz olaraq icazə vermirsə onda bu əməldə ailəyə tabe olmaq Uca Allaha asi olmaq deməkdir. Çünki Uca Allah Ramazan ayının orucunu sağlam, həddi buluğa çatmış və ağlı başında olan hər bir müsəlmana vacib buyurmuşdur. Uca Allah buyurur: “Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi sizə də oruc tutmaq vacib edildi ki, bəlkə (pis əməllərdən) çəkinəsiniz.” (əl-Bəqərə surəsi 183-cü ayə.) Odur ki, bu səbəbə görə orucu tərk etmək olmaz.

30. Ibrahimova Aybeniz (Baki)

SUAL: Ağızı yaxalamağın orucu pozmadığını bilirəm. Bəs agızı su ilə deyil marqans məhlulu, yaxud ətirləndirici məhlullarla yaxalamaq necə, orucu pozurmu?

CAVAB: Xeyir pozmur. Lakin bunu etdikdə ehtiyatlı olmalıdır ki boğazdan su daxil olmasın. Onu da qeyd edək ki, bunları zəruri səbəb olmadan etmək yaxşı hal deyildir.

28. amil mecnunov (baki)

SUAL: Salam.
Biz səhər oruc tutanda neçəyə qədər yeyib qurtarmalıyıq.
Cavabınızı gözləyirəm.

CAVAB: Salamlaeykum.
Siz səhurunuzu (Oruc tutanın səhər yeməyi) sübh əzanının vaxtına qədər davam etdirə bilərsiniz.

27. Sahib Kərimov (Bakı)

SUAL: بسم الله الرحمن الرحيم
سلام عليكم
Bu il ona oktyabrın 15-i orucluğun başlanması dəqiq
mə`lum olmayan şəxs bu ilin oktyabr ayının 16-sından
oruc tutmaqa başlasa , tutmadıqı günün orucu
onun boynunda qəza kimi qalırmı?
sağ olun.
و السلام

CAVAB: Bəli tutmalıdır

26. Sabina (Baki)

SUAL: : Oruc tutan qadın dodaq boyası çəkə bilərmi?

CAVAB: Bəli çəkə bilər. Lakin onu da qeyd etmək lazımdır ki, dodaq boyasından istifadə etməkdən çəkinmək daha yaxşıdır. Belə ki, onun mədəyə düşmək ehtimalı çoxdur.

25. Qudret Aliyev (Sumqayit)

SUAL: Əs-sələmu aleykum. Qardaş saqqal şəriətdə vacibdirmi?

CAVAB: Bəli saqqal saxlamaq şəriətdə vacibdir. Çünki bunu Peyğəmbər (sallallahu aleyhi və səlləm) əmr etmişdir. Onun əmrinə qarşı çıxan şəxsi də şiddətli bir əzab gözləyir. Uca allah buyurur: “Onun (Peyğəmbərin) əmrinə qarşı çıxanlar başlarına gələcək bir bəladan və düçar olacaqları şiddətli bir əzabdan qorxsunlar.” (ən-Nur surəsi 63-cü ayə).

24. C.S. (Baki)

SUAL: Orucu 1-ci dəfə tutmaq niyyətim var. Hansı sözləri demək lazımdır, və o sözləri Ərəb dilində deməliyəm yoxsa Azərbaycan dilində? Çox sağolun.

CAVAB: Oruc tutmaq istəyən şəxs yalnız bunu qəlbində niyyət etməlidir. Bu niyyəti dillə tələffüz etmək düzgün deyildir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə etməmişdir. Səhər yeməyini yedikdə deyilən duaya gəlincə onu qeyd etmək lazımdır ki, bunun üçün xüsusi bir dua yoxdur. Odur ki, oruc tutan şəxs həmişə olduğu kimi səhər yeməyinə başladıqda “Bismilləh” deyir, qurtardıqdan sonra isə “Əlhəmdulilləh” deyir. Axşam orucunu açdıqda isə xüsusi ilə bu duanı deyir: “Zəhəbəz-zəmə’u vabtəllətil-uruq va səbətəl-əcr inşaallah”(Allahın istəyi ilə susuzluq keçib getdi, damarlar islandı, Allah istəsə mükafatı sübuta yetər).
“Allahümmə inni əs'əlukə birəhmətikəl-ləti vasiat küllə şeyin ən təğfira li” (Allahım, Sənin hər şeyi əhatə edən mərhəmətinlə Sənə yalvarıram ki, məni bağışla). Bu duaları Azərbaycan dilində də demək olar.


23. G. Kazımova (Bakı)

SUAL: 1) Ramazan ayında dodaq boyasından istifadə etdikdə oruc batil olurmu?
2) Qəlbində müsəlman hissi, onündə müqəddəs Quran, tək Allah qarşısında dua edən, lakin namaz qılmayan adamın orucu qəbul olunurmu, və ya həmin şəxs özünü müsəlman hesab edə bilərmi?
3) Hicab hər bir müsəlman qadının borcudurmu?
Təşəkkür edirəm.
Allah Sizdən razı olsun.

CAVAB: 1) Ramazan ayında dodaq boyasından istifadə etdikdə oruc pozulmur. Lakin onu da qeyd etmək lazımdır ki, dodaq boyasından istifadə etməkdən çəkinmək daha yaxşıdır. Belə ki, onun mədəyə düşmək ehtimalı çoxdur.
2) Bu məsələni də iki hissəyə bölmək gərəkdir:
- Namazın gərəksiz olduğunu etiqad edən şəxs kafirdir və oruc tutmağının heç bir faydası yoxdur; Peyğəmbərdən səllallahu aleyhi və səlləm soruşduqda o demişdir: “Bizimlə onların (kafirlərin) arasında olan əhd namazdır. Hər kim onu tərk etsə, küfr etmiş olar.”
- Səhlənkarlıq ucbatından namazı tərk edən şəxsin orucunun qəbul olub-olunmaması isə Allaha aiddir.
3) Bəli hicab taxmaq hər bir müsəlman qadının borcudur. Uca Allah buyurur: “Mömin qadınlara da de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini qorusunlar (və ya örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun. Boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin);....” (ən-Nur surəsi 31-ci ayə).

 1  2  3  4  5  6  7  8  9  10  11  12  13  14  15  16  17  18  19  20  21  22  23  24  25  26  27 28   29

Mustəqil Islam saytı. Materiallardan istifadə etdikdə istinad vacibdir. Sayt 1422-ci (2001) hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət gostərir. e-mail: mail@azerislam.com. ICQ #99931111