... Bu gün dininizi sizin üçün kamil etdim,
    sizə olan nemətimi tamamladım və sizin üçün
    din olaraq islamı bəyənib seçdim ... [ Əl-Maidə, 3 ]

Əsas menü
ANA SƏHİFƏ

Xidmətlər
Azərislam barəsində dostuna xəbər ver
 
Son xəbərlərə yazıl
 

Statistika


Dost saytlar

Put k Koranu. Sayt Kuliyeva Elmira

Iravan.com


Yeniliklər
Sual-cavab arxivindən cavablanmış 312 sual.

  daha ətraflı

بسم الله الرحمن الرحيم

290. Ferhad Aliyev (Baki)

SUAL: Essalamaleykum ve Rahmetuulahi ve Berakatuhu!!! Deyline gore Qedr gecesi Ramazan ayının son on gününün tək günlərindən birinə təsadüf edir. (19, 21, 23, 25, 27 və ya 29-cu gecələrindən birinə). Yeni ki 18 gecene oyaq qalib sehere qeder ibadet etmek lazimdir ya nece? Umiyetle Qeder gecelerini nece kechirmek haqqinda Sunnede bir shey varmi? Teravihden sonra geceleri namaz qilmaq olarmi? ALLAH cumlemizi Qedr gecesine tesaduf edenlerden elesin!!! AMİN!!! ALLAH razi olsun!!! Essalamualeykum ve Rahmetullahi ve Berakatuh!!!

CAVAB: Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.
Qədr gecələri Ramazan ayının son on gününün tək günlərindən birinə təsadüf edir. (Yəni 21, 23, 25, 27 və ya 29-cu gecələrindən birinə). Odur ki, siz Ramazan ayının 20-sindən 21-nə keçən gecədən başlayaraq bu tərzdə həmin gecələrdə oyaq qalıb ibadətlə məşğul ola bilərsiniz. Məsələn: Quran oxumaq, gecə namazlarını qılmaq, dini kitablar oxumaq, Allaha dua etmək və s.
Bəli təravih namazından sonra iki-iki olmaqla qiyamul-leyl (gecə namazları) namazı qılmaq olar.
Allah hamımızı Ramazan ayının tam savabını qazananlardan etsin! Amin!!!
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.


290. Rəşad Rəsullu (Bakı)

SUAL: Salam. Mən "Üç nöqtə" qəzetinin 29 oktyabr tarixli sayında bir məqaləyə rast gəldim. Həmin məqaləni sizə təqdim edirəm və onun barəsində, xüsusilə də qeyd etdiyim yerlər barəsində fikirlərinizi bildirməyi xahiş edirəm.

"Azərbaycanda təncim elmi həvəskar səviyyədə öyrənilir"
F.QURBANSOY: "QÜDRƏTLİ ÖLKƏLƏRİN HƏR BİRİNDƏ BU ELMDƏN FAYDALANIRLAR

Hazırda elə şəxs olmaz ki, astroloji proqnozla maraqlanmasın. Amma çox təəssüf ki, bu sahədə olan boşluqlar çoxlu yanlışlıqlara, müxtəlif problemlərin ortalığa çıxmasına səbəb olur. Hətta həmin proqnozlar çoxlarına psixoloji təsir edir, fəallığını azaldır. Ümumiyyətlə, Azərbaycanda astrologiya elminə kimlər və necə maraq göstərirlər? Bu sahədəki mütəxəssislər harada hazırlanır? Bu və digər suallarla mütəxəssisə müraciət etdik.

Rubrikamızın budəfəki qonağı filologiya elmləri namizədi, münəccim Firidun Qurbansoydur. O, astrologiya elmi ilə 20 il bundan əvvəl Məhəmməd Füzuli yaradıcılığını araşdırarkən məşğul olub. Hazırda "Orta əsrlər Azərbaycan ədəbi ənənəsində irfan rəmzlərinin tarixi təkamülü" doktorluq dissertasiyası üzərində işləyir.

...-siz sütun

Astronomiya elminin tarixi 10 min ildən çoxdur. Hər bir elm iki hissəyə ayrılır: nəzəri və praktik. Bütün elmlərin son nəticəsi təcrübədə yoxlanılır. Əgər irəli sürülmüş hansısa nəzəriyyə təcrübədə yaxşı nəticə verirsə, bu artıq elmdir, özünü doğrultmursa, utopiya. Astronomiya (elmi-nücum) göy sferasındakı səma cisimlərinin yerini, yerdəyişməsini, bürcləri, səyyarələri, kometləri, müxtəlif meteoritləri və s. öyrənir, onların hərəkətlərini izləyir.

Ulduz elminin təcrübi hissəsi ilə, yəni nəzəriyyənin praktikaya tətbiq edilən hissəsi ilə astrologiya - təncim elmi məşğul olur. Birinci hissə adamdan çox-çox böyük hazırlıq tələb edir. Əslində ikinci hissə ilə məşğul olan münəccim birinci hissəni gözəl bilməlidir. Əgər o, hesablamalar apara bilməsə, riyazi təfəkkürü, diplomatik qabiliyyəti, nitqi, insanlarla işləmək vərdişləri olmasa, psixologiyanı anlamasa, qətiyyən münəccim ola bilməz.

Təncim elmi ilə məşğul olan hər bir şəxs həssas və duyumlu olmalıdır. Onun çevrəsində xüsusi cazibə qüvvəsi yaranmalıdır ki, insanları cəzb etsin, ondan çəkinməsinlər, deməsinlər ki, sən yalançısan, falçısan, bədbəxtlik gətirənsən və s.

Azərbaycanda təncim elminin öyrənilməsi həvəskar səviyyədədir. Həvəskar səviyyə o deməkdir ki, peşəkarlıq üçün heç bir şərait yoxdur. Nə universitetlərdə, nə də başqa ali məktəblərdə bu elm tədris olunmur. Hər kəs imkanı daxilində əldə etdiyi kitablardan, informasiya mənbələrindən istifadə edərək onu öyrənmək istəyir. Bu isə çox çətindir və şəxsdən böyük hazırlıq tələb edir.

Çox təəssüflər olsun ki, əksəriyyət bu işə başlayandan sonra onun elm olduğunu yaddan çıxarır. Elə bilirlər ki, hər nə gəldi demək, böyük, gərgin hesablamalar aparıb son nəticəni üzə çıxarmaq kimi bir şeydir. Əlbəttə ki, səyyarələr, bürclər Allahın xüsusi proqramı ilə hərəkətdədir. Bu elmin ibtidasını inkişaf etdirmək, kamilləşdirmək, bununla da bütün ulduz elminə vaqif olmaq və proqnozlar söyləmək... Artıq bu fal deyil, elmdir.

Quran ayələrindən mühafizə məqsədilə istifadə olunur. Onlardan fal kimi istifadə etmək böyük günahdır.

Allah bizə Qurani-Kərimlə hökm edib ki, biz namaz qılaq. Yəni öz namazımızla şər qüvvələrə hasar çəkək. Ümumiyyətlə, təncim elminin Quran elmi ilə sıx əlaqəsi var (Qeyd 1). Bəzi savadsız ruhanilər deyirlər ki, Quran elm deyil, qeybdən xəbər verməkdir. Qeybdən xəbər vermək iddiasında olanlar şeytanlardır. Onların yeri cəhənnəmlikdir. Onların dedikləri də, yazdıqları da faldır, özləri də mənasız adamlardır. O ki qaldı elmə, "Qurani-Kərim"in surələrinin birində buyurulub ki, İbrahim peyğəmbər ulduzlara baxdı və dedi ki, mən xəstələndim. Başqa bir yerində isə deyilir ki, Allah ulduzları və əlamətləri yaratdı. (Qeyd 2) Allah-Təalanın böyük hikməti var. Təcrübəli həkimin yanına gedərkən adamın üzünə baxanda bilir ki, onun xəstəliyi nədir. Əgər sifətin rəngi bozumtul sarıdırsa, deməli mədə, solğun bəyazdırsa, ağ ciyərlər, qaramtıl yaşıldırsa, qara ciyərlər, gözün altında kisəciklər varsa, böyrəklər xəstədir və s. Axı həkim bunları haradan bilir, o ki fala baxan deyil... Sadəcə, o əlamətləri görür. Quranda yazıldığı kimi (Qeyd 3), Allah ulduzları və əlamətləri yaratdı, bu birbaşa ona işarədir ki, insanlar ulduzların, səyyarələrin, göy sferasının hərəkətinə baxıb fikirlər səsləndirsinlər. Bu əlamətlərin insanların özləri, səhhətləri, gələcəyi ilə birbaşa bağlılığı var. Əgər bu ritmi, bağlılığı münəccim tutursa, təbii ki, qarşısındakı insanı nədənsə çəkindirə bilər. BU DA İNSANLARA XİDMƏTDİR.

...-li sütun

Əksər qəzetlər, elə mənim də proqnozlarımı çap edən "Bizim əsr" qəzeti də "Ulduz falı" ifadəsini işlədir. Əvvəla, onu deyim ki, bu, yerində olmayan ifadədir. Mənə elə gəlir ki, "Münəccim öncəgörmələri", "Ulduzlar deyir" və ya hər bir qəzet özünəməxsus ifadə tapa bilər. Məsələn, "Azadlıq" qəzeti çox gözəl bir ifadə tapıb: ""Azadlığ"ın rəsədxanası".

"Ulduz falı" ifadəsi Türkiyə mətbuatından gəlib. Rus mətbuatında "Zvezdnıy qadanie" sözü yoxdur, "Zvezdı qovaryat", ya da "Astronomiçeskiy proqnoz" var.

"Ulduz falı" ifadəsinin kökü düz deyil, səhvdir. Orta əsrlərdə ulduzpərəstlik adlı xüsusi din varmış. Əslində onun pərəstişkarları hər vaxt olub. Hətta İslamiyyətin ilk illərində Ərəbistanda beş ulduz məbədi varmış. Peyğəmbər deyəndə ki, "bütün münəccimlər yalançıdır" söhbət həmin ulduz məbədlərinin kahinlərindən gedirdi. Onlar adamları aldadır, ümidlə gələn insanların hərəsini bir yalan, uydurma sözlə yola salırdılar.

Hazırda adını münəccim qoyan və falçılıqla məşğul olan çoxdur. Onların çoxu ekrandan da görünür. Mən Azərbaycanda təncim elmi ilə ciddi məşğul olan üç nəfəri tanıyıram: Qəhrəmanı, Səbuhini və bir də təvəzökarlıqdan uzaq olsa da özümü. Amma o birilərinin heç birini münəccim saymıram. Onların təncim elmindən qətiyyən xəbərləri yoxdur və bu kəlmənin arxasından üç nida işarəsi qoyuram. Onlara kim ixtiyar verib ki, insan taleyini müəyyənləşdirsinlər. Sual edirəm: taleyi müəyyənləşdirən riyazi modellərin hansılarından xəbəriniz var?

Təxmini 16-18-ci əsrlərdə Təbriz şəhərində hər il təqvimlər çap olunurdu. Əslində onlar xüsusi cədvəllərdir. Orada sözlər azdır, hesablansa, 200-ə qədər söz olar, ya da olmaz. Onların çoxu da hecalar şəklində göstərilib. Əgər elmdən xəbərin yoxdursa, bu təqvimdən də heç nə başa düşməyəcəksən. Bu təqvimin yuxarı hissəsində bürclərin, yan tərəfdə səyyarələrin, ayların və günlərin adları yazılıb. Sənə hansı gün lazımdırsa, tapırsan və xanada hansı hecanın yazıldığını görürsən. Burada daha başqa sirr var. Əgər Kipr elmini bilmirsənsə, bu hecaların nə olduğunu da bilə bilməzsən. Özünü münəccim adlandıran adamlardan soruşuram, bu elmin varlığından xəbəriniz varmı?

Bu elmdən bəhrələnib hecaların "Qurani-Kərim"in hansısa ayəsinə, hədislərinə uyğunlaşdırmaqla mənaları tapılır (Qeyd 4). MÜNƏCCİMLƏRİN DƏ ÖZ KODLARI VAR.

Proqnozların verilməsini sistemləşdirən mərkəz yoxdur. Müstəqil institut yaradılmalıdır. Əgər bu mümkün deyilsə, ya fəlsəfə institutunda, ya da başqa yerdə şöbə açılmalıdır. Bunun elm olduğunu bilən Elmlər Akademiyası təncim elminə marağı olan insanları, həvəskarları bir yerə toplamalıdır. İnanıram ki, hazırda həvəskar şəklində bu işlə məşğul olanların əksəriyyəti institut yaradılarsa, peşəkar olmaq üçün ciddi şəkildə işləyərlər. Uzağı bir ilə mütəxəssis yetişdirmək olar.

Başqa bir məsələyə də toxunaq. İnternet vasitəsilə götürülən münəccim öncəgörmələri heç vaxt bizim ölkəmizdə yaşayan vətəndaşlar üçün düz gəlməyəcək. HƏR BİR COĞRAFİ AREALIN ÖZÜNÜN PROQNOZLARI VAR.

Şimali Azərbaycanda üç bürcün təsiri var. Fərz edək ki, Bakıda, orta zoloq üçün hazırladığım proqnozlar Şəkidə yaşayan vətəndaşlara uyğun gəlməsin.

Hətta Bakının özündə də fərqlər var. Məsələn, Bayılda yaşayan ilə Əhmədlidə yaşayanın təqvimi eyni deyil.

Klassik münəccimlikdə qəbul etdiyimiz ayın 21-i bürc dəyişilməsi kimi qəbul edilir. Amma elə deyil. Bürclər ayın 14, 17-də və başqa hansısa gündə dəyişilir. Bu sirləri yaxşı münəccimlər bilir və fərdi təqvimlərin hazırlanmasında istifadə edirlər. Məsələn, biz oktyabrın 24-də söhbət edirik, təqvimlərin çoxunda yazırlar ki, bu gün tərəzi bürcündədir. Biz isə çoxdan əqrəb bürcünün içindəyik.

Təxminən, 10 min il bundan əvvəl klassik təncim elmində ayın 20 və ya 21-i bürcdəyişmələri günü kimi qəbul edilib. Amma indi belə deyil. Hələ ki, o sistem formalaşmayıb, bu işlə məşğul olan ALİMLƏR RİSK EDİB YENİ TƏRTİBATI ORTALIĞA ÇIXARA BİLMİRLƏR, biz keçmiş qanunu pozmuruq. Əgər bu rabitəni sındırsaq, fərz edək, hazırda bizim dolça bürcündə yaşadığımızı desəm, hamı məni dəli adlandırar. Amma başa salanda ki, Yer kürəsi kimi, bütün ulduzlar da, qalaktika da hərəkətdədir, HƏRƏKƏTDƏ OLMAYAN HEÇ NƏ YOXDUR və Yer kürəsinə vahid orqanizm kimi baxaq, eyni zamanda səyyarələrin düzülüşünü, onların bir-birilərinə olan münasibətini, göy sferasının hərəkətlərini izləsək, təbii ki, sadaladıqlarımın heç biri 10 min il bundan əvvəlki vəziyyətlərində deyil. Dəyişirlər, nəsə məhv olur, ya da yenisi yaranır. Bu da zəmanəyə böyük, ZƏMANƏ DƏ ÖZ NÖVBƏSİNDƏ İNSANLARIN ŞÜUR SƏVİYYƏSİNƏ TƏSİR EDİR. Məsələn, orta əsrlərdə olan saflıq niyə indi yoxdur?! Ya da o vaxtkı böyük məhəbbət?!

QÜDRƏTLİ ÖLKƏLƏRİN HƏR BİRİNDƏ BU ELMİN XİDMƏTİNDƏN İSTİFADƏ OLUNUR. İstər ABŞ-da, Böyük Britaniyada, Fransada, Yaponiyada, Çində, Almaniyada, Rusiyada və s. Amma ondan Azərbaycanda istifadə olunub-olunmadığından xəbərim yoxdur.

Hətta 1977-ci ildə Pentaqonda xüsusi dəstə yaradılmışdı ki, onlar astrologiyanı, ekstrasensuranı öyrənsinlər. Həmin vaxt rus jurnallarından birində Pentaqon tənqid olundu, yazıldı ki, ABŞ İNDİ FALÇILARI, CADUGƏRLƏRİ ƏTRAFINA YIĞIB. Bir neçə ildən sonra rusların özləri də bu işlə məşğul olmağa başladılar. "Krasnaya zvezda" qəzetində polkovnik Vorobyov adlı bir hərbçi müsahibə verdi ki, SSRİ-də DƏ BU ELMİN XİDMƏTLƏRİNDƏN İSTİFADƏ OLUNUR.
"Kürsü"nü Aynur Eyvazlı təqdim etdi

Mənim məqaləni bütövlüklə sizə göndərməyimdə məqsəd məqalə barədə təsəvvürünüzün tam olması ilə bağlıdır. Cavabınızı səbirsizliklə gözləyirəm. Sağ olun.

CAVAB: Və aleykumus-sələm. Biz sizin göndərdiyiniz məqaləni axıra qədər oxuduq. Amma sualınızı dəqiq anlaya bilmədik. Ona görə də xahiş edirik ki, sualınızı daha aydın tərzdə yazıb göndərəsiniz. Lakin biz sizə bir az da olsa ulduzlar barəsində xəbər vermək istərdik. Ulduz elmi iki qismə bölünür:
1. “Tə'sir” elmi; Yəni kainatda (göydə) baş verən bəzi hadisələrin yerdə baş verəcək hadisələrlə əlaqələndirmək. Məsələn: Bürclərin hərəkətləri ilə hər hansı bir hadisənin baş verəcəyini söyləmək, və ya hər hansı bir bürcdə anadan olan uşağın xoşbəxt və ya bədbəxt olacağını söyləmək, ya da yağışın yağmağını hər hansı bir ulduzla bağlamaq, yaxud da insanın başına gələcək bəzi şeyləri əvvəlcədən söyləmək. Bu cür elm öyrənmək küfrdür, haramdır və sanki qeyb aləmini bilməyi iddia etməkdir. Qeybi (gələcəkdə olacaqları) isə yalnız uca Allah bilir. Uca Allah buyurur: “Qeybin açarları (Allahın) yanındadır. Onları ancaq O (Allah) bilir. (Allah) suda və quruda nə varsa bilir. Yerə düşən elə bir yarpaq yoxdur ki, (Allah) onu bilməsin. Yerin zülmətləri içində elə bir toxum, (kainatda) yaş-quru elə bir şey yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın!” (əl-Ənam surəsi 59-cu ayə).
Hətta Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) uca Allahının ona xəbər verdiyi bəzi qeyblərdən başqa heç bir qeybi bilmirdi. Əgər Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) qeybi bilsəydi özü üçün daha çox xeyir tədarük edərdi. Uca Allah buyurur: “(Ya Muhəmməd! Onlara belə) de: "Mən Allahın istədiyindən başqa özümə nə bir xeyir, nə də bir zərər verə bilərəm. Əgər qeybi bilsəydim, sözsüz ki, (özüm üçün) daha çox xeyir tədarük edərdim (savab qazanmaq üçün dünyada daha çox yaxşı işlər görərdim) və mənə pislik də toxunmazdı. Mən iman gətirən bir tayfanı (pis əməlləri müqabilində Allahın əzabı ilə) ancaq qorxudan və (yaxşı əməlləri müqabilində isə Cənnətlə) müjdələyənəm!” (əl-Əraf surəsi 188-ci ayə).
Həmçinin Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) belə demişdir: “...Kim desə ki, yağış filan uldiza görə yağdı, o artıq Allaha küfr etmiş və ulduza iman gətirmiş olar. Kimdə desə ki, Allahın lütfü və rəhmi ilə yağış yağdı, o Allaha iman gətirmiş və ulduza küfr etmiş (yəni iman gətirməmiş) olur.” (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir).
Başqa bir hədisdə isə Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) belə demişdir: “Kim ulduz elmindən bir parça öyrənərsə sehr elmindən bir parça öyrənmiş olur. Bu nə qədər artarsa sehri də o qədər artar.” (Bu hədisi Əbu Davud rəvayət etmişdir).
Bütün bu dəlillər onu göstərir ki, bu elmi öyrənən və öyrədən şəxs həmin elmə nə qədər gözəl don geyindirsə də belə küfr, sehr və falçılıqla məşğul olmuş olur.
2. “Təsyir” elmi; Yəni ulduzlar və bürclər vasitəsilə hər hansı bir cihəti (şimalı, cənubu və s.), qibləni fəsillərin vaxtını və bu kimi şeyləri öyrənmək. Bu elmi öyrənmək caizdir. Uca Allah buyurur: “(Yollarda dərə, təpə, çuxur kimi) əlamətlər də (müəyyən etdi). (İnsanlar gecə vaxtı) yollarını (və qibləni) ulduzlar vasitəsilə taparlar.” (ən-Nəhl surəsi 16-cı ayə).
Ümumiyyətlə uca Allah ulduzları (və bürcləri) üç şey üçün yaratmışdır:
- Hər hansı bir cihəti (şimalı, cənubu və s.) öyrənmək üçün; Uca Allah buyurur: “...(İnsanlar gecə vaxtı) yollarını (və qibləni) ulduzlar vasitəsilə taparlar.” (ən-Nəhl surəsi 16-cı ayə).
- Göy üzünü bəzəmək üçün; Uca Allah buyurur: “And olsun ki, Biz dünya səmasını (yerə ən yaxın olan göyü) qəndillərlə (ulduzlarla) bəzədik...” (əl-Mulk surəsi 5-ci ayə).
- Şeytanları ulduzlar vasitəsilə daş-qalaq etmək üçün; Uca Allah buyurur: “And olsun ki, Biz dünya səmasını (yerə ən yaxın olan göyü) qəndillərlə (ulduzlarla) bəzədik, onları şeytanlara atılan mərmilər etdik və onlar (şeytanlar) üçün yandırıb-yaxan alovlu atəş əzabı hazırladıq.” (əl-Mulk surəsi 5-ci ayə).
Qeyd: Müəllif bu məqaləsində öz yalançı iddialarına dair Qurani Kərimdən bir neçə ayələr qeyd etmişdir. Bu ayələrə açıqlamalar verək:
1- Müəlli bu ayəni öz yalançı iddiaları üçün dəlil gətirmişdir. Uca Allah buyurur: “(İbrahim) ulduzlara bir nəzər saldı. Və (ətrafındakıları özündən uzaqlaşdıqmaq məqsədilə) dedi: "Mən xəstəyəm!” (əs-Saffat surəsi 88, 89-cu ayələr).
İzah: Bu surəni əvvəldən axıra qədər oxusaq görərik ki, İbrahim peyğəmbər öz qövmü ilə bayramı qeyd etməyə getməyib xəlvətdə bütləri sındırmaq üçün YALAN danışdı. O heç də ulduzlara baxıb cələcək barəsində bir söz söyləmədi. Həmçinin Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) də bu barədə belə demişdir: “İbrahim peyğəmbər yalnız üç dəfə yalan danışmışdır: (Öz qövmünə) mən xəstəyəm dedikdə, (bütləri) onların böyüyü sındırıb dedikdə (əl-Ənbiya surəsi 63-cü ayə) və öz həyat yoldaşı haqqında “Bu mənim bacımdır” dedikdə.”
2- Məqalənin müllifi iddia edir ki, uca Allah buyurur ki, “Allah ulduzları və əlamətləri yaratdı” Müəllif bu sözləri ilə uca Allahın bu ayəsini nəzərdə tutur: “(Allah yer kürəsi möhkəm olsun, titrəməsin, onun hərəkəti hiss olunmasın, beləliklə də) sizi yırğalamasın deyə, yer üzündə möhkəm dayanan dağlar və (istədiyiniz yerə) gedib çata biləsiniz deyə, çaylar və yollar yaratdı; (Yollarda dərə, təpə, çuxur kimi) əlamətlər də (müəyyən etdi). (İnsanlar gecə vaxtı) yollarını (və qibləni) ulduzlar vasitəsilə taparlar.” (ən-Nəhl surəsi 15, 16-cı ayələr).
Bu ayələrdə (ərəbcədə) uca Allah “əlamətlər” sözünü “ulduzlar” sözündən öncə demişdir. Bu da onu göstərir ki, “əlamətlər” sözü özündən öncə gələn sözlə bağlıdır. Yəni əslində bu ayədə yer üzərində olan dərə, təpə və çuxur kimi əlamətlər nəzərdə tutulur. Bir sözlə insanlar öz yollarını həm göydə olan ulduzlar vasitəsi ilə təyin edirlər, həm də yer üzərindəki dərə, təpə və çuxur kimi əlamətlər vasitəsi ilə təyin edirlər.
Uca Allahdan diləyirik ki, xalqımıza hidayət versin! Amin!!!

288. Rəşad Rəsullu (Bakı)

SUAL: Salamun aleykum. İlk öncə sizə Ramazan ayında bizi narahat edən suallarla baş-başa qoymadığınıza və suallarımızı imkan daxilindı operativ cavablandırdığınıza görə öz adımdan və saytın daimi istifadəçiləri adından (yəqin ki, buna etiraz edən olmaz) təşəkkür edirəm. Allah razı olsun və savab əməllərinizi əvəzini versin!
Mənim yenə də bir neçə sualım var.

1. Bakıda savadlı Quran oxumaq öyrədilən kurslar barədə (pullu da ola bilər) mənə məlumat vermənizi xahiş edərdim.

2. Rus dilində Quranın tərcüməsi və təfsiri Bakıda haradasa satılırmı?

3. Futbol oynamaq haramdırmı? Əgər haramdırsa nə üçün bütün islam ölkələrinin, o cümlədən Səudiyyə Ərəbistanının futbol üzrə milli yığma komandası var?

4. Siz bir suala cavabda yazmışdınız ki, dəstəmaz alarkən sabundan istifadə etmək olmaz. Bu qüslə də aiddirmi? Qüsl alan zaman başın və bədənin sabun və şampunla yuyulmasına icazə verilirmi?

Əvvəlcədən təşəkkürümü bildirirəm. Sağ olun!

CAVAB: Və aleykumus-sələm. Bizə etimad edib yenə sual verdiyiniz üçün biz də sizə dərin minnətdarlığımızı bildiririk.
1. .............................
2. Rus dilində Quranın tərcüməsini və təfsirini “Muslim shop” dükanından əldə edə bilərsiniz. Bu dükan bir çox yerlərdə fəaliyyət göstərir. Nərimanov rayonunda “Cümə” məscidinin həyətində, beş mərtəbələr tərəfdə (Xarici İşlər Nazirliyi ilə üzbəüz) və s. Həmçinin sizə Elmir Quliyevin tərcüməsini və təfsirini almağı məsləhət görərdik.
3. Futbol oynamaq haram deyildir. Odur ki, namazların vaxtını keçirməmək şərti ilə futbol oynamaq olar. Həmçinin futbol oynayan zaman (dizlər də daxil olmaqla) övrət yeri örtülü olmalıdır.
4. Həm namaz, həm də qüsul əsnasında sabundan və şampundan istifadə etmək olmaz.

287. ZEYNALOV ELCIN (SUMQAYIT)

SUAL: 1ayliq orucu 3 gun tutmaq olarmi?

CAVAB: Bu çox yanlış fikirdir. Çünki uca Allah Ramazan ayını bütünlüklə oruc tutmağı əmr etmişdir.
Uca Allah buyurur: “Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi sizə də oruc tutmaq vacib edildi ki, bəlkə (pis əməllərdən) çəkinəsiniz.” (əl-Bəqərə surəsi 183-cü ayə).
Digər ayədə isə belə buyurur: “(Oruc günləri) Ramazan ayıdır ki, onda (həmin ayda) insanlara doğru yol göstəricisi, bu yolun və haqqı batildən ayırd edənin açıq-aydın dəlilləri olan Quran nazil edilmişdir. Sizlərdən kim bu aya yetişərsə, onu (həmin ayı) oruc tutmalıdır.” (əl-Bəqərə surəsi 185-ci ayə).

287. Qoshuneliyev Nazim (Baki)

SUAL: 1)Insanin bogazindan ve ya dishinde qan gelirse ve o bacardrgi qeder bu qani udmamaga calishirsa,qan mueyyen miqdarda bogazdan kecerse bu insanin orucu pozulmush sayilir?
2)Xestelikle elaqedar insan ozunu daima bogazinda belgem varmish kimi hiss edir ve agiz suyunu udduqda da eyni hal davam edir.Bu orucu pozurmu? Men artiq bu suali sizin sayta unvanlamishdim, amma tessuf ki, cavab ala bilmedim.Xahish edirem sualin cavabini ve ya suali cavablandira bilmediyinizi menim poctama gonderin.Evvelceden teshekkur edirem.
Assalamu aleykum va rahmetullahu va bereketuhu.

CAVAB: Əs-sələmu aleykum.
1. Bü cür şəraitdə həmin insanın orucu pozulmur.
2. Bəlğəmi və ya ağız suyunu udmaq orucu pozmur.
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.

286. Anar Abbasov (BAKI)

SUAL: SALAM ALEYKUM ALLAH SIZDEN RAZI OLSUN..MENIM ATAM QOYMUR ORUC TUTMAQA.. MEN NE EDIM AXI..MENE CHARE QILIN. NAMAZ QILMAQADA QOYMUR MENDE VALIDEYIN HAQQI DEYIB SUSURAM..

CAVAB: Əgər siz həddi buluğa çatmısinizsa onda Allahın əmrini yerinə yetirərək namaz qılıb, oruc tutmalısınız.
Uca Allah buyurur: “Halbuki onlara əmr edilmişdir ki, Allaha - dini yalnız Ona məxsus edərək, batildən haqqa (islama) dönərək - ibadət etsinlər, namaz qılıb zəkat versinlər. Doğru-düzgün din budur!” (əl-Bəyyinə surəsi 5-ci ayə).
Başqa ayədə də belə buyurur: “Çünki namaz möminlərə bəlli vaxtlarda fərz (vacib) edilmişdir.” (ən-Nisa surəsi 103-cü ayə).
Oruc barəsində isə uca Allah belə buyurmuşdur: “Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi sizə də oruc tutmaq vacib edildi ki, bəlkə (pis əməllərdən) çəkinəsiniz.” (əl-Bəqərə surəsi 183-cü ayə).
Həmçinin İbn Ömər (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “İslam beş əsas üzərində bina edilmişdir: Allahdan başqa ilahinin olmaması və Muhəmmədin Onun elçisi olmasına şahidlik etmək, namaz qılmaq, zəkat vermək, həcc etmək və Ramazan orucunu tutmaq.” (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir).
Bütün bunlar onu göstərir ki, həm namaz, həm də oruc həddi buluğa çatan hər bir müsəlmana vacibdir. Odur ki, bu işdə valideynlərə tabe olmaq Allaha asi olmaq deməkdir. Çünki uca Allah sizə namaz qılıb, oruc tutmağı əmr edir, valideynlər isə bunları qadağan edir. Əgər valideynlərə tabe olsanız onda Allaha asi olursunuz. Valideynlərə yalnız Allaha asi olmayan işlərdə tabe olmaq olar.
Uca Allah buyurur: “Biz insana ata-anasına (yaxşılıq etməyi, valideyninə yaxşı baxmağı, onlarla gözəl davranmağı) tövsiyə etdik. Anası onu (bətnində) çox zəif bir halda daşımışdı. (Uşağın süddən) kəsilməsi isə iki il ərzində olur. (Biz insana buyurduq: ) "Mənə və ata-anana şükür et. Axır dönüş Mənədir! Əgər (ata-anan) bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, (bu işdə) onlara itaət etmə. (Qalan) dünya işlərində onlarla gözəl keçin (onlara itaət et). Tövbə edib Mənə tərəf dönənlərin yolunu tut. Sonra (qiyamət günü) Mənim hüzuruma qayıdacaqsınız. Mən də (dünyada) nə etdiklərinizi (bir-bir) sizə xəbər verəcəyəm!” (Loğman surəsi 14, 15-ci ayələr). Allah bütün valideyləri doğru yola yönəltsin. Amin!!!


284. Xəlilova Sevinc (Gəncə)

SUAL: Salam. Cavablarınıza görə təşəkkürlər.Sizə yenə suallarım var.
Orucluqda Allah yolunda deyil, deyim qurbanı kəsmək olar?
Qədir gecələri ayın neçəsinə düşür?
Sağ olun. Allah sizdən razı olsun.

CAVAB: Və aleykumus-sələm. Bizə etimad edib sual verdiyiniz üçün biz də sizə dərin minnətdarlığımızı bildiririk. Deyim qurbanı ilə nəyi qəsd etdiyinizi anlaya bilmədik. Bunu açıqlamağınızı xahiş edirik. Əgər bu qurbanla nəzir qurbanını nəzərdə tutursunuzsa, onda Ramazan ayında həmin qurbanı kəsmək olar.
Qədr gecələri Ramazan ayının son on gününün tək günlərindən birinə təsadüf edir. (21, 23, 25, 27 və ya 29-cu gecələrindən birinə).

284. sefiyev ilqar (baki)

SUAL: eger men seher axsam dermen qebul ediremse oruc tuta bilerem

CAVAB: Əs-sələmu aleykum. Oruc vaxtı qərman qəbul etmək orucu pozur. Odur ki, siz dərmanı axşamlar qəbul etməlisiniz. Əgər dərmanı səhər qəbul etməsəniz sizin xəstəliyiniz artarsa, və ya həmin xəstəlik sizə əziyyət verərsə onda siz orucu sağalana qədər tərk edib dərmanlarınızı qəbul etməlisiniz. Lakin sağaldıqdan sonra tutmadığıniz günlərin qəzasını tutmalısınız. Allah bütün xəstələrə şəfa versin. Amin!!!


283. Mammedov Terlan (Baki)

SUAL: qedr gecesi texmini ne vaxtdi?

CAVAB: Qədr gecəsi Ramazan ayının son on gününün tək günlərindən birinə təsadüf edir.

282. xanlar (Baki)

SUAL: Salamun eleykum. Mne size 2 defedir ki murajiet edirem, birinji defe gizimin(9 yashi var Allah butun balalari saxlasin) namaz gilmag istemeyini mene bildirende sizden meslehet almisham, indi ise oglum barede sorushmak isterdim. Belke de kimler ucun bir garag kohne, yersiz ve geribe sual kimi gorsener amma men bu ishde nashi oldugumdan bir ata kimi size murajiet edib meslehet isteyirem. Ish ondadir ki oglum dunyaya sunnetle dogulub, (el arasinda Peygember sunneti deyirlermish) lakin indiye garad (1999 il yanvarin 23-e kimi) bele bir hadiseyle garshilashmamishim. Sonradan bildirdiler ki, bu tez-tez bash veren haldi. Lakin men galmisham 2 yol arasinda: mesjidde ve din xadimleri ile unsiyyetde deyirler ki deymek olmaz goy bele olub bele de olsun. hekim ve dellekler subut edirler ki, mutlek kesilmelidir(bashlik tam axira gadar acig deyil, ye'ni bashlik tam sonluga gadar acik olmalidir istenilen halda) bashka bilenler ise deyirler ki mutlek gan cixmalidir. Yene tekrar edirem menim 33 illik praktikamda ilk defedir bele hadise ve meslehetle komek etmeyinizi isterdim, ve yaxud kimlere(hekim-dellek?) murajiet edim. Umumiyyetle bu barede me'lumat vermenizi xahish edirem. 1-ji sualimi (gizim baresinde)javablandirdiginiz ucun ailem adindan size teshekkur edirem. Ana ve bajilarimdan uzr isteyirem acig sualla murajiet etdiyim ucun. Allah haminin balasini saxlasin, hec kesin balasi valideyinsiz galmasin. Amin.

CAVAB: Və aleykumus-sələm. Bizə etimad edib sual verdiyiniz üçün dərin minnətdarlığımızı bildiririk. Biz sizin sualınıza belə cavab verə bilərik: Əgər başlıqda bir az ət varsa (yəni tam açıq deyilsə) onda həmin artıq ət kəsilməlidir. Əgər heç bir artıq ət yoxdursa onda kəsdirmək lazım deyildir. Kəsdirmək istədikdə isə bacarıqlı həkimə müraciət etmənizi məsləhət görürük. Allah həm sizin ailənizə, həm də bütün müsəlman ailələrinə bu dünyada və axirətdə xoşbəxtlik nəsib etsin! Amin!!!

281. Rakif Fərəcov (Bakı)

SUAL: Orucluq bayramı hansı gündür.

CAVAB: Əs-sələmu aleykum. Ramazan ayının başlanması və sona yetməsi təzə ayın görünməsindən asılıdır. Elə buna görə də hicri aylarının hamısı, o cümlədən də Ramazan ayı hərdən 29, hərdən də 30 gün olur. Bu səbəbdən də Ramazan bayramının dəqiq hansı günə düşəcəyi barədə heç kəs əvvəlcədən məlumat verə bilməz. Verilən məlumatların hamısı isə təxmini hesablamalara görə verilir. Odur ki, təxmini hesablamalara görə Ramazan bayramı noyabır ayının 14-nə düşür. Lakin hərdən elə olur ki, bu hesablamalar yanlış olur. Daha doğrusunu isə Allah bilir.

280. Salman (Salyan)

SUAL: Eyer orucluqda yuxuda meni gelerse oruc batil olurmu?
Ramazan ayinda zovceni ezizlemek olarmi? Onceden teshekkur edirem.
Inaniniz kamil olsun!

CAVAB: 1. Oruc tutan şəxs gündüz vaxtı yatıb yuxudan oyandıqdan sonra pollyusiya halında olduğunu görsə (yəni, ondan məni gəldiyini görsə) orucuna davam etməlidir. Çünki, onda olan bu hal yuxuda baş vermişdir. Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: “Üç şəxsin üzərindən qələm qaldırılıb (onlara günah yazılmır): Həddi buluğa çatmamış uşaq, ruhi xəstə və yuxuda olan şəxs...” (Bu hədisi Əbu Davud rəvayət etmişdir).
2. Ramazan ayında zövcəni əzizləmək olar. Allah sizdən razı olsun.

279. Resul Z.X. (BAKI)

SUAL: SALAM ALEYKUM VE REHMETULLAHI VE BEREKETUH.EVVABIN NAMAZI NE VAXT QILINIR VE NECE RUKETDIR? ALLAH SIZDEN RAZI OLSUN SALAM ALEYKUM

CAVAB: Və aleykumus-sələm. “Əvvab” sözü ərəb dilində müt'i deməkdir. Əvvabin namazı dedikdə isə müt'ilərin namazı qəsd olinur. Bu namaz elə duha namazıdır. Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) demişdir: “Əvvabin (müt'ilərin) namazı isti başladığı anda qılınır.” (Bu hədisi Muslim “Səhih” əsərində (1/515) rəvayət etmişdir). Bizə də məlumdur ki, bu vaxt qılınan namaz elə duha namazıdır. Həmçinin Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, “Peyğəmbər (səllallahu aleyhi və səlləm) mənə 3 şeyi nəsihət etdi və mən də bunları heç vaxt tərk edən deyiləm: Hər gecə vitr namazını qılmağı; İki rükət duha namazını qılmağı. Bu da elə əvvabin (mütilərin) namazıdır; Hər ayın üç gününü oruc tutmağı”. (Bu hədisi İbn Xuzeymə (2/227) rəvayət etmişdir). Göründüyü kimi bu hədisin özündə də Əbu Hureyra əvvabin namazının elə duha namazı olduğunu bildirmişdir. Duha namazı isə aşağıdakı şəkildə qılınır: Bu namaz iki rükət və daha çox cüt sayda qılınan sünnət namazıdır. Duha namazının neçə rükət qılınmasına heç bir məhdudiyyət yoxdur. Bu namazın vaxtı günəş üfüqdən bir nizə hündürlüyündə qalxdıqdan səmanın ortasına (zenitə) yüksəlməsindən bir az əvvələ qədərdir.
Bəzi rəvayətlərdə gəlib ki, əvvabin namazı məğriblə işa arsında qılınan namazlardır. Lakin bu hədislərin heç biri səhih deyildir.

278. emin azerov ()

SUAL: Salam. menim sualim beledir. onanizm nedir

CAVAB: Və aleykumus-sələm. “Onanizm” əl vasitəsi ilə məni ifraz etməkdir.

277. Mehriban (Alasgerova)

SUAL: Men bu il 2 ildir ki, RAMAZAN ayinin ne geder gudretli ay oldugunu (ALLAH TEALADAN) derk edib, oruc tuturam. Namaz gilmag isteyirem. Sizin saytdan NAMAZIN MUXTESER TELIMI-ni oyrenmishem.
Ancag men ishleyirem. Ishde Namaz gilmag uchun hech bir sherait yoxdur. Kishilerin otaglarda NAMAZ gidigini gormushem. Gadinlar ise burada gilmirlar.
Ve kitablarda yazilir ki, Namazi vaxtinda gilmag lazimdir. Hemishe GEZA gilmag olmaz, deyirler. GUNAHDIR.
Menim ish vaxtim saat 9 - 18-e kimidir. Evde ise saat 7-de oluram.
Men Namaza bashlaya bileremmi???????


CAVAB: Əs-sələmu aleykum. Allah sizin tutduğunuz orucları qəbul etsin. Siz namaz qılmağa başlamaqla gözəl bir iş görmüş olarsınız. Çünki Allah dərgahında, namazlarını qəza edən şəxs heç namaz qılmayan şəxsdən daha üstündür. Odur ki, siz namaza başlaya bilərsiniz. Lakin siz bir az da olsa belə çalışmalısınız ki, namazları vaxtı çıxmamış qılasınız. Allah siziə namaz qılmaqda kömək olsun. Amin!!!

276. Haji_Pasol (Razin)

SUAL: essalamu eleykum
men bilmek isterdim ki hicri tarix nedir ?ve qemer tarix nedir? ve aralarindaki ferq neche ildir?

CAVAB: Və aleykumus-sələm. Bizə məlum olan 3 tarix vardır.
1.Hicri qəməri tarixi; Bu tarix Peyğəmbərimizin səllallahu aleyhi və səlləm Məkkədən Mədinəyə hicrət etdiyi (köçdüyü) ildən götürülür. Hal hazırda hicri qəməri tarixi ilə 1425-ci ildir. Yəni 1425 il bundan əvvəl Peyğəmbərimiz səllallahu aleyhi və səlləm Məkkədən Mədinəyə hicrət etmişdir. Hicri qəməri təqvimindəki ayların əvvəli və sonu yeni ayın görünməsi ilə təyin edilir. Hicri təqvimindəki ayların sayı da 12-dir və uca Allah dərgahında sayılan aylar da elə bunlardır. Bu barədə uca Allah buyurur: “Həqiqətən, Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri Allahın Kitabında on ikidir. Onların dördü (rəcəb, zülqədə, zülhiccə və məhərrəm) haram aylardır. Bu, doğru dindir (İbrahim və İsmailin gətirdikləri dinin doğru hesabı və hökmüdür). Ona görə də həmin aylarda özünüzə zülm etməyin.” (ət-Tövbə surəsi 36-cı ayə).
2. Hicri şəmsi tarixi; Bu tarix də Peyğəmbərimizin səllallahu aleyhi və səlləm Məkkədən Mədinəyə hicrət etdiyi (köçdüyü) ildən götürülür. Hal hazırda hicri şəmsi tarixi ilə 1383-cü ildir. Yəni bu təqvimə görə 1383 il bundan əvvəl Peyğəmbərimiz səllallahu aleyhi və səlləm Məkkədən Mədinəyə hicrət etmişdir. Lakin bu tarixlə hicri qəməri tarixi arsında olan fərq ondan ibarətdir ki, bu tarixdə olan aylar, elə miladi tarixində olan aylardır. Yəni bu tarixdə də miladi aylarından (yanvar, fevral və s.) istifadə edirlər. Bir sözlə bu tarixdə bir il, miladi tarixindəki kimi yerin günəş ətrafında tam olaraq bir dəfə dövrə vurması ilə ölçülür.
3. Miladi tarixi; Bu tarix hal hazırda bizim istifadə etdiyimiz tarixdir.

275. sevil (Baki)

SUAL: men universitetde tehsil aliram.teneffus vaxti 10-20 deqiqe chekir.bu vaxt erzinde namaz qila bilmirem.qezasin qiliram.bu hereketim dogrudur,yoxsa yanlish.evvelceden size teshekkur edirem

CAVAB: Əs-sələmu aleykum. Əgər sizin universitetdə namaz qılmaq üçün yer varsa onda siz tənəffüs vaxtı namazınızı orada qılmalısınız. Bu halda namazınızı qəza etməyiniz düzgün deyildir. Əgər universitetdə namaz qılmaq üçün yer yoxdursa onda qəza edə bilərsiniz. Allah sizə kömək olsun. Amin!!!

274. Samir Ibraqimzade ()

SUAL: Ассаляму алейкум ва рахматуЛлахи ва баракатух можна ли женится на ахли китаб (июдейку) но она военная воюет с полистине пожалуста ответте на мой вапрос?

CAVAB: Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu. Bu cür qadınla evlənmək olmaz.

273. Sheikh_Cairo (Qahire)

SUAL: Assalamu aleykum. Menim size bele bir sualim var. Oruc ola ola susayanda susuzlugu yatirmaq uchun agiza su alib qarqara etmak olarmi ? Qabaqcadan size minnetdarligimi bildirirem. Allah sizden razi olsun. Assalamu aleykum.

CAVAB: Və aleykumus-sələm. Bəli, susuzluğu yatırtmaq üçün ağızı yaxalamaq olar. Lakin bunu etdikdə ehtiyatlı olmaq lazımdır ki boğazdan su daxil olmasın. Onu da qeyd edək ki, bunu zəruri səbəb olmadan etmək yaxşı hal deyildir.

272. musalman (baki)

SUAL: Essalamu aleykum,
Sizden xahish edirem bu suallara cavab verasininz:
- Eger bir musalman oz heyat yoldashin namaza getire bilmirse, giyamet gunude onun emellerine gore cavab vermeli olacagmi?
-Toy ve ya diger musigi ve ichki olan meclislerden chekindire bilmediyine gore (yeni ora getmediyimiz sebeden araya munagishe ve ya fitne dushduyune gore) oz heyat yoldashini nece cezalandirmali?
-Yukharida gosterilen sebeden boshanmag duzgundurmu?

CAVAB: Və aleykumus-sələm.
- Siz axıra qədər öz həyat yoldaşınızı namaza dəvət etməli və bu dəvəti heç vaxt tərk etməməlisiniz. Bu halda siz onun namaz qılmadığına görə cavab verməyəcəksiniz.
- Siz həyat yoldaşınıza bu cür məclislərə getməyi qadağan etməlisiniz.
- Yuxarıda göstərilən səbəblərə görə həyat yoldaşınızı boşaya bilərsiniz.
Allah bütün müsəlmanları doğru yola yönəltsin. Amin!!!

271. Abdul-MALIK (Baki)

SUAL: assalamu aleykum.belgem udmaq olarmi cetin veziyyetde ve ya namazda ?. tekke taxanda deyirler gerek alindan sac cixmasin,cunki yahudiler ele cur taxir.sunnede bele bir shey gelibmi?. musiqinin qadagan oldugunu hansi aye ve hadisle caillere subut edim? ALLAH razi olsun qardashlar.assalamu aleykum

CAVAB: Və aleykumus-sələm. Bəlğəmi hər bir vəziyyətdə udmaq olar. Çünki bu orucu pozmur.
Başa təkkə taxdıqda gərək yəhudilərin etdiyi kimi, yalnız başımızın ortasına taxmayaq. Çünki bu onlara xas olan bir əməldir. O ki, qaldı saçın çıxıb-çıxmamasına, bu barədə sünnədə heç bir dəlil yoxdur. Musiqinin haram olmasına dair quran ayələri aşağıdakılardır:
1. Uca Allah Qurani Kərində şeytana bel deyir: “Onlardan kimi bacarırsansa, səsinlə yerindən oynat...” (əl-İsra surəsi 64-cü ayə).
2. Həmçinin musiqi barəsində uca Allah başqa bir ayədə belə buyurur: “İnsanlar içərisində eləsi də vardır ki, nadanlığı üzündən (xalqı) Allah yolundan döndərmək və bu minvalla onu məsxərəyə qoymaq üçün mənasız sözləri satın alarlar. Məhz belələrini alçaldıcı bir əzab gözləyir.” (Loğman surəsi 6-cı ayə).
Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) səhabəsi olan İbn Məsud (Allah ondan razı olsun) bu ayələri təfsir etdikdə Allaha təkidlə and içərək belə demişdir: “Allaha and olsun ki uca Allah bu ayələrdə (şeytanın səsi və mənasız sözlər dedikdə) musiqini qəsd edir.”

270. Dovlet (Balaxani)

SUAL: Assalamu aleykum momun qardaslar menim sualim bundan ibaretdir. Ramazan ayinda hansi vaxtlarda oruc tutmaq olmaz> basqa aylarda qeza orucu tutmaq olarmi! coxsaolun minnetdaram size

CAVAB: Və aleykumus-sələm. Ramazan ayında heyz, nifas və xəstə halında oruc tutmaq olmaz. Bu vaxtlarda tutlmayan orucların qəzasını qalan aylarda tutulmalıdır.

269. Ferhad Aliyev (Baki)

SUAL: Essalamaleykum. Qardash biz 3 nefer ishde namaz qilirdiq. Deli bir gulmek uchumuzu de tutdu. Axirda lap qeshsh ederek namazdan chixdiq. Sonra yeniden namazi davam etdirdik. Bu gunahin keffaresi varmi, indi biz neynemeliyik, ALLAH razi olsun. Essalamaleykum ve Rahmetullahi ve Berakatuh!!!

CAVAB: Və aleykumus-sələm. Bu cür günahın kəffarəsi yoxdur. Sizin namazı yenidən qılmağınız kifayət edir. Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.

268. Oxucu ()

SUAL: Salam. Əgər sən oruclusunsa ve şeytan səni yoldan çıxarır və təəssüf ki, sən ona uyursan və məni ifraz edirsən. Konkret bu halda mazaqlaşmaqdan (yəni cinsi əlaqədə olmadan), özü də naməhrəmlə (mən evli deyiləm, o da evli deyil). Mən bilirəm ki, çox böyük günah iş görmüşəm və inandırıram sizi ki, çox böyük peşmançılıq keçirirəm. Mən necə hərəkət etməliyəm. Bu halda tövbə etməliyəm (iki şeyə görə - orucu bu cür pozduğuma görə və naməhrəmlə mazaqlaşdığıma görə), kəffarə ödəməliyəm və həmin günün qəzasını tutmalıyam. Bəlkə Uca Allah məni bağışladı. Mən çox peşmanam, çox. Əgər düz deyirəmsə (mən sizin saytda yazılanlara əsasən belə nəticə çıxarmışam) onda mən kəffarəni necə ödəməliyəm (bu haqda sizin saytda məlumat tapılmadı). Xahiş edirəm, mənə kömək edin!

CAVAB: Və aleykumus-sələm. Siz etdiyiniz bu əmələ görə tövbə etməli, həmin günün qəzasını tutmalı və heç bir kəffarə ödəməməlisiniz. Kəffarə yalnız cinsi əlaqədə olduqdan sonra ödənilir. Allah səmimi qəlbdən tövbə edənlərin tövbələrini qəbul etsin. Amin!!!


267. махвурати ширинназ (сумгайыт)

SUAL: MEN ORUC TUTMTSHAM. AMMA QRIPEM. BILMEK ISTERDIM KI BU DUZDURMU?

CAVAB: Qrip xəstəliyi oruca heç bir xələl gətirmir. Odur ki, sizin tutduğunuz oruc səhihdir.

266. shahin (baki)

SUAL: SALAMUN ALEYKUM.Umumiyyetle biz bilirikki,Ehli-Sunnede butun hadislerin esasen senedi var.Bes ne ucun rafizi alimlerinden,ravilerinden gelen hadisler,xeberler qabul olunmur ve ya uydurma,zeyif sayilir?Xayish edirem buna etrafli cavab veresiz.

CAVAB: Və aleykumus-sələm. Məzhəbindən asılı olmayaraq hədislərin zəif, uydurma və ya səhih olması ən başlıca onun sənədindən (isnadından) təyin olunur. Odur ki, hər iki tərəfdə də zəif, uydurma və səhih hədislər mövcuddur. Əgər hədisin isnadı yoxdursa, onda həmin hədis qəbul olunmur.

265. Ferhad Aliyev (Baki)

SUAL: Essalamualeykum!!! Qardashlar namaz qilan bir insana (elbette ki, duzgun namaz qilana) ALLAH qebul elesin demek olarmi? Yeni ilin butun gunlerinde.
ALLAH razi olsun. ALLAH qelbimizdeki eqidemizi sabit qilsin! AMIN!!!Essalamaleykum ve Rahmetullahi ve Berakatuh!!!

CAVAB: Və aleykumus-sələm. Bəli, müsəlman qardaşınız üçün Allaha bu cür dua edə bilərsiniz. Allah hamımızı haqq yolunda sabit etsin. Amin!!! Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.

264. K (Baki)

SUAL: Dine gore rushvet almaq gunahdir bilirem. Eger kimse senin gorduyun hansisa bir ishi (mes.yazi ishi)qiymetlendirmek meqsedi ile sene pul verirse, tebii ki, sen istemeden.Bu da haram sayilir? Yoxsa yox.

CAVAB: Əs-sələmu aleykum. Xahiş edirk sualınızı daha dəqiq açıqlayasınız. Məsələn: Nə işində işləyirsiniz? Yazdığınız nədir? Və s.

263. Babanli Pervane (Baki)

SUAL: salam.gozler surmeli halda destemaz alib namaz qilmaq olarmi?Deyirler olar,xahish edirem sualima cavab veresiniz. Her shey ucun saq olun.Bir daha bayraminiz mubarek.

CAVAB: Və aleykumus-sələm. Bəli, bu halda dəstəmaz alıb namaz qılmaq olar. Çünki sürmə çəkmək nə dəstəmaza, nə də namaza naqislik gətirmir. Allah sizdən razı olsun.

262. K (Baki)

SUAL: Salam! Allah butun oruc tutanlarin oruclarini qebul etsin!
Menim narahatligima son qoymaq uchun Size muraciet edirem.Xahish edirem sualimi cavablandirasiniz. Men deyilene gore sunni namazi qiliram.Amma quranda cunni, shiye sozune rast gelmemishem.Mene irad tuturlar ki, namazi duz qilmirsan.-Sen cunnisen yoxsa shiye?Mense cavabinda dyirem men Mekkede nece namaz qilirlar ele hemin qaydada qiliram. Men ne derecede duz edirem?

CAVAB: Və aleykumus-sələm. Siz öz tutduğunuz yolda doğrusuz. Allah bütün müsəlmanları da doğru yola yönəltsin. Amin!!!

 1  2  3  4  5  6  7  8  9  10  11  12  13  14  15  16  17  18  19 20   21  22  23  24  25  26  27  28  29

Mustəqil Islam saytı. Materiallardan istifadə etdikdə istinad vacibdir. Sayt 1422-ci (2001) hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət gostərir. e-mail: mail@azerislam.com. ICQ #99931111