... Bu gün dininizi sizin üçün kamil etdim,
    sizə olan nemətimi tamamladım və sizin üçün
    din olaraq islamı bəyənib seçdim ... [ Əl-Maidə, 3 ]

Əsas menü
ANA SƏHİFƏ

Xidmətlər
Azərislam barəsində dostuna xəbər ver
 
Son xəbərlərə yazıl
 

Statistika


Dost saytlar

Put k Koranu. Sayt Kuliyeva Elmira

Iravan.com


Yeniliklər
Sual-cavab arxivindən cavablanmış 312 sual.

  daha ətraflı

بسم الله الرحمن الرحيم

710. ABDULLAH (MALMÖ)

SUAL: SALAM ALEYKUM SÄFÄRDÄ HÄR 3 GUNDÄN BIR CORABI TÄZÄLÄYIB MÄSH CÄKMÄK OLARMI

CAVAB: Və aleykumus-sələm.
Səfərdə corabın üzərinə məsh çəkməyin müddəti üç gündür. Odur ki, corabları çıxartmamaq şərti ilə səfərdə üç gün ərzində corabların üzərinə məsh çəkmək olar.


709. Sultanov Faqan (Sumqayit)

SUAL: Assalamu aleykum. Menim sualim beledir. Qadinin arxasinde Namaz qilmaq olar?

CAVAB: Və aleykumus-sələm.
Qadının arxasında yalnız qadın namaz qıla bilər. (Yəni, qadın kişiyə imamlıq edə bilməz). Odur ki, qadının arxasında kişiyə namaz qılmaq olmaz.

708. sukurov ali (sumqayit)

SUAL: namaz qilmayan adam cannata dusa bilar]

CAVAB: Əs-sələmu aleykum.
Namaz qılmayan şəxslər iki qismə bölünür.
1. Kafirlər: Uca Allah kafirlərə etdikləri yaxşı əməllərinin əvəzi olaraq bu dünyada sağlamlıq, övlad, ruzi və s. verir. Lakin onların axirətdə heç bir payları yoxdur və onlar əbədi olaraq Cəhənnəmdə qalacaqlar.

2. Müsəlmanlar: Müsəlmanlar da özü özlüyündə iki qismə bölünürlər:
- Namazın gərəksiz olduğunu etiqad edən şəxslər. Bu şəxslər də artıq müsəlmanlıqdan xaric olunur və kafir sayılırlar. Onların hökmü də yuxarıda qeyd etdiyimiz kafirlərin hökmü ilə eynidir. Peyğəmbərdən (səllallahu aleyhi və səlləm) soruşduqda o demişdir: “Bizimlə onların (kafirlərin) arasında olan əhd namazdır. Hər kim onu tərk etsə, küfr etmiş olar.”

- Səhlənkarlıq ucbatından namazı tərk edən şəxslər. Bu cür şəxslər kafir sayılmırlar. Buna baxmayaraq onlar namaz qılmadıqlarına görə Cəhənnəmə girəcəklər. Lakin kafirlərdən fərqli olaraq onlar Cəhənnəmdə əbədi qalmayacaqlar. Uca Allah onların etdikləri yaxşı əməllərinin mükafatını onlar Cəhənnəmdən çıxdıqdan sonra verəcəkdir. Namaz qılmayanların Cəhənnəmə girəcəkləri barəsində uca Allah əl-Muddəssir surəsində belə buyurur:
38. Hər kəs öz əməlinin girovudur! (Hərə öz əməlinin əvəzini alacaqdır!)
39. Sağ tərəf sahibləri (əməl dəftərləri sağ əllərinə verilənlər) istisna olmaqla!
40. Onlar cənnətlərdədirlər; bir-birindən soruşacaqlar;
41. Günahkarlar barəsində (və sonra həmin günahkarlara müraciət edib belə deyəcəklər):
42. "Sizi Səqərə (Cəhənnəmə) salan nədir?"
43. Onlar deyəcəklər: "Biz namaz qılanlardan deyildik;
Allah bizim hamımızı Cəhənnəm əzabından qorusun! Amin!!!

707. Abdullah (Almaniya(Essen))

SUAL: Assalamu aleykum va rahmatullahi va barakatuhu.
Hormatli sheyx man bir hutba dinladim, o hutba Misirda bir rusdilli sheyx aparirdi, movzu donuz etin
haram barasinda. Hamisina malumdir ki; donuz ati
haramdir onu aciq - aydin Qurani-Karimda Allah (s.t.)
qadagan edir. Allah saysiz hesebsiz hallarda Boyukdur
oz gadaganlarda va icazalarinda. Cunki har gadaganda insan ucun xeyir var .Sualim budur xutba
asnasinda sheyx dedi ki, donuz atini yeyan shaxsin
namus-qeyrati yoxdur, hamcinin donuz ati 60 dan cox xastaliyi qatirib cixartmasina sababdir. Azarbaycanda
bir cox adamlar donuz ati yeyirlar . Va bizim xalqdaki,
va cumlan musalman xalqda namus-qeyrata cox boyuk yer ayrilir . Yani onlar kimi namus saxlayan yoxdur va kishilar qocalanda quvvatli olurlar. Bu xasta
liklarin qalmasi va namus-qeyrati donuz ati yemaga na dahlisi vardir?????????Zahmat olmasa atrafli cavab yaziniz. avvalcadan darin tashakurlari bildiriram.
Va aleykuma salam va rahmatullahi va barakatuhu.

CAVAB: Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.
Donuz ətinin namusa təsir edib-etməməsi barəsində İslam dinində heç bir dəlil yoxdur. Bu yalnız bir qrup tibb alimlərinin yürütdükləri fikirlərdir. Uca Allah donuz ətinin yalnız nəcis (murdar) olduğunu demişdir. Uca Allah buyurur: “(Ya Rəsulum!) De: "Mənə gələn vəhylər içərisində murdar olduqları üçün ölü heyvan, axar qan, donuz əti və ya Allahdan başqasının adı ilə (bismillah deyilmədən) günah olaraq kəsilmiş heyvanlar istisna olmaqla, hər hansı bir kəsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm...” (əl-Ənam surəsi 145-ci ayə).
Həmçinin donuz ətinin 60-dan çox xəstəliyə səbəb olmasını da tibb alimləri söyləyirlər. Odur ki, bu barədə də İslam dinində heç bir dəlil yoxdur. Lakin tibb elmi bunu sübuta yetirərsə qəbul etmək olar.
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.

706. seymur erebov ()

SUAL: salam allah sizden razi olsun!
burada bir qardas size evdekilerden gizli kebin kesdirmek baresinde sorusub sizde gunah olmadigini soyleyirsiz.yalniz zinadan otru kebin kesdirmek ne derecede duzgundur?men onunla yasamayacamsa.hemen dul qadinin velisi olmalidirmi?

CAVAB: Və aleykumus-sələm.
Kəbin kəsdirməyin qaydası aşağıdakı şəkildə olur:
1) İştirak edənlər: Qızın vəlisi, oğlanın vəlisi, iki şahid və qazı (nikahı kəsən şəxs). Əgər bu şəxslərdən biri olmazsa nikah səhih sayılmır. Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Vəlisiz və iki şahidsiz olan nikah batildir.” Bu hədis onu göstərir ki, vəlisiz kəbin kəsdirmək olmaz və həm dul, həm də bakirə qadının kəbin zamanı vəlisi iştirak etməlidir.

2) Nikahın kəsilmə qaydası: Xutbətul-həca (Peyğəmbərin (səllallahu aleyhi və səlləm) cümə xütbəsinə və ya sözə başladıqda oxuduğu dua) oxunur, sonra qızın vəlisindən qızını həmin oğlana verməyinə razı olması barəsində soruşulur və şahidlər buna şahid olurlar, sonra oğlanın vəlisindən bunu (qızı oğlana almasını) qəbul etməsi barəsində sorusulur və şahidlər buna şahiq olurlar. Beləliklə kəbin mərasimi sona yetir.

705. oxucu1984 (baki)

SUAL: salam. size bele bir sualim var.latareya oynamaq halaldi yoxsa haram.yeni orda udulan pullar nezerde tutulur. men hal hazirda satilan biletler haqqinda sorusuram. cag sagolun

CAVAB: Və aleykumus-sələm.
Latareya oyunu qumarın bir növü sayılır. Odur ki, bu oyun haramdır. Hər bir müsəlman bu cür haram olan oyunlardan çəkinməlidirlər. Uca Allah qumarın haram olması barəsində belə buyurur: “Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici [içgi və s.] də, qumar da, dikili daşlar da [bütlər və s.], fal oxları da şeytanın əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız. Doğrusu, şeytan istər ki, sərxoşedici [içgi və s.] və qumarla sizin aranıza ədavət və kin salsın, sizi Allahı yad etməkdən və namazdan ayırsın. Siz [bu murdar əməllərə] son qoyacaqsınızmı?” (əl-Maidə surəsi 90, 91-ci ayələr).

704. sevda (baku)

SUAL: Salam.Sizden artıq derecede xahiş edirem ki menim suallarıma geniş formada cavab veræsiniz. Yeni ili, Novruz bayramını bizim dinde qeyd etmek olarmı?Musiqiye qulaq asmaq olarmı (olarsa-hansına)-Bunların hec birini etmek olmaz. Amma men cox adamı başa sala bilmiremş Deyirler ki, olar Bayram dı da ve ya musiqididæ. xahiş edirem ki menim suallarıma geniş formada cavab veræsiniz.

CAVAB: Və aleykumus-sələm.
1. İslam dininə görə yeni ili keçirmək olmaz. Çünki bu bayram nəsranilərin (xristianların) bayramıdır. Kim bu bayramı keçirərsə özünü xristianlara bənzətmiş olar və xristianların etdikləri bu əməllərdə onlarla şərik olurlar. Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Kim özünü bir qövmə (millətə) oxşadarsa o da onlardan sayılar.” Ona görə də xristianları hansı aqibət gözləyirsə həmin şəxsləri də o aqibət gözləyir. Odur ki, yeni ili keçirən şəxsi nəsraniləri gözləyən əzab gözləyir.

2. İslam dininə görə Novruz bayramını da keçirmək olmaz. Çünki bu bayram məcusilərin (oda sitayiş edənlərin) bayramıdır. Bu bayramı keçirən şəxs də özünü məcusilərə bənzətmiş olur. Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Kim özünü bir qövmə (millətə) oxşadarsa o da onlardan sayılar.”
Özünü məcusilərə bənzədən şəxs də bununla Allaha deyil, əksinə oda sitayiş etmiş sayılır. Hamıya məlumdur ki, oda sitayiş etmək də şirkdir. Uca Allah da Ona şərik qoşanı əsla bağışlamaz. Bu xüsusda uca Allah buyurur: “Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əvf etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar. Allaha şərik qoşan şəxs, əlbəttə, böyük günah etmiş olur” (ən-Nisa surəsi 48-ci ayə).

3. Musiqini uca Allah və Onun Peyğəmbəri (səllallahu aleyhi və səlləm) haram etmişdir. Musiqinin haram olmasına dair Quran ayələri isə aşağıdakılardır:
- Uca Allah Qurani Kərində şeytana bel deyir: “Onlardan kimi bacarırsansa, səsinlə yerindən oynat...” (əl-İsra surəsi 64-cü ayə).
- Həmçinin musiqi barəsində uca Allah başqa bir ayədə belə buyurur: “İnsanlar içərisində eləsi də vardır ki, nadanlığı üzündən (xalqı) Allah yolundan döndərmək və bu minvalla onu məsxərəyə qoymaq üçün mənasız sözləri satın alarlar. Məhz belələrini alçaldıcı bir əzab gözləyir.” (Loğman surəsi 6-cı ayə).

Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) səhabəsi olan İbn Məsud (Allah ondan razı olsun) bu ayələri təfsir etdikdə Allaha təkidlə and içərək belə demişdir: “Allaha and olsun ki uca Allah bu ayələrdə (şeytanın səsi və mənasız sözlər dedikdə) musiqini qəsd edir.”
Musiqi zahirdən insana xoş gələ bilər və bəzi duyğular yarada bilər. Lakin bu heç də onun halal olmasına dəlalət etmir. Çünki şeytan insana haram əməlləri yaxşı göstərir ki, onu etsinlər. Uca Allah bu barədə belə demişdir: “(İblis) dedi: "Ey Rəbbim! Məni azdırmağına (rəhmətindən kənar etməyinə) əvəz olaraq and içirəm ki, mən də (bunun müqabilində) onlara (pis əməllərini, günahlarını) yer üzündə yaxşı göstərib onların hamısını yoldan çıxaracağam!” (əl-Hicr surəsi 39-cu ayə).

703. Imameliyev Subhan (baki)

SUAL: mene bir shey sual olaraq qalir men dinle meshqul olmaq isteyirem buna sebeb ise yuxumda tez tez mecid ve ya kimi ise ishkence verenleri gorurem mene bu barede komek edesiz men isteyirem mene bir komek edesiz yeni meni namz qilamaqi oyreden lazimdir cunki bu dunyanin pisdiklerini gordum

CAVAB: Əs-sələmu aleykum.
Hər bir müsəlman Allahın əmrlədini yerinə yetirib, qadağalarından çəkinməlidir. Allahın əmrlərindən biri də namaz qılmaqdır. Uca Allah namaz qılmağı hər bir həddi buluğa çatan müsəlmana vacib buyurmuşdur. Uca Allah buyurur: “Həqiqətən namaz möminlərə bəlli vaxtlarda fərz (vacib) edilmişdir.” (ən-Nisa surəsi 103-cü ayə).

Həqiqətən namaz insanı pis və çirkin əməllərdən çəkindirir: Uca Allah buyurur: “(Ya Rəsulum!) Quranda sənə vəhy olunanı oxu və (vaxtı-vaxtında) namaz qıl. Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər...” (əl-Ənkəbut surəsi 45-ci ayə).

Uca Allah namaz vasitəsi ilə insanın xırda günahlarını bağışlayır. Uca Allah buyurur: “(Ya Rəsulum!) Namazı gündüzün iki başında (günortadan əvvəl və sonra, yəni səhər, günorta və gün batan çağı və ya günün iki başında, yəni səhər-axşam) və gecənin (gündüzə yaxın) bəzi saatlarında (axşam və gecə vaxtı) qıl. Həqiqətən, (beş vaxt namaz kimi) yaxşı əməllər pis işləri (kiçik günahları) yuyub aparar.” (Hud surəsi 114-cü ayə).

Eləcə də insan namaz vasitəsi ilə Allahdan yardım diləyir. Uca Allah buyurur: “(Müsibət vaxtında) səbr etmək və namaz qılmaqla (Allahdan) kömək diləyin! Bu, ağır iş olsa da, (Allaha) itaət edənlər üçün ağır deyildir.” (əl-Bəqərə surəsi 45-ci ayə).
Namaz Allah dərgahında ən əfzəl əməldir. Səhabələr Peyğəmbərdən (səllallahu aleyhi və səlləm) soruşdular: “Hansı əməl daha əfzəldir?” O dedi: “Vaxtında qılınana namaz.” (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir).

Qeyd edək ki, namaz qılmayan şəxs Cəhənnəmə düşə bilər. Uca Allah bu barədə buyurur: “Hər kəs öz əməlinin girovudur! (Hərə öz əməlinin əvəzini alacaqdır!) Sağ tərəf sahibləri (əməl dəftərləri sağ əllərinə verilənlər) istisna olmaqla! Onlar cənnətlərdədirlər; bir-birindən soruşacaqlar; Günahkarlar barəsində (və sonra həmin günahkarlara müraciət edib belə deyəcəklər): "Sizi Səqərə (Cəhənnəmə) salan nədir?" Onlar deyəcəklər: "Biz namaz qılanlardan deyildik;...” (əl-Muddəssir surəsi 38-43).

Bütün bu ayələr və hədislər onu göstərir ki, namaz İslam dininin əsaslarından biridir.
Namaz qılmağı öyrənmək üçün saytımızın Namaz bölmünə baxa bilərsiniz.
Allah sizə namaz qılmaqda kömək olsun! Amin!!!

702. Kerimli Feride (Baki)

SUAL: Salam. Men bir sheyi bilmek isterdim ki, ne uchun her yerde , o cumleden Quiranin tercumesinde deyilir ki, Allahdan qorxun. Meger insan qorxu ile heqiqeten temizlene , kamilleshe bilermi? Siz nece fikirleshirsiniz meger bu Allahin sevgisini itirmek qorxusu deyilmi? Bashqa bir sualim da odur ki, Siz insanin aurasi, insanin basiret---uchuncu gozu, bizden evvel xelq olunmush atlantlar haqqinda ne deye bilersiniz? Bu haqda harada ise melumat varmi? Ve bir de Quranda magara suresinde 309 illik insan hayatindan sohbet gedir. Indi Tibetde somati adlanan insanlarin ozlerini konservleshdirerek uzun omur surduyunu deyirler.Bu haqda mene melumat vermeyinizi xahish edirem. Evvelceden teshekkur edirem. Allah sizlerden razi olsun ki, bele site achmisiniz.Allah Azerbaycanimizi qorusun.

CAVAB: Və aleykumus-sələm!
1. Allaha yalnız Onun mərhəmətinə ümid edərək və Onu sevərək ibadət etmək düzgün deyildir. Allaha ibadət edən şəxs həmçinin Onun əzabından da qorxmalıdır. Uca Allah Onun əzabından qorxmağın vacibliyi barədə buyurur: “Ey iman gətirənlər! Allahdan layiqincə qorxun. Yalnız müsəlman olduğunuz halda (müsəlman kimi) ölün!” (Ali-İmran surəsi 102-ci ayə).

Həmçinin Uca Allah Onun rəhmətinə ümid bəsləmək barədə buyurur: “(Ya Peyğəmbər! Mənim adımdan qullarıma) de: "Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir!” (əz-Zumər surəsi 53-cü ayə).

Uca Allah rəğbətlə qorxunu eyni ayədə zikr edərək belə demişdir: “Biz (Zəkəriyyanın) duasını qəbul buyurduq, ona Yəhyanı bəxş etdik və zövcəsini (doğmağa) qabil bir hala gətirdik. Onlar xeyirli işlər görməyə tələsər (yaxşı əməllər etməkdə bir-birini ötməyə çalışar), rəğbət və qorxu ilə (rəhmətimizə ümid bəsləyib əzabımızdan qorxaraq) Bizə ibadət edirdilər. Onlar Bizə müti idilər.” (əl-Ənbiya surəsi 90-cı ayə).
Bu ayələrin hamısı onu göstərir ki, müsəlmanda Allaha olan məhəbbətlə qorxu eyni dərəcədə olmalıdır.

2. İnsanın aurasına gəldikdə deyə bilərik ki, bu dəqiq olmayan bir fərziyyədir. Buna etimad etmək düzgün deyildir.

3. İnsanın bəsirət gözünə gəlincə deyə bilərik ki, bu cür termin İslam dinində mövcuddur. Bəsirət dedikdə insanın duyğuları nəzərdə tutulur. Qeyd edək ki, bu duyğular həqiqətə uyğun ola da bilər, olmaya da bilər.

4. Atlantlar deyilən bir qövm barəsində İslam dinində heç bir məlumat yoxdur.

5. Mağara əhlinin 300 il yatması Allah tərəfindən olmuşdur. Onların yatmaqları adi insanların yatmağı kimi həqiqi idi. Allah onlar barəsində xəbər verərək deyir: “(Ya Rəsulum! Əgər o zaman onlara baxsaydın) günəşin doğduğu zaman onların mağarasının sağ tərəfinə meyl etdiyini, batdığı zaman isə onları tərk edib sol tərəfə yönəldiyini (mağaranın içinə düşüb onları yandırmadığını), onların da mağaranın ortasında geniş bir yerdə olduqlarını (küləyin onları oxşadığını və rahat nəfəs aldıqlarını) görərdin. Bu, Allahın möcüzələrindəndir. Allahın doğru yola saldığı kəs doğru yoldadır. Allahın yoldan çıxartdığı (zəlalətə saldığı) kimsəyə isə əsla doğru yolu göstərən bir dost (rəhbər) tapa bilməzsən! (Gözləri açıq olduğu üçün) onlar yuxuda ikən sən onları oyaq sanardın. (Torpağın rütubəti bədənlərini çürütməsin deyə) Biz onları sağa-sola çevirirdik. Onlar iti də iki əlini (qabaq pəncələrini mağaranın) astanasına uzadıb yatmışdı. Əgər sən onları (bu vəziyyətdə) görsəydin, yəqin ki, (qorxudan) dönüb qaçar, dəhşət səni bürüyərdi.” (əl-Kəhf surəsi 17, 18-ci ayələr).

Sizin dediyiniz somati deyilən özlərini konservləşdirən insanların isə mağara əhli ilə heç bir oxşarlıqları yoxdur. Bu cür insanlar öz həyatlarını (onların iddia etdiklərinə görə) müvəqqəti olaraq dayandırırlar. Lakin sonradan onların yenidən həyata qayıdacaqlarına heç kəs zəmanət verə bilməz. Doğrusunu Allah bilir.

701. Rashad ((Baki))

SUAL: Æs-sælæmu aleykum! men alin yazisi barede bilmek isterdim, bele deyirler ki insan dogulan andan olene qeder bashina neler gelecek hamisi alnina yazilib, bu ne qeder duzdur
2-ci insan bashina gelen butun islere allahin ishidi, qismetdi, deye biler? Axi onda insanin ustunden butun mesuliyyet goturulur insanin hec nede gunahlandirmaq olmaz xahish edirem mene izah edesiniz

CAVAB: Və aleykumus-sələm!
Uca Allah əvvəlcədən öz əzəli elmi ilə hər bir insanın nə edəcəyini bilmiş və onların edəcəkləri həmin əməlləri də onların öz qədərlərinə yazmışdır. Uca Allahın onların qədərlərinə edəcəkləri əməlləri əvvəlcədən yazması heç də onları bu əməllərin edilməsinə yönəltmək deyildir. Əksinə hər bir şəxs etdiyi əməli özü seçir və buna görə də məsuliyyət daşıyır. Uca Allah buyurur: “Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır). Kim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir).” (əz-Zəlzələ surəsi 7-ci və 8-ci ayələr).

Bu ayə onu göstərir ki, əməli edən elə həmin şəxsin özüdür və o bunu öz seçimi ilə edir. Ona görə də etdiyi əmələ görə cavab verəcəkdir.
Başqa bir ayədə uca Allah belə buyurur: “Müşriklər belə deyəcəklər: "Əgər Allah istəsəydi, nə biz, nə də atalarımız müşrik olar və nə də biz bir şeyi haram edə bilərdik. Onlardan əvvəlkilər də (öz peyğəmbərlərini) belə təkzib etmişdilər. Nəhayət, əzabımızı daddılar. (Onlara) de: "Bizim qarşımıza çıxara biləcək bir elminiz varmı? Siz yalnız zənnə qapılır və yalan uydurursunuz!” (əl-Ənam surəsi 148-ci və 149-cu ayələr).

Bu ayə də onu göstərir ki, Allah barəsində bu cür demək müşriklərin sözüdür və bu sözlərə görə də Allah onları cəzalandırdı. Həmçinin bu ayədən nəticə çıxarmaq olar ki, insan etdiyi günaha görə deyə bilməz ki, onu Allah istədi ki, mən də etdim, Allah istəməsəydi etməzdim. Bu cür demək günahdır. Çünki, insan etdiyi əməli özü seçir və bunu yerinə yetirməyə can atır. Kim nəyə can atırsa uca Allah da onu həmin şeyə yönəldir. Həmçinin insan özü hansı yolu seçərsə Allah da onu həmin yola yönəldər. Azğınlığa tərəf meyl edərsə Allah da onu həmin yola yönəldər, doğru yola meyl edərsə onu həmin yola yönəldər. Bu da onu göstərir ki, hər bir şeyi insan özü seçir. Uca Allah buyurur: “Hər kəs özünə doğru yol aşkar olandan sonra Peyğəmbərdən üz döndərib möminlərdən qeyrisinin yoluna uyarsa, onu istədiyi (özünün yönəldiyi) yola yönəldər və Cəhənnəmə varid edərik. Ora necə də pis yerdir.” (ən-Nisa surəsi 115-ci ayə).

Uca Allah bir başqa ayədə isə insana hər iki yolun göstərildiyini və onun bu yollardan istədiyini seçməkdə sərbəst olduğunu bildirərək deyir: “Məgər Biz ona iki göz vermədikmi?! Eləcə də bir dil və qoşa dodaq (vermədikmi)?! Biz ona iki yol (xeyir və şər, küfr və iman yollarını) göstərmədikmi?!” (əl-Bələd surəsi 8, 9, 10-cu ayələr).
Başqa ayədə isə belə deyilir: “Biz ona haqq yolu göstərdik. İstər (nemətlərimizə) minnətdar olsun, istər nankor (bu onun öz işidir).” (əl-İnsan surəsi 3-cü ayə).

700. Nəsirli Bilal (Bakı)

SUAL: Salmn Aleykum
manim siza gisa bir sualim var kishilarin saqal saxlamsı vacib bir şərtdir ?
Quranda buna aid bir ayə vəya Peyğəbərimizin buna aid hədishi şərifi i varmi ?
Əvvəlcədən öz təşəkürümü bildirirəm

CAVAB: Və aleykumus-sələm!
Saqqal saxlamaq barəsində Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) belə demişdir: “Saqqallarınızı uzadın (əl vurmayın), bığlarınızı qısaldın ki, məcusilərə (oda sitayiş edənlərə) müxalif olun.” Bu hədis onu göstərir ki, saqqal saxlamaq vacibdir. Çünki, bu Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) əmridir. Hər bir müsəlman da Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) əmrlərini yerinə yetirməlidir.

Uca Allah Qurani Kərimdə möminlərə əmr edərək belə buyurmuşdur: “Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin” (əl-Həşr surəsi 7-ci ayə).

Başqa bir ayədə də belə demişdir: “...Onun (Allahın, yaxud Peyğəmbərin) əmrinə qarşı çıxanlar başlarına gələcək bir bəladan, yaxud düçar olacaqları şiddətli bir əzabdan həzər etsinlər!” (ən-Nur surəsi 63-cü ayə).

Saqqal saxlamağın hikməti odur ki, müsəlman özünü məcusulərə oxşatmasın. Kim özünü bir qövmə oxşadarsa həmin şəxs onlardan sayılır. Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Kim özünü bir qövmə oxşadarsa, o, onlardandır.”

Həmçinin kişi saqqal saxlayır ki, qadınlardan fərqlənsin, özünü onlara oxşatmasın.
Saqqal barəsində onu da deyə bilərik ki, bütün dahi alimlərin hamısı saqqal saxlamışlar. O ki qaldı insanların onu yaxşı və ya pis qarşılamalarına, onu deyə bilərik ki, bizi yalnız Allahın bizi necə qarşılaması maraqlandırır. Əgər biz hər bir insanın dediyi ilə oturub dursaq, onda yolumuzu azmış olarıq. Çünki, bizi çoxluq maraqlandırmır. Əgər çoxluğu götürsək onda gərək İslam dinindən çıxıb, kafir və ya müşrik olaq. Çünki, dünyanın əksəriyyətini onlar təşkil edirlər.

Uca Allah çoxluğa tabe olmaq barəsində belə buyurur: “Əgər yer üzündə olanların çoxuna itaət etsən, onlar səni Allahın yolundan azdırarlar. Onlar ancaq zənnə uyar və ancaq yalan danışarlar! Şübhəsiz ki, yolundan azanları ən yaxşı tanıyan Rəbbindir. Haqq yola yönələnləri də ən yaxşı bilən Odur!” (əl-Ənam surəsi 116-cı və 117-ci ayələr).

Allahdan istəyirik ki, bizi doğru yolda olanlardan etsin və bizi Onun əmrlərini eşidən kimi ona tabe olanlardan etsin! Amin!!!

699. kerimova konul (baku)

SUAL: Salam. Bezen bele fikre rast gelirik ki, bezi insanlar(Allaha inanan, ibadetlerini yerine yetiren, lakin gunahlari savabindan daha cox olan) cehenneme girecek, amma, orada ebedi qalmayacaqlar. Yeni gunahlari yuyulandan sonra ola bilsin ki, ALLAHin merhemeti ile cennete daxil edilsinler. Bu fikir ne qeder esaslidir? Evvelceden tesekkur edirem. ALLAH razi olsun.

CAVAB: Və aleykumus-sələm!
Cəhənnəmdə yalnız kafir, müşrik və münafiqlər əbədi qalacaqlar. Bundan qeyriləri isə etdikləri günahların cəzasını Cəhənnəmdə çəkdikdən sonra Cənnətə daxil olacaqlar. Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Qəlbində zərrə qədər iman olan şəxs (cəzasını çəkdikdən sonra) Cəhənnəmdən çıxacaqdır.” Allah sizdən də razı olsun!

698. Bahar (baki)

SUAL: ALLAH guranda buyurub ki dunya ne zaman mehf olacak? va birda cannat cahannamin hakk olmasi barada xais ediram yazardiz? Allah sizlardan razi olsun salma leykum hormatla BAHAR

CAVAB: Əs-sələmu aleykum!
Uca Allah Qurani Kərimdə Qiyamətin nə vaxt qopacağı (dünyanın məhv olacağı) barədə xəbər verməmişdir. Lakin onun bəzi əlamətlərini qeyd etmişdir. Bu barədə daha ətraflı məlumat almaq üçün “Qiyamətin əlamətləri” adlı kitabı əldə edib oxuya bilərsiniz. Bu kitabı “Muslim shop” dükanından əldə edə bilərsiniz. Bu dükan bir çox yerlərdə fəaliyyət göstərir. Nərimanov rayonundakı “Cümə” məscidinin həyətində, beş mərtəbələr tərəfdə (Xarici İşlər Nazirliyi ilə üzbəüz) və s.
Həmçinin sizə “əl-Qiyamə”, “əl-Qariə”, “əz-Zəlzələ”, “əl-İnşiqaq”, “əl-İnfitar”, “ət-Təkvir” surələrini və “əl-Həcc” surəsinin əvvəlini oxumağı məsləhət görürük. Bu surələri saytımızın “Quran” linkində tapa bilərsiniz.
Cənnət və Cəhənnəm barəsində geniş məlumat almaq üçün isə saytımızın ana səhifəsindəki məlumatı oxuya bilərsiniz.
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu!

697. Ruslan (baki)

SUAL: SALAM ALEYKUM DINI YUXULAR BARESINDE

CAVAB: Və aleykumus-sələm!
Uca Allah hər bir peyğəmbərə bir möcüzə vermişdir. Yuxunu dəqiqliyi ilə yozma elmini isə uca Allah Yusif peyğəmbərə vermişdir. Odur ki, hal-hazırda yuxunu dəqiqliyi ilə heç kəs yoza bilməz. Çünki, yuxu yozma barəsində nə Qurani Kərimdə, nə də Peyğəmbərimizin hədislərində heç bir şey varid olmamışdır. Varid olan yalnız odur ki, insan pis yuxu gördükdə onu heç kəsə danışmamalıdır.

696. Elcin Hasan (baki)

SUAL: Assalamu aleykum. Bezi alimlerin geldiyi qenaete gore Cehennemde ceza chekib Cennete girmek deyilen shey duzgun deyil? Hem de bu etiraf etmek lazimdir ki, bir az mentiqe uygun deyil. Bele ola bilmez ki, insan gunahlarinin cezasini yalniz berzexde cheksin?

CAVAB: Və aleykumus-sələm!
İslam alimlərindən bu qənaətdə olan yoxdur. Bun cür fikirləşən şəxsi alim adlandırmaq olmaz. Çünki, Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) sünnəsində saysız-hesabsız hədislər vardır ki, qəlbində zərrə qədər iman olan şəxs də Cəhənnəmdən çıxacaqdır. Bu hədisləri bilərəkdən inkar edən şəxs müsəlman sayılmır.

695. tural ()

SUAL: salamaleykum. Allah rizasi ucun tasabih namazinin neca qilindigini xirdaliqlarina kimi mana yazin. salamaleykum

CAVAB: Və aleykumus-sələm!
“Təsabih” – “Təsbih” - in cəmidir – yəni, hədsiz tərifləmə, şöhrətləndirmə və bütün nöqsanlardan uzaqlaşdırmaq deməkdir.

Abdullah ibn Abbas (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (səllallahu aleyhi və səlləm) (əmisi) Abbasa (Allah ondan razı olsun) dedi: “Ey əmim Abbas! Sənə elə var-dövlət, bəxşiş verim ki, ona əməl etsən Allah sənin on xislətini (nöqsan, qüsur, eyib) – əvvəldə və sonda, keçmişdə və hazırda, qəsdən və səhvən, kiçik və böyük, gizlində və aşkarda olan günahlarını bağışlasın? Dörd rək'ət namaz qıl! Hər rək'ətində Fatihə surəsini və digər surələr oxu! Birinci rək'ətdə surələri oxuyub qurtardıqdan sonra qiyamda ikən on beş dəfə “Subhanəllahi vəl-həmdulilləhi və lə iləhə illəllahu vəllahu əkbər” de! Sonra rüku et və (o vəziyyətdə) on dəfə bu duanı de! Sonra rükudan qalx dikəl (və qiyamda) on dəfə bu duanı de! Sonra səcdə et və (o vəziyyətdə) on dəfə bu duanı de! Sonra səcdədən qalx otur və (o vəziyyətdə) on dəfə bu duanı de! Sonra bir daha səcdə et və (o vəziyyətdə) on dəfə bu duanı de! Sonra səcdədən qalx otur və (o vəziyyətdə) on dəfə bu duanı de! Hər rək'ət əsnasında duaların cəmi sayı yetmiş beş olmaqla dörd rək'ətdən ibarət namaz qıl! İmkan daxilində gündə bir dəfə, yaxud Cüm'ədə (həftədə) bir dəfə, yaxud ayda bir dəfə, yaxud ildə bir dəfə, yaxud da ömründə bir dəfə olsa belə bu namazı qıl!”

Bu hədisin mötəbər olduğunu təsdiq edən alimlər aşağıdakılardır:
İbn Məndə, İbn Həcər, əl-Əcurri, Xətib əl-Bəğdadi, Əbu Səd əs-Səm'ani, əl-Munziri, İbnu-s-Salah, ən-Nəvəvi və digəriləri.
Lakin qeyd edək ki, bu hədisin zəif olduğunu deyən alinlər də vardır.
Bu namazı qadağan olunmuş vaxtlardan başqa istənilən vaxt qılmaq caizdir.

Qadağan olunmuş vaxtlar aşağıdakılardır:
1. Fəcr namazından sonra gün çıxanadək;
2. Gün çıxan anda (üfüqdən bir nizə hündürlüyündə qalxana qədər);
3. Günəş səmanın ortasında (zenitdə) olduqda;
4. Əsr namazından sonra günəş batanadək;
5. Gün batan anda;
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu!

694. Leyla (baku)

SUAL: selam aleykum. size bir sorum var sizce şafi, hanefi, hambeli, maliki ne??? ben anlamiyorum lutfen cevap. selam aleykum

CAVAB: Və aleykumus-sələm!
Bu adlar İslam dünyasında tanınmış fiqh alimlərinin adlarıdır. Bu alimlərin ardınca gedən şəxslərə müvafiq olaraq həmin adlar verilir.
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu!

693. farid mammadov (baki)

SUAL: deyirlarki, taze haddi bulugha chatanlara tezelikce olaraq fazil lankarani agha siqareti haram buyurub. bu ne derecede doghrudur?

CAVAB: Əs-sələmu aleykum!
Siqaret çəkmək yaşından asılı olmayaraq hər bir müsəlmana haramdır.

692. t. tural (sumqayit)

SUAL: insan nedir? dunyaya ilk ne gelib ?

CAVAB: Əs-sələmu aleykum!
İnsan Allahın yaratdığı məxluqatlardan biridir. Uca Allah insanı yalnız Ona ibadət etmək üçün yaratmışdır. Uca Allah buyurur: “Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!” (əz-Zariyat surəsi 56-cı ayə).
İnsanlardan öncə yer üzərində cinlər yaşamışlar.

691. ()

SUAL: salam, bodibildingle mesgul olmaq gunah deyil ki?

CAVAB: Və aleykumus-sələm!
İdmanın bu növü ilə məşğul olmaq niyyətdən asılı olaraq iki qismə bölünür:
1. Əgər hər hansı bir şəxs sağlamlıq məqsədilə bu idmanla məşğul olursa, onda bu caizdir.
2. Əgər həmin şəxs öz bədənini kiməsə nümayiş etdirmək (təkəbbürlük) üçün edirsə, onda bu qadağandır.

690. nizami (Baki)

SUAL: salam, mumkunse mene cavab vererdiniz. Islamda ticaret ederken malin ustune nece faiz qoyub satmaq olar?

CAVAB: Və aleykumus-sələm!
Ticarət zamanı malın üzərinə istənilən qədər qiymət qoyula bilər. Bu barədə İslam şəriətində heç bir məhdudiyyət yoxdur.

689. oxucu (Baki)

SUAL: salam aleykum.hedislerde namaz vaxti eli qol uzerine,el uzerine,gobek altina ve saire qoymaq tovsiye olunur.bunlarin hansi dogrudur?

CAVAB: Və aleykumus-sələm!
Peyğəmbər (səllallahu aleyhi və səlləm) namaz qılarkən sağ əli sol əlinin üzərində olmaqla sinəsi üzərinə qoyardı. Bu barədə saysız hesabsız hədislər mövcuddur. Bu hədislərdən birini qeyd edək:

Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) səhabəsi olan Vail ibn Həcər (Allah ondan razı olsun) rəvayət edir ki, “Peyğəmbər (səllallahu aleyhi və səlləm) namaz qıldıqda sağ əli sol əlinin üzərində olmaqla əllərini sinəsinin üzərinə qoyardı…”

(Bu hədisi imam Əhməd “Müsnəd” əsərində 4/317-318 rəvayət etmişdir). Həmçinin Səhl ibn Sə'd (Allah ondan razı olsun) rəvayət edir ki, “Bizə əmr olundu ki, namazda sağ əli sol əlin üzərində olmaqla sinə üzərinə qoyaq.” (Bu hədisi də Buxari “Səhih” əsərində (2/262) rəvayət etmişdir, hədisin rəqəmi 740).

Namazda sağ əli sol əlin üzərində olmaqla sinə üzərinə qoymaq barəsində varid olan hədislərin hansı mənbələrdə rəvayət olunması:
- Əbu Davud “Sünən” əsəri (1/340), hədisin nömrəsi 1041;
- İbn Macə “Sünən” əsəri (1/266-300), hədisin nömrəsi 809, 929;
- Tirmizi “Sünən” əsəri “Namaz” fəsli “Namazda sağ əlin sol əl üzərində qoyulması” qismi, hədisin rəqəmi 252;
- Muslim “Səhih” əsəri (2/277);
- İbn Xuzeymə (1/243), hədisin nömrəsi 479;
- İbn Abdul Bərr “İstizkar” əsəri (6/194), hədisin nömrəsi 8574;
Ümumiyyətlə bu cür hədislər çoxdur.

688. yashar (gence)

SUAL: 1-nigahin qilinmasi esnasinda bey ile gelinin molla qarsisinda bir arada olmalari vacibdir mi ? umumiyyetle sunnet olan nigahi yazardiniz ....
2-sehevetden dolayi kisiden c. orqanindan maye axmasi qusula ne derece tesir gosterir ?

CAVAB: Əs-sələmu aleykum!
Nikah aşağıdakı şəkildə bağlanılır:
1) İştirak edənlər: Qızın vəlisi, oğlanın vəlisi, iki şahid və qazı (nikahı kəsən şəxs). Əgər bu şəxslərdən biri olmazsa nikah səhih sayılmır.
2) Nikahın kəsilmə qaydası: Xutbətul-həca (Peyğəmbərin (səllallahu aleyhi və səlləm) cümə xütbəsinə və ya sözə başladıqda oxuduğu dua) oxunur, sonra qızın vəlisindən qızını həmin oğlana verməyinə razı olması barəsində soruşulur və şahidlər buna şahid olurlar, sonra oğlanın vəlisindən bunu (qızı oğlana almasını) qəbul etməsi barəsində sorusulur və şahidlər buna şahiq olurlar. Beləliklə kəbin mərasimi sona yetir.
Odur ki, gəlinin molla qarşısında oturması düzgün deyildir.

687. Abuomar (Baku)

SUAL: As salamu aleykum! Hacc ziyareti haqqinda sizin saytinizda oxumusam.hacc ziyareti haqqinda kitab azeri dilinde yoxdur. Xahis edirem bu ziyaret haqqinda genis melumat veresiniz. Birde qadinlara qoruyucu(sipiralla) ile hacc ziyaretine getmek olarmi?Evvelceden tesekkurmu bildirirem

CAVAB: Və aleykumus-sələm.
Əziz qardaşım! Həccə gedərkən bu əməllər yerinə yetirilir:
Hər kəs gedəcəyi yoldan asılı olaraq o yolun üzərindəki miyqatdan [niyyət edilən yerdən] edəcəyi həcc növünə uyğun niyyət edir. Çünki, həccin üç növü vardır: 1) Təməttu; 2) Qiyran; 3) İfrad;

Mən sizə həccin yalnız “Təməttu” növünün əməllərini qeyd edəcəm. Təməttu həccinin əməlləri bunlardır:
1. Qüsl alırsan və bütün paltarlarını çıxarıb yalnız ehram geyinirsən. Qadınlar isə istədiyi paltarı geyinə bilər. Əsas odur ki, üz və əldən başqa hər yerini örtsyn. Ehramda olduğum müddətdə bəzi şeylər haramdır ki, onu da sonda qeyd edəcəyik.

2. Miyqatda Ümrə üçün niyyət edib “Ləbbeykə Allahummə umrətən” deyirsən. Sonra Miyqatdan Məkkəyə yola düşürsən. Yol boyu “Ləbbeykə Allahummə ləbbeykə. Ləbbeykə lə şəriykə ləkə ləbbeykə. İnnəl-həmdə vən-nemətə ləkə vəl-mulk. Lə şəriykə lək” deyirsən. Kəbəni gördükdə isə bu duanı dayandırırsan.

3. Kəbəyə çatdıqda onu 7 dəfə təvaf edirsən. Təvafa (Kəbənin ətrafınıa dolanmağa) qara daş olan küncdən başla və yenə qara daş olan küncdə bitir. Hər təvafa başladıqda qara daşı (mümkün olarsa) öp, və ya (izdiham varsa) sağ əlinlə uzaqdan ona tərəf işarə et və “Allahu əkbər” de. İlk üç təvafı normal qaçışla bitir. Təvaf əsnasında sağ çiynini aç. Hər dəfə, qara daş olan künclə ondan əvvəlki (künc) ruknu-l-yəmən arasında bu duanı deyirsən: “Rabbənə ətinə fid-dunyə həsənətən və fil-axirəti həsənətən və qınə azəbən-nər!” Təvaf əsnasında istədiyin duanı edə bilərsən.

4. Təvafı bitirdikdən sonra “Məqamu İbrahim”-in arxasında iki rükət təvaf Nmazi qılırsan. Əgər izdiham varsa Kəbənin hər hansı bir yerində qıla bilərsən. Namazı qıldıqdan sonra isə zəmzəm quyusuna gedib zəmzəm suyu da içə bilərsən.

5. Sonra isə Səfa dağına tərəf yönəlirsən. Səfa dağına çıxdıqda bu ayəni oxuyursan: “İnnəssafa vəl-mərvata min şəairilləh. Fəmən həccəl-beytə əu itəməra fələ cunəhə aleyhi ən yəttavvafa bihimə. Və mən tətavvaa xayran fəinnəllahə şəkirun aliym.” Əl-Bəqərə surəsi 158-ci ayə. Səfa dağına çıxdıqdan sonra üzünü Kəbəyə tərəf çevirib, əllərini qaldıraraq Allaha həmdi-səna et və təkbir gətir, sonra da üç dəfə bu duanı oxu: “Lə iləhə illə Allahu vəhdəhu lə şəriykə ləhu, ləhul-mulku və ləhul-həmdu və huva alə kulli şeyin qadiyr. Lə iləhə illə Allahu vəhdəhu, əncəzə vadəhu və nasara abdahu və həzəməl-əhzabə vəhdəhu.” Duanı oxuduqdan sonra dağdan enib 7 dəfə Səfa dağı ilə Mərva dağı arasında o baş, bu başa gedirsən. [Səfadan Mərvaya getmək bir sayılır. Eləcədə Mərvadan Səfaya qayıtmaq bir sayılır.] Sonuncunu, yeddincini Mərva dağında bitirirsən. Hər dəfə Səfa və Mərva dağlarına çıxdıqda öncə qeyd etdiyimiz duanı yenə də üç dəfə təkrar et. Hər dəfə Səva və Mərva dağları arasında olan iki yaşıl işıq arasında bir az bərk qaçırsan.

6. Səfa və Mərva arasında 7 dəfə o baş, bu başa getdikdən sonra saçını ya təmiz qırxdırırsan, ya da qısaldırsan. (Qadınlar isə saçlarının uclarından bir az qısaldırlar.) Saçını qırxdırdıqdan sonra ehram paltarından çıxırsan. Bununla da ümrəni yerinə yetirmiş olursan. Ehramdan çıxdıqdan sonra, ehramda ikən haram olan şeylər artıq halal olur.

7. Zil-Hiccə ayının səkkizinci günü zöhr namazından öncə yenidən (Məkkədə qaldığın yerdə) qüsl alıb ehram paltarını geyinirsən.

8. Sonra Təməttu həcci üçün niyyət edib və bu duanı deyirsən: “Ləbbeykə Allahummə həccən; Ləbbeykə Allahummə ləbbeykə. Ləbbeykə lə şəriykə ləkə ləbbeykə. İnnəl-həmdə vən-nemətə ləkə vəl-mulk. Lə şəriykə lək.”

9. Niyyət etdikdən sonra Məkkədən Mina dağına yola düşürsən. Minada zöhr, əsr, məğrib, işa və sübh namazlarını öz vaxtlarında qılırsan. Lakin dörd rükətli (zöhr, əsr və işa) namazlarını qısaldıb iki rükət qılırsan. (Allahı zikr etməyi unutma!) Gecəni Mina dağında gecələyirsən.

10. Səhər açıldıqda (yəni, Zil-Hiccə ayının doqquzuncu günü) yuxarıda qeyd etdiyimiz kimi, sübh namazını qılırsan və günəş çıxdıqdan sonra Arafat dağına yola düşürsən. Yol boyu yuxarıda qeyd etdiyimiz duanı edirsən.

11. Arafatda zöhr və əsr namazlarını qısaldaraq zöhr namazının vaxtında qılırsan. Bu zaman bir azan və iki iqamə verilir. (Arafat dağının ərazisində olub-olmamağına diqqət yetir.) Arafatda olduğun müddətdə qiblə tərəfə yönəl və əllərini göyə qaldıraraq Allaha çoxlu dua və zikirlər et. Öncə qeyd etdiyimiz Təlbiyəni (Ləbbeykə Allahummə ləbbeykə. Ləbbeykə lə şəriykə ləkə ləbbeykə. İnnəl-həmdə vən-nemətə ləkə vəl-mulk. Lə şəriykə lək) də unutma. Günəş batana qədər Arafat dağında qalırsan.

12. Günəş batdıqdan sonra Təlbiyə (Ləbbeykə Allahummə ləbbeykə. Ləbbeykə lə şəriykə ləkə ləbbeykə. İnnəl-həmdə vən-nemətə ləkə vəl-mulk. Lə şəriykə lək) edə-edə Müzdəlifə dağına yönəlirsən. Müzdəlifədə bir azan və iki iqamə ilə məğrib və işa namazlarını işa namazının vaxtında qılırsan. (İşa namazını qısaldıb qılırsan.) Sonra gecəni orada gecələyirsən. Səhər açıldıqda (yəni, Zil-Hiccə ayının onu) sübh namazını qılıb Allaha çoxlu dua və zikirlər edirsən. Bu zaman qibləyə tərəf yönələrək əllərini göyə qaldırırsan.

13. Sonra noxud boyda 7 daş yığıb, günəş çıxmamış Təlbiyə edə-edə Mina dağına yola düşürsən. (Qadınlar və zəiflər kimi, üzürlü səbəbləri olanlar gecənin yarısından sonra çıxıb Minaya gedə bilərlər.)

14. Minaya çatdıqda bu əməlləri edirsən:
a) Məkkə tərəfdən birinci olan böyük cəməraya (şeytana daş atılan üç yerdən böyüyü) Müzdəlifədən yığdığın 7 daşı dalbadal atırsan. Hər daşı atdıqda “Allahu əkbər” deyirsən.
b) Qurbanını kəsirsən. (Əgər qurban kəsməyə imkanın yoxdursa, onun əvəzinə 10 gün oruc tutrsan. Orucun 3 gününü həcdə olduqun müddətdə, 7 gününü isə həcdən qayıtdıqdan sonra öz ölkəndə tutursan).
v) Saçını ya tam qırxdırırsan ya da qısaldırsan. Tam qırxdırmaq daha əfzəldir. (Qadın isə saçının hər tərəfindən bir az qısaldır.)
Bu əməlləri bu cür tərtiblə etmək daha əfzəldir. Lakin, belə də etmək olar: Birinci (a), sonra (v), sonra isə (b).

15. Daş atıb saçını qırxdırdıqdan sonra ehramını çıxardıb, öz paltarını geyinirsən. Ehramdan çıxdıqdan sonra qadınlardan başqa ehramda olarkən haram olan şeylərin hamısı halaldır.

16. Sonra isə Kəbəyə gedib “İfadə” tavafını yerinə yetirirsən. Təvafdan sonra isə Səfa ilə Mərva arasında 7 dəfə o baş, bu başa gedirsən. Bu əməlləri eyniylə 3-cü, 4-cü və 5-ci bəndlərdə qeyd edildiyi kimi yerinə yetirirsən. Bu əməlləri yerinə yetirdikdən sonra, artıq qadınlar da halal olur.

17. Sonra yenidən Minaya qayıt və gecəni orada keçir. (Minada gecələmək vacibdir.) Sonra ertəsi gün (yəni, Zil-Hiccə ayının 11-i) zöhr namazından sonra (şeytana daş atılan) hər üç cəməraya daş atırsan. Öncə kiçik, sonra orta, sonra isə böyük cəməra olmaq şərtilə hər cəməraya 7 ədəd noxud boyda daş atırsan. Hər daşı atdıqda “Allahu əkbər” deyirsən. Kiçik cəməraya daş atdıqdan sonra onun sağ tərəfinə keçib üzünü qibləyə tutaraq əllərini göyə qaldır və Allaha istədiyin duanı et. Orta cəmərada da eyniylə belə et. Böyük cəməraya daş atdıqdan sonra isə dua etmədən ayrıl.

18. Sonra yenidən Minaya qayıt və cecəni orada keçir. (Bu gecəni də Minada gecələmək vacibdir.) Sonra ertəsi gün (yəni, Zil-Hiccə ayının 12-si) zöhr namazından sonra dünən etdiyin əməlləri eyniylə yenidən təkrar edirsən. (Yəni, hər üç cəməraya daş atırsan.) Kim (öz ölkəsinə qayıtmağa) tələsirsə Minada 2 gün gecələyə bilər, kim də tələsmirsə 3 gün gecələyir. Əgər Minada 2 gecə qalmaq istəyirsənsə onda, daş atdıqdan sonra məğrib namazına qədər mütləq Mina dağının ərazisindən çıxmalısan. Əgər çıxa bilmədinsə onda Minada daha bir gecə də qalmalısan. Yox, əgər Minada 3 gecə qalmaq istəyirsənsə, onda yenidən Minaya qayıt və bu gecəni də orada keçir. (Bu gecəni də Minada keçirmək vacibdir.)

19. Sonra ertəsi gün (yəni, Zil-Hiccə ayının 13-ü) zöhr namazından sonra yenə eyniylə öncə etdiyin kimi bütün cəməralara daş atırsan. Daşları atdıqdan sonra Minadan çıxıb Məkkəyə öz qaldığın yerə qayıdırsan. Minada qaldığın günlərdə dörd rükətli namazları iki rükə etməklə hər namazı öz vaxtında qılırsan.

20. Sonra Məkkədən öz ölkənə qayıtmaq istədiyin gün vida təvafı edirsən. Vida təvafını da o biri təvaflar kimi yerinə yetirirsən. (Vida təvafını etmək vacibdir.) Aybaşı və nifas kimi üzrü olan qadınlara vida təvafı vacib deyildir. Bununla da sən öz həccini yerinə yetirmiş olursan. Sənə müvəffəqiyyətlər arzulayıram.

Ehramda olarkən haram olan şeylər bunlardır:
1. Saçı və dırnağı qısaltmaq olmaz!
2. Ətirlənmək olmaz!
3. Ov ovlamaq və ya ov ovlayana kömək etmək olmaz!
4. Məkkənin haram ərazisində ağacları sındırmaq olmaz!
5. Nə özünə, nə də başqasına kəbin kəsdirmək və ya nişan etmək olmaz! Həyat yoldaşı ilə cinsi əlaqədə olmaq və ya onunla şəhvətlə oynamaq olmaz!
6. Kişilərə başını örtmək olmaz.
7. Kişilərə əzaları bir-birindən ayıran köynək, şalvar, ayaqqabı kimi geyimlər geyinmək olmaz!
8. Qadınlara əlcək və üzü örtən niqab geyinmək olmaz! Lakin, yanlarında əcnəbi kişilər olarsa geyinə bilər.

O ki, qaldı qadının sizin dediyiniz şəkildə qoruyucu ilə həcc ziyarəti etməsinə. Burada şəriətə zidd olan bir şey yoxdur. Qadın bu cür həcc ziyarəti edə bilər.

686. Furqan sultanov (Sumqayit)

SUAL: namazi sessiz demek olar.

CAVAB: Əs-sələmu aleykum.
Səsli namazları səslə qılmaq müstəhəbdir. Odur ki, kim buna əməl edərsə savab qazanmış olar. Kim də bunu etməzsə, həmin savabdan məhrum olar.
Səssiz namazları isə səssiz qılmaq müstəhəbdir. Bu namazları səssiz qılan savab qazanmış olur, səslə qilan isə Peyğəmbərin (səllallahu aleyhi və səlləm) yoluna müxalif olmuş olur.

685. Elşən (Şamaxı)

SUAL: بسم الله الر حمن الرحيم
سلام عليكم
Sual:Əhli-beyt dedikdə kimlər nəzərdə tutulur?
və bu barədə aşağdakı qaynaqlar mötəbər deyilmi?
Tathir ayeti ve Kisa Hadisi: Tirmizi Sünen’inde (Hadis: 3129 ve 3719) Hakim Müstedrek’inde (c. 3 s. 146) ve Beyhaki Sünen’inde (c.2 s. 169) ve diğer bir çok muhaddis Ümm-ü Seleme’nin şöyle dediğini nakletmişlerdir: “Allah yalnız siz Ehl-i Beyt’ten her türlü kusur ve kötülüğü gidermeyi ve sizleri tertemiz kılmayı irade etmiştir…” ayeti benim evimde nazil oldu. O zaman evde Fatıma, Ali, Hasan ve Hüseyin vardı. Resulullah bunların üzerine abasını örterek: “Bunlar benim Ehl-i Beytim'dir; Allah'ım, bunlardan her türlü kusuru uzaklaştır ve bunları tertemiz kıl.” dedi.” Bu hadis Şia ve Ehl-i Sünnet kaynaklarında mütevatir olarak nakledilmiştir.

CAVAB: و عليكم السلام
Sizin sualınızdan elə nəticə çıxarmaq olur ki, siz haqqı öyrənmək üçün deyil, əksinə münaqişə üçün bu cür sual verirsiniz. Lakin buna baxmayaraq biz haqqı çatdıracağıq ki, oxucularımızın hamısı bundan xəbərdar olsunlar.

Odur ki, hər bir haqqı axtaran müsəlman hər hansı bir məsələni araşdırdıqda bütün ayə və hədislərə nəzər salmalıdır. Həmçinin həmin ayələrin Qurani Kərimi bizdən qat-qat yaxşı bilən səhabələr tərəfindən verilən təfsirinə də nəzər salmalıdır. Bunu eləcə də hədislərə şamil etmək olar. Haqqı axtaran şəxs yalnız özünə xeyir edən bir hədisi götürüb onunla hökm verməməlidir. O bütün hədislərə nəzər salmalıdır.

Ona görə də biz bütün ayə və hədislərə nəzər saldıqdan sonra bu qərara gəldik ki, “Əhli-beyt” (ev əhli) dedikdə Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) bütün zövcələri, qızları, nəvələri və ən yaxın qohumları bura daxildirlər. Bu barədə ayə və bir çox hədislər mövcuddur.

Öncə sizin qeyd etdiyiniz ayəni izah edək: Uca Allah buyurur: “Siz ey Peyğəmbərin zövcələri! Allahdan qorxacağınız təqdirdə siz (başqa) qadınların heç biri kimi deyilsiniz. (Sizin qədir-qiymətiniz, məqamınız daha yüksəkdir. Allahdan qorxsanız, daha şərəfli olarsınız). Buna görə də (yad kişilərlə) yumşaq (əzilə-əzilə) danışmayın, yoxsa qəlbində mərəz (şəkk, nifaq və günah mərəzi) olan tamaha (özgə təmənnaya) düşər. (Danışdığınız zaman) gözəl danışın! Evlərinizdə qərar tutun. İlkin Cahiliyyat dövründəki kimi açıq-saçıq olmayın. Namaz qılın, zəkat verin, Allaha və Rəsuluna itaət edin. Ey (Peyğəmbərin) ev əhli! Allah (bununla) sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!” (əl-Əhzab surəsi 32, 33-cü ayələr).

Bu ayə Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) zövcələri haqqında nazil olmuşdur. Ona görə də ayəni oxuyan ixtiyari bir şəxs başa düşər ki, burada söhbət Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) zövcələrindən gedir. Odur ki, bu ayədə uca Allah “ev əhli” dedikdə Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) zövcələrini nəzərdə tutur.

Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) səhabələri də elə bu ayəni belə izah etmişlər. Qurani Kərimin təfsirini əksər səhabələrdən daha yaxşı bilən və Peyğəmbərimizin əhli-beytindən sayılan İbn Abbas (Allah ondan razı olsun) bu ayənin təfsirində belə demişdir: “Bu ayə Peyğəmbərin zövcələri barəsində nazil olmuşdur.” İbn Abbas (Allah ondan razı olsun) başqa bir rəvayətdə də demişdir ki, “Uca Allah bu ayədə “Ev əhli” dedikdə Peyğəmbərin (səllallahu aleyhi və səlləm) zövcələrini nəzərdə tutur.”

Bu hədisi Əbu Hatim və başqaları rəvayət etmişdir. (Dəqiqləşdirmək üçün Təbarinin, Qurtubinin, İbn Kəsirin və başqalarının təfsir kitablarına nəzər sala bilərsiniz).

Ümumiyyətlə “əhli-beyt” (ev əhli) dedikdə ora həmin şəxsin zövcələri də daxildirlər. Uca Allah İbrahim peyğəmbər barəsində Qurani Kərimin Hud surəsində belə buyurur:

69. Həqiqətən, elçilərimiz (mələklər) İbrahimə müjdə (İshaqın anadan olacağı xəbərini) gətirib: "Salam!" - dedilər. (İbrahim də: ) "Salam!" - deyə cavab verdi və dərhal (gedib onlara) qızarmış bir buzov gətirdi.
70. (İbrahim qonaqların) əllərinin yeməyə uzanmadıqlarını gördükdə onların bu hərəkəti xoşuna gəlmədi və qorxuya düşdü. Onlar dedilər: "Qorxma (biz Allahın mələkləriyik), biz Lut tayfasına (onu məhv etmək üçün) göndərilmişik!"
71. (İbrahimin) arvadı (Sara pərdə arxasında) durmuşdu (və ya qonaqlara qulluq edirdi). O (bu sözləri eşidib Lut tayfasının başına gələcək müsibətdən qafil olduğuna sevinərək və ya qoca yaşında oğlu olacağına təəccüblənərək) güldü. Bundan sonra Biz onu İshaqla, İshaqın da ardınca Yəqubla (İshaqın, ondan sonra Yəqubun dünyaya gələcəyi ilə) müjdələdik.
72. (İbrahimin arvadı) dedi: "Vay halıma! Mən qoca bir qarı, bu ərim də ixtiyar bir kişi olduğu halda, mən necə doğa bilərəm?! Bu çox təəccüblü bir şeydir!"
73. (Mələklər ona) dedilər: "Allahın əmrinə (əmr etdiyi bir şeyə) təəccübmü edirsən? Ey ev əhli! Allahın bərəkəti və mərhəməti üstünüzdə olsun. Allah təriflənib şükür olunmağa, öyülüb mədh edilməyə layiqdir!" (Allahın bütün işləri bəyənilmişdir. O, tükənməz və əvəzsiz nemət, ehsan və kərəm sahibidir!)

Məlum olduğu kimi o zaman İbrahim peyğəmbərin evində yalnız onun zövcəsi var idi. Uca Allah da onun zövcəsinə “əhli beyt” deyə müraciət edir. Bu ayə də açıq-aydın onu göstərir ki, əhli beyt dedikdə ora ən birinci həmin şəxsin zövcələri daxil olur. Elə buna görə də Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) bu ayə nazil olduqda Əli, Fatimə, Həsən və Huseyni (Allah onlardan razı olsun) öz əbası altına alaraq müsəlmanların yalnız zövcələrin əhli beytə aid olduğunu düşünməsinlər deyə onların da əhli beytdən olduqlarını bildirmişdir.

O ki qaldı qeyd etdiyiniz hədisə, bəli, bu hədis səhihdir. Lakin yaxşı olardı ki, haqqı axtaran şəxs hədisi axıra kimi rəvayət etsin. Ola bilsin ki, sizin Türk dilində oxuduğunuz kitablarda bu hədis qısa şəkildə verilsin. Ona görə də hədisin əslinə qayıtmaq üçün biz Ərəb dilidə olan mənbələrə müraciət etdik.

Nəzərinizə çatdıraq ki, Ummu Sələmə (Allah ondan razı olsun) həmən hədisi bu cür rəvayət etmişdir: “Ey (Peyğəmbərin) ev əhli! Allah (bununla) sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!” ayəsi nazil olduqda Peyğəmbər (səllallahu aleyhi və səlləm) mənim evimdə idi. Sonra Peyğəmbər (səllallahu aleyhi və səlləm) Əlini, Fatiməni, Həsəni və Huseyni bir yerə yığıb, onları öz əbası altına alaraq dedi: “Bunlar mənim ev əhlimdir. Allahım! Bunlardan (hır cür) çirkinliyi (günahı) yox et və onları tər-təmiz (pak) et!” Ummu Sələmə (Allah ondan razı olsun) dedi: “Ey Allahın elçisi! Mən də onlardanammı?” Peyğəmbər (səllallahu aleyhi və səlləm) dedi: “Bəli, sən də mənim ev əhlimdənsən.” (Bu hədisi İmam Əhməd (6/292, 296, 304, 305); Təbarani (23/393); Tirmizi (3870); Tabari (28498); Əbu Ya'lə (6888); İbni Kəsir və əksər təfsir alimləri rəvayət etmişlər.)
Bu hədis də onu göstərir ki, Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) zövcələri də onun əhli-beytindəndir.

Həmçinin başqa hədislərdə də gəlmişdir ki, Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) əhli beyti yalnız bu dörd nəfər deyildir. Həm sizə, həm də bütün haqqı axtaran müsəlmanlara nəsihətimiz budur ki, hər hansı bir ayəni və ya hədisi rəvayət etdikdə, onu sonunacan rəvayət etsin ki, insanlar həqiqəti bilmiş olsunlar. Yoxsa özünüz də bilmədən insanları haqq yoldan azdırmış olarsız.

Məsələn, əgər biz Quranın yalnız bir ayəsini götürüb ondan əvvəlki və sonrakı ayələrə nəzər salmasaq həmin ayədən düzgün nəticə çıxara bilmərik. Uca Allah əl-Məun surəsinin 4-cü ayəsində belə buyurur: “Vay halına o namaz qılanların.”

Əgər biz yalnız bu ayəni götürsək onda deyə bilərik ki, namaz qılmaq günahdır və kim namaz qılsa Allah onu cəzalandıracaq. Lakin biz bu ayəni daha doğru başa düşmək üçün bundan əvvəl və ya sonra gələn ayələrə də nəzər salmalıyıq. Bundan sonra gələn ayədə isə Uca Allah belə buyurur: “Onlar öz namazlarından qafildirlər (səhlənkarlıqları üzündən namazlarını vaxtlı-vaxtında qılmazlar); Onlar (namazlarında) riyakarlıq edər.” (əl-Məun surəsi 5-ci və 6-cı ayələr). Göründüyü kimi bu iki ayə öncəki ayəni izah edir. Hədislərə də eyni ilə bu cür yanaşmaq lazımdır.

Allah bizim hamımızı haqqı eşidib, dərhal ona tabe olanlardan etsin! Amin!!!

684. tural taqiyev (sumqayit)

SUAL: esselamun aleykum. qiyamet nedir.

CAVAB: Və aleykumus-sələm.
Qiyamət günü barəsində bilmək üçün “əl-Qiyamə”, “əl-Qariə”, “əz-Zəlzələ”, “əl-İnşiqaq”, “əl-İnfitar”, “ət-Təkvir” surələrini və “əl-Həcc” surəsinin əvvəlini oxumağı məsləhət görürük. Bu surələri saytımızın “Quran” linkində tapa bilərsiniz.

683. Elnaz (Baki)

SUAL: Essalamu eleykum
Niye gore musalman kishisine "QOLSTUK" tagmaga icaze verilmir. Xahish edirem menim sualima cavab veresiniz ( ETRAFLI ). COX SAGOLUN.
ALLAH SIZDEN RAZI OLSUN.

CAVAB: Və aleykumus-sələm.
Qalstuk taxmaq heç də haram deyildir. Odur ki, istənilən müsəlman şəxs qalstuk taxa bilər. Lakin müsəlman qalstuk taxmaqdan çəkinərsə bu onun üçün daha yaxşı olardı. Çünki, qalstuk yəhudilər və xristianların xüsusi geyimləridir.
Allah sizdən də razı olsun!

682. ibrahim (Baki)

SUAL: Salam aleykum ....Qardash demeli men quran uxumagi coxda yaxshi bilmirem,ve nadir hallarda oxuyuram, Amma dinlemeyi xoshlayiram,evde televizorun antenasini sindirmisham ki tel.baxmiyim,cunki gunahdan,bosh bosh verlishlerden bashqa hecne gostermirler ...men butun gunu qurana qulaq asiram ve dini xutbelere vesayre..seher durannan qurana qulaq asiram yeni cox vaxti qulaq asiram amma ozum oxumuram,bunun bir ziyani var?
seher axsham qurana qulaq asiram.quranin sesini eshitmeyende ozumu pis hiss edirem..yani cox qulaq asmagin ziyani var mene?
suali cavablandirsaz cox sevinerem.Allah sizlere bu ishinizde komek olsun...

CAVAB: Və aleykumus-sələm.
Qurana çox qulaq asmağın heç bir ziyanı yoxdur. Əksinə, siz bununla savab qazanmış olursunuz. Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) də hərdən başqasına Quran oxutdurar və özü də ona qulaq asardı. Lakin siz özünüz də Quran oxumağı öyrənməlisiniz. Çünki, hər bir müsəlman Quran oxumağı bilməlidir. Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Sizin ən xeyirliniz Quranı öyrənən və onu başqasına öyrədəndir.” Allahdan istəyirik ki, sizə Quran oxumaqda kömək olsun!

681. Muslim ()

SUAL: Wa salam alekum wa rahmatullahi wa barakatuhu!
Menim saytim var. Men o saytin xerclerini odemek uchun saytimda bannerler (reklamlar) yerleshdirmishem. Her defe saytimdan o bannerin ustune tiklayanda menim hesabima pul kechir.
Bu cur sistemlerde ishtirak etmek olar?

CAVAB: Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.
Sizin hesabınıza keçən pul kimdən çıxır?
Əgər həmin pul sizin saytdan istifadə edən adi şəxslərdən çıxırsa və onların bundan xəbərləri yoxdursa onda bu cür sistemdən istifadə etmək olmaz.
Əgər sizin hesabınıza kələn həmin pul reklam etdiyiniz firmadan gəlirsə və onlar buna razıdırlarsa onda bu cür sistemdən istifadə etmək olar.

 1  2  3  4  5  7  8  9  10  11  12  13  14  15  16  17  18  19  20  21  22  23  24  25  26  27  28  29

Mustəqil Islam saytı. Materiallardan istifadə etdikdə istinad vacibdir. Sayt 1422-ci (2001) hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət gostərir. e-mail: mail@azerislam.com. ICQ #99931111