... Bu gün dininizi sizin üçün kamil etdim,
    sizə olan nemətimi tamamladım və sizin üçün
    din olaraq islamı bəyənib seçdim ... [ Əl-Maidə, 3 ]

Əsas menü
ANA SƏHİFƏ

Xidmətlər
Azərislam barəsində dostuna xəbər ver
 
Son xəbərlərə yazıl
 

Statistika


Dost saytlar

Put k Koranu. Sayt Kuliyeva Elmira

Iravan.com


Yeniliklər
Sual-cavab arxivindən cavablanmış 312 sual.

  daha ətraflı

بسم الله الرحمن الرحيم

530. aygun haciyeva (baki)

SUAL: Salam-aleykum!Man bilmak istardim ki islam dinina gora bizim gorduyumuz yuxularin hayatimizla alaqasi varmi?

CAVAB: Və aleykumus-sələm.
Bunu Allah bilir. Yuxu barəsində yalnız bunu deyə bilərik:

Yuxunu dəqiqliyi ilə yozma elmini uca Allah Yusif peyğəmbərə vermişdir. Odur ki, hal-hazırda yuxunu dəqiqliyi ilə heç kəs yoza bilməz. Çünki, yuxu yozma barəsində nə Qurani Kərimdə, nə də Peyğəmbərimizin hədislərində heç bir şey varid olmamışdır. Varid olan yalnız odur ki, insan pis yuxu gördükdə onu heç kəsə danışmamalıdır.


529. Celilov Yaqub (BAKI)

SUAL: ASSALAMU ALEYKUM.MENI IFRAZ ETMEK GUNAHDIRMI?QEZA NAMAZININ SERTLERINI YAZA BILERSINIZMI?

CAVAB: Və aleykumus-sələm.
Bəli, məni ifraz etmək günahdır.

Əgər islamdan önca qılmadığınız namazları nəzərdə tutursunuzsa onda o namazlar üçün qəza yoxdur. Həmin qılmadığınız namazlar üçün tövbə etməyiniz kifayət edər. Çünki Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) vaxtında İslamı yeni qəbul edən müsəlmanlar öncə qılmadıqları namzların qəzalarını qılmırdılar. Həmçinin uca Allah tövbə edənlər barəsində belə buyurur: “(Ya Rəsulum!) Kafir olanlara de: "Əgər onlar (öz küfrlərindən, Peyğəmbərə və möminlərə qarşı müharibədən) əl çəksələr, keçmişdəki günahları bağışlanar. Yox, əgər yenə (yaramaz işlərə, döyüşməyə) qayıtsalar, əvvəlkilərin (keçmiş ümmətlərin) başına gələnlər onların da başına gələr.” (əl-Ənfal surəsi 38-ci ayə). Digər ayədə isə belə buyurur: “Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayandır, rəhm edəndir!” (əl-Furqan surəsi 70-ci ayə).

Əgər siz vaxtı qurtardıqdan sonra qılınan namazları nəzərdə tutursunuzsa, onda həmin namazıarın qəzasını qılmaq lazımdır. Bu namazlar öz-özlüyündə iki qismə bölünür:

1. Üzrlü səbəbə görə buraxılan namazlar; (Məsələn: Unutmaq, bilmədən yatıb qalmaq, döyüş zamanı və s.) Bu zaman üzr aradan qalxan kimi dərhal həmin namazı qılmaq lazımdır. İmam Əli (Allah ondan razı olsun) rəvayət edir ki, “Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) Xəndək döyüşü günü əsr namazını gün batdıqdan sonra qıldı” (Bu hədisi Buxari, Əbu Davud, Nəsai və başqaları rəvayət etmişlər).

2. Üzrsüz səbəbə görə buraxılan namazlar; Bu zaman həmin şəxs bu əməlinə görə Allaha tövbə etməli və həmin namazın qəzasını dərhal qılmalıdır. Çünki, uca Allah namazlarında səhlənkar olanları Cəhənnəmlə hədələmişdir. Uca Allah buyurur: “Vay halına o namaz qılanların ki; Onlar öz namazlarından qafildirlər (səhlənkarlıqları üzündən namazlarını vaxtlı-vaxtında qılmazlar); Onlar (namazlarında) riyakarlıq edər”. (əl-Məun surəsi 4, 5, 6-cı ayələr).

Qəza namazı eyni ilə həmin namaz kimi qılınır.

528. AbdulXaliq (Baki)

SUAL: Salam aleykum..
sual 1. oruc tutan erotik filme baxsa orucu pozulur?(pozulursa delil nedi)bir nefer de bele shey olub ona gore sorushuram.sual vermeye utanir ona gore yaziram

sual 2. bilyard oynamaq olar? Musulmana?(olsada delil,olmasada delil)

sual 3. futbola baxmaq olar?
InshAllah cavablara uygun aye,hedis olsa yazin..Allah sizlerden razi qalsin:)

CAVAB: Və aleykumus-sələm.

1. Bu cür filimlərə baxmaq orucu pozan amillərdən deyil. Lakin hər bir müsəlman istər oruc vaxtı, istər də digər vaxtlarda özünü haram olan şeylərdən qorumalıdır. Əlbəttə ki, bu cür filimlərə baxmaq da haram əmllərdəndir. Uca Allah buyurur: “(Ya Rəsulum!) Mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar). Bu onlar üçün (ədəb-ərkan, təmizlik baxımından) daha yaxşıdır. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır! Mömin qadınlara da de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar)...” (ən-Nur surəsi 30, 31-ci ayələr).
Bu ayələr onu göstərir ki, müsəlman kişi və qadınlara haram olan şeylərə baxmaq qadağandır. Odur ki, oruc vaxtı bu cür haram şeylərə baxan şəxs onu da bilməlidir ki, onun bu əməli orucunu pozmasa da onun müəyyən qədər savabını aparır. Hətta elə ola bilər ki, həmin şəxs tutduğu orucdan heç bir savab qazanmasın. Bu əşxsə qalan yalnız onun ac qalmağı olacaqdır.

2. Bilyard oynamağın haram olmasına dair heç bir dəlil yoxdur. Odur ki, bu oynu oynamaq caizdir. Lakin bütün vaxtı buna sərf etmək olmaz. Çünki, insan vaxtını nəyə sərf etdiyi barəsində sorğu-sual olunacaqdır. Həmçinin bu oyun insanı namazın vaxtından yayındırırsa qadağandır.

3. Bütün vaxtı buna sərf etməmək şərti ilə futbola baxmaq olar.

527. cavid cafarov (baki)

SUAL: seytananin vesvesesinden nece qurtarmaq olar?

CAVAB: Əs-sələmu aleykum.
Şeytanı vəsvəsələri aradan qaldırmaq üçün daima şeytandan Allaha sığınmaq ("Əuzu billahi minəş-şeytanır-racim" sözlərini demək) lazımdır. Uca Allah buyurur: “Əgər sənə Şeytandan bir vəsvəsə gəlsə (fəsad toxunsa), Allaha sığın. Şübhəsiz ki, Allah (hər şeyi) eşidəndir, biləndir!” (əl-Əraf surəsi 200-cü ayə; Fussilət surəsi 36-cı ayə).
Həmçinin “əl-İxlas”, “əl-Fələq”, “ən-Nəs” və bu kimi sünnədə varid olan surələri oxumaq lazımdır.

526. Zaka (Baki)

SUAL: Suallarin birine cavabda bildirirsiniz ki, oluye Quran oxumaq haramdir, hetta gunahdir. Lakin "oluye Quran oxumaq" dedikde ne nezerde tutulmasi mence esas meseledir. Ehli-sunne ve cemaeye mexsus turk dilinde bir kasetde eshitmishem ki, "Quran oxumaq savab oldugu uchun hemin oxunan ayelerin savabini olmush bir shexse yazmagi Allahdan dilemek olar ve bu qebul olunan duadir. Belke de bele bir emel bizde chox ifrat veziyyet aldigi ve buna gore de oz mahiyyetini deyishdiyi uchun bidetdir. Bu meseleye munasibetinizi menim e-mail unvanima da gonderseniz chox yaxshi olar.

CAVAB: Əs-sələmu aleykum.
Bəli, ölüyə pulla Quran oxumaq günahdır. Çünki, bunu nə Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm), nə də onun səhabələri etməmişlər. Əgər bu xeyirli bir əməl olsa idi ilk növbədə onu Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) edərdi. Çünki, elə bir xeyirli əməl yoxdur ki, onu Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) etməsin.

Quranı pulsuz oxumağa gəlincə bunu deyə bilərik: Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) ölünün əvəzindən həcc ziyarətini etməyi, oruc tutmağı və sədəqə verməyi öz hədislərində bildirmişdir. Lakin Quran oxuyub onun savabını ölüyə çatdırmağı bildirməmişdir. Əgər bu cür əməl caiz olsa idi Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) onu müsəlmanlara çatdırardı. Axı Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) İslam dinini tam olaraq çatdırmışdır.

Uca Allah buyurur: “Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni (Quranı) təbliğ et. Əgər (bunu) etməsən, (Allahın) risalətini (sənə həvalə etdiyik elçilik, peyğəmbərlik vəzifəsini) yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq. Həqiqətən, Allah kafir camaatı düz yola yönəltməz!” (əl-Maidə surəsi 67-ci ayə).

Bu ayə onu göstərir ki, Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) bütün risaləti insanlara çatdırmışdır. Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) çatdırdıqları içərisində də bu cür ibadət növü yoxdur. Əgər hərə özündən bir ibadət növü icad etsə onda İslam dinində bir çox ziddiyyətlər yaranar. Əslinə qalsa İslam dinində yaranan ziddiyyətlər bundan irəli gəlir.

Allah bizi dinimizə yeniliklər gətirməkdən uzaq etsin!

525. Samire (Bakı)

SUAL: Neye göre musiqiyə qulaq asmaq haramdır? Musiqi ki gözel duygular yaradır. Musiqini de insanlar üçün Allah yaratmayıbmı?

CAVAB: Əs-sələmu aleykum.
Çünki bunu uca Allah və Onun Peyğəmbəri (səllallahu aleyhi və səlləm) haram etmişdir. Musiqinin haram olmasına dair quran ayələri isə aşağıdakılardır:

- Uca Allah Qurani Kərində şeytana bel deyir: “Onlardan kimi bacarırsansa, səsinlə yerindən oynat...” (əl-İsra surəsi 64-cü ayə).

- Həmçinin musiqi barəsində uca Allah başqa bir ayədə belə buyurur:

“İnsanlar içərisində eləsi də vardır ki, nadanlığı üzündən (xalqı) Allah yolundan döndərmək və bu minvalla onu məsxərəyə qoymaq üçün mənasız sözləri satın alarlar. Məhz belələrini alçaldıcı bir əzab gözləyir.” (Loğman surəsi 6-cı ayə).

Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) səhabəsi olan İbn Məsud (Allah ondan razı olsun) bu ayələri təfsir etdikdə Allaha təkidlə and içərək belə demişdir: “Allaha and olsun ki uca Allah bu ayələrdə (şeytanın səsi və mənasız sözlər dedikdə) musiqini qəsd edir.”

Bəli musiqi zahirdən insana xoş gələ bilər və bəzi duyğular yarada bilər. Lakin bu heç də onun halal olmasına dəlalət etmir. Çünki şeytan insana haram əməlləri yaxşı göstərir ki, onu etsinlər. Uca Allah bu barədə belə demişdir:

“(İblis) dedi: "Ey Rəbbim! Məni azdırmağına (rəhmətindən kənar etməyinə) əvəz olaraq and içirəm ki, mən də (bunun müqabilində) onlara (pis əməllərini, günahlarını) yer üzündə yaxşı göstərib onların hamısını yoldan çıxaracağam!” (əl-Hicr surəsi 39-cu ayə).

Həmçinin şeytan bəzi insanlara içkini də yaxşı göstərir, lakin bu o demək deyil ki, içki halaldır.
Allahın haram olan şeyləri yaratması onların halal olmasına dəlalət etmir. Çünki o qədər halam şeylər vardır ki, onların hamısını Allah yaradıb. Lakin bu, həmin şeylərin halal olması demək deyildir. Məsələn: Uca Allah donuzu yaradıb. Lakin bu “ onu Allah yaradıbsa halaldır” – demək deyil. Əksinə uca Allah bunları yaratmışdır ki, bəndələrini onlar vasitəsi ilə sınağa çəksin.

524. Birqiz (Baki)

SUAL: Bir daha salam. Bir sualım da var. Yuxu düz çıxa bilərmi? İnsan gördüyü yuxunun düz cıxacagına inana bilərmi? Və ümümiyyətlə yuxu haqqinda nə deyə bilərsiniz? Sag olun.

CAVAB: Və aleykumus-sələm.
Bəli, yuxu hərdən düz çıxa bilər. Lakin bu hər gördüyümüz yuxunun düz çıxacağına inanacağımıza heç bir əsas vermir. Odur ki, insan, gördüyü yuxunun düz çıxacağına inanmamalı. Yuxu barəsində bunu deyə bilərik:
Yuxunu dəqiqliyi ilə yozma elmini uca Allah Yusif peyğəmbərə vermişdir. Odur ki, hal-hazırda yuxunu dəqiqliyi ilə heç kəs yoza bilməz. Çünki, yuxu yozma barəsində nə Qurani Kərimdə, nə də Peyğəmbərimizin hədislərində heç bir şey varid olmamışdır. Varid olan yalnız odur ki, insan pis yuxu gördükdə onu heç kəsə danışmamalıdır.

523. elcin (hasan)

SUAL: Assalamu aleykum.Fitreni pul sheklinde vermek ne derecede duzgundur?Pul verdikde pulu yemek-ichmeye, vacib eytiyaclarina xerclemeye de biler axi?Allah sizden razi olsun.BAYRAMINIZ DA MUBAREK.

CAVAB: Və aleykumus-sələm.
Fitrə zəkatını pulla vermək olmaz. Çünki bu zəkatı Peyğəmbərin (səllallahu aleyhi və səlləm) dövründə pulla verməzdilər. Bu zəkat un, xurma, kişmiş, düyü, buğda və başqa bu kimi ərzaq məhsullarından verilirdi. Əgər belə bir əməl düzgün olsa idi ilk növbədə onu Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) və onun ardıcılları olan səhabələr edərdilər. Biz hər bir dini məsələdə Peyğəmbərimizə tabe olmalıyıq. Uca Allah buyurur: “Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar (əmr) sahiblərinə itaət edin! Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin! Bu daha xeyirli və nəticə etibarilə daha yaxşıdır.” (ən-Nisa surəsi 59-cu ayə).
Allah sizdən də razı olsun. Biz də sizin bayramınızı təbrik edirik.

523. Naqiyev Heyder (Sumqayit)

SUAL: Sizlerde dini kitablarin satishi varmi?Varsa qiymetleri necheyedir?

CAVAB: Xeyr bizlərdə dini kitabların satışı yoxdur.
Lakn siz bu cür kitabları şəhərimizin dini kitab mağazalarından ala bilərsinz.
Bunlardan ən məşhuru "MUSLİM SHOP" dükanlar şəbəkəsidir.
Siz oradan istədiyiniz kitabları əldə edə bilərsiniz.

522. Samir Saxbazade (BAKI)

SUAL: Assalamu aleykum muselman qardas bilmek isterdim ki namazda tesehud veziyyetinde balaca barmaqi niye gore terpedirik sizden artiq derecede xais edirem bu sualin cavabin yazasiz coxsaolun allah razi olsun

CAVAB: Və aleykumus-sələm.
Təşəhhüddə işarə (şəhadət) barmağını qibləyə tərəf yönəltmək və ya onu tərpətmək müstəhəbdir. Biz bu əməli etməklə Peyğəmbərə (səllallahu aleyhi və səlləm) tabe olmuş olururq. Çünki, Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) təşəhhüddə şəhadət barmağını tərpədərdi. Abdullah İbn Ömər (Allah ondan razı olsun) rəvayət edir ki, “Peyğəmbər (səllallahu aleyhi və səlləm) təşəhhüddə barmağı ilə işarə etdikdə baş barmağını orta barmağının üzərinə qoyardı, hərdən də, bu iki barmağı dairə şəklində tutardı”, həmçinin “dua edərkən şəhadət barmağını tərpədərdi.”
Malik İbn əl-Huveyris (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (səllallahu aleyhi və səlləm) belə demişdir: “...Mənim necə namaz qıldığımı görürsünüz, siz də elə namaz qılın!...” (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir). Odur ki, biz də Peyğəmbərimizə (səllallahu aleyhi və səlləm) tabe olaraq onun qıldığı kimi namaz qılmalıyıq.

521. oxucu (baki)

SUAL: salam.meni bir sual maraqlandirir.isterdim o suala aydinliq getirerdiz.hal hazirda Klon adlanan serial gedir.O kino islami tam eks etdirir. Yoxsa bu bir texribatdi. sagolun.

CAVAB: Və aleykumus-sələm.
Bu cür filmlər islamın düşmənləri tərəfindən hazırlanmış və İslam dininə ziddir. Bu cür filmlər yalnız İslamı və müsəlmanları gözdən salmaq üçündür. Ümumiyyətlə İslam dininə görə nə şəkil, nə də kino çəkmək olmaz.

520. seymur erebov ()

SUAL: salam eleykum qardas sekilin haram olmasi baresinde cox esitmisem amma bezi elmli qardaslar resmin haram oldugunu deyirler qalmisam bele bilmirem neyleyim eger haramdisa sizin saytda sekiller var demeli sekil haram deyil.sizden xahis edirem cavabi mumkunse hedis ve ayelerle esaslandirin.allah sizlerden razi olsun

CAVAB: Və aleykumus-sələm.
Şəkil barəsində bunu deyə bilərik: Ümumiyyətlə İslam dininə görə canlı (ruhu olan) şəkili çəkmək haramdır. Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Qiyamət günü Allah dərgahında ən şiddətli əzab şəkil çəkənlərə olacaqdır.” (Bu hədisi Buxari rəvayət etmişdir).
Digər bir hədisdə isə Peyğəmbər (səllallahu aleyhi və səlləm) belə demişdir: “İçində it və şəkillər olan evə mələklər daxil olmurlar.” (Bu hədisi də Buxari rəvayət etmişdir).
Peyğəmbər Bu sözləri özündən demir. Onun dediklərinin hamısı Allah tərəfindəndir. Uca Allah buyurur: “Batmaqda olan ulduza (Sürəyya ulduzuna) and olsun ki; Sizin yoldaşınız (Muhəmməd əleyhissəlam) nə haqq yoldan sapmış, nə də azmışdır! O, kefi istəyəni (havadan) danışmır. Bu, ancaq (Allah dərgahından) nazil olan bir vəhydir.” (ən-Nəcm surəsi 1; 2; 3 və 4-cü ayələr).
Uca Allah həmçinin Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) əmrlərinə və qadağalarına riayət etməyi də bizə əmr etmişdir. Uca Allah buyurur: “Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin!” (əl-Həşr surəsi 7-ci ayə).
Başqa bir ayədə isə belə buyurur: “Allaha və Peyğəmbərə itaət edin. Əgər (itaətdən) boyun qaçırsanız, bilin ki, Peyğəmbərimizin vəzifəsi yalnız açıq bir təbliğdir (Quranı açıq-aydın təbliğ etməkdir).” (əl-Maidə surəsi 92-ci ayə).
Digər bir ayədə isə belə buyurur: “Ey iman gətirənlər! Allaha itaət edin, Peyğəmbərə itaət edin və (şəkk-şübhə, riya, küfr və nifaq kimi şeylərlə) əməllərinizi puça çıxartmayın!” (Muhəmməd surəsi 33-cü ayə).
Uca Allah Peyğəmbərimizin əmrlərinə qarşı çıxanrarı hədələyərək belə demişdir: “...Onun (Peyğəmbərin) əmrinə qarşı çıxanlar başlarına gələcək bir bəladan, yaxud düçar olacaqları şiddətli bir əzabdan həzər etsinlər!” (ən-Nur surəsi 63-cü ayə).
Lakin, ruhu olmayan əşyaların şəkilini çəkmər caizdir. Bu barədə də İbn Abbasdan (Allah ondan razı olsun) hədis varid olmuşdur.

519. Teymur Alakbarov (Baki)

SUAL: Assalamu alekum! Gardashlarim man islamda olmusham hagigati tapmadigim (yani sunna sa shia gardashlarimizin tafigasi naticasinda) uchun ibadatdan kenarlashmisham. Xahish ediram yani shiada sahv chodur? Yoxsa onlar menasiz ibadet edirler. Axi bazi sunna gardashlarimiz onlari tanqid edirlar. Deyirlar siz cehalele meshgulsunuz. Assalamu alekum va Rahmatulla! Avvalcadan minnatdaram.

CAVAB: Və aleykumus-sələm.
Sünni-şiyə sözünün kökü Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) vəfatından bir müddət sonra yaranmışdır. O vaxta qədər nə sünni, nə də şiyə firqələri yaranmamışdır. Həmçinin heç kəs özünü nə sünni, nə də şiyə adlandırmırdı. Hamı özünü Allahın adlandırdığı kimi müsəlman adlandırırdı. Həmçinin uca Allah da bizə başqa bir ad deyil, əksinə müsəlman adı vermişdir.
Uca Allah buyurur: “(Ey möminlər!) Allah yolunda layiqincə cihad edin. O (Öz dini üçün) sizi seçdi və dində sizin üçün heç bir çətinlik yeri qoymadı - atanız İbrahimin dini (dinində olduğu) kimi. (Ey Muhəmməd ümməti!) Allah bundan (Quran nazil olmamışdan) əvvəl də, bunda (Quranda) da sizə müsəlman adını verdi ki, (qiyamət günü) Peyğəmbər (dinin təbliği, sizin ona iman gətirməyiniz, itaət etməyiniz barədə) sizə, siz də (əvvəlki peyğəmbərlərin Allahın hökmlərini öz ümmətlərinə çatdırdıqları halda) insanlara şahid olasınız. Elə isə (vaxtlı-vaxtında) namaz qılın, zəkat verin və Allaha sığının. (Allah) sizin ixtiyar sahibinizdir. O nə yaxşı ixtiyar sahibi, necə də gözəl imdada yetəndir!” (əl-Həcc surəsi 78-ci ayə).
Elə isə biz özümüzə nə üçün müsəlman adından qeyri adlar verməliyik. Həmçinin hərə özünə bir ad götürsə onda müsəlmanlar arasında parçalanmalar meydana gələr.
Müsəlmanları parçalamaq üçün onların arasına ilk dəfə şiyə sözünü salan yəhudu Abdullah İbn Səba olmuşdur. Bunu etməkdə onun məqsədi müsəlmanları parçalamaq olmuşdur.
Əziz qardaşım, həmçinin İslam dinində məzhəbçiliyə yol vermək də düzgün deyildir. Çünki, məzhəbçiliyə yol vermək müsəlmanları parçalayır. Bizdən əvvəlki ümmətləri də parçalayan səbəb elə bu olmuşdur. Uca Allah buyurur: “(Ya Rəsulum!) Şübhəsiz ki, sənin firqə-firqə olub dinini parçalayanlarla heç bir əlaqən yoxdur. Onların işi Allaha qalmışdır. (Allah) sonra (qiyamətdə) onlara nə etdiklərini bildirəcəkdir!” (əl-Ənam surəsi 159-cu ayə).
Uca Allah bizə hər hansı bir məzhəbə tabe olmağı əmr etməmişdir. Allah bizə yalnız Özünə (yəni Qurani Kərimdəki əmrlərinə) və Peyğəmbərinə (səllallahu aleyhi və səlləm) (yəni onun hədislərinə) tabe olmağı əmr etmişdir. Elə haqq yolu da budur. Bu barədə uca Allah Qurani Kərimdə bir çox ayələr nazil etmişdir.
Uca Allah buyurur: “Allaha və Peyğəmbərə itaət edin. Əgər (itaətdən) boyun qaçırsanız, bilin ki, Peyğəmbərimizin vəzifəsi yalnız açıq bir təbliğdir (Quranı açıq-aydın təbliğ etməkdir).” (əl-Maidə surəsi 92-ci ayə).
Başqa bir ayədə isə belə buyurur: “Ey iman gətirənlər! Allaha itaət edin, Peyğəmbərə itaət edin və (şəkk-şübhə, riya, küfr və nifaq kimi şeylərlə) əməllərinizi puça çıxartmayın!” (Muhəmməd surəsi 33-cü ayə). Lakin qeyd etmək istəyirəm ki, İslamın düşmənləri müsəlmanları parçalamaq üçün Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) adından bir çox yalan hədislər uydurmuşlar. Odur ki, kim Allaha və Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) səhih hədislərinə tabe olarsa haqq yolunu tapmış olar və Cənnətdə Allahın nemət verdiyi peyğəmbərləri, siddiqləri, şəhidləri və saleh insanlarlı ilə birgə olacaq.
Bu barədə uca Allah buyurur: “Allaha və Peyğəmbərə itaət edənlər (axirətdə) Allahın nemətlər verdiyi nəbilər (peyğəmbərlər), siddiqlər (tamamilə doğru danışanlar, etiqadı dürüst, peyğəmbərləri hamıdan əvvəl təsdiq edən şəxslər), şəhidlər və salehlərlə (yaxşı əməl sahibləriylə) bir yerdə olacaqlar. Onlar necə də gözəl yoldaşlardır!” (ən-Nisa surəsi 69-cu ayə).
Allahdan istəyirik ki, hamımızı Allaha və Peyğəmbərinə (səllallahu aleyhi və səlləm) itaət edənlərdən etsin! Amin!!! Sizə məsləhətimiz budur ki, istər ibadətdə, istər də dünya işlərində hər hansı bir əməli yerinə yetirmək istədikdə Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) etdiyi kimi edin. Çünki, uca Allah Peyğəmbərimizi insanlar üçün bir nümunə, örnək olaraq göndərmişdir.
Uca Allah buyurur: “Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!” (əl-Əhzab surəsi 21-ci ayə).
Möhürlə namaz qılmağa gəlincə onu qeyd edə bilərik ki, Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) möhürsüz namaz qılmışdır. Elə ona görə də möhürlə namaz qılmaq dində yenilikdir. Uca Allah bizim dinimizi tamamladıqdan sonra bu dinə edilən əlavələr rədd olunur. Uca Allah əl-Maidə surəsinin 3-cü ayəsində belə buyurur: “...Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim...” Həmçinin Peyğəmbər (səllallahu aleyhi və səlləm) belə demişdir: “Bizim işimizə [dinimizə] müvafiq olmayan bir əməl edən kimsənin etdiyi əməl rədd edilir.” (Bu hədisi Muslim rəvayət etmişdir). Bu hədis onu göstərir ki, kim dinə yeni bir şey gətirərsə o əməl ondan qəbul olunmaz.
Odur ki, kim Allahın kitabından və Peyğəmbərimizin sünnəsindən (yəni hədislərindən) dəlil və sübut gətirirsə ona tabe olun. Allah bütün müsəlmanları doğru yola yönəltsin! Amin!!!
Və aleykumus-ələmu və rahmətullahi və bərakətuhu.

518. vusal memmedov (sizi cox sevdim sizinle elaqe yaratmaq isterem)

SUAL: bilirsiz men sizin saytda foto qalereyaya baxanda hemishe qelbimde aglamaq gelir hal hazirda telebeyem ama inanin bu yerlerde olmaq isterem en boyuk arzumdur sadece bunu8 sizinle bolushmek istedim belke men komek ede bilersizzz

CAVAB: Əs-sələmu aleykum.
Biz bacardığımız qədər sizə kömək etməyə hazırıq. Lakin bununla yanaşı dua edirik ki, Allah sizə hər bir saleh əməlinizin həyata keçməsində kömək olsun! Amin!!!

517. V-Azer (Baki)

SUAL: salam aleykum gardashlar.
1. namazda her surelerden gabag besmele vacibdir ya yox?
2.isha namazinin vaxti ne gederdir?
3.menle gohumlarim arasinda cox vaxt mubahise dushur dine aid mende ehli sunne olarag onlarla guran ayeleri ve hedislerle basha salmaga calishiram.cox vaxt alinir.sual beledir:mubahise duzgundur ya yox?cox sag olun salam aleykum.

CAVAB: Və aleykumus-sələm.
1. Namazda hər surədən öncə “Bismilləh…” demək müstəhəbdir.
2. İşa namazının vaxtı gecənin yarısına kimidir.
3. Bəli, haqqı üzərə çıxarmaq üçün gözəl surətdə mübahisə düzgündür. Uca Allah buyurur: “(Ya Rəsulum!) İnsanları hikmətlə (Quranla, tutarlı dəlillərlə), gözəl öyüd-nəsihət (moizə) ilə Rəbbinin yoluna (islama) dəvət et, onlarla ən gözəl surətdə (şirin dillə, mehribanlıqla, əqli səviyyələrinə müvafiq şəkildə) mübahisə et. Həqiqətən, Rəbbin yolundan azanları da, doğru yolda olanları da daha yaxşı tanıyır!” (ən-Nəhl surəsi 125-ci ayə).
Lakin bu mübahisə zamanı yalnız Allahın (yəni Onun kitabının) və Onun Rəsulunun dediklərinə əsaslanmalısınız. Uca Allah buyurur: “Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar (əmr) sahiblərinə itaət edin! Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin! Bu daha xeyirli və nəticə etibarilə daha yaxşıdır.” (ən-Nisa surəsi 59-cu ayə).

516. sevda (baku)

SUAL: Salam. Bayramınız mübarek.Size bir sualım var. Men namaz qılanda Allahin mübarek adlarını yavaşdan deyirem. Bilmek isterdim, bu düzgündür. Sağ olun

CAVAB: Və aleykumus-sələm. Biz də sizi Ramazan bayramı münasibəti ilə təbrik edirik. Allah sizin namazınızı və digər ibadətlərinizi qəbul etsin! Amin!!!
Əgər namaz zamanı səcdədə, təşəhhüddə və s. bu kimi dua ediləsi yerlərdə Allahın adlarını deyib bu adlar vasitəsi ilə Ondan nə isə istəyirsinizsə, onda bu caizdir. Lakin heç bir səbəb olmadan bunu edirsinizsə, (yəni, namazda sadəcə olaraq Allahın adlarını deyirsinizsə) bu düzgün deyildir.

515. babayeva rena (baki)

SUAL: Salam aleykum.Bagislayin ki,sizi narahat edirem.Evvela Ramazan bayrami munasibetile haminizi tebrik edirem.Allah orucunuzu,ibadetlerinizi qebul etsin.Size bele 1 sualla muraciet etmek isteyirem.Sizden cox xahis edirem ki,sualimi cavablandirasiniz.Is orasindadir ki,bilmirem niye,hacan Allaha dua edirem,hacan gunahlarimin bagislanmasini dileyirem bunu nedense sanki semimi qelbden etmirem.Oruc tuturam,hal hazirda atamdan gizli de olsa namaz qilmagi oyrenirem,ozum gunahlardan bacardigim qeder qorunuram.Amma,qurban olum Allaha,bunu sanki semimiyyetsiz edirem.Niye bele olur?Belke seytan meni yoldan cixarir?Seytanin vesveselerinden nece qorunum?Sizin cavabiniza cox ehtiyacim var.Hal hazirda bu fikirler meni rahat buraxmir.Komek edin mene.Cox sag olun,Allah sizden razi olsun.

CAVAB: Və aleykumus-sələm. Biz də Ramazan bayramı münasibəti ilə sizi təbrik edirik. Allah sizin də ibadətlərinizi qəbul etsin! Amin!!!
Duanın qəbul olma səbəblərindən ən başlıcası ixlasdır (səmimiyyətdir). Dua edən şəxs Allaha tam ixlasla dua etməli və yəqinliklə bilməlidir ki, onun duası qəbul olacaqdır. Duanın qəbul olması o demək deyil ki, Allah istədiyin şeyi bu dünyada mütlək verəcəkdir. Duanın qəbul olması o deməkdir ki, uca Allah sizə 3 şeydən birini verəcəkdir:
- İstədiyiniz şeyi ya bu dünyada verəcək;
- ya onun əvəzini axirətdə verəcək;
- ya da həmin dua vasitəsilə sizin başınıza gələcək bəlaları sizdən dəf edəcəkdir.
Odur ki, dua edən şəxs yəqinliklə bilməlidir ki, Allah ona bu 3 şeydən birini mütlək merəcəkdir. Əgər həmin şəxs buna yəqinliklə inanarsa onda dualarında səmimi ola bilər.
Həmçinin şeytanı vəsvəsələri aradan qaldırmaq üçün daima şeytandan Allaha sığınmaq ("Əuzu billahi minəş-şeytanır-racim" sözlərini demək) lazımdır. Uca Allah buyurur: “Əgər sənə şeytandan bir vəsvəsə gəlsə (fəsad toxunsa), Allaha sığın. Şübhəsiz ki, Allah (hər şeyi) eşidəndir, biləndir! (əl-Əraf surəsi 200-cü ayə; Fussilət surəsi 36-cı ayə).
O ki qaldı namaz qılmağa, sizə məsləhətimiz budur ki, buna tezliklə başlayın. Namaz qılmaq hər bir həddi-buluğa çatmış müsəlmanın borcudur. Allahdan istəyirik ki, sizi şeytandan və onun vəsvəsələrindən uzaq etsin, sizi haqq yolunda axıracan sabit etsin və Qiyamət günü nicat tapanlardan etsin! Amin!!!


514. Ferhad Aliyev (Baki)

SUAL: Essalamaleykum.Qardash bu gunden etibaren Shevval ayinin 6 gunu oruc tutmaq olarmi? Deyirler ki, bes bayram 3 gundur? men artiq tutmusham, amma bilmirem ne edim. mumkunse tez cavab yazin!!! Allah razi olsun!!!

CAVAB: Və aleykumus-sələm.
Ramazan bayramı gününün səhəri günü şəvval ayının orucunu başlamaq olar. Çünki, əsl bayram günü bir gündür. Odur ki, sizin orucunuz səhihdir. Allah sizdən də razı olsun!

513. ()

SUAL: salam alekyum
spirtli etriyyat mallari satmagin hokmu nedir?beyenilmir yoxsa haramdir?xahish edirem etrafli cavab yazin

CAVAB: Və aleykumus-sələm.
Spirtli ətrlərdən istifadə etmək və onları satmaq caizdir. Spirtli ətrlərin haram olması barədə heç bir dəlil yoxdur.

512. Fuad ()

SUAL: ES Salamu Aleykum
1)Ramazanin son gunu gunorta vaxti bezi qardashlar dediler ki, orucu acmaq lazimdir, saxlamaq gunahdir, men de onlara inanib orucu tez acdim. Sonra eshitdim ki, bu duzgun deyil.Siz nece etmisiniz? Men bu orucun qezasini tutmaliyam?
2)deyilir ki, Shevval ayinda 6 gun oruc tutmaq hedis var.
Bu oruc dalbadal tutulmalidir?Indiden bashlamaq olar? Qeza varsa nece etmeli?

CAVAB: Və aleykumus-sələm.
1. Bu məsələ Ramazan ayının sonunda ayın görünüb-görünməməsi ilə əlaqədar meydana çıxmışdır. Odur ki, bu barədə alimlər müxtəlif rəydədirlər.
- Bəzi alimlərin fikrincə ayın bir yerdə görünməsi bütün dünyaya aiddir. Odur ki, harada olmasından asılı olmayaraq ay görünərsə bütün müsəlmanlar oruclarını açmalıdırlar. Bu barədə Peyğəmbərdən (səllallahu aleyhi və səlləm) hədis varid olmuşdur. Odur ki, kimbu rəyi götürüb həmin günü orucunu açarsa, ona heç bir qəza vacib deyildir. Siz də bu rəyə əməl etdiyiniz üçün qəza tutmalı deyilsiniz.
- Bəzi alimləin fikrincə də ayın bir yerdə görünməsi bütün müsəlmanlara aid deyildir. Gərək hər kəs öz yaşadığı yerdə ayı görsün. Bu alimlər də səhabələrin fikrinə əsaslanırlar. Çünki, bəzi səhabələrdən bu cür fikir varid olmuşdur. Odur ki, kim bu rəyə üstünlük verib həmin günü oruc tutarsa, onun orucu səhihdir.
Bu cür mübahisəli məsələlərdə gərək heç kəs, heç kəsə irad tutmasın.
2. Bəli şəvval ayının 6 gününü oruc tutmaq barəsində hədis vardır. Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) demişdir: “Kim Ramazan ayını oruc tutarsa və onun ardınca şəvval ayından 6 gün də oruc tutarsa bütün ili oruc tutmuş kimidir.” (Bu hədisi Muslim və başqaları rəvayət etmişdir).
Odur ki, bu orucu şəvval ayının istənilən günündə tuta bilərsiniz. Bu orucu dalbadal tutmaq şərt deyildir.
Əgər qəzaları tutduqdan sonra şəvval ayının 6 gününü tutmağa vaxt qalacaqsa, onda öncə gəza oruclarını tutmaq daha əfzəldir. Qəza oruclarından sonra isə şəvval ayının 6 gününü tutarsınız. Əgər qəza oruclarını tutsanız şəvval ayının 6 gününü tutmağa vaxt qalmayacaqsa, onda öncə şəvval ayının 6 gününü tutmaq daha əfzəldir.

511. Asif ()

SUAL: Salam Aleykum
Ola bilermi ki, insan namaz qilsin, butun ibadetleri yerine yetirsin, amma ozu de bilmeden heyatda bezi kicik meselelerde allaha sherik qoshsun.Biz fikir vermediyimiz gunahlar haqqinda kitab hardan tapmaq olar?

CAVAB: Və aleykumus-sələm.
Bəli, insan bilmədən də kiçik şirk edə bilər. On agörə də hər bir şəxs bilərəkdən və bilməyərəkdən etdiyi günahlara görə Allahdan bağışlanma diləməlidir. Peyğəmbərimiz daima belə dua edərdi: “Allahummə inniy əuzu bikə ən uşrikə bikə və ənə ə'ləmu, və əstəğfirukə limə lə ə'ləmu.” (Bu hədisi imam Əhməd və başqaları rəvayət etmişdir).
Duanın tərcüməsi: Allahım! Bilərəkdən Sənə şərik qoşmaqdan Sənə sığınıram. Bilmədən belə iş etsəm, Səndən bağışlanma diləyirəm!

509. Namiq (Baki)

SUAL: Assalamu Aleikum Wa Rahmatullahi Wa Barakatuhu!
Ramazan Bayrami gununden sonra hemen Shawwalin orucuna bashlamaq olarmi???, yosxa 3 gun kechmelidir(Ramazan bayrami gunu daxil)???
Evvelceden minnetdaram

CAVAB: Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.
Ramazan bayramı gününün səhəri günü şəvval ayının orucunu başlamaq olar. Çünki, əsl bayram günü bir gündür.

508. Abu-Hasan (Baki)

SUAL: Assalmu Aleykum ua Rahmatullahi ua Barakatuhu. Allah budut musulmanlarin orucunu gebul etsin. Allah elm telebelerine sebr versin. Allah onlardan razi olsun InshaAllah. Ramazan bayrmimiz mubarek!
Ya ahi! Sualim beledir
Medineli Allame Muhammed B. Resul El- Huseyni El Berzenci, Kiyamet Alametleri
Bu kitab ve bu kitabin muallifine e`tibar etmek olarmi?
Vassalamu Aleykum ua rahmatullahi ua Barakatuhu

CAVAB: Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu. Allah sizdən də razı olsun.
“Qiyamətin əlamətləri” barəsində müxtəlif kitablar yazılmışdır. Odur ki, bu Alim barəsində heç bir məlumatımız yoxdur.
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.

507. cavid (baki)

SUAL: assalamualaikum,
ramazan bayraminiz mubarek olsun!
sualim beledir: hamamda bedenin her yerini islatmagla chimdikden sonra namaz gilmag olarmi ,yeni bu destemazi evez edirmi? evvelceden teshekkur edirem.

CAVAB: Və aleykumus-sələm. Sizin də bayramınız mübarək!
Bəli, bu cür qüsul almaq dəstəmazı əvəz edir.

506. Muradov Elmeddin Shirin oglu (Sumqayit)

SUAL: Esselamu aleykum.Siz shiye-sunni meselesine nece baxirsiniz.Bu mesele ne vaxtdan beri yayilmishdir?

CAVAB: Və aleykumus-sələm.
Sünni-şiyə sözünün kökü Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) vəfatından bir müddət sonra yaranmışdır. O vaxta qədər nə sünni, nə də şiyə firqələri yaranmamışdır. Həmçinin heç kəs özünü nə sünni, nə də şiyə adlandırmırdı. Hamı özünü Allahın adlandırdığı kimi müsəlman adlandırırdı. Həmçinin uca Allah da bizə başqa bir ad deyil, əksinə müsəlman adı vermişdir.
Uca Allah buyurur: “(Ey möminlər!) Allah yolunda layiqincə cihad edin. O (Öz dini üçün) sizi seçdi və dində sizin üçün heç bir çətinlik yeri qoymadı - atanız İbrahimin dini (dinində olduğu) kimi. (Ey Muhəmməd ümməti!) Allah bundan (Quran nazil olmamışdan) əvvəl də, bunda (Quranda) da sizə müsəlman adını verdi ki, (qiyamət günü) Peyğəmbər (dinin təbliği, sizin ona iman gətirməyiniz, itaət etməyiniz barədə) sizə, siz də (əvvəlki peyğəmbərlərin Allahın hökmlərini öz ümmətlərinə çatdırdıqları halda) insanlara şahid olasınız. Elə isə (vaxtlı-vaxtında) namaz qılın, zəkat verin və Allaha sığının. (Allah) sizin ixtiyar sahibinizdir. O nə yaxşı ixtiyar sahibi, necə də gözəl imdada yetəndir!” (əl-Həcc surəsi 78-ci ayə).
Elə isə biz özümüzə nə üçün müsəlman adından qeyri adlar verməliyik. Həmçinin hərə özünə bir ad götürsə onda müsəlmanlar arasında parçalanmalar meydana gələr.
Müsəlmanları parçalamaq üçün onların arasına ilk dəfə şiyə sözünü salan yəhudu Abdullah İbn Səba olmuşdur. Bunu etməkdə onun məqsədi müsəlmanları parçalamaq olmuşdur.
Hər bir müsəlman haqq yolunu bilmək istəyirsə yalnız Allaha və Onun Peyğəmbərinin SƏHİH hədislərinə tabe olmalıdır.
Bu barədə uca Allah Qurani Kərimdə bir çox ayələr nazil etmişdir. Uca Allah buyurur: “Allaha və Peyğəmbərə itaət edin. Əgər (itaətdən) boyun qaçırsanız, bilin ki, Peyğəmbərimizin vəzifəsi yalnız açıq bir təbliğdir (Quranı açıq-aydın təbliğ etməkdir).” (əl-Maidə surəsi 92-ci ayə).
Başqa bir ayədə isə belə buyurur: “Ey iman gətirənlər! Allaha itaət edin, Peyğəmbərə itaət edin və (şəkk-şübhə, riya, küfr və nifaq kimi şeylərlə) əməllərinizi puça çıxartmayın!” (Muhəmməd surəsi 33-cü ayə).
Lakin qeyd etmək istəyirəm ki, İslamın düşmənləri müsəlmanları parçalamaq üçün Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) adından bir çox yalan hədislər uydurmuşlar. Odur ki, kim Allaha və Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) yalnız səhih hədislərinə tabe olarsa haqq yolunu tapmış olar və Cənnətdə Allahın nemət verdiyi peyğəmbərləri, siddiqləri, şəhidləri və saleh insanlarlı ilə birgə olacaq.
Bu barədə uca Allah buyurur: “Allaha və Peyğəmbərə itaət edənlər (axirətdə) Allahın nemətlər verdiyi nəbilər (peyğəmbərlər), siddiqlər (tamamilə doğru danışanlar, etiqadı dürüst, peyğəmbərləri hamıdan əvvəl təsdiq edən şəxslər), şəhidlər və salehlərlə (yaxşı əməl sahibləriylə) bir yerdə olacaqlar. Onlar necə də gözəl yoldaşlardır!” (ən-Nisa surəsi 69-cu ayə).
Allahdan istəyirik ki, hamımızı Allaha və Peyğəmbərinə (səllallahu aleyhi və səlləm) itaət edənlərdən etsin! Amin!!!
Sizə də məsləhətimiz budur ki, istər ibadətdə, istər də dünya işlərində hər hansı bir əməli yerinə yetirmək istədikdə Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) etdiyi kimi edin. Çünki, uca Allah Peyğəmbərimizi insanlar üçün bir nümunə, örnək olaraq göndərmişdir. Uca Allah buyurur: “Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!” (əl-Əhzab surəsi 21-ci ayə). Allah bütün müsəlmanları doğru yola yönəltsin.


505. ()

SUAL: 14-NOYABIR GINORTAYA QADARDIR?

CAVAB: Əs-sələmu aleykum.
Xeyr, 14 noyabr bütünlüklə bayram günüdür. Odur ki, həmin gün ərzində oruc tutmaq haramdır.

504. Emin (Baki)

SUAL: meni bir nece sual narahat edir:
1) Qurani Kerimde olan veya hedislerde olan bezi hokmler indki zamanla uygun gelmir. mes.
a-Shekil cekmek-men ishguzar fealiyyetle elaqeder coxlu sayda shekil cekdirirem. ve ya ailemle, dostlarimla shekil cekdirirem. bunun hech neye ziyani yoxdur. ozunu bele sheylerden tecrid edenler de musasir dovre uygunlasha bilmirler.
b-ogurluq eden adamin sag elinin kesilmesi. mence indiki zamanda bu vehsilik olardi. gelin etiraf edek ki, dushunce terzi ve cemiyyetin inkishafi 7 ci esr Erebistanindan cox ferqlidir indi.
c-saqqal saxlamaq. uzun saqqalli adamlar indiki dovrde hech de her yerde simpatiya ile qarshilashmirlar.
Bundan bashqa men Qurani Kerimi oxuyuram sizin verdiyiniz saytdan (Allah razi olsun) ve bele qerara gelmishem ki Quran insanin Allahi tanimasi ucun bir istiqametdir. Quranda elmi keshfler ucun hech ne yoxdur (dunyanin Allahi terəfinden yaranmasindan bashqa- bu da en boyuk keshfdir). Mence o insanlar ki Quranda elmi keshf axtarirlar yanilirlar. Guya orda atomlardan, yerin geoloji qurulushunda behs olunur. Allahin elmi o qeder yuksekdir ki, onlar bir kitaba sigmaz. adice yarpaqin qurulusuna aid qalaq qalaq kitablar yazilib. Ve Allahin Qurani Kerimi yer uzune gondermeyinde meqsed insanlarla nece deyerler "Kontrakt" imzalamqdir. Yeni orda Allah insanin bu dunyaya imtahana gelmesi, xeyir emeller ishlemesi ve s tovsuyye olunur. Buna gore menim geldiyim qenaet beledir ki, Qurani dovlet idareciliyi, herbi, iqtisadiyyat, huquqi qanunlar ve s.da istifade etmek dogru deyildir. Cunki dovr deyishib ve Allahin yaratdigi dunyada her dovrde muxtelif hadiseler bash verir. Deyishmeyen tek shey var- Allahin movcudlugu, onun dunyani , insanlari yaratmasi fakti, ve qiyamet gununun olacagi. Bunlari qebul eden shexs istenilen dovrde duzgun yoldadir. Cunki Allah Quranda buyurub ki : "Dinde ifrata varmayin"
Xahish edirem menim fikirlerimde ne qeder sehv ve ne qeder duz punktlar oldugunu mene bildirin. Bu menim uchun cox vacibdir ve icimdeki sixintilarin getmesi ucun sizden tutarli cavab gozleyirem.
Teshekkurler.

CAVAB: Əs-sələmu aleykum.
Uca Allah cinləri və insanları yalnız ona ibadət etmək üçün yaratmışdır. Uca Allah buyurur: “Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!” (əz-Zariyat surəsi 56-cı ayə).
Bəs ibadət nə deməkdir? “İbadət” – Allahın sevib razı qaldığı zahiri və batini sözlərin və əməllərin toplumudur. İnsan Allahın bütün əmrlərini yerinə yetirməklə və qadağalarının hamısından çəkinməklə Allaha ibadət etmiş olur.
Odur ki, insan hər bir işdə Allaha və Onun rəsuluna dönməlidir. Yəni hər bir məsələdə Allahı və Onun rəsulunu hakim təyin etməlidir. Uca Allah buyurur: “Amma, xeyr! (Ya Rəsulum!) Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim (münsif) təyin etməyincə və verdiyi hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam bir itaətlə boyun əyməyincə, (həqiqi surətdə) iman gətirmiş olmazlar.” (ən-Nisa surəsi 65-ci ayə).
Bu ayə onu göstərir ki, həqiqi mömin odur ki, hər bir məsələdə Allahı və Onun rəsulunu hakim təyin etsin. Eləcə də insan bəzi məsələlərdə Allahın dedikləri ilə, bəzilərində isə cahiliyyə dövründəki hökmlərlə hökm verməməlidir. Uca Allah buyurur: “Onlar Cahiliyyət dövrünün hökmünümü istəyirlər? Tam qənaət sahibi olan bir camaat üçün Allahdan daha yaxşı hökm verə bilən kimdir?!” (əl-Maidə surəsi 50-ci ayə).
Həmçinin Allahın hökmlərindən hansının indiki dövrdə keçərli, hansının keçərsiz olduğunu kimlər təyin etməlidir? Allahın hökmlərini bu cür təyin edən şəxslər Allahımı mühakimə edirlər? Yoxsa özlərini Allahdan daha elmli hesab edirlər? Allah bu cür pis sifətlərdən pak və uzaqdır. Allahın hökmü Qiyamətə qədər keçərlidir. Bunu yalnız həqiqi möminlər və ağıl sahibləri dərk edirlər. Həqiqi möminlər o kəslərdir ki, Allah və Onun rəsulu nəyi əmr edirsə onu da yerinə yetirər və eşidib itaət etdik deyərlər. Uca Allah buyurur: “Aralarında hökm vermək üçün Allahın (Allahın kitabının) və Peyğəmbərinin yanına çağırıldıqları zaman möminlərin sözü ancaq: "Eşitdik və itaət etdik!" - deməkdən ibarətdir. Nicat tapanlar da məhz onlardır! Allaha və Onun Peyğəmbərinə itaət edənlər, Allahdan qorxub çəkinənlər - məhz belələri uğura çatanlardır (əbədi səadətə - Cənnətə qovuşanlardır).” (ən-Nur surəsi 51-ci və 52-ci ayələr).
Bu ayə onu göstərir ki, mömin o şəxsdir ki, Allahın əmrlərinin hansının haqq, hansınınsa nahaqq olduğunu araşdırmırlar. Əksinə onlar Allahdan və ya Onun rəsulundan bir əmr eşitdikdə "Eşitdik və itaət etdik!" - deyərlər. Qeriləri isə Allahın əmrlərinin hansının haqq, hansınınsa nahaqq olduğunu araşdırmağa çalışırlar. Məgər Allah dedikləri yalnız haqq deyilmi. Uca Allah buyurur: “Göyləri və yeri haqq olaraq yaradan Odur. Onun: "Ol!" deyəcəyi gün (hər şey) dərhal olar. Onun sözü haqdır. Surun (İsrafilin surunun) çalınacağı gün hökm Onundur. Qeybi və aşkarı bilən də Odur. O, hikmət sahibidir, (hər şeydən) xəbərdardır! (əl-Ənam surəsi 73-cü ayə).
Bu cür əməl münafiqlərin əməlidir. Uca Allah buyurur: “Həqiqətən, Biz (hökmlərimizi, halal və haram buyurduqlarımızı, haqq yolu) açıq-aydın (bildirən) ayələr nazil etdik. Allah dilədiyini doğru yola (islam dininə) yönəldər. (Münafiqlər: ) "Allaha, Peyğəmbərə iman gətirdik, itaət etdik!" - deyər, bundan sonra isə onlardan bir dəstə (Peyğəmbərdən) üz çevirər. Belələri mömin deyillər. (Münafiqlər) aralarında hökm etmək üçün Allahın (Allahın kitabının) və Peyğəmbərinin yanına çağırıldıqda onlardan bir dəstə (onun yanına gəlməkdən, haqqa boyun qoymaqdan) dərhal üz çevirər. Əgər haqq onların tərəfində olsa, itaət edib (tez) onun yanına gələrlər. (ən-Nur surəsi 46; 47; 48 və 49-cu ayələr).
Uca Allah başqa bir ayədə də belə buyurur: “Allah sizə Kitabı (Quranı) müfəssəl surətdə nazil etdiyi halda, mən (haqq ilə batili ayırd etmək üçün) Ondan başqasınımı özümə hakim istəməliyəm?! Kitab verilmiş şəxslər Quranın sənin Rəbbindən haqq olaraq nazil edildiyini bilirlər. Sən şübhəyə düşənlərdən olma! (Ya Rəsulum!) Rəbbinin sözü düzgün və ədalətli şəkildə tamam oldu. Onun sözlərini dəyişdirə biləcək bir kimsə yoxdur. O, (hər şeyi) eşidəndir, biləndir! Əgər yer üzündə olanların çoxuna itaət etsən, onlar səni Allahın yolundan azdırarlar. Onlar ancaq zənnə uyar və ancaq yalan danışarlar!” (əl-Ənam surəsi 114; 115 və 116-cı ayələr).
Bu ayələrin hamısı onu göstərir ki, göylərdə və yerdə bütün hökm Allaha məxsusdur. Uca Allah buyurur: “Göylərin və yerin hökmü Allahındır. Axır dönüş də Allahadır!” (ən-Nur surəsi 42-ci ayə).
Odur ki, hər bir zamanda Allahın nazil etdiyi kitabla hökm vermək lazımdır. Şeytanın vəsvəsələrinə uymaq lazım deyildir. Uca Allah buyurur: “(Ya Rəsulum!) O halda onların arasında Allahın nazil etdiyi Kitabla hökm et. Onların nəfslərinin istədiyinə uyma. Allahın sənə nazil etdiyinin (hökmlərin) bir qismindən səni tovlayıb yayındıra biləcəklərindən ehtiyat edib özünü onlardan gözlə. Əgər onlar (bu hökmlərdən) üz döndərsələr, bil ki, Allah onları bəzi günahlarına görə müsibətə düçar etmək istəyir. Doğrudan da, insanların çoxu (Allahın itaətindən çıxmış) fasiqlərdir!” (əl-Maidə surəsi 49-cu ayə).
Sizə bir sualımız da vardır: Allahın hökmlərindən hansının indiki dövdə gərəkli, hansının da gərəksiz olduğunu söyləyən şəxslər bunu hansı dəlilə (ayə və ya hədisə) əsasən söyləyirlər? Yoxsa onlar hər şeyi öz ağılları ilə ölçürlər və ya öz nəfslərinə uyurlar?! Uca Allah öz nəfsinə uyan şəxslər barəsində belə demişdir: “(Ya Peyğəmbər!) Nəfsini özünə tanrı edən və Allahın bilərəkdən (onu hələ yaratmamışdan gələcəkdə kafir olacağını bildiyi üçün) yoldan çıxartdığı, qulağını və qəlbini möhürlədiyi, gözünə də pərdə çəkdiyi kimsəni gördünmü? Allahdan başqa kim onu doğru yola sala bilər?! Məgər düşünüb ibrət almırsınız?” (əl-Casiyə surəsi 23-cü ayə).
Digər ayədə isə belə buyurur: “(Ya Rəsulum!) Nəfsini özünə tanrı edəni gördünmü? Onun vəkili (zamini) sənmi olacaqsan? Yoxsa elə güman edirsən ki, onların əksəriyyəti (sən deyən sözü) eşidəcək və ya (ağıllı-başlı) fikirləşəcək? Onlar heyvan kimidirlər, bəlkə, ondan daha çox zəlalət yolundadırlar.” (əl-Furqan surəsi 43-cü və 44-cü ayələr).
Uca Allah həmçinin Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) də əmrlərinə və qadağalarına riayət etməyi bizə əmr etmişdir. Uca Allah buyurur: “Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin!” (əl-Həşr surəsi 7-ci ayə).
Başqa bir ayədə isə belə buyurur: “Allaha və Peyğəmbərə itaət edin. Əgər (itaətdən) boyun qaçırsanız, bilin ki, Peyğəmbərimizin vəzifəsi yalnız açıq bir təbliğdir (Quranı açıq-aydın təbliğ etməkdir).” (əl-Maidə surəsi 92-ci ayə).
Digər bir ayədə isə belə buyurur: “Ey iman gətirənlər! Allaha itaət edin, Peyğəmbərə itaət edin və (şəkk-şübhə, riya, küfr və nifaq kimi şeylərlə) əməllərinizi puça çıxartmayın!” (Muhəmməd surəsi 33-cü ayə).
Uca Allah Peyğəmbərimizin əmrlərinə qarşı çıxanrarı hədələyərək belə demişdir: “...Onun (Peyğəmbərin) əmrinə qarşı çıxanlar başlarına gələcək bir bəladan, yaxud düçar olacaqları şiddətli bir əzabdan həzər etsinlər!” (ən-Nur surəsi 63-cü ayə).
Dində ifrata varmağa gəlincə onu deyə bilərik ki, Allahın bütün əmrlərini yerinə yetirib, bütün qadağalarından çəkinmək dində ifrata varmaq deyildir. Əksinə bu İslam dinini layiqincə yerinə yetirmək deməkdir. Uca Allah Qurani kərimdə iki yerdə dində həddi aşmamaq və ifrata varmamaq barəsidə demişdir. Bu ayələri izah etməkdən öncə sizə bəzi şeyləri bildirmək istəyirik:
Hər bir müsəlman Qurani Kərimi Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) və səhabələrinin başa düşdüyü kimi başa düşməlidir. Quranın bir hissəsini götürüb istədiyi kimi izahat verməməlidir. Əgər biz Quranın yalnız bir ayəsini götürüb ondan əvvəlki və sonrakı ayələrə nəzər salmasaq həmin ayədən düzgün nəticə çıxara bilmərik. Buna misal çəksək yerinə düşərdi. Uca Allah əl-Məun surəsinin 4-cü ayəsində belə buyurur: “Vay halına o namaz qılanların.”
Əgər biz yalnız bu ayəni götürsək onda deyə bilərik ki, namaz qılmaq günahdır və kim namaz qılsa Allah onu cəzalandıracaq. Lakin biz bu ayəni daha doğru başa düşmək üçün bundan əvvəl və ya sonra gələn ayələrə də nəzər salmalıyıq. Bundan sonra gələn ayədə isə uca Allah belə buyurur: “Onlar öz namazlarından qafildirlər (səhlənkarlıqları üzündən namazlarını vaxtlı-vaxtında qılmazlar); Onlar (namazlarında) riyakarlıq edər.” (əl-Məun surəsi 5-ci və 6-cı ayələr). Göründüyü kimi bu iki ayə öncəki ayəni izah edir.
Həmçinin biz uca Allahın “dində həddi aşmamaq və ifrata varmamaq” barədə dediyi ayələi daha dəqiq başa düşmək üçün bu ayələrdən əvvəl və sonra gələn ayələrə də nəzər salmalıyıq. Bu ayələrin hamısını qeyd edəcəyik ki, hər bir kəs onu daha dəqiq anlasın. Uca Allah buyurur: “Ey kitab əhli! Öz dininizdə həddi aşmayın! Allah barəsində yalnız haqqı deyin. Həqiqətən, Məryəm oğlu İsa əl-Məsih ancaq Allahın peyğəmbəri, (Cəbrail vasitəsilə) Məryəmə çatdırdığı bir söz və Onun tərəfindən olan bir ruhdur. Allaha və peyğəmbərlərinə iman gətirin. (Allah barəsində) "üçdür" deməyin. (Belə sözlərə) son qoyun ki, (bu) sizin üçün daha yaxşı olar. Həqiqətən, Allah tək bir tanrıdır. Övladı olmaqdan (bu bəşəri xüsusiyyətdən) kənardır. Göylərdə və yerdə nə varsa, (hamısı) Onundur. Allahın (sizə) vəkil olması bəs edər!” (ən-Nisa surəsi 171-ci ayə). Bu ayədə uca Allah “Öz dininizdə həddi aşmayın!” dedikdə nəsraniləri (xaçpərəstləri) nəzərdə tutur. Çünki, onlar İsa peyğəmbər barəsində hədlərini aşdılar və onu Allahın oğlu hesab etdilər. Bu ayəni oxuyan şəxs bunu daha aydın görər.
Uca Allahın “dində həddi aşmamaq və ifrata varmamaq” barədə dediyi ikinci ayəyə nəzər salaq. Uca Allah buyurur: “Məryəm oğlu Məsih ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib getmişdir. Onun anası isə çox pak (Allahın hökmlərini sidq-ürəkdən təsdiq edən) bir qadın idi. Onlardan hər ikisi (adi insanlar kimi) yemək yeyirdi. Gör Biz ayələri onlara necə başa salırıq, onlar (bu ayələrdən) gör necə üz çevirirlər. De: "Allahı qoyub sizə nə bir zərər, nə də bir xeyir verən şeylərəmi ibadət edirsiniz? Halbuki Allah (hər şeyi) eşidəndir, biləndir!" De: "Ey kitab əhli! Dininizdə haqsız yerə ifrata varmayın. Əvvəlcə yolunu azmış, bir çoxlarını da azdırmış və doğru yoldan çıxmış bir tayfanın nəfsinin istəklərinə uymayın!" İsrail oğullarından kafir olanlara həm Davudun, həm də Məryəm oğlu İsanın dili ilə lənət oxundu. Bu onların üsyan etmələrinə və həddi aşmalarına görə idi.” (əl-Maidə surəsi 75; 76; 77; 78-ci ayələr). Həmçinin bu ayədə də uca Allah nəsraniləri nəzərdə tutur. Öncə qeyd etdiklərimiz bu ayəyə də şamil edilir.
Qurani Kərimdə olan möcüzələrə gəlincə onu deyə bilrik ki, bu kitab Peyğəmbərin (səllallahu aleyhi və səlləm) ən böyük möcüzələrindəndir. Düzdür, Qurani Kərim başqan axıra qədər elmi kəşflərlə dolu deyildir. Lakin orada bir çox elmi kəşflər vardır ki, onu hal-hazırki dövrdə kəşf etmişlər. Bu barədə daha ətraflı bilmək üçün “Quran möcüzələri” kitabını əldə edib oxusanız daha yaxşı olardı.
Həmçinin uca Allahın Qurani Kərim yer üzərinə göndərməsində məqsədi (sizin dediyinizə görə) insanlarla “kontrakt” imzalamaq deyildir. Məgər Allahın insanlarla “kontrakt” imzalamağa ehtiyacı vardır? Bu Allah barəsində ən nalayiq sözdür. Uca Allah Qurani Kərimi yalnız insanlar doğru yola yönəlsinlər deyə nazil etmişdir. Qurani Kərim insanları döğru yola yönəldir. Uca Allah buyurur: “Bu, heç bir şəkk-şübhə olmayan, müttəqilərə doğru yol göstərən Kitabdır.” (əl-Bəqərə surəsi 2-ci ayə).
Başqa bir ayədə isə belə buyurur: “İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) ramazan ayında nazil edilmişdir.” (əl-Bəqərə surəsi 185-ci ayə).
Həmçinin Qurani Kərimdə ağıl sahibləri üçün böyük ibrətlər vardır. Uca Allah buyurur: “(Ya Rəsulum!) Rəbbindən sənə nazil edilənin (Quranın) haqq olduğunu bilən kimsə (haqqı görməyən) korla eyni ola bilərmi? Yalnız ağıl sahibləri öyüd-nəsihət qəbul edərlər!” (ər-Rəd surəsi 19-cu ayə).
Digə ayədə isə belə deyilir: “52. Bu (Quran) insanlar üçün elə bir moizədir ki, onunla həm qorxsunlar, həm də Allahın tək bir tanrı olduğunu bilsinlər, həm də ağıl sahibləri düşünüb ibrət alsınlar!” (İbrahim surəsi 52-ci ayə).
Başqa bir ayədə də belə deyilir: “(Ya Peyğəmbər! Bu Quran) sənə nazil etdiyimiz mübarək (xeyir-bərəkətli) bir Kitabdır ki, (insanlar) onun ayələrini düşünüb dərk etsinlər və ağıl sahibləri də (ondan) ibrət alsınlar!” (Sad surəsi 29-cu ayə).
Bütün bu ayələr onu göstərir ki, Qurani Kərimi yalnız ağıl sahibləri dərk edər və ona əməl edər. Ağılsız insanlar isə onun barəsinə ağıllarına gələnləri söyləyirlər.
Siz belə bir ifadə işlətmisiniz “Dəyişməyən tək şey var - Allahın movcudluğu, onun dünyanı, insanları yaratması faktı ve qiyamət gününün olacağı. Bunları qəbul edən şəxs istənilən dövrd düzğün yoldadır.” Bu çox təhlükəli ifadədir. Çünki, sizin qeyd etdiklərinizi şeytan da təsdiq edir. Onda belə çıxır ki, o düzgün yoldadır. Elə isə nə üçün uca Allah şeytanı cəhənnəmlik etdi? Həmçinin bu dediklərinizi müşriklər də təsdiq edirdilər. Elə isə nə üçün uca Allah Peyğəmbərlər göndərdi?
Hamıya bəllidir ki, əsl düzgün yolda olanlar o şəxslərdir ki, onlar Allahın və Peyğəmbərin (səllallahu aleyhi və səlləm) əmrlərini yerinə yetirir və qadağalarından çəkinirlər. Uca Allah buyurur: “Bu, (Quran) heç bir şəkk-şübhə olmayan, müttəqilərə doğru yol göstərən Kitabdır. O kəslərki, qeybə (Allaha, mələklərə, qiyamətə, qəza və qədərə) inanır, (lazımınca) namaz qılır və onlara verdiyimiz ruzidən (ailələrinə, qohum-qonşularına və digər haqq sahiblərinə) sərf edirlər. O kəslərki, sənə göndərilənə (Qurana) və səndən əvvəl göndərilənlərə (Tövrat, İncil, Zəbur və s.) iman gətirir və axirətə də şəksiz inanırlar; Məhz onlar öz Rəbbi tərəfindən (göstərilmiş) doğru yoldadırlar. Nicat tapanlar (axirət əzabından qurtarıb Cənnətə qovuşanlar) da onlardır.” (əl-Bəqərə surəsi 2; 3; ; və 5-ci ayələr).
Başqa bir ayədə isə belə deyilir: “Bu hikmətli Kitabın (Quranın) ayələridir. (O Quran) yaxşı əməllər edənlərə bir hidayət (doğru yolu göstərən rəhbər) və rəhmətdir. O kəslər ki, namaz qılar, zəkat verər və axirətə tam yəqinliklə inanarlar. Onlar öz Rəbbi tərəfindən (göstərilmiş) doğru yoldadırlar. Nicat tapanlar da (axirət əzabından qurtarıb savaba yetişənlər də) onlardır!” (Loğman surəsi 2; 3; 4 və 5-ci ayələr).
Bu cür ayələr Qurani Kərimdə saysız hesabsızdır. Bütün bu ayələr əsl doğru yolda olanları göstərir.
Şəkil barəsində bunu deyə bilərik: Ümumiyyətlə İslam dininə görə canlı (ruhu olan) şəkili çəkmək haramdır. Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Qiyamət günü Allah dərgahında ən şiddətli əzab şəkil çəkənlərə olacaqdır.” (Bu hədisi Buxari rəvayət etmişdir).
Digər bir hədisdə isə Peyğəmbər (səllallahu aleyhi və səlləm) belə demişdir: “İçində it və şəkillər olan evə mələklər daxil olmurlar.” (Bu hədisi də Buxari rəvayət etmişdir).
Peyğəmbər Bu sözləri özündən demir. Onun dediklərinin hamısı Allah tərəfindəndir. Uca Allah buyurur: “Batmaqda olan ulduza (Sürəyya ulduzuna) and olsun ki; Sizin yoldaşınız (Muhəmməd əleyhissəlam) nə haqq yoldan sapmış, nə də azmışdır! O, kefi istəyəni (havadan) danışmır. Bu, ancaq (Allah dərgahından) nazil olan bir vəhydir.” (ən-Nəcm surəsi 1; 2; 3 və 4-cü ayələr).
Oğurluq barəsində bunu deyə bilərik: “Oğru kişi ilə oğru qadının gördükləri işin əvəzi kimi Allahdan cəza olaraq (sağ) əllərini kəsin. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!” (əl-Maidə surəsi 38-ci ayə). Bu Allahın hökmüdür. Bunu dəyişdirmək və ya ləğv etmək Allaha qarşı çıxmaqdır.
Saqqal barəsində bunu deyə bilərik: Saqqal saxlamaq barəsində Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) belə demişdir: “Saqqallarınızı uzadın (əl vurmayın), bığlarınızı qısaldın ki, məcusilərə (oda sitayiş edənlərə) müxalif olun.” Bu hədis onu göstərir ki, saqqal saxlamaq vacibdir. Çünki, bu Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) əmridir. Hər bir müsəlman da Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) əmrlərini yerinə yetirməlidir.
Uca Allah Qurani Kərimdə möminlərə əmr edərək belə buyurmuşdur: “Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin” (əl-Həşr surəsi 7-ci ayə).
Başqa bir ayədə də belə demişdir: “...Onun (Allahın, yaxud Peyğəmbərin) əmrinə qarşı çıxanlar başlarına gələcək bir bəladan, yaxud düçar olacaqları şiddətli bir əzabdan həzər etsinlər!” (ən-Nur surəsi 63-cü ayə).
Saqqal saxlamağın hikməti odur ki, müsəlman özünü məcusulərə oxşatmasın. Kim özünü bir qövmə oxşadarsa həmin şəxs onlardan sayılır. Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Kim özünü bir qövmə oxşadarsa, o, onlardandır.”
Həmçinin kişi saqqal saxlayır ki, qadınlardan fərqlənsin, özünü onlara oxşatmasın.
Saqqal barəsində onu da deyə bilərik ki, bütün dahi alimlərin hamısı saqqal saxlamışlar. O ki qaldı insanların onu yaxşı və ya pis qarşılamalarına, onu deyə bilərik ki, bizi yalnız Allahın bizi necə qarşılaması maraqlandırır. Əgər biz hər bir insanın dediyi ilə oturub dursaq, onda yolumuzu azmış olarıq. Çünki, bizi çoxluq maraqlandırmır. Əgər çoxluğu götürsək onda gərək İslam dinindən çıxıb, kafir və ya müşrik olaq. Çünki, dünyanın əksəriyyətini onlar təşkil edirlər. Uca Allah çoxluğa tabe olmaq barəsində belə buyurur: “Əgər yer üzündə olanların çoxuna itaət etsən, onlar səni Allahın yolundan azdırarlar. Onlar ancaq zənnə uyar və ancaq yalan danışarlar! Şübhəsiz ki, yolundan azanları ən yaxşı tanıyan Rəbbindir. Haqq yola yönələnləri də ən yaxşı bilən Odur!” (əl-Ənam surəsi 116-cı və 117-ci ayələr).
Allahdan istəyirik ki, bizi doğru yolda olanlardan etsin və bizi Onun əmrlərini eşidən kimi ona tabe olanlardan etsin! Amin!!!

504. H.MESIMOV (GENCE)

SUAL: AS SALAMU ALEYKUM VA RAHMETULLAHI RAMAZAN BAYRAMININ BAYRAM NAMAZI RAMAZAN AYININ 30-udur YOXSA SHEVVAL AYININ 1-i ? ALLAH RAZI OLSUN !

CAVAB: Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.
Bayram namazı şəvval ayının 1-i qılınır.

502. elbrus Mammadov (Tovuz)

SUAL: salam man bu ildan oruc tuturam ham da namaz qilmaq isdayiam, tanislarim da namaz qilir onlarda mana bunu maslahat edillar catinliyi odurki doslarimin bazisi mohurla namaz qilir bazisi mohursuz har ikisi da mana oz ediyini maslahat bilir digarinin tutduqu yol duzgun deyil soylayir mana komak edin hansi doqru olmasini avvalcadan tasakurumu bildiriram

CAVAB: Və aleykumus-sələm.
Allah sizə haqq yolunu tapmaqda kömək olsun. Əziz qardaşım, İslam dinində məzhəbçiliyə yol vermək düzgün deyildir. Çünki, məzhəbçiliyə yol vermək müsəlmanları parçalayır. Bizdən əvvəlki ümmətləri də parçalayan səbəb elə bu olmuşdur. Uca Allah buyurur: “(Ya Rəsulum!) Şübhəsiz ki, sənin firqə-firqə olub dinini parçalayanlarla heç bir əlaqən yoxdur. Onların işi Allaha qalmışdır. (Allah) sonra (qiyamətdə) onlara nə etdiklərini bildirəcəkdir!” (əl-Ənam surəsi 159-cu ayə).
Uca Allah bizə hər hansı bir məzhəbə tabe olmağı əmr etməmişdir. Allah bizə yalnız Özünə (yəni Qurani Kərimdəki əmrlərinə) və Peyğəmbərinə (səllallahu aleyhi və səlləm) (yəni onun hədislərinə) tabe olmağı əmr etmişdir. Elə haqq yolu da budur. Bu barədə uca Allah Qurani Kərimdə bir çox ayələr nazil etmişdir.
Uca Allah buyurur: “Allaha və Peyğəmbərə itaət edin. Əgər (itaətdən) boyun qaçırsanız, bilin ki, Peyğəmbərimizin vəzifəsi yalnız açıq bir təbliğdir (Quranı açıq-aydın təbliğ etməkdir).” (əl-Maidə surəsi 92-ci ayə).
Başqa bir ayədə isə belə buyurur: “Ey iman gətirənlər! Allaha itaət edin, Peyğəmbərə itaət edin və (şəkk-şübhə, riya, küfr və nifaq kimi şeylərlə) əməllərinizi puça çıxartmayın!” (Muhəmməd surəsi 33-cü ayə). Lakin qeyd etmək istəyirəm ki, İslamın düşmənləri müsəlmanları parçalamaq üçün Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) adından bir çox yalan hədislər uydurmuşlar. Odur ki, kim Allaha və Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) səhih hədislərinə tabe olarsa haqq yolunu tapmış olar və Cənnətdə Allahın nemət verdiyi peyğəmbərləri, siddiqləri, şəhidləri və saleh insanlarlı ilə birgə olacaq.
Bu barədə uca Allah buyurur: “Allaha və Peyğəmbərə itaət edənlər (axirətdə) Allahın nemətlər verdiyi nəbilər (peyğəmbərlər), siddiqlər (tamamilə doğru danışanlar, etiqadı dürüst, peyğəmbərləri hamıdan əvvəl təsdiq edən şəxslər), şəhidlər və salehlərlə (yaxşı əməl sahibləriylə) bir yerdə olacaqlar. Onlar necə də gözəl yoldaşlardır!” (ən-Nisa surəsi 69-cu ayə).
Allahdan istəyirik ki, hamımızı Allaha və Peyğəmbərinə (səllallahu aleyhi və səlləm) itaət edənlərdən etsin! Amin!!! Sizə məsləhətimiz budur ki, istər ibadətdə, istər də dünya işlərində hər hansı bir əməli yerinə yetirmək istədikdə Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) etdiyi kimi edin. Çünki, uca Allah Peyğəmbərimizi insanlar üçün bir nümunə, örnək olaraq göndərmişdir.
Uca Allah buyurur: “Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!” (əl-Əhzab surəsi 21-ci ayə).
Möhürlə namaz qılmağa gəlincə onu qeyd edə bilərik ki, Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) möhürsüz namaz qılmışdır. Elə ona görə də möhürlə namaz qılmaq dində yenilikdir. Uca Allah bizim dinimizi tamamladıqdan sonra bu dinə edilən əlavələr rədd olunur. Uca Allah əl-Maidə surəsinin 3-cü ayəsində belə buyurur: “...Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim...” Həmçinin Peyğəmbər (səllallahu aleyhi və səlləm) belə demişdir: “Bizim işimizə [dinimizə] müvafiq olmayan bir əməl edən kimsənin etdiyi əməl rədd edilir.” (Bu hədisi Muslim rəvayət etmişdir). Bu hədis onu göstərir ki, kim dinə yeni bir şey gətirərsə o əməl ondan qəbul olunmaz.
Odur ki, kim Allahın kitabından və Peyğəmbərimizin sünnəsindən (yəni hədislərindən) dəlil və sübut gətirirsə ona tabe olun. Allah bütün müsəlmanları doğru yola yönəltsin! Amin!!!

501. ilaha verdiyeva (baki)

SUAL: As-salamu aleykum. Bayram axşamı nə vaxtrı?

CAVAB: Və aleykumus-sələm.
Bayram axşamı noyabr ayının 13-nə düşür.

 1  2  3  4  5  6  7  8  9  10  11 12   13  14  15  16  17  18  19  20  21  22  23  24  25  26  27  28  29

Mustəqil Islam saytı. Materiallardan istifadə etdikdə istinad vacibdir. Sayt 1422-ci (2001) hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət gostərir. e-mail: mail@azerislam.com. ICQ #99931111