SUAL: ~Namazda mutiliye aparan 33 amil~ bolmesini 2 gundur ki, acmaq olmur.Xahish edirem ona baxin.
CAVAB: Xəbər verdiyinizə görə Allah razı olsun.
Artıq açılır. Baxa bilərsiniz.
201. ibrahim Xalili (Seki)
SUAL: 1.tovbe suresi ayet 107.Indiki mescidlerin,ayedeki mescidden ferqi?
2. Taquta itaet eden ve namaz qilan,insan kimdir?
3.Allah oz yolunda doyusenleri sevir.Hemin insanlari sevmeyen ve pis leqeblerle adlandiran,namaz qilan insan kimdir?
4.Xahis edirem cavabi allahdan qorxaraq,yazasiniz.
CAVAB: Bu və bundan sonrakı ayədə uca Allah buyurur: “(Quba məscidinə və müsəlmanlara) zərər vurmar, küfr etmək, möminlər arasına təfriqə salmaq məqsədilə, əvvəllər Allaha və Onun Peyğəmbərinə qarşı müharibə edən kimsədən (gəlib onlara rəhbərlik edəcəyi təqdirdə) göz-qulaq olmaq üçün məscid düzəldən və: "Biz (bununla) yaxşılıqdan başqa bir şey istəmədik",- deyə and içənlərin (münafiqlərin) , həqiqətən, yalançı olmaları barədə Allah Özü şahidlik edəcəkdir! (Ya Rəsulum!) Orada heç vaxt namaz qılma. İlk gündən binası təqva (Allahdan qorxub pis əməllərdən çəkinmək) üzərində qurulmuş məscid namaz qılmağına daha layiqdir. Orada paklanmağı sevən insanlar vardır. Allah pak olanları (özlərini cismən təmizləyənləri, mənəvi qüsurlardan, çirkinliklərdən qorumağa çalışanları) sevər!” Öncə bu ayəni izah edək:
Başda Əbu Amir olmaqla bir qrup münafiqlər müsəlmanlara zərər vurmaq, küfr etmək və möminlər arasına təfriqə (parçalanma) salmaq məqsədilə Quba məscidinə yaxın bir məscid tikirlər. Onlar məscidi tikdikdən sonra Peyğəmbərin (səllallahu aleyhi və səlləm) yanına gəldilər və ondan xahiş etdilər ki, gəlib orada bir dəfə namaz qılsın. Həmçinin Peyğəmbərə (səllallahu aleyhi və səlləm) dedilər ki, onlar bu məscidi zəiflər və xəstələr üçün tikiblər. Peyğəmbər (səllallahu aleyhi və səlləm) Tabuk döyüşü üçün səfərə hazırlaşdığından onlara söz verdi ki, döyüşdən qayıtdıqdan sonra (inşəAllah) gəlib orada namaz qılacaq. Peyğəmbər (səllallahu aleyhi və səlləm) döyüşdən qayıdarkən Mədinəyə bir gün qalmış uca Allah ona bu ayələri nazil edərək münafiqlərin məqsədlərini ona bəyan etdi və orada namaz qılmağı ona qadağan etdi. Peyğəmbər (səllallahu aleyhi və səlləm) bir qrup adam göndərdi ki, o Mədinəyə çatana qədər gedib həmin məscidi uçursunlar. Onlar da Peyğəmbərin (səllallahu aleyhi və səlləm) əmrini yerinə yetirdilər. Bütün bunlar onu göstərir ki, həmin məscid Allaha ibadət etmək üçün deyil, əksinə, müsəlmanları parçalamaq, onlar arasına nifaq salmaq, orada küfr və şirk etmək və bu kimi Allaha asi olan əməllər üçün tikilmişdir.
Cavab: 1. Əgər hər hansı bir məscid Allaha ibadət etmək üçün deyil, əksinə, müsəlmanları parçalamaq, onlar arasına nifaq salmaq, orada küfr və şirk etmək və bu kimi Allaha asi olan əməllər üçün tikilibsə onda həmin bu məscidlə o zaman münafiqlərin tikdikləri məscid arasında heç bir fərq yoxdur. Əgər məscid sırf Allaha ibadət etmək üçün tikilərsə, lakin sonradan münafiqlər orada müsəlmanları parçalamağa çalışarlarsa, onlar arasına nifaq salarlarsa, orada küfr, şirk və bu kimi Allaha asi olan əməllər edərlərsə, onda bu məscidi o zaman münafiqlərin tikdikləri məscidlə eyni tutmaq olmaz. Çünki, bu məscid sırf Allaha ibadət etmək üçün tikilib və münafiqlər orada sonradan meydana gəlib. Necə ki, Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) məscidi sırf təqva üzərində Allaha ibadət etmək üçün tikilməyinə baxmayaraq orada müsəlmanlar arasında fitnə fəsad törədən münafiqlər də var idi.
2. Bu məsələni iki qismə bölmək olar:
- Əgər namaz qılan şəxs bilmədən (yəni ona hüccət qaldırılmayıbsa və başa salınmayıbsa) Tağuta (şeytan və onun havadarlarına) itaət edərsə (yəni Allaha şərik) qoşarsa onda həmin şəxs müsəlmanlığında qalır.
- Əgər namaz qılan şəxs bunu bilərəkdən (yəni hüccət qaldırıldıqdan və başa salındıqdan sonra) edərsə onda o müşrik sayılır.
Uca Allah buyurur: “Biz, elçi göndərməmiş (heç bir kəsə) əzab vermərik!” (əl-İsra surəsi 15-ci ayə). Başqa bir ayədə isə belə buyurur: “Hər hansı bir tayfa ora (Cəhənnəmə) atıldıqca onun gözətçiləri onlardan (məzəmmətlə): "Məgər sizə (Allahın əzabı ilə) qorxudan (bir elçi) gəlməmişdimi?" - deyə soruşacaqlar. Onlar deyəcəklər: "Bəli, bizə (Allahın əzabı ilə) qorxudan (bir elçi) gəlmişdi.” (əl-Mulk surəsi 8, 9-cu ayələr). Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) belə dua edərdi: “Allahım! Bilə-bilə Sənə şərik qoşmaqdan Sənə sığınıram və bilmədən (Sənə şərik qoşduğuma görə isə) Səndən bağışlanma diləyirəm.” (Bu hədisi Əhməd rəvayət etmişdir). Həmçinin Peyğəmbər belə demişdir: “Həqiqətən, Allah mənim ümmətimə bilməyərəkdən, unutqanlıqdan və məcburiyyət qarşısında etdiklərini bağışlamışdır.” (Bu hədisi İbn Macə rəvayət etmişdir). Bütün bu dəlillər onu göstərir ki, hüccət qaldırılmaqan uca Allah heç bir şəxsə əzab verməz. Həmçinin bilmədən edilən günahları uca Allah bağışlayır.
3. Allah yolunda döyüşənləri sevməyənlər və onlara bir çox ləqəblər qoyanlar iki qismə bölünürlər.
- Allahın düşmənləri olan yəhudilər, nəsranilər; Şübhə yoxdur ki, bunlar kafirdirlər.
- Namaz qılan müsəlmanlar; Bu cür insanlar fasiq adlanırlar.
200. ilahe (abbasova)
SUAL: salamaleykum.eger bir gunaha tobe ede bilmisense onun keffaresini odemek olarmi? meselen namazi qezaya saxlamaq .
CAVAB: Və aleykumus-sələm. Günahlar müxtəlif olur. Elə günahlar vardır ki, tövbə ilə bərabər kəffarə də ödəməlisiniz və elə günahlar da vardır ki, yalnız tövbə etməlisiniz. O ki, qaldı namaza, əgər bilərəkdən onu qəzaya saxlamısınızsa onun üçün heç bir kəffarə yoxdu və yalnız tövbə etmək kifayətdir.
199. Haji_Pasol (Razin)
SUAL: Essalamu eleykum
Men bilmek isterdim ki , qessab oruc tuta biler?
CAVAB: Və aleykumus-sələm. Bəli, qəssab da oruc tutmalıdır. Ümumiyyətlə oruc tutmağa qadir olan hər bir həddi buluğa çatmış, ağlı başında olan müsəlman Ramazan ayının orucunu tutmalıdır.
198. rustam aliyev (baki)
SUAL: man namazi harada oyrana bilaram
CAVAB: Siz namazı saytmızın “Namaz təlimi” bölməsindən öyrənə bilərsiniz.
196. Qasimova NErmin (Baki)
SUAL: xristianlarin coxusu isani allah bililer... dogrudandami eger bu beledise onda xristianlar cehenneme dushecekler?
CAVAB: Bəli, nəsranilərin (xristianların) əksəriyyəti İsa Peyğəmbəri Allah hesab edirlər. Elə ona görə də bu cür etiqad edənlər Cəhənnəmə daxil olacaqlar. Uca Allah buyurur: “"Allah Məryəm oğlu Məsihdir", - deyənlər, şübhəsiz ki, kafir oldular. (Onlara) de: "Əgər Allah Məryəm oğlu Məsihi, anasını və yer üzündə olanların hamısını məhv etmək istəsə, (bu işdə) kim Ona bir şeylə mane ola bilər? Göylərin, yerlərin və onların arasında olan hər bir şeyin ixtiyarı Allahın əlindədir. O, istədiyini yaradar, Allah hər şeyə qadirdir!” (əl-Maidə surəsi 17-ci ayə). Başbir ayədə də belə buyurur: “Şübhəsiz ki: "Allah Məryəm oğlu Məsihdir!" - deyənlər kafir oldular. Halbuki Məsih (İsa) belə demişdi: "Ey İsrail oğulları! Mənim də, sizin də Rəbbiniz olan Allaha ibadət edin! Allaha şərik qoşana Allah, şübhəsiz ki, Cənnəti haram edər. Onun düşəcəyi yer Cəhənnəmdir. Zalımların heç bir köməkçisi yoxdur!” (əl-Maidə surəsi 72-ci ayə).
195. nigar eliyeva (baki)
SUAL: azerbaycanda alevler adli bir din var?onu da deyim ki bu dinde muselman dinidir....
CAVAB: Ələvilər adlı firqə Azərbaycanda demək olar ki, yoxdur. Bu firqə Suriyada və bir az da Türkiyədə mövcuddur. Bu firqə İmam Əlini (Allah ondan razı olsun) Allah dərəcəsinə çatdırır.
194. Fuad ()
SUAL: Eger men mecbur qalib namazi qila bilmiremse(insanlar bilmesin),oturaraq qila bileremmi?Beledirse bunu nece etmeliyem?
CAVAB: Əgər siz ayaq üstə namaz qılmağı bacarmırsınızsa onda onu oturaraq qıla bilərsiniz. İmran ibn Hüseyn (Allah ondan razı olsun) rəvayət edir ki, mən babasil xəstəliyinə tutulmuşdum və namaz barəsində Peyğəmbərdən (səllallahu aleyhi və səlləm) soruşdum. O dedi: “Ayaq üstə qıl, bacarmırsansa oturmuş vəziyyətdə qıl, onu da bacarmırsansa uzanmış vəziyyətdə qıl!” (Bu hədisi Buxari rəvayət etmişdir).
193. Fuad ()
SUAL: Namazda bedenin bir yerini qashimaq olar?
CAVAB: Əgər namazda qaşınma baş verərsə və bu qaşınma sizin fikrinizi yayındırırsa onda qaşıya bilərsiniz.
192. ALIYEV AHMED (SUMGAYIT)
SUAL: salam aleykum bilmek isterdim ki, siz ozunuz sige meselesine nece baxirsiniz ? bu barede her hansi bir hedis varmi? evvelceden tesekkur edirem
CAVAB: Və aleykumus-sələm. İslam dininin əvvəlində müsəlmanlara bəzi şeylər halal idi. Məsələn: Sərxoş edici içki, uzunqulaq əti yemək, siğə və s. Lakin sonradan uca Allah və Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) bu şeyləri haram etmişdir. O cümlədən siğə də İslam dininin əvvəlində halal olmuşdur. Sonra Peyğəmbər (səllallahu aleyhi və səlləm) onu Xeybər döyüşündə haram etdi. İmam Əli (Allah ondan razı olsun) Peyğəmbərdən (səllallahu aleyhi və səlləm) rəvayət edərək belə demişdir: “Artıq Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) Xeybər döyüşündə uzunqulaq ətini yeməyi və siğə etməyi haram etdi.”
CAVAB: Bu zaman yenidən dəstəmaz almalısınız. Hətta namaza geciksəniz belə.
190. Fuad ()
SUAL: Muslim shopda satilan alkoholsuz etirleri neden alirlar?
CAVAB: Spirtli ətirlərdən istifadə etmək olar.
189. ()
SUAL: Qurani kerime maqnitofonla qulaq asmagin savabi var? Mes; ayetil kursi,felaq,nas surelerine qulaq asmaq insani bed nezerden qoruya biler?
CAVAB: Bəli, Qurani Kərimə maqnitafon vasitəsi ilə qulaq asmaq olar. Qeyd etdiyiniz ayə və surələri özünüz oxusanız bəd nəzərdən qoruna bilərsiniz.
188. TELET -SUSALI ---- 9 YAS (Baki)
SUAL: MEN ORUC TUTMAQ ISTEYIREM. BOYUKLER
ISE MENIM FIZIKI CEHETDEN ZEIF OLDUGUM UCUN ICAZE VERMIRLER. MEN ORUC TUTA BILEREMMI?
CAVAB: Oruc tutmağa qadir olan hər bir həddi buluğa çatmış, ağlı başında olan müsəlman Ramazan ayının orucunu tutmalıdır. Odur ki, uşağa həddi buluğa çatdıqdan sonra oruc tutmaq vacibdir. Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: “Üç şəxsin üzərindən qələm qaldırılıb (onlara günah yazılmır): Həddi buluğa çatmamış uşaq, ruhi xəstə və yuxuda olan şəxs...” (Bu hədisi Əbu Davud rəvayət etmişdir). İnsanın həddi buluğa çatması isə aşağıdakı əlamətlərlə bilinir:
- Pollyusiya halına düşməsi (yuxuda olarkən sperma ifraz etməsi);
- Övrət yerinin ətrafında tüklərin çıxması;
- On beş yaşa çatması;
Qadınlar üçün isə dördüncü əlamət də əlavə olunur.
- Heyz qanının gəlməsi.
Əgər bu əlamətlərdən hər hansı biri baş verərsə həmin şəxs artıq həddi buluğa çatmış sayılır. Elə ona görə də sizin verdiyiniz sualın cavabını iki qismə bölmək olar:
1. Əgər siz həddi buluğa çatmısinizsa və oruc tutmağa qadirsinizsə onda Allahın əmrini yerinə yetirib oruc tutmaq lazımdır. Uca Allah buyurur: “Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi sizə də oruc tutmaq vacib edildi ki, bəlkə (pis əməllərdən) çəkinəsiniz.” (əl-Bəqərə surəsi 183-cü ayə). Valideynlərin sizə oruc tutmağa icazə verməməyi heç də üzr deyildir. Bu işdə valideynlərə tabe olmaq Allaha asi olmaq deməkdir. Çünki uca Allah sizə oruc tutmağı əmr edir, valideynlər isə bunu qadağan edir. Əgər valideynlərə tabe olsan onda Allaha asi olursan. Valideynlərə yalnız Allaha asi olmayan işlərdə tabe olmaq olar. Uca Allah buyurur: “Biz insana ata-anasına (yaxşılıq etməyi, valideyninə yaxşı baxmağı, onlarla gözəl davranmağı) tövsiyə etdik. Anası onu (bətnində) çox zəif bir halda daşımışdı. (Uşağın süddən) kəsilməsi isə iki il ərzində olur. (Biz insana buyurduq: ) "Mənə və ata-anana şükür et. Axır dönüş Mənədir! Əgər (ata-anan) bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, (bu işdə) onlara itaət etmə. (Qalan) dünya işlərində onlarla gözəl keçin (onlara itaət et). Tövbə edib Mənə tərəf dönənlərin yolunu tut. Sonra (qiyamət günü) Mənim hüzuruma qayıdacaqsınız. Mən də (dünyada) nə etdiklərinizi (bir-bir) sizə xəbər verəcəyəm!” (Loğman surəsi 14, 15-ci ayələr).
2. Əgər siz həddi buluğa çatmamısınızsa onda sizə oruc tutmaq vacib deyildir və bu zaman siz valideynlərə tabe olmalısınız. Yəni oruc tutmamalısınız.
186. Haji_Pasol (RAzin)
SUAL: essalamu eleykum eleykum
men bilmek isterdim ki məscid ehsaninın ne ustun cehetleri var?
ve iftari mecidde ehsan verilerse achmagina ne ustun cehetleri var ?
bir daha size ve sizin heyet qrupunuza teshekkur edirem allah sizi savabinizi versin
CAVAB: Və aleykumus-sələm. Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Kim Ramazan ayında (iftar zamanı) bir oruc tutanı yedizdirərsə onun günahları bağışlanar və həmin şəxsə oruc tutanın savabı qədər savab yazılar...” (Bu hədisi İbn Xuzeymə və Beyhaqi rəvayət etmişdir). Ənəs ibn Malik (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbərdən (səllallahu aleyhi və səlləm) “Hansı sədəqə daha əfzəldir (üstündür)?” – deyə soruşdular və o belə cavab verdi: “Ramazan ayında verilən sədəqə.” (Bu hədisi Tirmizi rəvayət etmişdir). Bu hədislər onu göstərir ki, Ramazan ayında edilən ibadətlərin savabı digər aylarda edilənlərdən daha çoxdur. Ramazan ayında ehsan vermək (yəni kasıbları yedizdirmək) və sədəqə vermək də bura daxildir. Odur ki, hər hansı bir şəxs istər məsciddə, istər də öz evində iftar verib oruc tutanı yedizdirərsə həmin şəxsin savabı qədər savab qazanmış olar.
185. edalet bextiyarov (baki)
SUAL: Essalamun aleykum.Seher yemeyine gecikib, yemeyib
oruc tutmaq olarmi?
DUNYA MUSELMANLARINI RAMAZAN BAYRAMI MUNASIBETI ILE TEBRIK EDIREM!
CAVAB: Və aleykumus-sələm. Səhər yeməyi yemək şərt deyildir və oruc onsuz da səhih sayılır. Lakin səhər yeməyində bərəkət olduğu üçün onu yemək daha yaxşı olardı. Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: “Dan yeri ağarana yaxın səhur edin (səhər yeməyi yeyin)! Həqiqətən səhurda (səhər yeməyində) bərəkət var.” (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir). Aişə və Ummu Sələmə (Allah onlardan razı olsun) rəvayət edirlər ki, “Peyğəmbər səllallahu aleyhi və səlləm dan yeri ağardıqdan sonra cənabət halında oyanar və sonra qüsl edib oruc tutardı.” (Bu hədisi də Buxari və Muslim rəvayət etmişdir.) Bu hədis onu göstərir ki, Peyğəmbər (səllallahu aleyhi və səlləm) səhər yeməyini yemədən də orucuna davam edərdi.
184. sevda (baki)
SUAL: essalamun aleykum. men bilmek isterdim her defe
namaz qilanda ruku ve secdeye gedende ALLAHU
EKBER deyende eller yuxari qadirilir?
CAVAB: Və aleykumus-sələm. Aşağıda qeyd edəcəyimiz hallar istisna olmaqla qalan hallarda “Allahu Əkbər” dedikdə əllər çiyin səviyyəsinə qədər qalxmalıdır:
1. Səcdəyə gedəndə;
2. Birinci səcdədən qalxıb oturarkən;
3. İkinci səcdəyə gedərkən;
4. İkinci səcdədən qiyama (ayaq üstə durmağa) qalğarkən;
Qeyd etdiyimiz bu hallarda “Allahu Əkbər” deyərkən əllər qalxmır.
183. hesenov etrafil (baki)
SUAL: Teravih namazi ne vaxt qilinir?Nece ruketden ibaretdir?Hansi namaza benzeyir?Qilmaq vacibdirmi?
Qedr geceleri ne vaxtdir?
CAVAB: Təravih namazı: Bu namaz 11 rükətdən ibarət camaatla qılınan sünnət namazıdır. “Təravih” - istirahət, dincəlmək deməkdir. Müsəlmanlar təravih namazında hər dörd rükətdən sonra dincəldiklərinə görə belə adlanmışdır. Bu namazı işa namazından sonra sübh namazına qədər olan vaxt ərzində qılmaq olar. Təravih namazı iki-iki qılınır və sonunda bir rükət olaraq vitr namazı ilə tamamlanır. Təravih namazı vacib namaz deyildir. Bu namazı qılmaq sünnədir (Peyğəmbərin səllallahu aleyhi və səlləm etdiyi müstəhəb əməllərdəndir).
Qədr gecələri Ramazan ayının son on gününün tək günlərindən birinə təsadüf edir.
182. Haji_Pasol (Razin)
SUAL: essalamu eleykum
men bilmek isterdim ki kishi qadinin arxasinda namaz qila biler?
CAVAB: Və aleykumus-sələm. Əgər siz qadının kişi üçün imam durub onun önündə namaz qılmağını qəsd edirsinizsə, onda bu cür olmaz. Yox, əgər siz ümümiyyətlə cammat namazında qadının öndə , kişinin isə arxada namaz qılmağını qəsd edirsinizsə, onda bu yalnız zəruri hallarda olar. Məsələn həcc vaxtı Məkkədə camaatın çox olduğu halda və sairə. Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: “(Namaz qılarkən) kişilərin ən xeyirli səfi ön sırada duranlarıdır, qadınların ən xeyirli səfi isə arxa sırada duranlarıdır.”
181. aygun haciyeva (baki)
SUAL: qadinlar mutlaq hicab geyinmalidirmi?tam ortulu geyinib basi baglamamaq olarmi?bu gunah deyil ki?
CAVAB: Qadınlar əl və üz istisna olmaqla bütün bədənlərini örtməlidirlər. Yəni əl və üzdən başqa bədəninin heç bir hissəsini ona naməhrəm olan insanlara göstərməməlidirlər. Odur ki, başlarını da örtməlidirlər. Əgər bunu etməsələr uca Allaha asi olaraq günah etmiş olarlar. Çünki uca Allah yz və əldən başqa bədənin bütün hissəsini örtməyi əmr etmişdir. Uca Allah buyurur: “Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin);..” (ən-Nur surəsi 31-ci ayə). Başqa bir ayədə isə belə buyurur: “Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin övrətlərinə de ki, (evdən çıxdıqda cariyələrə oxşamasınlar deyə, bədənlərini başdan-ayağa gizlədən) örtüklərini örtsünlər. Bu onların tanınması (cariyə deyil, azad qadın olduqlarının bilinməsi) və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhm edəndir!” (əl-Əhzab surəsi 59-cu ayə).
180. Xəlilova Sevinc (Gəncə)
SUAL: Salam. Mən sizdən, əgər mümkündürsə, Namazda dedeyimiz sözlərin Azərbaycan dilinə tərcüməsini yazmagınızı xahiş etmək isteyirəm. Birdə sualım var. Dəstəmaz alandan sonra nəyəsə toxunmaq, söhbət etmək, Namaza nisbətən gec başlamaq dəstəmazı pozur? Sağ olun. Allah sizdən razı olsun.
CAVAB: Və aleykumus-sələm.
1. Namazda deyilən sözlərin Azərbaycan dilində tərcüməsini öyrənmək üçün saytımızın “NAMAZ TƏLİMİ” bölməsinə nəzər sala bilərsiniz.
2. Dəstəmaz aldıqdan sonra hər hansı bir şeyə toxunmaq, söhbət etmək və namazı nisbətən gec qılmaq dəstəmazı pozmur.
179. A. (Baki)
SUAL: Essalamu aleykum ve rahmetullahi ve barakatu! Men bilmek iasteyirem ki, eyer meni (sperma) istemeyerekden gelerse, onda bes oruc pozulur?
CAVAB: Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.
1. Əgər məni (sperma) insanın ixtiyarı olmadan gələrsə (məsələn yuxuda və s.) onda oruc səhih sayılır. Bu xüsusda Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: “Həqiqətən, Allah mənim ümmətimə bilməyərəkdən, unutqanlıqdan və məcburiyyət qarşısında etdiklərini bağışlamışdır.” (Bu hədisi İbn Macə rəvayət etmişdir).
2. Əgər məni öpüşmək və mazaqlaşmaq nəticəsində gələrsə onda həmin şəxsin orucu pozulur və o həmin günün qəzasını sonradan tutmalıdır.
179. В.hüseynov (Bakı)
SUAL: (əl-Maidə surəsi 67). "Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni (Qur’anı) təbliğ et. Əgər (bunu) etməsən, (Allahın) risalətini (sənə həvalə etdiyik elçilik, peyğəmbərlik vəzifəsini) yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq. Həqiqətən, Allah kafir camaatı düz yola yönəltməz! " ayəsinin mənası nədir
CAVAB: Bu ayə onu göstərir ki, Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) vəzifəsi insanlara yalnız dini təbliğ etməkdir. Onların iman gətirib, gətirməməsi isə ona aid deyildir. İnsanların iman gətirmələri yalnız özləri üçündür. Uca Allah buyurur: “(Ya Peyğəmbər!) Biz Kitabı (Quranı) insanlar üçün sənə haqq olaraq nazil etdik. Kim doğru yolda olsa, özü üçün (öz xeyrinə) olar. Kim (haqq yoldan) çıxsa, zərəri özünə yetişər. Sən onlara vəkil deyirsən!” (əz-Zumər surəsi 41-ci ayə). Bu ayə həmçinin onu göstərir ki, Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) dini axıracan (yəni kamil) təbliq etmişdir. Əgər o dini tam təbliğ etməsəydi və ya özündən Qurana əlavələr etsəydi Allahın əmrini yerinə yetirmiş olmazdı və uca Allah da onu bu əmlinə görə cəzalandırardı. Uca Allah bu barədə belə buyurur: “Bu (Quran) çox möhtərəm bir elçinin (Cəbrailin, yaxud Muhəmməd əleyhissəlamın Allahın ona nazil etdiyi) sözüdür! O, şair sözü deyildir! Nə az inanırsınız! O, kahin sözü də deyildir! Nə az düşünürsünüz! O, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir. Əgər o (Peyğəmbər) özündən bəzi sözlər uydurub Bizə isnad etsəydi, Biz ondan mütləq şiddətli intiqam alardıq (sağ əlini kəsərdik, yaxud boynunu vurardıq)! Sonra onun şah damarını qopardardıq! Və heç biriniz də (Bizim əzabımızı) ondan dəf edə bilməzdiniz.” (əl-Haqqə surəsi 40-47). Bu ayə həmçinin onu göstərir ki, Peyğəmbər (səllallahu aleyhi və səlləm) təbliğ etdiyi zaman onun başına bir çox müsibətlər gələcəkdir və uca Allah da onu bu müsibətlərdən qoruyacaqdır. Eləcə də bu ayə onu göstərir ki, kim Allaha və onun Peyğəmbərinə qarşı çıxarsa və küfrü seçərsə Allah onu seçdiyi bu yola yönəldər və sonra onu Cəvənnəmə vasil edər. Uca Allah bu barədə başqa bir ayədə belə buyurur: “Hər kəs özünə doğru yol aşkar olandan sonra Peyğəmbərdən üz döndərib möminlərdən qeyrisinin yoluna uyarsa, onun istədiyi (özünün yönəldiyi) yola yönəldər və Cəhənnəmə varid edərik. Ora necə də pis yerdir.” (ən-Nisa surəsi 115-ci ayə).
179. kerimov ebulfez (shamaxi)
SUAL: Orucu gun dogana kimi tutmaq daha dogru olardi yoksa subh azanina kimi?Birde Azerbaycanda azanlarin deqiq vaxtlari olan bir her hansi edebiyyat varmi(yoksa hami erebistanin azan vaxtlari ile namaz qilmalidir.
CAVAB: Səhuru (yəni, səhər yeməyini) dan yeri ağarana kimi (yəni, sübh namazının azanı verilənə kimi) bitirmək lazımdır. Hər yerin öz azan vaxtları vardır. Azanın vaxtları təxmini olaraq bizim saytda verilmişdir. (Hər bir namazın dəqiq vaxtını günəşlə təyin edirlər. Bu barədə ətraflı bilmək üçün saytımızdakı “NAMAZ TƏLİMİ” bölməsinə baxa bilərsiniz.)
178. Mirqadir (Baki)
SUAL: Salam Aleykum.Shek-shubhe etmek islamda ne kimi dogrudur. Shek-shubhe (vasvaliq)-den uzaq olmaq ucun ne etmek lazimdir?
CAVAB: Şübhəli şeyləri iki qismə bölmək olar:
1. Dini etiqadi məsələlərdə şəkk-şübhə etmək: (Məsələn Cənnətin və ya Cəhənnəmin varlığına şübhə ilə yanaşmaq, Qiyamət gününə şübhə etmək və s.) Bu cür şübhə etmək küfrdür. Uca Allah buyurur: “İnsanlardan eləsi də vardır ki, Allaha şəkklə ibadət edər. Əgər ona bir xeyir toxunsa, (dini barəsində) arxayın olar (islamdan möhkəm yapışar). Yox, əgər ona bir bəla (müsibət) üz versə, çöhrəsi dəyişər (islamdan üz döndərib yenə küfrə qayıdar). Beləsi dünyanı da əldən verər, axirəti də. Açıq-aşkar ziyan budur, bu! O, Allahı buraxıb özünə nə zərər, nə də xeyir verən bütlərə tapınar. Haqq yoldan azıb uzaq düşmək də budur!” (əl-Həcc surəsi 11-ci, 12-ci ayələr). Başqa bir ayədə isə belə buyurur: “O, saat (qiyamət günü) mütləq gələcəkdir, ona heç bir şəkk-şübhə yoxdur. Lakin insanların çoxu (buna) inanmaz!” (əl-Mumin surəsi 59-cu ayə).
2. Bəzi şeylərin halal və ya haram olmasında şübhə etmək. Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) öz ümmətinə bu cür şübhəli şeylri tərk etməyə nəsihət etmişdir. Ən-Numən ibn Bəşir (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (səllallahu aleyhi və səlləm) belə dedi: “Həqiqətən halal da açıq-aydındır, haram da açıq aydındır. (Lakin) bunlar arasında bəzi şübhəli şeylər vardır ki, insanların əksəriyyəti bunları bilmirlər. Odur ki, şübhəlilərdən üzaq olarsa dinini və namusunu qorumuş olar. Kim də şübhəlilərə əməl edərsə harama düşmüş olar.....” (Bu hədisi Buxari və Muslim etmişdir).
176. Jumshud M (Baki)
SUAL: Salam Aleykum Ve rahmatullah ve barakatuhu.
Sualim beledir.
Islamda heddi bulugluk orta hesabnan nece yashdan sayilir (oglanlar ucun). (oruj ve namaz ucun), cunki eyni yashli ushaglar ozlerini muxtelif aparirlar. Ve vaxti chatibsa usaglara sert tezigi elemek olarmi.
Allar Razi Olsun
CAVAB: Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu. İnsanın həddi buluğa çatması aşağıdakı əlamətlərlə bilinir:
1. Pollyusiya halına düşməsi (yuxuda olarkən sperma ifraz etməsi);
2. Övrət yerinin ətrafında tüklərin çıxması;
3. On beş yaşa çatması;
Qadınlar üçün isə dördüncü əlamət də əlavə olunur.
4. Heyz qanının gəlməsi.
Əgər bu əlamətlərdən hər hansı biri baş verərsə həmin şəxs artıq həddi buluğa çatmış sayılır. Həddi buluğa çatmış uşaqlarla (Allahın əmrlərini yerinə yetirməsələr) sərt rəftar etmək olar.
175. Xəlilova Sevinc (Gəncə)
SUAL: Salam. Mən Ramazan ayı başlayandan oruc tuturam və Namazada bu aydan başladım. Mən şiyə namazı qılıram. Artıq bir həfdədir Namaz qılıram, ancaq bu həftə ərzində hər Namaz qılan dostum- tanışım mənə cürbəcür qılma üsulları göstərirlər. Yəni elə büyük fərq olmur, ancaq mən hansının düzgün olduğunu bilmirəm. Hətta dəstəmaz alanda da çətinlik çəkirəm. Xahiş edirəm mənə kömək edin. Sağ olun. Allah sizdən razı olsun.
CAVAB: Dəstəmaz almağı və namaz qılmağı öyrənmək üçün saytımızın “NAMAZ TƏLİMİ” bölməsinə nəzər sala bilərsiniz. Bu bölmədə dəstəmaz və namaz barəsində geniş məlumat əldə edə bilərsiniz.
174. Ferhad Aliyev (Baki)
SUAL: Essalamaleykum! Men Vitr namazinin Qunut dualrini nece elde ede bilerem? Siz onun ereb dili versiyasini, tercumesini ve ereb sozlerinin azeri dilinde yazlilishini saytada yerleshdire ve menim pochtuma gondere bilersinizmi? ALLAH razi olsun!!! Essalamaleykum ve Rahmetullahi ve Berakatuh!!!
CAVAB: Və aleykumus-sələm. Qunut duasının ərəb dili versiyasını, tərcüməsini və latın hərifləri ilə oxunuşunu “Müsəlmanın qalası” adlı kitabçadan tapa bilərsiniz. Adı çəkilən kitabçada Qunut duası ilə bərabər Peyğəmbərin (səllallahu aleyhi və səlləm) etdiyi bütün dua və zikirlər mövcuddur.
174. Xəlilova Sevinc (Gəncə)
SUAL: Salam. Suallarımdan əvvəl mən sizə, bu saytı yaratdığınğza görə, öz dərin minnətdarlığımı bildirmək istəyirəm. Qoy Allah sizin bu işinizi böyük savab kimi qəbul etsin. Mənim sizə hələlik iki sualım var.
1. Ramazan ayında qurban kəsmək olarmı?
2. Qüsul alanda üzü qibləyə paltarsız durmaq düzdürmü?
Cavabınızı səbirsizliklə gözləyəcəm. Sağ olun. Allah sizdən razı olsun.
CAVAB: Və aleykumus-sələm.
1. Bəli Ramazan ayında Allah yolunda qurban kəsmək olar. Bunun savabı daha da böyük olar.
2. Qüsul aldıqda ixtiyari istiqamətə yönələ bilərsiniz. Qüslu həmçinin paltarsız da ala bilərsiniz.
173. Oxucu (Bakı)
SUAL: Salam.
1. Zina etmək dedikdə ancaq bilavasitə cinsi əlaqədə olmaq nəzərədə tutulur? Yoxsa zinanın da böyüyü və ya kiçiyi var?
2. Əgər sən bunu etmirsənsə, sadəcə təsəvvür edirsənsə bu da günahdır. Lakin, bu kiçik günahdır yoxsa böyük günah?
Çox sağ olun.
CAVAB: Zinanın müxtəlif dərəcələri vardır. Ən böyük zina dedikdə biləvasitə cinsi əlaqədə olmaq nəzərdə tutulur. Bu zina barəsində uca Allah buyurur: “Zinaya da yaxın düşməyin. Çünki o, çox çirkin bir əməl və pis bir yoldur!” (əl-İsra surəsi 32-ci ayə). Uca Allah bu növ zina üçün müəyyən cəza tədbiri təyin etmişdir. Uca Allah bu barədə belə buyurur: “Zinakar kişiyi və zinakar qadına yüz çubuq vurun. Allaha və axirət gününə inanırsınızsa, Allahın dini barəsində (bu işin icrasında) ürəyiniz onlara yumşalmasın və möminlərdən bir dəstə də onların əzabına şahid olsun. (Bu, subay kişiyə və ərsiz qadına aiddir. Evli kişi və qadın zina etdikdə isə onların cəzası daşqalaq edilməkdir).” (ən-Nur surəsi 2-ci ayə).
Zinanın həmçinin başqa növləri də vardır. Bu növ zinalar üçün uca Allah müəyyən cəza tədbiri təyin etməmişdir. Lakin buna baxmayaraq bunlar da günah sayılır. Bu cür zinalardan bəzilərini qeyd edək: 1. Gözün zinası; Yəni göz vasitəsi ilə naməhrəm qadınlara baxmaq. (Həmçinin pozğun filimləri və şəkilləri seyr etmək). 2. Əlin zinası; Əl vasitəsi ilə məni ifraz etmək. 3.........................
Zinanı təsəvvür etmək kiçik günah sayılır.
Mustəqil Islam saytı. Materiallardan istifadə etdikdə istinad vacibdir. Sayt 1422-ci (2001) hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət gostərir. e-mail: mail@azerislam.com. ICQ #99931111