... Bu gün dininizi sizin üçün kamil etdim,
    sizə olan nemətimi tamamladım və sizin üçün
    din olaraq islamı bəyənib seçdim ... [ Əl-Maidə, 3 ]

Əsas menü
ANA SƏHİFƏ

Xidmətlər
Azərislam barəsində dostuna xəbər ver
 
Son xəbərlərə yazıl
 

Statistika


Dost saytlar

Put k Koranu. Sayt Kuliyeva Elmira

Iravan.com


Yeniliklər
Sual-cavab arxivindən cavablanmış 312 sual.

  daha ətraflı

بسم الله الرحمن الرحيم

470. islam_nicat (dogma diyar baki)

SUAL: aleykum selam menim 12 yashim var deyirler namaz qila bilmerem duzdu?
men mecburam bu suali verim mene deyiller ki bir insan gerek her yere (ayaq yoluna )aftafayla(bagishlayin)gire eks halda o temiz olmasa o musalman deyil?

CAVAB: Və aleykumus-sələm.
Xeyr bu düzgün deyildir. Hər bir həddi buluğa çatan insan namaz qılmalıdır. Əgər həddi buluğa çatan şəxs namaz qılmasa ona günah yazılır. Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) demişdir: “Üç şəxsin üzərindən qələm qaldırılıb (onlara günah yazılmır): Həddi buluğa çatmamış uşaq, ruhi xəstə və yuxuda olan şəxs...” (Bu hədisi Əbu Davud rəvayət etmişdir).
Aftafa barəsində deyilənlər də yanlış fikirdir. İnsan adi hallarda təharətdən sonra necə təmizlənirsə, namaz qıldıqda da elə təmizlənir.


469. Humeyra (Baki)

SUAL: AsSalamu alaikum.
1. Dua ederken tam semimi olmaq ucun ne etmek gerekdir?
2. Jahillere qarsi ureimin getdikje daslasdigini gorurem. Dualarimda onlara hidayet isteyende ozume istediyim kimi semimi olmuram. Bu imanin zeifliyindendirmi? Qarsisini neje ala bilerem?
3. Dua edib Allahdan nese isteyende sanki kimse qulagima picildair: "Sen filan, filan emelleri elemirsen, ne uzle Allahdan nese isteirsen?!". Bajilardan biri bunun sheytan(authu biLlah) terefinden vesvese oldugunu dedi. Ne etmeliem?
Allah(SwT) razi olsun.
WasSalam.

CAVAB: Və aleykumus-sələm.
1. Duanın qəbul olma səbəblərindən ən başlıcası ixlasdır (səmimiyyətdir). Dua edən şəxs Allaha tam ixlasla dua etməli və yəqinliklə bilməlidir ki, onun duası qəbul olacaqdır. Duanın qəbul olması o demək deyil ki, Allah istədiyin şeyi bu dünyada mütlək verəcəkdir. Duanın qəbul olması o deməkdir ki, uca Allah sizə 3 şeydən birini verəcəkdir:
- İstədiyiniz şeyi ya bu dünyada verəcək;
- ya onun əvəzini axirətdə verəcək;
- ya da həmin dua vasitəsilə sizin başınıza gələcək bəlaları sizdən dəf edəcəkdir.
Odur ki, dua edən şəxs yəqinliklə bilməlidir ki, Allah ona bu 3 şeydən birini mütlək merəcəkdir.
2. Hər bir müsəlman yalnız kafirlərə qarşı şiddətli olmalıdır. Uca Allah buyurur: “Muhəmməd (əleyhissəlam) Allahın Peyğəmbəridir. Onunla birlikdə olanlar (möminlər) kafirlərə qarşı sərt, bir-birinə (öz aralarında) isə mərhəmətlidirlər...” (əl-Fəth surəsi 29-cu ayə). Əgər müsəlmanın qəlbində kafirə qarşı sərtlik varsa bu onun imanının çoxluğundandır.
Lakin hər bir müsəlman çahil müsəlmanlara qarşı mülayim olmalıdır. Uca Allah buyurur: “(Ya Rəsulum!) Allahın mərhəməti səbəbinə sən onlarla (döyüşdən qaçıb sonra yanına qayıdanlarla) yumşaq rəftar etdin. Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər.” (Ali İmran surəsi 159-cu ayə). Bu ayə göstərir ki, cahil müsəlmanlarla mülayim olmaq lazımdır. Buna da əməl etmək üçün hər bir kəs həmin çahillərin haqq yoluna gəlməsini istəməlidir. Bir şeyi də unutmamalıdır ki, əgər onun əli ilə bir şəxs islama gələrsə bu onun üçün dünya və onun içindəkilərdən daha xeyirli olar. Odur ki, kim bu xeyirə, savaba nail olmağı düşünərsə çahillərin haqq yoluna gəlməsi üçün daha səmimi olar.
3. Bəli, bu şeytan tərəfindən vəsvəsə ola bilər. Çünki, şeytan öncə çalışır ki insanları Allaha dua etməkdən yayındırsın, buna nail olduqdan sonra isə çalışır ki, onları Allahdan qerisinə dua etməyə sövq etsin. Odur ki, şeytanın bu ilk addımlarının qarşısını vaxtında almaq lazımdır. Belə ki, siz daima Allaha dua etməkdə davam edin.
Allah sizdən də razı olsun.
Və aleykumus-sələm.


468. BoA_101 (Baki)

SUAL: Salam Aleykum ve Rahmatullahi ve Berekatuhu!

Hormetli Baci ve Qardashlarim!

Ilk once heyatdan parcha:

2 il bundan evvel, iRC chatlarinin coxlarinda moderator olduguma gore internetde ve xususende chatlarda cox otururdum. Men yaratdigim kanalda, kanala idareciliyi esasen qizlara verirdim, cunki chat oglanlarinin coxsuna sozun acigi etibarim olmurdu. Uzun sozun qisasi, gunlerin bir gununde mehz bu chatda bir qiznan tanish oldum, danishiq terzi hansinin ki, ele hemin an ureyime yatdi. Xeyli muddet kechenden sonra onunla gorushmeye bashladiq (ayda 1 defe ve yaxud 2 ayda bir defe) ve belece bir il her shey daval eledi. Texmini 1 ilden sonra, mennen sorushanda ki, Namaza bashlasam nece baxarsan - tebii ki, heddinden artiq sevindim (ozum o vaxt hele qilmirdim, fikrim ise lap ushaqliqdan var idi). Ustunden 2-3 kechenden sonra (Deqiq yadimdadi, 1 il bundan evvel Ramazan ayinda) mende Namaza AllahIN komekliyi ile bashladim. Gorushlerin sayi chatdi sifira, zenglerimiz ise heftede 5-6 defe olurdusa 1 defe ve yaxud hech olmur sayina chatdi. AllahA min shukur, men bele gozel qismeti hech yuxumda bele gormemishdim, amma esas bu qismet olmadigina cox gozel bilirem. Cox sevindiri haldir ki, onun qardashida coxdandir namaz qilir. Tesadufimi, yoxsa men bele sherait yaratdim ki, qardashla tanish oldum ve cox gozel munasibetlerimiz var indi.
Sizden istediyim meslehet ise bu sualadir:

Men AllahIN komekliyi ile niyyetimi yerine yetirmek isteyirem ve hemin qizla Allah Rizasi Uchun heyat qurub, bu heyatda AllahA qulluq edib, bu muveqqeti heyati bax belece yashamaq isterdim. Men onu qizi valideyinlerinnenmi 1-ci isteyim? Yoxsa onun qardashiyla once sohbet edim? ve yaxud en yaxshi yol nece ola biler? Xahish edirem Allah Rizasi Uchun mene meslehet vererdiz.

Allah Sizden Razi Olsun! AMEEN!
Allah Butun Oruc Tutan Muselmanlarin Orucunu Qebul Elesin! AMEEN!
Allah Bizi, Butun Musleman Ehlini Naxeleflerden ve Ona Benzeyenlerden Qorusun! AMEEN!
Allah Xeste Olan Muselmanla Shefa Versin! AMEEN!
Allah Bizi Halali Haramdan Sechenlerden Etsin! AMEEN!

Aleykuma Salam ve Rahmatullahi ve Berekatuhu!

CAVAB: Və aleykumus-sələmu və rahmətullahi və barəkətuhu.
Əgər həmin qızla evlənib həyat qurmaq fikrində qətisinizsə onda onun valideynlərinə elçinizi göndərin. Yəni onu valideynlərindən istəyin. Çünki, həmin qızın vəlisi onun atasıdır. Əgər atası yoxdursa onda qardaşından istəyə bilərsiniz.
Allah sizin bu əməlinizi bu dünya və azirətiniz üçün bərəkətli (xeyirli) etsin! Amin!!!
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.

467. Ilqar (Baki)

SUAL: Əssalamu-aleykum! Əziz Mysəlman qardaşlarım, Eşitdiymə qörə siqaret xaram buyurulub, Amma mən onu tərqidə bilmirəm. Sizdən xaxiş edirəm mənə məsləhət verəsiniz.
Əssalamu-aleykum və rəhmətullahi və bərəkətux!

CAVAB: Və aleykumus-sələm.
Sizə məsləhətimiz budur ki, “Siqaret və onu zərərləri” adlı kitabı alıb oxuyasınız. Bu kitab sizə kömək edəcəkdir. Bu kitabı “Muslim shop” dükanından əldə edə bilərsiniz. Bu dükan bir çox yerlərdə fəaliyyət göstərir. Nərimanov rayonunda “Cümə” məscidinin həyətində, beş mərtəbələr tərəfdə (Xarici İşlər Nazirliyi ilə üzbəüz) və s.
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.

466. nana (baki)

SUAL: salam .sualim beledir.namaz qilarken tessehudde bas barmagi terpetmek ne derecede duzgundur.cavabiniza gore cox sag olun.ramazan bayraminiz mubarek olsun.

CAVAB: Və aleykumus-sələm.
Təşəhhüddə işarə (şəhadət) barmağını qibləyə tərəf yönəltmək və ya onu tərpətmək müstəhəbdir. Abdullah İbn Ömər (Allah ondan razı olsun) rəvayət edir ki, “Peyğəmbər (səllallahu aleyhi və səlləm) təşəhhüddə barmağı ilə işarə etdikdə baş barmağını orta barmağının üzərinə qoyardı, hərdən də, bu iki barmağı dairə şəklində tutardı, həmçinin dua edərkən şəhadət barmağını tərpədərdi.”

465. Ilgar (Baki)

SUAL: Assalamu-aleykum!
Bizi maraglandiran bir sual var.
Belqem meselesini tam bilmek.
Yani-ki belqemi ne vaxt olar udmaq,ve ne vaxt olmaz
meselen:belqem dishe catanda ve yahud namaz qilanda.
Allah razi olsun sizden.
Assalamu-aleykum!

CAVAB: Və aleykumus-sələm.
Ümumiyyətlə bəlğəmi udmaq orucu pozmur. Odur ki, istəniulən vaxt bəlğəmi uda bilərsiniz.
Allah sizdən də razı olsun.
Və aleykumus-sələm.


464. mehman (Baki)

SUAL: xaish edirem mene ehli sunne barede olan biliklerinizi her bir vasite ile veresiniz ,ya cevab yada emailime hansi saytdan ve eger mumkinse bu barede etrfli bir yazi gonderesiz ,chox sagolun

CAVAB: Əs-sələmu aleykum.
Əhli sünnə barəsində məlumatlara hədis kitablarını oxumaqla nail ola bilərsiniz.

463. Tural (Baki)

SUAL: salam qardash.bilmek isredim oluler bizim onlari ziyaret etmeyimizi hiss edirmi? Eger edirlerse xahish ederdim ki, delili olsun. Allah razi olsun

CAVAB: Əs-sələmu aleykum.
Ziyarət zamanı ölülərin bizi hiss edib-etməməsi barəsində heç bir dəlil yoxdur. Odur ki, bu barədə susmaq daha yaxşı olardı. Daha doğrusunu isə Allah bilir.

462. Emirov Elchin (Baki)

SUAL: Spirtli icki satmaq gunahdirmi

CAVAB: Əs-sələmu aleykum.
Bəli, spirtli içki satmaq haramdı. Peyğəmbər (səllallahu aleyhi və səlləm) içki ilə bağlı on sinif insanı lənətləmişdir. Ənəs İbn Malik (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (sərxoş edici) içki ilə bağlı on sinif insanı lənətləmişdir: “Onu düzəldəni, düzəltdirəni, içəni, daşıyanı, daşıtdıranı, süzəni, satanı, ondan gələn gəliri yeyəni (satdıranı), alanı, aldıranı.” (Bu hədisi Tirmizi, İbn Macə, Əhməd və başqaları rəvayət etmişdir).

461. elcin hasan (baki)

SUAL: Assalamu aleykum.Butun nov musiqilerin haram olmasina aid hansi deliller deye bilersiniz?Assalamu aleykum. Allah sizden razi olsun.

CAVAB: Və aleykumus-sələm.
Musiqinin haram olmasına dair quran ayələri aşağıdakılardır:
- Uca Allah Qurani Kərində şeytana bel deyir: “Onlardan kimi bacarırsansa, səsinlə yerindən oynat...” (əl-İsra surəsi 64-cü ayə).
- Həmçinin musiqi barəsində uca Allah başqa bir ayədə belə buyurur: “İnsanlar içərisində eləsi də vardır ki, nadanlığı üzündən (xalqı) Allah yolundan döndərmək və bu minvalla onu məsxərəyə qoymaq üçün mənasız sözləri satın alarlar. Məhz belələrini alçaldıcı bir əzab gözləyir.” (Loğman surəsi 6-cı ayə).
Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) səhabəsi olan İbn Məsud (Allah ondan razı olsun) bu ayələri təfsir etdikdə Allaha təkidlə and içərək belə demişdir: “Allaha and olsun ki uca Allah bu ayələrdə (şeytanın səsi və mənasız sözlər dedikdə) musiqini qəsd edir.”
Musiqinin haram olmasına dair bir çox hədislər də mövcuddur.
Və aleykumus-sələm.

460. Tereddud (Baki)

SUAL: Salam! Meni iki shey maraqlandirir: 1.Zehmet olmasa meni basha salin, eger islam en duzgun yoldursa, niye muselmen dovletleri bu qeder zulme ducar olurlar, Allah niye buna yol verir?
2. Insanlar zulm eden tiranlar gozumuz onunde xoshbext yashayirlar, bes onlar niye ceza almirlar?
Cox sag oun.

CAVAB: Və aleykumus-sələm.
1. Çünki həmin dövlətlər Allahın qanunlarına layiqincə riayət etmirlər. Uca Allah buyurur: “Ey iman gətirənlər! Əgər siz Allaha (Allahın dininə və Peyğəmbərinə) yardım göstərsəniz, O da sizə yardım göstərər və sizi sabitqədəm (cihadda möhkəm, qüvvətli) edər.” (Muhəmməd surəsi 7-ci ayə).
2. Bizə elə gəlir ki, siz uca Allahın bu ayəsini oxusanız həmin suala cavab tapacaqsınız. Uca Allah buyurur: “(Ya Peyğəmbərim! Münafiqlərin) nə malları, nə də oğul-uşağı səni təəccübləndirməsin. Allah onlarla ancaq münafiqlərə dünyada əzab vermək, kafir olduqları halda, canlarını almaq istər.” (ət-Tövbə surəsi 55-ci ayə).
Digər bir ayədə də belə buyurur: “Onların nə mal-dövləti, nə də oğul-uşağı səni heyrətə salmasın. Allah bununla onlara (münafiqlərə) ancaq dünyada əzab vermək və kafir olduqları halda, canlarının (çətinliklə) çıxmasını istər.” (ət-Tövbə surəsi 85-ci ayə).
Odur ki, bu cür şeylər sizi də təəccübləndirməsin.

459. Quliyeva Nermin (Baki)

SUAL: Salam.Size bir sualim var.Bilmek isteyirem, Deyirler ki, qedr gecesi ve ya umumiyyetle desek canli shekili,ya heykeller olan eve melek girmez.Qedr gecesi de evde olan sheyleri yighishdirmaq laizmdir.Bu ne derecede duzgundur?Ve musiqi ve resm gunahdirmi?

CAVAB: Və aleykumus-sələm.
1. Ümumiyyətlə İslam dininə görə canlı (ruhu olan) şəkili çəkmək haramdır. Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Qiyamət günü Allah dərgahında ən şiddətli əzab şəkil çəkənlərə olacaqdır.” (Bu hədisi Buxari rəvayət etmişdir).
Digər bir hədisdə isə Peyğəmbər (səllallahu aleyhi və səlləm) belə demişdir: “İçində it və şəkillər olan evə mələklər daxil olmurlar.” (Bu hədisi də Buxari rəvayət etmişdir).
Bu hədislər onu göstərir ki, şəkil çəkmək və çəkdirmək harmdır. Həmçinin evdə şəkil saxlamaq qadağandır. Çünki, həmin evə mələklər daxil olmurlar. Odur ki, həm Qədr gecəsində, həm də digər günlərdə evdə şəkil saxlamaq olmaz.
Hər bir müsəlman da çalışmalıdır ki, evində olan bütün şəkilləri yığışdırsın.
2. Bəli, dində musiqi haramdır. Musiqinin haram olmasına dair quran ayələri isə aşağıdakılardır:
- Uca Allah Qurani Kərində şeytana bel deyir: “Onlardan kimi bacarırsansa, səsinlə yerindən oynat...” (əl-İsra surəsi 64-cü ayə).
- Həmçinin musiqi barəsində uca Allah başqa bir ayədə belə buyurur: “İnsanlar içərisində eləsi də vardır ki, nadanlığı üzündən (xalqı) Allah yolundan döndərmək və bu minvalla onu məsxərəyə qoymaq üçün mənasız sözləri satın alarlar. Məhz belələrini alçaldıcı bir əzab gözləyir.” (Loğman surəsi 6-cı ayə).
Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) səhabəsi olan İbn Məsud (Allah ondan razı olsun) bu ayələri təfsir etdikdə Allaha təkidlə and içərək belə demişdir: “Allaha and olsun ki uca Allah bu ayələrdə (şeytanın səsi və mənasız sözlər dedikdə) musiqini qəsd edir.”
Lakin biz yolla gedərkən musiqi səsi ilə rastlaşırıqsa dərhal oradan uzaqlaşmaq lazımdır. Əks halda isə günah yazılır.
Allah bizi haqqa tabe olanlardan etsin! Amin!!!

458. taliboc aydin (baki)

SUAL: men boyuk gunah islemisem men namaz qiliram oruc tuturam bir sozle allaha ibadet edirem amma bir gunah ne olub men ispirtli icki icmisem bu gunahi yumaq ucun ne elek lazimdi xahis edirem deyin

CAVAB: Əs-sələmu aleykum.
Bu günahı yumaq üçün həmin əmələ görə tövbə etməlisiniz. Tövbənin şərtləri bunlardır:
1. Etdiyin günaha görə peşiman olmaq; Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Peşimançılıq tövbədir.” (Bu hədisi imam Əhməd rəvayət etmişdir).
2. Etdiyin günahdan bir dəfəlik əl çəkmək;
3. Bir daha həmin günaha qayıtmamağı niyyət etmək;
4. Əgər etdiyin günah hər hansı bir şəxsin haqqı ilə bağlıdırsa onun haqqını ödəmək; (Məsələn: Oğurluq etmisənsə onu sahibinə qaytarmalısan, qeybət etmisənsə həmin şəxsdən üzr istəməlisən və s.)
Tövbə edən şəxs həmçinin bəzi şeylərə də riayət etməlidir. Bunların bəzilərini qeyd edək:
- Tövbə edən şəxs onu səmimi qəlbdən (ixlasla Allah üçün) etməlidir; Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) demişdir: “Allah yalnız ixlasla (səmimi qəlbdən), Onun razılığını qazanmaq üçün edilən əməlləri qəbul edir”. (Bu hədisi Nəsai rəvayət etmişdir).
Həmçinin uca Allah belə buyurmuşdur: “Ey iman gətirənlər! Allaha səmimi-qəlbdən (bir daha günaha qayıtmamaq şərtilə) tövbə edin...” (ət-Təhrim surəsi 8-ci ayə).
- Tövbəni qəbul olunan vaxtda etmək lazımdır; Tövbənin qəbul olunmayan vaxtları bunlardır:
a) Qiyamət günü günəş məğribdən (batdığı yerdən) çıxdıqda;
b) Ölün anında;
Uca Allah buyurur: “Günah işlər görməkdə davam edərək ölüm yetişən anda: "Mən indi tövbə etdim" -deyənlərin və kafir olaraq ölənlərin tövbəsi qəbul olunmaz. Biz onlar üçün şiddətli bir əzab hazırlamışıq!” (ən-Nisa surəsi 18-ci ayə).
Bu da onu göstərir ki, tövbəni gecikdirmək olmaz. Elə ona görə də, əgər hər hansı bir şəxs günah edərsə bundan dərhal sonra tövbə etməlidir. Uca Allah buyurur: “Allah yanında yalnız o kəslərin tövbəsi qəbul olunar ki, onlar nadanlıq ucundan pis bir iş gördükdən sonra dərhal tövbə edərlər. Allah belələrinin tövbəsini qəbul edir! Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!” (ən-Nisa surəsi 17-ci ayə).
Tövbə edən zaman günahları sadalamağa ehtiyac yoxdur. Çünki tövbə edən şəxs bütün günahlara görə tövbə etməlidir. Əgər insan bütün günahlara görə tövbə edərsə onun qəsdən etdiyi günahları da bağışlanır.
Allah bütün müsəlmanların tövbələrini qəbul etsin! Amin!!!


457. talibov aydin (baki)

SUAL: dun ya nece mocuzeden ibretdir ve hansilardir mumkunse cavab verin

CAVAB: Əs-sələmu aleykum.
İndiyə qədər dünyada saysız hesabsız möcüzələr olmuşdur. Bunların dəqiq sayını Allahdan başqa heç kəs bilmir.

456. Xalid Cavadov (Baku)

SUAL: Salam.Menim kechen orucluq ayindan 2 gun borcum var idi.Cox teesuf ki onu odeye bilmedim.Xaish edirem mene komek edin.

CAVAB: Və aleykumus-sələm.
Keçən ildən qalan orucunuzu bu Ramazana qədər tuta bilmədiyiniz üçün (bu Rmazandan sonra) həmin günlərin qəzasını tutmalı və əlavə olaraq bu günlərin sayı qədər miskin (kasıb) də yedizdirməlisiniz. Yəni, siz bu Ramazan bitdikdən sonra keçən Ramazanın iki gününü oruc tutmalı və əlavə olaraq iki miskin də yedirtməlisiniz.

455. elvin bayramov (devechi)

SUAL: Esselamu aleykum ve rahmetullahin ve bereketuhu
menim bele bir sualim var: Siz niye heyatda ovliyalarin movcud oldugunu inkar edirsiniz deyirsiniz ki, nece bilmek olar ki, onlar Allah(c.c.)in dostudurlar . Onu ancaq Allah (c.c.)bilir ... mence onlara ele bele ovliya demeyibler. onlar yashadiglari mekanda camaat terefinden oz ezlaqlari, yuksek meneviyatlari, bezen kerametleri, ibadetlerindeki derinlik sayesinde o adi qazaniblar . Allaha bu yuksek cehetleriyle daha yaxin olublar, insanlar arasinda bu hormete, iltifata nail olublar ona gore onlari Allahin dostu hesab edibler

CAVAB: Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.
Siz haradan bilirsiniz ki, biz hal-hazırda övliyaların (Allahın dostlarının) olmasını inkar edirik. Bu böhtandır. Biz heç də övliyaları inkar etmirik. Bəli hal-hazırda övliyalar ola bilər.
Lakin bizim inkar etdiyimiz başqa şeydir. Biz həmin övliyaları Allaha şərik qoşmağı inkar edirik. Çünki, əksər insanlar həmin övliyaları Allaha şərik qoşur və yalnız Allaha məxsus olan sifətləri onlara da şamil edirlər. Məsələn: Övliyalardan xəstəyə şəfa verməsini istəyirlər. Halbuku, həmin övliya sağlığında ikən özü xəstələndikdə Allahdan şəfa istəyərdi. Həmçinin onlardan övlad, ruzi, çətin vəziyyətə düşdükdə yardım və bu kimi şeylər istəyirlər. Bu əməllərin hamısı da şirkdir. Bizə də məlumdur ki, uca Allah şirki əsla bağışlamaz. Odur ki, yalnız Allaha məxsus olan bu kimi şeyləri Allahdan qerisindən diləmək olmaz. Uca Allah əş-Şüəra surəsində belə buyurur:
78. “(İbrahim Peyğəmbər öz qövmünə belə dedi): Məni yaradan və məni doğru yola yönəldən Odur! (Allahdır!)
79. Məni yedirdən də, içirdən də Odur!
80. Xəstələndiyim zaman mənə yalnız O, şəfa verir.
81. Məni öldürəcək, sonra (yenidən) dirildəcək Odur.
82. Və qiyamət günü xətamı bağışlayacağına ümid etdiyim də Odur!”
Bu ayələr onu göstərir ki, bu kimi sifətlər yalnız Allaha məxsusdur. Odur ki, Allahdan qeyrisindən bunları istəmək şirkdir.
Həmçinin həmin övliyalar vəfat etdikdən sonra onları Allahla özün arasında vasitə tutmaq və Allaha onlar vasitəsilə yaxınlaşmaq da şirkdir. Ümumiyyətlə bu əməl məkkə müşriklərinin əməli idi. Onlara dedikdə ki, həmin bütləri Allaha şərik qoşmayın, belə deyərdilər: “Biz yalnız onlar vasitəsilə Allaha yaxınlaşırıq.” Elə bu əməllərinə görə uca Allah onları müşrik adlandırdı.
Uca Allah buyurur: “(Ya Peyğəmbər!) Biz Kitabı sənə haqq olaraq nazil etdik. Buna görə sən də dini məhz Allaha aid edərək yalnız Ona ibadət et! (Bütpərəstlər kimi Ona şərik qoşma. Allaha ixlasla tapın!) Bil ki, xalis din (sırf ibadət, təmiz itaət) ancaq Allaha məxsusdur. Allahı qoyub (bütləri) özlərinə dost tutanlar: "Biz onlara yalnız bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirik!" (deyirlər). Şübhəsiz ki, Allah ixtilafda olduqları məsələlər barəsində (qiyamət günü) onların arasında hökm edəcəkdir. Allah yalançı, nankor olan kimsəni doğru yola müvəffəq etməz!” (əz-Zumər surəsi 2-ci və 3-cü ayələr).
Qeyd: Əgər insanların övliya saydığı şəxslər yuxarıda sadaladığımız əməllərin onlardan istənilməsinə razı olarlarsa və buna heç bir etiraz etməzlərsə onda həmin şəxslər əsla övliya (Allahın dostu) ola bilməzlər. Çünki onlar artıq şirklə razılaşmış olurlar. Şirlə razılaşan şəxs də heç vaxt Allahın dostu ola bilməz.
Allah bütün müsəlmanları doğru yola yönəltsin! Amin!!!
Allah bizi haqqı eşidib ona əməl edənlərdən etsin! Amin!!!


454. Rufat (Baki)

SUAL: Salam Aleykum! Allah bütün müsəlmanlarin orucunu və dualarını bu Ramazan ayinda qəbul etsin. AMİN!
Sualim belədir: Mən dövlət şirkətində işləyirəm. Maaşi kart ilə alırıq. Müdürimiz maaşı dollarla götürür sonra isə mühasib onu kassadan manata çevirir. Dollarin məzənnəsi dəyişdiyi üçün kassada pul sayi çatişmir və mənə deyirlər ki şirkətə bir şey aldıqda sənədə malin qiymətini baha yazdır ki kassada pullar düz olsun. Puldan bizə heçnə qalmır Mən bilmək istəyirəm ki bu nə qədər düzgündür? Əgər səhv edirəmsə nə teməliyəm. Çox sag olun! ALLAh razi olsun

CAVAB: Və aleykumus-sələm.
Allah sizin də orucunuzu və dualarınızı qəbul etsin! Amin!!!
Bu əməl bir növ yalandır. Sizin də bu əməldə iştirak etməyiniz düzgün deyildir. Odur ki, siz çalışan qədər bu cür yalanlardan uzaq olun.
Allah bizim hamımızı İslam dinini layiqincə yerinə yetirənlərdən etsin! Amin!!!

453. elnur (baki)

SUAL: gunlerle gunduz,gunlerle gece kecen yerlerde namazi vaxtlarina gore nece qilmali

CAVAB: Əs-sələmu aleykum.
Bu cür yerlərdə namazın vaxtlarını həmin yerə ən yaxın olan şəhərin vaxtı ilə müəyyən edirlər.

452. elnur (baki)

SUAL: sahmat oynamaq niye haramdir?

CAVAB: Əs-sələmu aleykum.
Şahmat oynamaq məkruhdur. Bunun haram olması barəsində səhih hədis yoxdur.

451. Salam ()

SUAL: Bayram namazi evde qilinabiler?

CAVAB: Əs-sələmu aleykum.
Bayram namazını evdə qılmaq olmaz. Bu namaz cammatla çöldə və ya məsciddə qılınır.

450. Rustamova Elnara (Baki)

SUAL: salamaleykum ve rehmetullah
oluye quran oxutdurmag olarmi?cox sag olun .Butun muselmanlari ramazan bayrami munasibeti ile tebrik edirem salamaleykum va rehmetullah.

CAVAB: Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.
İslam dininə görə ölüyə quran oxumaq olmaz. Çünki belə bir əməl islam dinində varid olmamışdır. Nə Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm), nə də onun ardıcılları olan səhabələri belə bir əməl etməmişlər. Bu da onu göstərir ki, ölüyə Quran oxumaq dində onlardan sonra yaranmışdır. Bir sözlə dinə sonradan əlavə edilmişdir. Uca Allah bizim dinimizi tamamladıqdan sonra ona əlavələr etmək olmaz. Uca Allah buyurur: “...Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim...” (əl-Maidə surəsi 3-cü ayə).
Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) demişdir: “...Əməllərin ən şəri (dinə olan) yeniliklərdir. Şübhəsiz ki, hər bir yenilik bid'ətdir, hər bir bid'ət də zəlalətdir və hər bir zəlalət də Cəhənnəmdədir...” (Bu əhdisi Muslim, Əbu Davud, Nəsai, İbn Macə, Əhməd və başqaları rəvayət etmişlər).
Odur ki, sonradan bu dinə edilən bid'ətlər (yeniliklər) rədd olunur (qəbul olunmur). Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) bu xüsusda belə demişdir: “Bizim işimizə [dinimizə] ondan olmayan bir şeyi əlavə edənin etdiyi əməl rədd edilir.” (Bu hədisi Muslim rəvayət etmişdir).
Eləcə də ölüyə Quran oxumaq yaxşı və xeyirli bir əməl olsa idi onu ilk növbədə Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) edərdi. Çünki elə bir yaxşı əməl yoxdur ki, onu Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) etməsin. Əgər bu əməli Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) etməyibsə biz də etməməliyik. Çünki Peyğəmbər (səllallahu aleyhi və səlləm) bizim üçün bir nümunə, örnəkdir. Uca Allah buyurur: “Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!” (əl-Əhzab surəsi 21-ci ayə).
Lakin qeyd etmək istəyirik ki, İslamın düşmənləri müsəlmanları öz dinlərindən uzaqlaşdırmaq üçün Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) adından bir çox yalan hədislər uydurmuşlar. Ölüyə Quran oxumaq barəsində uydurduqları hədis də bu qəbildəndir.
Mühüm bir məsələni də nəzərinizə çatdırmaq istəyirik:
İndiki dövrdə ölülərə quran oxuyanların hamısı bunu müəyyən bir pulla oxuyurlar. Bu əməl öncə qeyd etdiyimiz əməldən daha da çox azğınlıqdır. Çünki həmin şəxs Quranı yalnız pula görə oxuyur. Yəni Quran ayələrini dəyərsiz dünya malına satır. Uca Allah buyurur: “...Mənim ayələrimi ucuz qiymətə (dəyərsiz dünya malına) satmayın və ancaq Məndən qorxun!” (əl-Bəqərə surəsi 41-ci ayə).
Əgər həmin şəxs Quranı pula görə oxuyursa onda buna görə heç bir savab qazanmır. Uca Allah buyurur: “Kim (axirətdən vaz keçib) dünyanı və onun bərbəzəyini istəyirsə, Biz ona əməllərinin əvəzini elə orada (dünyada) verərik. Onların dünyadakı mükafatları əsla azaldılmaz. Belələrini axirətdə atəşdən (cəhənnəm odundan) başqa heç bir payı yoxdur. Onların dünyada gördükləri işlər puç olar və bütün əməlləri boşa çıxar!” (Hud surəsi 15-ci və 16-cı ayələr).
Bu ayə onu göstərir ki, həmin şəxslər Quran oxumağı və bu kimi başqa əməlləri dünya malına görə etdikləri üçün Allah dərgahında heç bir savab qazanmırlar. Əgər onlar heç bir savab qazanmırlarsa onda hansı savabı ölüyə bağışlayırlar. Bu cür misallarda ağıl sahibləri üçün böyük ibrətlər vardır.
Allah bütün müsəlmanları doğru yola yönəltsin! Amin!!!
Allah bizi haqqı eşidib ona əməl edənlərdən etsin! Amin!!!
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.

449. Kemale (Sumqayit)

SUAL: Salamaleykum. ALLAH orucunuzu qebul etsin. AMIN. Quranin bir neche surelerinde cennetdeki sherab ile dolu badelerden sohbet gedir. Bunu nece izah etmek olar. Sag olun.

CAVAB: Və aleykumus-sələm.
Allah sizin də orucunuzu və ibadətlərinizi qəbul etsin.
Cənnətdə olan şərab bu dünyadakı şərablarla müqayisə edilməzdir. Bu dünyadakı şərabları içən şəxs sərxoş olub ağlını itirir, sonra onun başı ağrıyır, xoşa gəlməz hərəkətlər edir və s. Cənnət şərabını içdikdə isə bu cür xoşa gəlməz hallar baş verməyəcəkdir. Həmçinin hədislərdə gəlib ki, Cənnətdə olacaq nemətlərin yalnız adları bizə məlumdur. Onların keyfiyyətləri və xüsusiyyətləri isə başqa cür olacaqdır.

448. Zahra Sharief (Baku)

SUAL: assalam-o-alaykum warahmatullahi wabarakatuh.
Uca Allahin marhameti hemishe uzerinizde olsun, ameen.
Inshallah sejde halinda sag ayagin barmagini uzu qibleye qoymaq chox narahat oldugu halda (demek olar ki, qoya bilmirem) ne etmeli? buyurulan hal vajib ya mustehebdir?
assalam-o-alaykum warahmatullahi wabarakatuh.

CAVAB: Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.
Allah sizdən razı olsun.
Səcdə zamanı sağ və sol ayağın barmaqlarını qibləyə tərəf tutmaq müstəhəbdir. Amma bu heç də çətin deyildir.
Lakin bizə elə gəlir ki, siz səcdələr arası oturuş zamanı sağ ayağın barmağının qibləyə tərəf yönəlməsini nəzərdə tutursunuz. Qeyd edək ki, təşəhhüddə, iki səcdə arası oturuşda və ikinci, dördüncü rükətlərə qalxmazdan əvvəl sol ayağın üzərində oturmaq və sağ ayağın barmaqlarını qibləyə tərəf yonəltmək müstəhəbdir. Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (səllallahu aleyhi və səlləm) (Təşəhhüdü oxuduğu zaman) sol ayağının üzərində oturub sağ ayağının barmaqlarını qibləyə tərəf yönəldərdi…” (Bu hədisi Muslim rəvayət etmişdir).
Odur ki, bu sünnəni tərk etmək namazı batil etmir və səhv səcdəsi etmək də lazım gəlmir. Namaz qılan şəxs bunu etməklə yalnız əlavə savab qazanır.
Və aleykumus-sələmu və arhmətullahi və bərakətuhu.


447. S.R. (Sumqayit)

SUAL: Esselamu aleykum!
1)Zehmet olmasa qedr gecesi namazinin qilinma qaydalarini (ruketlerin sayi,namazin vaxti ve s.)etrafli izah ederdiniz.
2)Eger imsak vaxtinin bitdiyi andan sonra 5-10-15deq artiq yemeye davam edilirse,bu gunahdirmi?
Evvelceden size oz tesekkurumu bildirirem!

CAVAB: Və aleykumus-sələm.
1. Qədr gecəsi qiyamul-leyl (gecə namazı) namazı və vitr namazı qılmaq olar.
Gecə namazı iki-iki istənilən sayda qılınan sünnət namazıdır. (Bu namaza ərəbcə Qiyamul-leyl namazı deyilir).
“Vitr” isə tək deməkdir. Bu, gecə qılınan tək saylı namazdır. Gecə namazlarından (təhəccüddən) sonra da qılınır. Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, “Peyğəmbər (səllallahu aleyhi və səlləm) gecənin hər vaxtında - əvvəlində, ortasında və axırında Vitr namazını qılardı. (Əfzəl olduğu üçün) Vitri sübh namazına yaxın (gecənin sonunda) qılardı.” (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir). Abdullah ibn Ömər (Allah ondan razı olsun) rəvayət edir ki, “Peyğəmbər (səllallahu aleyhi və səlləm) dedi: “Vitr gecənin axırında qılınan bir rükətdir.”
Əl-Mühamili Peyğəmbərin (səllallahu aleyhi və səlləm) Vitr namazının növlərini aşağıdakı kimi qeyd etmişdir:
- Bir rükət;
- Üç rükət (iki, sonra da bir ayrı, və ya üç rükət ardıcıl);
- Beş rükət (ardıcıl);
- Yeddi rükət (altı rükət ardıcıl qılıb təşəhhüdü oxumaq, sonra qalxıb yeddinci rükəti tamamlamaq);
- Doqquz rükət (səkkiz rükət ardıcıl qılıb təşəhhüd oxumaq, sonra qalxıb doqquzu tamamlamaq);
- On bir rükət (on rükəti cüt-cüt qılıb salam verməklə tamamlamaq, sonra da bir rükət qılmaq);
Qeyd: Burada, ardıcıl dedikdə, rükətlərin arasında təşəhhüdü oxumamaq nəzərdə tutulur.
Abdullah ibn Abbas (Allah ondan razı olsun) rəvayət edir ki, “Peyğəmbər (səllallahu aleyhi və səlləm) on üç rükət gecə namazı qıldı”. (Bu hədisi Buxari rəvayət etmişdir).
Vitr namazı Peyğəmbərin (səllallahu aleyhi və səlləm) daima qıldığı, müəkkəd (təkid olunmuş) sünnət namazıdır. Peyğəmbərin (səllallahu aleyhi və səlləm) Vitr namazını minik üzərində qılması bu namazın fərz olmamasına dəlildir. İbn Ömər (Allah ondan razı olsun) rəvayət edir ki, “Peyğəmbər (səllallahu aleyhi və səlləm) dəvənin üzərində Vitr namazını qıldı.” (Bu hədisi Muslim rəvayət etmişdir).
Vitr namazının vaxtı: İşa namazının sünnəsindən sonra sübh namazınadək.
2. Sübh namazının vaxtı girdikdən sonra bilərəkdən bir şey yemək və ya yeməyə davam etmək orucu batil edir. Əgər bu bilməyərəkdən edilərsə həmin oruc səhih sayılır. Odur ki, sübh namazının vaxtı girdikdən sonra yemək-içməyə son qoymaq lazımdır.

446. SAMIR!!!!!!!! (BAKI (RAZIN))

SUAL: ASSALAMU ALEYKUM VE RAHMATULLAHU VE BARAKATU MENIM EZIZ DINDAR QARDASIM MENIM VACIB SUALIM BUNNAN IBARETDIR MEN NAMAZ QILMAQ ISTEYIREM ANCAQ CIXILMAZ VEZIYYETDE QALMISA BEZI DINDAR INSANLAR DEYIR KI SUNNE NAMAZI DUZDUR BEZISIDE DEYIR KI SIYYE NAMAZI XAIS EDIREM MENE DUZGUN MESLEHET VERESINIZ !! 1) BIR SUALIMDA VAR SERIETIN QANUNLARINI MENE BASA SALASIZ YENI NAMAZ QILAN INSAN NEYI GUNAH BILIB ETMEMELI . NEYI ETMELIDIR MISALCUN MENIM NISANLIMLA GORUSE BILEREMMI COX ARTIQ DERECEDE SIZE TESEKKURUMU BILDIRIB SIZE HORMET VE IZZET EDIREM SAOLUN ALLAX SIZI N BASIVIZIN USTUNDEN ESKIK OLMASIN SUVAB IS GORURSUN

CAVAB: Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.
Allah sizə haqq yolunu tapmaqda kömək olsun. Əziz qardaşım, İslam dinində məzhəbçiliyə yol vermək düzgün deyildir. Çünki, məzhəbçiliyə yol vermək müsəlmanları parçalayır. Bizdən əvvəlki ümmətləri də parçalayan səbəb elə bu olmuşdur. Uca Allah buyurur: “(Ya Rəsulum!) Şübhəsiz ki, sənin firqə-firqə olub dinini parçalayanlarla heç bir əlaqən yoxdur. Onların işi Allaha qalmışdır. (Allah) sonra (qiyamətdə) onlara nə etdiklərini bildirəcəkdir!” (əl-Ənam surəsi 159-cu ayə).
Uca Allah bizə hər hansı bir məzhəbə tabe olmağı əmr etməmişdir. Allah bizə yalnız Özünə (yəni Qurani Kərimdəki əmrlərinə) və Peyğəmbərinə (səllallahu aleyhi və səlləm) (yəni onun hədislərinə) tabe olmağı əmr etmişdir. Elə haqq yolu da budur. Bu barədə uca Allah Qurani Kərimdə bir çox ayələr nazil etmişdir.
Uca Allah buyurur: “Allaha və Peyğəmbərə itaət edin. Əgər (itaətdən) boyun qaçırsanız, bilin ki, Peyğəmbərimizin vəzifəsi yalnız açıq bir təbliğdir (Quranı açıq-aydın təbliğ etməkdir).” (əl-Maidə surəsi 92-ci ayə).
Başqa bir ayədə isə belə buyurur: “Ey iman gətirənlər! Allaha itaət edin, Peyğəmbərə itaət edin və (şəkk-şübhə, riya, küfr və nifaq kimi şeylərlə) əməllərinizi puça çıxartmayın!” (Muhəmməd surəsi 33-cü ayə).
Lakin qeyd etmək istəyirəm ki, İslamın düşmənləri müsəlmanları parçalamaq üçün Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) adından bir çox yalan hədislər uydurmuşlar. Odur ki, kim Allaha və Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) səhih hədislərinə tabe olarsa haqq yolunu tapmış olar və Cənnətdə Allahın nemət verdiyi peyğəmbərləri, siddiqləri, şəhidləri və saleh insanlarlı ilə birgə olacaq.
Bu barədə uca Allah buyurur: “Allaha və Peyğəmbərə itaət edənlər (axirətdə) Allahın nemətlər verdiyi nəbilər (peyğəmbərlər), siddiqlər (tamamilə doğru danışanlar, etiqadı dürüst, peyğəmbərləri hamıdan əvvəl təsdiq edən şəxslər), şəhidlər və salehlərlə (yaxşı əməl sahibləriylə) bir yerdə olacaqlar. Onlar necə də gözəl yoldaşlardır!” (ən-Nisa surəsi 69-cu ayə).
Allahdan istəyirik ki, hamımızı Allaha və Peyğəmbərinə (səllallahu aleyhi və səlləm) itaət edənlərdən etsin! Amin!!!
Sizə məsləhətimiz budur ki, istər ibadətdə, istər də dünya işlərində hər hansı bir əməli yerinə yetirmək istədikdə Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) etdiyi kimi edin. Çünki, uca Allah Peyğəmbərimizi insanlar üçün bir nümunə, örnək olaraq göndərmişdir.
Uca Allah buyurur: “Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!” (əl-Əhzab surəsi 21-ci ayə). Allah bütün müsəlmanları doğru yola yönəltsin.
Hər bir müsəlman çalışdığı qədər bütün haram şeylərdən uzaq olmalıdır.
Əgər sizin nişanlınızla kəbininiz yoxdursa onda görüşmək günahdır. Yalnız kəbin olduqdan sonra nişanlınızla görüşə bilərsiniz. Sizə məsləhətimiz budur ki, tez bir zamanda nişanlınızla kəbin kəsdirin. Kəbin aşağıdakı qaydada olur:
1) İştirak edənlər: Qızın vəlisi, oğlanın vəlisi, iki şahid və qazı (kəbini kəsən şəxs). Əgər bu şəxslərdən biri olmazsa nikah səhih sayılmır.
2) Kəbinin kəsilmə qaydası: Xutbətul-həca (Peyğəmbərin (səllallahu aleyhi və səlləm) cümə xütbəsinə və ya sözə başladıqda oxuduğu dua) oxunur, sonra qızın vəlisindən “Qızını həmin oğlana verməyinə razı olması” barəsində soruşulur və şahidlər buna şahid olurlar, sonra oğlanın vəlisindən “Bunu (qızı oğlana almasını) qəbul etməsi barəsində” sorusulur və şahidlər buna şahiq olurlar. Beləliklə kəbin mərasimi sona yetir.


445. SAMIR SAXBAZADE (BAKI)

SUAL: Assalamu aleykum ve rahmatullahi ve barakatuh dindar qardasim menim sualim bundan ibaretdir eger ramazan ayinda xestelenib oruc tuta bilmemisemse sonra qeyri bir vaxt qeza orucu tuta bileremmi cavabiniza gore minnetdarliq bildirirem !!!

CAVAB: Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.
Ramazan ayında xəstəlik üzündən oruc tuta bilməyən şəxslər sağaldıqdan sonra qəza olaraq tuta bilmədiyi həmin günlərin sayı qədər oruc tutmalıdır. Uca Alılah buyurur: “(Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir. (Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar...” (əl-Bəqərə surəsi 184-cü ayə).

444. sevda ( momune) (baki)

SUAL: ESSALAMU ALEYKUM.
Men 3 ildir haqqa gelib,Oruc tutub Namaz qiliram.
Her il RAMAZAN AYINDA yuxuda orucumu pozuram.
Bunu cox momunelere demisem here bir cur yozub.
Sizin saytinizi tapandan sonra bele qenaete geldim ki,
en duzgun cavabi sizden ala bilerem:
NEYE GORE MEN ORUCUMU HER GUN YUXUDA BILMEYEREKDEN POZURAM???

CAVAB: Və aleykumus-sələm.
Yuxular müxtəlif olur, Allah tərəfindən olan yuxular, şeytan tərəfindən olan yuxular...
Əgər insan yuxusunda yaxşı şeylər görərsə bu Allah tərəfindəndir. Əgər pis və xoşa gəlməz şeylər görərsə bu şeytan tərəfindən olan yuxudur.
Şeytan insanları hər bir vasitə ilə haqq yoldan azdırmağa çalışır. Belə ki o, kimisini fala baxmaq vasitəsilə, kimisini Allahın əmrlərindən yayındırmaq vasitəsilə, kimisini haram işlər vasitəsilə, kimisini zina vasitəsilə və kimisini də yuxu vasitəsilə. Çünki, hal-hazırki dövrdə yuxuya inanıb öz həyatını onunla quranlar vardır. Şeytan da həmin insanların yuxularına girib onları bu vasitə ilə yoldan azdırır.
Bizə elə gəlir ki, bu yuxu vasitəsi ilə şeytan sizi haqq yoldan uzaqlaşdırmağa çalışır. O çalışır ki, sizə Allah üçün tutduğunuz oruclarınızı tərk etdirsin. Odur ki, siz onun bu hiyləsinə uymamalı və bu yolda axıra qədər onunla mübarizə aparmalısınız. Həmçinin bu cür yuxulara da məhəl verməməlisiniz.
Sizə məsləhətimiz budur ki, yatağa girdiyiniz zaman əllərinizi bitişdirərək ovuclarınızın içinə üfürüb “əl-İxlas”, “əl-Fələq” və “ən-Nəs” surələrini oxuyun. Oxuduqdan sonra ovuclarınızı başınızdan başlayaraq bədəninizinbütün yrlərinə sürtün. Sonra bu prosesi daha iki dəfə də təkrarlayın. Egər belə etsəniz inşaallah rahat yatarsınız.
Peyğmbərimiz yatarkən belə etmişdir. (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir).
Allah sizdən də razı olsun!
Və aleykumus-sələm.

443. cavid (baki)

SUAL: assalamualaikum,
bir kitabda oxumusham ki,axsham azanina 45 deg galmishdan bashlayarag ( yeni gunesh batarken) namaz gilmag mekruhdur ve ya gunahdir .bu dogrudan da beledir? mes, men ikindi namazina gecikmishemse - eve gec gelmishemse,axsham azanina da 30 deg galirsa ,men artig ikindi namazini gila bilmerem,onu geza etmeye mecburam?
cavaba gore evvelceden teshekkur edirem .
allah gumle mominlerin orucunu gebul etsin.

CAVAB: Və aleykumus-sələm.
Bəli, bu cür qadağa islam dinində mövcuddur. Lakin bu qadağa səbəbi olmayan nafilə namazlarına aiddir. Odur ki, siz əsr (ikindi) namazını həmin vaxtda qıla bilərsiniz. Çünki bu namaz fərz namazıdır. Onu saxlayıb gün batdıqdan sonra qılmaq isə günahdır.
Allah bütün möminlərin ibadətlərini qəbul etsin! Amin!!!

442. Tural Memmedov (Baki)

SUAL: islamda hilal (aypara) isharesinin ne hikmeti var?
bunun bizansdan kechmesi ne qeder doghrudur?
evvelceden teshekkur edirem, Allah razi olsun

CAVAB: Əs-sələmu aleykum.
Ayparanın islam dini ilə heç bir əlaqəsi yoxdur. Bunun müsəlmanlara hansı qövmdən keçməsi barəsində isə dəqiq məlumatımız yoxdur.
Allah sizdən də razı olsun.

441. Vəfa (Bakı)

SUAL: Salam. Fitreni müsəlman olmayan evsiz və əlacsız şəxsə vermək olarmı? Əvvəlcədən teşekkürlər.

CAVAB: Və aleykumus-sələm.
Fitrə zəkatı yalnız müsəlmanlara verilir. Bu zəkat onlara verilir ki, onlar da bu bayramı keçirsinlər.

 1  2  3  4  5  6  7  8  9  10  11  12  13 14   15  16  17  18  19  20  21  22  23  24  25  26  27  28  29

Mustəqil Islam saytı. Materiallardan istifadə etdikdə istinad vacibdir. Sayt 1422-ci (2001) hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət gostərir. e-mail: mail@azerislam.com. ICQ #99931111