SUAL: salam.meni 1sual maraqlandirir.namaz qiliram. amma bilmek isteyirem arasi meyveli, serbetli sakaladlar olur, onu yemek gunahmi? xahish edirem bu sualima aydinliq veresiniz. teshekkur edirem. allah amaninda.
CAVAB: Və alekumus-sələm. Allah sizin namazlarınızı qəbul etsin. Sizin bu sualınıza keçən dəfə cavab vermişdik. Lakin bir daha xatırlayırıq. Əgər bu şokaladın içində əlavə olaraq spirt, konyak, donuz piyi və s. haram olan şeylər də varsa onda onu yemək haramdır. Əgər onun içində qeyd etdiyimiz haram şeylərdən heç biri yoxdursa onda onu yemək haram deyildir. Ona görə də sokolad və saira şirniyyatlar aldıqda onun üzərindəki yazılanları oxumaq lazımdır. Çünki, orada onun içində olan məmulatların hamısı qeyd olunur. Uca Allah həm sizə, həm də bütün möminlərə öz dinlərini layiqincə yerinə yetirməyə kömək olsun.
260. Elbrus (Baki)
SUAL: salam aleykum. Valideyinlerim meni cahil toyu etmeye mecbur etseler ne edim? narazi olsam boyuk bir fitne olmasindan qorxuram. dini baximdan dogru hereket hansidir. allah razi olsun
CAVAB: Və aleykumus-sələm. Uca Allaha asi olan əməllərdə valideynlərə tabe olmaq Allaha asi olmaq deməkdir. Çünki uca Allah sizə haram şeylərdən çəkinməyi əmr edir, valideynlər isə sizə həmin haram şeylərə əməl etməyi əmr edir. Valideynlərə yalnız Allaha asi olmayan işlərdə tabe olmaq olar. Uca Allah buyurur: “Biz insana ata-anasına (yaxşılıq etməyi, valideyninə yaxşı baxmağı, onlarla gözəl davranmağı) tövsiyə etdik. Anası onu (bətnində) çox zəif bir halda daşımışdı. (Uşağın süddən) kəsilməsi isə iki il ərzində olur. (Biz insana buyurduq: ) "Mənə və ata-anana şükür et. Axır dönüş Mənədir! Əgər (ata-anan) bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, (bu işdə) onlara itaət etmə. (Qalan) dünya işlərində onlarla gözəl keçin (onlara itaət et). Tövbə edib Mənə tərəf dönənlərin yolunu tut. Sonra (qiyamət günü) Mənim hüzuruma qayıdacaqsınız. Mən də (dünyada) nə etdiklərinizi (bir-bir) sizə xəbər verəcəyəm!” (Loğman surəsi 14, 15-ci ayələr). Allah sizə haram işlərdən çəkinməkdə kömək olsun. Amin!!!
259. elbrus (Baki)
SUAL: salam aleykum. nishanli yalniz nigahsiz halda elele tutmaq olar ya yox? allah razi olsun
CAVAB: Və aleykumus-sələm. Nikah olmaqan qadınla əl-ələ tutmaq olmaz. Bunu yalnız nikahdan sonra etmək olar.
CAVAB: Və aleykumus-sələm. Bəli, foto aparatla çəkilən çəkil təsvirçilik sayılır.
256. raul karimov (gandja)
SUAL: bizim mascidda oxumaga kitab cox azdir. biza kitab almag ucun neca komaklik eda bilarsiz? Allah razi olsun.
CAVAB: Assalamualeykum.
Siz bizimlə mail@azerislam.com maili vasitəsi ilə əlaqə saxlayın və şəxsi kitabxanamızdan bacardığımız kitablardan sizə hədiyyə edərik inşallah.
255. SABIR (SUMGAYIT)
SUAL: SALAM ALEYKUM SIZE BIR SUALIM VAR. XAHIS EDIREM CAVABINIZI ESASLANDIRASINIZ. NAMAZIN GEZASI NECE VE NE VAXT GILINIR? BU BUTUN VACIB NAMAZLARA AIDDIR. DOGRU CAVABINIZA COX SAD OLACAM . ALLAH RAZI OLSUN!
CAVAB: Və aleykumus-sələm. Əgər islamdan önca qılmadığınız namazları nəzərdə tutursunuzsa onda o namazlar üçün qəza yoxdur. Həmin qılmadığınız namazlar üçün tövbə etməyiniz kifayət edər. Çünki Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) vaxtında İslamı yeni qəbul edən müsəlmanlar öncə qılmadıqları namzların qəzalarını qılmırdılar. Həmçinin uca Allah tövbə edənlər barəsində belə buyurur: “(Ya Rəsulum!) Kafir olanlara de: "Əgər onlar (öz küfrlərindən, Peyğəmbərə və möminlərə qarşı müharibədən) əl çəksələr, keçmişdəki günahları bağışlanar. Yox, əgər yenə (yaramaz işlərə, döyüşməyə) qayıtsalar, əvvəlkilərin (keçmiş ümmətlərin) başına gələnlər onların da başına gələr.” (əl-Ənfal surəsi 38-ci ayə). Digər ayədə isə belə buyurur: “Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayandır, rəhm edəndir!” (əl-Furqan surəsi 70-ci ayə).
Əgər siz vaxtı qurtardıqdan sonra qılınan namazları nəzərdə tutursunuzsa, onda həmin namazıarın qəzasını qılmaq lazımdır. Bu namazlar öz-özlüyündə iki qismə bölünür:
1. Üzrlü səbəbə görə buraxılan namazlar; (Məsələn: Unutmaq, bilmədən yatıb qalmaq, döyüş zamanı və s.) Bu zaman üzr aradan qalxan kimi dərhal həmin namazı qılmaq lazımdır. İmam Əli (Allah ondan razı olsun) rəvayət edir ki, “Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) Xəndək döyüşü günü əsr namazını gün batdıqdan sonra qıldı” (Bu hədisi Buxari, Əbu Davud, Nəsai və başqaları rəvayət etmişlər).
2. Üzrsüz səbəbə görə buraxılan namazlar; Bu zaman həmin şəxs bu əməlinə görə Allaha tövbə etməli və həmin namazın qəzasını dərhal qılmalıdır. Çünki, uca Allah namazlarında səhlənkar olanları Cəhənnəmlə hədələmişdir. Uca Allah buyurur: “Vay halına o namaz qılanların ki; Onlar öz namazlarından qafildirlər (səhlənkarlıqları üzündən namazlarını vaxtlı-vaxtında qılmazlar); Onlar (namazlarında) riyakarlıq edər”. (əl-Məun surəsi 4, 5, 6-cı ayələr).
Qəza namazı eyni ilə həmin namaz kimi qılınır.
254. Samir (Saxbazov)
SUAL: assalamu aleykum menim dindar qardaslarim sualim ondan ibaretdir ki eger men bir xesteliye tutulmusamsa onda oruc tutmaq olarmi ! coxsaolun
CAVAB: Və aleykumus-sələm. Əgər sizin xəstəliyiz xroniki (sağalmayan) xəstəlikdirsə və oruc tutmaq sizə zərər verirsə, onda orucu tərk etməli və tutmadığınız hər günün əvəzinə bir kasıb yedizdirməlisiniz. Əgər sizin xəstəliyiniz xroniki deyilsə, onda xəstə olduğunuz müddətdə oruc tutmağı tərk etməli və sağaldıqdan sonra həmin günlərin qəzasını tutmalısınız. Uca Allah buyurur: “Sizlərdən xəstə və ya səfərdə olanı varsa, başqa günlərdə eyni sayda [oruc tutmalıdır]. Buna taqəti olmayanlar isə [buraxdığı hər gününün əvəzinə] bir yoxsulu yedirtməklə fidyə verməlidirlər.” (əl-Bəqərə surəsi 184-cü ayə). Allah bütün xəstə qardaş və bacılarımıza şəfa versin! Amin!!!
253. Hasilov Abdurahman (Baki)
SUAL: içkili halda ölmək cəhənnəmə girmək deməkdirmi?
CAVAB: Əgər bu şəxs kafirdirsə bəli. Əgər kafir deyilsə onda bunu Allaha həvalə etmək lazımdır. Çünki uca Allah şirkdən (Ona şərik qoşmaqdan) başqa bütün günahları istəsə bağışlayar. Uca Allah buyurur: “Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əvf etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar. Allaha şərik qoşan şəxs, əlbəttə, böyük günah etmiş olur.” (ən-Nisa surəsi 48-ci ayə). Odur ki, Allahın onu bağışlayıb-bağışlamamağını Allahdan başqa heç kəs deyə bilməz. Lakin qeyd etmək lazımdır ki, əgər Allah bağışlamasa o Cəhənnəmə düşəcəkdir. Çünki insan, etdiyi hər bir xırda əmələ görə haqq-hesaba çəkiləcəkdir. Uca Allah buyurur: “Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır). Kim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir). (əz-Zəlzələ surəsi 7, 8-ci ayələr). Allah bütün müsəlmanların günahlarını bağışlasın! Amin!!!
252. Rehimova Shebnem (baki)
SUAL: salam.evvala orucluq bayrami munasibetile tebrik edirem.men oruc tutmaq isteyirem amma bacara bilmirem.bu allah qarshisinda gunah deyil?
CAVAB: Və aleykumus-sələm. Əgər oruc tutmaq sizin səhhətinizə təsir göstərirsə onda orucu sağalana qədər tərk edirsiniz. Yəni, oruc tutmaq sizin hər hansı bir xəstəliyinizi artırarsa, və ya xəstəliyinizin sağalmasına əngəl törədərsə, yaxud da xəstəliyinizin sağalmasını gecikdirərsə onda sağalana qədər orucu tərk edirsiniz. Lakin sağaldıqdan sonra tutmadığınız günlərin sayı qədər oruc tutmalısınız. Çünki oruc tutmağa qadir olan hər bir həddi buluğa çatmış, ağlı başında olan müsəlman Ramazan ayının orucunu tutmalıdır. Uca Allah buyurur: “Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi sizə də oruc tutmaq vacib edildi ki, bəlkə (pis əməllərdən) çəkinəsiniz.” (əl-Bəqərə surəsi 183-cü ayə). Başqa bir ayədə isə belə buyurur: “(Oruc günləri) Ramazan ayıdır ki, onda (həmin ayda) insanlara doğru yol göstəricisi, bu yolun və haqqı batildən ayırd edənin açıq-aydın dəlilləri olan Quran nazil edilmişdir. Sizlərdən kim bu aya yetişərsə, onu (həmin ayı oruc tutmalıdır.” (əl-Bəqərə surəsi 185-ci ayə). Allah bütün müsəlmanlara oruc tutmaqda kömək olsun. Amin!!!
251. xanlar yusubov (Baki)
SUAL: Gizim namaz gilmag isteyir. 4-cu sinif shagirdidir(rus dili sektorunda) 1995 ildendei, 9 yashi var. Tezdirmi bu onun yashi ucun yoxsa olar namaza baslamak?
CAVAB: Əs-sələmu aleykum. Allah bütün müsəlman qardaş və bacılara hər bir işlərində kömək olsun. Allaha çoxlu şükürlər olsun ki, belə belə gözəl müsəlman ailələr vardır. Namaz qılmaq həddi buluğa çatdıqdan sonra vacibdir. Həddi buluğa çatmağın əlamətləri isə bunlardır:
1. Pollyusiya halına düşməsi (yuxuda olarkən sperma ifraz etməsi);
2. Övrət yerinin ətrafında tüklərin çıxması;
3. On beş yaşa çatması;
Qadınlar üçün isə dördüncü əlamət də əlavə olunur.
4. Heyz qanının gəlməsi.
Əgər bu əlamətlərdən hər hansı biri baş verərsə həmin şəxs artıq həddi buluğa çatmış sayılır.
Lakin hər bir valideyn öz övladlarını (onlar həddi buluğa çatmasalar da belə) hələ kiçik yaşlarından namaza həvəsləndirməlidirlər. Onlara daima namaz qılmağı tövsiyə etməlidirlər. Odur ki, sizin qızınızın da namaz qılması həm sizin üçün, həm də onun üçün daha yaxşı olardı. Allahdan istəyirik ki, bizim bu kiçik bacımıza daima belə gözəl əməllər etməkdə yardımçı olsun. Amin!!!
250. Nizami Talibov (Baki)
SUAL: salam aleykum.size bir-nece suallarim var.1.tovbe qaydasi necedir?2.tovbe hansi hallarda vacibdir?3.tevbeden derhal sonra namaza bashlamaq lazimdir?4.hansi gunahlardan sonra tevbeden elave keffare de lazimdir?5.tevbede bir-bir gunahlari saymaq lazimdir?bes yaddan cixan olsa nece?6.istixfar nedir ve ne zaman edilir?7.qesden edilen ginah bagislanirmi?
CAVAB: Və alekumus-sələm. Hər bir müsəlman etdiyi günahlara görə (onun böyüklüyündən və ya kiçikliyindən asılı olmayaraq) tövbə etməli və Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinməlidir. Tövbənin şərtləri bunlardır:
1. Etdiyin günaha görə peşiman olmaq; Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Peşimançılıq tövbədir.” (Bu hədisi imam Əhməd rəvayət etmişdir).
2. Etdiyin günahdan bir dəfəlik əl çəkmək;
3. Bir daha həmin günaha qayıtmamağı niyyət etmək;
4. Əgər etdiyin günah hər hansı bir şəxsin haqqı ilə bağlıdırsa onun haqqını ödəmək; (Məsələn: Oğurluq etmisənsə onu sahibinə qaytarmalısan, qeybət etmisənsə həmin şəxsdən üzr istəməlisən və s.)
Tövbə edən şəxs həmçinin bəzi şeylərə də riayət etməlidir. Bunların bəzilərini qeyd edək:
- Tövbə edən şəxs onu səmimi qəlbdən (ixlasla Allah üçün) etməlidir; Peyğəmbərimiz demişdir: “Allah yalnız ixlasla (səmimi qəlbdən), Onun razılığını qazanmaq üçün edilən əməlləri qəbul edir”. (Bu hədisi Nəsai rəvayət etmişdir). Həmçinin uca Allah belə buyurmuşdur: “Ey iman gətirənlər! Allaha səmimi-qəlbdən (bir daha günaha qayıtmamaq şərtilə) tövbə edin...” (ət-Təhrim surəsi 8-ci ayə).
- Tövbəni qəbul olunan vaxtda etmək lazımdır; Tövbənin qəbul olunmayan vaxtları bunlardır: a) Qiyamət günü günəş məğribdən (batdığı yerdən) çıxdıqda; b) Ölün anında; Uca Allah buyurur: “Günah işlər görməkdə davam edərək ölüm yetişən anda: "Mən indi tövbə etdim" -deyənlərin və kafir olaraq ölənlərin tövbəsi qəbul olunmaz. Biz onlar üçün şiddətli bir əzab hazırlamışıq!” (ən-Nisa surəsi 18-ci ayə).
Bu da onu göstərir ki, tövbəni gecikdirmək olmaz. Elə ona görə də, əgər hər hansı bir şəxs günah edərsə bundan dərhal sonra tövbə etməlidir. Uca Allah buyurur: “Allah yanında yalnız o kəslərin tövbəsi qəbul olunar ki, onlar nadanlıq ucundan pis bir iş gördükdən sonra dərhal tövbə edərlər. Allah belələrinin tövbəsini qəbul edir! Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!” (ən-Nisa surəsi 17-ci ayə).
Tövbə edən zaman günahları sadalamağa ehtiyac yoxdur. Çünki tövbə edən şəxs bütün günahlara görə tövbə etməlidir. Əgər insan bütün günahlara görə tövbə edərsə onun qəsdən etdiyi günahları da bağışlanır.
İstiğfar isə Allahdan bağışlanma diləməkdir. Hər bir müsəlman daima Allahdan bağışlanma diləməlidir.
O ki qaldı namaza, siz onu qılmadığınıza görə Allahın əmrindən çıxaraq günah etmiş olursunuz. Bu günaha görə də Allaha tövbə edib namaza başlamalısınız.
Bəzi günahlar vardır ki, tövbədən əlavə kəffarə də ödəmək lazımdır. Bu günahların bəzilərini qeyd edək:
- Ramzan ayında günorta vaxtı həyat yoldaşı ilə cinsi əlaqədə olmaq; Bunun kəffarəsi ya qul azad etmək, ya altmış gün ardıcıl oruc tutmaq, ya da altmış kasıbı yedirtməkdir.
- Bilə-bilə andı pozmaq; Bunun kəffarəsi ailənizə yedirtdiyinizin orta hesabından on yoxsulu yedirdib doyurmaq, yaxud geyindirmək, yaxud da bir kölə azad etməkdir. Bunları etməyə imkanı olmayan şəxs üç gün (dalbadal) oruc tutmalıdır. Allah həm sizin həm də bütün möminlərin tövbələrini qəbul etsin.
249. Heseynov Kamal (Baki)
SUAL: Salam aleykum ve rahmatullahu ve barakatu. Menim esitdiyime gore gunorta yeni esir namazindan megrib namazina qeder yatmaq olmaz ,mumkunse bu suali aciqlayasiniz!
CAVAB: Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu. Əsr namazı ilə məğrib namazı arasında yatmaq olar. Bu iki namaz arasında yatmağın qadağan olması barəsində gələn hədis çox zəifdir. Bu barədə heç bir səhih hədis varid olmamışdır.
248. Haji_Pasol (RAZIN)
SUAL: essalamu eleykum men bilmek isterdim ki
oruc tutan etir vura bilermi?
CAVAB: Və aleykumus-sələm. Bəli, oruc tutan şəxs ətirdən istifadə edə bilər. Lakin qeyd etmək lazımdır ki, tüstü verən ətirləri iyləməkdən çəkinmək gərəkdir.
247. minaye (sumqayit)
SUAL: salam.xahish edirem cavab veresiniz allaha bol-bol dualar etmekle pis ishlerden cekinmek olarmi
CAVAB: Və aleykumus-sələm. Bəli, insan daima Allaha dua etməlidir ki, pis işlərdən çəkinsin.
246. Resul Z.X. (BAKI)
SUAL: SALAM ALEYKUM Bidet nedir?
CAVAB: Və aleykumus-sələm. “Bid'ət” sözü lüğəti mənada yenilik deməkdir. İstilahı mənada isə dinə edilən yenilik deməkdir. Dinə edilən hər hansı bir yenilik zəlalətdir və hər bir zəlalət də insanı Cəhənnəmə aparır. Bu xüsusda Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) demişdir: “...Əməllərin ən şəri (dinə olan) yeniliklərdir. Şübhəsiz ki, hər bir yenilik bid'ətdir, hər bir bid'ət də zəlalətdir və hər bir zəlalət də Cəhənnəmdədir...” (Bu əhdisi Muslim, Əbu Davud, Nəsai, İbn Macə, Əhməd və başqaları rəvayət etmişlər).
Həmçinin uca Allah artıq İslam dinini tamamlamışdır: “...Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim...” (əl-Maidə surəsi 3-cü ayə). Odur ki, sonradan bu dinə edilən bid'ətlər (yeniliklər) rədd olunur (qəbul olunmur). Peyğəmbərimiz bu xüsusda belə demişdir: “Bizim işimizə [dinimizə] ondan olmayan bir şeyi əlavə edənin etdiyi əməl rədd edilir.” (Bu hədisi Muslim rəvayət etmişdir).
245. eliyeva tehmina (baki)
SUAL: insanlar niye yasayir ?
CAVAB: Uca Allah insanları Ona ibadət etmək üçün yaratmışdır. Bu barədə uca Allah belə buyurur: “Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!” (əz-Zariyat durəsi 56-cı ayə). Uca Allah həmçinin insanların hansının əməlcə daha yaxşı olduğunu sınamaq üçün öümü və həyatı da yaratmışdır. (Yəni insanların yaşamalarında səbəb, onların hansının əməlcə daha gözəl olduğunu sınağa çəkməkdir). Uca Allah bu barədə də belə buyurur: “Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq (bəlli etmək) üçün ölümü və həyatı yaradan Odur. O, yenilməz qüvvət sahibidir, (çox) bağışlayandır.” (əl-Mulk surəsi 2-ci ayə).
244. Ferhad Aliyev (Baki)
SUAL: Essalamualeykum!!! Fitre zekati barede qardashlar bizde choxlu suallar chixir. eger evde 4 neferdirse.iki ushaq (biri 9 o biri 11 yashinda) ve ata,ana. yalniz ata ishleyir. mashi da texminen 80 shirvandir. indi o adam her bir aile uzvune gore fitre vermelidir ya nece?umumiyyetle fitre zekatini kimler vermelidir ve kimlere verilmelidir. xahish edirem mumkunse etrafli yazin.
ALLAH razi olsun. ALLAH bilmediklerimizi oyrenmeyi, bildiklerimize emel etmeyi nesib etsin! AMIN!!!Essalamaleykum ve Rahmetullahi ve Berakatuh!!!
CAVAB: Və aleykumus-sələm. Fitrə zəkatı Allahın verdiyi nemətlərə şükür etmək, bayram günü kasıbları sevindirmək və oruc vaxtı yol verilmiş kiçik günahlardan təmizlənmək üçündür. Bu zəkatı vermək fərzdir. Abdullah ibn Ömər (r.a) rəvayət edir ki, “Peyğəmbər səllallahu aleyhi və səlləm camaat bayram namazına gələnə qədər xurma və ya arpadan bir saa (dörd ovuc) miqdarında fitrə zəkatı verməyi müsəlmanlardan azad və qul olana, kişiyə və qadına, uşağa və böyüyə vacib buyurdu.” (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir). Fitrə zəkatı kasıblara verilir.
Odur ki, siz dörd nəfərin adından fitrə zəkatı verməlisiniz. Bizə etimad edib sual verdiyiniz üçün sizə dərin minnətdarlığımızı bildiririk. Allah bütün müsəlmanların elmini artırsın. Amin!
243. Ferhad Aliyev (Baki)
SUAL: Essalamualeykum!!! Fitre zekatini qeyd edilen miqdardan (2.5-3 kq) artiq vermek olarmi? Gosterilen mehsullardan (xurma, duyu, un, pendir, kishmish, arpa, bugda ve s.) bashqa et, yag, qend ve bashqa erzaq mehsullari vermek olarmi? bir de bunlari namaz qilmayan, amma ehtiyaci olanlara vermek olarmi?
ALLAH razi olsun. ALLAH cumlemizi sehih Ramazan orucu tutanlardan ve emelleri qebul edilenlerden etsin! AMIN!!!Essalamaleykum ve Rahmetullahi ve Berakatuh!!!
CAVAB: Və aleykumus-sələm. Bəli, fitrə zəkatını qeyd edilən miqdardan artıq vermək olar. Fitrə zəkatını un, xurma, kişmiş, düyü, buğda, qənd, yağ, ət və başqa bu kimi ərzaq məhsullarından vermək olar.
Əgər namaz qılmayan şəxs müsəlmandırsa və kasıbdırsa onda fitrə zəkatını ona da vermək olar. Allah razı olsun.
242. Ferhad Aliyev (Baki)
SUAL: Essalamualeykum!!! eger mescidde sunnet namazi qiliramsa ve bu zaman Iqame verilirse men namazi saxlayiram. bu zaman salam vermek lazimdirmi? yeni tutak ki, 1-ci ruketdeyem. ALLAH razi olsun. ALLAH butun qardash ve bacilari fitneden, fitne ehlinden qorusun! AMIN!!!Essalamaleykum ve Rahmetullahi ve Berakatuh!!!
CAVAB: Və aleykumus-sələm. Məsciddə sünnət namazı qılınan zaman iqamə verilərsə həmin namazı saxlamaq lazımdır. Bu vaxt salam verməyə ehtiyac yoxdur. Allah sizin və bütün müsəlmanların ibadətlərini qəbul etsin. Amin!
241. ()
SUAL: Essalamualeykum!!! Qardashlar demeli men Teravih namazi Shehidler mescidinde qiliram.onlar 20 ruket qilsalar da men 8 ruketi bitiren kimi chixiram. bir de oradaki imam teravihi chox suretle qildirir. Menim orda namaz qilmagim duzgun sayilirmi?
ALLAH razi olsun. ALLAH xalqimiza hidayet versin!!! AMIN!!!Essalamaleykum ve Rahmetullahi ve Berakatuh!!!
CAVAB: Və aleykumus-sələm. Müsəlman qardaşım, Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) 20 rükət Təravih namazı qılmamışdır. Ona görə də çalışmaq lazımdır ki, təravih namazını onun etdiyi tərzdə edək. Bu səbəbdən sizin Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) sünnəsinə riayət edilən məscidlərdə təravih namazını qılmağınız daha əfzəl olardı. Lakin siz adı çəkilən məsciddə təravih namazını imama tabe olaraq axıracan qıla bilərsiniz. Allah bütün müsəlmanları Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) sünnəsini layiqincə yerinə yetirməyə müvəffəq etsin.
240. Ferhad Aliyev (Baki)
SUAL: Essalamualeykum!!! Qardashlar deye bilersinizmi, yemekle orucu pozduqda (bilerekden ya bilmeyerekden) qezasini tutduqdan sonra 60 gunluk keffare tutulurmu? Keffare yalniz cinsi elaqe ile orucu pozduqda lazimdir? ALLAH razi olsun. ALLAH orucla birlikde butun ibadet ve dualarinizi qebul etsin! AMIN!!!Essalamaleykum ve Rahmetullahi ve Berakatuh!!!
CAVAB: Və aleykumus-sələm. Bilərəkdən yeməklə orucu pozduqda yalnız həmin günün qəzası tutulur. Bilməyərəkdən (yəni unudaraq) bir şey yedikdə isə heç bir qəza tutulmur, lakin xatırlayan kimi dərhal həmin yeməyi tərk edib orucuna davam etməlidir. Kəffarə yalnız cinsi əlaqə ilə orucu pozduqda lazımdır. Allah bütün müsəlmanların oruclarını qəbul etsin.
239. ()
SUAL: Ramazan ayinda sheytani zencirleyen nedir?
CAVAB: Ramazan ayında şeytanları zincirləyən mələklərdir.
239. ()
SUAL: Ramazanda dishe agrikesici iyne viurdurmaqla cekdirmek olar?,dish cekdirmek ve ya mualice etdirmek olar?
CAVAB: Ramazanda diş çəkdirmək orucu pozmur. Həmçinin diş çəkdirmək üçün vurulan iynə də orucu pozmur. Müalicə etdirməyə gəlincə onu Ramazan ayından sonra etmək lazımdır. Əgər dişiniz bərk ağrılar verirsə və müalicəyə gərəkdirsə onda müalicəni Ramazan ayında da etdirə bilərsiniz. Lakin bir şərtlə ki, müalicə əsnasında istifadə olunan suyu və s. udmaq olmaz.
238. Fuad ()
SUAL: Zekat kimlere dushur ve hemin insanlari nece tapmag olar,yeni en cox ehtiyaci olani
CAVAB: Zəkat iki qismə bölünür:
1) Fitrə zəkatı. Bu zəkat Ramazan ayının son iki günündən başlayaraq bayram namazına qədər kasıblara verilməlidir. Fitrə zəkatı un, xurma, kişmiş, düyü, buğda və başqa bu kimi ərzaq məhsullarından verilir. Bu zəkatın miqdarı təqribən üç kiloqramdır.
2) Varlıların öz mallarından verdikləri zəkat. Bu zəkat aşağıdakı səkkiz sinif insanlara verilir: Uca Allah buyurur: “Sədəqələr (zəkatlar) Allah tərəfindən müəyyən edilmiş bir fərz (vacib əməl) olaraq ancaq yoxsullara, (ehtiyacı olan, lakin utandığından əl açıb dilənməyən) miskinlərə, zəkatı yığıb-paylayanlara, ürəkləri (müsəlmanlığa) isinişib bağlanmaqda olanlara (iman gətirib hələ kamil mömin olmayanlara), azad ediləcək kölələrə (və ya boynuna kəffarə düşüb verə bilməyənlərə), həmçinin (borcunu ödəməyə imkanı olmayan) borclulara, Allah yolunda cihad edənlərə və yolçulara (pulu qurtardığı üçün yolda qalan, vətənə qayıda bilməyən müsafirlərə) məxsusdur. Allah (hər şeyi) biləndir və hikmət sahibidir.” (ət-Tövbə surəsi 60-cı ayə).
237. ABDULRAHIM (BAKI)
SUAL: SALAM ALEYKUM. IMALE NEDIR ? XAHIS EDIREM ETRAFLI CAVAB VERESINIZ. SAG OLUN> ALLAH RAZI OLSUN!
CAVAB: Və aleykumus-sələm. “İmalə” – qlizma deməkdir. Allah sizdən də razı olsun.
236. RAFIG (SUMGAYIT)
SUAL: SALAM ALEYKUM BILMEK ISTERDIM KI KECEN RAMAZANDAN GEZASI GALIB BU RAMAZANA GEDER TUTA BILMEYEN BUNUN EVEZINI VEYA KEFFARESINI NECE VERE BILER?
MUGEDDES AYDA ALLAHDAN HAMIYA MERHEMET ARZULAYIRAM.SAG OLUN
CAVAB: Və aleykumus-sələm. Əgər hər hansı bir şəxs üzrlü səbəbdən Ramazan orucunu tərk edərsə və həmin üzr aradan qalxdıqdan sonra qarşıdan gələn Ramazan ayına qədər qəzalarını tutmazsa qəzalarla bərabər həmin günlərin sayı qədər kasıb da yedizdirməlidir. Biz də Allahdan istəyirik ki həm sizin, həm də bütün möminlərin oruclarını qəbul etsin.
235. Qarayev Fariz (Baki)
SUAL: Salamaleykum.
1)Muselman qadinin valideyinleri muselman deyil ve onlar ovladlarinin muselman oglanla aile qurmasina narazidirlar.Bele olan halda aile qurmaq isteyen muselman oglan ve qiz ne etmelidirler?
2)Oglana evlenmek ucun bir nece qadin gosterirler ve o onlarin icinde en kiciyiini(ozunden 10 yash balacani) secir.Yeni bunda bir gunah ish yoxdur ki,oglanin oz yashidinda ve ya az ferq olan qadinla evlenmek imkani oldugu halda o, ozunden bu qeder kicik olani ile evlenmek qerarini verib?
Xahish edirem bu suallarin cavabini bilirsinizse mene de yazin.Evvelceden teshekkur edirem.
Salamaleykum.
CAVAB: Və aleykumus-sələm.
1. Həmin müsəlman qadının valideynlərinin müsəlman olmadıqlarını aşkar etdikdən sonra bu halda qazıya müraciət edilir və həmin qazı qadının vəlisi olur. Qeyd: Valideynlərin müsəlman olub-olmadıqlarını elm əhli təyin etməlidir.
2. Evlənməkdə heç bir yaş həddi olmadığı üçün bu günah deyildir.
Bizə etimad edib sual verdiyiniz üçün dərin minnətdarlığımızı bildiririk. Allah bütün işlərinizdə sizə yardımçı olsun.
SUAL: Destamaz alarken dish pastasindan ve sabundan istifade etmek olarmi?
CAVAB: Dəstəmaz əsnasında bu şeylərdən istifadə etmək olmaz. Bu şeylərdən yalnız dəstəmazdan əvvəl və ya sonra istifadə etmək olar.
232. Fuad ()
SUAL: Namazda tenbellik edenlere ne meslehet gorerdiniz?
CAVAB: Namazda tənbəllik edənlərə Allahdan layiqincə qorxmağını və daima bu ayələri xatırlamağını məsləhət görürük. Uca Allah buyurur: “Vay halına o namaz qılanların ki; Onlar öz namazlarından qafildirlər (səhlənkarlıqları üzündən namazlarını vaxtlı-vaxtında qılmazlar); Onlar (namazlarında) riyakarlıq edər,” (əl-Məun surəsi 4, 5 və 6-cı ayələr).
Mustəqil Islam saytı. Materiallardan istifadə etdikdə istinad vacibdir. Sayt 1422-ci (2001) hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət gostərir. e-mail: mail@azerislam.com. ICQ #99931111