... Bu gün dininizi sizin üçün kamil etdim,
    sizə olan nemətimi tamamladım və sizin üçün
    din olaraq islamı bəyənib seçdim ... [ Əl-Maidə, 3 ]

Əsas menü
ANA SƏHİFƏ

Xidmətlər
Azərislam barəsində dostuna xəbər ver
 
Son xəbərlərə yazıl
 

Statistika


Dost saytlar

Put k Koranu. Sayt Kuliyeva Elmira

Iravan.com


Yeniliklər
Sual-cavab arxivindən cavablanmış 312 sual.

  daha ətraflı

بسم الله الرحمن الرحيم

22. ehedova gulnar (baki)

SUAL: Namaz və orucu tutduqdan sonra bunu vəfat etmiş şəxsin o dünyada Uca Allah onun savabına yazsın deyə dua etmək olarmı? Yəni ki, mənə yazılan savab vəfat etmiş yaxınıma yazılsın. Belə düzgündürmü? Sizdən çox xahiş edirəm ki mənə bu barədə ətraflı anlayış verəsiniz.

CAVAB: Namaz qılıb onun savabını vəfat etmiş şəxsə bağışlamaq düzgün deyildir. Çünki bunun ölən şəxs üçün heç bir faydası yoxdur. Eləcə də oruc tutub onun savabını ölən şəxsə bağışlamaq düzgün deyildir. Lakin, ölən şəxsin boynunda kəffarə orucu və ya Ramazan orucunun qəzası qalıbsa bu orucları onun əvəzindən varislərindən ixtiyari biri tuta bilər.


21. EL NUR 750 (Sumqayit)

SUAL: ESSELAMU ALEYKUM!!
Men de Hamiya oruc ve namazlarinizin allahdan qebul olunmasin ve kecmis ve gelecek gunaxlarivizun baqislanmasin dileyirem (MEN ve Bizim ailede onlarin icinde !)
SUALIM:
cox vaxt ele olur ki, men obasdan a dura bilmirem ya yatib qaliram ya da nese olur ki dura bilmirem! amma duran kimi niyyetimi edib ORUC TUTURAM!!!]
BU NE DERECE DE SEHiHDIR!?

CAVAB: Ramazan ayını oruc tutmaq üçün ay girməmişdən niyyət etmək kifayətdir. O ki qaldı niyyət etməyə, qeyd etmək lazımdır ki, niyyətin yeri qəlbdir, bunu tələffüz etmək isə dində yenilikdir. Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: “Əməllər niyyətlərə görədir və hər kəsin niyyət etdiyi bir əməl vardır. Kimin hicrəti Allah və Onun rəsulu (hər ikisinin buyruqlarını yerinə yetirmək) üçündürsə, onun hicrəti (etdiyi hər bir əməl) Allah və Onun rəsulu (hər ikisinin razılığını qazanmaq) üçündür.(Onun savabını Allah verir.) Kimin də hicrəti dünyaya nail olmaq və ya qadınla evlənmək üçündürsə, onun hicrəti niyyət etdiyində tamamlanır.(İstədiyinə yalnız bu dünyada nail olur.)”(Bu hədisi Buxari və Muslim rəvayət etmişdir.)

20. ??? (BAKI)

SUAL: MEN INSALLAH ORUC TUTMAQ FIKRIM VAR AXIRINCI GUN NE VAXT QUSL ALMAQ GUNU NE VAXT PAK OLMAQ LAZIMDI SAG OLUN ALLAH SIZDEN VE BUTUN MUSALMANLARDAN RAZI OLSUN

CAVAB: Oruc tutmaq üçün məxsusi bir qüsl yoxdur.
Pak olmaq üçün isə sadəcə qüsl etmək kifayətdir.

19. Leyla (Baki)

SUAL: Salam Aleykum! Men Leyla. 15 yasindayam. ehli sunnet vel camaat.
Size sualim beledir: Ramazan ayinda kompyuter ve ya televizor qarshisinda oturmaq ve onlardan istifade etmek gunahdir mi? Ve ya resm eseri cekmek?
Salam aleykum!

CAVAB: Kompyuter və televizordan-harama yol vermədən istifadə etmək olar.
Qaldı ki, rəsm əsərinə, yalnız ruhu olmayan şeylərin şəklini çəkmək olar.

18. oxucu (Baki)

SUAL: Mualicede olanlar iftari açdiqdan sonra vitaminli iyneler vurdura bilerlermi?

CAVAB: Bəli, iftardan sonra vitaminli iynələr vurdura bilərlər.

17. Ferhad Aliyev (Baki)

SUAL: Assalamaleykum!!! Eger bir insan sheker xestesidirse, buna gore gundelik muxtelif dermanlar qebul edirse ve yemeyini norma ile yeyirse (mes: gunortani 10-15 deqiqe yubatsa ozunu pis hiss edirse) hemin bu adam oruc tuta bilermi? o bunu menden sorushub, men ise cavab vermeye qorxdugumdan Size muraciet edirem. ALLAH razi olsun!!!

CAVAB: Əgər dedikləriniz doğrudursa onda o, hər günün əvəzinə bir kasıbı yedirtməlidir və orucların qəzasını tutmamalıdır.

16. Ferhad Aliyev (Baki)

SUAL: Eger Ramazan orucunda qeza olmushsa, Ramazandan sonra qezasini tutmadan Shevvalin 6 gunluk orucunu dalbadal veya fasilelerle tutmaq olarmi?

CAVAB: Olar.
Aişə (r.a) rəvayət edir ki: “Mənim Ramazan ayından orucum qəzaya qalardı və mən onun qəzasını Şaban ayında tutardım.”(Bu hədisi Buxari və Muslim rəvayət etmişdir)

15. Sevda Askerova (yoxdur)

SUAL: Men bilmek isterdim ki. sahar oruc tutanda ne demek lazimdir (dua)

CAVAB: Bunun üçün xüsusi bir dua yoxdur.
Bismillah deyib başlamağınız kifayət edər.

13. togrul (baki)

SUAL: men idmanla me$gul oluram oruc tutan zaman da mesgul ola bileremmi?

CAVAB: Bəli məşğul ola bilərsiniz

11. Rəşad Rəsullu (Bakı)

SUAL: Assalamu aleykum.
İlk öncə hər birinizi müqəddəs Ramazan ayinin girməsi münasibətilə təbrik edir, onun hamı üçün xeyirli olmasını diləyirəm. Mənim bir neçə sualım var.
1. Qafqaz Müsəlmanları İdarəsi bu ilin Ramazan ayında səhur və iftar vaxtları ilə bağlı "Pirqulu" rəsədxanasının hesablamalarını əsas götürərək fitva verib. Həmin fitvada əks olunan vaxtlar sizin saytda qoyulmuş təqvimdən təxminən 15-20 dəqiqə fərqlənir. Bunu izah etmənizi və bizim hansı təqvimi əsas götürmək barədə məsləhət vermənizi xahiş edərdim.
2. Sualım zəkatla bağlıdır. Birinci məsələ - mən zəkatımı pul şəklində ödəyə bilərəmmi? Daha sonra - bildiyimə görə kiminsə il ərzində qazancı 96 qram qızıl ekvivalentindən çoxdursa o zəkat verməlidir. Bu zaman zəkat hansı hissədən verilir? Ümumi məbləğdən, yoxsa 96 qram qızılın dəyəri çıxıldıqdan sonra yerdə qalan məbləğdən? Və son - zəkat pul məbləğinin neçədə bir hissəsini təşkil etməlidir və o, kimlərə verilə bilər?
3. Ramazanda təravih namazı tək qılına bilərmi və o, tək qılınarsa neçə rükət qılınmalıdır?
4. Qədr gecəsini evdə ibadətlə keçirmək olarmı? Bu zaman Quran (Azərbaycan dilində) və ya başqa elmi xarakterli dini kitablar, məsələn, Harun Yəhyanın kitablarını oxumaq olarmı?
Əvvəlcədən təşəkkürümü bildirirəm.
Allahın salamı və xeyir-duası üzərinizə olsun!

CAVAB: 1) Bu təqvimlər arasında elə bir ciddi fərq olmadığından siz ixtiyari bir təqvimi götürüb onunla orucunuzu tuta bilərsiniz. Çünki bütün təqvimlər təxmini olaraq verilir. Lakin biz öz yazdığımız təqvimə cavabdehik.
2) əgər siz Ramazan ayında verilən fitrə zəkatını nəzərdə tutursunuzsa onda bu zəkatı pulla vermək olmaz. Fitrə zəkatı un, xurma, kişmiş, düyü, buğda və başqa bu kimi ərzaq məhsullarından verilir. Bu zəkatın miqdarı adam başına üç kiloqramdır. Fitrə zəkatı kasıblara verilir.
Əgər siz varlılar üçün vacib olan zəkatı nəzərdə tutursunuzsa, onda bu zəkatı (əgər zəkatını verəcəyiniz mal qızıl, gümüş və ya ticarət malıdırsa) pulla vermək olar. Belə ki, sizin qızılınızın miqdarı 85 qrama çatdıqdan sonra bunun üzərindən bir il keçərsə və bu il müddətində qızılınızın miqdarı 85 qramdan aşağı düşməzsə ilin tamamında əlinizdə olan qızılın qırxda birini (yəni 2,5 faizini) zəkat verməlisiniz. Həmçinin sizin pulunuzun miqdarı 85 qram qızıl ekvivalentinə çatdısa bunu da hökmü yuxarıda qeyd etdiyimiz kimidir. Bu zəkat aşağıdakı səkkiz sinif insanlara verilir: Uca Allah buyurur: “Sədəqələr (zəkatlar) Allah tərəfindən müəyyən edilmiş bir fərz (vacib əməl) olaraq ancaq yoxsullara, (ehtiyacı olan, lakin utandığından əl açıb dilənməyən) miskinlərə, zəkatı yığıb-paylayanlara, ürəkləri (müsəlmanlığa) isinişib bağlanmaqda olanlara (iman gətirib hələ kamil mömin olmayanlara), azad ediləcək kölələrə (və ya boynuna kəffarə düşüb verə bilməyənlərə), həmçinin (borcunu ödəməyə imkanı olmayan) borclulara, Allah yolunda cihad edənlərə və yolçulara (pulu qurtardığı üçün yolda qalan, vətənə qayıda bilməyən müsafirlərə) məxsusdur. Allah (hər şeyi) biləndir və hikmət sahibidir.” (ət-Tövbə surəsi 60-cı ayə).
3) Bəli, Ramazan ayında təravih namazı tək qılına bilər. Bu namaz tək qılındıqda da 11 rükətdən ibarətdir.
4) Bəli Qədr gecəsini evdə ibadətlə keçirmək olar. Bu zaman Quran (Azərbaycan dilində) və ya başqa elmi xarakterli dini kitablar oxumaq olar.

10. Oxucu (Bakı)

SUAL: Həm Ramazan orucunun qəzasını, həm də nafilə orucunu niyyət edib - iki niyyətlə bir oruc tutmaq olarmı?

CAVAB: Buna aid heç bir dəlil-sübutun olmamağı onu göstərir ki, bunu etmək caiz deyildir.

9. Oxucu (Bakı)

SUAL: Orucu pozmağı qətiyyətlə niyyət edən kəsin orucu pozulurmu?

CAVAB: Orucu pozmağı qətiyyətlə niyyət edən kəs heç nə yeməsə də, içməsə də belə tutduğu oruc batil olur. Həmin şəxs orucuna davam etməli və o günün əvəzinə başqa aylarda bir gün oruc tutmalıdır.

8. Oxucu (Bakı)

SUAL: Ramazan ayının hər günü üçün ayrıca niyyət etmək şərtdirmi?

CAVAB: Məlumdur ki, Ramazan ayında hər gün dan yeri sökülməmişdən əvvəl səhur (oruc tutanın səhər yeməyi) edən kəs əlbəttə, bunu oruc tutmaq üçün edir. Hərgah o, sadəcə səhər yeməyi yemək niyyətində olsaydı, onu bu vaxt etməzdi. Səhura qalxmayıb yatıb qalan şəxsə gəlincə, qeyd etmək lazımdır ki, Ramazan ayını oruc tutmaq üçün ay girməmişdən niyyət etmək kifayətdir.

7. Oxucu (Bakı)

SUAL: Ramazan ayında üzrlü səbəbdən orucu pozan kəs üzr aradan qalxdıqdan sonra oruc tutmaq üçün yenidən niyyət etməlidirmi?

CAVAB: Bəli, etməlidir.

6. Oxucu (Bakı)

SUAL: Ramazan ayını oruc tutmaq istəyən kəs nə zaman və necə niyyət etməlidir?

CAVAB: Ramazan ayını oruc tutmaq üçün ay girməmişdən niyyət etmək kifayətdir. O ki qaldı niyyət etməyə, qeyd etmək lazımdır ki, niyyətin yeri qəlbdir, bunu tələffüz etmək isə dində yenilikdir. Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: “Əməllər niyyətlərə görədir və hər kəsin niyyət etdiyi bir əməl vardır. Kimin hicrəti Allah və Onun rəsulu (hər ikisinin buyruqlarını yerinə yetirmək) üçündürsə, onun hicrəti (etdiyi hər bir əməl) Allah və Onun rəsulu (hər ikisinin razılığını qazanmaq) üçündür. (Onun savabını Allah verir)
Kimin də hicrəti dünyaya nail olmaq və ya qadınla evlənmək üçündürsə, onun hicrəti niyyət etdiyində tamamlanır. (İstədiyinə yalnız bu dünyada nail olur)”
(Bu hədisi Buxari və Muslim rəvayət etmişdir)

5. Oxucu (Bakı)

SUAL: Bütün oruclar eyni hökmdədirmi?

CAVAB: Xeyr! Hər orucun öz hökmü vardır. Oruc hökmlərə görə aşağıdakı qisimlərə bölünür:
- vacib oruclar: Ramazan ayının orucu, qəza, nəzir və kəffarə orucları;
- qadağan olunmuş oruclar: Ramazan və qurban bayramlarında, heyz və nifas halında tutulan oruclar. Həmçinin şəkk edilən gün, (Şaban ayının 30-u yoxsa Ramazan ayının 1-i olduğunu yəqin bilməmək və həmin gün oruc tutmaq.) həcc ziyarətində Ərafa günü, (Zil-Hiccə ayının 9-u.) təşriq günləri (Zil-Hiccə ayının 11-i, 12-si və 13-ü.) tutulan oruclar və xəstənin halını ağırlaşdıran oruc da buna aiddir. Habelə ərin izni olmadan qadının tutduğu nafilə orucu, cümə və şənbə günlərini xüsusiləşdirib oruc tutmaq da bura daxildir;
- müstəhəb oruclar: Birinci və dördüncü günlər, hicri aylarının 13-ü, 14-ü və 15-i, Məhərrəm ayının 9-u, 10-u və 11-i, Şəvval ayının istənilən altı günü, zil-Hiccə ayının ilk doqquz günü və hədislərdə varid olan başqa bu kimi oruclar;
- məkruh oruclar: Xəstəyə çətinlik törədən oruc;
- mübah oruclar: Müsafirin orucu;

4. Azerislam.com (Baki)

SUAL: Oruc tutmaq kimlərə vacibdir?

CAVAB: Oruc tutmağa qadir olan hər bir həddi buluğa çatmış, ağlı başında olan müsəlman Ramazan ayının orucunu tutmalıdır. Xəstə və müsafir olanlar isə başqa günlərdə tutmadıqları günlərin sayı qədər oruc tutmalıdırlar. Uca Allah buyurur: “Sizlərdən xəstə və ya səfərdə olanı varsa, başqa günlərdə eyni sayda (oruc tutmalıdır). Allah sizin üçün asanlıq istəyir, sizin üçün çətinlik istəmir.” “əl-Bəqərə” surəsi, 185.

3. Azerislam.com (Baki)

SUAL: Ramazan ayında oruc tutmaq vacibdirmi?

CAVAB: Bəli vacibdir. Uca Allah buyurur: “Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi sizə də oruc tutmaq vacib edildi ki, bəlkə (pis əməllərdən) çəkinəsiniz.” “(Oruc günləri) Ramazan ayıdır ki, onda (həmin ayda) insanlara doğru yol göstəricisi, bu yolun və haqqı batildən ayırd edənin açıq-aydın dəlilləri olan Quran nazil edilmişdir. Sizlərdən kim bu aya yetişərsə, onu (həmin ayı oruc tutmalıdır.”
əl-Bəqərə” surəsi, 185

2. Azerislam.com (Baki)

SUAL: Oruc nə deməkdir?

CAVAB: Oruc - niyyət edib dan yeri söküləndən gün batanadək (yemək-içmək, cinsi əlaqə və başqa bu kimi) orucu pozan şeylərdən özünü saxlamaq deməkdir.

1. SEVA_AZERI (bAKI)

SUAL: ES-SELAMUN-ALEYKUM.Oruc tutarken destamaz aliriq destemaz vaxti agizi yaxalamaq orucu pozur?Cavabiniza gore evvelceden tesekkurler.Allah razi olsun.

CAVAB: Xeyr pozmur.
Lakin yaxşı olar ki, agıza və buruna su alarkən ehtiyatlı olasınız ki, bu orucun pozulmasına səbəb olmasın.
Allah daha doğrusunu bilir..

 1  2  3  4  5  6  7  8  9  10  11  12  13  14  15  16  17  18  19  20  21  22  23  24  25  26  27  28 29 

Mustəqil Islam saytı. Materiallardan istifadə etdikdə istinad vacibdir. Sayt 1422-ci (2001) hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət gostərir. e-mail: mail@azerislam.com. ICQ #99931111