... Bu gün dininizi sizin üçün kamil etdim,
    sizə olan nemətimi tamamladım və sizin üçün
    din olaraq islamı bəyənib seçdim ... [ Əl-Maidə, 3 ]

Əsas menü
ANA SƏHİFƏ

Xidmətlər
Azərislam barəsində dostuna xəbər ver
 
Son xəbərlərə yazıl
 

Statistika


Dost saytlar

Put k Koranu. Sayt Kuliyeva Elmira

Iravan.com


Yeniliklər
Sual-cavab arxivindən cavablanmış 312 sual.

  daha ətraflı

بسم الله الرحمن الرحيم

440. Agayev Azer (Sumqayit)

SUAL: bismillah rehmanin rehim sizden bunun soracaqdim imsaqsiz oruc qebul edilir ya yox ?

CAVAB: Əs-sələmu aleykum.
“İmsak” - ərəbcə tutmaq, saxlamaq və bu kimi mənaları ifadə edir. Dinə imsak dedikdə oruc tutmaq nəzərdə tutulur. Odur ki, bizə elə gəlir ki, siz imsak dedikdə bunları nəzərdə tutmursunuz. Yəqin ki, oruc zamanı səhər yeyilən yeməyi nəzərdə tutursunuz.
Oruc vaxtı səhər yeyilən yeməyə “Səhur” deyilir. Səhur etmək müstəhəbdir və oruc onsuz da səhih sayılır. Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: “Dan yeri ağarana yaxın səhur edin! Həqiqətən, səhurda bərəkət var.” (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir).
Aişə və Ummu Sələmə (Allah onlardan razı olsun) rəvayət edirlər ki, “Peyğəmbər səllallahu aleyhi və səlləm dan yeri ağardıqdan sonra cənabət halında oyanar və sonra qüsl edib oruc tutardı.” (Bu hədisi də Buxari və Muslim rəvayət etmişdir.) Bu hədis onu göstərir ki, Peyğəmbər (səllallahu aleyhi və səlləm) səhur etməmiş orucuna davam edərdi.


439. Rəşad Rəsullu (Bakı)

SUAL: Assalamu aleykum.
Sizi və cümlə möminləri qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edirəm.
Əvvəlki suallarımı ətraflı cavablandırdığınız üçün sizə öz təşəkkürümü bildirirəm. Sizə yenə bir neçə sualım var.
1. Sədəqəni (fitrə-zəkatı yox) islam dinindən olmayan şəxslərə vermək olarmı? Sədəqənin hər zaman eyni bir şəxsə verilməsi nə qədər düzgündür?
2. Sələmçiliyin haram olduğu bəllidir. İndi isə bir məsələni aydınlaşdırmağınızı xahiş edirəm. Bu, qiymətli kağızlarla olan əməliyyatlardır. Məsələn, hər hansı bir şirkətin səhmləri var və sən o şirkətin səhmlərini alırsan və olursan onun səhmdarı, yəni payçısı. İlin sonunda da həmin şirkətin gəlirindən əlində olan səhmlərə müvafiq sənə pay düşür. İndi bu pul haramdır, yoxsa halal?
3. Digər bir məsələ. Mən fond birjasında hər hansı bir şirkətin səhmini alıram və gözləyirəm ki, bu səhmlərin qiyməti artsın. Qiymət artır və məni səhmləri satıram və gəlir əldə edirəm. Bu pul haramdır yoxsa halal?
4. Mən səhm yox məsələn, qiymətli metal (qızıl, gümüş) alıram. Gözləyirəm ki, qiymət qalxsın. Qiymət qalxan kimi satıram və gəlir əldə edirəm. Bu pul haramdır yoxsa halal?
5. Ümumiyyətlə, islamın iqtisadiyyata yanaşması ilə bağlı siz hansı ədəbiyyatları oxumağı mənə məsləhət görərdiniz və bu ədəbiyyatları necə əldə etmək olar?
Əvvəlcədən təşəkkür edirəm.
Allah razı olsun!

CAVAB: Və aleykumus-sələm.
Allah sizdən razı olsun. Biz də sizi qarşıdan gələn Ramazan bayramı münasibəti ilə əvvəlcədən təbrik edirik.
1. Sədəqəni qeyri müsəlmana vermək olar. (Zəkat və Fitrə zəkatını isə qeyri müsəlmanlara vermək olmaz) Həmçinin bu sədəqəni hər dəfə eyni bir şəxsə də verə bilərsiniz.
2. Əgər həmin şirkət haram işlə məçğul olursa (Məsələn: Şərab zavodu, donuzçuluq ferması, qonuz kolbasası istehsal etmək, sələm vermək və s.) onda sizə həmin şirkətin səhmdarı olmaq haramdır və oradan gələn pul da haramdır. Əks halda isə bu halaldır.
3. Əgər sizin bu səhmləri alıb saxlamağınız onların qiymətlərinin artmasına başlıca səbəb olursa onda bu haramdır. Əks halda isə bu caizdir.
4. Bu sualın cavabı da 3-cü sualın cavabı ilə tamamilə eynidir.
5. Bu barədə fiqh kitablarını oxumağınızı məsləhət görürük.
Allah sizdən də razı olsun.

438. abdulrahman (baki)

SUAL: assalemualeekun. Sizden mene kömek etmenizi xahis edirem eger men namazimi mecburieet qarsisinda qalaraq iki il ara vermisimse men hemen vaxtin qeza namazini ne qeder vaxta qila bilerem. vwe elave namazlarla bunu . odee bileremmi.. assalemu aleekum va rahmetullahu barekatu..

CAVAB: Və aleykumus-sələm.
Siz bu əməlinizə görə ancaq tövbə etməlisiniz. Tövbənin şərtləri aşağıdakılardır:
1. Etdiyin günaha görə peşiman olmaq; Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Peşimançılıq tövbədir.” (Bu hədisi imam Əhməd rəvayət etmişdir).
2. Etdiyin günahdan bir dəfəlik əl çəkmək;
3. Bir daha həmin günaha qayıtmamağı niyyət etmək;
4. Əgər etdiyin günah hər hansı bir şəxsin haqqı ilə bağlıdırsa onun haqqını ödəmək; (Məsələn: Oğurluq etmisənsə onu sahibinə qaytarmalısan, qeybət etmisənsə həmin şəxsdən üzr istəməlisən və s.)
Tövbə etdikdən sonra qılmadığınız həmin namazlar üçün qəza yoxdur. Həmin namazlar üçün tövbə etməyiniz kifayət edər. Çünki Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) vaxtında İslamı yeni qəbul edən müsəlmanlar öncə qılmadıqları namzların qəzalarını qılmırdılar.
Həmçinin uca Allah tövbə edənlər barəsində belə buyurur: “(Ya Rəsulum!) Kafir olanlara de: "Əgər onlar (öz küfrlərindən, Peyğəmbərə və möminlərə qarşı müharibədən) əl çəksələr, keçmişdəki günahları bağışlanar. Yox, əgər yenə (yaramaz işlərə, döyüşməyə) qayıtsalar, əvvəlkilərin (keçmiş ümmətlərin) başına gələnlər onların da başına gələr.” (əl-Ənfal surəsi 38-ci ayə).
Digər ayədə isə belə buyurur: “Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayandır, rəhm edəndir!” (əl-Furqan surəsi 70-ci
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.

437. inci (baki)

SUAL: istixare namazi haqqinda melumat vere bilersinizmi?deyilene gore bu namazdan sonra qibleye teref yatib, sonrada yuxuda ne gorulubse onuda etmek lazimdi?ne derecede duzgundur?cox sagolun, assalamun aleykum

CAVAB: Əs-sələmu aleykum.
İstixarə - Allahdan uğur və kömək diləmək deməkdir.
Cabi ibn Abdullah (Allah ondan razı olsun) rəvayət edir ki, “Peyğəmbər (səllallahu aleyhi və səlləm) qurandakı surələri bizə öyrətdiyi kimi “İstixarə” duasını da bizə öyrədər və deyərdi: “Sizdən biriniz çətin vəziyyətə düşdükdə iki rükət namaz qılsın və desin: “Allahummə inni əstəxiyrukə bi ilmikə və əstəqdiyrukə bi quratikə və əs'əlukə min fadlikə-l-aziym. Fəinnəkə təqdiru və lə əqdiru və tə'ləmu və lə ə'ləmu və əntə alləmu-l-ğuyub. Allahummə in kuntə tə'ləmu ənnə həzə-l-əmra xayrun liy fiy diyniy və məaşiy və aqibəti əmriy fəq-durhu liy və yəssirhu liy summə bərik liy fihi. Və in kuntə tə'ləmu ənnə həzə-l-əmra şərrun liy fiy diyniy mə məaşiy və aqibəti əmriy fəsrifhu anniy vəsrifniy anhu vəqdur liyə-l-xayra heysu kənə summə-rdiniy bihi.” (Bu hədisi Buxari rəvayət etmişdir).
Duanın tərcüməsi: “Allahım, Öz elminlə mənə kömək etməyini və Öz qüdrətinlə məni qüdrətləndirməyini yalnız Səndən diləyirəm və Sənin lütf və mərhəmətindən istəyirəm! Həqiqətən Sən mənim qadir olmadığım hər şeyə qadirsən, mənim bilmədiyim hər şeyi bilirsən və Sən qeybləri bilənsən! Allahım, bu iş mənim dinim, yaşayışım və aqibətim üçün xeyirlidirsə onu mənim üçün qabaqcadan müəyyən edilmiş et (yəni mənim qədərimə yaz) və bu işi mənim üçün asanlaşdır və bərəkətli et! Bu iş mənim dinim, yaşayışım və aqibətim üçün zərərlidirsə (şər və təhlükə varsa) onu məndən, məni də ondan uzaq et! İstədiyin qədər mənə xeyir nəsib et və Öz müqəddəratınla (qəzavü-qədərinlə) məni məmnun et!”
İstixarə namazı iki rükətdən ibarət adi sünnət (nafilə) namazıdır. Qeyd etdiyimiz “İstixarə” duasını bu namaz əsnasında, yaxud salamdan əvvəl, yaxud da ondan sonra etmək olar. Salamdan əvvəl edilən dua isə əfzəl hesab olunur. Çünki, Peyğəmbər (səllallahu aleyhi və səlləm) çox vaxt bu duanı salamdan əvvəl edərdi.
Allah həm sizin, həm də bütün möminlərin ibadətlərini qəbul etsin! Amin!!!
Bu namazdan sonra yatıb yuxu görmək barəsində heç bir dəlil yoxdur. Odur ki, sizin qeyd etdiyiniz fikir yanlış fikirdir.
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.

436. sevda (baku)

SUAL: Salam. Men Namazin muxteser telimini Sizin saytda tapa bilmirem. Xahish edierm komek edesiniz. namazin tercumesi lazimdir.

CAVAB: Və aleykumus-sələm.
Namazın müxtəsər təlimini saytımızın “Namaz” bölmündə tapa bilərsiniz.

435. inci (baki)

SUAL: Bismillah, salamun aleykum, 2 sualim var, bu dodaq boyalari(pamadalar )var, deyilene gore onlar donuz piyinden hazirlanir,onlardan istifade etmek ne derecede duzgundur?2-uzde olan et xalini gotuzdurmek olarmi? yoxsa bu gunahdi?mence xal derinin qusurudu,belkede sehvem, cavab vermeyinizi xahish edirem, evvelceden teshekkur edirem,assalamun aleykum va rahmatullahu va barakatuh!

CAVAB: Əs-sələmu aleykum.
1. İçərisində donuz piyi və bu kimi haram şeylər olan pamadaları istifadə etmək olmaz. Əgər yəqinliklə bilsəniz ki, həmin pamadanın içində donuz piyi var onda onu istifadə etmək haramdır. Odur ki, pamada aldıqda içində haram şeylər olmayanlarını almaq lazımdır.
2. Əgər üzdə olan ət xalı insana əziyyət verirsə onda onu götüzdürmək olar. Əks halda isə bu qadağandır.
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.

434. Aynur (Baki)

SUAL: Salam aleykum va rahmatullahi va barakatuh! Menim bir nece sualim var.
1.Namaz qilarken ruketlerin sayini unutduqda ve ya bilmeyerek casdiqda sehv secdesi nece edilir?
2Namaz qilarken mecburiyyet uzunden onu yarimciq kesmek olar?mes:evde hec kim yoxdur ve qapi doyulur.Bu vaxt ne etmek lazimdir?
3.Bayram namazini evde qilmaq olar?
Eger suallarim coxdursa bagislayin.Evvelceden tesekkurler.

CAVAB: Və Aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.
1. Namaz qılarkən rükətlərin sayını itirdikdə siz yəqinliklə bildiyiniz saya qayıtmalı və bunun üzərində namaza davam etməlisiniş. Sonda isə salamlardan öncə iki dəfə səhv səcdəsi etməlisiniz. Səhv səcdəsi namazda olan adi səcdə kimi edilir.
2. Namaz qılarkən məcburiyyət üzündən onu yarımçıq kəsmək olar. Məsələn: Çöldə namaz qılarkən vəhşi heyvanın üzərinizə gəldiyini hiss etdikdə, evdə yanğın hiss etdikdə və s.
Sizin qeyd etdiyiniz səbəb isə məcburiyyət deyil.
3. Bayram namazı cammatla çöldə və ya məsciddə qılınır. Odur ki, bu namazı evdə qılmaq olmaz.

433. Fuad ()

SUAL: Salam aleykum.
Evde caamatla namaz qilarken qardashim imam olur.Qardashimin zovcesi ile bir yerde namaz qilmaq olar?

CAVAB: Və aleykumus-sələm.
Siz camaat namazı qıldıqda qardaşınızla bir sırada durmalı, qadınlar isə arxada durmalıdırlar. Odur ki, sizin qardaşınızın zövcəsi sizin arxanızda sizinlə birlikdə camaat namazı qıla bilər.


432. Nazim Aliyev (Baki)

SUAL: salamaleykum
sual 1-----ALLAH-dan bashqa neyese and icmek olar?
sual 2-----qadin hamile oldugu vax tuta bilmediyi orucun qezasini ushaq olandan sonra tutmalidir, yoxsa gunde bir nefer aci yedirtmelidir?eyer tutmalidirsa bu korpe ushaq yedizdiren qadina ziyan deyilki?
xahish edirem bu suallarin (esas 1 m-ci sualin)cavabini sheriyyetde tetbiq olunan cavabini mene yazin. evvelceden teshekkur edirem.

CAVAB: Və aleykumus-sələm.
1. Allahdan qeyrisinə and içmək həmin şeyi Allaha şərik qoşmaq deməkdir. Odur ki, yalnız Allahın adlarına və sifətlərinə and içmək lazımdır. İbn Ömər (Allah onların hər ikisindən razı olsun) Peyğəmbərdən (səllallahu aleyhi və səlləm) rəvayət edərək belə demişdir: “Kim Allahdan qeyrisinə and içərsə şirk etmiş olur.” (Bu hədisi İmam Əhməd rəvayət etmişdir).
Allaha and içmək şirk olduğu üçün, onun günahı digər (şirkdən qeyri) günahlardan daha çoxdur. Elə ona görə də Peyğəmbərin (səllallahu aleyhi və səlləm) ən məşhur səhabələrindən olan İbn Məsud (Allah ondan razı olsun) bu barədə belə demişdir: “Mənim üçün Allaha yalandan and içmək Allahdan qeyrisinə (inanaraq) doğurdan and içməkdən daha xoşdur.” (Bu rəvayəti Abdurrazzaq, Təbərani, Munziri, Heysəmi və başqaları rəvayət etmişlə).
İbn Məsudun bu sözü onu göstərir ki, Allahdan qeyrisinə and içmək ən böyük günah olan şirkdir. Elə ona görə də uca Allah Peğəmbərimizə (səllallahu aleyhi və səlləm) yalnız Allaha and içməyi əmr etmişdir. Uca Allah Qurani Kərimdə üç yerdə Peyğəmbərimizə (səllallahu aleyhi və səlləm) and içməyi əmr etmiş və hər birində də yalnız Allaha and içməyi buyurmuşdur. Uca Allah buyurur: “(Ya Peyğəmbərim!) Səndən: "O (bizi qorxutduğun əzab və ya qiyamət günü) doğrudurmu?" - deyə xəbər alacaqlar. Onlara belə cavab ver: "Rəbbimə and olsun ki, o doğrudur. Siz ondan canınızı qurtara bilməzsiniz!” (Yunus surəsi 53-cü ayə).
Başqa bir ayədə də belə buyurur: “(Ayələrimizi) inkar edənlər: "Qiyamət bizə gəlməyəcəkdir!" - dedilər. (Ya Peyğəmbər! Sən onlara) de: "Xeyr, qeybi bilən Rəbbimə and olsun ki, qiyamət sizə gələcəkdir.” (Səba surəsi 3-cü ayə).
Digər ayədə isə belə buyurur: “Kafir olanlar (öldükdən sonra) əsla dirildilməyəcəklərini iddia edirlər. (Ya Peyğəmbər!) De: "Bəli, Rəbbimə and olsun ki, siz mütləq dirildiləcəksiniz.” (ət-Təğabun surəsi 7-ci ayə).
Əgər uca Allah Peyğəmbərimizə and içdikdə yalnız Allaha and içməyi əmr edirsə, bu əmr bizə də aiddir. Çünki Peyğəmbər bizim üçün nümunədir, örnəkdir. Uca Allah buyurur: “Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!” (əl-Əhzab surəsi 21-ci ayə).
Allahın məxluqatlara and içməyinə gəlincə onu qeyd edə bilərik ki, bu yalnız Allaha mıxsusdur. Allah istədiyi şeyə and içə bilər və istədiyini edə bilər. Uca Allah buyurur: “...Allah istədiyini edər!” (İbrahim surəsi 27-ci ayə).
Biz özümüzü bu işdə Allaha tay tutmamalı, Ona bənzətməməliyik. Əgər biz özümüzü Allahala müqayisə etsək onda özümüzü ona bənzətmiş olarıq. Allah isə Qurani Kərimdə buyurur ki, Onun heç bir tayı-bərabəri, bənzəri yoxdur. Uca Allah buyurur: “...Ona bənzər heç bir şey yoxdur. O, (hər şeyi) eşidəndir, (hər şeyi) görəndir!” (əş-Şura surəsi 11-ci ayə).
Digər ayədə isə belə buyurur: “Onun heç bir tayı-bərabəri (bənzəri) də yoxdur!” (əl-İxlas surəsi 4-cü ayə).
Allah bizi haqqı eşidib ona tabe olanlardan etsin! Amin!!!
2. Hamilə və süd verən qadının halı xəstənin və müsafirin halına bənzəyir. Odur ki, onlar bu hallarda (əgər oruc tutmaq zərərdirsə) orucu tərk etməli və bu müddət qurtardıqdan sonra isə tutmadığı həmin günlərin qəzasını tutursunuz. Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Həqiqətən, Allah müsafirə orucu və namazın yarısını, hamilə və süd verən qadına isə orucu keçmişdir.” (Bu hədisi Əhməd, Əbu Davud, Nəsai, Tirmizi və başqaları rəvayət etmişdir).
Bu hədisdə Peyğəmbər (səllallahu aleyhi və səlləm) hamilə və süd verən qadını müsavirlə müqayisə etmişdir. Bizə də məlumdur ki, müsafir tutmadığı günlərin əvəzini soradan tutur. Kəffarəyə gəlincə, həmin qadınlar heç bir kəffarə ödəmirlər. Allah bizim ibadətlərimizi qəbul etsin! Amin!!!



431. sevinc (baki)

SUAL: salam aleykum. nisanli vaxti nisanlinin seni öpməsi günahdirmi?O cahildir. Günahdirsa mən nə edim ona nə deyim ki məndən bunu tələb etməsin. Bir bəhanəsi var deyir sən mənim nisanlimsan. əvvəlcədən cavaba görə sağ olun. Allah bütün oruc tutanlarin orucunu qəbul etsin.AMİN.

CAVAB: Və aleykumus-sələm.
Əgər sizin kəbininiz yoxdursa onda bu cür hərəkətlər hər ikinizə də haramdır. Yalnız kəbin kəsdirdikdən sonra bu cür hərəkətlər etmək olar. Odur ki, nişanlınızdan tələb edin ki, sizinlə kəbin kəsdirsin.
Allah bütün xəta edən müsəlmanların günahlarını bağışlasın! Amin!!!


430. Omer (Rusiya)

SUAL: Ahli-Beyt kimdi!
sahih buxarida yazir
"Men sizin aranizda iki qiymetli emanet qoyb qediremş Allahin kitabi ve Ehli-beytim."

CAVAB: Əs-sələmu aleykum.
Bu barədə daha ətraflı bilmək üçün saytımızın “Kitabxana” bölmündəki “Əhli beyt və onun fəziləti..” adlı kitaba nəzər sala bilərsiniz.
O ki, qaldı sizin qeyd etdiyiniz hədisə, onu bildirmək istərdik ki, Səhih Buxaridə bu cür hədis yoxdur. Əgər sizdə bu barədə dəqiq məlumat varsa onda həmin hədisin yerini dəqiqliklə bizə göndərməyinizi xahiş edirik.

429. OXUCU(E.) (BAKI)

SUAL: ESSALAMU ALEYKUM. MEN BILMEK ISTERDIM KI,
QARA BAYRAM NE VAXTDIR? DIQQETINIZE GORE COX SAG OLUN

CAVAB: Və aleykumus-sələm.
Qara bayram dedikdə Ramazan bayramını nəzərdə tutursunuzsa bu təxmini hesablamalara görə noyabr ayının 14-nə düşür.
Ümumuyyətlə Ramazan ayının başlanması və sona yetməsi təzə ayın görünməsindən asılıdır. Elə buna görə də hicri aylarının hamısı, o cümlədən də Ramazan ayı hərdən 29, hərdən də 30 gün olur. Bu səbəbdən də Ramazan bayramının dəqiq hansı günə düşəcəyi barədə heç kəs əvvəlcədən məlumat verə bilməz. Verilən məlumatların hamısı isə təxmini hesablamalara görə verilir. Odur ki, təxmini hesablamalara görə Ramazan bayramı noyabr ayının 14-nə düşür. Yəni noyabr ayının 13-ü Ramazan ayının sonuncu günüdür. Lakin hərdən elə olur ki, bu hesablamalar yanlış olur. Odur ki, Ramazan bayramı noyabırın 13-nə də düşə bilər. Daha doğrusunu isə Allah bilir.
Qeyd: Ramazan bayramına Qara bayram demək düzgün deyildir. Çünki nə Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm), nə də onun ardıcılları olan səhabələr bu bayrama Qara bayram deməmişlər. Əksinə, onlar bu bayram günü sevinc içində olmuşlar. Azərbaycanda insanlar bu bayram günü qəbr üstünə getdiklərinə görə ona Qara bayram deyirlər. Lakin qeyd etmək lazımdır ki, bu bayram günü qəbr üstünə getmək İslam dinində yoxdur. Bu əməl İslam duninə sonradan davil olmuşdur. Uca Allah bizim dinimizi tamamladıqdan sonra ona əlavələr etmək düzgün deyildir. Uca Allah buyurur: “...Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim...” (əl-Maidə surəsi 3-cü ayə).
Bu ayə onu göstərir ki, uca Allah dinimizi tamamladıqdan sonra ona əlavələr etmək olmaz. Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) bu xüsusda belə demişdir: “Bizim işimizə [dinimizə] müvafiq olmayan bir əməl edən kimsənin etdiyi əməl rədd edilir.” (Bu hədisi Muslim rəvayət etmişdir).
Həmçinin əgər bu bayram günü qəbr üstünə getmək yaxşı əməl olsa idi onu ilk növbədə (səllallahu aleyhi və səlləm) Peyğəmbərimiz edərdi.Çünki elə bir yaxşı əməl yoxdur ki, onu Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) etməsin. Əgər bu əməli Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) etməyibsə biz də etməməliyik. Çünki Peyğəmbər (səllallahu aleyhi və səlləm) bizim üçün bir nümunə, örnəkdir. Uca Allah buyurur: “Uca Allah buyurur: “Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!” (əl-Əhzab surəsi 21-ci ayə). Allah bütün müsəlmanları doğru yola yönəltsin.
Allah bizi haqqı eşidib ona əməl edənlərdən etsin! Amin!!!


428. ()

SUAL: as salamu aleykum sualim beledir sekil olan yerde namaz qilmaq olarmi ve neye gore
xahis edirem etrafli ???
tesekkur ederim

CAVAB: Və aleykumus-sələm.
Ümumiyyətlə İslam dininə görə canlı (ruhu olan) şəkili çəkmək haramdır. Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Qiyamət günü Allah dərgahında ən şiddətli əzab şəkil çəkənlərə olacaqdır.” (Bu hədisi Buxari rəvayət etmişdir).
Digər bir hədisdə isə Peyğəmbər (səllallahu aleyhi və səlləm) belə demişdir: “İçində it və şəkillər olan evə mələklər daxil olmurlar.” (Bu hədisi də Buxari rəvayət etmişdir).
Bəzi alimlər bu hədisə əsaslanaraq şəkil olan evdə namaz qılmağa icazə vermirlər. Bu da onu göstərir ki, şəkil olan yerdə namaz qılmaq bəyənilmir.
Odur ki, hər bir müsəlman çalışmalıdır ki, evində şəkil saxlamasın.
Allah bizi haqqı eşidib dərhal ona tabe olanlardan etsin! Amin!!!

427. UMAROV XIDIR (ISLAM)

SUAL: ALLAHA DAHA YAXIN OLMAQ NE ETMELIYEM/

CAVAB: Əs-sələmu aleykum.
Allaha daha yaxın olmaq üçün Allahın və Onun Peyğəmbərinin (səllallahu aleyhi və səlləm) bütün əmrlərini yeürinə yetirib qadağalarından çəkinmək lazımdır. Uca Allah buyurur: “(Ya Rəsulum!) Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər.” (əl-Bəqərə surəsi 186-cı ayə).

426. zamin bayramov (Mingecevir)

SUAL: abese suresi peygember tohmet ayesi kimi nazil olmasi ne qeder dog ru olub olmamasi bilmek isterdim .xahish edirem ki cavabi @-e gonderesiniz. ALLAH amaninda

CAVAB: Əs-sələmu aleykum.
Uca Allah busurədə belə buyurur:
1. (Peyğəmbər) qaşqabağını töküb üzünü çevirdi.
2. Yanına korun (Abdullah ibn Ümmi-Məktumun) gəlməsindən dolayı.
3. Nə bilirsən, bəlkə də, o (səndən islama dair soruşub öyrənəcəkləri ilə) təmizlənəcəkdir!
4. Yaxud öyüd dinləyəcək və bu öyüd ona fayda verəcəkdir!
5. (Var dövlətinə güvənib sənin öyüd-nəsihətinə qulaq asmağa) ehtiyac hiss etməyənə (dövlətliyə) gəldikdə,
6. Sən üzünü ona tərəf çevirirsən (onun sözünə qulaq asırsan).
7. Onun (küfrdən) təmizlənməsindən sənə nə?!
8. Yüyürə-yüyürə sənin yanına gələn
9. Və (Allahdan) qorxan kimsəyə gəldikdə isə,
10. Sən ondan üz çevirirsən!
11. Xeyr! (Belə yaramaz, bir daha belə etmə). Həqiqətən, bu (ayələr) bir öyüd-nəsihətdir.
12. Kim istəsə, ondan öyüd alar.

Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, “(Peyğəmbər) qaşqabağını töküb üzünü çevirdi” (ayəsi və ondan sonra gələn ayələr) kor olmuş İbn Ummu Məktum (Allah ondan razı olsun) barəsində nazil olmuşdur. O, Peyğəmbərin (səllallahu aleyhi və səlləm) yanına gəldi və dedi: Ey Allahın elçisi! Məni haqq yoluna istiqamətləndir.” Müşriklərin başçılarından biri Peyğəmbərin (səllallahu aleyhi və səlləm) yanında olduğundan o, İbn Ummu Məktumdan (Allah ondan razı olsun) üz çevirdi və müşriklərin başçısına tərəf döndü. O, “Məgər mənim dediyimdə bir anlaşılmazlıq var?” – dedi və bu ayələr nazil oldu.” (Bu hədisi Tirmizi, İbn Hibban, İbn Cərir, Hakim və başqaları rəvayət etmişdir).
Bu hədisin mötəbər sayılması üçün başqa bir hədisi də qeyd etmək olar. Ənəs İbn Malik (Allah ondan razı olsun) rəvayət edir ki, İbn Ummu Məktum (Allah ondan razı olsun) Peyğəmbərin (səllallahu aleyhi və səlləm) yanına gələndə o, Ubey İbn Xələf ilə söhbət edirdi. Peyğəmbər (səllallahu aleyhi və səlləm) İbn Ummu Məktumu (Allah ondan razı olsun) görəndə ondan üz çevirdi. Uca Allah da bu ayələri nazil etdi:
1. (Peyğəmbər) qaşqabağını töküb üzünü çevirdi..................................................................................
Bu ayələr nazil olduqdan Peyğəmbər (səllallahu aleyhi və səlləm) ona ehtiram göstərirdi.” (Bu hədisi İbn Kəsir öz Təfsir kitabında qeyd etmişdir).

425. ETIBAR (BAKI)

SUAL: selamun aleykum.
sualim beledi :
eshitdiyime gore qebirlere uzunu tutub namaz qilmaq , onnan nese istemek gunahdir.
estagfirullah eger sef dushunuremse Allah bagishlasin. bes kebeye teref uzlerini tutub namaz qilmalari ne derecede duzgundu ?

CAVAB: Və aleykumus-sələm.
Qəbrlərə tərəf namaz qılmağı Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) qadağan etmişdir. Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) demişdir: “Qəbirlərə tərəf namaz qılmayın və onların üzərində oturmayın!” (Bu hədisi Muslim, Əbu Davud, Tirmizi, Nəsai və başqaları rəvayət etmişlər). Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) qadağan etdiyi hər bir şeyidən çəkinmək lazımdır. Bu xüsüsda uca Allah belə buyurur: «Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin» (əl-Həşr surəsi 7-ci ayə).
Kim uca Allahın və Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) əmrlərindən boyun qaçırarsa onu şiddətli əzab gözləyir. Uca Allah buyurur: “...Onun (Allahın, yaxud Peyğəmbərin) əmrinə qarşı çıxanlar başlarına gələcək bir bəladan, yaxud düçar olacaqları şiddətli bir əzabdan həzər etsinlər!” (ən-Nur surəsi 63-cü ayə).
Həmçinin qəbrlərə dua edib onlardan nə isə istəmək onu Allaha şərik qoşmaq deməkdir. Bu isə ən böyük günahdır. Uca Allah Ona şərik qoşanı əsla bağışlamaz. Bu xüsusda uca Allah buyurur: “Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əvf etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar. Allaha şərik qoşan şəxs, əlbəttə, böyük günah etmiş olur” (ən-Nisa surəsi 48-ci ayə).
Uca Allah Fatihə surəsi 5-ci ayədə belə buyurur: “Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!” Bu ayəni deyən şəxs ona əməl də etməlidir. Yəni həmin şəxs yalnız Allaha ibadət etməli və yalnız ondan yardım diləməlidir. Uca Allah bi ayə vasitəsi ilə sanki öz bəndələrinə bu iki əməli əmr edir.
Başqa bir ayədə isə belə buyurur: “Əgər Allah sənə bir zərər toxundursa (sıxıntı versə), onu Özündən başqa (səndən) heç kəs sovuşdura bilməz. Əgər Allah sənə bir xeyir diləsə, heç kəs Onun nemətini (lütfünü) geri qaytara bilməz...” (Yunus surəsi 107-ci ayə). Bu ayədən öncəki ayədə isə uca Allah belə buyurur: “Allahdan başqa, sənə nə bir xeyir, nə də zərər verə bilən şeylərə dua etmə! Əgər belə etsən, şübhəsiz ki, özünə zülm edənlərdən olarsan!...” (Yunus surəsi 106-cı ayə). Bu ayələr onu göstərir ki, yalnız dua edib Allahdan istəmək lazımdır.
Uca Allah digər ayədə də belə buyurur: “Siz Allahı qoyub ancaq bütlərə ibadət edir, (onlara tanrı deməklə) yalan uydurursunuz. Sizin Allahdan başqa ibadət etdikləriniz sizə ruzi verməyə qadir deyillər. Ruzini Allahdan diləyin. Ona tapının, Ona şükür edin. Siz (qiyamət günü) Onun hüzuruna qaytarılacaqsınız!” (əl-Ənkəbut surəsi 17-ci ayə).
Uca Allah “Fatir” surəsinin 13, 14-cü ayələrində belə buyurur: “...Sizin Ondan qeyri ibadət etdikləriniz bir çəyirdək qabığına belə sahib deyillər. Əgər siz onları çağırsanız (dua etsəniz), onlar sizin çağırışınızı eşitməzlər; eşitsələr də cavab verə bilməzlər (çünki Allah onlara nitq qabiliyyəti verməmişdir). Özləri də qiyamət günü sizin (Onları Allaha) şərik qoşduğunuzu (onlara büt kimi ibadət etdiyinizi) danacaqlar...”
Uca Allah ölülər barəsində başqa bir ayədə də belə buyurur: “Kor ilə görən eyni olaz. Zülmətlə nur da (eyni deyildir)! Kölgə (sərin) ilə isti (eyni olmaz). Dirilərlə ölülər də eyni deyillər! Şübhəsiz ki, Allah dilədiyinə (ayələrini) eşitdirər. Sən isə (ya Peyğəmbər!) qəbirlərdə olanlara (haqqı) eşitdirən deyilsən!” (Fatir surəsi 19; 20; 21; 22-ci ayələr). Bu ayə də onu göstərir ki, hətta Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) qəbrlərdə olanlara eşitdirə bilmir.
Bəzi insanlara deyildikdə ki, “qəbrlərə ibadət etməyin, omlardan heç nə diləməyin” onlar belə cavab verirlər. Biz onlara ibadət etmirik. Biz yalnız onlar vasitəsi ilə Allaha yaxınlaşırıq ki, Allah onların vasitəsi ilə bizim əməllərimizi qəbul etsin. Lakin həmin insanlar düşünmürlər ki, elə bu əməlin özü o vaxtkı müşriklərin əməlləridir. Onlara da Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) “Bütlərə ibadət etməyin” - dedikdə belə cavab verdilər. Biz onlar vasitəsi ilə Allaha yaxınlaşırıq. Elə bu əməllərinə görə uca Allah onları müşrik adlandırdı. Uca Allah buyurur: “Bil ki, xalis din (sırf ibadət, təmiz itaət) ancaq Allaha məxsusdur. Allahı qoyub (bütləri) özlərinə dost tutanlar: "Biz onlara yalnız bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirik!" (deyirlər). Şübhəsiz ki, Allah ixtilafda olduqları məsələlər barəsində (qiyamət günü) onların arasında hökm edəcəkdir. Allah yalançı, nankor olan kimsəni doğru yola müvəffəq etməz!” (əz-Zumər surəsi 3-cü ayə). Bu da onu göstərir ki, onların etdikləri əməl şirkdir. Allah bizi şirkdən qorusun! Amin!!!
O ki, qaldı namaz qıldıqda üzünü Kəbəyə tərəf tutmağa, bu Allahın əmridir. Unutmayaq ki, qəbrlərə tərəf namaz qılmaq qadağadır, Kəbəyə tərəf namaz qılmaq isə əmrdir. Uca Allah buyurur: “(Ya Rəsulum!) Biz sənin üzünün göyə tərəf çevrildiyini görürük, ona görə də səni razı olduğun qibləyə tərəf döndərəcəyik. İndi üzünü Məscidülhərama tərəf çevir! (Ey müsəlmanlar!) Harada olsanız (namaz vaxtı) üzünüzü oraya döndərin! Kitab verilmişlər bunun öz Rəbbi tərəfindən bir həqiqət olduğunu yaxşı bilirlər. Allah onların əməllərindən xəbərsiz deyildir.” (əl-Bəqərə surəsi 144-cü ayə).
Allah bütün müsəlmanları haqqı eşidib ona tabe edənlərdən etsin! Amin!!!

424. Nizami Talibov (Baki)

SUAL: salam aleykum.size bir-nece suallarim var.1.qedr gecesinin mueyyen elametleri varmi?2.insanin basina gelecek hadiseler her il qedr gecesinde mueyyen olunur,yoxsa evvelden lovhi-mehfuzda mueyyen edilib?3.usr nedir?4.oruc tutduqda agiza yigilan suyu(tupurceyi)udmaq olarmi?5.saqqal saxlamaq vacibdirmi?xahis edirem bu barede hedisle delil getireydiniz.selam aleykum.

CAVAB: Və aleykumus-sələm.
1. Qədr gecəsinin əlamətləri:
- Həmin gecə sakitsilik, əmin-amanlıq olur. Həmçinin möminin rahat olur. Uca Allah buyurur: “O gecə dan yeri sökülənə kimi (büsbütün) salamatlıqdır! (əmin-amanlıqdır)” (əl-Qədr surəsi 5-ci ayə).
- Həmin səhər günəş şüasız olaraq çıxır. Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) səhabəsi olan Ubey İbn Kəb (Allah ondan razı olsun) Belə demiçdir: “O bir olan Allaha and olsun ki, (Qədr gecəsi) Ramazan ayındadır. Allaha and olsun ki, mən bilirəm o hansı gecədir. Peyğəmbər (səllallahu aleyhi və səlləm) bizə həmin gecəni namaz qılmağı əmr etmişdir. O 27-ci gecədir. Onun əlaməti odur ki, həmin gün səhər gün ağappaq şüasız.” (Bu hədisi Muslim, Əbu Davud, Tirmizi və başqaları rəvayət etmişdir).
2. Bütün olacaq şeylərin hamısı Lövhi-Məhfuada əvvəlcədən yazılıb. Qədr gecəsi isə Lövhi-Məhfuzdan məxluqatın bir illik qədəri təyin edilir. Uca Allah buyurur: “Biz onu mübarək bir gecədə (qədr gecəsində) nazil etdik. Biz (o Kitab vəsitəsilə kafirləri Öz əzabımızla) qorxuduruq! Hər bir hikmətli (dəyişilməsi mümkün olmayan) iş o gecə hökm (ayırd) olunur.” (əd-Duxan surəsi 3, 4-cü ayələr).
3. Üzr – sözü özünə haqq, bəraət qazandırmaq; özünü təmizə çıxartmaq; bəhanə tapmaq; bəhanə və bu kimi mənalar kəsb edir. Hər bir əməldə üzr eyni olmur. Müxtəlif əməllərdə üzr müxtəlif cür olur.
4. Ağıza yığılan suyu (tüpürcəyi) udmaq orucu pozmur. Çünki, tüpürcəyin orucu pozması haqqında heç bir dəlil yoxdur.
5. Saqqal saxlamaq barəsində Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) belə demişdir: «Saqqallarınızı uzadın (əl vurmayın), bığlarınızı qısaldın ki, məcusilərə (oda sitayiş edənlərə) müxalif olun» Bu hədis onu göstərir ki, saqqal saxlamaq vacibdir. Çünki, bu Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) əmridir. Hər bir müsəlman da Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) əmrlərini yerinə yetirməlidir.
Uca Allah Qurani Kərimdə möminlərə əmr edərək belə buyurmuşdur: «Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin» (əl-Həşr surəsi 7-ci ayə).
Başqa bir ayədə də belə demişdir: “...Onun (Allahın, yaxud Peyğəmbərin) əmrinə qarşı çıxanlar başlarına gələcək bir bəladan, yaxud düçar olacaqları şiddətli bir əzabdan həzər etsinlər!” (ən-Nur surəsi 63-cü ayə).
Saqqal saxlamağın hikməti odur ki, müsəlman özünü məcusulərə oxşatmasın. Kim özünü bir qövmə oxşadarsa həminşəxs onlardan sayılır. Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: «Kim özünü bir qövmə oxşadarsa, o, onlardandır»
Həmçinin kişi saqqal saxlayır ki, qadınlardan fərqlənsin, özünü onlara oxşatmasın.
Və aleykumus-sələm.


423. R.S (Baki)

SUAL: Ассалам алейкум ! У меня такой вопрос. Хочу изучать Коран на русском языке .. Подходит ли изучение Корана перевода Пороховой? нашёл сайт
koran.ru на сколько достоверный.?
Ассалам алейкум

CAVAB: Алейкумасалам!

Вот вам самый достоверный сайт.

http://www.waytoquran.net/

422. Aleskerli Rashad (Baki)

SUAL: Assalamuleykum!
Bu saytda birbasha elaqeye haradan qoshula bilerem?

CAVAB: Aleykumus salam.
Biz saytda müsəlmanların birbaşa ünsiyyəti üçün çat proqramı təşkil etmişdik.
Lakin özünə "müsəlman" adı qoyan bəzi ünsürlər burada həqiqi müsəlmanlarla yersiz mübahisələrə başladılar və təhqirlər, vulqar söyüşlərlə müsəlmanları təhqir etdilər.
Odur ki, biz müvəqqəti olaraq, yeni danışıq proqramı əlavə olunana qədər bu xirməti saxladıq.
İnşallah bu da olar.
Allah qəlbi çat insanlara hidayət versin. Amin!

421. Aleskerli Rashad (Baki)

SUAL: Assalamuleykum!
Men Azani Mp3 dinlemek isteyirem. Xahish edirem Mene komek edesiniz. Beri bashdan teshekkurumu bildirirem.

CAVAB: Aleykumus salam.

Bu keçiddən istifadə edərək Azan proqramını yükləyin və oradan azanlara qulaq asın.

http://www.islamicfinder.org/athanDownload.php?lang=

420. elcin hasan (baki)

SUAL: Asslamu aleykum. Ehli Beyt haqqinda dediyiniz yeni kitabi hardan elde etmek olar?

CAVAB: Və aleykumus-sələm.
“Əhli beytin fəziləti” adlı kitabı “Muslim shop” dükanından əldə edə bilərsiniz. Bu dükan bir çox yerlərdə fəaliyyət göstərir. Nərimanov rayonundakı “Cümə” məscidinin həyətində, beş mərtəbələr tərəfdə (Xarici İşlər Nazirliyi ilə üzbəüz) və s.

419. Haci-Xayal (Baki-Keshle)

SUAL: Assalamu aleykum qardashlar!!!
insan neye gore yaranib?xasih edirem etrafli

CAVAB: Və aleykumus-sələm.
Uca Allah insanları Ona ibadət etmək üçün yaratmışdır. Bu barədə uca Allah belə buyurur: “Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!” (əz-Zariyat durəsi 56-cı ayə).
Uca Allah həmçinin insanların hansının əməlcə daha yaxşı olduğunu sınamaq üçün öümü və həyatı da yaratmışdır. (Yəni insanların yaşamalarında səbəb, onların hansının əməlcə daha gözəl olduğunu sınağa çəkməkdir). Uca Allah bu barədə də belə buyurur: “Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq (bəlli etmək) üçün ölümü və həyatı yaradan Odur. O, yenilməz qüvvət sahibidir, (çox) bağışlayandır.” (əl-Mulk surəsi 2-ci ayə).

419. elnur (baki)

SUAL: salamun aleykum.
men bir neche neferin haqqini yemishem. yeni puluna goy qoymusham. indi men nece etmeliyemki gunahlardan temizlenim .
Allah razi olsun

CAVAB: Və aleykumus-sələm.
Siz bu əməlinizə görə tövbə etməli və həmin şəxslərin haqqlarını özlərinə qaytarmalısınız. Tövbənin şərtləri bunlardır:
1. Etdiyin günaha görə peşiman olmaq; Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Peşimançılıq tövbədir.” (Bu hədisi imam Əhməd rəvayət etmişdir).
2. Etdiyin günahdan bir dəfəlik əl çəkmək;
3. Bir daha həmin günaha qayıtmamağı niyyət etmək;
4. Əgər etdiyin günah hər hansı bir şəxsin haqqı ilə bağlıdırsa onun haqqını ödəmək; (Məsələn: Oğurluq etmisənsə onu sahibinə qaytarmalısan, qeybət etmisənsə həmin şəxsdən üzr istəməlisən və s.)

418. Qiyas (Baki)

SUAL: Salam.Imsaqdan ve subh namazindan sonra yatib tekrar menden meni xaric olmasi ile yuxudan durdum.Orucum batil oldumu? Qusl etmeliyemmi? Axi bashi suya vurmaq olmaz.Xahish edirem komek edin

CAVAB: Və aleykumus-sələm.
Oruc tutan şəxs gündüz vaxtı yatıb yuxudan oyandıqdan sonra pollyusiya halında olduğunu görsə (yəni, ondan məni gəldiyini görsə) orucuna davam etməlidir. Həmin şəxsin orucu batil olmur. Çünki, onda olan bu hal yuxuda baş vermişdir. Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Üç şəxsin üzərindən qələm qaldırılıb (onlara günah yazılmır): Həddi buluğa çatmamış uşaq, ruhi xəstə və yuxuda olan şəxs...” (Bu hədisi Əbu Davud rəvayət etmişdir).
Bu şəxs oyandıqdan sonra qüsul etməlidir.
Oruclu olan şəxs istənilən vaxtda çimə bilər. Çimmək və ay başa su tökmək orucu pozmur. Çünki, Peyğəmbər (səllallahu aleyhi və səlləm) oruclu ola-ola çimərdi.

417. mehdi ()

SUAL: salamaleykum.siz ana sahifada yazmisiniz ki, qadr gecesinde insannin urayi acilir , konlu xosh olur . ancaq manda na ia bir sixinti oldu. bu naya gora bele oldu .bu sixintidan cixmagin qaydasini zahmat olmasa oyradardiniz.Allah razi olsun.salamaleykum

CAVAB: Və aleykumus-sələm.
Qədr gecəsi bir gün olur və onun hansı günə düşdüyünü dəqiq heç kəs bilmir. Lakin hədislərdə gəkmişdir ki, o Ramazan ayının axır on gününün tək günlərindən birinə düşür. Bəzi insanlar elə bilir ki, həmin tək günlərin hamısı qədr gecəsidir. Bu yanlış fikirdir. Odur ki siz, sıxıntı keçirdiyiniz gecənin qədr gecəsi olduğunu dəqiq deyə bilməzsiniz. Ola bilsin ki, həmin gecə qədr gecəsi olmamışdır.
Həmçinin həmin gecəni (bütün dünyavi əməlləri unudaraq) Allaha ibadətlə keçirməlidir. Bu zaman onun qəlbində heç bir sıxıntı olmayacaqdır.

415. XASAHALIEU (BAKY)

SUAL: XAKIMLIYA,,,TABE;;;OLMAG/YA...YOXXXXXX''''''''''''''

CAVAB: Əs-sələmu aleykum.
Əgər həkim etibarlı və öz ixtisasında mahirdirsə onda (tibbi sahədə) ona tabe olmaq lazımdır.

414. huseynzade cavid (baki)

SUAL: tespey namazi ne vaxt gilinir ve onun ehemiyyeti nede ibaretdir ????

CAVAB: Əs-sələmu aleykum.
Təsbeh namazı adlı namaz yoxdur. Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) səhih hədislərində belə bir namazın qılınması varid olmamışdır.
Əslinə qalsa Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) dövründə heç təsbeh də olmamışdır. Təsbeh sonradan meydana gəlmişdir. Odur ki, həm təsbeh, həm də təsbeh namazı barəsində heç bir səhih hədis varid olmamışdır.

413. oxucu (baki)

SUAL: salam. sizi bele bir sualla narahat edirem. cinsi elaqeler zamani yol verilen neqativ hallara dinde nece munasibet var. yeni son zamanlar yayilan alcaldici hereketler,anal ve yaxud. sizden cox uzr isteyirem sualima gore. sagolun.

CAVAB: Və aleykumus-sələm.
Qeyd etdiyiniz bu kimi əməllər müsəlmana yaraşan ənəllərdən deyildir. Müsəlman bu əməllərdən uzaq olmalıdır.

412. oxucu (baki)

SUAL: salam. eziz qardaslarim. size meni narahat eden bir suala aydinliq getirmeyinizi xayis edirem.sualim beledir:esitdiyime gore ticaretde satdigin malin uzerine 50 faizden artik pul qoya bilmessen. bu ne derecede dogrudu. sagolun size indiden minnetdarligimi bildirirem.

CAVAB: Və aleykumus-sələm.
Ticarətdə aldığın malın üzərinə pul qoymaq barəsində heç bir məhdudiyyət yoxdur. Odur ki, siz aldığınız malın üzərinə istənilən qədər pul qoya bilərsiniz.

411. Turkan Allahverdiyeva (Baki)

SUAL: ESSelamun Aleykum.men kecen defe bir kitabda oxumusdum ki insan can veren zaman onun basinda Quran oxumaq yeni Yasin oxumaq duzgun deyil.sizce bu ne derecede duzgundur?bu gun butun can verenlerin basinda yasin oxunur.onda hamisi gunahdirmi??????

CAVAB: Və aleykumus-sələm.
İnsan can verən zamanı onun başının üzərində Quran oxumaq İslam dinində yoxdur. Çünki, nə Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm), nə də onun səhabələri belə bir əməl etməmişlər. Bu da onu göstərir ki, həmin əməl dində onlardan sonra yaranmışdır. Bir sözlə dinə sonradan əlavə edilmişdir. Uca Allah bizim dinimizi tamamladıqdan sonra ona əlavələr etmək olmaz. Uca Allah buyurur: “...Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim...” (əl-Maidə surəsi 3-cü ayə).
Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) demişdir: “...Əməllərin ən şəri (dinə olan) yeniliklərdir. Şübhəsiz ki, hər bir yenilik bid'ətdir, hər bir bid'ət də zəlalətdir və hər bir zəlalət də Cəhənnəmdədir...” (Bu əhdisi Muslim, Əbu Davud, Nəsai, İbn Macə, Əhməd və başqaları rəvayət etmişlər).
Odur ki, sonradan bu dinə edilən bid'ətlər (yeniliklər) rədd olunur (qəbul olunmur). Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) bu xüsusda belə demişdir: “Bizim işimizə [dinimizə] ondan olmayan bir şeyi əlavə edənin etdiyi əməl rədd edilir.” (Bu hədisi Muslim rəvayət etmişdir).
Lakin qeyd etmək istəyirik ki, İslamın düşmənləri müsəlmanları öz dinlərindən uzaqlaşdırmaq üçün Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) adından bir çox yalan hədislər uydurmuşlar. Odur ki, kim Allaha və Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) SƏHİH hədislərinə tabe olarsa haqq yolunu tapmış olar və Cənnətdə Allahın nemət verdiyi peyğəmbərləri, siddiqləri, şəhidləri və saleh insanlarlı ilə birgə olacaq. Bu barədə uca Allah buyurur: “Allaha və Peyğəmbərə itaət edənlər (axirətdə) Allahın nemətlər verdiyi nəbilər (peyğəmbərlər), siddiqlər (tamamilə doğru danışanlar, etiqadı dürüst, peyğəmbərləri hamıdan əvvəl təsdiq edən şəxslər), şəhidlər və salehlərlə (yaxşı əməl sahibləriylə) bir yerdə olacaqlar. Onlar necə də gözəl yoldaşlardır!” (ən-Nisa surəsi 69-cu ayə).
Allah bütün müsəlmanları doğru yola yönəltsin! Amin!!!

 1  2  3  4  5  6  7  8  9  10  11  12  13  14 15   16  17  18  19  20  21  22  23  24  25  26  27  28  29

Mustəqil Islam saytı. Materiallardan istifadə etdikdə istinad vacibdir. Sayt 1422-ci (2001) hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət gostərir. e-mail: mail@azerislam.com. ICQ #99931111