... Bu gün dininizi sizin üçün kamil etdim,
    sizə olan nemətimi tamamladım və sizin üçün
    din olaraq islamı bəyənib seçdim ... [ Əl-Maidə, 3 ]

Əsas menü
ANA SƏHİFƏ

Xidmətlər
Azərislam barəsində dostuna xəbər ver
 
Son xəbərlərə yazıl
 

Statistika


Dost saytlar

Put k Koranu. Sayt Kuliyeva Elmira

Iravan.com


Yeniliklər
Sual-cavab arxivindən cavablanmış 312 sual.

  daha ətraflı

بسم الله الرحمن الرحيم

411. Insan Ademoglu (Baki)

SUAL: 1-Orucluyken uzunu qirxdikdan sonra adikalon vurmak olarmi?
2-Umumiyyetle sipirtli etir vurmaq olarmi?

CAVAB: Əs-sələmu aleykum.
1. Üzü qırxdıqdan sonra odekalon vurmaq orucu pozmur. Lakin bu əməl orucun savabını azaldır. Çünki, saqqal saxlamaq vacibdir. Bu Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) əmridir. Kim də istər oruc zamanı, istər də digər vaxtlarda bu əmrdən boyun qaçırarsa günah etmiş olur.
2. Spirtli ətirdən istifadə etmək olar.
Allah bizi haqqı eşidib ona əməl edənlərdən etsin! Amin!!!


409. Anar (Baki)

SUAL: Assalamualeykum!
Ilk evvel Sizin ve butun muselmanlarin muqeddes Ramazan bayramini tebrik rdirem.
Sualim beledir:
Bezen ele hallar olur ki, kicik tualete gedende oturmaq ve yuyunmag mumkun olmur. Xususen xarici shirketlerin tualetlerinde imkansizliqdan oturub sidiye getmek ve sonrada yuyunmaq olmur. Bele olan halda namaz qilmaq ucun QUSUL almaq lazimdir yoxsa destamaz alib alt paltari deyismek yeter?

CAVAB: Və aleykumus-sələm.
Biz də sizi qarşıdan gələn Ramazan bayramı münasibəti ilə əvvəlcədən təbrik edirik. Allah hamımızın oruclarını qəbul etsin! Amin!!!
Hər bir müsəlman subaşına çıxan zaman bədəninə nəcis və sidik dəyməsindən özünü gözləməli və qurtardıqdan sonra hər iki ifrazat üzvünün çıxışı su (tapılmadıqda isə daş, kağız və s.) ilə təmizlənməlidir;
Əgər subaşına çıxan şəxs övrət yerini təmizləmirsə bu halda namaz qılmamalıdır.
Həmin şəxs namaz qılmaq üçün övrət yerini nəcisdən təmizləməli, hansı paltarına nəcis düşübsə onu qəyişməli və dəstəmaz almalıdır.

408. Heyran Zeynalov (Haciqabul)

SUAL: Ramazan bayrami ne vaxtdir?

CAVAB: Əs-sələmu aleykum.
Ramazan ayının başlanması və sona yetməsi təzə ayın görünməsindən asılıdır. Elə buna görə də hicri aylarının hamısı, o cümlədən də Ramazan ayı hərdən 29, hərdən də 30 gün olur. Bu səbəbdən də Ramazan bayramının dəqiq hansı günə düşəcəyi barədə heç kəs əvvəlcədən məlumat verə bilməz. Verilən məlumatların hamısı isə təxmini hesablamalara görə verilir. Odur ki, təxmini hesablamalara görə Ramazan bayramı noyabr ayının 14-nə düşür. Yəni noyabr ayının 13-ü Ramazan ayının sonuncu günüdür. Lakin hərdən elə olur ki, bu hesablamalar yanlış olur. Daha doğrusunu isə Allah bilir.

407. Ibrahimov Mirmohsum (Baki)

SUAL: Saqqal saxlamagin menasi nedir?

CAVAB: Əs-sələmu aleykum.
Saqqal saxlamaq barəsində Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) belə demişdir: «Saqqallarınızı uzadın (əl vurmayın), bığlarınızı qısaldın ki, məcusilərə (oda sitayiş edənlərə) müxalif olun» Bu hədis onu göstərir ki, saqqal saxlamaq vacibdir. Çünki, bu Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) əmridir. Hər bir müsəlman da Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) əmrlərini yerinə yetirməlidir.
Uca Allah Qurani Kərimdə möminlərə əmr edərək belə buyurmuşdur: «Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin» (əl-Həşr surəsi 7-ci ayə).
Başqa bir ayədə də belə demişdir: “...Onun (Allahın, yaxud Peyğəmbərin) əmrinə qarşı çıxanlar başlarına gələcək bir bəladan, yaxud düçar olacaqları şiddətli bir əzabdan həzər etsinlər!” (ən-Nur surəsi 63-cü ayə).
Saqqal saxlamağın hikməti odur ki, müsəlman özünü məcusulərə oxşatmasın. Kim özünü bir qövmə oxşadarsa həminşəxs onlardan sayılır. Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: «Kim özünü bir qövmə oxşadarsa, o, onlardandır»
Həmçinin kişi saqqal saxlayır ki, qadınlardan fərqlənsin, özünü onlara oxşatmasın.

406. Melumdur (Baki)

SUAL: Rehim nedir

CAVAB: Əs-sələmu aleykum.
Rahim “ رحيم ” rəhmət sözündən götürülüb rəhm etmək, rəhmli olmaq mənalarını ifadə edir.

405. Ilham (Baki)

SUAL: Salam. 1 sual sorushmaq isteyirem. Maida suresinin 55-ci ayesinde buyurulmush "ruku halinda zekat verenler"den meqsed kimdir? (yakimunassalatu va yutunazzakatu va hum rakiun). Chox saq olun

CAVAB: Və aleykumus-sələm.
Bu ayədə uca Allah buyurur: “Sizin haminiz ancaq Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, (Allaha) boyun əyərək namaz qılır və zəkat verirlər.” (əl-Maidə surəsi 55-ci ayə).
Bəzi rəvayətlərdə gəlmişdir ki, bu Ubədə İbn Samitdir (Allah ondan razı olsun). Lakin bu rəvayət zəifdir.
Həmçinin bəzi rəvayətlərdə də gəlmişdir ki, bu Əli İbn Əbu Talibdir (Allah ondan razı olsun). Lakin bu rəvayət də zəifdir. Çünki bu rəvayəti nəql edən ravilər içərisində (yəni hədisin isnadında) Mətləb ibn Ziyad adlı ravi etibarsız ravidır. Əbu Hatim onun haqqında belə demişdir: “Onun rəvayət etdiyi hədisə etimad edilmir.” Həmçinin bu hədisin başqa bir yolla gələn isnadı da zəifdir. Həmun isnadda hədisi İbn Abbasdan rəvayət edən ravi əslində İbn Abbası heç vaxt görməmişdir. Bu da onu göstərir ki, həmin hədisin isnadı sınıqdır. Bu cür isnadlar isə qəbul olunmur.
Həmçinin başqa rəvayətlər də zəifdir.
Səhih olan odur ki, bu ayədə qeyd olunan “و هم راكعون” (və hum rakiun) sözünün mənası, “(Allaha) boyun əyərək” deməkdir. Yəni uca Allahın qeyd etdiyi müsəlmanlar Allaha boyun əyərək namaz qılır və zəkat verirlər.

404. kerimov abuzer (baki)

SUAL: men namaz qilmaq isleyirem nece oyrenim onu

CAVAB: Əs-sələmu aleykum.
Namaz qılmağı saytımızın “Namaz” linkindən (bölümündən) öyrənə bilərsiniz.
Allah sizin bu gözəl niyyətinizi həyata keçirsin və sizi Qiyamət günü nicat tapanlardan etsin! Amin!!!

403. Aleskerli Rashad (Baki)

SUAL: بسم الله الرحمن الرحيم
Bir muselman Dovleti Kafir dovlete qarshi,onun tecavuzlerine qarshi Gucu catmadiqi teqdirde,Terrorla
kafirlere qarshi cihad edirse... Bu islamda ne derecede qebul olunur.

CAVAB: Əs-sələmu aleykum.
İslam dini terorun əleyhinədir.
Teror zamanı bir çox günahsız uşaqlar, qadınlar, qocalar və bu kimi döyüş qabiliyyəti olmayan insanlar vəfat edir. Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) döyüşdən öncə müsəlmanlara buyurardı ki, uşaqlara, qadınlara və qozalara toxunmasınlar, yalnız onlarla vuruşanlarla vuruşsunlar.
Uca Allah buyurur: “(Ey möminlər!) Sizinlə vuruşanlarla siz də Allah yolunda vuruşun, lakin həddən kənara çıxmayın. Allah həddi aşanları sevməz!” (əl-Bəqərə surəsi 190-cı ayə).
Əgər belə bir əməlin İslam dini üçün faydası olsa idi ilk növbədə onu Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) edərdi. Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) də 23 il ərzində belə bir əməl etməmişdir. Uca Allah Peyğəmbəri (səllallahu aleyhi və səlləm) bizim üçün örək olaraq göndərmişdir. Uca Allah buyurur: “Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!” (əl-Əhzab surəsi 21-ci ayə).
Allah bütün müsəlmanları doğru yola yönəltsin! Amin!!!

402. Ülkər Rzalı (Bakı)

SUAL: Mən ata anamla birgə yaşayıram. Lakin öz qanancımla kənara qoyduğum bir miqdar pul var. Bu puldan zəkat veirlməlidir? Zəkatı il ərzində istənilən vaxt verə bilərəm, yoxsa yalnız Ramazan ayı ərzində? Zəkat məbləği tam bir adama verilməlidir, yoxsa bunun bir neçə hissəyə bölünüb müxtəlif adamlara verilməsi mümkündür?

CAVAB: Əs-sələmu aleykum.
Sizin pulunuzun miqdarı 85 qram qızıl ekvivalentinə çatdıqdan sonra bunun üzərindən bir il keçərsə və bu il müddətində qızılınızın miqdarı 85 qramdan aşağı düşməzsə ilin tamamında əlinizdə olan qızılın qırxda birini (yəni 2,5 faizini) zəkat verməlisiniz. Zəkatı il tamam olduqdan sonra istənilən ayda vermək olar.
Qeyd 1: İlin tamamı dedikdə qızılın 85 qram olduğu günün üstündən bir ilin keçməsi nəzərdə tutulur. Həmin vaxt, qızılın 85 qrama çatdığı gündən açılı olaraq ilin müxtəlif aylarına düşə bilər.
Qeyd 2: Həmin puldan (miqdarından asılı olaraq) hər il həmin vaxt tamam olduqdan sonra zəkat verilməlidir.
Zəkat bir neçə adama da verilə bilər.
Zəkat aşağıdakı səkkiz sinif insanlara verilir: Uca Allah buyurur: “Sədəqələr (zəkatlar) Allah tərəfindən müəyyən edilmiş bir fərz (vacib əməl) olaraq ancaq yoxsullara, (ehtiyacı olan, lakin utandığından əl açıb dilənməyən) miskinlərə, zəkatı yığıb-paylayanlara, ürəkləri (müsəlmanlığa) isinişib bağlanmaqda olanlara (iman gətirib hələ kamil mömin olmayanlara), azad ediləcək kölələrə (və ya boynuna kəffarə düşüb verə bilməyənlərə), həmçinin (borcunu ödəməyə imkanı olmayan) borclulara, Allah yolunda cihad edənlərə və yolçulara (pulu qurtardığı üçün yolda qalan, vətənə qayıda bilməyən müsafirlərə) məxsusdur. Allah (hər şeyi) biləndir və hikmət sahibidir.” (ət-Tövbə surəsi 60-cı ayə).

401. Humeyra (Baku)

SUAL: AsSalamu alaikum wa RahmatuLlah.
Bu yaxinlarda Islama yeni gelmis bajilarimizdan biri telefonla Bayram Namazinin qilinis terzini sorusdu. Izah etdim, amma deqiq basha sala bilmedim. Allah(SwT) rizasi ucun, mumkundurse, en qisa muddetde aydin shekilde, mufessel izahini yazin, men de yazdiqlarinizi ona gonderim, inchaAllah.
Eweljeden cox sag olun.
WasSalam.

CAVAB: Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.
Bayram namazı, iki rükət səslə qılınan namaz və iki xütbədən ibarətdir. Bu namazdan nə əvvəl nə də sonra sünnə namazı qılınmır. Abdullah ibn Abbas (Allah ondan razı olsun) rəvayət edir ki, «Peyğəmbər - səllallahu aleyhi və səlləm - Fitr (Ramazan) bayramının namazını qıldı, ondan nə əvvəl nə də sonra namaz qılmadı.» (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir).
Bayram namazından əvvəl azan və iqamə vermək sünnəyə müxalifdir. Həmçinin bayram namazının xütbəsi Cümə namazının xütbəsindən fərqli olaraq namazdan sonra olur. Cabir (Allah ondan razı olsun) rəvayət edir ki, «Mən, Peyğəmbərin - səllallahu aleyhi və səlləm - qıldığı bayram namazının şahidi oldum. O, xütbədən əvvəl azan və iqamə vermədən bayram namazını qıldı və (xütbə zamanı) səhabələrə Allahdan qorxmağı, Ona itaət etməyi əmr etdi. Sonra onlara öyüd-nəsihət etdi və (Allahın axirət gününə hazırladığı nemət və əzabını) xatırlatdı. Daha sonra Bilalın (Allah ondan razı olsun) əlindən tutub qadınların yanına getdi. Onlara da öyüd-nəsihət edib xatırlatdıqdan sonra dedi: "Həqiqətən, Cəhənnəm əhlinin (sakinlərinin) əksəriyyəti siz olacaqsınız". Onların arasından bir qarayanız qadın ayağa qalxıb: "Nə üçün, ey Allahın elçisi?" – deyə soruşduqda, o dedi: "Çünki, siz (qadınlar) çox gileylənir və ərlərinizin sizə etdiyi yaxşılıqlara qarşı nankorluq edirsiniz". Qadınlar da bər-bəzəklərini, sırğa və üzüklərini Bilalın (Allah ondan razı olsun) ətəyinə atıb Allah yolunda sədəqə verdilər» (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir).
Bayram namazının vaxtı: Günəş üfüqdən bir nizə hündürlüyündə təxminən bir metrə qalxdıqdan sonra (yəni, təqribən günəş çıxdıqdan on beş dəqiqə sonra) günəş səmanın ortasına (zenitə) yüksəlməsindən bir az əvvələdək (təqribən on dəqiqə qabaq).
Peyğəmbər - səllallahu aleyhi və səlləm - və raşidi xəlifələr bayram namazlarını bu vaxt qılmışlar. (Bu hədisi Əbu Davud, İbn Macə və başqaları rəvayət etmişdir).
Bayram namazının qılınması: Birinci rükətdə ehram təkbirini edib, «istiftah» duasını oxuduqdan sonra altı dəfə əlləri çiyinlər səviyyəsinə qaldıraraq təkbir etmək, sonra isə digər fərz namazlarında olduğu kimi həmən rükəti tamamlamaq. İkinci rükətə qalxdıqdan sonra isə beş dəfə əlləri çiyinlər səviyyəsinə qaldıraraq təkbir etmək və həmin qaydada o rükəti təşəhhüd və salamlarla tamamlamaq lazımdır.
Bayram namazını camaatla qılmayan şəxsin bu namazın qəzasını qılması sünnəyə ziddir. Çünki, Peyğəmbərimizdən - səllallahu aleyhi və səlləm - bayram namazının qəzasını qılmaq varid olmayıb.
Və aleykumus-sələm.

400. etibar (baki)

SUAL: salamun alekum. men namazi qilanda tam diqqetimi celb eliye bilmirem. yeni fikirim bashqa yerlerde olur cox vaxt. bu namaz batil deyilki ?
2ci sualimda : saatlarin deyishmesi ile bagli seher sahurunu 1 saat oruc vaxtinda yemishem. yeni sahuru 1 oruc vaxtina salmisham. hemen gunu orucumu davam eledim . gunah elemishem ?

CAVAB: Və aleykumus-sələm.
1. Namaz qıldıqda fikrin başqa yerdə olması namazı batil etmir, lakin onun savabını azaldır. Hətta elə ola bilər ki, insan qıldığı namazın yalnız az bir savabını qazansın.
2. Əgər siz bunu bilməyərəkdən etmisinizsə sizin orucunuz səhihdir və siz günah etmiş sayılmırsınız. Əks halda isə orucunuz batildir və siz həmin günün qəzasını tutmalısınız.

399. Elnur.M (BAki)

SUAL: Essalamaleykum.Qardash menim bir tanishm kiraye evde yashayir.Her ay 100$ mebleqinde pul verir.Bu insan kredite ev almaq isteyir.Bankin muqavilesile ev alib,her ay 100$ pul vermekle 10 ilden sonra ev ozunun olur.Bu haramdirmi?

CAVAB: Və aleykumus-sələm.
Bütün banklar krediti sələmlə (faizlə) verir. Sələmi isə uca Allah haram etmişdir. Bu xüsusda uca Allah belə buyurur: “Sələm (müamilə, faiz) yeyənlər (qiyamət günü) qəbirlərindən ancaq Şeytan toxunmuş (cin vurmuş dəli) kimi qalxarlar. Bunların belə olmaları: "Alış-veriş də sələm kimi bir şeydir!" - dedikləri üzündəndir. Halbuki, Allah alış-verişi halal, sələm (faiz) almağı isə haram (qadağan) etmişdir. İndi hər kəs Rəbbi tərəfindən gələn nəsihəti qəbul etməklə (bu işə) son qoyarsa, keçmişdə aldığı (sələmlər) onundur (ona bağışlanar). Onun işi Allaha aiddir. Amma (yenidən sələmçiliyə) qayıdanlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar! Allah sələmi (sələmlə qazanılan malın bərəkətini) məhv edər, sədəqələri (sədəqəsi verilmiş malın bərəkətini) isə artırar. Allah kafiri, günahkarı sevməz!” (əl-Bəqərə surəsi 275, 276-cı ayələr).
Odur ki, bu cür əməli etmək haramdır.

398. Shahin Fatiyev (BAKI)

SUAL: Namaz qilan uchun cinsi elaqeden sonra qusul vacibdirmi?

CAVAB: Bəli, cinsi əlaqədən sonra qüsul etmək vacibdir. Bu xüsusda uca Allah buyurur: “Ey iman gətirənlər! Namaz qılmağa durduğunuz zaman üzünüzü və əllərinizi dirsəklərinizə qədər (və ya dirsəkləriniz də daxil olmaqla) yuyun, (yaş əlinizi) başınıza məsh edin (çəkin), ayaqlarınızı topuqlarınıza qədər (topuqlarınız da daxil olmaqla) yuyun (və ya yaş əllə məsh edin). Əgər cünub (cinsi əlaqədə) olmusunuzsa, qüsl edin (bədəninizi başdan ayağa qədər yuyub təmizləyin)...” (əl-Maidə surəsi 6-cı ayə).

397. Bagirov Vusal (Baki)

SUAL: SPERMATAZOYIDI ISTENILEN VAXT ATMAQ OLAR

CAVAB: Əs-sələmu aleykum.
Bu sualınızla onanizmi (yəni, əl vasitəsi ilə məni ifraz etməyi) nəzərdə tutursunuzsa o haramdır.

396. Kemale (Sumqayit)

SUAL: Salamaleykum. ALLAH orucunuzu qebul etsin. Salavat deyende uze 1 yoxsa 2 el ile cekilir. Sag olun.

CAVAB: Və aleykumus-sələm.
Salavat yalnız dillə deyilir. Uca Allah buyurur: “Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər (xeyir-dua verirlər). Ey iman gətirənlər! Siz də ona salavat göndərib (onun üçün salavat deyib) layiqincə salamlayın! (Allahümmə səlli əla Muhəmmədin və ali Muhəmməd; əssəlamu əleykə əyyuhənnəbi və rəhmətullahi və bərəkətuhu-deyin!)” (əl-Əhzab surəsi 56-cı ayə).
Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) səhabələrindən heç biri salavat dedikdə əllərini üçlərinə çəkməmişlər. Odur ki, biz də Peyğəmbərdən (səllallahu aleyhi və səlləm) sonra ən xeyirli insanlar sayılan səhabələrin etdikləri kimi etməliyik. Əgər bu əməl dində olsaydı ilk öncə bunu onlar edərdilər. Çünki, səhabələr xeyirli işlər görməkdə bir-biri ilə yarışırdılar. Bütün bunlar onu göstərir ki, bu əməl dinə gətirilən yenilikdir. Uca Allah bizim dinimizi tamamladıqdan sonra bu dinə edilən əlavələr rədd olunur. Uca Allah əl-Maidə surəsinin 3-cü ayəsində belə buyurur: “...Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim...”
Həmçinin Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) belə demişdir: “Bizim işimizə [dinimizə] müvafiq olmayan bir əməl edən kimsənin etdiyi əməl rədd edilir.” (Bu hədisi Muslim rəvayət etmişdir).
Allah bizi haqqı eşidib ona əməl edənlərdən etsin! Amin!!!

395. Hatem Eyvazov (SABIRABAD)

SUAL: Bismillahirrehmanirrehim.Evvala bu sayiti achmaqda butun emeyi olan insanlara uca allahdan can sagligi dileyirem.Sizden xahish edirem mene deyesiniz ki,men ishle elaqedar olaraq namazimi vaxtinda qila bilmirem gecikirem .

CAVAB: Əs-sələmu aleykum.
İmam Əli (Allah ondan razı olsun) rəvayət edir ki, “Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) Xəndək döyüşü günü əsr namazını gün batdıqdan sonra qıldı” (Bu hədisi Buxari, Əbu Davud, Nəsai və başqaları rəvayət etmişlər). Bu hədis onu göstərir ki, namzları yalmız zəruri (məcburi) hallarda vaxtı çıxdıqdan sonraya saxlamaq olar.
Odur ki, namazları heç bir zəruri səbəb olmadan qəzaya saxlamaq günahdır. Uca Allah namazlarını öz vaxtlarında qılmayanlar barəsində belə buyurur: “Vay halına o namaz qılanların ki, onlar öz namazlarından qafildirlər (səhlənkarlıqları üzündən namazlarını vaxtlı-vaxtında qılmazlar).” (əl-Məun surəsi 4-cü və 5-ci ayələr).

394. G. Kazımova (Bakı)

SUAL: Bismillahir Rahmanir Rahim.
Oncədən mənim suallarıma ətraflı cavab verdiyiniz üçün Sizə öz minnətdarlığımı bildirirəm.
İş adamı olduğum üçün səhur etmədən oruc tutanda işləyə bilmirəm, ancaq ele zamanlar olur ki, kecikirəm və sabah azanı veriləndən sonra yuxudan qalxıram. Sualım isə belədir: Sabah azanından sonra dan yeri sökülənədək sahur edib oruc tutmaq səhih sayılırmı?
Təşəkkür edirəm. Allah Razı olsun.

CAVAB: Əs-sələmu aleykum.
Bizə etimad edib sual verdiyiniz üçün biz də sizə dərin minnətdarlığımızı bildiririk.
Xeyr, sübh namazının azanından sonra səhur etmək səhih sayılmır. Bilə-bilə bu əməli etmək orucu batil edir.
Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Bilal gecə gecə vaxtı (yəni erkən) azan verir, odur ki, İbn Ummu Məktum azan verənə qədər yeyin və için.” (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir). Bu hədis onu göstərir ki, azan verilənə qədər yeyib-içmək olar. Azandan sonra isə yemək-içməyə son qoyulmalıdır.
Allah hamının orucunu qəbul etsin! Amin!!!

393. Aza (Ganca)

SUAL: Salam. Men Sizi Gence sherinden narahat edirem. Ilk novbede butun oruclularin orucu qebul olunmush oruclardan olsun.
Men bilmek isteyirem ki, oruclu adam reqs ede bilermi ve eger reqs ederse bu orucu batil edirmi? Evvelceden minnetdarliqimi bildirirem.

CAVAB: Və aleykumus-sələm.
Allah ölkəmizin bütün regionlarında olan müsəlmanla kömək olsun! Amin!!!
Allah sizdən razı olsun!
Rəqs etmək orucu batil edən amillərdən deyil. Lakin hər bir müsəlman istər oruc vaxtı, istər də digər vaxtlarda özünü haram olan şeylərdən qorumalıdır. Əlbəttə ki, rəqs etmək də günahdır.
Odur ki, oruc vaxtı günah işlərlə məşğul olan şəxs onu da bilməlidir ki, onun bu əməli orucunu pozmasa da onun müəyyən qədər savabını aparır. Hətta elə ola bilər ki, həmin şəxs tutduğu orucdan heç bir savab qazanmasın. Bu əşxsə qalan yalnız onun ac qalmağı olacaqdır.
Bizə etimad edib sual verdiyinizə görə sizə dərin minnətdarlığımızı bildiririk.

392. Fuad ()

SUAL: Yagish suyu ile destamaz almaq olar?

CAVAB: Əs-sələmu aleykum.
Yağış suyu pakdır və onunla dəstəmaz almaq olar.

391. sabir (baki)

SUAL: salam elekum. sizi ramazan ayi munasibeti ile tebrik edirem. size bele bir sualim var. kiraye ev vermek olarmi. yeni onun pulu halaldimi

CAVAB: Və aleykumus-sələm.
Allah sizdən razı olsun. Biz də sizi qarşıdan gələn Ramazan bayramı münasibəti ilə əvvəlcədən təbrik edirik.
Bəli, kirayə ev vermək olar və ondan gələn gəlir halaldır.

390. ABU OMMAR (BAKI)

SUAL: ES SALAM ELEYKUM VA RAHMATULLAHU VA BARAKATU QARDASH BILMEK ISTEYIREM RAMAZAN BAYRAMI NA VAXDIR?ES SALAM ELEYKUM VA RAHMATULLAHU VA BARAKATU.

CAVAB: Və aleykumus-sələmu və rahmətullahi və barəkətuhu.
Ramazan ayının başlanması və sona yetməsi təzə ayın görünməsindən asılıdır. Elə buna görə də hicri aylarının hamısı, o cümlədən də Ramazan ayı hərdən 29, hərdən də 30 gün olur. Bu səbəbdən də Ramazan bayramının dəqiq hansı günə düşəcəyi barədə heç kəs əvvəlcədən məlumat verə bilməz. Verilən məlumatların hamısı isə təxmini hesablamalara görə verilir. Odur ki, təxmini hesablamalara görə Ramazan bayramı noyabr ayının 14-nə düşür. Yəni noyabr ayının 13-ü Ramazan ayının sonuncu günüdür. Lakin hərdən elə olur ki, bu hesablamalar yanlış olur. Daha doğrusunu isə Allah bilir.
Və aleykumus-sələmu və rahmətullahi və barəkətuhu.

389. ()

SUAL: kisi ile qadinin bir yerde islemesine icaze verilirmi?

CAVAB: Əs-sələmu aleykum.
Naməhrəm kişi ilə qadının bir yerdə işləməsi düzgün deyildir.

388. nana (baki)

SUAL: salam menim biryas 3ayliq qizim var men ona indiye qeder sud verirdim .basqa yemek yemediyinden mecbur olub bu orucluqda onu sudden kesdim.men ozum oruc tutub namaz qiliram. bilmek isterdim ki menim orucum batildirmi.cavabiniza gore cox sag olun.

CAVAB: Və aleykumus-sələm.
Allah sizin evladlarınızı saleh insanlardan etsin və həm sizi, həm də onları bu dünyada da, axirətdə də xoşbəxt etsin! Amin!!!
Sizin oruca görə uşağınızı süddən kəsməyiniz düzgün deyil. Çünki, bu sizin uşağınıza zərər verə bilər. Ona görə də hamilə süd verən qadının halı xəstənin və müsafirin halına bənzəyir. Odur ki, siz uşağınıza süd verdiyiniz müddətdə (hətta bu bir və ya bir neçə il çəksə də belə) orucu tərk etməli, bu müddət qurtardıqdan sonra isə həmin günlərin qəzasını tutursunuz. Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Həqiqətən, Allah müsafirə orucu və namazın yarısını, hamilə və süd verən qadına isə orucu keçmişdir.” (Bu hədisi Əhməd, Əbu Davud, Nəsai, Tirmizi və başqaları rəvayət etmişdir).

387. Rakıf FİRİCOV (Bakş)

SUAL: Əvvəl verdiyim suala cavab verdiyiniz üçün Allah Sizdən Razı olsun. Yeni sualım belədir.
Niyə Azərbaycanda Ramazan ayında (xüsusi ilə iftar vaxdında) televiziyada davamlı olaraq dini verlişlər verilmir. Məsələn Türkiyə, İran televiziyaları kimi. Buna Azərbaycan müsəlmanlarının pulumu çatmır. Heç də belə deyil, belə zənn etmirəm. Sizin bu haqqda düşüncəniz nədir? Allah bizi günahlardan qorusun. Amin

CAVAB: Əs-sələmu aleykum.
Bizə etimad edib sual verdiyiniz üçün sizə dərin minnətdarlığımızı bildiririk. Allah sizdən də razı olsun.
Bizə elə gəlir ki, siz bu cür suallarla televiziyaya müraciət etsəniz daha yaxşı olar.
Allah Azərbaycan xalqını doğru yola yönəltsin! Amin!!!

386. anar eliyev (sumqayit)

SUAL: allah tala bizi duz yola cekmek isteyirse, bes niy seytanin ayagini sindirmirki, biz duz yola gelek . axi o her seye qadirdir

CAVAB: Əs-sələmu aleykum.
Çünki, şeytan uca Allahdan Qiyamətə qədər ona toxunmayacağı haqqında möhlət istəmiş və uca Allah da ona həmin möhləti vermişdir. Odur ki, Qiyamətə qədər şeytan insanları haqq yolundan yayındırmağa çalışacaqdır. Lakin o, Allaha ixlasla ibadən edən şəxslərə təsir edə bilməyəcəkdir. Bu xüsusda uca Allah belə buyurur: “71. (Ya Peyğəmbər!) Xatırla ki, o zaman sənin Rəbbin mələklərə belə demişdi: "Mən palçıqdan bir insan (Adəmi) yaradacağam.
72. Mən onu tamamlayıb (insan şəklinə salıb) Öz ruhumdan (Özümün yaratdığı ruhdan) üfürən (can verən) kimi ona (hörmət əlaməti olaraq) səcdə edin!"
73. Buna görə də mələklərin hamısı birlikdə (Adəmə) səcdə etdi;
74. Yalnız İblisdən başqa! O (səcdə etməyə) təkəbbür göstərdi və kafirlərdən oldu.
75. (Allah) buyurdu: "Ey İblis! Sənə mənim Öz əlimlə yaratdığıma səcdə etməyə nə mane oldu? Təkəbbür göstərdin, yoxsa özünü yuxarı tutdun?"
76. (İblis) dedi: "Mən ondan daha yaxşıyam (daha üstün, daha şərəfliyəm). Çünki Sən məni oddan, onu isə palçıqdan yaratmısan!"
77. (Allah) buyurdu: "Çıx ordan (Cənnətdən). Sən (Mənim rəhmətimdən, dərgahımdan) qovulmuşun birisən!
78. Qiyamət gününə qədər Mənim lənətim sənin üstündən əskik olmasın!"
79. (İblis) dedi: "Ey Rəbbim! Qiyamət gününə qədər mənə möhlət ver!"
80. (Allah) buyurdu: "Sən möhlət verilənlərdənsən,
81. (Dərgahımda) vaxtı məlum olan günə (qiyamətə) qədər!"
82. (İblis) dedi: "Sənin izzətinə-qüdrətinə and olsun ki, onların (Adəm övladının) hamısını (haqq yoldan) azdıracağam;
83. Yalnız Sənin sadiq bəndələrindən başqa!
84. (Allah) buyurdu, "Həqiqətən, doğru deyirəm,
85. And olsun ki, Mən Cəhənnəmi səninlə (sənin cinsindən olanlarla) və sənə uyanların hamısı ilə dolduracağam!” (Sad surəsi 71-85).

385. vagif mustafayev (sumgayit)

SUAL: namaz gilmag nechya yashdan olar .

CAVAB: Əs-sələmu aleykum.
Namaz qılmaq həddi buluğa çatdıqdan sonra vacibdir. Həddi buluğa çatdıqdan sonra namaz qılmayan şəxs böyük günah qazanmış olur. Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Üç şəxsin üzərindən qələm qaldırılıb (onlara günah yazılmır): Həddi buluğa çatmamış uşaq, ruhi xəstə və yuxuda olan şəxs...” (Bu hədisi Əbu Davud rəvayət etmişdir).
Həddi buluğa çatmağın əlamətləri isə bunlardır:
1. Pollyusiya halına düşməsi (yuxuda olarkən sperma ifraz etməsi);
2. Övrət yerinin ətrafında tüklərin çıxması;
3. On beş yaşa çatması;
Qadınlar üçün isə dördüncü əlamət də əlavə olunur.
4. Heyz qanının gəlməsi.
Əgər bu əlamətlərdən hər hansı biri baş verərsə həmin şəxs artıq həddi buluğa çatmış sayılır və o namaz qılıb oruc tutmalıdır.
Allah bizi Onun əmrlərini yerinə yetirənlərdən etsin! Amin!!!

384. Emin (Baki)

SUAL: Men seher sahurdan sonra yatdim. Qalxib ishe getdikde gordum ki, quslum pozulmushdur. qusl almaga vaxt olmadigindan ishe getdim. Saat 14:46 olmasina baxmayaraq men qusl almamisham. Menim Orucum bu halda pozularmi? Nezerinize catdirim ki, men hele namaz qilmiram.. Xahish edirem bu suala cavab veresiniz.

CAVAB: Əs-sələmu aleykum.
Bu halda sizin orucunuz pozulmur. Lakin siz imkan tapan kimi dərhal qüsul etməlisiniz.
Həmçinin sizə tezliklə namaza başlamağınızı da nəsihət edirik. Çünki uca Allah namaz qılmağı bütün insanlara vacib buyurmuşdur. Bu barədə uca Allah buyurur: “Halbuki onlara əmr edilmişdir ki, Allaha - dini yalnız Ona məxsus edərək, batildən haqqa (islama) dönərək - ibadət etsinlər, namaz qılıb zəkat versinlər. Doğru-düzgün din budur!” (əl-Bəyyinə surəsi 5-ci ayə).
Başqa ayədə də belə buyurur: “Çünki namaz möminlərə bəlli vaxtlarda fərz (vacib) edilmişdir.” (ən-Nisa surəsi 103-cü ayə).
Həmçinin namaz İslam dininin beş əsasından ikincisidir. İbn Ömər (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (səllallahu aleyhi və səlləm) dedi: “İslam beş əsas üzərində bina edilmişdir: Allahdan başqa ilahinin olmaması və Muhəmmədin Onun elçisi olmasına şahidlik etmək, namaz qılmaq, zəkat vermək, həcc etmək və Ramazan orucunu tutmaq.” (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir).
Bu dəlillər onu göstərir ki, namaz özünü müsəlman sayan hər bir kəsə vacibdir.

383. TARLAN MUSAYEV (BAKI)

SUAL: Namaz qilarken iqameni oxumaq lazimdir?

CAVAB: Əs-sələmu aleykum.
Azan və iqamə demək camaat üçün istənilən halda (səfərdə, evdə, namazın qəzasını qıldıqda) fardu-l-kifayədir (yəni, bir və ya bir çox müsəlmanların yerinə yetirməsi ilə başqalarının üzərindən onun vacibliyi götürülür), tək namaz qılan şəxs üçün isə müstəhəbdir. Qadınlar üçün isə nə azan, nə də iqamə vermək vacib deyildir. Lakin səslərini çox uca qaldırmadan bunu etmələri müstəhəbdir. Azan və iqaməsiz namaz qılan camaatın namazı səhih hesab olunur, lakin vacibi tərk etdiklərinə görə tövbə etmələri lazım gəlir. Unutqanlıqdan və ya bilməyərəkdən bunu edənlər isə müstəsnadır.

382. Farhad Aslanov (Baki)

SUAL: Assalamu aleykum va rahmetullahi va barakatuh.
Hormetli muselman gardashlarim, bilmek isteyerdim ki, gedr geceleri inshaallah axirinci 10 gunun hansi gecelerine tesaduf edir. Yeni birinci gece 20-den 21-ne ke4en gece yaxud 21-den 22-ne ke4en gecedir. Allah razi olsun!!

CAVAB: Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.
Ramazan ayının son on gününün tək günlərindən birinə təsadüf edir. (Yəni 21, 23, 25, 27 və ya 29-cu gecələrindən birinə). Odur ki, siz Ramazan ayının 20-sindən 21-nə keçən gecədən başlayaraq bu tərzdə həmin gecələrdə oyaq qalıb gecə namzlarını qılmaqla, Quran və dini kitablar oxumaqla məşğul ola bilərsiniz. (Bu Noyabr ayının 3-ündən 4-ünə; 5-indən 6-sina; 7-sindən 8-inə; 9-undan 10-una və 11-indən 13-ünə keçən gecələrdir).
Allah sizdən də arzı olsun.

381. TARLAN MUSAYEV (BAKI)

SUAL: Ramazan ayinda niye oruc tuturlar?

CAVAB: Əs-sələmu aleykum.
Ramazan ayında oruc tutmağı uca Allah əmr etmişdir. Uca Allah buyurur: “Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi sizə də oruc tutmaq vacib edildi ki, bəlkə (pis əməllərdən) çəkinəsiniz.” (əl-Bəqərə surəsi 183-cü ayə).
Digər ayədə isə belə buyurur: “(Oruc günləri) Ramazan ayıdır ki, onda (həmin ayda) insanlara doğru yol göstəricisi, bu yolun və haqqı batildən ayırd edənin açıq-aydın dəlilləri olan Quran nazil edilmişdir. Sizlərdən kim bu aya yetişərsə, onu (həmin ayı) oruc tutmalıdır.” (əl-Bəqərə surəsi 185-ci ayə).

 1  2  3  4  5  6  7  8  9  10  11  12  13  14  15 16   17  18  19  20  21  22  23  24  25  26  27  28  29

Mustəqil Islam saytı. Materiallardan istifadə etdikdə istinad vacibdir. Sayt 1422-ci (2001) hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət gostərir. e-mail: mail@azerislam.com. ICQ #99931111