SUAL: SALAM! meni chox dushunduren bir sual var: EREFE GUNU NE DEMEKDIR?
SAG OLUN!
CAVAB: Və aleykumus-sələm.
“Ərafa” Məkkə şəhərinədə olan dağın adıdır. Həccə gedən müsəlmanlar Zil-Hiccə ayının 9-u günəş çıxdıqdan sonra həmin dağa gedirlər. Elə həmin günü günəş batdıqdan sonra Ərafa dağından “Müzdəlifə” dağına yola düşürlər. Bu günə (yəni Zil-Hiccə ayının 9-na) Ərafa günü deyirlər.
739. cavid (baki)
SUAL: assalamualaikum,
chox xahish edirem sufizm barede melumat veresiniz ,bu islam dini ile baglidir ,yoxsa ayrica bir tarigetdir ?
evvelci suallarima verdiyiniz cavablara gore size chox teshekkur edirem!
CAVAB: Və aleykumus-sələm.
“Sufizm” sözü ərəb dilində “Suf” sözündən götürülüb yun deməkdir. Çünki o zaman sufilərin hamısı yundan olan paltarlar geyiərdilər. Elə buna görə də onlara geyindikləri paltarlarla bağlı həmin adı vermişlər. Sufilərin saysız-hesabsız batil əqidələri vardır. Onların bəzilərini qeyd edək:
1. Hulul; (Bu söz ərəb dilində həll olma sözündən götürülüb. Məsələn, qənd suda həll oldu) Sufilər etiqad edirlər ki, Allah bəzi insanların bədənləri ilə və ya məxluqatlarla birləşir (qarışır). Məsələn: Bəzi sufilər Əli İbn Əbu Talibdə Allahın bəzi sifətlərinin olduğunu iddia edirlər. Bəzilər hətta onun ilah olduğunu deyirlər. Bəzi sufilər isə iddia edirlər ki, onların şeyxləri artıq ilah dərəcəsinə çatmışdır.
2. Vahdətul-vucud; Yəni bu o deməkdir ki, gördüyümüz bütün kainat elə Allahın üzüdür və bir növ Allah hər yerdədir. Hər nə görürsənsə elə Allahdır.
Ümumiyyətlə sufilərin bütün əqidələri batil üzərində qurulmuşdur. Onların hamısını qeyd etsək böyük bir kitab yazmaq olar. Onu da qeyd edək ki, əksər batil əqidələr sufilərdən meydana gəlmişdir. Bu batil əqidələri etiqad edən şəxsləri isə müsəlman adlandırmaq düzgün deyildir. Allah bütün müsəlmanları onların batil əqidələrindən uzaq etsin! Amin!!!
738. zaur quliyev ()
SUAL: salam mene maraqlidir ki vesvese ve goz zinasini insan ozunden nece uzaqlahsdira biler?
CAVAB: Və aleykumus-sələm.
Şeytanın vəsvəsələrini aradan qaldırmaq üçün həmin vəsvəsə zamanı şeytandan Allaha sığınmaq ("Əuzu billahi minəş-şeytanır-racim" sözlərini demək) lazımdır. Uca Allah buyurur: “Əgər sənə Şeytandan bir vəsvəsə gəlsə (fəsad toxunsa), Allaha sığın. Şübhəsiz ki, Allah (hər şeyi) eşidəndir, biləndir!” (əl-Əraf surəsi 200-cü ayə; Fussilət surəsi 36-cı ayə).
Həmçinin göz zinasından (haram şeylərə baxmaqdan) yaxa qurtarmaq üçün də şeytandan Allaha sığınmaq lazımdır. Həmçinin həmin şəxs düşünməlidir ki, Allah onu harada olursa olsun görür. Ona görə də bu cür haram əməllərdən çəkinməlidir.
737. Xəyyam (Bakı)
SUAL: Əssəlamu Aleykum!
Mənim sualım nigah barəsindədir. Əgər qızın valideyni namaz qılmırsa, onun vəliliyi qəbul olunurmu? Və yaxud ondan vəlilik hüququ götürülürmü? Bu halda kəbin necə kəsilməlidir? Xahiş edirəm sualıma ətraflı və dəlillərlə cavab verəsiniz. Allah razı olsun.
Əssələmu Aleykum!
CAVAB: Və aleykumus-sələm.
Qadının vəlisinin müsəlman olması şərtdir. Əgər qadının vəlisi ümumiyyətlə müsəlman deyilsə onda vəlilik hüququ ondan götürülür.
Əgər qadının vəlisi özünü müsəlman hesab edirsə, lakin namaz qılmırsa, bu cür şəxsləri iki qismə bölmək olar:
1. Namazın gərəksiz olduğunu etiqad edən şəxslər. Bu şəxslər də artıq müsəlmanlıqdan xaric olunur və kafir sayılırlar. Onların hökmü də yuxarıda qeyd etdiyimiz kafirlərin hökmü ilə eynidir. Peyğəmbərdən (səllallahu aleyhi və səlləm) soruşduqda o demişdir: “Bizimlə onların (kafirlərin) arasında olan əhd namazdır. Hər kim onu tərk etsə, küfr etmiş olar.” Odur ki, vəlilik hüququ həmin şəxsdən götürülür.
Lakin qeyd edək ki, həmin şəxslərə kafir hökmü verməmişdən öncə onlara hüccət qaldırılmalı və haqq başa salınmalıdır. Uca Allah buyurur: “Biz, elçi göndərməmiş (heç bir kəsə) əzab vermərik!” (əl-İsra surəsi 15-ci ayə).
Başqa bir ayədə isə belə buyurur: “Hər hansı bir tayfa ora (Cəhənnəmə) atıldıqca onun gözətçiləri onlardan (məzəmmətlə): "Məgər sizə (Allahın əzabı ilə) qorxudan (bir elçi) gəlməmişdimi?" - deyə soruşacaqlar. Onlar deyəcəklər: "Bəli, bizə (Allahın əzabı ilə) qorxudan (bir elçi) gəlmişdi.” (əl-Mulk surəsi 8, 9-cu ayələr).
Bütün bu dəlillər onu göstərir ki, hüccət qaldırılmaqan uca Allah heç bir şəxsə əzab verməz. Odur ki, öncə hüccət qaldırılır və haqq başa salınır, sonra isə həmin şəxslərə kafir hökmü verilir. Həmin şəxslərə hüccəti də yalnız elm əhli qaldırmalı və onlar barəsində küfr hökmünü də yalnız onlar verməlidir. Çünki, özünü müsəlman sayan hər hansı bir şəxsə kafir hökmü vermək təhlükəlidir. Əgər kafir hökmü verilən şəxs kafir olmazsa, onda həmin hökmü verən şəxsin özü kafir hesab edilir.
Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Əgər bir şəxs öz qardaşına kafir deyərsə onlardan biri mütləq kafir olur.” (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir). Bu hədis onu göstərir ki, müsəlmana kafir deyən şəxsin özü kafir olur. Odur ki, elmsiz olaraq təkfir məsələləri ilə məşğul olan şəxslər buna görə Qiyamət günü Allahın qarşısında cavab verəcəklər. Əgər kafir dedikləri şəxsin kafir olduğunu sübut edə bilməsələr onları şiddətli əzab gözləyir. Çünki, bu şəxslər kiməsə kafir deməklə Allahın həmin şəxsi əbədi olaraq Cəhənnəmə atacağına hökm vermiş olurlar. Allahın adından da hökm verən şəxsləri şiddətli əzab gözləyir.
2. Namazın gərəkli olduğunu etiqad edib, lakin səhlənkarlıq ucbatından namazı tərk edən şəxslər. Bu cür şəxslər kafir sayılmırlar. Odur ki, vəlilik hüququ həmin şəxsin üzərində qalır.
Əgər qızın valideyninə artıq elm əhli tərəfindən kafir hökmü verilərsə, ondan vəlilik hüququ götürülür və həmin qızın vəlisi onun qardaşı, əmisi, babası və s. olur. Əgər həmin qızın valideynindən başqa heç bir vəlisi olmasa, onun vəlisi müsəlman qazısı olur.
Qeyd: Vəli yalnız kişi olmalıdır. Qadın vəli ola bilməz.
Əgər hər hansı bir şəxs qızın vəlisinin izni olmadan kəbinsiz olaraq qızı qaçırarsa onda o zina etmiş sayılır. Onlardan olan uşaqlar da zinadan olan uşaq sayılır. Odur ki, bi cür əməllərdən çəkinmək lazımdır.
Allah bütün müsəlmanlara evlənməkdə kömək olsun! Amin!!!
Və aleykumus-sələm.
736. konul Avdullayeva (Baki)
SUAL: Qizlara neler gunahdir?
CAVAB: Əs-sələmu aleykum.
Allahın qadağan (haram) etdiyi əməllərin əksəriyyəti həm kişilərə, həm də qadınlara şamil edilir. Yəni zina, spirtli içki içmək, qumar oynamaq, faizlə məşğul olmaq, sehr və cadu ilə məşğul olmaq, qeybət, söz gəzdirmək, həsəd aparmaq, yetimin malını yemək və s. bu kimi haram əməllərin hamısı qadınlara da aiddir. Lakin qadınlar üçün xüsusi qadağan edilmiş əməllər də vardır. Bunların bəzilərini qeyd edək:
1. Qadın məhrəmsiz (təkbaşına) çölə çıxa bilməz.
2. Qadın əl və üzdən başqa bütün bədən üzvlərini Naməhrəm kişilərin yanında örtməlidir.
3. Qadına bədən üzvlərini bildirən dar paltarlar geyinmək qadağandır.
...........................................
735. Abdul Xaliq (Baki)
SUAL: Salam aleykum va rahmatullah ve berejkatu!
indiki filmlerin hamisi musiqilidi.meselen Muhammed s.a.s heyatina cekilmish film,,harunyahyanin filmleri ve sayre filmlerde geden musiqiler,ve ya qadin gosterir ... bu kimi filmlere baxmaq olar,ve ya devet ucun kimese baxmaga vermek olar?
CAVAB: Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.
Musiqisi olan bu cür filmlərə baxarkən musiqi səsi eşitdikdə həmin səsi azaltmaq lazımdır.
Həmin filimləri dəvət məqsədi ilə qeyri müsəlmanlara baxmağa vermək olar.
734. pervane 83 (baki)
SUAL: men namaz gilirdim lakin sonra bezi sebelere gore atdim .bu ne geder gunah sayilir ?men evlendikden sonra davam etmek isteyirem
CAVAB: Əs-sələmu aleykum.
Hər bir insana həddi buluğa çatdıqdan sonra namaz qılmaq vacib olur. Həddi buluğa çatana qədər isə namaz qılmadığına görə həmin şəxsə günah yazılmır. Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Üç şəxsin üzərindən qələm qaldırılıb (onlara günah yazılmır): Həddi buluğa çatmamış uşaq, ruhi xəstə və yuxuda olan şəxs...” (Bu hədisi Əbu Davud rəvayət etmişdir). Bu hədis onu göstərir ki, insan həddi buluğa çatdıqdan sonra Allahın əmrlərini yerinə yetirməsə ona günah yazılır.
Odur ki həddi buluğa çatan hər bir müsəlman Allahın əmrlədini yerinə yetirib, qadağalarından çəkinməlidir. Allahın əmrlərindən biri də namaz qılmaqdır. Uca Allah namaz qılmağı hər bir həddi buluğa çatan müsəlmana vacib buyurmuşdur. Uca Allah buyurur: “Həqiqətən namaz möminlərə bəlli vaxtlarda fərz (vacib) edilmişdir.” (ən-Nisa surəsi 103-cü ayə).
İbn Ömər (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (səllallahu aleyhi və səlləm) dedi: “İslam beş əsas üzərində bina edilmişdir: Allahdan başqa ilahinin olmaması və Muhəmmədin Onun elçisi olmasına şahidlik etmək, namaz qılmaq, zəkat vermək, həcc etmək və Ramazan orucunu tutmaq.” (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir). Bu hədisdən də görünür ki, namaz həddi buluğa çatmış ağlı başında olan hər bir müsəlmana vacibdir.
Həmçinin namaz insanı pis və çirkin əməllərdən çəkindirir: Uca Allah buyurur: “(Ya Rəsulum!) Quranda sənə vəhy olunanı oxu və (vaxtı-vaxtında) namaz qıl. Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər...” (əl-Ənkəbut surəsi 45-ci ayə).
Uca Allah namaz vasitəsi ilə insanın xırda günahlarını bağışlayır. Uca Allah buyurur: “(Ya Rəsulum!) Namazı gündüzün iki başında (günortadan əvvəl və sonra, yəni səhər, günorta və gün batan çağı və ya günün iki başında, yəni səhər-axşam) və gecənin (gündüzə yaxın) bəzi saatlarında (axşam və gecə vaxtı) qıl. Həqiqətən, (beş vaxt namaz kimi) yaxşı əməllər pis işləri (kiçik günahları) yuyub aparar.” (Hud surəsi 114-cü ayə).
Eləcə də insan namaz vasitəsi ilə Allahdan yardım diləyir. Uca Allah buyurur: “(Müsibət vaxtında) səbr etmək və namaz qılmaqla (Allahdan) kömək diləyin! Bu, ağır iş olsa da, (Allaha) itaət edənlər üçün ağır deyildir.” (əl-Bəqərə surəsi 45-ci ayə).
Namaz Allah dərgahında ən əfzəl əməldir. Səhabələr Peyğəmbərdən (səllallahu aleyhi və səlləm) soruşdular: “Hansı əməl daha əfzəldir?” O dedi: “Vaxtında qılınana namaz.” (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir).
Qeyd edək ki, namaz qılmayan şəxs Cəhənnəmə düşə bilər. Uca Allah bu barədə buyurur: “Hər kəs öz əməlinin girovudur! (Hərə öz əməlinin əvəzini alacaqdır!) Sağ tərəf sahibləri (əməl dəftərləri sağ əllərinə verilənlər) istisna olmaqla! Onlar cənnətlərdədirlər; bir-birindən soruşacaqlar; Günahkarlar barəsində (və sonra həmin günahkarlara müraciət edib belə deyəcəklər): "Sizi Səqərə (Cəhənnəmə) salan nədir?" Onlar deyəcəklər: "Biz namaz qılanlardan deyildik;...” (əl-Muddəssir surəsi 38-43).
Bütün bu ayələr və hədislər onu göstərir ki, namaz İslam dininin əsaslarından biridir. Odur ki, nə qədər ki, gec deyil namaz qılmağa başlayın və bilərəkdən namazı müəyyən vaxta qədər (evlənənə qədər) tərk etməyin. Allah sizə namaz qılmaqda kömək olsun! Amin!!!
Namaz qılmağı öyrənmək üçün saytımızın Namaz bölmünə baxa bilərsiniz.
733. sevda (baku)
SUAL: Salam. Men CUME namazi haqda size cual vermek isterdim. Bilmek isterdim ki,
1) CUME namazi kishi ve qadina ne derecede vacibdir?
2) Eger vacibdirse neye gore?
3) Eger ishden icaze ala bilmirsense ve namaza gede bilmirsense, bu gunah sayilirmi?
4) Neye gore CUME namazi deyende, mehz ZOHR namazina gedirler, ESR, Meqrib, Isha namazlarida Cume namazina aid edile bilinermi?
5) Eger aid edile bilinerse, onda olarmi ki, ESR, Meqrib, Isha namazlarini Cume namazi kimi mescidde qilinsin?
SAG OLUN!
CAVAB: Və aleykumus-sələm.
1) Cümə namazını qılmaq yalnız aşağıdakı sifətlərə malik olan şəxsə vacibdir:
* Kişi olmalı (qadın müstəsnadır);
* Azad insan olmalı (qul, dustaq və s. azad olmayan müstəsna- dır və yalnız icazə verildiyi zaman onlara Cümə namazına getmək vacibdir);
* Mükəlləf - həddi-büluğa çatmış, ağıllı-olmalı (Uşaq və ruhi xəstə müstəsnadır);
* Müsəlman olmalı (kafir müstəsnadır);
* Yaşadığı yerin vətəndaşı olmalı (müsafir və müvəqqəti qeydiyyatda olan sakin müstəsnadır);
Müstəsna olan şəxslərin (kafir və ruhi xəstədən başqa) Cümə namazına getməsi müstəhəbdir. Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Cümə namazını camaatla olmaq (qılmaq) dörd sinif insandan – qul, qadın, uşaq və xəstədən başqa hər bir müsəlmana vacibdir.” (Bu hədisi Əbu Davud rəvayət etmişdir).
2) Çünki bu uca Allahın əmridir. Uca Allah buyurur: “Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir! Namaz qılınıb qurtardıqdan sonra yer üzünə dağılın və Allahın lütfündən ruzi diləyib axtarın! (Yenə öz işinizə qayıdın!) Və Allahı çox zikr edin ki, nicat tapıb səadətə qovuşasınız! (Hər iki dünyada muradınıza yetişəsiniz!)” (əl-Cumuə surəsi 9-cu və 10-cu ayələr).
3) Bu qadınlar üçün günah sayılmır. Çünki, cümə namazı qadınlara vacib deyildir. Lakin cümə namazına gəlməmək kişilər üçün günah sayılır. Peyğəmbər (səllallahu aleyhi və səlləm) cümə namazında iştirak etməyənləri hədələyərək belə demişdir: “Mən istədim ki, cümə namazında iştirak etməyənlərin evlərini yandırım.” (Bu hədisi Muslim rəvayət etmişdir).
Başqa bir hədisdə də Peyğəmbər (səllallahu aleyhi və səlləm) belə demişdir: “Hər hansı bir qövm (camaat) cümələri edərlərsə, Allah onların qəlblərinə möhür vurar və sonra da onlar qafillərdən olarlar.” (Bu hədisi də Muslim və başqaları rəvayət etmişdir).
Yenə başqa bir hədisdə Peyğəmbər (səllallahu aleyhi və səlləm) belə demişdir: “Kim səhlənkarlıq üzündən üç cüməni tərk edərsə, Allah onun qəlbinə möhür vurar” (Bu hədisi Əbu Davud, Tirmizi, Nəsai, İbn Macə və Əhməd rəvayət etmişdir).
4) Çünki Peyğəmbərimiz cümə namazını Zöhrün vaxtında (zöhr namazının əvəzinə) qılmışdır. Sələmətu ibn əl-Əkva (Allah ondan razı olsun) rəvayət edir ki, “Biz Peyğəmbər (səllallahu aleyhi və səlləm) ilə bərabər Cümə namazını, divarların kölgələnə biləcəyimiz kölgəsi olmadığı bir zamanda qılıb qurtarardıq” (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir).
Başqa rəvayətdə: “Biz Peyğəmbər (səllallahu aleyhi və səlləm) ilə bərabər, günəş zeniti keçdikdən sonra Cümə namazını qılar, sonra da kölgələnmək üçün yer axtarardıq” (Bu hədisi Muslim rəvayət etmişdir).
5) Cümə namazı yalnız Zöhr namazının vaxtında (zöhrün əvəzinə) qılınmalıdır.
732. Abdul Xaliq (Baki)
SUAL: Salam aleykum va rahmatullah ve berekatu!
Cox sagolun ki, bele gozel imkan yaratmisiniz suallara cavab.... sizden cox xaish edirem menim bu sualima cavab veresiniz.. BU cox muhum meseledir... Men cume gunleri "Abu bakr" mescidinde namaz qiliram.. Amma gunu gunden qardashlarin artmasina baxmayaraq camaat dini cehetden zeifleyir.! Ola bilsin belkemde men sehf edirem!? Amma saqqalli bir qardashin mecidde Allahi zikr etmek evezine mobil telefonda oyun oynamasi, ticaretden sohbet etmesi, qiybet etmesi, xutbe zamani qeh-qehe cekib gulmesi ve sayre.... buna benzer sheyler aciq aydin delildir ki, musulmanlar geriye gedir!!
Burda Rasulullahin (s.a.s) bir hedisi lap yerine dushur "mecid camaat ile dolu olacaq, amma aralarinda momin bulunmayacaq".. Indiki zamanda veziyyeti nezere alsaq, hami ishleyir, oxuyur, derse gedir ve kitab oxumaga, dini derslere getmeye vaxt olmur.. Yalniz cume gunu cume namazina gedirler! Cumede verilen xutbede ise camaat aglamaq evezine gulur!! Gulmeyin oz yeri oz vaxti var hansi halimiza guluruk?!
Rasulullah (s.a.s), sahabeler, alimler xutbe verdikde cammat aglayardi, qorxardi Teqva Artardi !!!! Artiq "CIHADDAN" sual vermeye qardashlar qorxur, Cunki, onlari ixvan, xavaric və s. adlandirirlar..! Ele dushunməyin ki, men kiminse terefine yada ne ise bashqa meqsedler gudurem. Men sadece HAAQI bilmek isteyirem.
SUAL: neye gore elm ehli, medine telebeleri bunlara goz yumur.? Allah sizden razi olsun.... Sizden cox xaish edirem buna bir aydinliq getirin, qardashlara xavaric ixvan demek evzine, onlari basha salmaq lazimdir.. Bu balaca bir fitne yavash-yavash boyuyur. Axi biz hamimiz qardashix.. Rasulullah (s.a.s) demishdir" musulmanlar biri-biri ile qardashdirlar" Cavabinizi sebirsizlik ile gozleyirem...
ALLAH BIZI FITNEDEN QORUSUN! AMIN!!! Salam aleykum va rahmatullah ve berekatu
CAVAB: Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.
Yuxarıda qeyd etdiniz ki, bəzi müsəlman qardaşlar məsciddə ticarət söhbəti edir, mobil teleonda oyun oynayır, qeybət edir, məsciddə xütbə zamanı gülür və s...
Bəli, məsciddə bu kimi əməllərllə məşğul olmaq düzgün deyildir, hətta bu əməllərin bəziləri ümumiyyətlə haramdır (məsələn: qeybət), bəziləri isə məsciddə edilməsinə görə haramdır (məsələn: ticarət). Lakin məsciddə bu cür əməllərlə məşğul olan şəxslərə “Onlar mömin deyillər” kəliməsini demək olmaz. Sizin misal gətirdiyiniz hədisdən yalnız bu cür nəticə çıxarmaq olar.
Özünüz qeyd etmisiniz ki, cihad barəsində sual verən insan barəsində dərhal hökm vermək olmaz. Əksinə onları başa salmaq lazımdır. Eləcə də yuxarıda qeyd etdiyiniz xətaları edən insanlar barəsində də dərhal hökm vermək olmaz, əksinə onları başa salmaq lazımdır ki, bu cür əməllər qadağandır.
Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) zamanında da islama yeni gələn, və ya elmsiz olan, ya da uzaq kəndlərdən gələn bədəvi ərəbləri məsciddə bəzi qadağan olunmuş hərəkətlər edirdilər. Lakin Peyğəmbər (səllallahu aleyhi və səlləm) onları səbr və təmkinlə başa salırdı.
Məsələn: Bir dəfə cümə günü Peyğəmbər (səllallahu aleyhi və səlləm) məsciddə xütbə verən zaman Mədinəyə bir ticarət karvanı daxil olur. Bunu görən səhabələrin əksəriyyəti xütbəni tərk edib karvana tərəf qaçdılar. Bu barədə uca Allah buyurur: “Onlar (möminlər) bir alış-veriş, yaxud bir əyləncə gördükləri zaman səni ayaq üstə (minbərdə xütbə oxuduğun halda) qoyub ona tərəf cumdular. (Ya Peyğəmbər!) De: "Allah dərgahında olan savab əyləncədən də, ticarətdən də xeyirlidir. Allah ruzi verənlərin ən yaxşısıdır!” (əl-Cumuə surəsi 11-ci ayə).
Lakin Peyğəmbər (səllallahu aleyhi və səlləm) dərhal onlar barəsində “Onlar mömin deyillər” hökmünü çıxartmadı. Çünki onlar bunu bilməyərəkdən etmişdilər. Lakin bildikdən sonra bir daha belə əməl etmədilər. Odur ki, biz də həmin qardaşlara bilməyərəkdən etdikləri bu əməlləri başa salımalıyıq.
Sizin sualınıza gəlincə də eyniylə həmin sözləri söyləmək olar. Yəni hər bir “cihad” deyən şəxsə ixvan və ya xavaric damğasını vurmaq olmaz. Odur ki, həmin şəxslərə həqiqəti başa salmaq lazımdır. Allah bütüm müsəlmanları tövhid kəliməsi üzərində birləşdirsin! Amin!!!
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.
731. Nariman Isayev (Baki)
SUAL: Bismillahir Rehmanir Rehim.
Sizin sual-cavab bolmenizde menim uchun aktual olan bir mesele ile rastlashdim. "Azerbaycanda seyid varmi ?"
Azerbaycanda bir chox ziyaretgahlar var. Choxlari xalq arasinda diller ezberi olan seyidlerin adinadir. Bu barede ne deye bilersiniz ?
2-ci sualim: SEYID ve AGIR SEYID terminlerindeki ferq nededir ?
Onceden minnetdarligimi bildirirem ! Allah yardimciniz olsun !!!
CAVAB: Əs-sələmu aleykum.
1. Nəinki Azərbaycanda, hətta bütün dünyada bir çox saleh insanların qəbirləri vardır ki, ora ziyarət olunur. Lakin bu cür ziyarətin doğru olub-olmaması barəsində müsəlmanlar əksəriyyəti xəbərsizdirlər. Odur ki, qısa da olsa bu ziyarətgahlar barəsində bildiklərimizi sizə çatdırmaq istəyirik.
İslam dininə görə yalnız üç yeri ziyarət etmək üçün səfərə çıxmaq olar. Əgər hər hansı bir şəxs bir qəbri ziyarət etmək üçün səfərə hazırlaşırsa, bu cür səfər qadağandır. Bu barədə Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) belə demişdir: “Üç məsciddən başqa heç bir yeri ziyarət etməyə hazırlaşmayın. Mənim bu məscidim, Məscidülhəram və Məscidüləqsa.” (Bu hədisi Buxari, Muslim, Əbu Davud, Nəsai və bir çox hədis alimləri rəvayət etmişlər).
Bu hədisə əsasən hər hansı bir yeri ziyarət etmək üçün səfərə çıxmaq olmaz.
Həmçinin onu da deyə bilərik ki, bu cür qəbirlərin yanında Allaha şirk qoşmaqdan başqa heç bir əməl edilmir. Bu cür qəbirləri ziyarət edən insanlar həmin ölülərdən xəstəyə şəfa verməsini istəyirlər. Halbuku, qəbirdə olan həmin şəxs sağlığında ikən özü xəstələndikdə Allahdan şəfa istəyərdi. Həmçinin onlardan övlad, ruzi, çətin vəziyyətə düşdükdə yardım və bu kimi şeylər istəyirlər. Habelə onlar üçün qurbanlar kəsirlər. Elə bu əməllərin hamısı onları Allaha şərik qoşmaq deməkdir. Bizə də məlumdur ki, uca Allah şirki əsla bağışlamaz.
Bu xüsusda uca Allah buyurur: “Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əvf etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar. Allaha şərik qoşan şəxs, əlbəttə, böyük günah etmiş olur” (ən-Nisa surəsi 48-ci ayə).
Uca Allah Fatihə surəsi 5-ci ayədə belə buyurur: “Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!” Bu ayəni deyən şəxs ona əməl də etməlidir. Yəni həmin şəxs yalnız Allaha ibadət etməli və yalnız ondan yardım diləməlidir. Uca Allah bu ayə vasitəsi ilə sanki öz bəndələrinə bu iki əməli, yalnız ona ibadət etməyi və yalnız ondan yardım diləməyi əmr edir.
Başqa bir ayədə isə belə buyurur: “Əgər Allah sənə bir zərər toxundursa (sıxıntı versə), onu Özündən başqa (səndən) heç kəs sovuşdura bilməz. Əgər Allah sənə bir xeyir diləsə, heç kəs Onun nemətini (lütfünü) geri qaytara bilməz...” (Yunus surəsi 107-ci ayə). Bu ayədən öncəki ayədə isə uca Allah belə buyurur: “Allahdan başqa, sənə nə bir xeyir, nə də zərər verə bilən şeylərə dua etmə! Əgər belə etsən, şübhəsiz ki, özünə zülm edənlərdən olarsan!...” (Yunus surəsi 106-cı ayə). Bu ayələr onu göstərir ki, yalnız dua edib Allahdan istəmək lazımdır.
Uca Allah digər ayədə də belə buyurur: “Siz Allahı qoyub ancaq bütlərə ibadət edir, (onlara tanrı deməklə) yalan uydurursunuz. Sizin Allahdan başqa ibadət etdikləriniz sizə ruzi verməyə qadir deyillər. Ruzini Allahdan diləyin. Ona tapının, Ona şükür edin. Siz (qiyamət günü) Onun hüzuruna qaytarılacaqsınız!” (əl-Ənkəbut surəsi 17-ci ayə).
Uca Allah “Fatir” surəsinin 13, 14-cü ayələrində belə buyurur: “...Sizin Ondan qeyri ibadət etdikləriniz bir çəyirdək qabığına belə sahib deyillər. Əgər siz onları çağırsanız (dua etsəniz), onlar sizin çağırışınızı eşitməzlər; eşitsələr də cavab verə bilməzlər (çünki Allah onlara nitq qabiliyyəti verməmişdir). Özləri də qiyamət günü sizin (Onları Allaha) şərik qoşduğunuzu (onlara büt kimi ibadət etdiyinizi) danacaqlar...”
Uca Allah ölülər barəsində başqa bir ayədə də belə buyurur: “Kor ilə görən eyni olaz. Zülmətlə nur da (eyni deyildir)! Kölgə (sərin) ilə isti (eyni olmaz). Dirilərlə ölülər də eyni deyillər! Şübhəsiz ki, Allah dilədiyinə (ayələrini) eşitdirər. Sən isə (ya Peyğəmbər!) qəbirlərdə olanlara (haqqı) eşitdirən deyilsən!” (Fatir surəsi 19; 20; 21; 22-ci ayələr). Bu ayə də onu göstərir ki, hətta Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) qəbrlərdə olanlara eşitdirə bilmir.
Bəzi insanlara deyildikdə ki, “qəbrlərə ibadət etməyin, omlardan heç nə diləməyin” onlar belə cavab verirlər. Biz onlara ibadət etmirik. Biz yalnız onlar vasitəsi ilə Allaha yaxınlaşırıq ki, Allah onların vasitəsi ilə bizim əməllərimizi qəbul etsin. Lakin həmin insanlar düşünmürlər ki, elə bu əməlin özü o vaxtkı müşriklərin əməlləridir. Onlara da Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) “Bütlərə ibadət etməyin” - dedikdə belə cavab verdilər. Biz onlar vasitəsi ilə Allaha yaxınlaşırıq. Elə bu əməllərinə görə uca Allah onları müşrik adlandırdı.
Uca Allah buyurur: “Bil ki, xalis din (sırf ibadət, təmiz itaət) ancaq Allaha məxsusdur. Allahı qoyub (bütləri) özlərinə dost tutanlar: "Biz onlara yalnız bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirik!" (deyirlər). Şübhəsiz ki, Allah ixtilafda olduqları məsələlər barəsində (qiyamət günü) onların arasında hökm edəcəkdir. Allah yalançı, nankor olan kimsəni doğru yola müvəffəq etməz!” (əz-Zumər surəsi 3-cü ayə). Bu da onu göstərir ki, onların etdikləri əməl şirkdir.
Allah bizi şirkdən qorusun! Amin!!!
2. İslam dinində seyid və ya ağır seyid adlı bir termin yoxdur.
730. elnur,qonwu (qallandiya)
SUAL: axi man qohumlarda qaliram hadisa gora 3 gundan artiq qalmamaliyam. cixsami yaxwidir, yoxsa nega edim. cixmaq imkanim var.
CAVAB: Əs-sələmu aleykum.
Hədisin mənası heç də sizin dediyiniz kimi deyildir. Heç bir hədisdə deyilmir ki, 3 gündən artıq qonaq qalmaq olmaz. Həmin hədisin mənası belədir ki, ev sahibinin öz qonağını 3 gün yedizdirməsi və s. vacibdir. Üç gündən sonra isə həmin vaciblik onun boynundan düşür. Yəni həmin şəxs üç gündən sonra artıq qonaq sayılmır. Odur ki, sizin həmin qohumunuzun evində qala bilərsiniz. Lakin bir şeyi də qeyd edək ki, əgər sizin həmin evdə qalmağınız ev sahibini narahat edirsə, onda başqa evdə qalmağınız daha yaxşı olardı.
729. azer huseynov (zaqatala)
SUAL: 1.muselmana namaz qilmamaq olarmi?
2. Namaz qilmamaq gunahdirmi?
3. Sonradan oruc tutmaq olarmi?
4. İnsan evvel cox pis olubsa indi ise o gunahlarindan temizlenmek isteyir ne etmelidir?
5. İnsanlarin kusullu qaalmasi dogrudurmu?
CAVAB: Əs-sələmu aleykum.
1. Xeyir olmaz. Hər bir müsəlman Allahın əmrini yerinə yetirib namaz qılmalıdır.
2. Bəli, namaz qılmamaq günahdır. Namaz qılmayan şəxslər buna görə Qiyamət günü Cəhənnəmə düşəcəklər. Bu xüsusda uca Allah belə buyurur: “Hər kəs öz əməlinin girovudur! (Hərə öz əməlinin əvəzini alacaqdır!) Sağ tərəf sahibləri (əməl dəftərləri sağ əllərinə verilənlər) istisna olmaqla! Onlar cənnətlərdədirlər; bir-birindən soruşacaqlar; Günahkarlar barəsində (və sonra həmin günahkarlara müraciət edib belə deyəcəklər): "Sizi Səqərə (Cəhənnəmə) salan nədir?" Onlar deyəcəklər: "Biz namaz qılanlardan deyildik;...” (əl-Muddəssir surəsi 38-43).
Uca Allah hətta namazlarını vaxtlı-vaxtında qılmayanları da hədələyərək belə buyurur: “Vay halına o namaz qılanların ki, onlar öz namazlarından qafildirlər (səhlənkarlıqları üzündən namazlarını vaxtlı-vaxtında qılmazlar).” (əl-Məun surəsi 4-cü və 5-ci ayələr).
3. Əgər bu ilin Ramazan ayında üzürlü səbəbə görə tuta bilmədiyiniz orucları nəzərdə tutursunuzsa, onda həmin orucların qəzası tutmaq olar.
Əgər ümumiyyətlə indiyə qədər tutmadığınız orucları nəzərdə tutursunuzsa, onda tutmadığınız həmin oruclara görə tövbə etməyiniz kifayət edər.
4. İnsan əvvəl etdiyi günahlardan təmizlənmək üçün öncə həmin günahlara görə tövbə etməlidir. Tövbənin şərtləri bunlardır:
1) Etdiyin günaha görə peşiman olmaq; Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Peşimançılıq tövbədir.” (Bu hədisi imam Əhməd rəvayət etmişdir).
2) Etdiyin günahdan bir dəfəlik əl çəkmək;
3) Bir daha həmin günaha qayıtmamağı niyyət etmək;
4) Əgər etdiyin günah hər hansı bir şəxsin haqqı ilə bağlıdırsa onun haqqını ödəmək; (Məsələn: Oğurluq etmisənsə onu sahibinə qaytarmalısan, qeybət etmisənsə həmin şəxsdən üzr istəməlisən və s.)
Tövbə etdikdən sonra həmin şəxs yaxşı əməllər etməlidir ki, həmin günahlar silinsin. Çünki yaxşı əməllər pis əməlləri silir. Bu barədə uca Allah buyurur: “...Həqiqətən, yaxşı əməllər pis işləri (kiçik günahları) yuyub aparar. Bu, (Allahın mükafatını və cəzasını) yada salanlara öyüd-nəsihətdir (xatırlatmadır).” (Hud surəsi 114-cü ayə).
5. Xeyr, insanların qüsulsuz qalması düzgün deyildir.
728. S.R. (Sumqayit)
SUAL: ESSELAMU ALEYKUM!
1)Kecen defe siz qeza orucunu cume ve senbe gunleri tutmamagi bildirmisdiniz,cox tessuf ki,men sizin cavabiniz gelmemisden qabaq 1 qeza orucumu senbe gunu tutmusdum(bilmeyerekden).sizce menim orucum qebuldur?Bir de ki,eger men bu hefteni(1ci gunden bazar gunune qeder,yeni ardicil)qeza oruclarimi tutsam olar?
Cox sag olun!
CAVAB: Əs-sələmu aleykum.
1. Sizin orucunuz səhihdir və siz bunu bilməyərəkdən etdiyinizə görə heç bir günah qazanmırsınız.
2. Əgər siz qəza oruclarını ardıcıl olaraq qeyd etdiyiniz kimi tutursunuzsa bu caizdir. Lakin siz qəza oruclarını (ardıcıl olsa da belə) cümə və şənbə günlərinə salmasanız buna görə savab qazanırsınız.
Daha doğrusunu isə Allah bilir.
727. Rauf Nabiyev (Baki)
SUAL: quran kitabi neca yaranib?
CAVAB: Əs-sələmu aleykum.
Öncə onu qeyd edək ki, Qurani Kərim Allahın kəlamıdır və o yaranmamışdır. Uca Allah Öz kəlamını Cəbrail vasitəsi ilə Peyğəmbərimizə (səllallahu aleyhi və səlləm) çatdırmışdır. Bu barədə uca Allah buyurur: “Şübhəsiz ki, bu (Quran) aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir! Onu Ruhuləmin (Cəbrail) endirdi: (Günahkarları Allahın əzabı ilə) qorxudan (xəbərdar edən) peyğəmbərlərdən olasan deyə, sənin qəlbinə (nazil etdi); Özü də açıq-aydın ərəb dilində.” (əş-Şüəra surəsi 192, 193, 194 və 195-ci ayələr).
Qurani Kərimin uca Allah tərəfindən nazil edilməsinə dair bir çox ayələr vardır. Onların bəzilərini qeyd edək:
- “Bu nazil etdiyimiz (Quran) mübarək bir kitabdır. Ona tabe olun və Allahdan qorxun ki, bəlkə, sizə rəhm edilsin!” (əl-Ənam surəsi 155-ci ayə).
- “Əlif, Lam, Ra! (Ya Rəsulum! Bu Quran) elə bir Kitabdır ki, onu sənə insanların öz Rəbbinin izni ilə zülmətlərdən nura (küfrdən imana) - yenilməz qüvvət sahibi, (hər cür) tərifə (şükürə) layiq olan Allahın yoluna (islam dininə) çıxartmaq üçün nazil etmişik.” (İbrahim surəsi 1-ci ayə).
- “(Ya Rəsulum!) Biz (Quranı) sənə haqq olaraq, özündən əvvəlki kitabı (bütün ilahi kitbları) təsdiq edən və onu qoruyan (və ya onların doğruluğuna şahid) olaraq endirdik. Sən onların arasında Allahın nazil etdiyi (Quran) ilə hökm et...” (əl-Maidə surəsi 48-ci ayə).
Həmçinin uca Allah bildirmişdir ki, əgər Peyğəmbər (səllallahu aleyhi və səlləm) özündən Qurana nə isə bir şey əlavə etsə idi Allah onu dərhal cəzalandırardı. Uca Allah “əl-Haqqə” surəsində belə demişdir:
38. And içirəm gördüklərinizə,
39. Və görmədiklərinizə ki,
40. Bu (Quran) çox möhtərəm bir elçinin (Cəbrailin, yaxud Muhəmməd əleyhissəlamın Allahın ona nazil etdiyi) sözüdür!
41. O, şair sözü deyildir! Nə az inanırsınız!
42. O, kahin sözü də deyildir! Nə az düşünürsünüz!
43. O, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir.
44. Əgər o (Peyğəmbər) özündən bəzi sözlər uydurub Bizə isnad etsəydi,
45. Biz ondan mütləq şiddətli intiqam alardıq (sağ əlini kəsərdik, yaxud boynunu vurardıq)!
46. Sonra onun şah damarını qopardardıq!
47. Və heç biriniz də (Bizim əzabımızı) ondan dəf edə bilməzdiniz.
48. Şübhəsiz ki, bu (Quran) müttəqilərə bir öyüd-nəsihətdir.
Bütün bu ayələrin hamısı onu göstərir ki, Qurani Kərim Allahın Peyğəmbərimizə (səllallahu aleyhi və səlləm) nazil etdiyi kəlamıdır.
726. islam (baki)
SUAL: Salam! Men artqi nechenci defedi ki size klonlashdirma ile elaqedar sual gonderirem. Bilirsiz bu sade bir maraq deyil. men bu barede yazi hazirlayiram. Islamin klonlashmaya munasibeti. Ona gore de xahish edirem ki, alimlerin bu baredeki reyini e-maille mene gonderesiniz. Evvelceden teshekkur edirem
CAVAB: Və aleykumus-sələm.
Klonlaşdırma kafirlərin özlərindən uydurduqları nəzəriyyələrdir. Bu nəzəriyyənin həyata keçməsi həqiqət deyildir. Çünki yeganə yaradan Allahdır. Allahdan başqa heç bir kəs canlı məxluq yarada bilməz. Uca Allah buyyurur: “Ey insanlar! Bir məsəl çəkildi, ona qulaq asın! Şübhəsiz ki, Allahdan qeyri ibadət etdiyiniz bütlər heç bir milçək də yarada bilməzlər - lap hamısı bunun üçün bir yerə yığışsa belə! Əgər milçək onlardan bir şey götürüb aparsa, onu milçəkdən geri ala bilməzlər. İstəyən də aciz, istənilən də! (Bütlər də aciz, milçək də, yaxud bütlərə ibadət edən də aciz, ibadət edilən bütlər də!) (Müşriklər) Allahı layiqincə qiymətləndirmədilər (uca tutmadılar). Həqiqətən, Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir!” (əl-Həcc surəsi 73, 74-cü ayələr).
Başqa bir ayədə isə uca Allah belə buyurur: “O, göyləri və yeri (yoxdan) var edəndir. Allahın necə övladı ola bilər ki, Onun heç bir yoldaşı (zövcəsi) yoxdur. Hər şeyi O yaratmışdır. O, hər şeyi biləndir!” (əl-Ənam surəsi 101-ci ayə). Bu ayə onu göstərir ki, hər şeyi yaradan Allahdır.
Hətta qiyamət günü insanın dərisi də şəhadət gətirəcəkdir ki, insanı ilk dəfə yaradan məhz Allah olmuşdur. Uca Allah bu barədə buyurur: “Nəhayət, onlar Cəhənnəmə gəldikdə qulaqları, gözləri və dəriləri etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəkdir. Onlar öz dərilərinə: "Nə üçün əleyhimizə şəhadət verirsiniz?" - deyəcəklər. (Dəriləri də) belə cavab verəcəkdir: "Hər şeyi dilə gətirən Allah bizi danışdırdı. Sizi ilk dəfə yoxdan yaradan Odur. Siz Onun hüzuruna qaytarılırsınız!” (Fussilət surəsi 20, 21-ci ayə). Elə isə Allahın düşmənləri nə əsasla insan yaratdıqlarını iddia edirlər.
Başqa bir ayədə də uca Allah belə buyurur: “Həqiqətən, Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi (və onun əhatə etdiyi hər şeyi) yaradıb hökmü altına alan, (bir-birini) sürətlə təqib edən gündüzü gecə ilə (gecəni də gündüzlə) örtüb bürüyən, günəşi, ayı və ulduzları əmrinə boyun əymiş halda yaradan Allahdır. Bilin ki, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah nə qədər ucadır (nə qədər böyükdür)!” (əl-Əraf surəsi 54-cü ayə).
Uca Allah bir çox ayələrdə bildirmişdir ki, hər bir insanı ilk dəfə yaradan O olmuşdur. Bu ayələr aşağıdakılardır:
- “Siz Bizim hüzurumuza ilk dəfə sizi yaratdığımız kimi tək-tənha, özü də sizə verdiyimiz (var-dövləti, əhli-əyalı) arxanızda (dünyada) qoyub gəlmisiniz...” (əl-Ənam surəsi 94-cü ayə).
- “...Onlar deyəcəklər: "O halda bizi kim (yenidən dirildib həyata) qaytaracaqdır?" (Ya Rəsulum!) De: "İlk dəfə sizi yoxdan yaradan (Allah)!...” (əl-İsra surəsi 51-ci ayə).
- “Onlar Rəbbinin hüzuruna çərgə-cərgə (səf-səf) gətiriləcəklər. (Onlara belə deyiləcək: ) "Siz Bizim yanımıza sizi ilk dəfə yaratdığımız kimi (lüt-üryan, mal-dövlətsiz) gəldiniz...” (əl-Kəhf surəsi 48-ci ayə).
- “Məgər insan (As ibn Vail, yaxud Übeyy ibn Xələf) onu nütfədən yaratdığımızı görmədimi ki, birdən-birə (Rəbbinə) açıq bir düşmən kəsilərək, Öz yaradılışını unudub: "Çürümüş sümükləri kim dirildə bilər?!" - deyə, hələ Bizə bir məsəl də çəkdi. (Ya Peyğəmbər!) De: "Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir. O, hər bir məxluqu (yaradılışından əvvəl də, sonra da) çox gözəl tanıyandır!” (Yasin surəsi 77, 78, 79-cu ayələr).
Bütün bu ayələr onu göstərir ki, hər bir insanı yaradan Allahdır. İnsan yaratdıqlarını iddia edən şəxslər isə sadəcə olaraq bu cür fikirə düşüblər. Bu cür nadanların özləri də yaxşı bilirlər ki, onlar uca Allahın buyurduğu kimi heç bir milçək belə yarada bilməzlər. Bu cür batil fikirlərə də inanmaq əqidəsi sağlam olan müsəlmana yaraşmaz. Həmçinin müsəlmanın əqidəsini korlayan bu cür filmlərə də baxmaq olmaz.
Allah bütün müsəlmanları bu cür batil əqidələrə iman gətirməkdən uzaq etsin! Amin!!!
725. musayev mahir (baki)
SUAL: salam aleykum. men ereb dilini oyrenmek isteyirem . sizden mene kim oyrede biler . salam aleykum
CAVAB: Və aleykumus-sələm.
Nərimanov rayonundakı Cümə məscidində ərəb dilini öyrədən bəzi qardaşlar vardır. Odur ki, sizə həmin məscidə müraciət etməyinizi məsləhət görərdik.
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.
724. Aynur (Ganga)
SUAL: Özümü çox tənha hiss edirəm gənc olmağıma baxmayraq namaz qılıb oruc tuturam lakin mənim bu cür istiqamətdə olmağım ətrafdakılarımda yalnız mənə qarşı mənfi təsir oyadır. Çox ürək açıq olduğundan hamının problemini özümün problemi kimi təsəvvür edirəm. Aldanıram. Məni bu həyata bağlayan yalnız Tanrıdır. Mənə kömək edin! Mən nə etməliyəm mənə yazın, iş yoldaşlarımın tanışlarımın yalanlarından bezmişəm. İnsan nə qədər yalan danışar. Sizdən cavab gözləyirəm. Bir də imkan varsa mən tez-tez gördüyüm dini yuxularımı sizə söyləmək istərdim. Bilmək istəyirəm mənim sualarıma kim cavab verəcək. Allah hamımızdan razı olsun! Amin!
CAVAB: Əs-sələmu aleykum.
Siz heç də tənha deyilsiniz. Əgər siz Allahın əmrlərini yerinə yetirirsinizsə onda Allah daima sizin köməyinizdə olacaqdır. Uca Allah buyurur: “Həqiqətən, Allah Ondan qorxub pis əməllərdən çəkinənlər və yaxşı işlər görənlərlədir!” (ən-Nəhl surəsi 128-ci ayə).
Başqa bir ayədə də uca Allah buyurur ki, O səbr edənlərlədir: “Ey iman gətirənlər! Səbir və dua ilə (namazla Allahdan) kömək diləyin. Çünki Allah səbr edənlərlədir (onların dostudur).” (əl-Bəqərə surəsi 153-cü ayə).
Müsəlman bacım! Sizə nəsihət edə biləcəyim şeylər yalnız bunlardır:
İlk növbədə sizə uca Allahdan bacardığınız qədər qorxmağı tövsiyə edirəm. Uca Allah öz kitabı Qurani Kərimdə belə buyurur: “Allahdan [Allahın əzabından] bacardığınız qədər qorxun.” (Ət-Təğabun surəsi 16-cı ayə).
Sonra isə sizə uca Allahın və Onun Rəsulunun (səllallahu aleyhi və səlləm) əmrinə itaət etmənizi nəsihət edirəm. Unutmayın ki, Uca Allah Qurani Kərimdə belə buyurur:
“Allaha itaət edin və Peyğəmbərə itaət edin, [Onlara qarşı çıxmaqdan] çəkinin. Əgər [itaətdən] boyun qaçırsanız, bilin ki, Peyğəmbərimizin vəzifəsi yalnız açıq bir təbliğdir [Qur’anı açıq-aydın təbliğ etməkdir]. “ (Əl-Maidə surəsi 92-ci ayə).
“Hər kəs Allaha və Peyğəmbərinə itaət etməyib Onun sərhədlərini aşarsa, [Allah da] onu həmişəlik Cəhənnəmə daxil edər. Onu rüsvayedici əzab gözləyir.” (Ən-Nisa surəsi 14-cü ayə).
Əgər siz Allaha və Onun Peyğəmbərinə itaət etsəniz yəqin bilin ki, Cənnətdə uca Allahın nemət verdiyi şəxslərlə birlikdə olacaqsınız. Uca Allah bu barədə belə buyurur: “Allaha və Peyğəmbərə itaət edənlər [axirətdə] Allahın nemətlər verdiyi nəbilər [peyğəmbərlər], siddiqlər [tamamilə doğru danışanlar, etiqadı dürüst, peyğəmbərləri hamıdan əvvəl təsdiq edən şəxslər], şəhidlər və salehlərlə [yaxşı əməl sahibləriylə] bir yerdə olacaqlar. Onlar necə də gözəl yoldaşlardır! Bu mükafat Allah tərəfindəndir. [Hər şeyi] bilən Allah [sizə] kifayət edər!” (Ən-Nisa surəsi 69, 70-ci ayələr).
Nəhayət sonuncu nəsihətim budur ki, insanların etdiklərinə məhəl verməyin, bu yolda başınıza gələn çətinliklərə səbr edin və bilin ki, uca Allah təkidlə and içərək xəbər vermişdir ki, səbr öz sahibi üçün daha xeyirlidir. Uca Allah buyurur: “Əgər səbr etsəniz, bu, səbr edənlər üçün daha xeyirlidir.” (Ən-Nəhl surəsi 126-cı ayə).
Uca Allah həmçinin Cəhənnəmdən xilas olaraq Cənnəti qazanmağı da yalnız səbr edənlərin [qarşılıqlı] mükafatı etmişdir. Bu barədə Allah təala buyurur: “Həqiqətən, Mən səbr etdiklərinə görə bu gün onları mükafatlandırdım. Onlar nicat tapanlar, uğura yetənlərdir!” (Əl-Muminun surəsi 111-ci ayə).
Allah bütün mömin bacı və qardaşları Cənnət əhlindən etsin! Amin!!!
723. Cavadov Araz (Baki)
SUAL: SALAM ALEYKUM. Savab qazanmaq ucun ne etmek lazimdir
CAVAB: Və aleykumus-sələm.
Savab qazanmaq üçün Allahın və Onun Rəsulunun (səllallahu aleyhi və səlləm) bütün əmrlərini yerinə yetirib, qadağalarından çəkinmək lazımdır. Həmçinin Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) etdiyi əlavə ibadətləri də yerinə yetirmək savab əməllərdəndir.
Allah bütün müsəlmanların etdikləri yaxşı əməllərini qəbul etsin! Amin!!!
722. Zaka (Baki)
SUAL: بسم الله الرحمن الرحيم
Assalamu aleykum,
Allah sizden razi olsun ki, yaradilish qayemizi derk etmekde bize yol gostermish uca Allah ona yaxinlashmaq imkanini sizin vasitenizle bir daha asanlashdirmishdir. Hem de burada sual vermek, hetta cavabini bildiyin, lakin chox tez-tez eshitidiyin suali vermek bele savab olardi, chunki, verilen cavablardan tek sual sahibi deyil, gor ne qeder muselman qardash ve bacilar faydalanir. Allah bizi eshidib, oyrenib faydalananlardan etsin, insheallah.
1. Cavablarinizda gosterirsiniz ki, “fotoaparatla və videokamera ilə də ruhu olan canlıların şəkillərini çəkməyin hökmü əllə çəkməyin hökmü ilə eynidir, yəni, bu cür də şəkil çəkmək olmaz" (556-ci suala cavab), "lakin yalnız təlim məqsədi ilə, (məsələn, namazın təlimi) bəzi şəkillərdən istifadə etmək caizdir” (621-ci suala cavab). Bununla bagli ashagidakilara mueyyenlik getirmeyinizi xahish edirem:
a) Sizin saitin "fotoqalereya" bolmesinde 2004-cu ilin Qurban bayrami ile bagli shekillerde Cume meschidindeki insanlarin, xutbe veren imamin da shekli gosterilir. Burada meqsed nedir, telim, yoxsa…? Buna nece beraet qazandirmaq olar?
b) Ramazan bayrami gunu Cume mescidinde Haci Qamet xutbe vereken, videokamera ile chekilish gedirdi. Bes niye icaze vermishdiler?
c) Bele chixir ki, televizora baxmaq da haramdir, axi orada xeberlere baxanda, kinoya baxanda da da canli gorursen, daha dogrusu, canlinin video ile chekilmish eksini gorursen. Eger haramdirsa, bes ne uchun televizorda futbola baxmaq haram sayilmir (528-ci suala cavab).
2. Hazirda bir chox dunya olkelerinde, o cumleden Azerbaycanda cinayet emeli sayilmayan abort etmek, bildiyime gore boyuk gunahdir. Bes hansi hallarda gunah sayilmir, ana betninde olan rusheymi hansi vaxtdan sonra goturseler, gunah sayilmaz. Bele eshitmishem ki, ana betninde olan insana 120-ci gununde Allah teala terefinden ruh verilir. Bu o demekdirmi ki, 120 gunden tez, mes;
2 ayliq rusheymi vaxtindan evvel goturmek olar.
3. Peygember (s.a.s.) demishdir ki, vitri gece qildiginiz namazlarin sonuncusu edin. Eger men gece ishanin sunnesinden sonra vitri qiliramsa (mes: saat 23:00-da), gece yarisi (mes; saat 03:00-da) oyanib teheccud namazini qila bileremmi?
Cavablariniza gore Allah subhanahu ve teala sizden razi olsun.
CAVAB: Və aleykumus-sələm.
1. a) Qardaş bu cür məsləhətlərinizə görə Allah sizdən razı olsun. Doğrusu bu cür şəkillərin orada olmasından xəbərsiz idik. Çünki, bu sahəyə başqa qardaş nəzarət edir. Odur ki, həmin qardaşdan xahiş etdik ki, həmin şəkilləri oradan silsin. Həqiqətən müsəlman müsəlmanın güzgüsüdür. Allah sizin kimi qardaşlardan razı olsun!
b) Bizim bundan xəbərimiz yoxdur. Lakin bizə elə gəlir ki, bunu sonradan həmin kasetdən dərs kimi istifadə etmək məqsədi ilə edirlər. Öncə də qeyd etdik ki, təlim məqsədi ilə şəkildən və ya kameradan istifadə etmək olar.
c) Hər hansı bir şəkilə və ya filmə baxmaqla onu şəkməyin fərqi vardır. Məsələn: Hər hansı bir heyvan şəkli çəkmək haramdır. Lakin biz həmin şəklə baxan şəxsə sən haram iş gördün deyə bilmərik. Biz yalnız baxılması haram olan şəkillərə (məsələn: pis-pis şəkillərə və s.) və ya filmlərə (məsələn: əxlaqsız və s.) baxan şəxslərə sən haram şeylərə baxdın deyə bilərik. Daha doğrusunu isə Allah bilir.
2. Bəli, ana bətnində insana ruh 120 günlüyündə verilir. Lakin bu heç də həmin ruşeymin 120 gündən tez götürülməsinin caiz olmasına dəlalət etmir. Əgər ruşeym artıq ana bətninə düşübsə onu oradan götürtmək (abort etdirmək) haramdır. Çünki həmin ruşeym ana bətninə artıq Allahın qədəri ilə düşmüşdür.
Ruşeymi yalnız zəruri səbəblər olduqda götürtmək olar. Məsələn: Cərrahiyya əməliyyatı vasitəsi ilə dünyaya uşaq gətirən qadına bir neçə il hamilə olmaq olmaz. Əgər həmin qadın bu vaxt ərzində hamilə olarsa onda həkimin məsləhəti ilə həmin uşağı götüzdürə bilər. Buna oxşar zəruri səbəblərə görə ruşeymi götürtmək olar.
3. Bəli, bu cür vəziyyətdə təhəccüd namazı qılmaq olar.
Allah bütün haqqı axtaran müsəlmanlardan razı olsun! Amin!!!
721. Ali (Baki)
SUAL: salam aleykum.mumkunse suallarima cavab vererdiniz.
1.dukanlarda halal adi ile satilan eti almaq olar?
2.istibranin qaydasi necedir?
CAVAB: Və aleykumus-sələm.
1. Dükanlarda satılan ətlək iki qismə bölünür:
Birinci: Başqa dövlətlərdən gətirilənn ətlər. Əgər bu ətlər müsəlman dövlətlərindən gəlibsə və həmin heyvanların bıçaqla kəsildiyini yəqin bilirsinizsə onda həmin ətləri almaq olar. Əks halda isə olmaz.
İkinci: Azərbaycanda kəsilən heyvanlar. Əgər bu heyvanı müsəlman kəsibsə və kəsən zaman Allahın adını çəkibsə onda onu almaq olar.
2. “İstibra” sidikdən və ya nəcisdən azad olmaq deməkdir. Bunu ədəbləri aşağıdakı kimidir:
1) Subaşına çıxan şəxs elə yer seçməlidir ki, insanlar onun nə özünü görə bilsinlər, nə orqanizmdən qazburaxma zamanı ehtimal olunan səsi eşitsinlər, nə də ifrazatın və qazın iyini duya bilsinlər;
2) Ayaqyoluna daxil olduqda aşağıdakı duanı oxuyub daxil olmaq müstəhəbdır (bəyənilir);
3) Ayaqyolundakı adam heç nə danışmamalı, salam verib-almamalı, zərurət olmadan çağırana cavab verməməlidir;
4) Subaşına çıxan şəxs qibləyə təzim etmək, onun ehtiramını gözləmək naminə üzünü və ya arxasını qibləyə çevirməməlidir;
5) Subaşına çıxan şəxs bədəninə nəcis və sidik dəyməsindən özünü gözləməlidir;
6) Subaşına çıxan şəxs insanların gedib-gəlmək üçün istifadə etdikləri yollardan və istirahət etmək üçün nəzərdə tutulan yerlərdən kənara çəkilməlidir;
7) Subaşına çıxan şəxs axmayan durğun sulara, özünün çimdiyi suyun içinə nəcis və ya sidik salmamalıdır;
8) Sidik ifraz etdikdə ayaq üstə durmaq bəyənilmir. Subaşına çıxan şəxs yalnız iki şərtlə bunu edə bilər;
- Sidiyin paltarına və ya bədəninə sıçramayacağına əmin olduqda;
- Başqalarının onun ayıb yerlərini görməyəcəyinə əmin olduqda.
9) Hər iki ifrazat üzvünün çıxışı su (tapılmadıqda isə daş və s.) ilə təmizlənməlidir;
10) Ayaqyolunda sol əl ilə təmizlənmək lazımdır;
11) Ayaqyolundan çıxdıqda aşağıdakı duanı oxumaq müstəhəbdır (bəyənilir);
12) Ayaqyoluna sol ayaqla daxil olmaq və sağ ayaqla çıxmaq müstəhəbdır (bəyənilir).
720. Gatty (Baki)
SUAL: 1 Daha seyidler movzusuna gayitmag isterdim.
meselen hidayete ermish (chatmish) insanlar var--onlara da seyid diyilir, inami guclu olan Allah terefinden mocuze kimi bizlere gyosterilen insanlar da var onlara da seyid deyirik.mena olarag eyni deyil.
O zaman MIr MOhsun aga kimdir?
men tebii ki bele ziyaretkahlarin terefi deyilem, amma yene de onun 1 mocuzesi olub ki insanlar helde onun gebr ustune axin sheklinde gelir.
teshekkurler
CAVAB: Əs-sələmu aleykum.
Qeyd edək ki, bizi insanların nə etdikləri maraqlandırmır. Bizi yalnız Allahın və Onun Rəsulunun dedikləri maraqlandırır. Əgər biz insanların əksəriyyətinə tabe olsaq onda haqq yolundan azmış olarıq. Uca Allah çoxluğa tabe olmaq barəsində belə buyurur: “Əgər yer üzündə olanların çoxuna itaət etsən, onlar səni Allahın yolundan azdırarlar. Onlar ancaq zənnə uyar və ancaq yalan danışarlar! Şübhəsiz ki, yolundan azanları ən yaxşı tanıyan Rəbbindir. Haqq yola yönələnləri də ən yaxşı bilən Odur!” (əl-Ənam surəsi 116-cı və 117-ci ayələr).
Odur ki, biz yalnız Allahın və Onun Rəsulunun dediklərinə əməl etməliyik. Mir Möhsün ağaya gəlincə onu deyə bilərik ki, o da özünə görə Allaha ibadət edən bir şəxs olmuşdur. Lakin bizim dua edib ondan nə isə istəməyimiz onu Allaha şərik qoşmaq deməkdir. Bu isə ən böyük günahdır. Uca Allah Ona şərik qoşanı isə əsla bağışlamayacaq və həmin şəxsi əbədi olaraq Cəhənnəmə atacaqdır. Bu xüsusda uca Allah buyurur: “Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əvf etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar. Allaha şərik qoşan şəxs, əlbəttə, böyük günah etmiş olur” (ən-Nisa surəsi 48-ci ayə).
Uca Allah Fatihə surəsinin 5-ci ayəsində belə buyurur: “Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!” Bu ayəni deyən şəxs ona əməl də etməlidir. Yəni həmin şəxs yalnız Allaha ibadət etməli və yalnız ondan yardım diləməlidir. Uca Allah bi ayə vasitəsi ilə sanki öz bəndələrinə bu iki əməli əmr edir.
Başqa bir ayədə isə belə buyurur: “Əgər Allah sənə bir zərər toxundursa (sıxıntı versə), onu Özündən başqa (səndən) heç kəs sovuşdura bilməz. Əgər Allah sənə bir xeyir diləsə, heç kəs Onun nemətini (lütfünü) geri qaytara bilməz...” (Yunus surəsi 107-ci ayə). Bu ayədən öncəki ayədə isə uca Allah belə buyurur: “Allahdan başqa, sənə nə bir xeyir, nə də zərər verə bilən şeylərə dua etmə! Əgər belə etsən, şübhəsiz ki, özünə zülm edənlərdən olarsan!...” (Yunus surəsi 106-cı ayə). Bu ayələr onu göstərir ki, yalnız dua edib Allahdan istəmək lazımdır.
Uca Allah digər ayədə də belə buyurur: “Siz Allahı qoyub ancaq bütlərə ibadət edir, (onlara tanrı deməklə) yalan uydurursunuz. Sizin Allahdan başqa ibadət etdikləriniz sizə ruzi verməyə qadir deyillər. Ruzini Allahdan diləyin. Ona tapının, Ona şükür edin. Siz (qiyamət günü) Onun hüzuruna qaytarılacaqsınız!” (əl-Ənkəbut surəsi 17-ci ayə).
Uca Allah “Fatir” surəsinin 13, 14-cü ayələrində belə buyurur: “...Sizin Ondan qeyri ibadət etdikləriniz bir çəyirdək qabığına belə sahib deyillər. Əgər siz onları çağırsanız (dua etsəniz), onlar sizin çağırışınızı eşitməzlər; eşitsələr də cavab verə bilməzlər (çünki Allah onlara nitq qabiliyyəti verməmişdir). Özləri də qiyamət günü sizin (Onları Allaha) şərik qoşduğunuzu (onlara büt kimi ibadət etdiyinizi) danacaqlar...”
Hamımıza məlumdur ki, artıq Mir Möhsün ağa vəfat etmişdir. Uca Allah da ölülər barəsində başqa bir ayədə də belə buyurur: “Kor ilə görən eyni olaz. Zülmətlə nur da (eyni deyildir)! Kölgə (sərin) ilə isti (eyni olmaz). Dirilərlə ölülər də eyni deyillər! Şübhəsiz ki, Allah dilədiyinə (ayələrini) eşitdirər. Sən isə (ya Peyğəmbər!) qəbirlərdə olanlara (haqqı) eşitdirən deyilsən!” (Fatir surəsi 19; 20; 21; 22-ci ayələr). Bu ayə də onu göstərir ki, hətta Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) qəbrlərdə olanlara eşitdirə bilmir. Elə isə kim qəbirdə yatan Mir Möhsün ağaya nə isə eşitdirə bilər. Əgər o eşitmirsə necə həmin şəxslərin istədiklərini verə bilər. Ağıl sahibləri bunu yaxşı dərk edirlər.
Bəzi insanlara deyildikdə ki, “qəbrlərə ibadət etməyin, omlardan heç nə diləməyin” onlar belə cavab verirlər. Biz onlara ibadət etmirik. Biz yalnız onlar vasitəsi ilə Allaha yaxınlaşırıq ki, Allah onların vasitəsi ilə bizim əməllərimizi qəbul etsin. Lakin həmin insanlar düşünmürlər ki, elə bu əməlin özü o vaxtkı müşriklərin əməllərindəndir. Onlara da Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) “Bütlərə ibadət etməyin” - dedikdə belə cavab verdilər. Biz onlar vasitəsi ilə Allaha yaxınlaşırıq. Elə bu əməllərinə görə uca Allah onları müşrik adlandırdı.
Uca Allah buyurur: “Bil ki, xalis din (sırf ibadət, təmiz itaət) ancaq Allaha məxsusdur. Allahı qoyub (bütləri) özlərinə dost tutanlar: "Biz onlara yalnız bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirik!" (deyirlər). Şübhəsiz ki, Allah ixtilafda olduqları məsələlər barəsində (qiyamət günü) onların arasında hökm edəcəkdir. Allah yalançı, nankor olan kimsəni doğru yola müvəffəq etməz!” (əz-Zumər surəsi 3-cü ayə). Bu da onu göstərir ki, onların etdikləri bu əməl də şirkdir. Allah bizi şirkdən qorusun! Amin!!!
719. ORXAN (BAKI)
SUAL: XALQ ICINDE XIDIR BABA (XIDIRLEZ VE XIDIRNEBI) DEN KOMEK ISDEMEK DUZDUR VE VARMI
CAVAB: Əs-sələmu aleykum.
Hər bir müsəlman yalnız Allaha ibadət etməli və yalnız Ondan yardım diləməlidir. Uca Allah Fatihə surəsinin 5-ci ayəsində belə buyurur: “Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!” Bu ayəni deyən şəxs ona əməl də etməlidir. Yəni həmin şəxs yalnız Allaha ibadət etməli və yalnız ondan yardım diləməlidir. Uca Allah bu ayə vasitəsi ilə sanki öz bəndələrinə bu iki əməli əmr edir.
Başqa bir ayədə isə belə buyurur: “Əgər Allah sənə bir zərər toxundursa (sıxıntı versə), onu Özündən başqa (səndən) heç kəs sovuşdura bilməz. Əgər Allah sənə bir xeyir diləsə, heç kəs Onun nemətini (lütfünü) geri qaytara bilməz...” (Yunus surəsi 107-ci ayə).
Bu ayədən öncəki ayədə isə uca Allah belə buyurur: “Allahdan başqa, sənə nə bir xeyir, nə də zərər verə bilən şeylərə dua etmə! Əgər belə etsən, şübhəsiz ki, özünə zülm edənlərdən olarsan!...” (Yunus surəsi 106-cı ayə). Bu ayələr onu göstərir ki, yalnız dua edib Allahdan istəmək lazımdır.
Uca Allah digər ayədə də belə buyurur: “Siz Allahı qoyub ancaq bütlərə ibadət edir, (onlara tanrı deməklə) yalan uydurursunuz. Sizin Allahdan başqa ibadət etdikləriniz sizə ruzi verməyə qadir deyillər. Ruzini Allahdan diləyin. Ona tapının, Ona şükür edin. Siz (qiyamət günü) Onun hüzuruna qaytarılacaqsınız!” (əl-Ənkəbut surəsi 17-ci ayə).
Uca Allah “Fatir” surəsinin 13, 14-cü ayələrində belə buyurur: “...Sizin Ondan qeyri ibadət etdikləriniz bir çəyirdək qabığına belə sahib deyillər. Əgər siz onları çağırsanız (dua etsəniz), onlar sizin çağırışınızı eşitməzlər; eşitsələr də cavab verə bilməzlər (çünki Allah onlara nitq qabiliyyəti verməmişdir). Özləri də qiyamət günü sizin (Onları Allaha) şərik qoşduğunuzu (onlara büt kimi ibadət etdiyinizi) danacaqlar...”
Bütün bu ayələr onu göstərir ki, Allahı qoyub Ondan qeyrisinə (həmçinin Xıdır peyğəmbərə də) dua etmək olmaz. Lakin buna baxmayaraq bəzi avam insanlar öz bildiklərini edirlər. Onlara deyildikdə ki, “Allahdan qeyrisinə ibadət etməyin, onlardan heç nə diləməyin” onlar belə cavab verirlər. Biz onlara ibadət etmirik. Biz yalnız onlar vasitəsi ilə Allaha yaxınlaşırıq ki, Allah onların vasitəsi ilə bizim əməllərimizi qəbul etsin. Lakin həmin insanlar düşünmürlər ki, elə bu əməlin özü o vaxtkı müşriklərin əməlləridir. Onlara da Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) “Bütlərə ibadət etməyin” - dedikdə belə cavab verdilər. Biz onlar vasitəsi ilə Allaha yaxınlaşırıq. Elə bu əməllərinə görə uca Allah onları müşrik adlandırdı.
Uca Allah buyurur: “Bil ki, xalis din (sırf ibadət, təmiz itaət) ancaq Allaha məxsusdur. Allahı qoyub (bütləri) özlərinə dost tutanlar: "Biz onlara yalnız bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirik!" (deyirlər). Şübhəsiz ki, Allah ixtilafda olduqları məsələlər barəsində (qiyamət günü) onların arasında hökm edəcəkdir. Allah yalançı, nankor olan kimsəni doğru yola müvəffəq etməz!” (əz-Zumər surəsi 3-cü ayə).
Bu da onu göstərir ki, onların etdikləri əməl şirkdir. Hamıya məlumdur ki, uca Allah Ona şərik qoşanı əsla bağışlamayacaq və həmin şəxsi əbədi olaraq Cəhənnəmə atacaqdır. Bu xüsusda uca Allah buyurur: “Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əvf etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar. Allaha şərik qoşan şəxs, əlbəttə, böyük günah etmiş olur.” (ən-Nisa surəsi 48-ci ayə).
Onu da qeyd edək ki, Xıdır peyğəmbərin sağ olduğunu iddia edənlərin heç bir dəlilləri yoxdur. Onlar yalnız zənnə qapılaraq bunu iddia edirlər.
Allah bizi şirkdən qorusun! Amin!!!
718. Fuzuli (BAKU)
SUAL: Selamun-aleykum.
Men maraqli ve belke cahil bir sualla muraciet edirem: Bele ki, biz bilirik ki, Allahin elmi sonsuzdur, ve o bize cuz'i irade verib imthana cekir. Ona bizim cenetlik veya cehennemlik olmaghjimiz melumdurmu, eger meluma onda neden bizi imathana cekir, birbasha bizi unvana gondersin...
Sizden butun shubhelere son qoyab cavab oxumaq umidiyle...Xoshca qalin
CAVAB: Və aleykumus-sələm.
Bəli, uca Allah Öz əzəli elmi ilə insanlardan hansının Cənnətə və hansının da Cəhənnəmə düşəcəyini bilir. Lakin Allah insanları sınağa çəkir və onlara peyğəmbərlər göndərir ki, Qiyamət günü haqq-hesab olunduqda heç bir bəhanə gətirməsinlər ki, bizə başa salan olmayıb. Bu barədə uca Allah buyurur: “Biz peyğəmbərləri (möminlərə) müjdə gətirən və (kafirləri) əzabla qorxudan kimi göndərdik ki, daha insanlar üçün peyğəmbərlərdən sonra Allaha qarşı bir bəhanə yeri qalmasın. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!” (ən-Nisa surəsi 165-ci ayə).
Başqa bir ayədə də uca Allah belə buyurur: “Öz əlləri ilə etdikləri əməlləri (qazandıqları günahları) üzündən onlara bir müsibət üz verincə: "Ey Rəbbimiz! Barı, bizə bir peyğəmbər göndərəydin ki, biz də Sənin ayələrinə uyub möminlərdən olaydıq!" - deməsəydilər, səni onlara peyğəmbər göndərməzdik. (Onların bəhanəsini kəsmək üçün belə etdik).” (əl-Qəsəs surəsi 47-ci ayə).
Allah bizim hamımızı şeytanın şəkk-şübhələrdən uzaq etsin! Amin!!!
717. Qasimova (Nermin)
SUAL: salam azerislam.size qeribe bir yuxu danishacam.menden bashqa bir oglanda ele bir shey gormushdu.ama siz dedizki bu sheytanin emeli ola biler.mende ona benzer bir yuxu gormushem.iki ag paltarda ve uzun saqqalli iki adam idi. indi men bilmirem bu peygemberdi ya yox.ve sonra mecidler gorsendi ve boyuk sesle azan eshidildi.eger bu sheytanin emelidise neye gore yuxuda azan sesi ve ya ag paltarli insan gorsenib ele qara paltarli adamda gorsene biler. mence bu yuxunu allah gorsedir men bele fikirleshirem.eger sheytanin emeli olsaydi hec olmasa sheytanki ve ya bir yaninda qara paltar adam gorsene bilerdi.zehmet olmasa bunu cavablandirin
CAVAB: Və aleykumus-sələm.
Peyğəmbərimizi (səllallahu aleyhi və səlləm) yuxuda görən şəxs mütləq əvvəlcədən onun sifətləri (zahiri görünüşü) haqqında məlumatı olmalıdır. Yalnız onun sifətlərini bilən şəxs yəqinliklə deyə bilər ki, yuxuda gördüyü Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) idi. Onun sifətlərindən xəbəri olmayan şəxs isə heş vaxt yəqinliklə deyə bilməz ki, yuxusunda gördüyü Peyğəmbərdir. Çünki, şeytan nürani bir insan cildində həmin şəxsin yuxusuna girib ona Peyğəmbər (səllallahu aleyhi və səlləm) olduğunu deyə bilər.
Əksər insanlar da elə düşünürlər ki, yuxuda ağ paltarlı və ya ağ saqqallı kimisə görübsə deməli bu mütləq ya peyğəmbərdir, ya da hər hansı bir saleh insandır. Onlar hansı əsasa görə belə düşünürlər. Axı İslam dinində bu cür yuxu yozma yodur. Elə bu etiqada görə də şeytan həmin insanların yuxularına ağ paltarlı insanlar şəklində girir və onları haqq yoldan azdırır.
Odur ki, əgər hər hansı bir şəxs Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) sifətlərini bildikdən sonra yuxusunda eynilə həmin sifətlərə malik olan bir şəxsi görərsə bilsin ki, o Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) idi.
Əgər insan yəqinliklə bilsə ki, yuxusunda gördüyü Peyğəmbərimizdir (səllallahu aleyhi və səlləm) onda bilsin ki, bu yuxu Allah tərəfindəndir və bu onun üçün bir müjdədir. Daha doğrusunu isə Allah bilir.
Onu da qeyd edək ki, əgər insanın yuxusunda gördüyü şəxs onu (haram olmayan) yaxşı əməllərə sövq edirsə, onda bu yuxu Allah tərəfindən də ola bilər. Odur ki, hər hansı bir yuxunu görən şəxs qətiyyətlə onun Allah tərəfindən olduğunu deyə bilməz.
Allah bizim hamımızı şeytanın şərindən qorusun! Amin!!!
716. Aliyeva.L (Baki)
SUAL: Salam aleykuma
bizim evde hec kim namaz qilmir.atam cahildi,anam ona baxanda yaxshidi.qardashimda Bakida yoxdu Rusiyadadi! Men Allaha shukur namaz qiliram,hicabda bagliyiram. qonshumuzda bir namaz qilan oglan var baci vasitesi ile mene catdirmishdi ki menimle evlenmek isteyir.Menim de ondan xoshum gelir ve onunla aile qurmaq isteyirem.Amma atam razi deil deyir men sene toy eliyecem,o oglan vahabidi,saqqali var,ailesini tanimiriq ve sayre...indi men ne edim?sizden cox xaish edirem mene yol gosteresiniz.
CAVAB: Və aleykumus-sələm.
Siz atanızın izni olmadan heç kəslə evlənə bilməzsiniz. Odur ki, hər bir vasitə ilə çalışmalısınız ki, atanızı razı salasınız. Məsələn siz həmin oğlandan başqa heç kəslə evlənməyəcəyinizi ananız vasitəsi ilə atanıza çatdıra bilərsiniz. Allah sizə həmin oğlanla ailə həyatı qurmaqda kömək olsun və sizin atanızın qəlbində də İslam dininə qarşı rəğbət oyatsın!
715. Abdulla (Baki)
SUAL: Salam aleykum..
1-Cavablarin arasinda shekille bagli cavablarda shekilin haram oldiginu yazirsiniz,bes sizin saytinizdaki Abu bakr mescidinin shekilleri nece,oradaki insanlar sifetleri aciq aydin gorsenirler!!indi bu shekiller haramdi ?
2-gun cixanda namaz qilmaq olmaz bele hedis eshitmishem! gun 7.30 cixirsa mende gec durmushamsa 7.25 namaza bashladimsa 7.35 qutardimsa namaz sehihdi? delil nedi?
3-qiza baxmaqda,onunla danishmaqda haramdi,gunahdi bilirem..Amma eger men inistutda bir yerde oxudugum qizla,muellime ile hem danishiram hemde baxiram.indi men nece edim?xaish edirem delillere cavab verin!
4-dayim qizi ile sohbet ede bilerem?momine deyil devet meqsedi ile danishmaq olar?
Allah sizlerden razi olsun! indiki dovrde cox gozel sayt acmisiniz..
CAVAB: Və aleykumus-sələm.
1. Qardaş bu cür məsləhətlərinizə görə Allah sizdən razı olsun. Doğrusu bu cür şəkillərin orada olmasından xəbərsiz idik. Çünki, bu sahəyə başqa qardaş nəzarət edir. Odur ki, həmin qardaşdan xahiş etdik ki, həmin şəkilləri oradan silsin. Həqiqətən müsəlman müsəlmanın güzgüsüdür. Allah sizin kimi qardaşlardan razı olsun!
2. Bu yalnız sünnə (nafilə) namazlarına şamil edilir. Abdullah əs-Sunabhi rəvayət edir ki, “Peyğəmbər (səllallahu aleyhi və səlləm) "Günəş çıxdıqda onunla bərabər şeytanın buynuzu da çıxır..." – dedi və bu vaxtlarda namaz qılmağı qadağan etdi.” (Bu hədisi imam Malik və başqaları rəvayət etmişlər).
Başqa bir hədisdə də Peyğəmbər (səllallahu aleyhi və səlləm) belə demişdir: “Sübh namazından sonra günəş çıxana qədər namaz yoxdur, eləcə də Əsr namazından sonra günəş batana qədər namaz yoxdur.” (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir.)
Bu hədislər göstərir ki, ümumiyyətlə həmin vaxtlarda namaz qılmaq olmaz. Lakin Peyğəmbərin (səllallahu aleyhi və səlləm) başqa hədislərinə də nəzər salsaq görərik ki, bu yalnız nafilə namazlarına aiddir. Məsələn, Peyğəmbər (səllallahu aleyhi və səlləm) hədislərindən birində belə demişdir: “Kim günəş batmamışdan (bir az) öncə Əsr namazının bir rükətinə belə yetişərsə Əsr namazına yetişmiş sayılar. Həmçinin kim günəş çıxmamışdan (bir az) öncə Sübh namazının bir rükətinə belə yetişərsə Sübh namazına yetişmiş sayılır.” (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir).
Bu hədis də onu göstərir ki, Sübh namazını günəşin çıxmağına bir rükət miqdarı qədər qalan vaxtda da qılmaq olar. Lakin bu yuxuya qalmaq, unutmaq və bu kimi zəruri səbəblərə aiddir.
Odur ki, fərz namazını qeyd etdiyiniz zəruri səbəbə görə həmin vaxtda qılmaq olaq.
3. Zəruri səbəb olduğundan bu cür vəziyyətdə yalnız müəllimə ilə danışmaq olar. Çünki səhabələrdən bəziləri Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) zövcəsi Aişənin (Allah ondan razı olsun) yanına gələr və bəzi fiqhi məsələləri ondan öyrənərdilər.
Lakin siz bu cür məsələdə həddi aşmamalısınız. Yalnız ehtiyac duyduqda həmin müəllimə ilə danışa bilərsiniz.
4. Dayı qızı ilə yalnız onu İslam dininə dəvət etmək məqsədi ilə söhbət etmək olar. Lakin bir şərtlə ki, söhbət ikilikdə olmasın. Yəni yanınızda başqa şəxslər də olsun. Çünki Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) demişdir: “İki nəfər (naməhrəm) xəlvətə çəkilərsə şeytan onların üçüncüsü olar.”
714. leqebim abdull (Baki)
SUAL: As-salamun aleykum va rahmatullahi va barakatuhu!!
Eger istediyin qizin xasiyyetine beled olmaq istesem ne etmeliyem! Sherietde bu yolu necedir!!!!
CAVAB: Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.
Evlənmək istədiyiniz qızı yaxından tanımaq üçün ya ananız, ya da bacınız vasitəsi ilə ona bəzi sölər çatdıra bilərsiniz. Həmçinin həmin qızın xasiyyətini sizə məhrəm olan hər hansı bir qadının vasitəsi ilə öyrənə bilərsiniz. İslam dini evlənmək istədiyiniz qadına yalnız bir dəfə (nikahdan öncə) baxmağa icazə verir. Bu zaman həmin qadına gizlicə baxmaq daha yaxşı olardı. Həmçinin həmin qadına öz evlərində gəzdiyi adi şəkildə də (yəni, həmin qadın ata anasının qarşısında geyindiyi paltarda, başı açıq şəkildə də) baxa bilərsiniz.
713. Aliyev Elnur (Baki)
SUAL: Salam aleykum! Bir-birimizi sevirik. Her gun gorusuruk, ele-ele tutub gezirk, hetta.Buna sheriyet yol verirmi ve men ne etmeliyem.
CAVAB: Və aleykumus-sələm.
İstədiyiniz qızla kəbin kəsdirməmisinizsə onunla görüşmək və bu cür hərəkətlər etmək haramdır. Yalnız kəbin kəsdirdikdən sonra bu cür hərəkətlər edə bilərsiniz. Odur ki, sizə istədiyiniz qadınla kəbin kəsdirməyinizi məsləhət görürük. Kəbin kəsdirməyin qaydası aşağıdakı şəkildə olur:
1) İştirak edənlər: Qızın vəlisi, oğlanın vəlisi, iki şahid və qazı (nikahı kəsən şəxs). Əgər bu şəxslərdən biri olmazsa nikah səhih sayılmır. Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Vəlisiz və iki şahidsiz olan nikah batildir.”
2) Nikahın kəsilmə qaydası: Xutbətul-həca (Peyğəmbərin (səllallahu aleyhi və səlləm) cümə xütbəsinə və ya sözə başladıqda oxuduğu dua) oxunur, sonra qızın vəlisindən qızını həmin oğlana verməyinə razı olması barəsində soruşulur və şahidlər buna şahid olurlar, sonra oğlanın vəlisindən bunu (qızı oğlana almasını) qəbul etməsi barəsində sorusulur və şahidlər buna şahiq olurlar. Beləliklə kəbin mərasimi sona yetir.
712. Verdiyev Eldeniz (Baki)
SUAL: Salam! Bes bu qeder insanlar var ki, namaz qilmirlar, ama cox gozel emel sahibleridir, onlarin axiretde aqibetleri nece olacaq, cehennememi dusecekler.
CAVAB: Və aleykumus-sələm.
Uca Allah hər bir yaxşı əməldən öncə insanlara namaz qılmağı əmr etmişdir. Odur ki hər bir müsəlman Allahın əmrini yerinə yetirib namaz qılmaqdır. Uca Allah namaz qılmağı hər bir həddi buluğa çatan müsəlmana vacib buyurmuşdur. Uca Allah buyurur: “Həqiqətən namaz möminlərə bəlli vaxtlarda fərz (vacib) edilmişdir.” (ən-Nisa surəsi 103-cü ayə).
Elə buna görə də namaz qılmayan şəxslər iki qismə bölünürlər.
1. Kafirlər: Uca Allah kafirlərə etdikləri yaxşı əməllərinin əvəzi olaraq bu dünyada sağlamlıq, övlad, ruzi və s. verir. Lakin onların axirətdə heç bir payları yoxdur və onlar əbədi olaraq Cəhənnəmdə qalacaqlar.
2. Müsəlmanlar: Müsəlmanlar da özü özlüyündə iki qismə bölünürlər:
- Namazın gərəksiz olduğunu etiqad edən şəxslər. Bu şəxslər də artıq müsəlmanlıqdan xaric olunur və kafir sayılırlar. Onların hökmü də yuxarıda qeyd etdiyimiz kafirlərin hökmü ilə eynidir. Peyğəmbərdən (səllallahu aleyhi və səlləm) soruşduqda o demişdir: “Bizimlə onların (kafirlərin) arasında olan əhd namazdır. Hər kim onu tərk etsə, küfr etmiş olar.”
- Səhlənkarlıq ucbatından namazı tərk edən şəxslər. Bu cür şəxslər kafir sayılmırlar. Buna baxmayaraq onlar namaz qılmadıqlarına görə Cəhənnəmə girəcəklər. Lakin kafirlərdən fərqli olaraq onlar Cəhənnəmdə əbədi qalmayacaqlar. Uca Allah onların etdikləri yaxşı əməllərinin mükafatını onlar Cəhənnəmdən çıxdıqdan sonra verəcəkdir. Namaz qılmayanların Cəhənnəmə girəcəkləri barəsində uca Allah əl-Muddəssir surəsində belə buyurur:
38. Hər kəs öz əməlinin girovudur! (Hərə öz əməlinin əvəzini alacaqdır!)
39. Sağ tərəf sahibləri (əməl dəftərləri sağ əllərinə verilənlər) istisna olmaqla!
40. Onlar cənnətlərdədirlər; bir-birindən soruşacaqlar;
41. Günahkarlar barəsində (və sonra həmin günahkarlara müraciət edib belə deyəcəklər):
42. "Sizi Səqərə (Cəhənnəmə) salan nədir?"
43. Onlar deyəcəklər: "Biz namaz qılanlardan deyildik;
Allah bizim hamımızı Cəhənnəm əzabından qorusun! Amin!!!
711. @@@@@@ ()
SUAL: Esselamu aleykum!
1) Namaz zamani eger 1 nece anliq adamin fikri yayinirsa, bu, namazi pozmur ki? ve ne etmek lazimdir ki, fikir dagilmasin?
2) eger qeyri-iradi (bilmeyerekden) mezi ifraz olunarsa, ve sadece ayaqyoluna gedib sonra destemaz almaqla namaz qilmaq olarmi? sizce bu zaman qusla ehtiyac varmi? (axi bu qusl aldiqdan sonra da bas vere biler...)
CAVAB: Və aleykumus-sələm.
1. Namaz zamanı insanın fikri bir neçə anlıq yayınarsa bu yalnız namazın savabını azaldır. Lakin həmin namaz səhih sayılır. Səhabələrdən biri Peyğəmbərə (səllallahu aleyhi və səlləm) belə dedi: “Ey Allahın elçisi! Şeytan namazımda və qiraətimdə hərdən mənə vəsvəsə edir. Mən nə edim ki, ondan yaxa qurtarım?” Peyğəmbər (səllallahu aleyhi və səlləm) dedi: “Həmin şeytanın adı “xinzib”-dir. Əgər onun vəsvəsəsini hiss etsən, ondan Allaha sığın (yəni, “əuzu billəhi minəl-xinzib” de) və üç dəfə sol tərəfinə tüpür.” (Bu hədisi Muslim “Səhih” əsərində (4/1729) rəvayət etmişdir).
Odur ki, namaz zamanı fikir yayındıqda bu cür etmək lazımdır.
2. Məzinin çıxması yalnız dəstəmazı pozur. Odur ki, məzi çıxan zaman həmin yeri yuyub sonra dəstəmaz almaq kifəyət edir.
Mustəqil Islam saytı. Materiallardan istifadə etdikdə istinad vacibdir. Sayt 1422-ci (2001) hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət gostərir. e-mail: mail@azerislam.com. ICQ #99931111