... Bu gün dininizi sizin üçün kamil etdim,
    sizə olan nemətimi tamamladım və sizin üçün
    din olaraq islamı bəyənib seçdim ... [ Əl-Maidə, 3 ]

Əsas menü
ANA SƏHİFƏ

Xidmətlər
Azərislam barəsində dostuna xəbər ver
 
Son xəbərlərə yazıl
 

Statistika


Dost saytlar

Put k Koranu. Sayt Kuliyeva Elmira

Iravan.com


Yeniliklər
Sual-cavab arxivindən cavablanmış 312 sual.

  daha ətraflı

بسم الله الرحمن الرحيم

171. Nezaket (BAKI)

SUAL: Salam eleykum!Oruc zamani gunorta xestelendikde orucu pozmaq ve ya iftari qezlemek lazimdir ? Saq olun!

CAVAB: Və aleykumus-sələm. Əgər insan oruc vaxtı xəstələnərsə bu xəstəliyə nəzər salmaq lazımdır. Əgər oruc tutduqda insan bu xəstəliyə görə əziyyət çəkərsə, və ya oruc tutmaq bu xəstəliyi daha da artırarsa, yxud da xəstəliyin sağalmasına əngəl törədərsə bu zaman o orucu tərk edir və sağaldıqdan sonra həmin günün qəzasını yenidən tutur.


171. vusal (baki)

SUAL: sahar orucu acmamaq olar.

CAVAB: Oruc vaxtı səhər yeyilən yeməyə “Səhur” deyilir. Səhur etmək müstəhəbdir və oruc onsuz da səhih sayılır. Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: “Dan yeri ağarana yaxın səhur edin! Həqiqətən, səhurda bərəkət var.” (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir). Aişə və Ummu Sələmə (Allah onlardan razı olsun) rəvayət edirlər ki, “Peyğəmbər səllallahu aleyhi və səlləm dan yeri ağardıqdan sonra cənabət halında oyanar və sonra qüsl edib oruc tutardı.” (Bu hədisi də Buxari və Muslim rəvayət etmişdir.) Bu hədis onu göstərir ki, Peyğəmbər (səllallahu aleyhi və səlləm) səhur etməmiş orucuna davam edərdi.

170. Alhumra (Baki)

SUAL: Cinlar kimdir? Oxumusham ki onlar insanlar arasinda da yashayirlar. Hatda sual verirdilar ki cin qadinla evlanmak olar, yoxsa yox. Onlar neca adi insanlardan secilirlar? Umumiyyatla o na demakdir.

CAVAB: Uca Allah bir çox məxluqatlar yaratmışdır. Bu məxluqatlardan biri də cinlərdir. Uca Allah cinləri Ona ibadət etmək üçün yaratmışdır. Uca Allah buyurur: “Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!” (əz-Zariyat surəsi 56-cı ayə). Uca Allah cinləri tüstüsüz odday yaratmışdır. Bu barədə uca Allah buyurur: “Cinləri də tüstüsüz (təmiz) oddan O xəlq etdi. ” (ər-Rəhman surəsi 15-ci ayə). Cinlərin mömini də var, kafiri də. Bəzi kafir cinlər yer üzərindəki cadugər və falabaxan insanlarla əlaqədə olub sehr və cadu etməklə məşğul olurlar. Lakin bu əməl küfrdür. Uca Allah buyurur: “(Yəhudilər) Süleymanın səltənətinə (şahlığına) dair şeytanların oxuduqlarına (sehr kitablara) uydular. Süleyman (bu kitablara uymadığı üçün) kafir olmadı, lakin şeytanlar (bildikləri) sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanları xalqa öyrədərək kafir oldular. Halbuki (o iki mələk): "Biz (Allah tətəfindən göndərilmiş) imtahanıq (sınağıq), sən gəl kafir olma!" - deməmiş heç kəsə sehr öyrətmirdilər. (Bununla belə yəhudilər) yenə də ər-arvad arasına nifaq salan işləri onlardan öyrənirdilər. Lakin onlar (sehrbazlar) Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Onlar (yəhudilər) ancaq özlərinə faydası olmayan, zərər verən şeyləri öyrənirdilər. Həqiqətən, onlar (yəhudilər) belə şeyləri satın alanların (Allahın kitabını şeytan əməlləri ilə mübadilə edənlərin) axirətdə payı olmadığını yaxşı bilirlər. Kaş ki, onlar özlərini nə qədər yaramaz bir şeyə satdıqlarını biləydilər!” (əl-Bəqərə surəsi 102-ci ayə). Uca Allah cinlər barəsində “əl-Cinn” surəsində belə buyurur:
“Bismillahir-rəhmanir-rəhim!
1. (Ya Peyğəmbər!) De: "Mənə vəhy olundu ki, bir dəstə cin (Məkkə və Taif arasında sübh namazı vaxtı Quranı dinləyib öz həmcinslərinin yanına qayıtdıqları zaman) dedilər: "Biz çox qəribə (təsəvvür edilməz dərəcədə gözəl olan) bir Quran eşitdik.
2. O, (xalqa) haqq yolu göstərir. Biz ona iman gətirdik və biz bir daha heç kəsi Rəbbimizə şərik qoşmayacağıq.
3. Həqiqətən, Rəbbimizin calalı çox ucadır. O Özünə nə bir zövcə götürmüşdür, nə də bir uşaq!
4. Doğrusu, bizim səfehimiz (İblis) Allah barəsində tamamilə yalan (haqdan uzaq sözlər) söyləyirmiş.
5. Biz elə güman edirdik ki, nə insan, nə də cin tayfası Allah barəsində yalan danışmaz.
6. Həqiqətən, (Cahiliyyət dövründə) bəzi insanlar bir para cinlərə pənah aparır, bununla da onların təkəbbürünü (azğınlığını) artırırdılar (cinlər özləri haqqında çox böyük fikirlərə düşürdülər).
7. Onlar (o insanlar) da siz (cinlər, yaxud o cinlər də siz insanlar) təkin elə güman edirdilər ki, Allah heç kəsi (öləndən sonra) diriltməyəcəkdir.
8. Biz (cinlər yuxarı aləm əhlinin söhbətinə oğrun-oğrun qulaq asmaq üçün) göyə qalxmaq istədik (səmanı yoxladıq), amma onun (mələklərdən ibarət) güclü gözətçilər və yandırıb-yaxan (axan) ulduzlarla dolu olduğunu gördük.
9. Biz (Muhəmməd əleyhissəlamın peyğəmbər göndərilməsindən əvvəl mələklərin söhbətinə) qulaq asmaq üçün (göyün) bəzi yerlərində otururduq. Lakin indi kim (onların söhbətinə) qulaq asmış olsa, yandırıb-yaxan bir ulduzun onu gözlədiyini görər.
10. Biz bilmirik ki, (göyün gözətçi mələklərlə, axan ulduzlarla doldurulması və mələklərin söhbətinə qulaq asmağın bizə qadağan edilməsi ilə) yerdə olanlara bir pislik etmək istənilmişdir, yoxsa Rəbbi onlara bir xeyir diləmişdir.
11. Şübhəsiz ki, aramızda əməlisaleh olanlar da var, olmayanlar da. Biz müxtəlif firqələrə (məzhəblərə) ayrılmışıq.
12. Biz anladıq ki, yerdə də olsaq, (göyə də) qaçsaq, Allahdan (Allahın əzabından) canımızı qurtara bilmərik (heç yerdə, heç zaman Allahı aciz edə bilmərik).
13. Doğrusu, biz hidayət yolunu göstərəni (Quranı) dinlədiyimiz zaman ona iman gətirdik. Kim Rəbbinə iman gətirsə, nə (yaxşı əməllərinin mükafatını) əskilməsindən, nə də haqsızlığa məruz qalmaqdan (başqasının günahlarının ona yüklənməsindən) qorxar.
14. Şübhəsiz ki, aramızda (Allaha və Onun Peyğəmbəri Muhəmməd əleyhissəlama iman gətirən) müsəlmanlar da var, (haqq yoldan) çıxanlar da. Müsəlman olanlar haqq yolu axtarıb tapanlardır.
15. (Haqq yoldan) çıxanlar isə Cəhənnəm üçün odun olacaqlar (orada yandırılacaqlar)"

170. Tural Huseynov (Baki)

SUAL: Salamu aleykum axi. Inshallah meni oruclug, yeni orucun ferz olmasi haqda gelen, Qur`anda aye ve ayeler maraqlandirir. Birde bu sozun (cezeke allahu xeyren) tam menasi.
Salamu aleykum.

CAVAB: Və aleykumus-sələm. Ramazan orucunun fərz (vacib) olması barəsində ayələr:
1) Uca Allah buyurur: “Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi sizə də oruc tutmaq vacib edildi ki, bəlkə (pis əməllərdən) çəkinəsiniz.” (əl-Bəqərə surəsi 183-cü ayə).
2) Digər ayədə isə belə buyurur: “(Oruc günləri) Ramazan ayıdır ki, onda (həmin ayda) insanlara doğru yol göstəricisi, bu yolun və haqqı batildən ayırd edənin açıq-aydın dəlilləri olan Quran nazil edilmişdir. Sizlərdən kim bu aya yetişərsə, onu (həmin ayı) oruc tutmalıdır.” (əl-Bəqərə surəsi 185-ci ayə).
“Cəzəkə Allahu xayran” --- sözünün mənası: --- “Allah səni xeyirlə mükafatlandırsın.”

169. Tural Babayev (Baku)

SUAL: Selamun Aleykum. Men sizden bir sual sorushmaq isteyirem. Subh namazinin vaxtini siz hardan goturmusunuz? Chunki ANS ve diger kanallarda muxtelif vaxtlar gosterilir. Bilmirik hansina emel edek. Evvelceden teshekkurumu bildirirem. Sag olun.

CAVAB: Bizim təqdim etdiyimiz namaz vaxtları dünya mütəxəsisslərinin Azərbaycan üçün təyin tdikləri namaz vaxtlarıdır ki, hazırda bu vaxtlarla bütün elektron namaz vaxtları texnikaları (saat, əzan proqramları, mobil telefonda... və s.) işləyir.
Bu təqvim 5 ildən çoxdur ki, Azərbaycanda çap olunur. Hətta Türkiyə Diyanət İşləri vakfının Bakıda çap etdirdiyi namaz təqvimlərində də bu vaxtlar 1-2 dəqiqə fərqlə verilib.

169. Xudiyev Natiq (Baki)

SUAL: Deyillerki alniva ne yazilib oda olacaq!!!!!!!!!!!!!!
amma biride deyirki bu hereketi etme gunahdir
bunu men basa dusmuremki aln yazisi var

CAVAB: Uca Allah hər bir şəxsin hansı əməli edəcəyini öz əzəli elmi ilə bilmiş və onu həmin şəxsin qədərinə yazmışdır. Lakin bu o demək deyil ki, uca Allah onu bu əməlləri etməyə məcbur etmişdir. Uca Allah sadəcə, onun edəcəyi əməlləri bilmiş və qədərinə yazmışdır. İnsan isə öz ağlı ilə hərəkət edib həmin əməlləri yerinə yetirir.

169. Haji_Pasol (Razin)

SUAL: Essalamu eleykum
men bilmek isterdim ki oruc tutan adam orucu pozan amillerden her hansini ederse bilmeden yeni oruc yaddan chixaraq sonra oruc oldugu yada dushen de orucu batil olur ya yox?
oruc tutan insan da orqazm olarsa(yeni qaz )chixarsa oruc batil olur ?

CAVAB: Elmsiz olaraq, yaxud unudaraq, yaxud da zorla vadar edilərək orucu pozan şəxsin orucu səhih sayılır və həmin günün qəzasını tutmaq lazım gəlmir. Bu xüsusda Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: “Həqiqətən, Allah mənim ümmətimə bilməyərəkdən, unutqanlıqdan və məcburiyyət qarşısında etdiklərini bağışlamışdır.” (Bu hədisi İbn Macə rəvayət etmişdir). Oruc tutan insandan yel (qaz) çıxarsa orucu batil olmur.

168. Hesenov Kamal (Baki)

SUAL: Salam aleykum ve rahmatullahu ve barakutu sheyx .Men sizden yazib xayis edirem ki mene basa salasiniz ki men nece edim menim basimi yaman xarab edirler men siyesinden sorusuram ki hen si duz namazdi o deyir ki men qildigim kimi amma men,ehlisunneden sorusuram ki hansiniz duz qilirsiniz oda deyir ki men duz qiliram men sizden artiq erece de yazib xais edirem ki mene aciq aydin yazib basa salasiniz .Yeniki sehi hedislernen ve hansisa sehi olan kitablarnan cavabinizi tezlikle gozleyirem..... Salem aleykum ve rahmatullahu ve barakatu.

CAVAB: Və alekumus-sələmu və rahmətullahi və bərakətuhu. Peyğəmbərin (səllallahu aleyhi və səlləm) namazı barəsində səhih hədisləri bilmək istəyirsinizsə şeyx Albaninin “Peyğəmbərin namazı” adlı kitabına müraciət edə bilərsiniz. Bu kitabda namazın qılınması barəsində bütün dəlilləri tapa bilərsiniz.

167. cavid salamzade (baki)

SUAL: ramazan ayinda ve ya umumiyyetle lotereya oynamag gunah ve ya haram sayilirmi?
evvelceden teshekkur edirem

CAVAB: İstər Ramazan ayında, istər də digər aylarda lotareya oynamaq haramdır. Çünki bu bir növ qumar və fal oxlarına bənzəyir. Uca Allah buyurur: “Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız!” (əl-Maidə surəsi 90-cı ayə).

167. cavid` ()

SUAL: goz zinasi gunahdir?

CAVAB: Gözlə haram şeylərə (filmlərə, şəkillərə, naməhrəm qadınlara və s.) baxmaq göz zinası sayılır. Odur ki, göz zinası günahdır.


166. babayeva rena (baki)

SUAL: Salam.Qrip olarken oruc tutmaq olarmi

CAVAB: Bəli qrip olarkən oruc tutmaq olar.

166. tural Gadimalizade ()

SUAL: Sahmat ve onun kimi oyunlar haramdirmi?

CAVAB: Şahmat oynamaq məkruhdur. Lakin nərd, kart, loto, domino və bu kimi oyunları onnamaq isə haramdır.

165. gunay agayeva (kurdemir)

SUAL: salam. size sual verirem ve evvelceden teshekkur edirem.oruc tutanda sac kesmek,saci boyamaq olarmi? Iftar acilandan sonra. sag olun.

CAVAB: Və aleykumus-sələm. Oruc tutan zaman (istər iftardan sonra, istər də əvvəl) saç kəsmək və boyatmaq olar.

164. Orxan (Baki)

SUAL: Assalam Aleykum! Xahsh edirem, deyerdiniz Qurban bayrami ne vaxta tesaduf edir ve Hijri teqvimi ile surshme olur nece gun.

CAVAB: Və aleykumus-sələm. Bu il qurban bayramı təxminən yanvar ayının 21-inə təsadüf edir.

163. Ferhad Aliyev (Baki)

SUAL: Assalamaleykum!!! Mubarek Ramazan ayiniz bir daha mubarek. Vitr namazinda hemishe qunut duasi oxumaq lazimdir ya ancaq ramazanda? men teravihlerde Mescidde (abu Bekr-de) gordum ki, vitri qilarken rukudan sonra elleri qaldirib dualar oxunur cammat da amin deyir.amma buna qeder men vitri qilarken (evde) bele elemirdim.Evvelceden teshekkur edirem. Assalamualeykum ve Rahmetullahi ve berakatuh!!

CAVAB: Və aleykumus-sələm. Vitr namazında istər Ramazan vaxtı, istər də digər vaxtlarda Qunut duası etmək olar. Peyğəmbərimiz də (səllallahu aleyhi və səlləm) belə edərdi.

162. Kemale (Sumqayit)

SUAL: Salamaleykum. Allah orucunuzu qebul etsin. Eshitdiyime gore ramazan ayinda 3 gun oruc tutmaq vacib sayilib. Ancaq onun deqiq vaxti bilinmediyi ucun 1 ay oruc tuturlar. Bu ne derecede duzgundur.Cavaba gore sag olun.

CAVAB: Və aleykumus-sələm. Bu çox yanlış fikirdir. Çünki uca Allah Ramazan ayını bütünlüklə oruc tutmağı əmr etmişdir. Uca Allah buyurur: “Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi sizə də oruc tutmaq vacib edildi ki, bəlkə (pis əməllərdən) çəkinəsiniz.” (əl-Bəqərə surəsi 183-cü ayə). Digər ayədə isə belə buyurur: “(Oruc günləri) Ramazan ayıdır ki, onda (həmin ayda) insanlara doğru yol göstəricisi, bu yolun və haqqı batildən ayırd edənin açıq-aydın dəlilləri olan Quran nazil edilmişdir. Sizlərdən kim bu aya yetişərsə, onu (həmin ayı) oruc tutmalıdır.” (əl-Bəqərə surəsi 185-ci ayə).

161. ABU OMAR (BAKI)

SUAL: SALAM ALEKUM QARDASHIM ORUCLU ULDUQU HALDA AXZI DISH PASTASIYLA YUMAQ ORUCU POZMUR?BILIREMKI BOXAZDAN KECMIRSE POZULMUR AMMA PASTANIN TAMI AXIS SUYU ILE BOXASDAN KECIR BU ZAMAN ORUC POZULUR?SALAM ALEYKUM

CAVAB: Və aleykumus-sələm. Diş məcunundan onu udmamaq şərti ilə istifadə etmək olar. Odur ki, diş məcunundan istifadə etdikdən sonra ağızda olan suyu geri qaytarmaq lazımdır.

160. Sultan Suleymanov (Baki)

SUAL: Salamaleykum.Ramazan ayinda hansi namaz mustecebdir.ve insan pis verdisleri tergidmek ucun ne etmelidir.meselen gelbi soyusden temizlemekcun ne etmeliyik/sagolun/bayraminiz mubarek olsun.

CAVAB: Və aleykumus-sələm. Hansı namazın qəbul (müstəcəb) olub-olmadığını uca Allahdan başqa heç kəs bilmir. Pis vərdişləri tərk etmək üçün daima Allahı zikr etmək lazımdır.

159. Sultan Suleymanov (Baki)

SUAL: aye,sure ve dua oxuyarken destamaz vacibdirmi?sagolun .

CAVAB: Surə, ayə və dua oxuyarkən dəstəmazlı olmaq müstəhəbdir.

158. elmar (baki)

SUAL: Salam aleykum.Menim sualim beledir:Sudemer ushagi (2 ayliq) olan gadin oruc tutmalidirmi? Eger yoxsa onun keffaresi nedir?

CAVAB: Və alekumus-sələm. Əgər bu qadın oruc tutduğu zaman südü azalarsa və ya uşağa zərər toxundurarsa onda o orucunu tərk etməlidir. Çünki süd verən qadının halı xəstənin və müsafirin halına bənzəyir. Odur ki, o, sonradan (yəni uşağına süd vermə müddəti bitdikdən sonra) buraxdığı bu orucların qəzasını mütləq tutmalıdır. Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: “Həqiqətən, Allah müsafirə orucu və namazın yarısını, hamilə və süd verən qadına isə orucu keçmişdir.”

157. eldeniz aliyev (baki)

SUAL: axshamdan oruc tutmaq fikri ile yatiram ki,sahura qalxib yeyecem.amma yuxudan oyananda gorurem ki,gecdir yeni gun chixib.hemin gun men oruc tutsam,oruclu sayiliram yoxsa yox?

CAVAB: Bəli siz həmin gün oruc tutsanız orucunuz sayılır. Ummu Sələmə (Allah ondan razı olsun) rəvayət edir ki, “Peyğəmbər (səllallahu aleyhi və səlləm) dan yeri ağardıqdan sonra cənabət halında oyanar və sonra qüsl edib oruc tutardı.” Peyğəmbərin (səllallahu aleyhi və səlləm) bu vaxt oyanıb orucuna davam etməsi göstərir ki yuxudan gec oyanmaq oruca heç bir xələl gətirmir.

156. elcin hasan (baki)

SUAL: Assalamualeykum.Ramazaniniz mubarek.Iftari here oz muqellidinin fetvasi ile aca bilermi?
Allah sizlerden razi olsun

CAVAB: Və aleykumus-sələm. İftarı gün batdıqdan sonra açırlar. Əgər sizin təqlid etdiyiniz şəxsin fətvası bu vaxta uyğundursa onda iftarınızı onun dediyi vaxtda aça bilərsiniz.

155. sakir memmedov (baku)

SUAL: ramazan ayinda adgunu etmek olar

CAVAB: İstər Ramazan ayında istər də qeyri aylarda ad günü keçirmək olmaz. Çünki islam dinində ad günü keçirmək yoxdur. Nə Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm), nə də səhabələr özlərinə ad günü keçirməmişlər. Əgər bu əməl caiz olsaydı bəşəriyyətin ən xeyirliləri bunu edərdilər. Qeyd edək ki bu əməl bizə nəsranilərdən (xaçpərəstlərdən) keçmişdir.

154. intigam (baku)

SUAL: agar yanimda sigaret cakan varsa tustu manim orucumu pozur ?

CAVAB: Əgər yanınızda siqaret çəkən varsa və sizin də həmin yerdən uzaqlaşmaq imkanınız olduğu halda orada qalıb siqaretin tüstüsünü udursunuzsa orucunuz pozulur.

153. Sevda Askerova (Baki)

SUAL: duha namazi nece ruketdir?

CAVAB: Sizin bu sualınıza da cavab vermişdik. Lakin bir daha da təkrarlayırıq. Duha namazı iki rükət və daha çox cüt sayda qılınan sünnət namazıdır. Bu namazın neçə rükət qılınmasına heç bir məhdudiyyət yoxdur.

152. Sevda Askerova (baku)

SUAL: Salam. duha namazi ne vaxt qilinmalidir?

CAVAB: Və aleykumus-sələm. Biz sizin bu sualınıza öncə cavab yazmışdıq. Görünür cavabı oxuduqda diqqətlə oxumamısınız. Amma bu suala bir daha cavab yazırıq. Duha namazının vaxtı günəş üfüqdən bir nizə hündürlüyündə qalxdıqdan səmanın ortasına (zenitə) yüksəlməsindən bir az əvvələ qədərdir.

151. Xəyyam Rəfiyev (Bakı)

SUAL: Əsəlamu aleykum!
Dəstəmaz zamanı ağızı yaxaladıqdan sonra ağızda az miqdarda su hissiyatı qalır. Bu zaman udqunmaq orucu pozurmu?

CAVAB: Xeyr, pozmur.

150. Konul (Baki)

SUAL: Salam! Allah butun mominlerin oruclarini qebul etsin! Size bir sualim var. Men namaz qiliram ve oruc tuturam. Shalvar geyinmek namaz qilan uchun gunah sayilmir ki?

CAVAB: Əgər şalvar dardırsa və bütün bədən quruluşunu bildirirsə, həmçinin üzərindən uzun (yəni, onun üstünü örtən) bir şey geyinilmirsə onda onu geyinmək günahdır.

149. G. Kazımova (Bakı)

SUAL: 2. Orucu üzürlü səbəblərə görə bir neçə gün dayandıranda onun qəzasını tutmamaq günah sayılırmı?

CAVAB: Orucu üzrlü səbəbdən tərk edən şəxs həmin üzr aradan qaldırıldıqdan sonra dərhal həmin günlərin qəzasını tutmalıdır. Əgər bu günlərin qəzasını tutmasa Allaha asi olmuş olar. Çünki uca Allah əmr edir ki, üzrlü səbəbdən tutmadığın orucların qəzasını tutun. Uca Allah buyurur: “Uca Allah buyurur: “(Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir. (Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar...” (əl-Bəqərə surəsi 184-cü ayə).

148. ()

SUAL: oruc ikan dilla dodagi yas elamak olar?

CAVAB: Bəli olar.

 1  2  3  4  5  6  7  8  9  10  11  12  13  14  15  16  17  18  19  20  21  22  23 24   25  26  27  28  29

Mustəqil Islam saytı. Materiallardan istifadə etdikdə istinad vacibdir. Sayt 1422-ci (2001) hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət gostərir. e-mail: mail@azerislam.com. ICQ #99931111