SUAL: 1. Əssalamu Aleykum. Mənim sualım orucun başlanması və iftarın açılması vaxtları barədədir. Əldə etdiyimiz vaxt cədvəllərində orucun başlanması və iftarın açılması saatları müxtəlifdi, hansı düzgündür? Imkan olsa sayta düzgün variantı yerləşdirməyinizi xahiş edirəm, Öncədən təşəkkürümü bildirmək istəyirəm.
Allah razı olsun.
CAVAB: Hazırda Azerislam-da olan təqvim sizin dediyiniz doğru təqvimlərdən biridir. Bu təqvim dünya mütəxəssislərinin Bakı üçün təyin etdiyi vaxtlarla üst-üstə düşür.
Bir məsələdə diqqətli olmaq lazımdır ki, gnün batması və qaranlığın düşməsi ayrı-ayrı vaxtlardır.
İftar gün batanda açılır, qaranlıq düşəndə yox.
146. RESULOV (BAKI)
SUAL: ORUC IKEN DO0DAGI SU ILE YASH ELEMEK OLAR?
CAVAB: Bəli olar. Lakin bu zaman ehtiyatlı olmaq gərəkdir. Çünki həmin suyu udsanız oruc pozulur.
145. vusal (baki)
SUAL: oruc ikan agiza su almaq olar?
CAVAB: Oruc ikən ağıza su alıb onu yaxalamaq olar. Lakin bu zaman ehtiyatlı olmaq gərəkdir. Çünki boğaza su getsə oruc pozulur.
144. MEHRIBAN (BAKI)
SUAL: SALAM.MEN NAMAZ QILIRAM.ANCAQ ISHIMLE ELAQEDAR OLARAQ ZOHR NAMAZINI HEMISHE QEZA EDIREM.BU BAREDE XAHIS EDIREM YAZARDIZ.EVVELCEDEN TESHEKKURUMU BILDIRIREM.
CAVAB: Üzrsüz səbəbdən namazları qəza etmək günahdır. Uca Allah buyurur: “Vay halına o namaz qılanların ki, Onlar öz namazlarından qafildirlər (səhlənkarlıqları üzündən namazlarını vaxtlı-vaxtında qılmazlar).” (əl-Məun surəsi 4-cü, 5-ci ayələr).
143. Rehmanov Cavid ()
SUAL: Essalamu Aleykum!men sorusmaq isterdim ki, men
azanda ve iqamede esshedu enne eliyyen veliyullalah ve heye ela xeyril emel kelmelerin demisem.bu mustehebdir?yoxsa olmaz?
CAVAB: Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) azanda və iqamədə bunları demədiyinə görə biz də deməməliyik. Çünki uca Allah bizə Peyğəmbərə tabe olmağı əmr etmişdir, digərlərinə tabe olmağı əmr etməmişdir. Uca Allah buyurur: “Allaha və Peyğəmbərə itaət edin. Əgər (itaətdən) boyun qaçırsanız, bilin ki, Peyğəmbərimizin vəzifəsi yalnız açıq bir təbliğdir (Quranı açıq-aydın təbliğ etməkdir).” (əl-Maidə surəsi 92-ci ayə). Bir şeyi də qeyd edək ki, bunlar dinə sonradan dinə edilən əlavələrdir. Dinə edilən əlavələr isə rədd olunur. Çünki uca Allah artıq bizim dinimizi tamamlamışdır və bu dinə əlavələr etməyə ehtiyac yoxdur. Uca Allah əl-Maidə surəsinin 3-cü ayəsində belə buyurur: “...Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim...” Həmçinin Peyğəmbər (səllallahu aleyhi və səlləm) belə demişdir: “Bizim işimizə [dinimizə] müvafiq olmayan bir əməl edən kimsənin etdiyi əməl rədd edilir.”
142. Mirqadir (Baki)
SUAL: Salam aleykum. Ibrahim peygember muselmandirmi
CAVAB: Bəli İbrahim Peyğəmbər müsəlman idi. Uca Allah buyurur: “İbrahim nə yəhudi, nə də xaçpərəst idi. O ancaq hənif (batildən haqqa tapınan, haqqa yönəlmiş olan) müsəlman idi və (Allaha) şərik qoşanlardan deyildi.” (Ali İmran surəsi 67-ci ayə).
141. Məhsəti (Naxçıvan)
SUAL: Salam.Allah dualarınızı qəbul etsin.Bilmək istərdim azan və iqamə demədən namaz qılmaq olarmı.Təşəkkürlər.
CAVAB: Və alekumus-sələm. Azan və iqamə dmək camaat üçün istənilən halda (səfərdə, evdə, namazın qəzasını qıldıqda) fardu-l-kifayədir (yəni, bir və ya bir çox müsəlmanların yerinə yetirməsi ilə başqalarının üzərindən onun vacibliyi götürülür), tək namaz qılan şəxs üçün isə müstəhəbdir. Qadınlar üçün isə nə azan, nə də iqamə vermək vacib deyildir. Lakin səslərini çox uca qaldırmadan bunu etmələri müstəhəbdir. Azan və iqaməsiz namaz qılan camaatın namazı səhih hesab olunur, lakin vacibi tərk etdiklərinə görə tövbə etmələri lazım gəlir. Unutqanlıqdan və ya bilməyərəkdən bunu edənlər isə müstəsnadır.
140. Vuqar Shrinov (Baku)
SUAL: Salamlar. Deyilene gore Orug tutmaq yalniz namaz qilan momun insana mexsusdur. Bu doqurdanmi beledir? deyirlerki,namaz
qilmayan bi insanin Orug tutmaqi duzgun deyil ve o insan hec sedeqede vere bilmez.......(Yalniz Namaz qilan Orug tuta biler)
BU NE DERECEDE DOQRUDUR?!XAHIS EDIRIK NECE VAR ELE DE
CEVABLANDIRIN.SEMIMI TAM SEMIMI OLMAQINIZI XAHIS EDIRIK!
CAVAB: Bunu ümumi olaraq demək düzgün deyildir. Çünki bu məsələni iki hissəyə bölmək lazımdır:
1. Namazın gərəksiz olduğunu etiqad edən şəxs kafirdir və oruc tutmağın ona heç bir faydası yoxdur; Çünki kafirin oruc tutmasının heç bir faydası yoxdur. Peyğəmbərdən səllallahu aleyhi və səlləm soruşduqda o demişdir: “Bizimlə onların (kafirlərin) arasında olan əhd namazdır. Hər kim onu tərk etsə, küfr etmiş olar.”
2. Səhlənkarlıq ucbatından namazı tərk edən şəxsin orucunun qəbul olub-olunmaması isə Allaha aiddir. Odur ki, səhlənkarlıq üzündən namazı tərk edən şəxs oruc tuta bilər.
O ki qaldı sədəqəyə, namaz qılmayan şəxs sədəqə verə bilər.
139. Rəşad Rəsullu (Bakı)
SUAL: Assalamu aleykum. İlk əvvəl mənim əvvəlki suallarımı cavablandırdığınıza görə, sizə dərin minnətdarlığımı bildirirəm. Allah razı olsun!
Sizə yenə bir neçə sualım var.
1. Zəkatla verdiyim suala qayıtmaq istəyirəm. Mən sizin verdiyiniz cavabdan belə başa düşdüm ki, zəkatı (söhbət Müqəddəs Ramazan ayının sonunda müxtəlif ərzaq malları formasında verilən zəkatdan getmir)yalnız o şəxslər verir ki, onların illik yığımının (qazancının deyil) ekvivalenti 85 qram qızıl ekvivalentini keçsin. Bu halda o, həmin məbləğin 1/40-ni zəkat kimi ödəməlidir. Yəni ki, tutaq ki, mənim illik qazancım 5000 ABŞ dollarıdır. Əgər mən bu məbləğin hamısını özümün və ailəmin müxtəlif ehtiyacları üçün xərcləmişəmsə onda mən zəkat ödəmirəm. Və ya mənim xərclədiyim vəsaitdən sonra yerdə qalan vəsait 85 qram qızıl ekvivalentindən azdırsa, mən yenə də zəkat ödəmirəm. Əks halda isə zəkat ödənilir. Mən düzgünmü başa düşmüşəm?
2. Siz mənə verdiyiniz cavabda, həmçinin saytda qoyulan kitablarda, məsələn "Şəriət risaləsi" kitabında bildirirsiniz ki, təravih namazı 11 rükət qılınmalıdır. Və adıçəkilən kitabda qeyd edilir ki, təravih namazının 20 rükət qılınması barədə hədislər səhih deyildir. Amma, Bakıda bəzi məscidlərdə (mən ad çəkmək istəmirəm, yəqin siz özünüz də bunu yaxşı bilirsiniz) təravih namazı 20 rükət qılınır. Bu məsələyə daha geniş aydınlıq gətirməyinizi xahiş edərdim. Nə üçün siz hesab edirsiniz ki, təravih namazının 20 rükət qılınması barədə hədislər səhih deyildir?
3. Bir məsələyə də aydınlıq gətirmənizi xahiş edərdim. Sizin namazın müxtəsər təlimi bölümündə göstərilir ki, təşəhüddə "kəma bəraktə alə İbrahimə və alə əli İbrahim"dən sonra "İnneke hamidun mecid" deyilmir, sonda "Fil alemin inneke hamidun mecid" deyilir. "Şəriət risaləsi" kitabında isə əksinə "kəma bəraktə alə İbrahimə və alə əli İbrahim"dən sonra "İnneke hamidun mecid" deyilir, sonda isə "Fil alemin inneke hamidun mecid" deyil, sadəcə "İnneke hamidun mecid" deyilir. Bir də namazın elə həmin hissəsində hər ikisində göstərilir ki, "Va bərik alə Muhəmmədin və alə əli Muhəmməd" deyilməlidir. Amma mənə bir nəfər deyir ki, burada "Allahümmə bərik alə Muhəmmədin və alə əli Muhəmməd" oxunmalıdır. Bu məsələyə aydınlıq gətirməyinizi xahiş edərdim. Allah razı olsun.
CAVAB: 1) Bəli siz düzgün başa düşmüsünüz.
2) Bu barədə çox geniş danışmaq olar. Lakin qısa da olsa sizə bəzi məlumatları çatdıracağıq. Əbu Sələmə ibn Abdurrəhman (Allah ondan razı olsun) Aişədən (Allah ondan razı olsun) Peyğəmbərin (səllallahu aleyhi və səlləm) Ramazan ayında qıldığı (gecə) namazı barəsində soruşduqda o belə cavab verdi: “Peyğəmbər (səllallahu aleyhi və səlləm) nə Ramazanda, nə də Ramazandan qeyri aylarda 11 rükətdən artıq (gecə) namazı qılmazdı...” (Bu hədisi Buxari (2/25; 4/205); Muslim (2/166); Əbu Davud (1/210); Tirmizi (2/302-303); Nəsai (1/248); Əhməd (6/36), Malik (1/134) və başqaları rəvayət etmişdir). Bəzi rəvayətlərdə qeyd edilir ki, Peyğəmbər (səllallahu aleyhi və səlləm) gecə namazını 13 rükət qıldı. (Bu hədisi də Muslim Zeyd ibn Xaliddən - Allah ondan razı olsun - rəvayət etmişdir). Bu hədislər onu göstərir ki, Peyğəmbər (səllallahu aleyhi və səlləm) gecə namazını 11 rükət qılardı və bəzən də 13 qılardı. Həmçinin heç vaxt bunlardan artıq sayda qılmayıb. Peyğəmbərin (səllallahu aleyhi və səlləm) 20 rükət qıldığı barəsində gələn hədislər isə çox zəifdir. Bu hədisləri qısa da olsa izah edək. İbn Abbasdan gələn bir hədisdə deyilir ki, “Peyğəmbər (səllallahu aleyhi və səlləm) 20 rükət gecə namazı qıldı və sonra da bir rükət vitr namazı qıldı.” (Bu hədisi İbn Əbi Şeybə rəvayət etmişdir). Bu hədis iki cəhətinə görə çox zəifdir:
- Birinci isnadına görə: Bu hədisin isnadı həddən artıq zəifdir. Çünki bu hədisi bir-birinə ötürərək rəvayət edən ravilərdən biri olan İbrahim ibn Osman barəsində hədis alimləri bir çox sözlər demişlər. Bunların bəzilərini qeyd edək. İbn Həcər “Təqribut-təhzib” əsərində (2/73) demişdir: “Bu ravinin rəvayət etdiyi hədislər tərk olunmalıdır.” Heysəmi “Məcməuz-zəvaid” əsərində (3/172) bu ravi barəsində belə demişdir: “O çox zəifdir.” İbn Main demişdir: “O heç də etibarlı ravi deyildir.” İbn Həcər əl-Heytami “əl-Fətava əl-Kubra” əsərində (1/195) demişdir: “Bu ravi çox zəifdir və hətta özündən bəzi qondarma hədislər də rəvayət etmişdir.” Bütün bunlar onu göstərir ki, bu rəvayət çox zəifdir. Peyğəmbərdən də (səllallahu aleyhi və səlləm) 20 rükət barəsində yalnız bu rəvayət gəlmişdir.
- İkinci: Çox zəif olan bu hədis Aişənin (Allah ondan razı olsun) rəvayət etdiyi səhih hədisə ziddir.
Həmçinin Ömərdən (Allah ondan razı olsun) 20 rükət barəsində gələn rəvayət də zəifdir. Çünki əksər rəvayətlərdə gəlir ki, Ömər (allah ondan razı olsun) təravih namazını 11 rükət qıldı. Bu rəvayətləri Malik “Muvatta” əsərində (1/137); Beyhaqi “Sünən” əsərində (2/89); və başqaları rəvayət etmişdir. 20 rükət qeyd olunan rəvayət bu səhih rəvayətlərə zidd olduğu üçün qəbul olunmur. Həmçinin 20 rükət rəvayəti Aişənin (Allah ondan razı olsun) hədisinə də ziddir. Bütün bunlar onu göstərir ki, nə Peyğəmbər (səllallahu aleyhi və səlləm) nə də Ömər (Allah ondan razı olsun) təravih namazını 11 rükətdən artıq qılmazdı.
3) Hər iki kitabdakı təşəhhüddə Peyğəmbərə (səllallahu aleyhi və səlləm) deyilən salavat belə yazılmışdır: “Allahummə salli alə Muhəmmədin və alə əəli Muhəmməd, kəmə salleytə alə İbrahimə və alə əəli İbrahim innəkə həmidun məcid, və barik alə Muhəmmədin və alə əəli Muhəmməd, kəmə barəktə alə İbrahimə və alə əəli İbrahim, innəkə həmidun məcid.” Xahiş edirik bu kitablara bir daha müraciət edəsiniz.
138. Mehdiyeva Yegane (Baki)
SUAL: Salam men oruc tuturam amma deyirlerki namaz qilmasan oruc tutmaq gunahdir buna baxmayaraq yenede tuturam sizce gunahmi edirem? Allah haminin orucunu qebul etsin Amin!
CAVAB: Cavab: Bu məsələni iki hissəyə bölmək gərəkdir:
- Namazın gərəksiz olduğunu etiqad edən şəxs kafirdir və oruc tutmağın ona heç bir faydası yoxdur; Peyğəmbərdən səllallahu aleyhi və səlləm soruşduqda o demişdir: “Bizimlə onların (kafirlərin) arasında olan əhd namazdır. Hər kim onu tərk etsə, küfr etmiş olar.”
- Səhlənkarlıq ucbatından namazı tərk edən şəxsin orucunun qəbul olub-olunmaması isə Allaha aiddir.
Qeyd etmək lazımdır ki, namaz İslamın beş əsasından biridir. İbn Ömər (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (səllallahu aleyhi və səlləm) dedi: “İslam beş əsas üzərində bina edilmişdir: Allahdan başqa ilahinin olmaması və Muhəmmədin Onun elçisi olmasına şahidlik etmək, namaz qılmaq, zəkat vermək, həcc etmək və Ramazan orucunu tutmaq.” (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir). Bu hədisdən görünür ki, namaz həddi buluğa çatmış ağlı başında olan hər bir müsəlmana vacibdir. Uca Allah buyurur: “Həqiqətən namaz möminlərə bəlli vaxtlarda fərz (vacib) edilmişdir.” (ən-Nisa surəsi 103-cü ayə). Qeyd edək ki, namaz qılmayan şəxs Cəhənnəmə düşə bilər. Uca Allah bu barədə buyurur: “Hər kəs öz əməlinin girovudur! (Hərə öz əməlinin əvəzini alacaqdır!) Sağ tərəf sahibləri (əməl dəftərləri sağ əllərinə verilənlər) istisna olmaqla! Onlar cənnətlərdədirlər; bir-birindən soruşacaqlar; Günahkarlar barəsində (və sonra həmin günahkarlara müraciət edib belə deyəcəklər): "Sizi Səqərə (Cəhənnəmə) salan nədir?" Onlar deyəcəklər: "Biz namaz qılanlardan deyildik;...” (əl-Muddəssir surəsi 38-43).
137. Oxucu (BAki)
SUAL: Slamaleykuma.
Eger bir qadin oruclu iken oz eri ile cinsi elaqede olmadan yuksek sehvet hissi (orqazm) kecirirse orucu batildirmi ve ya bu meselede nece movqe tutmalidir.
Bu cur suallar olur lakin mence bundan utanmaq lazim deyil. Gerek dinimizi oyrenek.
Bu gozel xidmetiniz ucun de Allah sizden razi olsun ki, bu Ramazanda ne qeder muselmanlarin qelbini rahatlandirdiniz.
CAVAB: Və aleykumus-sələm. Öpüşmək və mazaqlaşmaq orucu pozmur. Aişə rəvayət edir ki, Peyğəmbər səllallahu aleyhi və səlləm oruclu ola-ola zövcələrini öpərdi. (Bu hədisi Əhməd rəvayət etmişdir). Lakin öpüşmək və mazaqlaşmaq nəticəsində insandan məni və ya məzi gələrsə o nə etməlidir? Bu suala belə cavab vermək olar. Məni ifraz edən şəxs bunun qəzasını tutmalı və heç bir kəffarə ödəməməlidir. Məzi ifraz edənə gəlincə, qeyd etmək lazımdır ki, bu, ixtilaflı məsələdir. Hənəfi və Şafii məzhəblərinə görə oruc pozulmur. İbn Teymiyyə bu haqda demişdir: “Öpüşmək, mazaqlaşmaq və ya dönə-dönə baxmaq nəticəsində məzi ifraz etmək orucu pozmur.
136. Fuad (Baki)
SUAL: Namazda xushunu artirmaq ucun qaranliq yerde namaz qilmaq olar?
CAVAB: Bu cür etmək bəyənilmir.
135. Fuad (Baki)
SUAL: Namaz qilanda secdede ne qeder qalmaq lazimdir?Cox qalmagin savabi varmi?
CAVAB: Namaz qılanda səcdədə istənilən qədər dura bilərsiniz. Bəli, bunun savabı vardır.
134. sevda (baki)
SUAL: salam men bilmek isteyirem az yasli usaqlarin oruc
tutmasi ne derecede dogrudur allah orucunuzu qebul
etsin
CAVAB: Uşaq həddi buluğa çatdıqdan sonra ona oruc tutmaq vacibdir. Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: “Üç şəxsin üzərindən qələm qaldırılıb (onlara günah yazılmır): Həddi buluğa çatmamış uşaq, ruhi xəstə və yuxuda olan şəxs...” (Bu hədisi Əbu Davud rəvayət etmişdir). Lakin buna baxmayaraq uşaq oruc tuta bilər və əgər oruc tutarsa onun orucu səhihdir və bu orucun savabı həm uşağa həm də valideynə yazılır.
133. teletzade jale (baki)
SUAL: namaz qilan sexs hicab geymese olarmi
CAVAB: Xeyr, olmaz. Hicab taxmaq hər bir müsəlman qadına vacibdir. Uca Allah buyurur: “Mömin qadınlara da de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini qorusunlar (və ya örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun. Boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin);....” (ən-Nur surəsi 31-ci ayə).
132. Aliyeva Gulnar (Baki)
SUAL: MEN GUNDE 3 DEFE SHIE NAMAZI QILIRAM.BU GUNAH DEYIL KI?
CAVAB: Peyğəmbər (səllallahu aleyhi və səlləm) yalnız səfərdə olarkən namazlarını üç vaxtda qılmışdır. Digər vaxtlarda isə hər namazı öz vaxtında qılmışdır. Odur ki, namazları səbəbsiz olaraq gündə üç dəfə qılmaq günahdır. Çünki uca Allah müsəlmanlara beş namaz əmr etmişdir. Hər bir namazın da özünə məxsus qılınma vaxtı vardır. Əgər biz ərəb dilində namazların adlarına nəzər salsaq bunu lap aydın görərik. Ərəb dilində namazın adları ardıcıl olaraq belədir: Fəcr namazı, Zöhr namazı, Əsr namazı, Məğrib namazı və İşa namazı. Namazlara bu adları Peyğəmbər (səllallahu aleyhi və səlləm) vermişdir. Namazların bu adları onların qılınma vaxtlarına dəlalət edir.
- Fəcr sübh çağı deməkdir. Bu namaz sübh vaxtı qılındığı üçün Peyğəmbər (səllallahu aleyhi və səlləm) və səhabələr onu belə adlandırmışlar.
- Zöhr günorta deməkdir. Bu namaz günorta vaxtı qılındığı üçün Peyğəmbər (səllallahu aleyhi və səlləm) və səhabələr onu belə adlandırmışlar.
- Əsr axşam çağı deməkdir. Bu namaz axşam çağı qılındığı üçün Peyğəmbər (səllallahu aleyhi və səlləm) və səhabələr onu belə adlandırmışlar.
- Məğrib günün batması deməkdir. Bu namaz günün batmasından sonra qılındığı üçün Peyğəmbər (səllallahu aleyhi və səlləm) və səhabələr onu belə adlandırmışlar.
- İşa isə gecə deməkdir. Bu namaz gecə vaxtı qılındığı üçün Peyğəmbər (səllallahu aleyhi və səlləm) və səhabələr onu belə adlandırmışlar.
Namazlarını öz vaxtlarında qılmayanlar barəsində uca Allah belə buyurur: “Vay halına o namaz qılanların ki, onlar öz namazlarından qafildirlər (səhlənkarlıqları üzündən namazlarını vaxtlı-vaxtında qılmazlar).” (əl-Məun surəsi 4-cü və 5-ci ayələr).
131. nazim seferov (baki)
SUAL: esselaum aleykum.hahish edirem menim sualima cavab veresiniz.orucu qestden pozmaq kafirlik demekdir?ve eger tovbe edib tezeden tutmaq istesen bu qebul olunarmi?allah razi olsun.
CAVAB: Cavab: Və aleykumus-sələm! Bu məsələni iki hissəyə bölmək gərəkdir:
- Orucun gərəksiz olduğunu etiqad edib onu tərk edən şəxs kafirdir;
- Səhlənkarlıq ucbatından orucu tərk edən şəxs isə kafir deyil sadəcə gühahkar sayılır.
Hər iki şəxs tövbə edib tutmadığı orucların qəzasını tutarsa bu qəbul olunar.
130. SAMIR ()
SUAL: EGER BIR INSANIN BEDENINE CIN GIRIBSE O NE ETMELIDIR
CAVAB: Bu şəxs çoxlu Quran oxumalı (ərəb dilində) və xüsusən də əl-Bəqərə, əl-İxlas, əl-Fələq, ən-Nas surələrini oxumalıdır. Bu şəxs həmçinin bütün zikrləri vaxtlı-vaxtında etməlidir. O cümlədən səhər və axşam zikrlərini, hər namazdan sonra olan zikrləri, yatağa girdikdə edilən zikrləri və s. Bu şəxs həmçinin Allaha da dua etməyi unutmamalıdır. Əgər bu şəxs bütün bu deyilənləri davamiyyətli surətdə yerinə yetirrsə həmin cin ondan uzaqlaşar.
128. Maryam Nagiyeva (Baki)
SUAL: Men shiyelere aid ramazan ayinin teqvimini isteyirem ve men onu bu sayt-da tapa bileremmi? Chox sagolun.
CAVAB: Əs-sələmu aleykum.
Bizim saytımızda müsəlman təqvimi çap olunmuşdur.
127. muselman ()
SUAL: assalamu aleykum
nigah nece baqlanir?(ne lazimdir , ne lazim deyil , bidetler, dualar ve saira)
CAVAB: Və aleykumus-sələm! Nikah aşağıdakı kimi bağlanır:
1) İştirak edənlər: Qızın vəlisi, oğlanın vəlisi, iki şahid və qazı (nikatı kəsən şəxs). Əgər bu şəxslərdən biri olmazsa nikah səhih sayılmır.
2) Nikahın kəsilmə qaydası: Xutbətul-həca (Peyğəmbərin (səllallahu aleyhi və səlləm) cümə xütbəsinə və ya sözə başladıqda oxuduğu dua) oxunur, sonra qızın vəlisindən “Qızını həmin oğlana verməyinə razı olması” barəsində soruşulur və şahidlər buna şahid olurlar, sonra oğlanın vəlisindən “Bunu (qızı oğlana almasını) qəbul etməsi barəsində” sorusulur və şahidlər buna şahiq olurlar. Beləliklə kəbin mərasimi sona yetir.
126. MURADOVA NUSHABA (BAKI)
SUAL: RAMAZAN AYINDA TOY ETMEK OLAR?
CAVAB: Bəli, Ramazan ayında harama yol verməmək şərti ilə iftardan (yəni gün batandan) sonra toy etmək olar.
125. Sevda Askerova (Baki)
SUAL: Salam! Suallarima cavab verdiyiniz ucun SIZE teshekkur edirem. Men Bilmek Isterdim ki, DUHA ve VITR namazlarinda hansi dualardan ve Harda oxumaq olar?
CAVAB: Duha namazı üçün xüsusi bir dua yoxdur. Odur ki, bu namazda uca Allaha istədiyiniz duaları edə bilərsiniz. Bu və ya digər namazlarda duaları səcdədə etmək daha yaxşıdır. Vitr namazına gəlincə bu namazda edilən xüsusi dualar vardır. Bu dualar rukudan qalxdıqdan sonra əllər göyə qaldırılaraq edilir. Bu duaları öyrənmək üçün “Müsəlmanın qalası” kitabına müraciət edə bilərsiniz.
124. ()
SUAL: Seher yemeyinin vaxtinin cixmasina az qalmish halda, eyer insan cunub halindadirsa ve iki emelden birini elemek mecburiyyetinde qalmishken, azana qeder qusl etmek vacibdir, yoxsa yemek yemey. ALLAH RAZI OLSUN
CAVAB: Əgər hər hansı bir şəxs Ramazan ayında dan yeri ağarana yaxın oyanıbsa və boynunda da cənabət qüslü varsa onun səhuru (səhər yeməyini) önə çəkməsi daha əfzəldir. Çünki Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: “Dan yeri ağarana yaxın səhur edin! Həqiqətən, səhurda bərəkət var.” (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir). Qüslün vaxtı geniş olduğundan onu dan yeri ağardıqdan sonra da edə bilər. Onun bu cür qüsl etməsi oruca heç bir xələl gətirmir. Aişə və Ummu Sələmə (Allah onların hər ikisindən razı olsun) rəvayət edir ki, “Peyğəmbər səllallahu aleyhi və səlləm dan yeri ağardıqdan sonra cənabət halında oyanar və sonra qüsl edib oruc tutardı.” (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir). Bu hədis onu göstərir ki, qüsulsuz olmağın oruca heç bir təsiri yoxdur.
123. Haji_Pasol (Baki)
SUAL: Essalamu eleykum
bir daha bayraminiz mubarek
men bilmek isterdim ki orucun 5-ci gunu bashlayib tutandan sonra kechen gunlerin yeri ne etmeliyem
diqqetinize gore saolun
CAVAB: Və aleykumus-sələm. Siz tutmadığınız günlərin qəzasını Ramazan ayından sonra tutmalısınız. Uca Allah buyurur: “(Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir. (Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar...” (əl-Bəqərə surəsi 184-cü ayə).
122. Leyla (Baki)
SUAL: Salam aleykum ! size novbeti sualim beledir: Men 5-6 ay once gozel royalar gorurdum. ama indi bele royalar gormurem. hetta heftelerle olur ki roya gormurem. bunun sebebi mence odur ki, men gorduyum royalari refiqelerime tanishlarima danisirdim. ve onlar da heyrete gelirdiler. belke de allahin mene acigi tutub. belke de men gerek o royalarimi hech kime danishmayaydim. bes sizin buna fikriniz necedir???salam aleykum!
CAVAB: Və aleykumus-sələm! Bunun səbəbini Allahdan başqa heç kəs dəqiq deyə bilməz.
121. Hafiz Qeder (Baki)
SUAL: Assalamu Aleykum.Bilmek isterdim ki, birinin digerine imam durmasi uchun hansi shertler vacibdi.
Chox saq olun.Ramazan ayiniz mubarek.
CAVAB: Və aleykumus-sələm. Qurani Kərimi və eyni zamanda dini əhkamları daha çox bilən imam durmalıdır.
120. Leyla (Baki)
SUAL: Niye gore bezi insanlar namazi mohur ile qilirlar?? ve buna subutunuz. Halbuki hedislerden de bize melumdur ki, Muhammed Peygember (s.e.s) namazi qilarken sag elini sol elinin ustune qoyub ve mohursuz qilib. Bu hedisleri ve bilgileri men sizin saytinizdan goturmushem. ve kim onlara icaze verib ki, Peygemberin sunnetini yalnish anlasinlar ve hetta ozlerini temize cixarsinlar?
«Allaha tərəf qayıdacağınız gündən qorxun! (O gün) hər kəsə gördüyü əməlin əvəzi veriləcək və (haqsız yerə) zülm olunmayacaqdır!» (2/əl-Bəqərə/281) allah razi olsun! tezlikle cavabimi bekleyirem. salam aleykum!
CAVAB: Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) möhürsüz namaz qılmışdır. Elə ona görə də möhürlə namaz qılmaq dində yenilikdir. Uca Allah bizim dinimizi tamamladıqdan sonra bu dinə edilən əlavələr rədd olunur. Uca Allah əl-Maidə surəsinin 3-cü ayəsində belə buyurur: “...Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim...” Həmçinin Peyğəmbər (səllallahu aleyhi və səlləm) belə demişdir: “Bizim işimizə [dinimizə] müvafiq olmayan bir əməl edən kimsənin etdiyi əməl rədd edilir.” (Bu hədisi Muslim rəvayət etmişdir).
119. Hafiz Qeder (Baki)
SUAL: Assalamu Aleykum.Ramazan ayiniz mubarek olsun.
Men bilmek isterdim ki, Teravih namazini 8 rukat qilmaq caizdirmi?Deqiq bilmirem amma men bu barede Hedisi-Sherife de oxumusham.Ancaq sehih olduqunu bilmirem.Ona gore de size muraciet etdim.
Evvelceden minnetdarliq edirem.Allah amaninda.
CAVAB: “Təravih” - istirahət, dincəlmək deməkdir. Müsəlmanlar təravih namazında hər dörd rükətdən sonra dincəldiklərinə görə belə adlanmışdır. Bu namaz adi hallarda (digər aylarda) qılınan gecə (qiyamul-leyl) namazıdır. Odur ki bu namazı işa namazından sonra sübh namazına qədər olan vaxt ərzində qılmaq olar. Təravih namazı müxtəlif şəkillərdə qılınır və sonunda bir rükət olaraq vitr namazı ilə tamamlanır. Bu namaz 8 rükət də qılına bilər. Belə ki, 8 rükət qılıb sonra vitr namazı ilə onu 9-a tamamlayırsan. Bu barədə olan hədisi Muslim Aişədən (Allah ondan razı olsun) rəvayət etmişdir.
119. SEVINC (BAKI)
SUAL: SALAM MENI MARAQLANDIRI NE UCUN BIZI YARADAN ALLAH YALNIZ IBRAHIM PEYGEMBERLE BIR BASA ELAQE YARADIB AMMA O BIRI PEYGEMBERLERLE YOX
CAVAB: Və aleykumus-sələm. Uca Allah hər Peyğəmbərə bir möcüzə vermiş və həmçinin birini digərindən üstün etmişdir. Məsələn: 1) Süleyman peyğəmbərə bütün heyvanların dilini bilmə möcüzəsini vermiş və həmçinin bütün cinləri ona tabe etmişdir. Uca Allah buyurur: “Süleyman Davuda (peyğəmbərlikdə, elmdə və mülkdə) vərəsə oldu və dedi: "Ey insanlar! Bizə quş dili öyrədildi və (peyğəmbərlərə, padşahlara nəsib olan) hər şeydən verildi. Bu, həqiqətən açıq-aşkar bir lütfdür!" (Bir gün) Süleymanın cinlərdən, insanlardan və quşlardan ibarət qoşunu toplandı. Onlar cərgə-cərgə düzülüb (nizamla) gedirdilər.” (ən-Nəml surəsi 16, 17-ci ayələr).
2) Musa peyğəmbərə əsasını yerə atdıqda ilana çevrilmə və əlini qoynuna salıb çıxartdıqda ağappaq olma möcüzəsini verdi. Həmçinin uca Allah (İbrahim peyğəmbərlə deyil) Musa peyğəmbərlə birbaşa özü danışmışdır. Uca Allah buyurur: “Ya Musa! Yenilməz qüvvət, hikmət sahibi olan Allah Mənəm! Əsanı (yerə) at! (Musa əsanı yerə atdı). O, (əsanın) ilan kimi qıvrıldığını gördükdə dönüb qaçdı, heç dala da baxmadı. (Biz ona belə buyurduq: ) "Ya Musa, qorxma! Peyğəmbərlər Mənim hüzurumda qorxmazlar. Yalnız (günah etməklə özünə) zülm eləyən (qorxmalıdır). Lakin (pislik etdikdən) sonra tövbə ilə pisliyi yaxşılığa çevirən kəs (bilsin ki, Mən beləsini) bağışlayanam, rəhm edənəm! Əlini qoynuna (köynəyinin yaxasına, yaxud qoltuğunun altına) qoy ki, Firona və onun tayfasına göndərilən doqquz möcüzədən biri olaraq eyibsiz-qüsursuz ağappaq (parlaq bir nur kimi) çıxsın. Həqiqətən, onlar (Allahın itaətindən çıxmış) fasiq bir camaatdır!" (ən-Nəml surəsi 9, 10, 11 və 12-ci ayələr). Digər ayədə isə belə buyurur: “Və Allah Musa ilə sözlə (arada heç bir başqa vasitə olmadan) danışdı.” (ən-Nisa surəsi 164-cü ayə).
3) Uca Allah İsa peyğəmbərə də möcüzələr vermişdir. Uca Allah buyurur: “(İsa onlara deyəcək: ) "Mən, həqiqətən, Rəbbinizdən sizə möcüzə gətirmişəm. Sizin üçün palçıqdan quşa bənzər bir surət düzlədib ona üfürərəm, o da Allahın izni ilə quş olar. Anadangəlmə korları, cüzam xəstəliyinə tutulanları sağaldar və Allahın izni ilə ölüləri dirildərəm. Mən evlərinizdə yediyiniz və yığıb saxladığınız şeyləri də sizə xəbər verərəm. Əgər möminsinizsə, bunda (söylədiklərimdə peyğəmbər olduğuna) bir dəlil vardır.” (Ali-İmran surəsi 49-cu ayə).
Uca Allah həmçinin Muhəmməd peyğəmbərə də (səllallahu aleyhi və səlləm) çoxlu möcüzələr vermişdir. Onun ən böyük möcüzələrindən biri Qurani Kərimdir. Əgər Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) möcüzələri barəsində danışsaq qurtara bilmərik.
Nəhayət sonda onu qeyd etmək istəyirəm ki, uca Allahın hər bir peyğəmbərə bir möcüzə verməsi onların birini digərindən üstün tutması ilə əlaqədardır. Bu barədə uca Allah buyurur: “(Ya Rəsulum!) Bu peyğəmbərlərin bəzisini digərindən üstün etdik. Allah bunlardan bəzisi ilə danışmış, bəzisinin isə dərəcələrini yüksəltmişdir.” (əl-Bəqərə surəsi 253-cü ayə).
Qeyd: Uca Allah həmçinin Peyğəmbərimizlə (səllallahu aleyhi və səlləm) də (o Meracda olarkən) birbaşa danışmışdır. Bu barədə bir çox hədislər mövcuddur.
118. tural Gadimalizade (baki)
SUAL: Oruc olan adamin yaninda yemek yemek gunahdir?
CAVAB: Əgər bu şəxs üzrlü səbəbdən orucunu pozaraq yemək yeyirsə onda ona günah yazılmır. Lakin bu şəxsin gizlində yemək yeməsi daha yaxşı olardı. Yox, əgər bu şəxs üzrsüz səbəbdən orucunu pozaraq yemək yeyirsə onda ona iki şeyə görə günah yazılır. 1) Bu şəxsə, üzrsüz səbəbdən orucunu tərk etdiyinə görə günah yazılır. Odur ki, həmin şəxs bu əməlinə görə Allaha tövbə etməli və həmin günün qəzasını sonradan tutmalıdır. 2) Bu şəxsə həmin günahı insanların gözü önündə etdiyinə görə də günah yazılır.
Mustəqil Islam saytı. Materiallardan istifadə etdikdə istinad vacibdir. Sayt 1422-ci (2001) hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət gostərir. e-mail: mail@azerislam.com. ICQ #99931111