... Bu gün dininizi sizin üçün kamil etdim,
    sizə olan nemətimi tamamladım və sizin üçün
    din olaraq islamı bəyənib seçdim ... [ Əl-Maidə, 3 ]

Əsas menü
ANA SƏHİFƏ

Xidmətlər
Azərislam barəsində dostuna xəbər ver
 
Son xəbərlərə yazıl
 

Statistika


Dost saytlar

Put k Koranu. Sayt Kuliyeva Elmira

Iravan.com


Yeniliklər
Sual-cavab arxivindən cavablanmış 312 sual.

  daha ətraflı

بسم الله الرحمن الرحيم

770. Humeyra (Baku)

SUAL: AsSalamu alaikum wa RahmatuLLahi wa Barakatuhu!
Qadin aile qurarken heyat yoldasinin familini goture bilermi? Zehmet olmazsa, delilleri gosterin.
Jazak Allahu Hairan.
WasSalam

CAVAB: Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.
Azərbaycanda hər bir şəxsin familyası onun nəsəbini (yəni, hansı nəslə mənsub olduğunu) bildirir. İslam dininə görə də nəsəbi dəyişdirmək qadağandır. Ona görə də hər hansı bir qadın və ya kişi öz familyasını dəyişdirə bilməz. Əbu Zərr (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbərin (səllallahu aleyhi və səlləm) belə dediyini eşitdim: “Bilərəkdən özünü atasından qeyrisinə mənsub edən kişi küfr etmiş olur. Kim də özünü mənsub olmadığı bir qövmə (nəslə) mənsub edərsə Cəhənnəmdə kürsüsünün hazır olduğunu bilsin.” (Bu hədisi Buxari (3317-ci hədis) rəvayət etmişdir).
Azərbaycanda familya nəsəbi bildirdiyi üçün deyə bilərik ki, kim familyasını dəyişdirib başqasının familyasını götürərsə, o şəxs artıq özünü həmin nəslə mənsub etmiş sayılır. Odur ki, Peyğəmbərimiz bunu qadağan etmişdir.
Allah sizi də xeyirlə mükafatlandırsın. Və aleykumus-sələm.


769. Abdullah (Baki)

SUAL: Assalamu aleykum!

Gardash, size bir sualim da var.
Uca Allah deyib: «Orada gözlərini (yalnız ərlərinə) dikmiş, bundan əvvəl özlərinə heç bir ins-cins (insan və cin) toxunmamış qadınlar vardır. Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?! Onlar (o qadınlar rəng və gözəllikcə) sanki yaqut və mərcandırlar» (ər-Rəhman,56-58). Uca Allah, həmçinin deyib: «Orada xoş xasiyyətli, gözəl üzlü qadınlar vardır. Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?! Çadırlarda gözlərini (yalnız öz ərlərinə) dikmiş hurilər vardır» (ər-Rəhman,70-72). O həm də deyib: «Şübhəsiz ki, Biz onları (huriləri) başqa cür (yeni bir yaradılışla, doğulmadan) yaradacağıq! Onları bakirə qızlar, ərlərini sevən, həmyaşıdlar edəcəyik» (əl-Vaqiə, 35-37).

Mn bilmek isterdim Cennete dushecek qadinlar haqqinda ne diye bilersiniz, sozsuz ki, yuxaridaki ayelerde yalniz huriler tesvir olunur. Bes dunya heyatinda Allah (S W T)-nin hidayet verdiyi momineler?

Allah sizden razi olsun.
Assalumu aleykum va rahmatullahi va barakatuh!

CAVAB: Və aleykumus-sələm.
Bu barədə heç bir səhih məlumatımız yoxdur.

768. Abdullah (Baki)

SUAL: Assalamu aleykum!

Gardashlar, xahish edirem bu ayeleri (103 ve 104)mene basha salasiniz:
102. Surun (ikinci dəfə) çalınacağı və günahkarları (qorxudan, yaxud susuzluqadan) gözləri göm-göy göyərmiş (və ya gözləri kor olmuş, üzləri qapqara qaralmış) halda məhşərə gətirəcəyimiz gün
103. Onlar öz aralarında pıçıldaşıb bir-birinə: "(Dünyada) cəmi on gün qaldınız!" deyəcəklər.
104. Biz onların nə danışacaqlarını da yaxşı bilirik. Onların ən ağıllısı: "(Dünyada) cəmisi bir gün qaldınız!" - deyəcək. (Taha surəsi)

Allah sizden razi olsun.
Assalamu aleykum va rahmatullahi va barakatuh!

CAVAB: Və aleykumus-sələm.
Bu ayələr vasitəsi ilə uca Allah insanlara onu bildirmək istəyir ki, müvəqqəti olan bu dünya həyatı əbədi olan axirətə nisbətdə müqayisə olunmazdır. Bu barədə bir çox ayələr mövcuddur:
Uca Allah buyurur: “(Allah qiyamət günü kafirlərə) belə buyuracaqdır: "Yer üzündə neçə il qaldınız?" Onlar: "Bir gün, bir gündən də az, hər halda, sayanlardan (insanların əməllərini sayan mələklərdən) soruş!" - deyə cavab verəcəklər. Allah buyuracaq: "Əgər (həqiqəti) bilirsinizsə, siz (orada) çox az qaldınız! (Dünya həyatı axirət həyatı ilə müqayisədə olduqca qısadır).” (əl-Muminun surəsi 112, 113 və 114-cü ayələr).
Başqa bir surədə isə belə deyilir: “Qiyamət qopacağı saat günahkarlar (qəbirlərində və dünyada) bir saatdan artıq qalmadıqlarına and içərlər...” (ər-Rum surəsi 55-ci ayə).
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.

767. Muselman (Baki)

SUAL: Assalamun Aleikum Wa Rahmatullahi Wa Barakatuh.Hormetli Muselman Qardashlar men size bele bir sualla muraciet etmek isterdim.Peygemberimiz (s.a.v) choxlu hedisler gelib bize chatib men bilmek isterdim onalrin sehih ve ya zeif oldugunu nece sechmek olar.

CAVAB: Və aleykumus-sələmu və rahmərullahi və bərakətuhu.
Səhih: Bu kəlmə [ صَحِيحٌ ] lüğətdə müxtəlif mənalarda istifadə olunur. Məsələn: Sağlam, möhkəm, qıvraq, gümrah və s.
İstilahi mənada isə - səhih hədis, “isnadının əvvəlindən axırına qədər dəqiq olan insaflı ravinin aramsız, sapdırmadan [şazz olmadan] və qüsursuz [müəlləlsiz] olaraq özü kimisindən xəbər verdiyi hədisdir”.

Bu tərifi beş hissəyə bölüb şərh etmək olar:
a) isnadın aramsız olması: yəni isnadın əvvəlindən axırına qədər hədisin ravilərindən hər biri onu özündən əvvəlki ravidən bilavasitə götürmüş [eşitmiş] olsun;
b) ravinin insaflı olması: yəni hədisin ravilərindən hər biri müəyyən dəyərlərə malik olmalıdır. Belə ki, o müsəlman, həddi-büluğa çatmış, şüurlu olmalı, fasiq və əxlaqsız olmamalıdır;
v) ravinin dəqiq olması: yəni hədisin ravilərindən hər biri tam dəqiq olmalıdır. Belə ki, onun ya yaddaşı möhkəm olmalı, ya da yazdıqlarını qorumaqda dəqiq olmalıdır;
q) şazz olmaması: Hədis şazz olmamalıdır. Belə ki, rəvayəti “məqbul” [“səhih”, yaxud “həsən”] sayılan ravinin özündən də nüfuzlu raviyə müxalif olması şazz adlanır.
d) müəlləl olmaması: Hədisdə [sənəddə və ya mətndə] “illə” olmamalıdır. “İllə” hədisin mötəbər olmasında naqislik əmələ gətirən gizlin, anlaşılmaz səbəbdir.
Hədisin səhih olduğunu bilmək üçün bu beş şərtin beşini də həmin hədisə tətbiq etməlisiniz.

766. Ismayil (BAKI)

SUAL: Salam aleykum. Xaish edirem mene abubekr mescidinin sayt adresini yazasiz.Cox sag olun.

CAVAB: Və aleykumus-sələm.
Əbu Bəkr məscidinin saytı belədir: abubakr-mescidi.com

765. Kirxan Ulucay (Baki)

SUAL: Salam aleykum eziz gardashlar ve bacilar!Men Islam dininde demek olar ki tezeyem,baxmayarag ki 8 il namaz giliram,chunki,yalniz iki ildir islamin elmile tanish olmusham.Men sozsuz ki Allahin ferz buyurduglarini gebul edirem.Ama men hech cur hicab geyine bilmerem.Men ailemi saxlayiram ve hicab giyinmeyim menim ishden chixmagimla sinonim olacag,chunki burada hech cur bu mumkun deil.Menim heyat yoldashim da namaz gilir ve hech bir dene de cuma namazini buraxmir,gece elave namazdarini gilir ve hegigeten yaxshi muselmandir.Onun hemin problemi var,o saqqal saxlaya bilmez ve ishile elaqedar ichkili meclislerden ne qeder de gachsa o mecburiyyet qarshisinda xaricilerle tedbirde ishtrak etmelidir.Men hetta eminem ki menim Allahim Merhemetlidir ve hicabsiz gezdiyime gore cehennemde yanmayacagam ve Guranin 7 suresinde 26 ayesinde yazar: "Ey Adem evladi, sizi ayib yerlerinizi ortmek uchun paltar gonderdik,habele bezek paltari gonderdik. Teqvaliliq paltari her bir paltardan daha yagshidir. Bu Allahin ayelerinin biridir belke oyud alalar." Eziz gardashlarim ve bacilarim sizden cox xahish edirem islami insanlari gorxudarak ve psixoloji tezyiq altina goyarag,"bu yalniz beledir" diye teblig etmeyin.Chunki insana her shey pille pille gelir ve bazen bu kategorik yanashma chox insanlari Islamdan irgendirir,harada ki Allah ozu Guranda hech bir defa de "mecbur" sozunu ishletmir ve guranda buyurub: "Biz sene en asandini verdik ya Muhammed" ve "Gurandan yalniz bacardigin geder gotur"ve s.Nedense cox adamlar hech bu ayeleri defelerle tekrarlamirlar,ve Islami derk ederek beraber elmle meshgul olmurlar,ve insanlari bu yolnan Islama getirmek istemirler.Chunki Islam onun elmini derk eden uchun tam azadlig verir ve Allahdan bashga hech kesten gorxmamag menasini achir,ve pirler,oluler,mollalar,ruhlar,falchilardan azad edir.Insanlari Gurani Kerimle bash basha goymag,tarixi basha salmag,yalniz o kitaba mehebbetini yoneltmek lazimdir.Ve unutmag lazim deil ki "koleler"kimi hal artig yer uzunde yoxdur olsa da belke besheriyyetin hech 1% da hell etmez.Belke bununla her sheyi Bilen Allah ozu gostermek isteyib ki her shey 7esrde kimi gala bilmez.Sehvlerime gore uzurlu hesab edin.Sag olun ki varsiniz.Allah her birimize Oz elminden nesib etsin! Salamu aleykum va rahmatullahi va barakatuhu

CAVAB: Və aleykumus-sələm.
Bəli, İslam dinində məcburiyyət yoxdur. Uca Allah buyurur: “Dində məcburiyyət (zorakılıq) yoxdur. Artıq doğruluq (iman) azğınlıqdan (küfrdən) ayırd edildi...” (əl-Bəqərə surəsi 256-cı ayə).
Bu o deməkdir ki, heç bir şəxs başqasına bir şeyi məcbur edə bilməz. Lakin bu o demək deyil ki, biz insanlara haqqı çatdırmamalıyıq, yoxsa insanlar birdən islam dinindən qaçarlar. Bu cür şeyləri şeytan insanların fikrinə salır ki, insanlar həqiqi dindən uzaq olsunlar. Çünki, şeytan yaxşı bilir ki, əgər bütün müsəlmanlar Allahın dininə layiqincə əməl etsələr, Allah onlara kömək olacaq və İslam dini yer üzərində hakim olacaqdır. Uca Allah buyurur: “Ey iman gətirənlər! Əgər siz Allaha (Allahın dininə və Peyğəmbərinə) yardım göstərsəniz, O da sizə yardım göstərər və sizi sabitqədəm (cihadda möhkəm, qüvvətli) edər.” (Muhəmməd surəsi 7-ci ayə).

Elə buna görə də şeytan hər bir vasitə ilə insanları haqq dindən yayındırır və onları hər bir vasitə ilə Allahın əmrlərini yerinə yetirməkdən uzaqlaşdırır.
Siz sualınızda belə bir ayə qeyd etmisiniz. Uca Allah buyurur: “Ey Adəm oğulları! Sizə ayıb yerlərinizi örtəcək bir geyim və bir də bəzəkli libas (və ya mal-dövlət) nazil etdik. Lakin təqva libası daha yaxşıdır (xeyirlidir). Bu, Allahın ayələrindəndir ki, bəlkə, (onunla) öyüd-nəsihətə qulaq asasınız.” (əl-Əraf surəsi 26-cı ayə).
Sonra da bu ayəni öz bildiyiniz kimi, izah etmisiniz ki, hicab bağlamaq vacib deyildir. Çünki, təqva libası ondan daha xeyirlidir. Bu ayənin belə bir izahatını ilk dəfə sizdən eşidirik. Söz yoxdur ki, təqva (Allahdan qorxmaq) hər şeydən üstündür. Uca Allah buyurur: “...Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir). Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır.” (əl-Hucurat surəsi 13-cü ayə).

Məgər hər hansı bir əməlin o birindən xeyirli olması o deməkdir ki, birinci əməli etmək vacib deyildir? Axı uca Allah Qurani Kərimdə bir neçə ayədə baş bağlamağı qadınlara vacib etmişdir. Uca Allah buyurur: “Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin);..” (ən-Nur surəsi 31-ci ayə).
Başqa bir ayədə isə belə buyurur: “Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin övrətlərinə de ki, (evdən çıxdıqda cariyələrə oxşamasınlar deyə, bədənlərini başdan-ayağa gizlədən) örtüklərini örtsünlər. Bu onların tanınması (cariyə deyil, azad qadın olduqlarının bilinməsi) və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhm edəndir!” (əl-Əhzab surəsi 59-cu ayə).

Bütün bu ayələr onu göstərir ki, baş bağlamaq uca Allahın əmridir. Allahdan qorxan şəxs də Onun bu əmrinə dərhal əməl edər və başını bağlayar. Elə əsl təqva da bu sayılar. Yoxsa ki, təqva daha xeyirlidir deyib, başını açanların dedikləri ilə əməlləri düz gəlmir. Allahın əmrlərinə laqeyd yanaşan insan necə təqvalı ola bilər!? Axı təqva Allahdan qırxub onun əmrlərini yerinə yetirmək deməkdir.
Uca Allah onun əmrlərini yerinə yetirməkdən boyun qaçıranları hədələyərək belə demişdir. Uca Allah buyurur: “(Ya Rəsulum!) Söylə: "Allaha və Peyğəmbərə (Onun Peyğəmbərinə) itaət edin! Əgər üz döndərərsinizsə, şübhəsiz ki, Allah da kafirləri (haqdan üz çevirənləri) sevməz!” (Ali İmran surəsi 32-ci ayə).
Əgər uca Allah və Onun Rəsulu hər hansı bir şeyi əmr edirsə və ya nəyisə qadağan edirsə heç bir şəxsə yaraşmaz ki, həmin əmələ öz ixtiyarı ilə əməl etsin. Uca Allah buyurur: “Allah və Peyğəmbəri bir işi əmr (hökm) etdiyi zaman heç bir mömin kişiyə və qadına öz işlərində başqa yol seçmək (öz ixtiyarları ilə ayrı cür hərəkət etmək) yaraşmaz. Allaha və Onun Peyğəmbərinə asi olan kəs, şübhəsiz ki, (haqq yoldan) açıq-aydın azmışdır! (əl-Əhzab surəsi 36-cı ayə).

Saqqal saxlamağa gəlincə də eyniylə yuxarıda qeyd etdiyimiz sözləri deyirik. Saqqal saxlamaq barəsində Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) belə demişdir: “Saqqallarınızı uzadın (əl vurmayın), bığlarınızı qısaldın ki, məcusilərə (oda sitayiş edənlərə) müxalif olun.” Bu hədis onu göstərir ki, saqqal saxlamaq vacibdir. Çünki, bu Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) əmridir. Hər bir müsəlman da Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) əmrlərini yerinə yetirməlidir.
Uca Allah Qurani Kərimdə möminlərə əmr edərək belə buyurmuşdur: “Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin” (əl-Həşr surəsi 7-ci ayə).
Başqa bir ayədə də belə demişdir: “...Onun (Allahın, yaxud Peyğəmbərin) əmrinə qarşı çıxanlar başlarına gələcək bir bəladan, yaxud düçar olacaqları şiddətli bir əzabdan həzər etsinlər!” (ən-Nur surəsi 63-cü ayə).
Saqqal saxlamağın hikməti odur ki, müsəlman özünü məcusulərə oxşatmasın. Kim özünü bir qövmə oxşadarsa həmin şəxs onlardan sayılır. Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Kim özünü bir qövmə oxşadarsa, o, onlardandır.”

Həmçinin kişi saqqal saxlayır ki, qadınlardan fərqlənsin, özünü onlara oxşatmasın.
Saqqal barəsində onu da deyə bilərik ki, bütün dahi alimlərin hamısı saqqal saxlamışlar. O ki qaldı insanların onu yaxşı və ya pis qarşılamalarına, onu deyə bilərik ki, bizi yalnız Allahın bizi necə qarşılaması maraqlandırır. Əgər biz hər bir insanın dediyi ilə oturub dursaq, onda yolumuzu azmış olarıq. Çünki, bizi çoxluq maraqlandırmır. Əgər çoxluğu götürsək onda gərək İslam dinindən çıxıb, kafir və ya müşrik olaq. Çünki, dünyanın əksəriyyətini onlar təşkil edirlər. Uca Allah çoxluğa tabe olmaq barəsində belə buyurur: “Əgər yer üzündə olanların çoxuna itaət etsən, onlar səni Allahın yolundan azdırarlar. Onlar ancaq zənnə uyar və ancaq yalan danışarlar! Şübhəsiz ki, yolundan azanları ən yaxşı tanıyan Rəbbindir. Haqq yola yönələnləri də ən yaxşı bilən Odur!” (əl-Ənam surəsi 116-cı və 117-ci ayələr).
Odur ki, biz yalnız uca Allahın və Onun Peyğəmbərinin (səllallahu aleyhi və səlləm) əmrlərini və qadağalarını insanlara çatdırırıq. Biz heç kəsi məcbur etmirik ki, onlara əməl etsinlər. Kim Allahın və Onun Peyğəmbərinin (səllallahu aleyhi və səlləm) əmrlərini yerinə yetirib qadağalarından çəkinərsə onu Cənnət gözləyir. Kim də bunlardan boyun qaçırarsa bilsin ki, Allahın əzabı şiddətlidir. Allah heç kəsi məcbur etmir.
Allah bütün müsəlmanları Onun əmrlərini layiqincə yerinə yetirənlərdən etsin! Amin!!!

764. Abdullah (Essen)

SUAL: Assalamu aleykum va rahmatullahi va barakatuhu.
Hormatli sheyx manim 1 anam va 2 bacilarim var atam vafat edib. Mən evin böyüyüyəm. Evdə həmişə dəvət aparıram amma nəticə yoxdur, anam xristiandır nə edim səbr edirəm, davam ediram bəlkəm bacılarım haçansa mömin olacaq. Mən onlara əmr eda bilmərəm ki hicab taxsinlar va musiqiyə qulaq asmasinlar. Sizcə bu zülmdür? Axı Islam məcburi deyil. Amma mən evi tərk etmək istəyirəm cünki orda şəkillar var və anam orada ikona qoyur. Yəni İsa (a) guya shakilidir. İstəyirəm Allah yollunda köcüm və cihad edim va tərk edim bu fitnə dolu dövləti. Amma baxiram Peyğəmbərin (s.a.s.) həyatına. O çox sabr edirdi, həmişə dəvət edib və rəhmli olub. Mədinədə yaşayan yəhudi və xristianlara qarşi. Onları öldürməzdi, cünki ISLAM dini rəhm dinidir. Bəlkəm onlarin nəslindəm kimisə müsəlman olardi. Anam mənə çox acıdır. Çünki mənim 14 yaşım olanda mən onun xaçını sındırdım. Mənim öz ailəmə yazığım gəlir. Çünki Böyük Allaha ibadət etmirlər. MƏN NƏ EDIM? Qalım, yoxsa tərk edim. Bu məktubu sizə yazıram ki, siz qərarı Quran va Sünnə üzərində çıxardasınız. Hörmatli şeyx ürəyim hər gün ağrıyır. Anam deyir ki, evlən. Amma kiminlə müşrik və yarı lüt geyinən qizla!!!!!!!!!!!!! Yox, elə olmaz şükür Allaha, mənə hidayət verib. Əgər Islamda özunə qəsd haram olmasaydi mən bu maktubu sizə yazmazdım. Hörmətlə Abdullah. Allah sizdən razı olsun cavabı mənim e-mailimə göndərməyinizi xahiş edirəm. Allah bizi Rəsulla birlikdə kövsərdən içənlərdən etsin.

CAVAB: Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.
Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) dövründə də bəzi müsəlmanların valideynləri müşrik idilər. Lakin onlar öz valideynlərinə dünyavi işlərdə tabe olurdular. Allaha asi olan işlərdə isə onlara tabe olmurdular. Bununla bərabər onlar öz valideynlərinim daima İslam dininə dəvət edirdilər. Odur ki, siz də valideyninizlə birgə qalın və onu daima İslam dininə dəvət edin və ona yalnız dünyavi işlərdə (Allaha asi olmayan işlərdə) tabe olun. Uca Allah buyurur: “Biz insana ata-anasına (yaxşılıq etməyi, valideyninə yaxşı baxmağı, onlarla gözəl davranmağı) tövsiyə etdik. Anası onu (bətnində) çox zəif bir halda daşımışdı. (Uşağın süddən) kəsilməsi isə iki il ərzində olur. (Biz insana buyurduq: ) "Mənə və ata-anana şükür et. Axır dönüş Mənədir! Əgər (ata-anan) bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, (bu işdə) onlara itaət etmə. (Qalan) dünya işlərində onlarla gözəl keçin (onlara itaət et)...” (Loğman surəsi 14, 15-ci ayələr).
Həmçinin uca Allahdan da ona hidayət verməsini diləyin. Evdə olan şəkillərə gəlincə, siz öz otağınızdakı şəkilləri çıxarıb orada namaz qıla bilərsiniz.

Sizə də məsləhətimiz budur ki, evləndikdə başı bağlkı, müsəlman qızla evlənin. Uca Allah buyurur: “Allaha şərik qərar verən (Onu inkar edən) qadınlar imana gəlməyincə onlarla evlənməyin! Əlbəttə, Allaha iman gətirmiş bir cariyə, gözəlliyinə heyran olduğunuz bir müşrik bir qadından daha yaxşıdır. Həmçinin müşrik kişilər Allaha iman gətirməyənə qədər mömin qadınları (onlara) arvadlığa verməyin! Əlbəttə, Allaha iman gətirən bir kölə camalına məftun olduğunuz müşrik bir kişidən daha xeyirlidir. Onlar (müşrik qadınlar və kişilər) sizi Cəhənnəmə çağırdıqları halda, Allah sizi Öz izni ilə Cənnətə, məğfirətə (bağışlanmağa) çağırır və yaxşı düşünüb ibrət almaları üçün insanlara hökmlərini aydınlaşdırır.” (əl-Bəqərə surəsi 221-ci ayə).
Allah sizdən də razı olsun.
Allah sizin ailənizə hidayət versin! Amin!!!

763. V.Azer (Baki)

SUAL: Salam aleykum gardashlar.
1.Bir gizla oglan nishanlidirlarsa kebinsiz bir-birine namehremdir ya yox? Allah razi olsun

CAVAB: Və aleykumus-sələm.
Bəli, kəbinsiz həmin qızla oğlan bir-birilərinə naməhrəm sayılırlar. Sizin sualdan öncə verilən sualın cavabında bunu izah etmişik. Allah sizdən də razı olsun.

762. S. M. (Sumgayit)

SUAL: Salam
Men bir sheyi deqiqleshdirmek isteyirem
Toylarina cox az vaxt qalan ve bir-birini cox seven nishanli oglan ve qiz bir-birine mehremdir yoxsa namehrem?
Evvelceden teshekkurumu bildirirem, ALLAH Amaninda

CAVAB: Və aleykumus-sələmş
Həmin oğlanla qız kəbinləri olana qədər bir-birilərinə naməhrəm sayılırlar. Odur ki, nə qədər ki, onların kəbinləri yoxdur, onlar bir-birilərinə naməhrəmdirlər.
İndiki dövrdə bəzi insanlar kəbinləri olmadan evlənib, ailə qururlar. Lakin bu evlənmə Allah dərgahında qəbul olunmur. Çünki, onlar kəbinsiz olaraq evlənirlər. Kəbin isə yalnız aşağıdakı şəkildə olur:
1) İştirak edənlər: Qızın vəlisi, oğlanın vəlisi, iki şahid və qazı (kəbini kəsən şəxs). Əgər bu şəxslərdən biri olmazsa nikah səhih sayılmır.
2) Kəbinin kəsilmə qaydası: Xutbətul-həca (Peyğəmbərin (səllallahu aleyhi və səlləm) cümə xütbəsinə və ya sözə başladıqda oxuduğu dua) oxunur, sonra qızın vəlisindən “Qızını həmin oğlana verməyinə razı olması” barəsində soruşulur və şahidlər buna şahid olurlar, sonra oğlanın vəlisindən “Bunu (qızı oğlana almasını) qəbul etməsi barəsində” sorusulur və şahidlər buna şahiq olurlar. Beləliklə kəbin mərasimi sona yetir.

761. ()

SUAL: Salam aleykum gardashlar.
1.Kishi namaz gilarken onun arxasinda zovzesi ile baldizi da namaz gila biler?
2.Allah teberekteale sozunun menasi?
3.Kishi oz zovcesi ile hamileliyin nece ayina kimi cinsi elagede ola biler? Allah razi olsun. Salam Aleykum ve rehmetullah

CAVAB: Və aleykumus-sələm.
1. Bəli, kişinin arxasında onun zövcəsi ilə baldızı namaz qıla bilərlər.
2. “Allah təbəraka və təala” sözünün mənası: “Allah nə qədər uca və nə qədər uludur.”
3. Bunun üçün heç bir məhdudiyyət yoxdur.

760. Seyran (Baki)

SUAL: Evela selamu aleykum. Men musiqini qadagan eden Kurani kerimdeki hansi surelerde ve ayelerde oldugun bilmek isterdim. Evelceden teshekur edirim.

CAVAB: Və aleykumus-sələm.
Musiqini uca Allah və Onun Peyğəmbəri (səllallahu aleyhi və səlləm) haram etmişdir. Musiqinin haram olmasına dair Quran ayələri isə aşağıdakılardır:
- Uca Allah Qurani Kərində şeytana bel deyir: “Onlardan kimi bacarırsansa, səsinlə yerindən oynat...” (əl-İsra surəsi 64-cü ayə).
- Həmçinin musiqi barəsində uca Allah başqa bir ayədə belə buyurur: “İnsanlar içərisində eləsi də vardır ki, nadanlığı üzündən (xalqı) Allah yolundan döndərmək və bu minvalla onu məsxərəyə qoymaq üçün mənasız sözləri satın alarlar. Məhz belələrini alçaldıcı bir əzab gözləyir.” (Loğman surəsi 6-cı ayə).
Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) səhabəsi olan İbn Məsud (Allah ondan razı olsun) bu ayələri təfsir etdikdə Allaha təkidlə and içərək belə demişdir: “Allaha and olsun ki uca Allah bu ayələrdə (şeytanın səsi və mənasız sözlər dedikdə) musiqini qəsd edir.”

759. nigar (zaqatala)

SUAL: SALAM.AYSHA (r.a)BAREDE HEDISLERDE OLAN MELUMATLARI BILMEK ISTERDIM .MUMKUNSE. EVVELCEDEN TESHEKKURUMU BILDIRIREM.

CAVAB: Və aleykumus-sələm.
Əbu Bəkrin (Allah ondan razı olsun) qızı və Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) zövcəsi olan Aişə (Allah ondan razı olsun) barəsində çoxlu sayda hədislər mövcuddur. Siz onun barəsində xüsusən nəyi bilmək istəyirsiniz. Aişənin (Allah ondan razı olsun) pak olması barəsində “ən-Nur” surəsini oxumağınızı məsləhət görərdik.

758. yashar (gence)

SUAL: esselamun aleykum !!!
Allah sizden razi olsun ! bu xidmetiniz sayesinde bizi maraqlandiran suallara tefsilatli cavablar alabilirik .
sualim : 1- imanin guclenmesi ve zeyiflenmesi barede ne deyerdiz . 2- fatihesuresinden sonra oxunacaq sure ve ya ayet ucun bismillahirrahmanirrahim demek olar ?

CAVAB: Və aleykumus-sələm.
1. Hər bir müsəlmanın imanı Allaha itaət etməklə artır, Ona asi olmaqla da azalır. Bu barədə bir çox ayə və hədislər mövcuddur. Uca Allah buyurur: “Möminlər yalnız o kəslərdir ki, Allah adı çəkiləndə (Onun heybət və əzəmətindən) ürəkləri qorxudan titrəyər, Allahın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırar, onlar ancaq öz Rəbbinə təvəkkül edər.” (əl-Ənfal surəsi 2-ci ayə).
Başqa bir ayədə uca Allah belə buyurur: “Bir surə nazil edildiyi zaman onlardan (münafiqlərdən): "Bu sizin hansınızın imanını artırdı?" - deyənlər də var. Möminlərə gəlincə, (hər bir surə) onların imanını artırar və onlar (bu surələrin nazil olmasına) sevinərlər.” (ət-Tovbə surəsi 124-cü ayə).
2. Bəli, demək olar.

757. LEYLI (Baki)

SUAL: Bismillahir-Rahmanir-Rahim
Salam aleykum.Men 552 sayli suali verende,sizi gijiglandirmag ve ya munagishe yaratmag niyyetim yox idi.Sadece olarag sual verdim,ve oxuduglarima aydinlig getirmek istedim.Her halda SubhanAllah dogrusun daha yaxshi bilir.Bir deki,size daha bir sualla muraciet etmishdim.Peygemberimizin s.a.s sevimli gizi olan Xanikm Fatimeyi Zehranin nece ve harda shehid olmasi barede.Cox xahish edirem bu sualimada cevab verin.Allah cumlemizden razi olsun,ve hamimizi inshallah Hidayet etsin.AMIN.Assalamu aleykum va rahmatullahi va barakatuh.

CAVAB: Əs-sələmu aleykum.
Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) qızı Fatimə (Allah ondan razı olsun) Mədinə şəhərində hicrətin 11-ci ilində Ramazan ayının 3-də (Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) vəfatından 6 ay sonra) vəfat etmişdir. Onu Mədinə şəhərində olan “Bəqi” qəbrstanlığınmda dəfn olunmuşdur.
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.

756. Ahmed (sumqayıt)

SUAL: Isa namazı gecenın hansı vaxtına qeder qılınır

CAVAB: Əs-sələmu aleykum.
İşa namazının vaxtı gecənin yarısına qədərdir. Lakin zəruri (məcburi) səbəbdən onu sübh namazına qədər gecikdirmək olar. Məsələn: Döyüş zamanı və s...

755. dr_eldaniz (baki)

SUAL: Eselamu aleykum ve rehmetullahi ve bereketu! Xahish edirem menim ashagidaki suallarima dolgun cavab veresiniz! Men 2 aydir ki namaz giliram. Bele deyek turklerin gildigi namaz kimi. Yeni Henefi mezhebine gullug edirem. Adeten bu mezhebde namaz gilarken eller gobeyin altinda yerleshdirilir. Elixan Musayevin kitabinda ise sinede goyulmasi buyurulub.
1. Yeni bunlarin bir fergi varmi? Elece de bir sira diger fergler de var! Menim fikrimce bu kimi ferglerin olmasi ele bir ehemiyyet kesb etmir. Esas odur ki ALLAHA sevgin olsun! Birde ki hech bir yerde degig yazilmayib nece namaz gilinmalidr. Bilirem siz hedislere esaslanib deyirsiniz.
2. Esl muselman saggalini girxmamalidir. Axi indiki sheraitde bu mumkun deyil. Birde ki men hekimem. Bele fikirleshirem ki saggali girxmag daha duzgun olardi. Mence her dovrun oz telebati var. yeni bunlar hamisi ele de ehemiyyet kesb etmir. Esas Gurani -KERIME esaslanmag daha duzgun olardi! sizin fikrinizi bilmek isterdim!
3. Mumkunse mene sunniliyin mezhebleri hagginda melumat vererdiniz! Menim bu mezhebler hagginda mueyyen geder melumatim var. Xoshuma gelen HEnefi mezhebidir. Chunki burda Islamin elmi izahi esas yer tutur. Bizim yashadigimiz dovr ele bunu teleb edir. Kortebiiliye, mohfumata, fanatizme yer ayrilmir. Sizin saytinizda olan bezi megalelerde mueyyen geder mohfumata yer verilir. Tebii ki bu menim shexsi fikrimdir. Sizin fikrinizi bilmek isterdim!
4. Fetulla Gulenin kasetlerine daima gulag asiram. Onun bir chixishinda vehhabilik hagginda dediyi sozler yadimdadir. Hergah siz deyirsiniz ki vehhabilik yoxdur Hemin xutbesinde o vehhabiliyin islama vurdugu zererler baresinde danishdi. Men de raziyam onun fikirleri ile. Chunki bundan istifade eden bezi guvveler Islama terror damgasi vurublar. Sizin fikrinizi bilmek isterdim! Chox sag olun!!!

CAVAB: Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.
1. Uca Allah bizə Hənəfiyə, Şafiiyə, Hənbəliyə, Malikiyə və s. tabe olmağı əmr etməmişdir. Allah saysız-hesabsız ayələrdə bizə yalnız Peyğəmbərə (səllallahu aleyhi və səlləm) itaət etməyi əmr etmişdir. Uca Allah buyurur: “Allaha və Peyğəmbərə itaət edin. Əgər (itaətdən) boyun qaçırsanız, bilin ki, Peyğəmbərimizin vəzifəsi yalnız açıq bir təbliğdir (Quranı açıq-aydın təbliğ etməkdir).” (əl-Maidə surəsi 92-ci ayə).
Uca Allah başqa bir ayədə isə belə buyurur: “Ey iman gətirənlər! Allaha itaət edin, Peyğəmbərə itaət edin və (şəkk-şübhə, riya, küfr və nifaq kimi şeylərlə) əməllərinizi puça çıxartmayın!” (Muhəmməd surəsi 33-cü ayə).
Yenə başqa bir ayədə belə buyurur: “Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar (əmr) sahiblərinə itaət edin! Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin! Bu daha xeyirli və nəticə etibarilə daha yaxşıdır.” (ən-Nisa surəsi 59-cu ayə).
Uca Allah Qurani Kərimdə möminlərə əmr edərək belə buyurmuşdur: “Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin.” (əl-Həşr surəsi 7-ci ayə).

Uca Allah Peyğəmbərimizin əmrlərinə qarşı çıxanrarı hədələyərək belə demişdir: “...Onun (Peyğəmbərin) əmrinə qarşı çıxanlar başlarına gələcək bir bəladan, yaxud düçar olacaqları şiddətli bir əzabdan həzər etsinlər!” (ən-Nur surəsi 63-cü ayə).
Uca Allah hər bir məsələdə Peyğəmbəri (səllallahu aleyhi və səlləm) bizim üçün ibrət olaraq göndərmişdir. Uca Allah buyurur: “Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!” (əl-Əhzab surəsi 21-ci ayə).
Elə ona görə də Peyğəmbər (səllallahu aleyhi və səlləm) belə demişdir: “…Mənim necə namaz qıldığımı görürsünüz, siz də elə namaz qılın!…” (Bu hədisi Buxari (631) və Muslim (1533) rəvayət etmişdir).
Peyğəmbər (səllallahu aleyhi və səlləm) də namaz qılarkən sağ əli sol əlinin üzərində olmaqla sinəsi üzərinə qoyardı. Bu barədə saysız hesabsız hədislər mövcuddur. Bu hədislərdən bəzilərini qeyd edək: Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) səhabəsi olan Vail ibn Həcər (Allah ondan razı olsun) rəvayət edir ki, “Peyğəmbər (səllallahu aleyhi və səlləm) namaz qıldıqda sağ əli sol əlinin üzərində olmaqla əllərini sinəsinin üzərinə qoyardı…” (Bu hədisi imam Əhməd “Müsnəd” əsərində 4/317-318 rəvayət etmişdir).

Həmçinin Səhl ibn Sə'd (Allah ondan razı olsun) rəvayət edir ki, “Bizə əmr olundu ki, namazda sağ əli sol əlin üzərində olmaqla sinə üzərinə qoyaq.” (Bu hədisi də Buxari “Səhih” əsərində (2/262) rəvayət etmişdir, hədisin rəqəmi 740).
Namazda sağ əli sol əlin üzərində olmaqla sinə üzərinə qoymaq barəsində varid olan hədislərin hansı mənbələrdə rəvayət olunması:
- Əbu Davud “Sünən” əsəri (1/340), hədisin nömrəsi 1041;
- İbn Macə “Sünən” əsəri (1/266-300), hədisin nömrəsi 809, 929;
- Tirmizi “Sünən” əsəri “Namaz” fəsli “Namazda sağ əlin sol əl üzərində qoyulması” qismi, hədisin rəqəmi 252;
- Muslim “Səhih” əsəri (2/277);
- İbn Xuzeymə (1/243), hədisin nömrəsi 479;
- İbn Abdul Bərr “İstizkar” əsəri (6/194), hədisin nömrəsi 8574;

Ümumiyyətlə bu cür hədislər həddən artıq çoxdur. Siz yuxarıda qeyd etmisiniz ki, “Menim fikrimce bu kimi ferglerin olmasi ele bir ehemiyyet kesb etmir. Esas odur ki ALLAHA sevgin olsun! Birde ki hech bir yerde degig yazilmayib nece namaz gilinmalidr.”
Xeyr, bu böyük əhəmiyyət kəsb edir. Əgər siz deyən kimi olsa idi hər kəs özü üçün bir namaz fikirləşər və elə də qılardı. Lakin hər bir müsəlman Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) qıldığı kimi namaz qılmalıdır. Saysız-hesabsız hədislər vardır ki, Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) necə namaz qılmağını açıqlayır. Odur ki, kim Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) necə etdiyini bildikdən sonra onun yolundan üz döndərərsə uca Allah onu Cəhənnəmə vasil edər. Uca Allah buyurur: “Hər kəs özünə doğru yol aşkar olandan sonra Peyğəmbərdən üz döndərib möminlərdən qeyrisinin yoluna uyarsa, onun istədiyi (özünün yönəldiyi) yola yönəldər və Cəhənnəmə varid edərik. Ora necə də pis yerdir.” (ən-Nisa surəsi 115-ci ayə).
Odur ki, biz sizə artıq Peyğəmbərimizin necə namaz qılmağını bəyan etdik. Qalanı isə sizin işinizdir. İstər ona tabe olun, istər də qeyrisinə.

2. Saqqal saxlamağa gəlincə də eyniylə yuxarıda qeyd etdiyimiz sözləri deyirik. Saqqal saxlamaq barəsində Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) belə demişdir: “Saqqallarınızı uzadın (əl vurmayın), bığlarınızı qısaldın ki, məcusilərə (oda sitayiş edənlərə) müxalif olun.” Bu hədis onu göstərir ki, saqqal saxlamaq vacibdir. Çünki, bu Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) əmridir. Hər bir müsəlman da Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) əmrlərini yerinə yetirməlidir.
Uca Allah Qurani Kərimdə möminlərə əmr edərək belə buyurmuşdur: “Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin” (əl-Həşr surəsi 7-ci ayə).
Başqa bir ayədə də belə demişdir: “...Onun (Allahın, yaxud Peyğəmbərin) əmrinə qarşı çıxanlar başlarına gələcək bir bəladan, yaxud düçar olacaqları şiddətli bir əzabdan həzər etsinlər!” (ən-Nur surəsi 63-cü ayə).
Saqqal saxlamağın hikməti odur ki, müsəlman özünü məcusulərə oxşatmasın. Kim özünü bir qövmə oxşadarsa həmin şəxs onlardan sayılır. Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Kim özünü bir qövmə oxşadarsa, o, onlardandır.”

Həmçinin kişi saqqal saxlayır ki, qadınlardan fərqlənsin, özünü onlara oxşatmasın.
Saqqal barəsində onu da deyə bilərik ki, bütün dahi alimlərin hamısı saqqal saxlamışlar. O ki qaldı insanların onu yaxşı və ya pis qarşılamalarına, onu deyə bilərik ki, bizi yalnız Allahın bizi necə qarşılaması maraqlandırır. Əgər biz hər bir insanın dediyi ilə oturub dursaq, onda yolumuzu azmış olarıq. Çünki, bizi çoxluq maraqlandırmır. Əgər çoxluğu götürsək onda gərək İslam dinindən çıxıb, kafir və ya müşrik olaq. Çünki, dünyanın əksəriyyətini onlar təşkil edirlər. Uca Allah çoxluğa tabe olmaq barəsində belə buyurur: “Əgər yer üzündə olanların çoxuna itaət etsən, onlar səni Allahın yolundan azdırarlar. Onlar ancaq zənnə uyar və ancaq yalan danışarlar! Şübhəsiz ki, yolundan azanları ən yaxşı tanıyan Rəbbindir. Haqq yola yönələnləri də ən yaxşı bilən Odur!” (əl-Ənam surəsi 116-cı və 117-ci ayələr).
Siz yuxarıda deyirsiniz ki, “Bele fikirleshirem ki saggali girxmag daha duzgun olardi. Mence her dovrun oz telebati var. yeni bunlar hamisi ele de ehemiyyet kesb etmir.”

Allahın və Onun Peyğəmbərinin (səllallahu aleyhi və səlləm) əmrləri hər bir dövrə aiddir. Allahın və Onun Peyğəmbərinin (səllallahu aleyhi və səlləm) hökmlərindən hansının indiki dövrdə keçərli, hansının keçərsiz olduğunu kimlər təyin etməlidir? Allahın və Onun Peyğəmbərinin (səllallahu aleyhi və səlləm) hökmlərini bu cür təyin edən şəxslər Allahımı və ya Onun Peyğəmbərinimi (səllallahu aleyhi və səlləm) mühakimə edirlər? Yoxsa özlərini Allahdan və Onun Peyğəmbərindən (səllallahu aleyhi və səlləm) daha elmli hesab edirlər? Allah bu cür pis sifətlərdən pak və uzaqdır. Allahın və Onun Peyğəmbərinin (səllallahu aleyhi və səlləm) hökmü Qiyamətə qədər keçərlidir. Bunu yalnız həqiqi möminlər və ağıl sahibləri dərk edirlər. Həqiqi möminlər o kəslərdir ki, Allah və Onun rəsulu nəyi əmr edirsə onu da yerinə yetirər və eşidib itaət etdik deyərlər. Uca Allah buyurur: “Aralarında hökm vermək üçün Allahın (Allahın kitabının) və Peyğəmbərinin yanına çağırıldıqları zaman möminlərin sözü ancaq: "Eşitdik və itaət etdik!" - deməkdən ibarətdir. Nicat tapanlar da məhz onlardır! Allaha və Onun Peyğəmbərinə itaət edənlər, Allahdan qorxub çəkinənlər - məhz belələri uğura çatanlardır (əbədi səadətə - Cənnətə qovuşanlardır).” (ən-Nur surəsi 51-ci və 52-ci ayələr).

Bu ayə onu göstərir ki, mömin o şəxsdir ki, Allahın və Onun Peyğəmbərinin (səllallahu aleyhi və səlləm) əmrlərinin hansının haqq, hansınınsa nahaqq olduğunu araşdırmırlar. Əksinə onlar Allahdan və ya Onun Rəsulundan (səllallahu aleyhi və səlləm) bir əmr eşitdikdə "Eşitdik və itaət etdik!" - deyərlər. Qeriləri isə Allahın əmrlərinin hansının haqq, hansınınsa nahaqq olduğunu araşdırmağa çalışırlar. Məgər Allah və Onun Peyğəmbərinin (səllallahu aleyhi və səlləm) dedikləri yalnız haqq deyilmi. Uca Allah buyurur: “Göyləri və yeri haqq olaraq yaradan Odur. Onun: "Ol!" deyəcəyi gün (hər şey) dərhal olar. Onun sözü haqdır. Surun (İsrafilin surunun) çalınacağı gün hökm Onundur. Qeybi və aşkarı bilən də Odur. O, hikmət sahibidir, (hər şeydən) xəbərdardır! (əl-Ənam surəsi 73-cü ayə).

Bu cür əməl münafiqlərin əməlidir. Uca Allah buyurur: “Həqiqətən, Biz (hökmlərimizi, halal və haram buyurduqlarımızı, haqq yolu) açıq-aydın (bildirən) ayələr nazil etdik. Allah dilədiyini doğru yola (islam dininə) yönəldər. (Münafiqlər: ) "Allaha, Peyğəmbərə iman gətirdik, itaət etdik!" - deyər, bundan sonra isə onlardan bir dəstə (Peyğəmbərdən) üz çevirər. Belələri mömin deyillər. (Münafiqlər) aralarında hökm etmək üçün Allahın (Allahın kitabının) və Peyğəmbərinin yanına çağırıldıqda onlardan bir dəstə (onun yanına gəlməkdən, haqqa boyun qoymaqdan) dərhal üz çevirər. Əgər haqq onların tərəfində olsa, itaət edib (tez) onun yanına gələrlər. (ən-Nur surəsi 46; 47; 48 və 49-cu ayələr).
Uca Allah başqa bir ayədə də belə buyurur: “Allah sizə Kitabı (Quranı) müfəssəl surətdə nazil etdiyi halda, mən (haqq ilə batili ayırd etmək üçün) Ondan başqasınımı özümə hakim istəməliyəm?! Kitab verilmiş şəxslər Quranın sənin Rəbbindən haqq olaraq nazil edildiyini bilirlər. Sən şübhəyə düşənlərdən olma! (Ya Rəsulum!) Rəbbinin sözü düzgün və ədalətli şəkildə tamam oldu. Onun sözlərini dəyişdirə biləcək bir kimsə yoxdur. O, (hər şeyi) eşidəndir, biləndir! Əgər yer üzündə olanların çoxuna itaət etsən, onlar səni Allahın yolundan azdırarlar. Onlar ancaq zənnə uyar və ancaq yalan danışarlar!” (əl-Ənam surəsi 114; 115 və 116-cı ayələr).

Bu ayələrin hamısı onu göstərir ki, göylərdə və yerdə bütün hökm Allaha məxsusdur. Uca Allah buyurur: “Göylərin və yerin hökmü Allahındır. Axır dönüş də Allahadır!” (ən-Nur surəsi 42-ci ayə).
Odur ki, hər bir zamanda Allahın nazil etdiyi kitabla və Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) hədisləri ilə hökm vermək lazımdır. Şeytanın vəsvəsələrinə uymaq lazım deyildir. Uca Allah buyurur: “(Ya Rəsulum!) O halda onların arasında Allahın nazil etdiyi Kitabla hökm et. Onların nəfslərinin istədiyinə uyma. Allahın sənə nazil etdiyinin (hökmlərin) bir qismindən səni tovlayıb yayındıra biləcəklərindən ehtiyat edib özünü onlardan gözlə. Əgər onlar (bu hökmlərdən) üz döndərsələr, bil ki, Allah onları bəzi günahlarına görə müsibətə düçar etmək istəyir. Doğrudan da, insanların çoxu (Allahın itaətindən çıxmış) fasiqlərdir!” (əl-Maidə surəsi 49-cu ayə).

Sizə bir sualımız da vardır: Allahın və Onun Peyğəmbərinin (səllallahu aleyhi və səlləm) hökmlərindən hansının indiki dövrdə gərəkli, hansının da gərəksiz olduğunu söyləyən şəxslər bunu hansı dəlilə (ayə və ya hədisə) əsasən söyləyirlər? Yoxsa onlar hər şeyi öz ağılları ilə ölçürlər və ya öz nəfslərinə uyurlar?! Uca Allah öz nəfsinə uyan şəxslər barəsində belə demişdir: “(Ya Peyğəmbər!) Nəfsini özünə tanrı edən və Allahın bilərəkdən (onu hələ yaratmamışdan gələcəkdə kafir olacağını bildiyi üçün) yoldan çıxartdığı, qulağını və qəlbini möhürlədiyi, gözünə də pərdə çəkdiyi kimsəni gördünmü? Allahdan başqa kim onu doğru yola sala bilər?! Məgər düşünüb ibrət almırsınız?” (əl-Casiyə surəsi 23-cü ayə).
Digər ayədə isə belə buyurur: “(Ya Rəsulum!) Nəfsini özünə tanrı edəni gördünmü? Onun vəkili (zamini) sənmi olacaqsan? Yoxsa elə güman edirsən ki, onların əksəriyyəti (sən deyən sözü) eşidəcək və ya (ağıllı-başlı) fikirləşəcək? Onlar heyvan kimidirlər, bəlkə, ondan daha çox zəlalət yolundadırlar.” (əl-Furqan surəsi 43-cü və 44-cü ayələr).

Dində ifrata varmağa gəlincə onu deyə bilərik ki, Allahın və Onun peyğəmbərinin (səllallahu aleyhi və səlləm) bütün əmrlərini yerinə yetirib, bütün qadağalarından çəkinmək dində ifrata varmaq deyildir. Əksinə bu İslam dinini layiqincə yerinə yetirmək deməkdir. Allahın və Onun Peyğəmbərinin (səllallahu aleyhi və səlləm) bütün əmrlərini yerinə yetirib, bütün qadağalarından çəkinməyə “mövhumat, fanatizm” adlandıran şəxslər bu sözlərinə görə Qiyamət günü Allahın qarşısında cavab verəcəklər. Çünki, uca Allah Özünün və Peyğəmbərinin (səllallahu aleyhi və səlləm) əmrlərini yerinə yetirib, qadağalarından çəkinməyə belə bir pis ad verməmişdir. Allah bizi bu cür sözlərdən uzaq etsin! Amin!!!

3. Əksinə dində bir məzhəbi götürüb yalnız ona əməl etmək kor-koranə əməl etmək deməkdir. Çünki, uca Allah bizə yalnız bir məzhəbə əməl etməyi əmr etməmişdir. Əksinə Qurani Kərimə və Peyğəmbərin (səllallahu aleyhi və səlləm) sünnəsinə əməl etməyi əmr etmişdir. Bu barədə varid olan ayələri yuxarıda qeyd etdik.
Lakin qeyd etmək istəyirəm ki, İslamın düşmənləri müsəlmanları parçalamaq üçün Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) adından bir çox yalan hədislər uydurmuşlar. Odur ki, kim Allaha və Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) yalnız səhih hədislərinə tabe olarsa haqq yolunu tapmış olar və Cənnətdə Allahın nemət verdiyi peyğəmbərləri, siddiqləri, şəhidləri və saleh insanlarlı ilə birgə olacaq.
Bu barədə uca Allah buyurur: “Allaha və Peyğəmbərə itaət edənlər (axirətdə) Allahın nemətlər verdiyi nəbilər (peyğəmbərlər), siddiqlər (tamamilə doğru danışanlar, etiqadı dürüst, peyğəmbərləri hamıdan əvvəl təsdiq edən şəxslər), şəhidlər və salehlərlə (yaxşı əməl sahibləriylə) bir yerdə olacaqlar. Onlar necə də gözəl yoldaşlardır!” (ən-Nisa surəsi 69-cu ayə).

Sizə məsləhətimiz budur ki, istər ibadətdə, istər də dünya işlərində hər hansı bir əməli yerinə yetirmək istədikdə Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) etdiyi kimi edin. Çünki, uca Allah Peyğəmbərimizi insanlar üçün bir nümunə, örnək olaraq göndərmişdir.
Uca Allah buyurur: “Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!” (əl-Əhzab surəsi 21-ci ayə). Allah bütün müsəlmanları doğru yola yönəltsin.
Allahdan istəyirik ki, hamımızı Allaha və Peyğəmbərinə (səllallahu aleyhi və səlləm) itaət edənlərdən etsin! Amin!!!

4. Biz öncə də qeyd etdik ki, vahabi deyilən məzhəb yoxdur. Elə bir şəxs də yoxdur ki, o özünü vahabi adlandırsın. Bu Allahın düşmənləri tərəfindən müsəlmanları parçalamaq üçün düşünülən adlardır. Onlar həm bəzi teror təşkilatlarına, həm də bəzi müsəlmanlara həmin adları verirlər ki, bütün insanlara İslam dininin terororu dəstəklədiyini yaysınlar. Halbuki, İslam dini terorun əleyhinədir. Allahın düşmənlərinə uyan bəzi müsəlmanlar da buna inanırlar və bəzi müsəlmanları vahabi adlandırırlar. Odur ki, bütün bunlar Allahın düşmənləri tərəfindən düşünülən adlardır. Allah bütün müsəlmanları birləşdirsin! Amin!!!

754. Bayramov Vuqar ()

SUAL: Salam.
Sualim beledir: Eger men Erebce oxuya bilmiremse,Azerice tercume olunmush Qurani Kerim'in yansi tercumesi daha megsede uygundur?
Men Qurani KErimi hardan tapa bilerem,sheherin bir nece yerinden sorushmusham mene cox boyuk mebleg pul deyibler,menim bu meblegi vermeye heleliki imkanim yoxdur ( boyuk mebleg deyende ,menim cibim ucun nezerde tuturam.bu bashqasi ucun boyuk gorsenmeye de biler). Mene oz meslehetiniz verin .

CAVAB: Və aleykumus-sələm.
O biri tərcümələrə nisbətən ən düzgün tərcümə Ziya Bünyadovun ən birinci etdiyi tərcümədir. Ziya bünyadovun vəfatından sonra onun etdiyi tərcüməyə edilən əlavələr isə düzgün deyildir. Odur ki, sizə ən birinci dəfə nəşr olunan qara üzlü Quran tərcüməsini almağı məsləhət görürük. Doğrudan da bu tərcüməni əldə etmək çox çətindir və həm də xüsusən bu tərcümə çox bahadır. Bu tərcüməni və digərlərini almaq üçün sizə “Muslim shop” dükanına müraciət etməyinizi məsləhət görürük. Bu dükan bir çox yerlərdə fəaliyyət göstərir. Nərimanov rayonunda “Cümə” məscidinin həyətində, beş mərtəbələr tərəfdə (Xarici İşlər Nazirliyi ilə üzbəüz) və s.

753. Bayramov Vuqar ()

SUAL: sualim beledir: Eger her hansisa muselman Allaha tam inanirsa ve onun Qurani KErim vasitesi ile buyurduqlarini ( yeni Namaz qilib, Oruc tutur ,zekat verir ve s.) ve eyni zamanda ozu bile bile gunah emeller toredirse,onun ibedeti gebul olunur yoxsa bir geder gunahlari bagishlanir.Yeni sualimin menasi odur ki, ibadet edib gunahiolanla ibadet etmeyen arasinda ferg goyulur?
diggtinize gore teshekkur edirem

CAVAB: Əs-sələmu aleykum.
Bu barədə geniş danışmaq olar. Lakin bəzi məlumatları çatdıracağıq. Uca Allah hər bir şəxsi etdiyi xırda günaha görə də cəzalandıracaqdır. Uca Allah buyurur: “Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır). Kim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir).” (əz-Zəlzələ surəsi 7, 8-ci ayə).
Lakin qeyd edək ki, uca Allah həmin şəxsin etdikləri günahları bağışlaya da bilər, və həmin şəxs birbaşa Cənnətə girər. Ona görə də hər bir müsəlman çoxlu sayda yaxşı əməllər görməlidir ki, uca Allah bu əməllər vasitəsi ilə onun xırda günahlarını bağışlasın. Uca Allah buyurur: “...Həqiqətən, yaxşı əməllər pis işləri (kiçik günahları) yuyub aparar. Bu, (Allahın mükafatını və cəzasını) yada salanlara öyüd-nəsihətdir (xatırlatmadır).” (Hud surəsi 114-cü ayə).

Uca Allah böyük günahları isə yalnız tövbə vasitəsi ilə bağışlayır.
İbadət etməyən şəxslərə gəlincə onu deyə bilərik ki, uca Allah onları mütləq cəzalandıracaqdır. Onlar ən azı namaz qılmadıqlarına görə Cəhənnəmə girəcəklər. Uca Allah buyurur: “Hər kəs öz əməlinin girovudur! (Hərə öz əməlinin əvəzini alacaqdır!) Sağ tərəf sahibləri (əməl dəftərləri sağ əllərinə verilənlər) istisna olmaqla! Onlar cənnətlərdədirlər; bir-birindən soruşacaqlar; Günahkarlar barəsində (və sonra həmin günahkarlara müraciət edib belə deyəcəklər): "Sizi Səqərə (Cəhənnəmə) salan nədir?" Onlar deyəcəklər: "Biz namaz qılanlardan deyildik;...” (əl-Muddəssir surəsi 38-43).
Onlar uca Allahın başqa əmrlərini yerinə yetirmədiklərinə görə də cəzalanacaqlar.

752. abdullah (baki)

SUAL: assalamualeykum! Musalman bir qizla telefonla danishmaq olar ? niyyat evlanmakdir.

CAVAB: Və aleykumus-sələm.
Xeyr, naməhrəm qadınla evlənmək niyyəti ilə danışmaq olmaz. Yalnız zəruri bir səbəb olduqda naməhrəm qadına nə isə bir söz demək olar. Çünki, qadının səsi zinət sayılır. Uca Allah Peyğəmbərin (səllallahu aleyhi və səlləm) zövcələrinə belə buyurur: “Siz ey Peyğəmbərin zövcələri! Allahdan qorxacağınız təqdirdə siz (başqa) qadınların heç biri kimi deyilsiniz. Buna görə də (yad kişilərlə) yumşaq (əzilə-əzilə) danışmayın, yoxsa qəlbində mərəz olan tamaha (özgə təmənnaya) düşər.” (əl-Əhzab surəsi 32-ci ayə).
Bu ayə bütün qadınlara şamil edilir.

751. ()

SUAL: SALAM.HAKIM XASTANI CARRAHIYA ZAMANI BILMADAN DIGAR YERINI YARALAYIR.XASTA RAHMATA GEDIR BU NADIR ACALDIR YOXSA NA XAHISH EDIRAM SARH EDASINIZ ???

CAVAB: Və aleykumus-sələm.
Bəli bu əcəldir. Çünki, insanın əcəli çatdıqda heç vaxt gecikmir. Elə həmin vaxtda da vəfat edir. Uca Allah buyurur: “(Ya Rəsulum!) De: "Allahın istədiyindən başqa, mən özümə nə bir xeyir, nə də bir zərər verə bilərəm. Hər ümmətin (əzəldən müəyyən olunmuş) bir əcəl vaxtı (ömrünün sona çatma, məhv olma çağı) vardır. Onların əcəli gəlib çatdıqda (ondan) bircə saat belə nə geri qalar, nə də irəli keçərlər.” (Yunus surəsi 49-cu ayə).

Başqa bir ayədə də uca Allah belə buyurur: “Əgər Allah insanları zülmləri üzündən cəzalandırsaydı, yer üzündə heç bir canlını sağ buraxmazdı. Lakin (Allah) onlara müəyyən müddət (ömürlərinin sonunadək) möhlət verər. Əcəlləri gəlib çatdıqda isə (ondan) bircə saat belə nə geri qalar, nə də irəli keçə bilərlər.” (ən-Nəhl surəsi 61-ci ayə).
Elə buna görə də demək olar ki, uca Allah həmin şəxsin qədərinə elə o cür vəfat etməyi yazıb.

750. elvin aliyev (Ismayilli seher)

SUAL: assalamu aleykum ve rehmetullah!hormetli azerislam sizce namaz ali bagli qilimalidir yoxsa ali aciq xahish edirem subutlara asalanib mana cevab yazasiniz!teshekkurler!assalamu aleykum!

CAVAB: Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.
Peyğəmbər (səllallahu aleyhi və səlləm) və bütün səhabələr namazı əlləri bağlı (yəni, sağ əl sol əlin üzərində olmaqla sinə üzərində) qılmışlar. Peyğəmbər (səllallahu aleyhi və səlləm) namaz qılarkən sağ əli sol əlinin üzərində olmaqla sinəsi üzərinə qoyardı. Bu barədə saysız hesabsız hədislər mövcuddur. Bu hədislərdən birini qeyd edək:

Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) səhabəsi olan Vail ibn Həcər (Allah ondan razı olsun) rəvayət edir ki, “Peyğəmbər (səllallahu aleyhi və səlləm) namaz qıldıqda sağ əli sol əlinin üzərində olmaqla əllərini sinəsinin üzərinə qoyardı…” (Bu hədisi imam Əhməd “Müsnəd” əsərində 4/317-318 rəvayət etmişdir).

Həmçinin Səhl ibn Sə'd (Allah ondan razı olsun) rəvayət edir ki, “Bizə əmr olundu ki, namazda sağ əli sol əlin üzərində olmaqla sinə üzərinə qoyaq.” (Bu hədisi də Buxari “Səhih” əsərində (2/262) rəvayət etmişdir, hədisin rəqəmi 740).

Namazda sağ əli sol əlin üzərində olmaqla sinə üzərinə qoymaq barəsində varid olan hədislərin hansı mənbələrdə rəvayət olunması:

- Əbu Davud “Sünən” əsəri (1/340), hədisin nömrəsi 1041;
- İbn Macə “Sünən” əsəri (1/266-300), hədisin nömrəsi 809, 929;
- Tirmizi “Sünən” əsəri “Namaz” fəsli “Namazda sağ əlin sol əl üzərində qoyulması” qismi, hədisin rəqəmi 252;
- Muslim “Səhih” əsəri (2/277);
- İbn Xuzeymə (1/243), hədisin nömrəsi 479;
- İbn Abdul Bərr “İstizkar” əsəri (6/194), hədisin nömrəsi 8574;
Ümumiyyətlə bu cür hədislər həddən artıq çoxdur.

749. Togrul (Bakı)

SUAL: Assalamaleykum!
Əziz qardaşlarım, mümkünsə ALLAH rizası üçün mənə sünnət namazlarının vaxtlarını və saylarını bildirərdiniz.
ALLAH razı olsun! Assalamaleykum!

CAVAB: Və aleykumus-sələm.
Bəzi sünnət namazları aşağıdakılardır:

1. Fəcr namazından əvvəl qılınan iki rükət sünnə namazı;
2. Zöhr namazından əvvəl iki və ya dörd (iki-iki) rükət, sonra isə iki rükət qılınan sünnə namazı;

3. Əsr namazından əvvəl qılınan iki və ya dörd (iki-iki) rükət sünnə namazı;
4. Məğrib namazından sonra qılınan iki rükət sünnə namazı;

5. İşa namazından sonra qılınan iki rükət sünnə namazı;
6. Azan və iqamə arasında qılınan iki rükət sünnə namazı;

7. Dəstəmaz aldıqdan sonra qılınan iki rükət sünnə namazı;
8. Məscidə daxil olduqda oturmamışdan öncə qılınan iki rükət “təhiyyə” namazı;

9. İstixarə namazı; İstixarə - Allahdan uğur və kömək diləmək deməkdir. Bu namaz iki rükətdən ibarət adi sünnət (nafilə) namazıdır. Bu namaz zamanı salamdan öncə “İstixarə” duası deyilir.
10. İstisqa (yağış diləmə) namazı; Bu namaz istənilən vaxt Allahdan yağış diləmək üçün qılınana iki rükət sünnə namazıdır.

11. Duha namazı; Bu namaz aşağıdakı şəkildə qılınır: Duha namazı iki rükət və daha çox cüt sayda qılınan sünnət namazıdır. Bu namazın neçə rükət qılınmasına heç bir məhdudiyyət yoxdur. Duha namazının vaxtı günəş üfüqdən bir nizə hündürlüyündə qalxdıqdan səmanın ortasına (zenitə) yüksəlməsindən bir az əvvələ qədərdir.

12. Vitr namazı; “Vitr” tək deməkdir. Bu, gecə qılınan tək saylı namazdır. Gecə namazlarından (təhəccüddən) sonra da qılınır. Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, “Peyğəmbər (səllallahu aleyhi və səlləm) gecənin hər vaxtında - əvvəlində, ortasında və axırında Vitr namazını qılardı. (Əfzəl olduğu üçün) Vitri sübh namazına yaxın (gecənin sonunda) qılardı.” (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir). Abdullah ibn Ömər (Allah ondan razı olsun) rəvayət edir ki, “Peyğəmbər (səllallahu aleyhi və səlləm) dedi: “Vitr gecənin axırında qılınan bir rükətdir.”

Əl-Mühamili Peyğəmbərin (səllallahu aleyhi və səlləm) Vitr namazının növlərini aşağıdakı kimi qeyd etmişdir:
a) Bir rükət;
b) Üç rükət (iki, sonra da bir ayrı, və ya üç rükət ardıcıl);
c) Beş rükət (ardıcıl);
d) Yeddi rükət (altı rükət ardıcıl qılıb təşəhhüdü oxumaq, sonra qalxıb yeddinci rükəti tamamlamaq);
e) Doqquz rükət (səkkiz rükət ardıcıl qılıb təşəhhüd oxumaq, sonra qalxıb doqquzu tamamlamaq);
f) On bir rükət (on rükəti cüt-cüt qılıb salam verməklə tamamlamaq, sonra da bir rükət qılmaq);
Qeyd: Burada, ardıcıl dedikdə, rükətlərin arasında təşəhhüdü oxumamaq nəzərdə tutulur.

Abdullah ibn Abbas (Allah ondan razı olsun) rəvayət edir ki, “Peyğəmbər (səllallahu aleyhi və səlləm) on üç rükət gecə namazı qıldı”. (Bu hədisi Buxari rəvayət etmişdir).
Vitr namazının vaxtı: İşa namazının sünnəsindən sonra sübh namazınadək.
……………………………………………………………………………...

748. Şahin Şükürzadə (Bakı)

SUAL: Va salamun aleykum.
Allah ölənlərivizə rəhmət eləsin. Mənim anam rəhmətə gedib, mən evin ortancıl oğluyam,onun adından Qurban, Ehsan, Kasıblara,Fağırlara köməklik edə bilərəm? Yəni ona savab yazıla bilərmi? Allah onun günahlarını bağışlaya bilərmi? Xahiş edirəm mümkünsə email adresimə cavab yazasınız.Minnətdaram. Va salamu aleykum və rəhmətullahi və bərəkətuhu

CAVAB: Və aleykumus-sələm.
İstədiyiniz zaman ananızın adından qurban kəsib onu kasıblara paylaya və ya ehsan süfrəsi verə bilərsiniz. Bu zaman sizin ananıza savab yazılır. Lakin həmin ehsanı və ya qurbanı xüsusiləşdirmək İslam dininə müxalifdir. Yəni onu ölən şəxsin üçünə, yeddisinə, qırxına, ilinə, cümə axşamlarına və sairə bu kimi dində olmayan günlərə salmaq günahdır.

Çünki Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) belə şeylər etməmişdir. Odur ki, biz də bu cür günləri xüsusiləşdirməməliyik. Uca Allah Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) əmrinə müxalif olanları hədələyərək belə demişdir: “Onun (Peyğəmbərin) əmrinə qarşı çıxanlar başlarına gələcək bir bəladan və düçar olacaqları şiddətli bir əzabdan qorxsunlar.” (ən-Nur surəsi 63-cü ayə).
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.

747. Şahin Şükürzadə (Bakı)

SUAL: Assalamun Aleykum.Tövbə edib onu pozandan sonra nə etmək lazımdır ki, tövbə yenidən Uca gözə görünməz İlahi tərəfindən qəbul olunsun?
Dua edəndə beynimə çox pis fikirlər girir özüm istəmədən, dualarım qəbul olunurmu? Allah köməyiniz olsun.

CAVAB: Və aleykumus-sələm.
1. Tövbə edib onu pozan şəxs həmin əmələ yenidən tövbə etməlidir Allah onu bağışlasın.

2. Bəli, həmin dualar qəbul olunur. Ümumiyyətlə duanın qəbul olma səbəblərindən ən başlıcası ixlasdır (səmimiyyətdir). Dua edən şəxs Allaha tam ixlasla dua etməli və yəqinliklə bilməlidir ki, onun duası qəbul olacaqdır. Duanın qəbul olması o demək deyil ki, Allah istədiyin şeyi bu dünyada mütlək verəcəkdir. Duanın qəbul olması o deməkdir ki, uca Allah sizə 3 şeydən birini verəcəkdir:

- İstədiyiniz şeyi ya bu dünyada verəcək;
- ya onun əvəzini axirətdə verəcək;
- ya da həmin dua vasitəsilə sizin başınıza gələcək bəlaları sizdən dəf edəcəkdir.
Odur ki, dua edən şəxs yəqinliklə bilməlidir ki, uca Allah ona bu 3 şeydən birini mütləq verəcəkdir. Allah bütün müsəlmanlara kömək olsun! Amin!!!

746. hesenova yegane (baki)

SUAL: salam! size bir sualla muraciet etmek isterdim. Musiqiye qulaq asmagin haram oldugunu esitmisem ,bilmek isterdim quranda bu haqda bir aye varmi? Onceden tesekkurler!!!

CAVAB: Və aleykumus-sələm.
Bəli, Qurani Kərimdə bu barədə ayələr mövcuddur. Uca Allah əl-İsra surəsinin 64-cü ayəsində şeytana belə deyir: “Onlardan kimi bacarırsansa, səsinlə yerindən oynat...”

Həmçinin musiqi barəsində uca Allah başqa bir ayədə belə buyurur: “İnsanlar içərisində eləsi də vardır ki, nadanlığı üzündən (xalqı) Allah yolundan döndərmək və bu minvalla onu məsxərəyə qoymaq üçün mənasız sözləri satın alarlar. Məhz belələrini alçaldıcı bir əzab gözləyir.” (Loğman surəsi 6-cı ayə).

Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) səhabəsi olan İbn Məsud (Allah ondan razı olsun) bu ayələri təfsir etdikdə Allaha təkidlə and içərək belə demişdir: “Allaha and olsun ki uca Allah bu ayələrdə (şeytanın səsi və mənasız sözlər dedikdə) musiqini qəsd edir.”

745. pervane (baki)

SUAL: Assalamu Aleykum va rahmatullah!
Qiybetin gunah oldugun bilirdim. Ancaq ferqine varmirdim. Zinadan da boyuk gunah oldugunu ise indi oyrendim.Tovbe etdim.Her kesden halalliq almaq qeyri mumkun isdir.Umumiyyetle hec kime demek olmaz ki, senden danishmisam ,halalliq ver. Bes ne edim,Allah bagishlasin?
Bir de Azerislam.com –da chat –a nece girmek olar?
Assalamu Aleykum va rahmatullah!

CAVAB: Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.
Əgər qeybətini etdiyiniz şəxslərdən halallıq ala bilmirsinizsə, onda həmin şəxslər üçün Allaha dua edin və onlar üçün Allahdan xeyirli şeylər diləyin.
Azerislam.com – da əvəllər çat xidməti fəaliyyət göstərmişdir. Lakin bəzi insanlar orada nalayiq sözlərdən istifadə etdikləri üçün onu müvəqqəti olaraq bağladıq. İnşəAllah bu yaxınlarda çat xidməti yenidən fəaliyyətə başlayacaqdır.
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.

744. galib huseynli (baki)

SUAL: Assalamu Aleykum va Rahmatullah! Bele gozel sayt yaratdiginiz ve insanlara dogru yolu tapmaqda komek etdiyiniz ucun Allah sizden razi olsun.
Menim sualim 2,3,4 arvad almaq haqdadir.Allah ve Resulu buna icaze verib.Men etiraz etmirem.Uca Allahin ve Resululunun butun buyurduqlarina hec bir subhesiz sehadet verir ve inaniram.Rebbimizin bize gosterdiyi yol en dogru yoldur! Ancaq bezi meseleler menimcun qaranliq qalib.men oxuduguma gore imkani catan ve arvadlara beraber ,hec bir ferq qoymadan qaygi gosteren sexs 2,3,4 arvad ala biler.hec birinin haqqini tapdalamamalidir. Azerbaycanda ise
1 kebine resmi icaze verilir.2-ci arvad alsa kebin kesdire bilmeyecek:demeli o qadindan olan usaga dogum sehadetnamesi ala bilmeyecek.(yeni ata-ana birge sehadetnamede qeyd ola bilmeyecek.buna nigah sehadetnamesi lazimdir.)qadin vereselikden istifade ede bilmeyecek.tanishlari yaninda kebinsiz evlilik yasadigi ucun ola bilsin ki tohmetlensin.hemcinin islediyi yerde ve s. evil qadin kimi her hansi huquqlardan istifade ede bilmeyecek ve s.bununla da kisi o qadinin haqqini odememis ve qadinlar arasinda ferq qoymush sayilacaq.
Sualim uzun oldugu ucun ve her hansi sehvim ucun uzr isteyirem.sualima cavab verdiyiniz ucun evvelceden tesekkur ediren .Uca Allah sizden razi olsun ve bizi kiminse haqqini tapdalamaqdan qorusun.Amin!Assalamu Aleykum va rahmatullah

CAVAB: Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.
İslam dininə görə iki, üç və ya dörq arvad almaq olar. Lakin gərək bu qadınlarla kəbinin olsun. Kəbin isə yalnız Allahın buyurduğu kimi olur. Allah dərgahında məqbul sayılan kəbinin qaydası aşağıdakı kimidir:

1) İştirak edənlər: Qızın vəlisi, oğlanın vəlisi, iki şahid və qazı (kəbini kəsən şəxs). Əgər bu şəxslərdən biri olmazsa nikah səhih sayılmır.

2) Kəbinin kəsilmə qaydası: Xutbətul-həca (Peyğəmbərin (səllallahu aleyhi və səlləm) cümə xütbəsinə və ya sözə başladıqda oxuduğu dua) oxunur, sonra qızın vəlisindən “Qızını həmin oğlana verməyinə razı olması” barəsində soruşulur və şahidlər buna şahid olurlar, sonra oğlanın vəlisindən “Bunu (qızı oğlana almasını) qəbul etməsi barəsində” sorusulur və şahidlər buna şahiq olurlar. Beləliklə kəbin mərasimi sona yetir.

Əgər bu cür kəbinlə 2, 3 və ya 4 arvad alsanız siz həmin qadınların heç birinin haqqını taptalamış olmursunuz. Doğum şəhadətnaməsinə gəlincə onu hər cür vasitə ilə almaq mümkündür. Bu halda da qadınların haqqını taptalamış olmursunuz. Mirasın bölünməsinə gəlincə də onu deyə bilərik ki, miras yalnız Allahın buyurduğu kimi bölünməlidir. Odur ki, həmin qadınlar əgər həqiqi müsəlmandırlarsa mirası Allahın buyurduğu kimi bölməlidirlər. Əgər belə etməsələr günah kişiyə deyil, artıq qadınlara yazılacaq.

Ətrafda olan şəxslərin həmin qadınlara dedikləri sözlərə gəlincə onu deyə bilərik ki, bu sözlərə görə kişi heç bir məsuliyyət daşımır. Çünki o ən əsas olan Allahın buyurduğu nikahı layiqincə yerinə yetirmişdir. Ətrafdakılar isə elmsiz olaraq bu fikirlərə düşürlər. Çünki həmin şəxslər Allahın buyurduğu qanunlardan bixəbərdirlər. Allah bütün müsəlman qardaş və bacılara evlənməkdə kömək olsun! Amin!!!
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.

743. abdulaziz ()

SUAL: Assalamu aleykum. La ilaha illallahi deyerken neleri inkar etmek lazimdir.

CAVAB: Və aleykumus-sələm.
“Lə iləhə illəAllah” deyərkən Allahdan qeyri ibadət olunanların hamısını inkar etməlisiniz. Yəni siz etiqad etməlisiniz ki, Allahdan başqa ibadətə layiq heç bir ilah yoxdur.

742. tural bakuvi (baki)

SUAL: salamaleykum. man ozum 3 ildir ki namaz qiliram.
ancaq manim atam ve anam va butun ata tarafimin qohumlari siediler. man onlari musalman olmaga cagiriram lakin onlar mana vahhabi deyirlar. onlar bela deyanda manim onlara yazigim galir. ALLAH rizasi ucun mana ela bir soz deyin ki onlara deyanda hamisi iman gatirsinlar. ALLAH sizdan razi olsun. salamaleykum

CAVAB: Və aleykumus-sələm.
Sizə öz ata-ananıza və qohumlarınıza bizim yazdığımız bu sözləri səbr və təmkinlə başa salmağınızı məsləhət görürük. Bu sözlər aşağıdakılardır:

Öncə də qeyd etdik ki, vahabi adlanan məzhəb yoxdur. Həmçinin vahabi namazı adlanan namaz da yoxdur. Bu bəzi İslam düşmənlərinin müsəlmanları parçalamaq üçün uydurduğu addan başqa bir şey deyildir. Odur ki, kim özünü vahabi adlandırırsa o bununla səhv etmiş olur. Çünki, uca Allah insanları vahabi deyil, məhz müsəlman adlandırmışdır.

Uca Allah buyurur: “(Ey möminlər!) Allah yolunda layiqincə cihad edin. O (Öz dini üçün) sizi seçdi və dində sizin üçün heç bir çətinlik yeri qoymadı - atanız İbrahimin dini (dinində olduğu) kimi. (Ey Muhəmməd ümməti!) Allah bundan (Quran nazil olmamışdan) əvvəl də, bunda (Quranda) da sizə müsəlman adını verdi ki, (qiyamət günü) Peyğəmbər (dinin təbliği, sizin ona iman gətirməyiniz, itaət etməyiniz barədə) sizə, siz də (əvvəlki peyğəmbərlərin Allahın hökmlərini öz ümmətlərinə çatdırdıqları halda) insanlara şahid olasınız. Elə isə (vaxtlı-vaxtında) namaz qılın, zəkat verin və Allaha sığının. (Allah) sizin ixtiyar sahibinizdir. O nə yaxşı ixtiyar sahibi, necə də gözəl imdada yetəndir!” (əl-Həcc surəsi 78-ci ayə).

Hər bir müsəlman haqq yolunu bilmək istəyirsə yalnız Allaha və Onun Peyğəmbərinin (səllallahu aleyhi və səlləm) SƏHİH hədislərinə tabe olmalıdır.

Bu barədə uca Allah Qurani Kərimdə bir çox ayələr nazil etmişdir. Uca Allah buyurur: “Allaha və Peyğəmbərə itaət edin. Əgər (itaətdən) boyun qaçırsanız, bilin ki, Peyğəmbərimizin vəzifəsi yalnız açıq bir təbliğdir (Quranı açıq-aydın təbliğ etməkdir).” (əl-Maidə surəsi 92-ci ayə).

Başqa bir ayədə isə belə buyurur: “Ey iman gətirənlər! Allaha itaət edin, Peyğəmbərə itaət edin və (şəkk-şübhə, riya, küfr və nifaq kimi şeylərlə) əməllərinizi puça çıxartmayın!” (Muhəmməd surəsi 33-cü ayə).

Lakin qeyd etmək istəyirəm ki, İslamın düşmənləri müsəlmanları parçalamaq üçün Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) adından bir çox yalan hədislər uydurmuşlar. Əgər siz Qurani Kərimə və Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) yalnız səhih hədislərinə tabe olsanız onda düzgün namaz qılmayan firqələrin hamısını tanıyacaqsınız.

Odur ki, kim Allaha və Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) yalnız səhih hədislərinə tabe olarsa haqq yolunu tapmış olar və Cənnətdə Allahın nemət verdiyi peyğəmbərləri, siddiqləri, şəhidləri və saleh insanlarlı ilə birgə olacaq. Bu barədə uca Allah buyurur: “Allaha və Peyğəmbərə itaət edənlər (axirətdə) Allahın nemətlər verdiyi nəbilər (peyğəmbərlər), siddiqlər (tamamilə doğru danışanlar, etiqadı dürüst, peyğəmbərləri hamıdan əvvəl təsdiq edən şəxslər), şəhidlər və salehlərlə (yaxşı əməl sahibləriylə) bir yerdə olacaqlar. Onlar necə də gözəl yoldaşlardır!” (ən-Nisa surəsi 69-cu ayə).

Allahdan istəyirik ki, hamımızı Allaha və Peyğəmbərinə (səllallahu aleyhi və səlləm) itaət edənlərdən etsin! Amin!!!

741. RUSLAN (BAKI)

SUAL: ASSALAMI ALEYKUM NIYE BEZILERI MESHI EYAGIN USTUNE [YENI CORABSIZ] BEZILERI ISE CORABDAN CEKIR

CAVAB: Və aleykumus-sələm.
Boş ayağa məsh çəkmək düzgün deyildir. Çünki Peyğəmbər (səllallahu aleyhi və səlləm) boş ayağa heç vaxt məsh çəkməmişdir. Peyğəmbər (səllallahu aleyhi və səlləm) yalnız ayağında corab və ya xuf (dəridən olan geyim) olduqda məsh etmişdir. Əl-Muğira ibn Şöbə (Allah ondan razı olsun) rəvayət edir ki, “Peyğəmbər (səllallahu aleyhi və səlləm) ilə səfərdə olanda onun ayağından xuffu çıxartmaq üçün əyildim. Bunu görən Peyğəmbər (səllallahu aleyhi və səlləm) mənə dedi: “Onları çıxarma! Mən dəstəmazlı ikən onları ayağıma geyindim.” Sonra onların üzərinə məsh çəkdi.” (əl-Buxari, 206; Müslim, 630).

 1  2  3  5  6  7  8  9  10  11  12  13  14  15  16  17  18  19  20  21  22  23  24  25  26  27  28  29

Mustəqil Islam saytı. Materiallardan istifadə etdikdə istinad vacibdir. Sayt 1422-ci (2001) hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət gostərir. e-mail: mail@azerislam.com. ICQ #99931111