SUAL: Ramazanda nə qədər zəkat verməliyik və kimlərə?
CAVAB: Ramazan ayının sonunda verilən zəkatı nəzərdə tutursunuzsa bu zəkata fitrə zəkatı deyilir. Fitrə zəkatı un, xurma, kişmiş, düyü, buğda və başqa bu kimi ərzaq məhsullarından verilir. Bu zəkatın miqdarı adam başına üç kiloqramdır. Fitrə zəkatı kasıblara verilir.
85. Cabir Mamedaliyev (Culfa)
SUAL: Əs-sələmu aleykum. Birinci sualıma cavab verdiyiniz ucun təşəkkür edirəm. İkinci sualım belədir: Bizim idarəyə hər gün müxtəlif qonaqlar gəlirlər. Onlar arasında qadınlar da olur. Biznes mədəniyyətinə görə onlarla əl tutuşub salamlaşmalı olursan. Bu orucu pozurmu? Çünki eşitdiyimə görə naməhrəm qadına oruclu halda qətiyyən toxunmaq olmaz. Allah razı olsun!
CAVAB: Və alekumus-sələm. Qadına toxunmaq nə orucu pozur nə də dəstəmazı. Lakin buna baxmayaraq naməhrəm qadına toxunmaq günahdır. Peyğəmbərin (səllallahu aleyhi və səlləm) əli ömründə bir dəfə də olsa belə naməhrəm qadına toxunmamışdır.
84. tural (baki)
SUAL: Salam aleykum. Bayramınız mübarək. ALLAH sizdən bu rahatlığı yaratdığınız üçün razı olsun.
Ramazan ayında hansı namazları qılmaq və başqa nə etmək olar?
Salamaleykum.
CAVAB: Və alekumus-sələm. Ramazan ayında təravih namazını, gecə (qiyamul-leyl) namazlarını və sairə nafilə namazlarını qılmaq olar. Bu ayda edilən ibadətlərin savabı digər aylarda edilən ibadətlərin savabından qat-qat çoxdur. Səhabələr Peyğəmbərdən (səllallahu aleyhi və səlləm) soruşdular: “Hansı sədəqə daha əfzəldir.” O belə cavab verdi: “Ramazan ayında verilən sədəqə.” (Bu hədisi Tirmizi rəvayət etmişdir). Həmçinin Peyğəmbər (səllallahu aleyhi və səlləm) belə demişdir: “Ramazan ayında edilən ümrə ziyarəti həcc ziyarətinə bərabərdir.” (Bu hədisi də Buxari və Muslim rəvayət etmişdir). Ramazan ayı barəsində olan bu cür hədislər saysız-hesabsızdır. Odur ki, Ramazan ayında ibadətləri çoxaltmaq lazımdır. Lakin bir şərtlə ki etdiyimiz ibadətlər Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) sünnəsinə müxalif olmasın. Ramazan ayında həmçinin çoxlu Quran oxumaq Peyğəmbərin (səllallahu aleyhi və səlləm) sünnəsinə müvafiq olardı. Çünki bu ayda həm Peyğəmbər (səllallahu aleyhi və səlləm) həm də səhabələr çoxlu Quran oxuyardılar.
83. mikiyev ferid (baki)
SUAL: Salam, cunub halda səhura qalxdım, orucum pozulmadı ki? Bir də mən çox yorulanda yatıram, bu orucu pozmur ki? Təşəkkür edirəm.
CAVAB: Xeyir, pozulmur. Hətta fəcr namazından sonra bu halda qalxsan da belə! Yatmaq orucu pozmur. Lakin hər bir müsəlmana Ramazan ayından maksimum istifadə etmək və vaxtını yatmaqla keçirməmək daha xeyirlidir.
82. Memmedov Terlan (baki)
SUAL: Yeməyi sübh namazı girənə kimi yemək lazımdır?
CAVAB: Bəli, yeməyi sübh namazının vaxtı girənə kimi (yəni, dan yeri ağarana kimi) yemək lazımdır.
81. Yahyayev Mirzehuseyn (Baki)
SUAL: Salam. 1 gün orucluqda yeyib sonra əvəzini tutmaq olarmı? Çox sağ olun.
CAVAB: Heç bir səbəb olmadan Ramazan orucunu pozmaq olmaz. Bunu edən şəxs bu əməlinə görə tövbə etməli və həmin günün qəzasını tutmalıdır.
80. Sevda Askerova (Baki)
SUAL: SALAM! Mən FƏRZ namazlarını qılıram. Amma sizdən xahiş edirəm ki, məni aydın formada başa salasınız ki, DUHA, TƏRAVİH və GECƏ namazlarını necə qılmaq lazımdır? Yəni onların forması (fərz namazı kimidir, yoxsa başqadır? Sağ olun!
CAVAB: 1) Duha namazı aşağıdakı şəkildə qılınır: Duha namazı iki rükət və daha çox cüt sayda qılınan sünnət namazıdır. Bu namazın neçə rükət qılınmasına heç bir məhdudiyyət yoxdur. Duha namazı7nın vaxtı günəş üfüqdən bir nizə hündürlüyündə qalxdıqdan səmanın ortasına (zenitə) yüksəlməsindən bir az əvvələ qədərdir.
2) Təravih namazı: Bu namaz 11 rükətdən ibarət camaatla qılınan sünnət namazıdır. “Təravih” - istirahət, dincəlmək deməkdir. Müsəlmanlar təravih namazında hər dörd rükətdən sonra dincəldiklərinə görə belə adlanmışdır. Bu namazı işa namazından sonra sübh namazına qədər olan vaxt ərzində qılmaq olar. Təravih namazı iki-iki qılınır və sonunda bir rükət olaraq vitr namazı ilə tamamlanır.
3) Gecə namazı: Gecə namazı iki-iki istənilən sayda qılınan sünnət namazıdır.
79. kamal zeynalov (baku)
SUAL: Ramazanda ən yadda qalan gözəl hadisə?
CAVAB: Ramazan ayında bir çox gözəl hadisələr baş vermişdir. Bu hadisələrdən biri odur ki, bu ayda Quran dünya səmasına nazil olmuşdur. Həmçinin bu ayda Bədr döyüşü baş vermiş və müsəlmanlar bu döyüşdə qalib gəlmişlər. Bu barədə bir çox hadisələri qeyd etmək olar. Lakin hesab edirəm ki bunlar kifayət edər.
78. HABIB HEYDAROV (BAKI)
SUAL: SALAMLAR. MƏNİM 15 YAŞIM VAR VƏ ORUC TUTURAM. SİZƏ SUALIM BUDUR Kİ, SƏHƏR TEZDƏN OBAŞDAN VAXTI YUMURTA YEMƏK OLARMI, YOXSA YOX? DİGƏR SUALIM İSƏ BELƏDİR: BİZ MƏKTƏBDƏ İDMAN DƏRSİ KEÇİRİK VƏ TƏRLƏYİRİK. BU ORUCU POZUR YOXSA YOX? VƏ BIR SUALIM DA BELƏDİR Kİ , ORUC TUTDUĞUM VAXT ƏTİRDƏN İSTİFADƏ ETMƏK OLAR YA OLMAZ? ONU DA NƏZƏRİNİZƏ ÇATDIRIRAM Kİ, MƏN SİZİN SAYTINIZLA 2 GÜNDÜR TANIŞ OLMUŞAM, VƏ HƏR ŞEYİ DƏRİNDƏN İNCƏLƏMƏMİŞƏM. SAĞ OLUN. ƏVVƏLCƏDƏN TƏŞƏKKÜRÜMÜ BİLDİRİRƏM.
CAVAB: 1) Oruc tutan zaman səhər tezdən halal yeməklərdən ixtiyari birini yeyə bilərsiniz. O cümlədən yumurta da yeyə bilərsiniz. 2) Tərləmək orucu pozmur. 3) Oruc tutan insan ətirdən istifadə edə bilər.
77. elnur ()
SUAL: Dənizdə boğularaq ölmənin haram olduğunu söyləyirlər, bu doğrudurmu?
CAVAB: Əksinə, dənizdə boğularaq ölən insan şəhid dərəcəsindədir.
76. Nadir (Sabirabad)
SUAL: Əs-sələmu aleykum. Təravih namazı haqqında verdiyim sualın cavabına görə sizə təşəkkür edirəm. Yalnız mənə bir şey qaranlıq qaldı, oda budur ki siz yazmışsınız (daha doğrusu hansısa bir dəlilə əsaslanmısınız) ki Peyğəmbərin (sallallahu aleyhi və səlləm) vəfatından sonra bu namazın fərz olma ehtimalı ardan qalxdıqdan sonra səhabələr yenidən bu sünnəti dirçəltmişlər. Bəs Peyğəmbərin (sallallahu aleyhi və səlləm) “Menim qiyamət gününədək halalım halal, haramım haramdır hədisini qəbul etsək belə çıxmır ki Peyğəmbərin (sallallahu aleyhi və səlləm) vəfatından sonra kimliklərindən asılı olmayaraq bidət etmişlər? Və bunu sonrakı nəsillərə də ötürmüşlər? Və birdə ki Peyğəmbərin (sallallahu aleyhi və səlləm) son vida həccində oxuduğu xütbə? Və Quran ayəsi ki “Sizin dininizi tamamladım...” o zaman Peyğəmbərin (sallallahu aleyhi və səlləm) bütün ibadət qaydalarını artıq çatdırmışdı və heç bir nöqtəni unutmamışdı hətta hər bir suallara (hər bir mövzuda eləcə də ibadət mövzusunda) cavab vermişdi. Bəs nə ücün sonradan şəxsi ictihadlar meydana gəldi və yuxarıdakı qeyd etdiyim hədisi bilə-bilə sonrakı nəsillər şəxsi ictihadları qəbul edib ibadətlərini bununla tənzimləmişlər? Əs-sələmu aleykum.
CAVAB: Görünür bizim yazdığımız cavabı dəqiq başa düşməmisiniz. Biz keçən cavabda yazmışdıq ki, bu əməli (yəni təravih namazını camaatla qılmağı) Peyğəmbər (sallallahu aleyhi və səlləm) özü etmişdir. Bu da onu göstərir ki Peyğəmbər (sallallahu aleyhi və səlləm) əgər özü bunu etmişsə bu əməl heç vaxt bidət ola bilməz. Bidət odur ki, dində olmayan bir şeyi dinə gətirəsən. Bu əməl isə artıq dində var idi. Peyğəmbər (sallallahu aleyhi və səlləm) bu əməli tərk etməsinin səbəbini də eyni hədisdə özü açıqlamışdır. Peyğəmbər bunu açıqlayaraq demişdir ki “Qorxdu ki bu namaz sizə fərz ola və sizin də onu yerinə yetirməyə taqətiniz çatmaya.” Lakin Peyğəmbər (sallallahu aleyhi və səlləm) vəfat etdikdən sonra səhabələr başa düşdülər ki artıq bu namazın fərz olma ehtimalı ardan qalxdı. Çünki Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) sonuncu peyğəmbər olduğundan onun vəfatından sonra artıq vəhyin nazil olmasına son qoyuldu. Həmçinin hamıya bəllidir ki, Peyğəmbərin sünnəsini səhabələrdən daha yaxşı bilən yoxdur və bu əmələ səhabələrin heç biri də etiraz etməmişdir. Bu da onu göstərir ki bu əməl özü elə sünnədir.
75. asif ()
SUAL: Namaz iftardan sonra yoxsa əvvəl qılınmalıdır? İftarı 1 və ya 2 saat gec açmaq olarmı?
CAVAB: İftarı gün batdıqdan dərhal sonra etmək daha əfzəldir. Çünki Peyğəmbər səllallahu aleyhi və səlləm hədislərin birində iftarını ilk vaxtlarda açan bəndəni belə müjdələmişdir: “İnsanlar iftarı əvvəl vaxtında, səhuru isə axır vaxtında yeməklə xeyrə nail olarlar.” Odur ki, öncə iftar edib sonra məğrib namazını qılmaq daha əfzəldir. Lakin bir şərtlə ki, məğrib namazının vaxtı çıxmasın.
74. Asif (Sumgayit)
SUAL: Mən gecə növbəsində işləyirəm. Oruc tuturam, amma gündüz yatıram. Yuxuya məhdudiyyət qoymalıyammı?
CAVAB: Məlum olduğu kimi yatmaq orucu pozmur. Lakin hər bir müsəlmana Ramazan ayından maksimum istifadə etmək və vaxtını yatmaqla keçirməmək daha xeyirlidir. Amma siz yatmaqla bilərəkdən namazların vaxtını keçirirsinizsə bu əməl haramdır.
CAVAB: Xeyr! Bu namazı qılmaq sünnədir (Peyğəmbərin səllallahu aleyhi və səlləm etdiyi müstəhəb əməllərdəndir).
72. Akberov Ismayil (Baki)
SUAL: Bu vaxtların hansına inanaq?
Saytda olana və ya Allahşükür deyənə.
Aralarında yarım saat fərq var.
Çox sağ olun.
Salam aleykum.
CAVAB: Aleykumasalam.
QMİ - Şamaxı rəsədxanasına istinad edir.
Bizim saytda olan isə neçə illərdir dünya mütəxəssislərinin Bakı vaxtı üçün təqdim etdiyi vaxtlardır. Ramazan səhifəsinə baxın.
Bizim təqvimdə rayonların vaxtları aşağıda göstərilib.
Bu da fərqə təsir edir.
Azerislamda olan təqvim 3-4 ildir ki, Bakıda çap olunub paylanır. Burada heç bir problem yoxdur.
QMİ-də qeyd etdi ki, Azərbaycanda olan təqvimlərin heç birini səhv hesab etmək olmaz.
71. vuqar qavurov (sheki)
SUAL: Zəkatı kimlərə vermək olar?
CAVAB: Zəkat iki qismə bölünür: 1) Fitrə zəkatı. Bu zəkat Ramazan ayının son iki günündən başlayaraq bayram namazına qədər kasıblara verilməlidir. Fitrə zəkatı un, xurma, kişmiş, düyü, buğda və başqa bu kimi ərzaq məhsullarından verilir. Bu zəkatın miqdarı təqribən üç kiloqramdır.
2) Varlıların öz mallarından verdikləri zəkat. Bu zəkat aşağıdakı səkkiz sinif insanlara verilir: Uca Allah buyurur: “Sədəqələr (zəkatlar) Allah tərəfindən müəyyən edilmiş bir fərz (vacib əməl) olaraq ancaq yoxsullara, (ehtiyacı olan, lakin utandığından əl açıb dilənməyən) miskinlərə, zəkatı yığıb-paylayanlara, ürəkləri (müsəlmanlığa) isinişib bağlanmaqda olanlara (iman gətirib hələ kamil mömin olmayanlara), azad ediləcək kölələrə (və ya boynuna kəffarə düşüb verə bilməyənlərə), həmçinin (borcunu ödəməyə imkanı olmayan) borclulara, Allah yolunda cihad edənlərə və yolçulara (pulu qurtardığı üçün yolda qalan, vətənə qayıda bilməyən müsafirlərə) məxsusdur. Allah (hər şeyi) biləndir və hikmət sahibidir.” (ət-Tövbə surəsi 60-cı ayə).
70. cavid (baki)
SUAL: Əs-sələmu alekum.
Oruc vaxtı yatıb sonra durarkən ağızda acılıq və s. olur. Bu zaman agızı yaxalamaq orucu pozarmı? Cavaba görə təşəkkür edirəm.
CAVAB: Bu cür halda ağızı yaxalamaq orucu pozmur. Lakin ağız və ya burunu yaxaladıqda ehtiyatlı olmaq gərəkdir. Çünki bu zaman boğaza su getsə oruc pozulur.
69. Ceferov Xeyyam (Aqcabedi)
SUAL: Salam. Sizə çox təşəkkür edirəm ki, belə bir gözəl sayt açmışsınız. Məni narahat edən bir məsələdir. Ramazan ayında Azərbaycanın bütün rayonlarında vaxt göstərilib amma Ağcabədidə göstərilməyib. Ona görə də mən oruc tutanda dəqiq vaxtı müəyyənləşdirə bilmirəm. Sizdən artıq dərəcədə xahiş edirəm ki, mənə Ağcabədidə oruc tutmağın vaxtını deyəsiniz. Çox sağ olun. Allah niyyətlərinizi qəbul etsin.
CAVAB: Ağcabədi rayonunun təqvimi ona ən yaxın olan rayonun təqvimi ilə eynidir. Ona görə də bu rayona ən yaxın olan rayonun təqvimini götürüb ona əməl etsən kifayət edər.
69. Namik (baki)
SUAL: Əs-sələmu aleykum!!!
V.Məmmədəliyev adətən Ramazan bayramı üçün tərtib edilən türk, iran və ərəb təqvimlərinin bir-birindən fərqləndiyini də bildirdi. Onun sözlərindən belə məlum oldu ki, bu təqvimlərin heç birini səhv hesab etmək olmaz. Çünki hamısı astroloji hesablamalar əsasında hazırlanır.
Yuxarıdakı ifadələri nəzərə alaraq bəzi təqvimlərdə orucluqun başlanması 16 oktyabrda yazılsa və bir musəlman yuxarıda geyd olunmuş tarixdən oruca başlasa səhv etmişdirmi??? Bayramı 15-də edənlər hemçinin???
CAVAB: Namazların vaxtlarından fərqli olaraq Ramazan ayı eyni dövlətdə müxtəlif günlərdə başlaya bilməz. Odur ki, Ramazan ayının əvvəli və axırı ayın görünməsi ilə bilinir. Əgər ayın görünməsi 15 oktyabra təsadüf edibsə onda həmin gündən etibarən oruc tutulur. Oruca 16 oktyabrdan başlayanlar isə tutmadığı 15 otyabrın qəzasını sonradan tutmalıdır. Ramazan bayramı da eynilə buna bənzəyir. Yəni eyni dövlətdə bayram günü bir günə təsadüf etməlidir.
68. Ceferov Xeyyam (Aqcabedi)
SUAL: Xahish edirem ki, Aqcabedi sheherinde ramazan ayinin teqvimini mene yazin. Cunki tek menim yox butun burada oruc tutanlarin hamisinin ona (teqvime) ehtiyaci var. Size teshekkurler. Allah butun niyyetlerinizi qebul elesin inshallah...
CAVAB: ramazan.azerislam.com -dan cədvəli əldə edə bilərsiniz.
Təqvimin aşağı hissəsində isə sizin rayona yaxı olan vaxtı gündəlik vaxtlara əlavə edə bilərsiniz.
68. Namiq H. (Baki)
SUAL: Əs-sələmu aleykum. Xahiş edirəm mənim ikinci sualıma da cavab verin. Hal-hazırda mən zökəm (qrip) xəstəliyinə tutulmuşam. Amma mən ağzıma və boğazıma yığılan su və tüpürcəyi uduram. Mənim hər dəfə bunu təmizləməyə imkanım olmur. Bu yəqin ki bütün qripə tutulanların hamısında olur. Mənim bu halım (xəstəliyim) orucumu batil etmir ki? Çox sağ olun.
CAVAB: Tüpürcəyi, bəlğəmi və ya burundan axan seliyi udmaq orucu pozmur. Odur ki siz orucunuza davam edə bilərsiniz.
67. seymur1 (baki)
SUAL: Salam. Mən bilmək istəyirəm ki, bir qız oruc tutursa o istədiyi oğlanla görüşə bilər? Yəni.......
CAVAB: Əgər qızın istədiyi oğlanla kəbini varsa onda həmin oğlanla Ramazan ayında (cinsi əlaqə istisna olmaq şərtilə) görüşə bilər.
66. Namiq H. (Baki)
SUAL: Əs-sələmu aleykum. Mən Maştağa kəndində yaşayıram. Sizin göstərdiyiniz namazın qılınma vaxtı ilə kənd (Maştağa, Nardaran) məscidlərinin arasında 15-20 dəqiqə fərq olur. Məsələn Sizin cədvələ əsasən bu gün şam namazı və ya iftar 19:02-də olmalıdır. Amma məsciddə azan təxminən 15 dəqiqə sonra verilir. Xahiş edirəm əsaslı mənə başa salın, mən sizin cədvəllə və ya məsciddən verilən azandan sonra şam namazını qıla və ya iftarımı aça bilərəmmi? Çox sağ olun.man sizin cadvalla va ya masciddan verilan azandan sonra sham namazini qila va ya iftarimi aca bilaram.Cox sag olun.
CAVAB: Siz bu iki təqvimdən ixtiyari biri ilə həm şam namazınızı qıla bilər, həm də orucunuzu aça bilərsiniz.
65. Cabir (Baki)
SUAL: Salam. Boşanma haqqında sual. Kişi tərəfdən eyni zamanda 3 dəfə boşayıram sözü dedikdə, bu necə həyata keçir? Bunu ətraflı izah etməyinizi xahiş edirəm.
CAVAB: Əgər kişi öz həyat yoldaşına eyni zamanda 3 dəfə TALAQ (boşayıram) sözünü desə bu bir boşanma həyata keçir. Lakin kişi öz qadınını heyz qanından təmizləndikdən sonra (cinsi əlaqəyə girməmiş) boşaya bilər. Əgər kişi yenidən həmin qadını geri qaytarmaq istəyirsə onda o, üç ay ərzində öz həyat yoldaşı ilə cinsi əlaqəyə girə bilər. Lakin buna baxmayaraq həmin kişinin boynunda olan üç boşamadan biri artıq həyata keçmiş sayılır. Əgər kişi qadını boşadıqdan sonra üç ay ərzində onunla cinsi əlaqədə olmayıbsa, onda həmin qadın artıq kişiyə haram sayılır. O, həmin qadınla evlənmək üçün yenidən kəbin kəsdirməlidir.
64. ali (uk)
SUAL: Salam. Oruc zamanı üz qırxmaq olarmı? Sağ olun.
CAVAB: Üz qırxmaq orucu pozmur.
63. Cabir Mamedaliyev (Culfa)
SUAL: Əs-sələmu aleykum. Ramazan ayınız mübarək olsun! Allah oruc namazlarınızı qəbul etsin! Sualım belədir: Mən oruc halında olarkən ailə quracağım qızla görüşə bilərəmmi? Və yaxud onun əlinə toxuna bilərəmmi?
Allah razı olsun!
CAVAB: Əgər bu qızla kəbin də kəsdirmişsənsə onunla görüşə bilər və əlinə toxuna bilərsən.
62. Faiq.Qasimov (Baki)
SUAL: Əs-sələmu aleykum! Mən bu gün oruc tutmuşdum, amma bilmədən çaşıb şokalad yedim. Elə bildim ki, batil oldu və sonra daha yenə şokalad yedim və bu günü buraxdım. Belə olarmı? Bir də sizdən xahiş edirəm siqaret çəkmək olarmı? Sağ olun.
CAVAB: Oruclu halda unudub yemək yeyən şəxs xatırlayan kimi dərhal orucuna davam etməlidir. Bu halda onun orucu düzgün sayılır və ona sonradan qəza tutmağa ehtiyac yoxdur. Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: Kim oruclu halda unudub yemək yeyərsə və ya bir şey içərsə orucuna davam etsin. Çünki onu yedirdən də, içirdən də Allahdır.” Amma siz sonradan yeməyə davam etdiyinizə görə orucunuz batil olur və həmin günün qəzasını sonradan tutmalısınız. Siqaret çəkməyə gəlincə əlbəttə ki, bu orucu pozur və həmin şəxs, bunun qəzasını tutmalıdır. Bundan əlavə o, iki şeyə görə tövbə etməlidir. Birincisi orucunu pozduğuna görə, ikincisi isə siqaret çəkdiyinə görə. Belə ki, siqaret çəkmək haramdır.
61. ali (baki)
SUAL: Bismillah. Ramazanda Allahın və peyğəmbərin adından yalan danışmaq orucu batil edirmi? Eləcə də Ramazanda 12 imamdan birinin adından yalan danışmağın hökmü nədir?
CAVAB: Ramazan ayında yalan danışmaq orucu pozmur. Yalnız onun savabını azaldır. O ki qaldı Allahın və Peyğəmbərin adından yalan danışmağa bu ən böyük günahlardan biridir. Həmin şəxs bu əməlinə görə tövbə etməlidir. Eləcə də imamların adından yalan danışmaq.
60. ()
SUAL: ORUC,VAXTINI,BAKIVVAXTI,ILE,DEYERDINIZ
CAVAB: Ramazan səhifəsinə baxın.
55. Elcin Zeynalov (Sumqayit)
SUAL: Əs-sələmu aleykum! Azerislam.com saytındakı Ramazan təqvimi düzdürmü? Xahiş edirəm konkret cavab verin.
Mustəqil Islam saytı. Materiallardan istifadə etdikdə istinad vacibdir. Sayt 1422-ci (2001) hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət gostərir. e-mail: mail@azerislam.com. ICQ #99931111