SUAL: Ва салам алекум!
Всех братьев и сестер поздравляю с праздником!
Я живу в таком городе где меня называют вахабистом (люди) а те кто носит погоны берут тех кто держит бороду и ведут к себе в ОФИС и бреют бороду например наполовину или ... ну издеваются. А потом в таком виде выпускают на улицу. Как вы сами понимаете держать здесь бороду не возможно. Как по вашему надо поступать нашим братьям?
Ва салам алекум!
CAVAB: Və aleykumus-sələm.
Əgər qeyd etdikləriniz doğrudursa onda saqqlı qırxmaq olar.
499. nana (baki)
SUAL: salam.bayraminiz mubarek olsun.men 2 ildir ki namaz qiliram .amma helede namaz qilarken fikrim dagilir.cavablarda oxumusam ki coxlu kitablar ,Qurani oxumaq lazimdir qurani bir defe oxumusam. usaqnan mesqul oldugumdan vaxtim olmur.indi bilmek isteyirem ki menim qildigim namaz qebul olunurmu.cavabiniza gore coz sag olun.
CAVAB: Və aleykumus-sələm. Sizin də bayramınız mübarək olsun.
Hər bir insan namaz qıldıqda onun kamil savabını almır. Odur ki, Peyğəmbərimiz demişdir ki, “Elə insan var ki, namaz qıldıqda onun yarısının savabını qazanır, eləsi var ki, altıda birinin, eləsi var yeddidə birinin, ……….eləsi də var ki, onda birinin savabını qazanır.”
Namazın tam savabını qazanmaq üçün əlavə sünnə namazları da qılmaq lazımdır.
Həmçinin onu da qeyd etmək lazımdır ki, namazda fikir yayındıqda bu şeytan tərəfindəndir. Səhabələrdən biri Peyğəmbərə (səllallahu aleyhi və səlləm) belə dedi: “Ey Allahın elçisi! Şeytan namazımda və qiraətimdə hərdən mənə vəsvəsə edir. Mən nə edim ki, ondan yaxa qurtarım?” Peyğəmbər (səllallahu aleyhi və səlləm) dedi: “Həmin şeytanın adı “xinzib”-dir. Əgər onun vəsvəsəsini hiss etsən, ondan Allaha sığın (yəni, “əuzu billəhi minəl-xinzib” de) və üç dəfə sol tərəfinə tüpür.” (Bu hədisi Muslim “Səhih” əsərində (4/1729) rəvayət etmişdir).
498. Nihat Suleymanov (baki)
SUAL: fitre hansi gune dusur
CAVAB: Əs-sələmu aleykum.
Fitrə zəkatı noyabr ayının 14-ü saat bayram namazına (yəni, təxminən saat 9:00 – a) kimi verilməlidir.
497. Mustafayev TURAL (GOYCAY)
SUAL: BAYRAM NAMAZI NECA RUKATDIR ? SAQ OL
CAVAB: Əs-sələmu aleykum.
Bayram namazı, iki rükət səslə qılınan namaz və iki xütbədən ibarətdir.
Bayram namazının qılınması: Birinci rükətdə ehram təkbirini edib, «istiftah» duasını oxuduqdan sonra altı dəfə əlləri çiyinlər səviyyəsinə qaldıraraq təkbir etmək, sonra isə digər fərz namazlarında olduğu kimi həmən rükəti tamamlamaq. İkinci rükətə qalxdıqdan sonra isə beş dəfə əlləri çiyinlər səviyyəsinə qaldıraraq təkbir etmək və həmin qaydada o rükəti təşəhhüd və salamlarla tamamlamaq lazımdır.
496. vuqar ekberov (baki)
SUAL: esselamu aleykum. bizim tayfa shiedir. amma ben sunneye ustsnluq verirem.Sune kimi Namaz qiliram. Amma istemiremki qohumlar bilsin. Soz-sohbet yaranacaq.Evde sunne kimi qiliram,kende gedib shie kimi qiliram.bu gunah deyilki.
CAVAB: Və aleykumus-sələm.
Bu cür etmək günahdır.
495. aygun haciyeva (baki)
SUAL: Salam-aleykum! 1)Agar insan namaz qilmaga usaq vaxtlarindan baslamasa,masalan,40 yasindan sonra baslasa avvalki illarin qazasini qilmaq vacibdirmi?2)Ahya gecalari namaz qilib,oruc tutan usaqlara oyaq qalmaq vacibdirmi?(agar usqlar sahar tezdan darsa gedirlarsa).
CAVAB: Və aleykumus-sələm.
1. İnsan namaz qılmağa başladıqda əvvəl qılmadığı namazların qəzasını qılmalı deyildir. Belə ki, həmin namazlar üçün qəza yoxdur. Həmin qılmadığınız namazlar üçün tövbə etməyiniz kifayət edər. Çünki Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) vaxtında İslamı yeni qəbul edən müsəlmanlar öncə qılmadıqları namzların qəzalarını qılmırdılar. Həmçinin uca Allah tövbə edənlər barəsində belə buyurur: “(Ya Rəsulum!) Kafir olanlara de: "Əgər onlar (öz küfrlərindən, Peyğəmbərə və möminlərə qarşı müharibədən) əl çəksələr, keçmişdəki günahları bağışlanar. Yox, əgər yenə (yaramaz işlərə, döyüşməyə) qayıtsalar, əvvəlkilərin (keçmiş ümmətlərin) başına gələnlər onların da başına gələr.” (əl-Ənfal surəsi 38-ci ayə).
Digər ayədə isə belə buyurur: “Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayandır, rəhm edəndir!” (əl-Furqan surəsi 70-ci ayə).
Bu ayələr onu göstərir ki, əvvəl qılmadığınız namazlara görə tövbə etmək kifayətdir.
2. Əhya gecələri dedikdə yəqin ki, qədr çecələrini nəzərdə tutursunuz. Odur ki, bu gecədə oyaq qalmaq nə uşaqlar üçün, nə də böyüklər üçün vacib deyildir. Lakin bu gecə 1000 aydan daha xeyirli olduğu üçün həmin gecəni oyaq qalıb ibadətlə keçirmək 1000 ay ibadət etmək kimidir. Həmçinin o gecədə edilən dualar qəbul olur. Odur ki, bu cür gecəni oyaq qalıb ibadətlə keçirmək ən xeyirli əməllərdəndir.
494. Mircelil (Sumqayit)
SUAL: Allah vergi kimese verir ?
Umimiyyetle vergi nedir?
CAVAB: Əs-sələmu aleykum.
Bəzi insanlar “Vergi” dedikdə kəraməti nəzərdə tuturlar.
“Kəramət” dedikdə insanlara qeyri adi gələn və dinə müxalif olmayan əməllər nəzərdə tutulur ki, bu əməlləri də uca Allah yalnız öz saleh bəndələrinə nəsib edir.
Əgər insanların kəramət (vergi) hesab etdikləri əməl qeyri adi olmasına baxmayaraq dinə müxalifdirsə, onda bu əməl kəramət (vergi) deyil, əksinə sehr və kahinlikdir ki, bu da həmin insana şeytanlar tərəfindən verilir. Məsələn, hər hansı bir insan kimnsə falına baxırsa və ya qeybdən bəzi xəbərlər verirsə, onda bu küfr və şeytan əməlidir. Çünki, bu əməl dinə müxalifdir.
Kəramətlə şeytani əməllərin arasında olan fərqlər aşağıdakılardır:
1. Kəramətin baş verməsində başlıca səbəb həmin insanın imanılı olmasıdır, onun Allaha və Onun Peyğəmbərinə itaət etməsidir. Şeytani əməlin baş verməsində başlıca səbəb həmin insanın küfr etməsi, Allaha və Onun Peyğəmbərinə asi olmasıdır. Odur ki, kim görsə ki, Allaha ibadət etməyən, daima günah edən və dindən heç bir xəbəri olmayan şəxs ona vergi (kəramət) verilməsini iddia edir, bilsin ki həmin şəxsin əməli şeytan əməlidir.
2. Kəramət heç bir cəhd göstərilmədən Allah tərəfindən saleh bəndəyə verilir. Şeytan əməli isə küfr, Allahdan qeyrisinə qurban kəsmək və bu kimi əməlləri edərək cəhd göstərmək vasitəsi ilə verilir. Odur ki, hər hansı bir şəxsə (vergi verilməsinə can atdıqdan sonra) nə isə verilərsə, bilin ki, o şeytan əməlidir.
3. Saleh insanlara verilən kəraməti heç bir şey batil etmir. Şeytan əməlini isə Quran oxumaq, Allahı zikr etmək, Ayətul-kürsünü oxumaq (əl-Bəqərə surəsi 255) və bu kimi əməllər batil edir. Odur ki, şeytan əməli ilə məşğul olan insanların yanında bu cür əməlləri etsəz həmin “şeytan vergisi” batil olar.
4. Kəramət verilən şəxslər (Allahdan qorxduqları üçün təvazökarlıq göstərib) öz kəramətlərini heç kəsə yaymırlar və bu kəramətlə fəxr etmirlər. Şeytan vergisi verilən şəxslər isə, əksinə olaraq öz vergilərini hamıya yayırlar və bununla fəxr edirlər. Hətta onların hamısı özlərini (televiziyada və s. yerlərdə) reklam edirlər ki, insanlar onların yanlarına gəlsinlər və pul vasitəsi ilə öz fallarına baxdırsınlar, başlarına gələn bəlaları dəf etdirsinlər, ruzilərinin artmasını istəsinlər və ya cadu və sehr kimi əməllər etdirsinlər. Sizcə bu əməllər heç kəramət sayıla bilərmi və ya bu cür əməlləri edən şəxs saleh insan sayıla bilərmi? Əlbəttəki yox. Bu cür insanlar şeytanın havadarlarıdır.
Bu qeyr etdiyimiz qaydaları hər hansı bir şəxsə tətbiq etsəniz onun Allahın yoxsa şeytanın dostu olduğunu daha aydın görərsiniz. Allah bizim hamımızı doğru yolda olanlardan etsin! Amin!!!
493. Elvin Tanriverdi (istanbul)
SUAL: selamin aleykum hocam!men telebeyem,hamd olsun ALLAHa ki,canim saglamdi oruc tuturam,namaza da bashlamisham.ama, derslerimle namazi bir arada ede bilmediyimden,derslerimi oxumaga vaxtim geder diye dunen ve siragagun qilmadim.bugun ise yuxumda gordum ki,KUR'ANda bele bir aye oxuyuram:"la ilahe illallah,orucunu tut ve namazini qil." yeniden bir daha namazdan ayrilmamak sozuyle bashladim namaza..............size sualim islamda yuxuda KUR'AN oxumaq barede,veya yuxuda gormek barede bir shey varmi ve bu nece yozulur?evvelceden teshekkurlerimi birldirirem.indiden butun musluman ve mominlerin bayramini tebrik edirem,ALLAHorucunuzu qebul elesin. istanbul.12.11.2004
CAVAB: Və aleykumus-sələm.
Uca Allah hər bir peyğəmbərə bir möcüzə vermişdir. Yuxunu dəqiqliyi ilə yozma elmini isə uca Allah Yusif peyğəmbərə vermişdir. Odur ki, hal-hazırda yuxunu dəqiqliyi ilə heç kəs yoza bilməz. O cümlədən də sizin gördününüz yuxunu. Çünki, yuxu yozma barəsində nə Qurani Kərimdə, nə də Peyğəmbərimizin hədislərində heç bir şey varid olmamışdır. Varid olan yalnız odur ki, insan pis yuxu gördükdə onu heç kəsə danışmamalıdır. Biz ancaq Allaha dua edərək deyə bilərik ki, “Alah sizin bu yuxunuzu sizin üçün xeyirli etsin.”
Allah sizin də orucunuzu və ibadətlərinizi qəbul etsin! Həmçinin həm sizi, həm də bütün möminləri İslam dinində sabit etsin! Amin!!!
492. xalitov rasad (sumgayit)
SUAL: peyqambar s.a.s. doquldugu il
CAVAB: Əs-sələmu aleykum.
Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) (miladi tarixi ilə 571-ci ildə) Rabiul-əvvəl ayının 12-sində həftənin 2-ci günündə anadan olmuşdur.
491. Ahmedova yashen (Baki)
SUAL: salam aleykum.Sualim beledir.Biz Allahin izni olmadan ne bir gunah ,ne bir savab ede bilerik.her shey onun izni ile olur.Ve o bizim butun heyatimizi evvelceden yazib.eger bu beledirse bele cixir ki, biz bu heyatda ne gunhlarimiza ne de savablarimiza hec bir mesuliyyet dashimiriq? xaish edirem cavablandirin.Allah amaninda.
CAVAB: Və aleykumus-sələm.
Xeyr bu doğru deyildir. Çünki, uca Allah əvvəlcədən öz əzəli elmi ilə hər bir insanın nə edəcəyini bilmiş və onların edəcəkləri həmin əməlləri də öz qədərlərinə yazmışdır. Uca Allahın onların qədərlərinə edəcəkləri əməlləri əvvəlcədən yazması heç də onları bu əməllərin edilməsinə yönəltmək deyildir. Əksinə hər bir şəxs etdiyi əməli özü seçir və buna görə də məsuliyyət daşıyır. Uca Allah buyurur: “Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır). Kim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir).” (əz-Zəlzələ surəsi 7-ci və 8-ci ayələr).
Bu ayə onu göstərir ki, əməli edən elə həmin şəxsin özüdür və o bunu öz seçimi ilə edir. Ona görə də etdiyi əmələ görə cavab verəcəkdir.
Başqa bir ayədə uca Allah belə buyurur: “Müşriklər belə deyəcəklər: "Əgər Allah istəsəydi, nə biz, nə də atalarımız müşrik olar və nə də biz bir şeyi haram edə bilərdik. Onlardan əvvəlkilər də (öz peyğəmbərlərini) belə təkzib etmişdilər. Nəhayət, əzabımızı daddılar. (Onlara) de: "Bizim qarşımıza çıxara biləcək bir elminiz varmı? Siz yalnız zənnə qapılır və yalan uydurursunuz!” (əl-Ənam surəsi 148-ci və 149-cu ayələr).
Bu ayə də onu göstərir ki, Allah barəsində bu cür demək müşriklərin sözüdür və bu sözlərə görə də Allah onları cəzalandırdı. Həmçinin bu ayədən nəticə çıxarmaq olar ki, insan etdiyi günaha görə deyə bilməz ki, onu Allah istədi ki, mən də etdim, Allah istəməsəydi etməzdim. Bu cür demək günahdır. Çünki, insan etdiyi əməli özü seçir və bunu yerinə yetirməyə can atır. Kim nəyə can atırsa uca Allah da onu həmin şeyə yönəldir. Həmçinin insan özü hansı yolu seçərsə Allah da onu həmin yola yönəldər. Azğınlığa tərəf meyl edərsə Allah da onu həmin yola yönəldər, doğru yola meyl edərsə onu həmin yola yönəldər. Bu da onu göstərir ki, hər bir şeyi insan özü seçir. Uca Allah buyurur: “Hər kəs özünə doğru yol aşkar olandan sonra Peyğəmbərdən üz döndərib möminlərdən qeyrisinin yoluna uyarsa, onu istədiyi (özünün yönəldiyi) yola yönəldər və Cəhənnəmə varid edərik. Ora necə də pis yerdir.” (ən-Nisa surəsi 115-ci ayə).
490. Fuad ()
SUAL: Ramazan bayramindan sonra oruc tutmaq olarmi? ve bunun fezileti barede hedis varmi?
CAVAB: Əs-sələmu aleykum.
Bəli, Ramazan bayramından sonra nafilə orucları tutmaq olar. Nafilə orucları bunlardır:
- Birinci və dördüncü günlər;
- Hicri aylarının 13-ü, 14-ü və 15-i;
- Məhərrəm ayının 9-u, 10-u və 11-i;
- Şəvval ayının istənilən altı günü və hədislərdə varid olan başqa bu kimi günlər.
Şəvval ayında 6 gün oruc tutmaq barəsində Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) belə demişdir: “Kim Ramazan ayını oruc tutarsa və onun ardınca şəvval ayından 6 gün də oruc tutarsa bütün ili oruc tutmuş kimidir.” (Bu hədisi Muslim və başqaları rəvayət etmişdir).
489. zaur (baki)
SUAL: qedir gecesi ne vaxtdi
CAVAB: Əs-sələmu aleykum.
Qədr gecələri Ramazan ayının son on gününün tək günlərindən birinə təsadüf edir.
488. Aleskerli (Rashad)
SUAL: بسم الله الرحمن الرحيم
Qezaya qalmish oruclari hansi vaxtlarda tutmaq olmaz?
Xahish edirem bu sual barede genish me'lumat veresiniz.
Evvelceden minnetdarliqimi bildirirem.
Allah sizden razi olsun. AMIN !
CAVAB: Əs-sələmu aleykum.
Qəza oruclarını aşağıda qeyd olunan günlərə salmaq olmaz.
1. Cümə və şənbə günlərini xüsuləşdirib oruc tutmaq olmaz (cümə günü oruc tutmaq üçün ondan əvvəlki və ya sonrakı günü də oruc tutmaq lazımdır. Şənbə gününə gəlincə, qeyd etmək lazımdır ki, bu gündə nafilə oruc tutmaq ümumiyyətlə qadağandır. Yalnız cümə ilə şənbə günlərini birgə tutmağa rüsxət verilmişdir.)
2. Bayram günləri (Ramazan və qurban bayramları).
3. “Təşriq” günlərində (zil-Hiccənin 11-i, 12-i və 13-ü) oruc tutmaq olmaz.
Allah sizdən də razı olsun!
487. Aleskerli (Rashad)
SUAL: بسم الله الرحمن الرحيم
Sualima gore cox uzr isteyirem. Bir muselmanin əxlaqsız kinolara baxmaqi ne derece duzgundur? Evvelceden minnetdarligimi bildirirem. Bu xidmetinize gore Allah sizden razi olsun. AMIN !
CAVAB: Əs-sələmu aleykum.
Hər bir müsəlman gözünü haram olan şeylərdən qorumalıdır. Əlbəttə ki, bu cür filimlərə baxmaq da haram əmllərdəndir. Uca Allah buyurur: “(Ya Rəsulum!) Mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar). Bu onlar üçün (ədəb-ərkan, təmizlik baxımından) daha yaxşıdır. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır! Mömin qadınlara da de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar)...” (ən-Nur surəsi 30, 31-ci ayələr).
Bu ayələr onu göstərir ki, müsəlman kişi və qadınlara haram olan şeylərə baxmaq qadağandır.
486. Ashref (Sumgayit)
SUAL: Salam, yad qadinlarin shekline baxmaq niye duzgun deyil, eger ki, kimse onunla rahatlanirsa?
CAVAB: Və aleykumus-sələm.
İlk növbədə onu demək istərdik ki, bunu uca Allah qadağan etmişdir. Uca Allah buyurur: “(Ya Rəsulum!) Mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar). Bu onlar üçün (ədəb-ərkan, təmizlik baxımından) daha yaxşıdır. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır! Mömin qadınlara da de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar)...” (ən-Nur surəsi 30, 31-ci ayələr).
Sonra isə Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) bir hədisini xatırlamaq yerinə düşərdi. Bir gün Peyğəmbərin (səllallahu aleyhi və səlləm) yanına bir cavan gəlib zina etmək üçün ondan rüxsət istədikdə Peyğəmbər (səllallahu aleyhi və səlləm) ona belə cavab verdi: “İstəyirsən ki, sənin ananla, bacınla, qızınla, xalanla və bibinlə kimsə zina etsin?” O : “Yox” deyə cavab verdikdə Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Həmçinin insanlar da istəmirlər ki, kimsə onların yaxınları ilə zina etsin!”
Bu hədisi şəkilə baxmağa da şamil etmək olar. Odur ki, belə bir sual meydana çıxır:
Hansı müsəlman razı olar ki, onun anasının, bacısının, qızının, xalasının yaxud da bibisinın şəklinə baxıb rahatlansınlar? Əlbəttə ki, heç bir müsəlman bununla razı olmaz. Odur ki, şəkilə baxıb onunla rahatlaşan şəxs yuxarıda verilən sualla razılaşmış sayılır.
Allah bizi haram əməllərdən uzaq etsin! Amin!!!
485. Azaqov Elchin (baki)
SUAL: oruc olarken bashi islatmaq olarmi?cavabiniza gore evvelceden teshekkur edirem.
CAVAB: Əs-sələmu aleykum.
Oruclu ola-ola çimmək caizdir. Belə ki, Peyğəmbər (səllallahu aleyhi və səlləm) oruclu ola-ola çimərdi. Əlbəttə ki bu cür məsələlərdə ifrata varmaq olmaz. Əksinə, hər bir müsəlman Allahın verdiyi rüsxətdən istifadə etməlidir. Həmçinin oruc ola-ola başı islatmaq da caizdir. Bunların heç biri oruca təsir etmir.
484. ilaha hidayat qizi ()
SUAL: Salam .Namaz qilmadan ,dua etmadan tutulan oruc neca sayilar?
CAVAB: Və aleykumus-sələm.
Bu məsələni də iki hissəyə bölmək gərəkdir:
- Namazın gərəksiz olduğunu etiqad edən şəxs kafirdir və oruc tutmağının heç bir faydası yoxdur; Peyğəmbərdən (səllallahu aleyhi və səlləm) soruşduqda o demişdir: “Bizimlə onların (kafirlərin) arasında olan əhd namazdır. Hər kim onu tərk etsə, küfr etmiş olar.”
- Səhlənkarlıq ucbatından namazı tərk edən şəxsin orucunun qəbul olub-olunmaması isə Allaha aiddir.
483. Emin ()
SUAL: Orucu qesden pozmaq ne derecede gunahdi. Esitdiyime gore onun evezine 30 gun oruc tutmaq lazimdir. Bu sehihdirmi? Yeni hec bir ciddi problemi olmadan ele-bele pozmaq. umid edirem izah ede bildim.
CAVAB: Əs-sələmu aleykum.
Orucunu qəsdən pozan şəxs bu əməlinə görə tövbə etməli və aşğıda qeyd edilənlərə riayət etməlidir:
Cinsi əlaqə müstəsna olmaqla - hər hansı bir yolla bilərəkdən orucunu pozan şəxs bunun əvəzinə yalnız bir gün oruc tutmalıdır.
Cinsi əlaqəyə gəlincə, qeyd etmək lazımdır ki, onun cəzası fərqlidir. Belə ki, bu günaha görə hər ikisi həm tövbə etməli, həm bir gün onun qəzasını tutmalı, həm də kəffarə olaraq ya qul azad etməli, ya altmış gün ardıcıl oruc tutmalı, ya da altmış kasıbı yedirtməlidir. Peyğəmbər (səllallahu aleyhi və səlləm) Ramazan orucunda cinsi əlaqəyə girən şəxsə bunları əmr etmişdir. (Bu hədisi Buxari və Muslim rəvayət eymişdir).
482. inci (baki)
SUAL: salamun aleykum, Qurani oxuyanda destamazli olmag vacibdirmi? hicab ortmekde vacibdi? cox sagolun, Allah razi olsun,Ramazan bayraminizi tebrik edirem,essalamun aleykum ve rahmatullah ve barakatuh
CAVAB: Və aleykumus-sələm.
1. Quran oxuyan zaman dəstəmazlı olmaq müstəhəbdir.
2. Qadınlar əl və üz istisna olmaqla bütün bədənlərini örtməlidirlər. Yəni əl və üzdən başqa bədəninin heç bir hissəsini ona naməhrəm olan insanlara göstərməməlidirlər. Odur ki, başlarını da örtməlidirlər. Əgər bunu etməsələr uca Allaha asi olaraq günah etmiş olarlar. Çünki uca Allah üz və əldən başqa bədənin bütün hissəsini örtməyi əmr etmişdir. Uca Allah buyurur: “Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin);..” (ən-Nur surəsi 31-ci ayə).
Başqa bir ayədə isə belə buyurur: “Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin övrətlərinə de ki, (evdən çıxdıqda cariyələrə oxşamasınlar deyə, bədənlərini başdan-ayağa gizlədən) örtüklərini örtsünlər. Bu onların tanınması (cariyə deyil, azad qadın olduqlarının bilinməsi) və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhm edəndir!” (əl-Əhzab surəsi 59-cu ayə).
Allah bizi haqqı eşidib ona əməl edənlərdən etsin! Amin!!!
482. SHIRIN ()
SUAL: SALAM! NARAHAT ETDIYIM UCUN UZR ISTEYIREM. BILMEK ISTEYIREM KI, AZAN VE IQAMENI AYAQ USTE DEMELIYIK YOXSA OTURAQ HALDA? cox sag olun!
CAVAB: Və aleykumus-sələm.
Azan və iqamə ayaq üstə deyilməlidir.
481. Jumshud (Baki)
SUAL: Salam Aleykum. Sualimi cavabladiginiz uchun teskekkur edirem, Allah Razi olsun. Ama deyirsiniz ki fitre-zekati pulnan vermek olmaz. Men artig bir nece defe pul sheklinde fitre-zekati mesjidmize vermishem. Yoxsa bu duz deyil?
Evelceden teshekurler.
Allah tutdugumuz orujlari gebul eleyenlerden etsin, inshallah. Allah elmimizi artirsin, Amin!
Salam Aleykum.
CAVAB: Və aleykumus-sələm.
Bizə etimad edib sual verdiyiniz üçün biz də sizə öz dərin minnətdarlığımızı bildiririk.
Fitrə zəkatını pul şəklində məscidə vermək də düzgün deyildir. Əgər belə bir əməl düzgün olsa idi ilk növbədə onu Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) və onun ardıcılları olan səhabələr edərdilər. Biz hər bir dini məsələdə Peyğəmbərimizə tabe olmalıyıq. Uca Allah buyurur: “Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar (əmr) sahiblərinə itaət edin! Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin! Bu daha xeyirli və nəticə etibarilə daha yaxşıdır.” (ən-Nisa surəsi 59-cu ayə).
Allah hamının ibadətlərini qəbul etsin! Amin!!!
479. SHAMXAL (BAKI)
SUAL: SALAMU ELEYKUM SIDAN ITARDIMKI SORUSHUM MAN NAMAZ QILANAM VA NAMAZIN BUTUN SHARTLARINI BILIRAM AMMA BIRINAN BASHQA MASALAN SU TAPMAYANDA DASTAMAZIN YERINA TAMAYUN ETMAK OLUR AMMA ELE BIR YERDA OLA BILARSANKI ORDA SU VAR AMMA NAMAZ QILMAQ CUN XALCAN OLMASIN ONDA TORPAQ DISA TORPAQ DA YADA ASVAT DISA ASVAT DA NAMAZ QILMAQ OLARMI MAMIM BASHMA BELA BIR GALMISHDI MAN BILMADIM NEYNIYIM ONA GORADA NAMAZIM QAZA OLDU BALA BIR ISHA DUSHAM BUVAXT NEYNIYIM CAVABINIZI SABIRSIZLIKLA GOZLAYIRAM ALLAH AMANINDA SALAM ELEYKUM.
CAVAB: Və aleykumus-sələm.
Torpağın, asfaltın və bu kim şeylərin üzərində namaz qılmaq olar. Çünki, Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) torpağın üzərində də namaz qılmışdır. Həmçinin o buyurmuşdur ki, “Bütün yer üzü (torpaq) mənim üçün səcdəgah və pak edildi.”
Bu hədis onu göstərir ki, torpaq pakdır və onun üzərində namaz qılmaq olar.
478. Yusif Naxcivani (Baki)
SUAL: Sual:Islam harada yaranib?
CAVAB: Əs-sələmu aleykum.
İslam dini ərəbistan yarımadasında yaranıb.
CAVAB: Əs-sələmu aleykum.
Qadınlar əl və üz istisna olmaqla bütün bədənlərini örtməlidirlər. Yəni əl və üzdən başqa bədəninin heç bir hissəsini ona naməhrəm olan insanlara göstərməməlidirlər. Odur ki, başlarını da örtməlidirlər. Əgər bunu etməsələr uca Allaha asi olaraq günah etmiş olarlar. Çünki uca Allah üz və əldən başqa bədənin bütün hissəsini örtməyi əmr etmişdir. Uca Allah buyurur: “Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin);..” (ən-Nur surəsi 31-ci ayə).
Başqa bir ayədə isə belə buyurur: “Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin övrətlərinə de ki, (evdən çıxdıqda cariyələrə oxşamasınlar deyə, bədənlərini başdan-ayağa gizlədən) örtüklərini örtsünlər. Bu onların tanınması (cariyə deyil, azad qadın olduqlarının bilinməsi) və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhm edəndir!” (əl-Əhzab surəsi 59-cu ayə).
Allah bizi haqqı eşidib ona əməl edənlərdən etsin! Amin!!!
476. Hafiz Qeder (Baki)
SUAL: Salam Aleykum.Xahish edirem ki, imamliqin shertleri haqqida melumat yazasiniz.Yeni bir neche nefer camaat namazi qilmaq isteyirse aralarinda imam nece sechilmelidir?
Evvelceden teshekkur edirem.Allah amaninda.
CAVAB: Və aleykumus-sələm.
Camaat namazında Quranı ən çox bilən imam durmalıdır. Lakin bir şərtlə ki, həmin şəxsin dini elmi də olsun. Yəni həmin şəxs ən azı namazın əhkamlarını, rüknlərini, vacibatlarını və bu kimi məsələləri dəqiq bilməlidir. Əks halda bunları daha mükəmməl bilən imam durur.
475. RUSTAM (BAKI)
SUAL: MAN NECE NAMAZI OYRANA BILARAM
CAVAB: Əs-sələmu aleykum.
Namazı saytımızın namaz bölmündən öyrənə bilərsiniz.
474. Kamil (baki)
SUAL: ASSALAMUNALEYKUM AMIN SOZUNUN MENASI NE DEMEKDIR? SAG OLUN
CAVAB: Və aleykumus-sələm.
“Amin” sözünün mənası “(Allahım) qəbul et” – deməkdir.
473. agayev zaur (999)
SUAL: seytani vesveseler aradan qaldirmag
CAVAB: Əs-sələmu aleykum.
Şeytanı vəsvəsələri aradan qaldırmaq üçün daima şeytandan Allaha sığınmaq ("Əuzu billahi minəş-şeytanır-racim" sözlərini demək) lazımdır. Uca Allah buyurur: “Əgər sənə Şeytandan bir vəsvəsə gəlsə (fəsad toxunsa), Allaha sığın. Şübhəsiz ki, Allah (hər şeyi) eşidəndir, biləndir!
(əl-Əraf surəsi 200-cü ayə; Fussilət surəsi 36-cı ayə).
472. Fuad ()
SUAL: Salam Aleykum
Bilmek isterdim bu Ramazanda Qedr gecesinin (ayin 27-si) sehersi gunu guneshin shuasiz cixdigini goren olub? Men bezi sheyleri mushahide etdim, deyirem belke yaniliram
CAVAB: Və aleykumus-sələm.
Hələ ki, bu barədə bizim heç bir məlumatımız yoxdur.
471. Nergiz (Baki)
SUAL: Sayta gore chox teshekkurler. saytin komekliyi ile bir chox bilmediyim melumati oyrendim. bir neche sualim var. cavab vere bilseniz chox sevinerem
1.Quranda yazilib ki bir insan bashgasinin etdiyi bir emele gore cezalandirilmayacag. her kes oz emelinin mesuliyiyyetini ve cezasini chekir. bes onda bele bir sual chixir. meselen atasi ve ya anasi narkoman olan ushag shikest dogulur ve butun omru boyu shikest galir. Allah onu niye ele yaradir? axi o ushagin hech bir gunahi yoxdur ki atasi ve ya anasi ya alkogolik olublar ya narkoman. umumiyyetle Allah niye shikest ushaglarin dogulmasina icaze verir. axi o ushagin butun omru hech olur. ve omrunun axirina kimi xesteliyinin mualicesi ile meshgul olmali olur, heyatdan ve her sheyden kusur, halbuki bunun evezinde o butun omrunu allaha hesr elemekle kechire bilerdi, daha dogrusu onda onun daha chox ibadete ayirmaga vaxti, imkani, sheraiti olardi
2.Quranda bir surede oxudum ki" Allah istediyini hagg yoluna getirer, istediyini ise bu yoldan uzaglashdirar. beyem hagg yolundan uzaglashdirmag sheytanin ishi deyilmidir? axi Allah haminin hagg yolunda olmasini ister, niye bez onda yalniz istediyini getirir hagg yoluna, hamini yox?
3.Qiyamet gunu biz hansi dilde cavab vereceyik? hansi dilde danishilacag?
4. rehmete gedenlerin ruhu hardadir indi?
5.men tez tez mail aliram. icherisinde tercumesini bilmediyim dua ile. ve yazilir ki bu maili 5 nefere gonder Allah ishlerini avan eleyecek. bu haggda ne deye bilersiniz?
CAVAB: Əs-sələmu aleykum.
Bizə etimad edib sual verdiyiniz üçün biz də sizə dərin minnatdarlığımızı bildiririk.
1. Allahın o cür valideynlərə şikəst övlad bəxş etməsi onlar üçün bu dünyada verilən cəza ola bilər. Lakin uçağın özü üçün bu hal cəza deyil, sınaqdır. Bəlkə də uşağın bu cür yaranması onun üçün daha yaxşıdır. Uca Allah buyurur: “…Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. (Onu) Allah bilir, siz bilməzsiniz.” (əl-Bəqərə surəsi 216-cı ayə).
Həmin uşaq bu vəziyyətdə də ömrünü Allaha həsr edə bilər. O, xəstə halında etdiyi ibadətlərə görə daha çox savab qazanır. (Daha doğrusunu Allah bilir.)
2. Biz uca Allahın yalnız bu ayəsini götürməməliyik. Bu ayəni izah edən başqa ayələr də vardır. Həmin ayələrdə uca Allah bildirir ki, kim doğru yola can atarsa allah da onu həmin yola yönəldir, kim də özü doğru yoldan uzaqlaşmaq istəyərsə Allah onu azdırar. Uca Allah buyurur: “Hər kəs fani dünyanı istəsə, dilədiyimiz şəxsə istədiyimiz neməti orada tezliklə verərik. Sonra isə (axirətdə) ona Cəhənnəmi məskən edərik. O, (Cəhənnəmə) qınanmış, (Allahın mərhəmətindən) qovulmuş bir vəziyyətdə daxil olar! Mömin olub axirəti istəyən və onun uğrunda (can-başla) çalışanların zəhməti (Allah dərgahında) qəbul olunar.” (əl-İsra surəsi 18-ci və 19-cu ayələr).
Başqa bir ayədə isə belə nuyurur: “Hər kəs özünə doğru yol aşkar olandan sonra Peyğəmbərdən üz döndərib möminlərdən qeyrisinin yoluna uyarsa, onu istədiyi (özünün yönəldiyi) yola yönəldər və Cəhənnəmə varid edərik. Ora necə də pis yerdir.” (ən-Nisa surəsi 115-ci ayə).
Diğər ayədə də belə buyurur: “Müşriklər belə deyəcəklər: "Əgər Allah istəsəydi, nə biz, nə də atalarımız müşrik olar və nə də biz bir şeyi haram edə bilərdik. Onlardan əvvəlkilər də (öz peyğəmbərlərini) belə təkzib etmişdilər. Nəhayət, əzabımızı daddılar. (Onlara) de: "Bizim qarşımıza çıxara biləcək bir elminiz varmı? Siz yalnız zənnə qapılır və yalan uydurursunuz!” (əl-Ənam surəsi 148-ci və 149-cu ayələr).
Bütün bu ayələr onu göstərir ki, insan özü hansı yolu seçərsə Allah da onu həmin yola yönəldər. Azğınlığa tərəf meyl edərsə Allah da onu həmin yola yönəldər, doğru yola meyl edərsə onu həmin yola yönəldər.
3. Qiyamət günü hər kəs Allahla öz dilində danışacaq və onunla Allah arasında heç bir tərcüməçi olmayacaqdır. Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “...Sonra (Qiyamət günü) hər biriniz Allahın hüzurunda duracaqsınız. Sizinlə Onun arasında nə hiçab (örtuk) nə də tərcüməçi olacaqdır....” (Bu hədisi Buxari və başqaları rəvayət etmişdir).
4. Onların ruhu (şəhidlərdən başqa) qəbr həyatındadır. (Daha doğrusunu Allah bilir.)
5. Bu çox batil fikirdir. Bu cür əməl nə Peyğəmbərimizin, nə də səhabələrin dövründə olmuşdur. Həmçinin o məktubun içində yazılanların hamısı yalan, iftiralar və qeybdən xəbər verməkdir. Odur ki, bu cür məktublara məhəl verməyin və bilin ki, Allah insanın işlərini həmin məktub vasitəsi ilə deyil, təqva (Allahdan qorxub pis işlərdən çəkinmə) vasitəsi ilə avand edər. Uca Allah buyurur: “...Kim Allahdan qorxsa, Allah onun işini (dünyada və axirətdə) avand edər.” (ət-Talaq surəsi 4-cü ayə).
Mustəqil Islam saytı. Materiallardan istifadə etdikdə istinad vacibdir. Sayt 1422-ci (2001) hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət gostərir. e-mail: mail@azerislam.com. ICQ #99931111