SUAL: assalamu aleykum ve rehmetullah.Men bilmek isterdim ki,topuqdan yuxari shalvar geymek ve 4 barmaq sixliginda saqqal saxlamaq muselmana aiddir? Eger aiddirse bu hansi hedisde var, ne ile subut edilir. Xahish edirem genish formada cavab verin. Saq olun.
CAVAB: Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.
Kişilərin topuqdan yuxarı geyinməsi barəsində Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) saysız-hesabsız hədisləri mövcuddur. Bu hədislərdən yalnız birini qeyd edəcəyik. Əbu Zərr (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) demişdir: “Üç sinif insan vardır ki, Qiyamət günü Allah onları danışdırmayacaqdır, onları təmizə də çıxarmayacaqdır və onları şiddətli əzab gözləyir: Topuqdan aşağı geyinən (kişi); Söz gəzdirən; Yalan and içməklə malının qiymətini qaldıran.” (Bu hədisi Muslim 1/102 rəvayət etmişdir).
Saqqal barəsində isə Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) belə demişdir: “Saqqallarınızı uzadın (əl vurmayın), bığlarınızı qısaldın ki, məcusilərə (oda sitayiş edənlərə) müxalif olun” Bu hədis onu göstərir ki, saqqal saxlamaq vacibdir. Çünki, bu Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) əmridir. Hər bir müsəlman da Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) əmrlərini yerinə yetirməlidir.
Uca Allah Qurani Kərimdə möminlərə əmr edərək belə buyurmuşdur: “Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin” (əl-Həşr surəsi 7-ci ayə).
Başqa bir ayədə də belə demişdir: “...Onun (Allahın, yaxud Peyğəmbərin) əmrinə qarşı çıxanlar başlarına gələcək bir bəladan, yaxud düçar olacaqları şiddətli bir əzabdan həzər etsinlər!” (ən-Nur surəsi 63-cü ayə).
Saqqalın dörd barmaqdan artığınının götürülməsinin caiz olması səhabələrin əməllərindən götürülür. Çünki, İbn Məsud və bir neçə səhabələr saqqallarının dörd barmaqdan artıq olanını kəsmişlər. Onların bu əmələri onu göstərir ki, dörd barmaqdan artıq olanı kəsmək caizdir.
829. Abdullayeva (Baki)
SUAL: Salam aleykum. Qadin aile qurarken kishiye shert qoya bilermi ve ya kishini and ichdire bilermi ki ondan basqa arvad almasin ? mumkunse cavabi hem da email adresime gonderesiniz! Allah razi olsun!
CAVAB: Və aleykumus-sələm.
Xeyr, qadın evlənəcəyi kişiyə bu cür şərt qoya bilməz. Axı uca Allahın halal etdiyi bir şeyi qadın necə kişiyə qadağan edə bilər. Uca Allah buyurur: “...Xoşunuza gələn [halal] qadınlardan ikisi, üçü və dördü ilə evlənin. Əgər [alacağınız qadınlarla] ədalətlə dolanmayacağınızdan qorxsanız, onda [həmin qadınlardan] biri ilə yaxud öz əllərinizin mənimsədiyi [cariyə] ilə [kifayətlənin]. Bu, haqsızdıq etməməyə daha yaxındır.” (ən-Nisa surəsi 3-cü ayə).
Email adresinizi kamil şəkildə yazmanızı xahiş edirik!
Allah sizdən də razı olsun!
828. ()
SUAL: salam aleykum. nerimanov rayonunda yerlesen cume mescidinin deqiq unvanini deye bilersiniz?
CAVAB: Və aleykumus-sələm.
Həmin məscidin ünvanı: Nərimanov rayonu, Çapayev küçəsi.
Məscidin saytı: abubakr-mescidi.com
827. Azad (Baki)
SUAL: Salam aleykum. sizce namaz qilan ve diger vacibi emelleri yerine yetiren ancaq elm ile meshqul olmayan insanin Axiretde hali nece olar cennete daxil ola bilermi Allahin izni ile? Allah sizlerden razi olsun!
CAVAB: Və aleykumus-sələm.
Bəli, həmin şəxs Cənnətə daxil ola bilər. Cabir ibn Abdullah (Allah ondan razı olsun) rəvayət edir ki, “Bir kişi Peyğəmbərin (səllallahu aleyhi və səlləm) yanına gəlib dedi: “Ey Allahın elçisi! Əgər mən Allahın vacib buyurduğu beş vaxt namazları qılsam, Ramazan orucunu tutsam, halalı halal bilsəm, haramı da haram bilsəm (yəni, haramlardan uzaq olsam) və bütün bunların üzərinə də heç bir şey əlavə etməsəm Cənnətə daxil olarammı?” Peyğəmbər (səllallahu aleyhi və səlləm) dedi: “Bəli!” (Bu hədisi Muslim rəvayət etmişdir).
826. qalib huseynli (baki)
SUAL: assalamu aleykum va rahmatullah!
magazalardan baliq almaq olar?onlarin coxunda baliq olsede basi ustunde olur.baliq da sudan cixarilan kimi qible terefe basi kesilmelidir?
assalamu aleykum va rahmatullah!
CAVAB: Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.
Vəli, mağazalarda satılan balığı alıb yemək olar. Balığı tutan zaman onu kəsmək şərt deyildir. Çünki, başqa heyvanlardan fərqli olaraq balığın ölüsü də halaldır. Ona görə də başı üstündə olan balıqları da yemək olar. Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, bir kişi Peyğəmbərin (səllallahu aleyhi və səlləm) yanına gəlib dedi: “Ey Allahın elçisi. Biz (tez-tez) gəmiyə minirik və özümüzlə də az miqdarda su götürürük. Əgər biz həmin su ilə dəstəmaz alsaq onda içməyimizə su qalmaz. Biz dəniz suyu ilə dəstəmaz ala bilərikmi?” Peyğəmbər (səllallahu aleyhi və səlləm) dedi: “Onun (dənizin) suyu pakdır, ölüsü də halaldır!” (Bu hədisi Əbu Davud, Tirmizi, Nəsai, İbn Macə, əhməd və başqaları rəvayət etmişdir).
Bu hədis onu göstərir ki, dənizdə yaşayan heyvanların hamısı halaldır və onları kəsmək vacib deyildir. Yəni, onların ölüsü də halaldır.
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu!
825. Nasir Nasirov (Lankaran)
SUAL: Salam sizi narahat edan Nasir dir. Manim sualim budur aq baliq naya gora haram sayilir.
CAVAB: Və aleykumus-sələm.
Dənizdə yaşayan balıqların hamısı halaldır. O cümlədən də ağ balıq. Ağ balığın haram olması barəsində heç bir ayə və hədis yoxdur.
824. elcin (Sumqait)
SUAL: eselamueleykum. dini mahni oxumag haramdir
CAVAB: Və aleykumus-sələm.
Bəli, haramdır.
823. Bilal (Baki)
SUAL: Assalamn Aleykum
Sualım belədir zəkat vermək hansı müsəlmana fərzdir .Əgər borcu varsa o müsəlmana zəkat vermək fərz sayılırmı ?
CAVAB: Və aleykumus-sələm.
Zəkat vermək hər bir var-dövlətli, azad müsəlman üçün vacibdir.
Əldə edilən, yığılmış malın (qızıl-gümüş, mal-qara və ticarət malı) zəkatını vermək üçün onun üzərindən bir il keçməli və ilin tamamında zəkat çıxardılmalıdır.
Dənli bitkilər (buğda, arpa, düyü və s.) və saxlanılması mümkün olan meyvələrin (qoz, fındıq, şabalıd, badam və s.) zəkatı yığım günü verilməlidir. Uca Allah buyrur: “Yer üzünə sərilmiş və sərilməmiş bağ-bağatı (bostanları və bağları), dadları müxtəlif xurmanı və taxılı, bir-birinə həm bənzəyən, həm də bənzəməyən zeytunu və narı yaradan Odur. (Onların hər biri) bar verdiyi zaman barından yeyin, yığım günü haqqını (zəkatını, sədəqəsini) ödəyin, lakin israf etməyin. (Allah) israf edənləri sevməz!” (əl-Ənam surəsi 141-ci ayə).
Zəkat malı dörd qismə bölünür:
1) mal-qara, 2) qızıl və gümüş, 3) bitkilər, 4) ticarət malı.
Mal-qaranın zəkatı:
Dəvə (erkək və ya dişi, qoca və ya cavan heyvan olması heç bir əhəmiyyət kəsb etmir)
...............Sayı..............................Çıxarılan zəkatın miqdarı
..... 5-dən 9-a qədər.............................1 qoç
.....10-dan 14-ə qədər..........................2 qoç
.....15-dən 19-a qədər..........................3 qoç
.....20-dən 24-ə qədər..........................4 qoç
.....25-dən 35-ə qədər..........................1 ədəd 1 illik dişi dəvə
.....36-dan 45-ə qədər..........................1 ədəd 2 illik dişi dəvə
.....46-dan 60-a qədər..........................1 ədəd 3 illik dişi dəvə
.....61-dən 75-ə qədər..........................1 ədəd 4 illik dişi dəvə
Dəvələrin sayı 121 və ondan çox olarsa hər 40 dəvəyə 1 ədəd 2 illik dişi dəvə və hər 50 dəvəyə 1 ədəd 3 illik dişi dəvə zəkat verilir. Bu bölüm Ənəs ibn Malikin (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə qeyd olunmuşdur. (Bu hədisi Buxari rəvayət etmişdir).
Öküz (erkək və ya dişi, qoca və ya cavan heyvan olması heç bir əhəmiyyət kəsb etmir)
..........Sayı...........................................Çıxarılan zəkatın miqdarı
......30 maldan.................................1 ədəd 1 illik dişi və ya erkək mal
......40 maldan.................................1 ədəd 2 illik dişi mal
......50 maldan.................................1 ədəd 2 illik dişi mal
Malın sayı 60 və ya ondan çox olarsa, hər 30 maldan 1 ədəd 1 illik dişi və ya erkək və hər 40 maldan 1 ədəd 2 illik dişi mal zəkat verilir. Bu bölüm Müaz ibn Cəbəlin (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə qeyd olunmuşdur. (Hədisi Əbu Davud və Əhməd rəvayət etmişlər).
Onluqların (30, 40, 50 və s.) arasındakı saylara (32, 35, 46 və s. kimi) zəkat düşmür.
Qoç (erkək və ya dişi, qoca və ya cavan heyvan olması heç bir əhəmiyyət kəsb etmir)
...............Sayı............................Çıxarılan zəkatın miqdarı
Qoyunların sayı 300 keçərsə, hər yüz qoyuna bir ədəd qoç zəkat verilir. Bu bölüm Ənəs ibn Malikin (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə qeyd olunmuşdur. (Bu hədisi Buxari rəvayət etmişdir).
Qeyd: a) zəkat verilən heyvanın eybi olmamalıdır; b) yalnız otarılan heyvanlardan yuxarıdakı bölümdə zəkat çıxarılır.
Bitkilərin zəkatı:
.......................Bitkinin növü.......................................................Çıxarılan zəkatın miqdarı
Yağış, çay və s. təbii sularla özbaşına sulanan bitkilər...Yığılan məhsulun ondan bir hissəsi
Sahibi tərəfindən (onun əziyyəti ilə) sulanan bitkilər.......Yığılan məhsulun ondan bir hissəsinin yarısı
612 kq və ondan artıq miqdarda olan bitkilərdən zəkat verilir. Bundan az miqdarda olduqda isə zəkat düşmür.
Bu bölüm Abdullah ibn Ömər (Allah ondan razı olsun) və Əbu Səid əl-Xudrinin (Allah ondan razı olsun) rəvayət etdikləri hədislərdə qeyd olunmuşdur. (Bu hədisi Buxari rəvayət etmişdir).
Qeyd: tərəvəz və saxlanılması mümkün olmayan meyvələrdən zəkat verilmir.
Qızıl və gümüşün zəkatı:
20 misqal (85 qram) və daha çox qızıla.........................Ümumi miqdarın 2.5% faizini
200 dirhəm (595 qram) və daha çox gümüşə..............Ümumi miqdarın 2.5% faizini
Bundan az miqdarda olan gümüş və qızıla zəkat düşmür.
Bu bölüm Əli ibn Əbu Talibin (Allah ondan razı olsun) və Əbu Səid əl-Xudrinin (Allah ondan razı olsun) rəvayət etdiyi hədislərdə qeyd olunmuşdur. (Bu hədisi Əhməd və Buxari rəvayət etmişdir).
Qeyd: Bir çox alimlər ümumi dəlillərə əsaslanaraq ticarət malından zəkat verməyi vacib hesab edirlər. Belə ki, ticarət malı qızıl və gümüş kimi bir ilin tamamında malın ümumi dəyərinin onda birinin 1/4 hissəsi zəkat verilir. Onların əsaslandığı dəlillərin bir qismi bunlardır:
1) Uca Allah buyurur: “Mallarında da dilənçinin və yoxsulun haqqı var” (əz-Zariyat surəsi 19-cu ayə).
2) Abdullah ibn Abbas (Allah ondan razı olsun) rəvayət edir ki, “Peyğəmbər (səllallahu aleyhi və səlləm) Müaz ibn Cəbəli (Allah ondan razı olsun) Yəmənə göndərdikdə ona demişdir: "Sən kitab əhlindən olan bir qövmün yanına gedirsən, elə isə onları (tövhidə) "əşhədü ən lə iləhə illəllahu və əşhədü ənnə Mühəmmədən rəsulullah" kəlməsinə dəvət et. Buna itaət edərlərsə, o qövmə xəbər ver ki, Allah onlara gün ərzində beş vaxt namaz qılmaqlarını fərz buyurmuşdur. Buna itaət edərlərsə, o qövmə xəbər ver ki, Allah onlara varlılarından götürülüb kasıblarına paylanan sədəqənin (zəkatın) verilməsini fərz buyurmuşdur. Buna da itaət edərlərsə, onların ən qiymətli mallarını götürməkdən çəkin! Habelə, məzlumun duasından qorx! Həqiqətən, onun duası ilə Allahın arasında heç bir maneə yoxdur” (əl-Buxari, 1395; Müslim, 121).
3) Qiyas. Belə ki, ticarət malını satıb əldə edilən pul qızıl və gümüş pula müqayisə olunur.
Zəkat aşağıda qeyd edilən səkkiz sinif insana verilə bilər:
1) yoxsul, 2) miskin, 3) zəkatı yığıb paylayan, 4) ürəyi islama isinişib bağlanan, 5) azad ediləcək kölə, 6) borclu olan, 7) Allah yolunda cihad edən, 8) pulu qurtarıb yolda qalan müsafir.
Uca Allah buyurur: “60. Sədəqələr (zəkatlar) Allah tərəfindən müəyyən edilmiş bir fərz (vacib əməl) olaraq ancaq yoxsullara, (ehtiyacı olan, lakin utandığından əl açıb dilənməyən) minskinlərə, zəkatı yığıb paylayanlara, ürəkləri (müsəlmanlığa) isinişib bağlanmaqda olanlara (iman gətirib hələ kamil mömin olmayanlara), azad ediləcək kölələrə (və ya boynuna kəffarə düşüb verə bilməyənlərə), həmçınin (borcu ödəməyə imkanı olmayan) borclulara, Allah yolunda cihad edənlərə və yolçulara (pulu qurtardığı üçün yolda qalan, vətəninə qayıda bilməyən müsafirlərə) məxsusdur. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!” (ət-Tövbə surəsi 60-cı ayə).
Yuradı qeyd etdiyimiz mallara sahib olan insanların borcları olsalar da belə mallarının zəkatlarını verməlidirlər.
823. ilhame (Sumqayit)
SUAL: Salam. Men de vaxti ile namaz qilir ULU TANRI-miza sitayish edirdim. Teessuf ki, haminin dilinde desek namazi atmisham ,amma eslinde namaz meni atib desek daha duzgun olar. Bunun da sebebi ondan ibaretdir ki, kimisi mene suni, kimisi ise shiye namazi qilirsan deyirdi. Elece de sen mohrle ve ya mohrsuz qilmalisan sozlerini de eshitmishdim. Bundan elave sen namazi sehv qilirsan ,eslinde sen 5 ve ya 3 defe qilmalisan da deyirdiler . Bu ne qeder duzgundur.Ve eslinde sozlerini men deqiq bilmek isterdim ,yeni namaz bele qilinir ve bunu deyishmek olmaz. Sual-AXI nece duzgundur? Evvelceden tesekkurmu bildirirem. Allah sizden razi olsun.
CAVAB: Və aleykumus-sələm.
Uca Allah bizə hər hansı bir məzhəbə tabe olmağı əmr etməmişdir. Allah bizə yalnız Özünə (yəni Qurani Kərimdəki əmrlərinə) və Peyğəmbərinə (səllallahu aleyhi və səlləm) (yəni onun hədislərinə) tabe olmağı əmr etmişdir. Elə haqq yolu da budur. Bu barədə uca Allah Qurani Kərimdə bir çox ayələr nazil etmişdir.
Uca Allah buyurur: “Allaha və Peyğəmbərə itaət edin. Əgər (itaətdən) boyun qaçırsanız, bilin ki, Peyğəmbərimizin vəzifəsi yalnız açıq bir təbliğdir (Quranı açıq-aydın təbliğ etməkdir).” (əl-Maidə surəsi 92-ci ayə).
Başqa bir ayədə isə belə buyurur: “Ey iman gətirənlər! Allaha itaət edin, Peyğəmbərə itaət edin və (şəkk-şübhə, riya, küfr və nifaq kimi şeylərlə) əməllərinizi puça çıxartmayın!” (Muhəmməd surəsi 33-cü ayə). Lakin qeyd etmək istəyirəm ki, İslamın düşmənləri müsəlmanları parçalamaq üçün Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) adından bir çox yalan hədislər uydurmuşlar. Odur ki, kim Allaha və Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) səhih hədislərinə tabe olarsa haqq yolunu tapmış olar və Cənnətdə Allahın nemət verdiyi peyğəmbərləri, siddiqləri, şəhidləri və saleh insanlarlı ilə birgə olacaq.
Bu barədə uca Allah buyurur: “Allaha və Peyğəmbərə itaət edənlər (axirətdə) Allahın nemətlər verdiyi nəbilər (peyğəmbərlər), siddiqlər (tamamilə doğru danışanlar, etiqadı dürüst, peyğəmbərləri hamıdan əvvəl təsdiq edən şəxslər), şəhidlər və salehlərlə (yaxşı əməl sahibləriylə) bir yerdə olacaqlar. Onlar necə də gözəl yoldaşlardır!” (ən-Nisa surəsi 69-cu ayə).
Allahdan istəyirik ki, hamımızı Allaha və Peyğəmbərinə (səllallahu aleyhi və səlləm) itaət edənlərdən etsin! Amin!!! Sizə məsləhətimiz budur ki, istər ibadətdə, istər də dünya işlərində hər hansı bir əməli yerinə yetirmək istədikdə Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) etdiyi kimi edin. Çünki, uca Allah Peyğəmbərimizi insanlar üçün bir nümunə, örnək olaraq göndərmişdir.
Uca Allah buyurur: “Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!” (əl-Əhzab surəsi 21-ci ayə).
Odur ki, hər bir müsəlman da yalnız Allahın və Onun rəsulunun buyurduğu kimi etməlidir. Uca Allah da hər bir müsəlmana gün ərzində beş vaxt namaz qılmağı əmr etmişdir. Bu barədə Qurani Kərimdə açıq–aydın ayələr olmasa da belə bəzi ayələr vardır ki, beş vaxt namazlara işarədir. Uca Allah buyurur: “(Ya Rəsulum!) Namazı gündüzün iki başında (günortadan əvvəl və sonra, yəni səhər, günorta və gün batan çağı və ya günün iki başında, yəni səhər-axşam) və gecənin (gündüzə yaxın) bəzi saatlarında (axşam və gecə vaxtı) qıl. Həqiqətən, (beş vaxt namaz kimi) yaxşı əməllər pis işləri (kiçik günahları) yuyub aparar. Bu, (Allahın mükafatını və cəzasını) yada salanlara öyüd-nəsihətdir (xatırlatmadır).” (Hud surəsi 114-cü ayə). Bu ayə Sübh, Məğrib və İşa namazlarına işarədir.
Başqa bir ayədə isə uca Allah belə buyurur: “(Fərz, vacib) namazlara, (xüsusilə) orta namaza (günortadan sonrakı əsr namazına, ikindi namazına) riayət (əməl) edin və Allaha itaət üçün ayağa qalxın (namaza durun).” (əl-Bəqərə surəsi 238-ci ayə). Bu ayə də Əsr namazına işarədir.
Digər bir ayədə isə uca Allah belə buyurur : “Gün batmağa meyl edəndən (günortadan) gecənin qaranlığınadək namaz (günorta, ikindi, axşam və gecə namazları) qıl. Sübh namazını da qıl. Çünki sübh namazı (gecə və gündüz mələkləri, həmçinin bir çox insan tərəfindən) müşahidə olunur.” (əl-İsra surəsi 78-ci ayə). Bu ayə isə namazların beşinə də işarədir. Əsasən də Zöhr və Sübh namazlarına işarədir. Çünki uca Allah bu ayədə buyurur ki, “Gün batmağa meyl edəndən” namaz qıl. Məlumdur ki, Zöhr namazının vaxtı da elə gün zenitdən meyl etdikdən sonradır.
Həmçinin Peyğəmbərin saysiz-hesabsız hədisləri vardır ki, həmin hədislərdə namazların beş vaxtda qılınması qeyd olunur. Bütün bunlar da onu göstərir ki, hər namazın öz vaxtı vardır. Ona görə də namazlarını öz vaxtlarında qılmayanları uca Allah hədələyərək belə demişdir: “Vay halına o namaz qılanların ki, onlar öz namazlarından qafildirlər (səhlənkarlıqları üzündən namazlarını vaxtlı-vaxtında qılmazlar); Onlar (namazlarında) riyakarlıq edər.” (əl-Məun surəsi 4, 5, 6-cı ayələr).
Namazı yalnız səfərdə 3 vaxtda qılmaq olar. Çünki Peyğəmbər (səllallahu aleyhi və səlləm) belə etmişdir.
Həmçinin biz ərəb dilində namazların adlarına nəzər salsaq görərik ki, hər namazın öz vaxtı vardır. Ərəb dilində namazın adları ardıcıl olaraq belədir: Fəcr namazı, Zöhr namazı, Əsr namazı, Məğrib namazı və İşa namazı. Namazlara bu adları Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) vermişdir. Bu adlar onların qılınma vaxtlarına dəlalət edir. İndi gəlin bunları bir-bir açıqlayaq:
1) Fəcr sübh çağı deməkdir. Bu namaz sübh vaxtı qılındığı üçün Peyğəmbər (səllallahu aleyhi və səlləm) və səhabələr onu belə adlandırmışlar.
2) Zöhr günorta deməkdir. Bu namaz günorta vaxtı qılındığı üçün Peyğəmbər (səllallahu aleyhi və səlləm) və səhabələr onu belə adlandırmışlar.
3) Əsr axşam çağı deməkdir. Bu namaz axşam çağı qılındığı üçün Peyğəmbər (səllallahu aleyhi və səlləm) və səhabələr onu belə adlandırmışlar.
4) Məğrib günün batması deməkdir. Bu namaz günün batmasından sonra qılındığı üçün Peyğəmbər (səllallahu aleyhi və səlləm) (səllallahu aleyhi və səlləm) və səhabələr onu belə adlandırmışlar.
5) İşa isə gecə deməkdir. Bu namaz gecə vaxtı qılındığı üçün Peyğəmbər (səllallahu aleyhi və səlləm) (səllallahu aleyhi və səlləm) və səhabələr onu belə adlandırmışlar.
Göründüyü kimi Peyğəmbər (səllallahu aleyhi və səlləm) və səhabələr namazlara vaxtlarına görə ad vermişdilər.
Həmçinin Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) və bütün səhabələr namazı əlləri bağlı (yəni, sağ əl sol əlin üzərində olmaqla sinə üzərində) qılmışlar. Peyğəmbər (səllallahu aleyhi və səlləm) namaz qılarkən sağ əli sol əlinin üzərində olmaqla sinəsi üzərinə qoyardı. Bu barədə saysız hesabsız hədislər mövcuddur. Bu hədislərdən birini qeyd edək: Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) səhabəsi olan Vail ibn Həcər (Allah ondan razı olsun) rəvayət edir ki, “Peyğəmbər (səllallahu aleyhi və səlləm) namaz qıldıqda sağ əli sol əlinin üzərində olmaqla əllərini sinəsinin üzərinə qoyardı…” (Bu hədisi imam Əhməd “Müsnəd” əsərində 4/317-318 rəvayət etmişdir).
Həmçinin Səhl ibn Sə'd (Allah ondan razı olsun) rəvayət edir ki, “Bizə əmr olundu ki, namazda sağ əli sol əlin üzərində olmaqla sinə üzərinə qoyaq.” (Bu hədisi də Buxari “Səhih” əsərində (2/262) rəvayət etmişdir, hədisin rəqəmi 740).
Namazda sağ əli sol əlin üzərində olmaqla sinə üzərinə qoymaq barəsində varid olan hədislərin hansı mənbələrdə rəvayət olunması:
- Əbu Davud “Sünən” əsəri (1/340), hədisin nömrəsi 1041;
- İbn Macə “Sünən” əsəri (1/266-300), hədisin nömrəsi 809, 929;
- Tirmizi “Sünən” əsəri “Namaz” fəsli “Namazda sağ əlin sol əl üzərində qoyulması” qismi, hədisin rəqəmi 252;
- Muslim “Səhih” əsəri (2/277);
- İbn Xuzeymə (1/243), hədisin nömrəsi 479;
- İbn Abdul Bərr “İstizkar” əsəri (6/194), hədisin nömrəsi 8574;
Ümumiyyətlə bu cür hədislər həddən artıq çoxdur.
Möhürlə namaz qılmağa gəlincə onu qeyd edə bilərik ki, Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) möhürsüz namaz qılmışdır. Elə ona görə də möhürlə namaz qılmaq dində yenilikdir. Uca Allah bizim dinimizi tamamladıqdan sonra bu dinə edilən əlavələr rədd olunur. Uca Allah əl-Maidə surəsinin 3-cü ayəsində belə buyurur: “...Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim...”
Həmçinin Peyğəmbər (səllallahu aleyhi və səlləm) belə demişdir: “Bizim işimizə [dinimizə] müvafiq olmayan bir əməl edən kimsənin etdiyi əməl rədd edilir.” (Bu hədisi Muslim rəvayət etmişdir). Bu hədis onu göstərir ki, kim dinə yeni bir şey gətirərsə o əməl ondan qəbul olunmaz.
Namaz qılmağı (onun sözlərini) öyrənmək üçün saytımızın “NAMAZ” bölmünə baxa bilərsiniz. Allah bütün müsəlmanları doğru yola yönəltsin! Amin!!!
Allah sizdən də razı olsun!
822. ŞAKİR CAHANGİROV (BAKI)
SUAL: Salamlar olsun sizə. Xahiş edirəm, 2005-ci ildə Qurban bayramının başlanmasının dəqiq tarixini və saatını bildirəsiniz.
ALLAH sizden razi olsun.
CAVAB: Və aleykumus-sələm.
2005-ci ildə olan qurban bayramı yanvar ayının 21-nə düşür. Qurban kəsmək istəyənlər həmin heyvanları yalnız bayram namazından sonra kəsə bilərlər. Əgər bayram namazından öncə kəssələr bu qurban sayılmır. əl-Bəra ibn Azib (Allah ondan razı olsun) rəvayət edir ki, “Peyğəmbər (səllallahu aleyhi və səlləm) Qurban bayramında namazdan sonra verdiyi xütbədə dedi: "Bizim kimi namaz qılıb qurban kəsənin qurbanı qəbul olunur. Namazdan əvvəl bunu edənin kəsdiyi (heyvan) qurban kimi qəbul olunmur.” Əl-Bəra ibn Azibin (Allah ondan razı olsun) dayısı Əbu Burdətə ibn Niyar (Allah ondan razı olsun) deyir ki, “Mən Peyğəmbərə (səllallahu aleyhi və səlləm): "Ey Allahın elçisi! Mən bu günün yemək-içmək (bayram) günü olduğunu bilib bir qoyun kəsdim. Bu qoyun evimdə kəsilən ilk heyvan olsun deyə onu namazdan əvvəl kəsdim və nahar etdim" – dedikdə, o dedi: "Kəsdiyin qoyun yalnız yemək üçündür (qurban kimi qəbul olunmur)". Mən Peyğəmbərdən (səllallahu aleyhi və səlləm) "Ey Allahın elçisi! Mənim evimdə iki qoyundan da sevimli olan bir çəpişim var. Onu kəssəm qurbanı əvəz edərmi?" – deyə soruşduqda, o dedi: "Bəli, lakin səndən sonra belə edənin (bayramdan əvvəl kəsdiyi heyvanının) əvəzini verməz.” (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir).
Həmçinin Cundub ibn Abdullah əl-Bəcəli (Allah ondan razı olsun) rəvayət edir ki, “Peyğəmbər (səllallahu aleyhi və səlləm) Qurban günü (bayram) namazı qıldı, sonra xütbə verdi, daha sonra qurbanlıq heyvanı kəsdi və dedi: “Namazdan əvvəl qurban kəsən, (bayram namazından sonra) onun əvəzinə başqa bir heyvan kəssin! Qurban verməyən isə, Allahın adını çəkib ("bismilləh" deyib) heyvanı kəssin!” (Bu hədisi də Buxari və Muslim rəvayət etmişdir).
Bayram namazı isə günəş üfüqdən bir nizə hündürlüyündə təxminən bir metrə qalxdıqdan sonra (yəni, təqribən günəş çıxdıqdan on beş dəqiqə sonra) başlayır. Deməli qurban təxminən günəş çıxdıqdan bir saat sonra kəsilir. Yanvarın 21-də isə günəş təxminən saat 8-də çıxır. Odur ki, həmin gün saat 9-dan etibarən qurbanlıq heyvanları kəsmək olar. Allah sizdən də razı olsun!
820. Anar Aliyev (Baki)
SUAL: Essalamueleykum. Evvelceden sualima cavab verdiyinize gore tesekkur edirem.
Kebe ne qeder vaxta tikilib ve onun memari kim olub?
CAVAB: Və aleykumus-sələm.
Kəbə Adəm peyğəmbərin zamanından mövcuddur. Sonralar isə Kəbə tədricən sökülmüş və Nuh peyğəmbərin dövründə olan tufan nəticəsində isə tamamilə yox olmuşdur. Lakin buna baxmayaraq onun fundamenti öz yerində qalmaqda idi. Sonralar isə İbrahim peyğəmbər onu yenidən öz fundamentindən bərpa etmişdir. Uca Allah buyurur: “Onu da yadına sal ki, İbrahim və İsmail evin (Kəbənin) bünövrəsini ucaltdıqları zaman: "Ey Rəbbimiz! (Bu xeyirli işi) bizdən qəbul et, Sən, doğrudan da, (hər şeyi) eşidənsən, bilənsən!" - deyə dua etdilər.” (əl-Bəqərə surəsi 127-ci ayə).
Sora bir müddət keçdikdən sonra Kəbə yenə tədricən dağılmağa başlayır. Peyğəmbərimizə (səllallahu aleyhi və səlləm) peyğəmbərlik verilməmişdən bir az öncə Qureyş tayfası onu yenidən bərpa edirlər.
Peyğəmbərimizin vəfatından sonra da Kəbə bir neçə dəfə yenidən bərpa edilmişdir.
819. Ferhad Aliyev (Baki)
SUAL: Assalamualeykum!!! Qurban bayraminda qurban kesmek uchun pulu rayona (valideyinlere) gondermek ve onlar hemin pula qoyun alib kese bilerlermi? Yeni menim adimdan. men ise orda olmayacam. Evvelceden teshekkur edirem. ALLAH razi olsun. Assalamualeykym ve Rahmetullahi ve Berakatuh!!!
CAVAB: Və aleykumus-sələm.
Bəli, siz qurban kəsdirməyi kiməsə həvalə edə bilərsiniz. O cümlədən bu işi valideynlərinizə də həvalə edə bilərsiniz. Allah sizdən də razı olsun.
Və aleykumus-sələmu və rahmətullahi və barəkətuhu.
818. AbdurRehim (GANCA)
SUAL: Assalamu aleykum va rahmatullahi va barakatuhu men akvariumda baliq saxlamaq isteyirem bilmek isterdim icaze olarmi assalamu aleykum va rahmatullahi va barakatuhu.
CAVAB: Və aleykumus-sələmu və rahmətullahi və barəkətuhu.
Akvariumda balıq saxlamağın haram olması barəsində heç bir dəlil yoxdur. Odur ki, bunu edə bilərsiniz.
Və aleykumus-sələmu və rahmətullahi və barəkətuhu.
817. Rovshan (baki)
SUAL: Aalam aleykum: tovbe orucu barede etrafli melumat almag isterdim Allah razi olsun. salam aleykum
CAVAB: Və aleykumus-sələm.
Tövbə orucu dedikdə nəyi nəzərdə tutursunuz. Sualınızı daha aydın tərzdə vermənizi xahiş edirik. Allah sizdən də razı olsun.
Və aleykumus-sələm.
816. Taleh Mustafayev (Baki)
SUAL: Salam Aleykum
Meni bir sual maraqlandirir. Men Ramazanin sonuncu gununde bilerekden orucu pozmusdum.Bunun evezinde men ne etmeliyem ki keffaret olsun
Allah razi olsun
Salam Aleykum
CAVAB: Və aleykumus-sələm.
Əgər orucunuzu yemək və ya içmək vasitəsi ilə pozmusunuzsa, onda bu əmələ görə tövbə etməli və həmin günün qəzasını tutmalısınız.
Əgər orucunuzu cinsi əlaqədə olmaq vasitəsi ilə pozmusunuzsa, onda bu əmələ görə həm tövbə etməli, həm bir gün onun qəzasını tutmalı, həm də kəffarə olaraq ya qul azad etməli, ya altmış gün ardıcıl olaraq oruc tutmalı, ya da altmış kasıbı yedirtməlisiniz. Peyğəmbər (səllallahu aleyhi və səlləm) Ramazan orucunda cinsi əlaqəyə girən şəxsə bunları əmr etmişdir. (Bu barədə olan hədisi Buxari və Muslim rəvayət etmişdir).
815. aisha (baki)
SUAL: esselamun aleykum.men bilmek isteyirem ki, niye muselmanlarin bezileri namaz qilarken sehadet barmagi tesehhudde asagi-yuxari edir,bezileri etmir.Sunnet namazinin qezasini qilmaq gunah deyil?
CAVAB: Və aleykumus-sələm.
Çünki, hər iki əməl barəsində səhih hədislər varid olmuşdur.
Sünnət namazının qəzasına gəlincə, onu hərdən qılmaq olar. Lakin davamiyyətli şəkildə bu cür etmək olmaz.
814. Rashad ()
SUAL: Æs-sælæmu aleykum! Meni cox narahat eden bir mesele var isterdim onu izah edesini, Ne ucun biz ve diger muselman olan olkeler Qurani, Namazi, Ibadeti olan olkeler ogurluq, haram yemeye, rushvet almaga, meyl coxdu ama avropa olkelerinde, Qunrandan xeberleri olmayan olkelerde hec lugetlerinde hala-haram sozu olmayan olkelerde bele seyler olmur daha dogrusu muselman olkelerine nisbeten cox az olur, bu neynen baglidi? sag olun
CAVAB: Və aleykumus-sələm.
Çünki, əksər müsəlmanların yalnız adları müsəlmandır. Əslinə qalsa onlar İslam dinindən çox-çox uzaqdadırlar. Həmçinin haram əməllərlə məşğul olan həmin insanlarda Allah qorxusu yoxdur.
O ki, qaldı avropa ölkələrinə, əslinə qalsa onlarda olan günahlar müsəlmanlarda olan günahlardan qat-qat çoxdur. Məsələn: Fahişəlik, kişinin-kişi qanuni evlənməsi və s.
Rüşvətə gəlincə onu demək olar ki, onlarlardan çox rüşvət alan yoxdur. Əslinə qalsa onlar xırda rüşvətlərlə məşğul olmurlar. Çünki, onları xırda rüşvətlər maraqlandırmır. Onları böyük summada olan rüşvətlər maraqlandırır və bu cür rüşvətlər də onlarda çoxdur.
813. Telebe (Baki)
SUAL: Salam aleykum. Muellime imtahan qiymetini yazdirmaq ucun pul vermek olarmi?
CAVAB: Və aleykumus-sələm.
Xeyr, qiymət yazdırmaq üçün müəllimə pul vermək olmaz. Çünki, bu rüşvətdir. Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) rüşvət verəni də alanı da lənətləmişdir.
812. Ekberov Camal (Baki)
SUAL: ESSELAMU ALEYKUM VA RAHMUTALLAHI VA BARAKATUHU. Size sualim var mumkunse Inshallah sualimi cavablandirin. men 4 ruketli namazin imamla 3 ruketini qilan anda sehfe yol vermishem ( secdede Subhane rabbiyal azim demishem). Axirda tek ruketi serbest qilmisham mene sehf secde dushur yoxsa dushmur? Evvelceden Allah razi olsun deyirem !!! Chox saolun ki, bele sherait yaratmisiniz bizim suallarimiza cavab tapmaga!!
CAVAB: Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.
Əgər siz həmin səhvi imamla qıldığınız rükətlərdə etmisinizsə, onda sizə səhv səcdəsi düşmür. Əgər sizin səhviniz imam salam verdikdən sonra qıldığınız rükətdə olubsa, onda siz bu səhvə görə səhv səcdəsi etməlisiniz. Allah sizdən də razı olsun.
811. sebuhi veliyev (baki)
SUAL: salam aleycum. exi menim sualim siqaret baresindedir. men siqaretin gunah olub olmamasini bilmek isteyirem, cunki serq olkelerinde sulu qelyandan istifade edirler ve men bilen qadagan deyildir. salam aleycum
CAVAB: Və aleykumus-sələm.
Həm siqaret, həm də sulu qəlyan çəkmək haramdır. Bu barəbə geniş məlumat almaq üçün “Siqaret və onun zərərləri” adlı kitabçanı alıb oxumağınızı məsləhət görürük. Bu kitabı “Muslim shop” dükanından əldə edə bilərsiniz. Bu dükan bir çox yerlərdə fəaliyyət göstərir. Nərimanov rayonunda “Cümə” məscidinin həyətində, beş mərtəbələr tərəfdə (Xarici İşlər Nazirliyi ilə üzbəüz) və s.
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.
810. Emin Huseynov (Almaniya. Nürnberq)
SUAL: Salam.Man Almaniyada yasayiram.man da cüma namazlarini mascidda qilmaq istayiram,amma sizdan sorusmaq istayiram ki,man burada türklarin mascidina gedib namaz qila bilaram ya yox?xahis ediram ki mana maslahat verasiniz
CAVAB: Və aleykumus-sələm.
Bəli, siz cümə namazlarını türklərin məscidində qıla bilərsiniz.
809. S.R. (Sumqayit)
SUAL: Esselamu aleykum!
1)Namazda salavat duasini deyerken el ile uze salavat cekmek olarmi?bir filmde de gormusem ki,namazi bitirib oz dualarini deyenden sonra el ile uze salavat cekilir.bir qism adam 1 elle,diger qism adam 2 elle uze salavat cekir,bunu da izah edin,zehmet olmasa ve umumilikde el ile uze salavat cekilmesinin menasini etrafli izah edin.
2)Namazda salavat duasini deyerken men "Allahumme salli ale Muhemmedin ve ale eli Muhemmed" yox,"Allahumme salli ale Muhemmedin ve ale ali Muhemmed" deyirem,sizce bele demek sehv deyil ki?(sadece dilim bele oyresib)mence mena eyni qalir,ele deyilmi?
3)Rukuda ve secdedeki sozleri cox vaxt 1 defe deyirem,amma herden 3 defe de deyirem(hetta bezen 1ruketde 1defe,diger ruketde 3 defe de olur),bele etmek olar,ya yox?
4)Cume axsamlari yemek yedikden sonra olulerin ruhuna fatihe demek duzgundur?
5)Eger namaz qilana usaq ve ya bilmeyerekden boyuk toxunarsa,hemin adamlara gunah yazilirmi?
Evvelceden size oz minnetdarligimi bildirirem!Esselamu aleykum!
CAVAB: Və aleykumus-sələm.
1. Peyğəmbərimizə (səllallahu aleyhi və səlləm) salavat dedikdən sonra əlləri üzə çəkmək barəsində dəlil olaraq heç bir hədis və ya ayə yoxdur. Nə Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm), nə də səhabələr belə bir əməl etməmişlər. Əgər bu cür əməl İslam dinində olsa, bunu ilk növbədə səhabələr edərdilər. Salavatdan sonra əlləri üzə çəkmək sonralar meydana gəlmişdir. Uca Allah bizim dinimizi tamamladıqdan sonra həmin dinə sonradan edilən əlavələr rədd olunur (qəbul olunmur). Uca Allah əl-Maidə surəsinin 3-cü ayəsində belə buyurur: “...Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim...” Həmçinin Peyğəmbər (səllallahu aleyhi və səlləm) belə demişdir: “Bizim işimizə [dinimizə] müvafiq olmayan bir əməl edən kimsənin etdiyi əməl rədd edilir.” (Bu hədisi Muslim rəvayət etmişdir).
Elə ona görə də demək olar ki, həm namaz əsnasında, həm də qeyri vaxtlarda salavatdan sonra əlləri üzə çəkmək düzgün deyildir.
2. Bunların hər ikisi də eyni salavatdır.
3. Bəli, bu cür etmək caizdir.
4. Xeyr, bu cür əməl İslam dinində varid olmamışdır. Həm Peyğəmbər (səllallahu aleyhi və səlləm), həm də onun səhabələr ölülər üçün yalnız dua edərdilər. Ölü üçün Fatihə surəsini və ya başqa bir surəni oxumaq düzgün deyildir. Bu barədə əvvəlki sualların cavablarında çox geniş surətdə danışmışıq. Ətraflı öyrənmək üçün həmin cavabları oxumağınızı məsləhət görürük.
Həmçinin bunu xüsuləşdirib yalnız cümə axşamlarına salmaq da düzgün deyildir. Yəni, cümə axşamının başqa günlərlə heç bir fərqi yoxdur. Bəzi avamlar deyirlər ki, cümə axşamları ruhlar evin ətrafında dolaşırlar. Ona görə də həmin axşam onlar üçün Fatihə surəsi və ya başqa bir surə oxumaq lazımdır. Bu cür fikirlərin hamısı batildir. Çünki, bu barədə heç bir dəlil yoxdur. Uca Allah ruhlar barəsində belə buyurur: “(Ya Rəsulum!) Səndən ruh haqqında soruşarlar. De: "Ruh Rəbbimin əmrindədir. (Allahın əmri ilə yaradılmışdır). Sizə (bu barədə) yalnız cüzi (az) bir bilik verilmişdir!” (əl-İsra surəsi 85-ci ayə).
5. Xeyr, onlara günah yazılmır.
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.
808. vuqar (baki)
SUAL: es salamu eleykum , eger bir qiz istediyi oqlanin sozune baxmayib higaba razi olmursa neylemek olar?herketgi 3-il bir birini sevibler qiz higab baglamaq istemir?neylemek olar?
CAVAB: Və aleykumus-sələm.
Həmin qıza hicabın Allah tərəfindən vacib edildiyini başa salmaq lazımdır. Həmçinin ona Qurani Kərimdə hicab barəsində deyilən ayələri göstərmək yaxşı olardı. Lakin başını bağlamadığına görə həmin qızı tərk etməmək də olmaz. Yəni, bir sözlə başı açıq qızla evlənmək olar. Evləndikdən sonra isə həmin qızı tədricən hicab bağlamağa sövq etmək lazımdır. Allah bütün qadınlarımıza hidayət versin! Amin!!!
807. Ahli_Qubur ()
SUAL: saytda hicab haqqinda yazmisiz ki qadin gerek el ve uzunden bashqa her yerini ortsun! bas sheherde uzu baglilar var onlar niye uzlerini orturler? axi el ve uzuden bashqa yazmisiz????
CAVAB: Əs-sələmu aleykum.
Bəli, hər bir müsəlman qadına əl və üzündən başqa bütün bədən üzvlərini örtmək vacibdir. Siz cavabı diqqətlə oxusanız bunu daha yaxşı başa düşərsiniz. Biz cavablarda qeyd etmişik ki, qadın Gərək belə etsin. “Gərək” sözü onu göstərir ki, həmin əməl vacibdir. Ondan qeyrisi isə (yəni, üzü örtmək və ya əllərə əlcək geyinmək) müstəhəbdir. Yəni, qadının bunu etməsi vacib deyildir. Lakin əl və üzünü də bağlayarsa daha çox savab qazanar.
806. hesen memmedov (baki)
SUAL: 1. qurani kerimde namaz qilmaq nece vaxt emr olunub?
2. hansi teriqet duzdur sie yoxsa sunni yoxsa vehabi ve ya basqasi xias edirem cavab verin sagolun
CAVAB: Əs-sələmu aleykum.
1. Uca Allah müsəlmanlara gün ərzində beş vaxt namaz qılmağı əmr etmişdir. Bu barədə Qurani Kərimdə açıq–aydın ayələr olmasa da belə bəzi ayələr vardır ki, beş vaxt namazlara işarədir. Uca Allah buyurur: “(Ya Rəsulum!) Namazı gündüzün iki başında (günortadan əvvəl və sonra, yəni səhər, günorta və gün batan çağı və ya günün iki başında, yəni səhər-axşam) və gecənin (gündüzə yaxın) bəzi saatlarında (axşam və gecə vaxtı) qıl. Həqiqətən, (beş vaxt namaz kimi) yaxşı əməllər pis işləri (kiçik günahları) yuyub aparar. Bu, (Allahın mükafatını və cəzasını) yada salanlara öyüd-nəsihətdir (xatırlatmadır).” (Hud surəsi 114-cü ayə). Bu ayə Sübh, Məğrib və İşa namazlarına işarədir.
Başqa bir ayədə isə uca Allah belə buyurur: “(Fərz, vacib) namazlara, (xüsusilə) orta namaza (günortadan sonrakı əsr namazına, ikindi namazına) riayət (əməl) edin və Allaha itaət üçün ayağa qalxın (namaza durun).” (əl-Bəqərə surəsi 238-ci ayə). Bu ayə də Əsr namazına işarədir.
Digər bir ayədə isə uca Allah belə buyurur : “Gün batmağa meyl edəndən (günortadan) gecənin qaranlığınadək namaz (günorta, ikindi, axşam və gecə namazları) qıl. Sübh namazını da qıl. Çünki sübh namazı (gecə və gündüz mələkləri, həmçinin bir çox insan tərəfindən) müşahidə olunur.” (əl-İsra surəsi 78-ci ayə). Bu ayə isə namazların beşinə də işarədir. Əsasən də Zöhr və Sübh namazlarına işarədir. Çünki uca Allah bu ayədə buyurur ki, “Gün batmağa meyl edəndən” namaz qıl. Məlumdur ki, Zöhr namazının vaxtı da elə gün zenitdən meyl etdikdən sonradır.
Həmçinin Peyğəmbərin saysiz-hesabsız hədisləri vardır ki, həmin hədislərdə namazların beş vaxtda qılınması qeyd olunur. Bütün bunlar da onu göstərir ki, hər namazın öz vaxtı vardır. Ona görə də namazlarını öz vaxtlarında qılmayanları uca Allah hədələyərək belə demişdir: “Vay halına o namaz qılanların ki, onlar öz namazlarından qafildirlər (səhlənkarlıqları üzündən namazlarını vaxtlı-vaxtında qılmazlar); Onlar (namazlarında) riyakarlıq edər.” (əl-Məun surəsi 4, 5, 6-cı ayələr).
Namazı yalnız səfərdə 3 vaxtda qılmaq olar. Çünki Peyğəmbər (səllallahu aleyhi və səlləm) belə etmişdir.
Həmçinin biz ərəb dilində namazların adlarına nəzər salsaq görərik ki, hər namazın öz vaxtı vardır. Ərəb dilində namazın adları ardıcıl olaraq belədir: Fəcr namazı, Zöhr namazı, Əsr namazı, Məğrib namazı və İşa namazı. Namazlara bu adları Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) vermişdir. Bu adlar onların qılınma vaxtlarına dəlalət edir. İndi gəlin bunları bir-bir açıqlayaq:
1) Fəcr sübh çağı deməkdir. Bu namaz sübh vaxtı qılındığı üçün Peyğəmbər (səllallahu aleyhi və səlləm) və səhabələr onu belə adlandırmışlar.
2) Zöhr günorta deməkdir. Bu namaz günorta vaxtı qılındığı üçün Peyğəmbər (səllallahu aleyhi və səlləm) və səhabələr onu belə adlandırmışlar.
3) Əsr axşam çağı deməkdir. Bu namaz axşam çağı qılındığı üçün Peyğəmbər (səllallahu aleyhi və səlləm) və səhabələr onu belə adlandırmışlar.
4) Məğrib günün batması deməkdir. Bu namaz günün batmasından sonra qılındığı üçün Peyğəmbər (səllallahu aleyhi və səlləm) (səllallahu aleyhi və səlləm) və səhabələr onu belə adlandırmışlar.
5) İşa isə gecə deməkdir. Bu namaz gecə vaxtı qılındığı üçün Peyğəmbər (səllallahu aleyhi və səlləm) (səllallahu aleyhi və səlləm) və səhabələr onu belə adlandırmışlar.
Göründüyü kimi Peyğəmbər (səllallahu aleyhi və səlləm) və səhabələr namazlara vaxtlarına görə ad vermişdilər.
2. Xahiş edirik ki, təkrarlanan suallar verməyəsiniz. Ona görə də sual verməmişdən öncə suallara verilən cavabların hamısını oxumağınızı xahiş edirik. Biz öncə verilən sualların cavablarında da qeyd etmişik ki, heç bir müsəlman özünə sünni, şiyə, vahabi, hənəfi, şafii, cəfəri və sairə bu kimi adlar verməməlidir. Allahın düşmənləri müsəlmanları elə bu cür adlar vasitəsi ilə parçalamışlar. Bu cür adlar İslam dininə Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) vəfatından sonra yəhudilər və nəsranilər tərəfindən artırılmışdır. O vaxta qədər nə sünni, nə şiyə, nə də bu kimi başqa firqələr yaranmamışdır. Həmçinin heç kəs özünü nə sünni, nə şiyə, nə də başqa adlarla adlandırmırdı. Hamı özünü Allahın adlandırdığı kimi müsəlman adlandırırdı. Hətta uca Allah da bizə başqa bir ad deyil, yalnız müsəlman adı vermişdir.
Uca Allah buyurur: “(Ey möminlər!) Allah yolunda layiqincə cihad edin. O (Öz dini üçün) sizi seçdi və dində sizin üçün heç bir çətinlik yeri qoymadı - atanız İbrahimin dini (dinində olduğu) kimi. (Ey Muhəmməd ümməti!) Allah bundan (Quran nazil olmamışdan) əvvəl də, bunda (Quranda) da sizə müsəlman adını verdi ki, (qiyamət günü) Peyğəmbər (dinin təbliği, sizin ona iman gətirməyiniz, itaət etməyiniz barədə) sizə, siz də (əvvəlki peyğəmbərlərin Allahın hökmlərini öz ümmətlərinə çatdırdıqları halda) insanlara şahid olasınız. Elə isə (vaxtlı-vaxtında) namaz qılın, zəkat verin və Allaha sığının. (Allah) sizin ixtiyar sahibinizdir. O nə yaxşı ixtiyar sahibi, necə də gözəl imdada yetəndir!” (əl-Həcc surəsi 78-ci ayə).
Elə isə biz özümüzə nə üçün müsəlman adından qeyri adlar verməliyik. Həmçinin hərə özünə bir ad götürsə onda müsəlmanlar arasında parçalanmalar meydana gələr.
Müsəlmanları parçalamaq üçün onların arasına ilk dəfə şiyə sözünü salan yəhudu Abdullah İbn Səba olmuşdur. Bunu etməkdə onun məqsədi müsəlmanları parçalamaq olmuşdur.
Hər bir müsəlman haqq yolunu bilmək istəyirsə yalnız Allaha və Onun Peyğəmbərinin (səllallahu aleyhi və səlləm) SƏHİH hədislərinə tabe olmalıdır.
Bu barədə uca Allah Qurani Kərimdə bir çox ayələr nazil etmişdir. Uca Allah buyurur: “Allaha və Peyğəmbərə itaət edin. Əgər (itaətdən) boyun qaçırsanız, bilin ki, Peyğəmbərimizin vəzifəsi yalnız açıq bir təbliğdir (Quranı açıq-aydın təbliğ etməkdir).” (əl-Maidə surəsi 92-ci ayə).
Başqa bir ayədə isə belə buyurur: “Ey iman gətirənlər! Allaha itaət edin, Peyğəmbərə itaət edin və (şəkk-şübhə, riya, küfr və nifaq kimi şeylərlə) əməllərinizi puça çıxartmayın!” (Muhəmməd surəsi 33-cü ayə).
Lakin qeyd etmək istəyirəm ki, İslamın düşmənləri müsəlmanları parçalamaq üçün Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) adından bir çox yalan hədislər uydurmuşlar. Odur ki, kim Allaha və Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) yalnız səhih hədislərinə tabe olarsa haqq yolunu tapmış olar və Cənnətdə Allahın nemət verdiyi peyğəmbərləri, siddiqləri, şəhidləri və saleh insanlarlı ilə birgə olacaq.
Bu barədə uca Allah buyurur: “Allaha və Peyğəmbərə itaət edənlər (axirətdə) Allahın nemətlər verdiyi nəbilər (peyğəmbərlər), siddiqlər (tamamilə doğru danışanlar, etiqadı dürüst, peyğəmbərləri hamıdan əvvəl təsdiq edən şəxslər), şəhidlər və salehlərlə (yaxşı əməl sahibləriylə) bir yerdə olacaqlar. Onlar necə də gözəl yoldaşlardır!” (ən-Nisa surəsi 69-cu ayə).
Sizə də məsləhətimiz budur ki, istər ibadətdə, istər də dünya işlərində hər hansı bir əməli yerinə yetirmək istədikdə Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) etdiyi kimi edin. Çünki, uca Allah Peyğəmbərimizi insanlar üçün bir nümunə, örnək olaraq göndərmişdir. Uca Allah buyurur: “Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!” (əl-Əhzab surəsi 21-ci ayə).
Allahdan istəyirik ki, hamımızı Allaha və Peyğəmbərinə (səllallahu aleyhi və səlləm) itaət edənlərdən etsin! Amin!!!
805. Rufet Mehdiyev (Sumgayit)
SUAL: ES-selamu alekum! Yezid ibn Muaviyye selefi egidesinnen olub yoxsa sufi?Xahis edirem bu sualima etrafli cavab vererdiniz. Allah razi olsun.
CAVAB: Və aleykumus-sələm.
Yezid ibn Muaviyyənin sufi olduğu barədə heç bir dəlil yoxdur. Odur ki, o sələfi əqidəsində qalmaqdadır. Yəni, nə qədər ki, onun sufi olduğunu göstərən səhih məlumat yoxdur, o sələfiliyində davam edir.
Allah sizdən də razı olsun!
804. Anar (Baku, Azerbaijan)
SUAL: Assalami aleykum.
Menim sualim beledir:
1) Niye gore QURAN-da BIZ sozunden istifade edilir? ALLAH tekdir ve en boyuk odur butun insanlari ve cinleri yaradan odur. Meselen El-Beqere 35. (Sonra) Biz (Adəmə) dedik: "Ey Adəm, sən zövcənlə (Həvva ilə) Cənnətdə qal və hər ikiniz oradakı meyvələrdən, istədiyiniz kimi, bol-bol yeyin, yalnız bu ağaca (buğdaya) yaxın gəlməyin! Yoxsa (özünüzə) zülm edənlərdən olarsınız". BIZ NEYI BILDIRIR? BU CEM HALI DEMEK DEYILDIRMI?
2) Adam rehmete gedende qebirsandiqda quran oxumaq lazimdir ya dua etmek? Ne halaldir ne haram? Ve mumkundurse bu merasimi nece yola salmaq barede edebiyyat varsa melumat vermeyinizi isterdim.
CAVAB: Və aleykumus-sələm.
1. Uca Allah Qurani Kərimdə biz dedikdə özünü nəzərdə tutur və bu təzim mənasını ifadə edir. Lakin bəzi ayələrdə uca Allah biz dedikdə məlkləri də nəzərdə tutulur. Qurani Kərimdə “biz” sözünün bu iki mənadan hansını ifadə etdiyini bilmək üçün “biz” sözü işlənən ayədən öncə və sonra gələn ayələrə nəzər salmaq lazımdır. Əgək həmin ayələrdə mələklərdən də söhbət gedirsə onda “biz” sözü dedikdə mələklər də nəzərdə tutulur. Əgər “biz” sözü işlənən ayədən öncə və sonra gələn ayələrdə mələklərdən heç bir söhbət getmirsə onda “biz” sözü Allaha təzim mənasında işlənir.
2. Müsəlman vəfat etdikdə qəbrstanlıqda onun üçün yalnız dua etmək lazımdır. Ölü üçün Quran oxumaq İslam dinində yoxdur. Bu cür əməllər sonradan meydana gəlmişdir. Odur ki, bunu etmək düzgün deyildir.
Ölünü necə basdırmaq barəsində geniş məlumat almaq üçün “Ölüm və ibrət” adlı kitabı almanızı məsləhət görürük. Bu kitabı “Muslim shop” dükanından əldə edə bilərsiniz. Bu dükan bir çox yerlərdə fəaliyyət göstərir. Nərimanov rayonunda “Cümə” məscidinin həyətində, beş mərtəbələr tərəfdə (Xarici İşlər Nazirliyi ilə üzbəüz) və s.
803. ABBASOV IBRAHIM (baki)
SUAL: AYSHE NIYE MOMINLERIN ANASIDIR?
CAVAB: Əs-sələmu aleykum.
Həm Aişə (Allah ondan razı olsun) həm də Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) bütün zövcələri möminlərin anası sayılır. Çünki bunu uca Allah buyurur. Uca Allah Qurani Kərimdə Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) zövcələri barəsində belə buyurur: “Peyğəmbər möminlərə onların özlərindən daha yaxındır. (Möminlər peyğəmbəri özlərindən çox sevməli, onun hər bir əmrini sözsüz yerinə yetirməlidirlər). Onun övrətləri (möminlərin) analarıdır...” (əl-Əhzab surəsi 6-cı ayə).
802. Ibadov Famil (Baki)
SUAL: As -salamu -aleykum
Bilmek isteyirem ki,qurban niyyet edilmeyen yerde kesile bilermi?
CAVAB: Və aleykumus-sələm.
Qurban kəsmək üçün niyyət edilən yerlər iki qismə bölünür:
1. Əgər niyyət etdiyiniz yerdə Allaha şərik qoşulursa (yəni, orada Allahdan qeyrisinə qurban kəsilirsə), və ya ora qeyri müsəlmanların bayram etdikləri yerdirsə onda niyyət etsənisdə belə orada qurban haramdır.
2. Əgər niyyət etdiyiniz yerdə Allaha heç bir şərik qoşulmursa, və ya ora qeyri müsəlmanların bayram etdikləri yer deyilsə, onda qurbanı orada kəsməlisiniz.
801. nazim seferov (baki)
SUAL: salam aleykum.imani nece artirmaq olar.
CAVAB: Və aleykumus-sələm.
İmanı artıran səbəblər çoxdur. Onların bəzilərini sizin nəzərinizə çatdıracağıq:
1. Qurani Kərimi oxuyub orada olan ayələr barəsində düşünmək və onlara əməl etmək;
2. Allahın adlarını və sifətlərini öyrənmək;
3. Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) həyatını öyrənmək;
4. İslam dinini və keçmiş nəslin həyatını öyrənmək;
5. Allahın yaratdığı böyük məxluqatlar barəsində düşünmək;
6. Bu böyük məxluqatları yaradanın daha əzəmətli olduğu barəsində düşünmək;
7. Bütün məxluqatların Allaha möhtac olduğunu düşünmək;
..........................................................................................................................................
Mustəqil Islam saytı. Materiallardan istifadə etdikdə istinad vacibdir. Sayt 1422-ci (2001) hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət gostərir. e-mail: mail@azerislam.com. ICQ #99931111