... Bu gün dininizi sizin üçün kamil etdim,
    sizə olan nemətimi tamamladım və sizin üçün
    din olaraq islamı bəyənib seçdim ... [ Əl-Maidə, 3 ]

Əsas menü
ANA SƏHİFƏ

Xidmətlər
Azərislam barəsində dostuna xəbər ver
 
Son xəbərlərə yazıl
 

Statistika


Dost saytlar

Put k Koranu. Sayt Kuliyeva Elmira

Iravan.com


Yeniliklər
Sual-cavab arxivindən cavablanmış 312 sual.

  daha ətraflı

بسم الله الرحمن الرحيم

590. v.Azer (baki)

SUAL: Salam aleykum.menim bir pishiyim var indi boyuyub stolun ustuna va ne var cixir onun ustune oralarda gashinir.oyretmek olmur.indi men neyleyim azdirmag olar ya yox?2.namaz gilan cavan oglanin evlenme imkani yoxdursa (eks munasibet barede)ne etmek olar meslehetiniz xahish edirem.3.Guranin namaz ucun diger surelerini hansi kitabdan,saytdan tapmag olar? Allah razi olsun salam aleykum ve rehmetullah

CAVAB: Və aleykumus-sələm.
1. Bəli, həmin pişiyi azıda bilərsiniz. Lakin gərək elə yerdə azdırasınız ki, orada yemək tapa bilsin və həmin yerdə itlər onu parçalamasın.
2. Subay olanlar şəhvətlərini boğa bilmirlərsə dərhal evlənməlidirlər. Əgər evlənməyə imkanları yoxdursa onda oruc tutsunlar. Peyğəmbər (səllallahu aleyhi və səlləm) belə demişdir: “Ey cavanlar! Sizlərdən kimin evlənməyə gücü varsa evlənsin! Həqiqətən evlənmək gözü və övrət yerini (zinadan) qoruyur. Kim də evlənməyi bacarmırsa qoy oruc tutsun! Çünki oruc onun üçün qoruyucudur.” (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir).
Bu hədisdə Peyğəmbər (səllallahu aleyhi və səlləm) evlənə bilməyənlərə oruc tutmalarını nəsihət etmişdir. Çünki, insan oruc vasitəsi ilə haram şeylərdən, o cümlədən də zinadan və onanizmdən uzaq olur.
3. Bu cür kitabları “Muslim shop” dükanından əldə edə bilərsiniz. Bu dükan bir çox yerlərdə fəaliyyət göstərir. Nərimanov rayonunda “Cümə” məscidinin həyətində, beş mərtəbələr tərəfdə (Xarici İşlər Nazirliyi ilə üzbəüz) və s.
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.


589. huseynli vusala (baki)

SUAL: namaz qilan adam dirnaga boya ceke bilermi?

CAVAB: Əs-sələmu aleykum.
Namaz qılan qadın dırnağına lak sürtməməlidir. Çünki, bu lak suyun dırnağa çatmasına mane olur. Yəni dəstəmaz alarkən dırnaqlara su çatmır. Bu halda da həmin qadının dəstəmazı səhih sayılmır və o namazını dəstəmazsız qılmış sayılır. Məlumdur ki, dəstəmazsız qılınan namaz da qəbul olunmur. Elə ona görə də həmin qadının bu cür dəstəmazdan sonra qıldığı namazı batil sayılır. Ömər (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (səllallahu aleyhi və səlləm) bir nəfərin dabanında dəstəmaz alarkən bir az quru (yuyulmamış) yerin qaldığını görüb dedi: “Qayıt yenidən dəstəmaz al!” (Bu hədisi Muslim rəvayət etmişdir).
Bu hədis onu göstərir ki, dəstəmaz alarkən yuyulması vacib olan əzaların hər bir hissəsinə su çatmalıdır. Dırnaq laklı olduqda isə bu yerinə yetirilmir.
Allah sizdən də razı olsun! Amin!!!

588. elnur (baki)

SUAL: Namelum ucan obyektler varmidir?
Onlarin Hz. muhammed ile gorusduyunu deyirler, doqrumudur?

CAVAB: Əs-sələmu aleykum.
Naməlum uçan obyektlərin kimlər olduğu dəqiq olaraq heç kəsə bəlli deyildir. Lakin bizə elə gəlir ki, bunlar cinlərdir. Çünki cinlər göydə uçmaq qabiliyyətinə malikdirlər. Uca Allah cinlər barəsində “əl-Cinn” surəsində belə buyurur:
8. Biz (cinlər yuxarı aləm əhlinin söhbətinə oğrun-oğrun qulaq asmaq üçün) göyə qalxmaq istədik (səmanı yoxladıq), amma onun (mələklərdən ibarət) güclü gözətçilər və yandırıb-yaxan (axan) ulduzlarla dolu olduğunu gördük.
9. Biz (Muhəmməd əleyhissəlamın peyğəmbər göndərilməsindən əvvəl mələklərin söhbətinə) qulaq asmaq üçün (göyün) bəzi yerlərində otururduq. Lakin indi kim (onların söhbətinə) qulaq asmış olsa, yandırıb-yaxan bir ulduzun onu gözlədiyini görər.
10. Biz bilmirik ki, (göyün gözətçi mələklərlə, axan ulduzlarla doldurulması və mələklərin söhbətinə qulaq asmağın bizə qadağan edilməsi ilə) yerdə olanlara bir pislik etmək istənilmişdir, yoxsa Rəbbi onlara bir xeyir diləmişdir.
11. Şübhəsiz ki, aramızda əməlisaleh olanlar da var, olmayanlar da. Biz müxtəlif firqələrə (məzhəblərə) ayrılmışıq.
Ümumiyyətlə “əl-Cinn” surəsini əvvəldən axıracan oxusanız cinlər barəsində anlayışınız olar. Amma naməlum obyektlərin Peyğəmbərimizi (səllallahu aleyhi və səlləm) görməsi barəsində söylənilənlərin hamısı yalan və batil sözlərdir. Ağıllı insan da başa düşər ki, naməlum deyilən obyektlərlə heç kəs oturub söhbət etməmişdir ki, bu fikirləri də söyləsin.

587. elnur (baki)

SUAL: sahmat oynamaq niye mekruhdur? Axi onda pis hecne yoxdur, fikirlesmeyin neyi pisdir?

CAVAB: Əs-sələmu aleykum.
Çünki şahmat oynamaq insanın çox vaxtını alır. Hansıki, bu vaxtlarda Allaha ibadət edə bilər, Quran oxuya bilər. Şahmat oynayan insanların əksəriyyəti Qurani Kərimi heç bir dəfə də oxumayıblar. Amma saatlarla şahmat şahmat oynayıblar. Məgər insan vaxtını nəyə sərf etdiyi barəsində soruşulmayacaq? Əlbəttə ki, soruşulacaq. Onda Quran oxumaqdan vaz keçib şahmat oynayan həmin insanlar Allaha nə cavab verəcəklər?

586. shamxal (baki)

SUAL: salamu eleykum man Allahin komakliyhla takminan iki ay yaxin diki qurani karimi oxumaqi oyranmisham amma biraz yaxshi alinmir mani m braz avazim yoxdu hamda quran daki isharalar mani briaz cashdirir an asas vaqf orda ishara var man cox o cashdirir bu isharani tak olanda biliram o sukut demak dir amma hardan o tanvin olur onda man bilmiram man sukutluyum yoxsa tanvinliyim Bulari basha salan bir kitab varsa mana deyin tatvic bir kitab almisham amma onu basha dusha bilmiram bashqa bir kitab xaish ediram cavabda yazasiniz Allah sizdan razi olsun .

CAVAB: Və aleykumus-sələm.
Təcvidi (Quranı avazla oxumağı) asan şəkildə başa salan bəzi kitablar mövcuddur. Bunlardan ən asanı Etibar Axundovun “Əlifba və təcvid” kitabıdır. Biz bu kitabı alıb oxumağınızı məsləhət görürük.
Allah sizdən də razı olsun.

585. Abdul Xaliq (Baki)

SUAL: Salam aleykum va rahmatullah ve berekatu..sual--rukudan qalxanda cammatin demek olarki hamisi duz dayanir, yeni ellerini yanina qoyur.. hedisde gelip ki, "Peygamberimiz s.a.s rukudan qalxanda qiyamdaki vezziyeti alardi!" (Buxaridendi hadis sef elemiremse inshAllah) qiyamdaki veziyyetde elleri bagli qoymaqdi.. ancaq elleri yana qoyub dayanmaga delil nedi?indi nece edek? bagli olmaga hedis var,, ancaq yana qoymaga, hedis yoxdu sef elemiremse.. yana qoyuruqsa ellerimizi neye esaslanmaq olar..?......Allah suallara cavab verenlerden,onu bize catdiranlardan butun musulmanlara komek olsun!

CAVAB: Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.
Buxaridə rəvayət olunan hədisin tərcüməsi sizin qeyd etdiyiniz kimi “Rukudan qalxdıqda qiyamdakı vəziyyəti alardı” şəkildə deyildir. Hədisin tərcüməsi belərir: “(Rukudan qalxdıqdan sonra) hər bir fəqərə öz (sərbəst) halına qayıdardı...” Bu hədisə əsasən alimlər qeyd edirlər ki, rukudan sonra fəqərələrin sərbəst halına qayıtması əlləri yana saldıqda baş verir. Doğrudan da bu belədir. Əgər rukudan sonra da əllər qiyamda olduğu kimi sinə üzərinə qoyularsa onda fəqərələr sərbəst halda olmur.

584. qadimov rashad (baki)

SUAL: assalamu aleykum. men sizden magrib va isha namazlarinin vaxtini sorushmag isteyirdim. deyerdiz.onlarin chixma vaxtlarini deyerdiz. ALLAH Sizlerden razi olsun.

CAVAB: Və aleykumus-sələm.
Məğrib namazının vaxtı: qünəş batan andan qaranlıq çökənədək. (Üfüqdə olan qızartı itənə qədər)
İşa namazının vaxtı: qaranlıq çökəndən gecəyarısınadək (gün batan andan dan yeri sökülənədək olan vaxtın yarısı).
Allah sizdən də razı olsun.

583. anar (baki)

SUAL: suala sualnan cavab vermek olar?

CAVAB: Əs-sələmu aleykum.
Bəli, suala sualla cavab vermək olar.

582. sarxan baliyev (baki)

SUAL: insan oz qismetini taleyini deyishdire blermi???

CAVAB: Əs-sələmu aleykum.
Xeyr, dəyişdirə bilməz. Lakin bu o demək deyil ki, siz heç nə etməməlisiniz, çünki Allah artıq qismətə hər şeyi yazıb. Əksinə siz Allahın əmrlərini yerinə yetirməyə və qadağalarından çəkinməyə can atmalısınız.

581. ceferov merdan (samaxi)

SUAL: bir evde 2 namaz qilan var biri azan verse obrisi esidmese oda azan vermelidi?

CAVAB: Əs-sələmu aleykum.
Xeyr, ikinci şəxs azan verməməlidir. Çünki, artıq həmin yerdə onun eşitməməyinə baxmayaraq bir dəfə azan verilmişdir.

580. Rufet memmedov (Baki)

SUAL: Dini kitablari hardan almag olar?

CAVAB: Əs-sələmu aleykum.
Siz dini kitabları “Muslim shop” dükanından əldə edə bilərsiniz. Bu dükan bir çox yerlərdə fəaliyyət göstərir. Nərimanov rayonunda “Cümə” məscidinin həyətində, beş mərtəbələr tərəfdə (Xarici İşlər Nazirliyi ilə üzbəüz) və s.

579. Zakaryayev Nurlan (Baki)

SUAL: salam valeykum GArdash sualim budur. allaha inanan hech bir boyuk gunah ish gormayan cail qiz namaz qilan hicabli qizdan na ila sechilir

CAVAB: Və aleykumus-sələm.
Hər bir şəxs etdiyi savab əməllərə görə Allah qatında müxtəlif dərəcələrə malikdir. Odur ki, namaz qılan və hicab bağlayan qız Allah dərgahında o biri qızdan daha üstündür. Çünki, həmin qız əlavə olaraq Allahın digər əmrlərini də yerinə yetirir. Həmçinin Allaha inanmaq kifayət etmir. İnsan gərək İnandığının əmrlərini yerinə yetirib, qadağalarından çəkinsin. Namaz qılmaq da Allahın əmrlərindən biridir. Əgər yalnız Allaha inanmaq kifayət etsə idi onda uca Allah şeytanı öz rəhmətindən uzaq edib əbədi Cəhənnəmə atmazdı. Axı o da Allaha inanırdı. Bəs nə üçün uca Allah onu əbədi Cəhənnəmlik etdi? Çünki, o Allahın əmrini yerinə yetirməkdən boyun qaçırdı. Odur ki, Allahın əmrlərindən boyun qaçıranların da aqibəti belə ola bilər. Elə buna görə də namaz qılıb başını bağlayan qız, yalnız Allaha iman gətirib bəzi pis əməllərdən çəkinən qızdan daha üstündür.

578. xatire (bakı)

SUAL: İstihazə olan qadın ne demekdir?

CAVAB: Əs-sələmu aleykum.
Hər bir qadından öz adəti üzrə sayı müəyyən olan günlərdə (yəni, hər ay eyni sayda) heyz qanı gəlir. Əgər qadından həmin qan adətindən çox (əlavə günlərdə də) yenə gələrsə onda bu istihazə qanı adlanır. Yəni adəti üzrə olan günlər qurtardıqdan sonra yenə də bir neçə gün qan gələrsə onda bu qan heyz qanı deyil, istihazə qanıdır. İstihazə olan qadına hər namaz üçün qüsul etmək vacib deyildir. Həmin qadının bir dəfə (heyzdən təmizləndikdən sonra) qüsul edib sonra isə yalnız dəstəmaz alması kifayətdir. Heyz halında olan qadın namazlarını tərk etməli və həmin namazların qəzasını qılmamalıdır. İstihazə halında olan qadın isə namazlarını vaxtlı-vaxtında qılmalıdır.

577. fuad ()

SUAL: Hansi qadinlarla salamlashmaq olar? mes: qonshu ile olar?

CAVAB: Əs-sələmu aleykum.
Sözlə istənilən qadına salam vermək olar. Lakin əllə yalnız məhrəm qadınlarla salamlaşmaq olar. Naməhrəm qadınlarla əllə salamlaşmaq olmaz. Odur ki, əgər sizin qonşunuz sizin üçün naməhrəmdirsə onda onunla əllə salamlaşmaq olmaz. Əks halda isə olar.

576. ()

SUAL: Salam Aleykum
Siz deyirsiniz ki onanizm gunahdir. Eger subay adam shehvetini boga bilmirse ne etmelidir?

CAVAB: Və aleykumus-sələm.
Bunu İslam dini deyir.
Subay olanlar şəhvətlərini boğa bilmirlərsə dərhal evlənməlidirlər. Əgər evlənməyə imkanları yoxdursa onda oruc tutsunlar. Peyğəmbər (səllallahu aleyhi və səlləm) belə demişdir: “Ey cavanlar! Sizlərdən kimin evlənməyə gücü varsa evlənsin! Həqiqətən evlənmək gözü və övrət yerini (zinadan) qoruyur. Kim də evlənməyi bacarmırsa qoy oruc tutsun! Çünki oruc onun üçün qoruyucudur.” (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir).
Bu hədisdə Peyğəmbər (səllallahu aleyhi və səlləm) evlənə bilməyənlərə oruc tutmalarını nəsihət etmişdir. Çünki, insan oruc vasitəsi ilə haram şeylərdən, o cümlədən də zinadan və onanizmdən uzaq olur.
Həmçinin onanizmlə məşğul olan şəxslər onu da düşünsünlər ki, Allah onları harada olurlarsa-olsunlar görür. Bu etdikləri əmələ görə Allahdan utansınlar. Axı Allah onların etdikləri əməllərdən xəbərdardır.

575. A.Ulviyye (Baki)

SUAL: Assalamu Aleykum Wr. Wb.
Namaz gilan gadin dirnagina lak surte biler yoxsa?Meselen men surtmurem, chunki mene deyibler ki,dirnagda lak olanda abdest tam hesab olunmur.
Allah razi olsun!

CAVAB: Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.
Namaz qılan qadın dırnağına lak sürtməməlidir. Çünki, bu lak suyun dırnağa çatmasına mane olur. Yəni dəstəmaz alarkən dırnaqlara su çatmır. Bu halda da həmin qadının dəstəmazı səhih sayılmır və o namazını dəstəmazsız qılmış sayılır. Məlumdur ki, dəstəmazsız qılınan namaz da qəbul olunmur. Elə ona görə də həmin qadının bu cür dəstəmazdan sonra qıldığı namazı batil sayılır. Ömər (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (səllallahu aleyhi və səlləm) bir nəfərin dabanında dəstəmaz alarkən bir az quru (yuyulmamış) yerin qaldığını görüb dedi: “Qayıt yenidən dəstəmaz al!” (Bu hədisi Muslim rəvayət etmişdir).
Bu hədis onu göstərir ki, dəstəmaz alarkən yuyulması vacib olan əzaların hər bir hissəsinə su çatmalıdır. Dırnaq laklı olduqda isə bu yerinə yetirilmir.
Allah sizdən də razı olsun! Amin!!!

574. Ibadov Famil (Baki)

SUAL: Qurbani bir yerde niyyet edib bashqa yerde kesmek olarmi?

CAVAB: Əs-sələmu aleykum.
Əgər niyyət etdiyiniz yerdə Allaha şərik qoşulursa onda həmin yerdə qurban kəsmək haramdır. Hətta niyyət etsəniz belə.
Əgər niyyət etdiyiniz yerdə Allaha şərik qoşulmursa onda qurbanınızı həmin yerdə kəsməyiniz daha yaxşı olardı. Lakin həmin qurbanı başqa yerdə də kəsə bilərsiniz.

573. ****** ()

SUAL: Esselamu aleykum!
Bilmek isterdim ki, erotik (porno) filmlere ve ya saytlara baxmaq gunah deyil ki? (ve eger bu, sadece ehtirasi yatirtmaqcun edilirse). Sag olun!

CAVAB: Və aleykumus-sələm.
Hər bir müsəlman gözünü haram olan şeylərdən qorumalıdır. Əlbəttə ki, bu cür filimlərə və ya saytlara baxmaq da haram əmllərdəndir. Uca Allah buyurur: “(Ya Rəsulum!) Mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar). Bu onlar üçün (ədəb-ərkan, təmizlik baxımından) daha yaxşıdır. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır! Mömin qadınlara da de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar)...” (ən-Nur surəsi 30, 31-ci ayələr).
Bu ayələr onu göstərir ki, hər bir vəziyyətdə müsəlman kişi və qadınlara haram olan şeylərə baxmaq qadağandır.

572. S.R (Baki)

SUAL: Ассалам алейкум! Что вы можете сказать на счёт зикра при помощи щёток ?
Ассалам алейкум!
Да будет доволен вами Всевышний Аллах!

CAVAB: Və aleykumus-sələm.
Əgər insan qocadırsa və zik zamanı sayı unudursa onda bu cür şeydən istifadə edə bilər. Əks halda isə bu bid'ətdir.
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu. Allah sizdən də razı olsun!

571. S.R (Baki)

SUAL: Ассалам алейкум! Я слышал что протирание рук о лицо после дуа является нововведением на сколько это достоверно и чем это можно обосновать..
Ассалам алейкум!

CAVAB: Və aleykumus-sələm.
Bəli, dua etdikdən sonra əlləri üzə çəkmək bid'ətdir. Çünki, nə Peyğəmbər (səllallahu aleyhi və səlləm), nə də onun səhabələri belə bir əməl etməmişlər. Bu İslam dininə sonradan əlavə olunan bir əməldir.
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.

570. S.R (Baki)

SUAL: Ассалам алейкум!
Как относится к тем или иным снам...что они могут означать ?
Ассалам алекум !

CAVAB: Və aleykumus-sələm.
Yuxunu dəqiqliyi ilə yozma elmini uca Allah Yusif peyğəmbərə vermişdir. Odur ki, hal-hazırda yuxunu dəqiqliyi ilə heç kəs yoza bilməz. Çünki, yuxu yozma barəsində nə Qurani Kərimdə, nə də Peyğəmbərimizin hədislərində heç bir şey varid olmamışdır. Varid olan yalnız odur ki, insan pis yuxu gördükdə onu heç kəsə danışmamalıdır.
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.

569. Naqiyev Heyder (Sumqayit)

SUAL: Qeza oruclarini her vaxt tutmaq olarmi?

CAVAB: Əs-sələmu aleykum.
Qəza oruclarını aşağıda qeyd olunan günlərə salmaq olmaz.
1. Cümə və şənbə günlərini xüsuləşdirib oruc tutmaq olmaz (cümə günü oruc tutmaq üçün ondan əvvəlki və ya sonrakı günü də oruc tutmaq lazımdır. Şənbə gününə gəlincə, qeyd etmək lazımdır ki, bu gündə nafilə oruc tutmaq ümumiyyətlə qadağandır. Yalnız cümə ilə şənbə günlərini birgə tutmağa rüsxət verilmişdir.)
2. Bayram günləri (Ramazan və qurban bayramları).
3. “Təşriq” günlərində (zil-Hiccənin 11-i, 12-i və 13-ü) oruc tutmaq olmaz.
Bunlardan başqa istənilən günlərdə qəza oruclarını tuta bilərsiniz.
Allah sizdən də razı olsun!

568. Amal (Sumqayit)

SUAL: Salam bilmey isteyirem ki uzu lezva ile qirxmaq ne qeder duzdur?

CAVAB: Və aleykumus-sələm.
Üzü lezva ilə qırxmaq günahdır. Çünki Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) saqqal saxlamağı əmr etmişdir. Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) belə demişdir: “Saqqallarınızı uzadın (əl vurmayın), bığlarınızı qısaldın ki, məcusilərə (oda sitayiş edənlərə) müxalif olun!” Bu hədis onu göstərir ki, saqqal saxlamaq vacibdir. Peyğəmbərimizin əmrlərini isə hər kəs yerinə yetirməlidir. Uca Allah Qurani Kərimdə möminlərə əmr edərək belə buyurmuşdur: «Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin» (əl-Həşr surəsi 7-ci ayə).
Onun əmrinə qarşı çıxmaq isə günahdır. Uca Allah belə demişdir: “...Onun (Peyğəmbərin) əmrinə qarşı çıxanlar başlarına gələcək bir bəladan, yaxud düçar olacaqları şiddətli bir əzabdan həzər etsinlər!” (ən-Nur surəsi 63-cü ayə).

567. Rovsen (Baki)

SUAL: salam/sefer namazini nece qilmaq lazimdir

CAVAB: Və aleykumus-sələm.
Səfərdə olarkən yalnız dörd rükətli namazlar qısaldılaraq iki rükət qılınmalıqır. Sübh və məğrib namazları isə olduğu kimi qılınır. Səfər zamanı namazları cəm etmək də olar. Yəni, Zöhlə Əsr namazlarını Zöhrün əvvəl vaxtından Əsrin axır vaxtınadək, Məğriblə İşa namazlarını isə Məğribin əvvəl vaxtından İşanın axır vaxtınadək istənilən vaxtda qılmaq olar.

566. Rovsen salamov (Baki)

SUAL: salam,gecikilmis namazlari nece qilmaq lazimdir

CAVAB: Və aleykumus-sələm.
Gecikmiş namazları vaxt olan kimi dərhal qılmaq lazımdır. Qəza namazı eyniylə həmin hamazın özü kimi qılınır.

565. islam_nicat ()

SUAL: menim 12 yashim var namaz qila bilerem?

CAVAB: Əs-sələmu aleykum.
Bəli, siz namaz qıla bilərsiniz.
Sizin kimi namaz qılmağa həvəsi olan gəncləri gördükdə bizim qəlbimiz açılır. Allahdan istəyirik ki, sizin kimi namaz qılmaq həvəsində olan gənclərin sayını artırsın! Amin!!!

564. Haci-Xayal (Baki-Keshle)

SUAL: Omer kimdi? xasih edirem etrafli

CAVAB: Əs-sələmu aleykum.
Ömər (Allah ondan razı olsun) Peyğəmbərin (səllallahu aleyhi və səlləm) qaynatası, onun ən yaxın səhabələrindən biri, İslamın ikinci xəlifəsi və nəhayət imam Əlinin (Allah ondan razı olsun) kürəkəni olmuşdur. Uca Allah bu səhabə vasitəsi ilə İslam dinini izzətləndirmiş və onun xəlifəliyi dövründə müsəlmanlar bir çox yerləri fəth etmişlər.

563. Muslum (Baki)

SUAL: Salam aleykum,
sizden bir mesele ile bagli meslehet almaq istardim. Kiraya bir evda qaliram. Ev yiyasi ruslar demiskan "leviy" elektrik xatti cakib evina. Yani bu xattdan istifada edanda ishiq pulu yazilmir. Man bundan istifada eda bilarammi? Bu ogurluq sayilarmi? Cavabiniza gora tasakkur ediram

CAVAB: Və aleykumus-sələm.
Bu cür əməl oğurluq sayılır. Odur ki, ondan istifadə etmək olmaz.

562. ()

SUAL: namazi nece yashdan qilirlar?

CAVAB: Əs-sələmu aleykum.
Hər bir insana həddi buluğa çatdıqdan sonra namaz qılmaq və oruc tutmaq vacib olur. Həddi buluğa çatana qədər isə bunları etməyən şəxsə günah yazılmır. Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Üç şəxsin üzərindən qələm qaldırılıb (onlara günah yazılmır): Həddi buluğa çatmamış uşaq, ruhi xəstə və yuxuda olan şəxs...” (Bu hədisi Əbu Davud rəvayət etmişdir).
Bu hədis onu göstərir ki, insan həddi buluğa çatdıqdan sonra Allahın əmrlərini yerinə yetirməsə ona günah yazılır. İnsanın həddi buluğa çatması isə aşağıdakı əlamətlərlə bilinir:
1. Pollyusiya halına düşməsi (yuxuda olarkən sperma ifraz etməsi);
2. Övrət yerinin ətrafında tüklərin çıxması;
3. On beş yaşa çatması;
Qadınlar üçün isə dördüncü əlamət də əlavə olunur.
4. Heyz qanının gəlməsi.
Əgər bu əlamətlərdən hər hansı biri baş verərsə həmin şəxs artıq həddi buluğa çatmış sayılır və o Allahın əmrlərini yerinə yetirməlidir.

561. Ali Aliyev (Baki)

SUAL: Ruh nedir?

CAVAB: Əs-sələmu aleykum.
Ruh barəsində heç kəs dəqiq bir söz söyləyə bilməz. Çünki uca Allah bu barədə heç kəsə elm verməmişdir. Odur ki sizin sualınıza uca Allahın bu ayəsi ilə cavab vermək istəyirik. Uca Allah buyurur: “(Ya Rəsulum!) Səndən ruh (ruhun mahiyyəti və keyfiyyəti) haqqında soruşarlar. De: "Ruh Rəbbimin əmrindədir. (Allahın əmri ilə yaradılmışdır). Sizə (bu barədə) yalnız cüzi (az) bir bilik verilmişdir!” (əl-İsra surəsi 85-ci ayə).

 1  2  3  4  5  6  7  8  9 10   11  12  13  14  15  16  17  18  19  20  21  22  23  24  25  26  27  28  29

Mustəqil Islam saytı. Materiallardan istifadə etdikdə istinad vacibdir. Sayt 1422-ci (2001) hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət gostərir. e-mail: mail@azerislam.com. ICQ #99931111