"...Ona bir yol tapa bilən insanın həcc etməsi Allahın insanlar üzərindəki haqqıdır."
[Ali İmran, 97]
Qiyamət günü Allaha insanlardan ən sevimlisi və məkan olaraq da Allaha ən yaxın olanı ədalətli imamdır. Qiyamət günü Allaha insanlardan ən mənfuru və Ondan məkan olaraq ən uzaq olanı da zalım sultandır.
[Tirmizi, Əhkam, 4/1329]
Müsəlmanın iki bayramı var: Biri QURAN, O biri QURBAN!
[Özlü sözlər]
FƏRZ ET Kİ, ÖLDÜN...
[ Aktual / 171076 dəfə baxılıb ]
|
İmam Əhməd bin Hənbəlin vaxtında yaşayan Haris əl-Muhasibi bu kitabında ayə və hədislər işığında oxucunun əlindən tutaraq ölümdən sonra başına gələcəkləri addım-addım yaşatmağa çalışmışdır. Bu kitabı oxuduğunuz zaman Cənnətin nemətlərini dadmış və Cəhənnəmin yandırıb-yaxan qaynarlığını ənsənizdə hiss etmiş olacaqsınız.
Giriş Bir olan, Ondan üstün heç nə olmayan, sonsuz əzəmət sahibi, hökmü geri çevrilməyən, sonsuz böyuklük və ucalıq sahibi Allaha həmd olsun. Allah bizi imtahan və təcrübə üçün yaradıb. Cənnət və Cəhənnəmi bizimçün hazırlayıb. İşin ciddi və önümüzdəki təhlükənin böyuk olduğu haqda bizə xəbərdarlıq etmişdir. Ağlı olan və düşünən insan son məkanının hara və aqibətinin necə olacağını öyrənənə qədər könlü qırıq olmalıdır. Çünki Rəbbinə üsyan etdiyi anlar və Onun əmrlərinə qarşı çıxdığı vaxtlar olmuşdur. Yaşadığı ömür boyu dəfələrlə Allahın qəzəb və razılığını qazanmışdır. Həyatının bu ikisindən hansı ilə nöqtələnəcəyini və son aqibətinin necə olacağını bilə bilməz. Buna görə də Allah qatındakı halının necə olacağını bilincəyə qədər qayğısı böyük, üzüntüsü uzun, sıxıntısı isə şiddətli olmalıdır. Uğuru Allahdan istə. Günahlarının bağışlanmasını Ondan gözlə. Hər işdə Ondan yardım istə. Rəbbinin əmr və qadağalarına qarşı çıxmış, üsyanınla Onun qəzəb və əzabına layiq olmuşkən necə sevinə bildiyinə qorxu və ürpəntinin könlündən necə əksildiyinə heyrət edirəm. Bil ki, çarəsiz ölüm sıxıntıları, ağrıları, çırpınışları və sərxoşluğu ilə bir gün səni də haqlayacaqdır. Gec-tez reallaşacağı üçün bunu elə indidən olmuş kimi qəbul et.
«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir» [ ən-Nisa, 103 ]
Azerislam.com - Müstəqil islam saytı. Bu layihə 1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir. Materiallardan istifadə etdikdə istinad vacibdir.