"...Ona bir yol tapa bilən insanın həcc etməsi Allahın insanlar üzərindəki haqqıdır."
[Ali İmran, 97]
Qiyamət günü Allaha insanlardan ən sevimlisi və məkan olaraq da Allaha ən yaxın olanı ədalətli imamdır. Qiyamət günü Allaha insanlardan ən mənfuru və Ondan məkan olaraq ən uzaq olanı da zalım sultandır.
[Tirmizi, Əhkam, 4/1329]
Müsəlmanın iki bayramı var: Biri QURAN, O biri QURBAN!
[Özlü sözlər]
HƏR BİRİ KİÇİK CƏNNƏT: HURİLƏR
[ Azerislam.com / 10523 dəfə baxılıb ]
|
Qapılarının, pərdələrinin, qübbə və salonunun gözəlliyini bir düşün! Gözəl yataqlarıyla, taxtlarıyla, sütunlarıyla, yüksəkliyilə, xalılarıyla bütün otaqlarını bir göz önünə gətir! Yatağına yaxınlaşarkən zövcən də səninlə birgə gələr və əvvəl o, sonra sən taxta çıxarsınız. Qarşı-qarşıya oturarsınız. Bu şəkildəki mənzərəniz nə gözəldir!
O, üzünün hüsnü-camalı və vücudunun nazlılığı ilə qiymətli geyimləri və ziynətləri içərisində - qolundakı bilərzikləri, barmaqlarındakı üzükləri, ayağındakı xalxalları, belindəki kəməri, mirvari və cövhərlə bəzənmiş ətəkləri, boynundakı gərdanlıqları, başındakı inci və yaqutdan işlənmiş tacı, tacının altından və çiyinindən ayaqlarına qədər səpilmiş saçı ilə sənin qarşında oturar.
Sən onun ayna kimi parlaq boynunda öz üzünü, o da sənin boynunda öz üzünü görə bilir. Cənnət uşaqları çadırının ətrafında sənin və zövcənin xidmətində durmaqdadırlar. Otağının kənarlarından ağac budaqları meyvələri ilə sallanmaqda, sarayının ətrafında çaylar müntəzəm olaraq axmaqda, bulaqlardan qollar otağının üzərinə uzanaraq səni şərab, bal, süd kimi ləzzətli içkilərlə uzatmaqdadır. Sən də ipək və atlasdan hazırlanmış paltarlar geyinmiş, vücuduna qızıl və mirvaridən bilərziklər taxmısan. Başındakı inci və yaqutdan ibarət olan tacın çöhrənin nur ilə parıldatmaqdadır. Cənnətin sənə aid olan hissəsi – bütün sarayların sənin bədəninin parlaqlığına və üzünün nuruna boyanmışdır.
«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir» [ ən-Nisa, 103 ]
Azerislam.com - Müstəqil islam saytı. Bu layihə 1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir. Materiallardan istifadə etdikdə istinad vacibdir.