"...Ona bir yol tapa bilən insanın həcc etməsi Allahın insanlar üzərindəki haqqıdır."
[Ali İmran, 97]
Qiyamət günü Allaha insanlardan ən sevimlisi və məkan olaraq da Allaha ən yaxın olanı ədalətli imamdır. Qiyamət günü Allaha insanlardan ən mənfuru və Ondan məkan olaraq ən uzaq olanı da zalım sultandır.
[Tirmizi, Əhkam, 4/1329]
Müsəlmanın iki bayramı var: Biri QURAN, O biri QURBAN!
[Özlü sözlər]
CƏNNƏT SARAYLARINA ÇATMAQ
[ Azerislam.com / 8897 dəfə baxılıb ]
|
Sən Cənnətdə ikən könlünün sevincini bir düşün! Cənnət uşaqları hüzurunda ayaq üstə gözləməkdə, sənə ehtiram göstərməkdədirlər. Arxasından sədəflərindəki inciləri xatırladan xidmətçilərin səni qarşılayıb salamlayırlar. Sonra gəlib hüzurunda divan qurarlar. Daha sonra uşaq və xidmətçilər toplusu arasından ehtişamla yeriyərsən. Saraylarına çatana qədər səni müşayət edərlər. Sarayının qapısına çatanda pərdədarlar qapıları açar və pərdələri qaldırarlar. Hamısı da sənə təzim göstərərək ayaqüstə gözləyərlər. Saraylarının qapıları açılıb salonlarının parlaq gözəlliyindən, bəzəkli ağaclarından, nəfis bostanlarından, aydın və işıqlı otaqlarında pərdə qaldırıldığı zaman görəcəyin şeyləri bir anlıq təsəvvür et!
Sən bütün bunlara baxarkən birdən-birə xidmətçilərin zövcələrinə bu müjdəni verərlər: ″Bu filan oğlu filandır. Sarayın qapısından içəri girmişdir!″ Onlar sənin gəliş və saraya giriş müjdəni eşidər eşitməz sərilmiş yataqlarından aşağı atlayarlar. Çadırlar və qübbələr altından gözlərin onlara baxmaqdadır. Səni görmələrindən doğan sevinc içində yataqlarından necə endiklərini seyr edərsən. O nazlı, hüsnü-camallı gözəllərin həyəcanla irəli – sənə doğru atladıqlarını bir təsəvvür et!
Gözəl çöhrələri ilə, ziynətlər içərisində, vücudları nazla bəslənib böyüdüldüklərini göstərərcəsinə hər birinin sürətlə sənə doğru atıldıqlarını bir düşün! Mükəmməl qamətiylə divanından qübbəsinin salonuna və çadırının ortasına enişini bir gözünün qabağına gətir! Çadır və qubbələrinin qapısına çatana qədər sürətlə irəliləyərlər. Sonra sən gəlib onlara çatana qədər içində gözlədildikləri çadır və otaqlarının yanlarına əllərini dayayarlar. Beləcə ayaqüstə dayanıb baş və çöhrələrini çölə uzadarlar. Sənin gəlişindən doğan sevinc və nəşə ilə dolu bir qəlb və böyük bir maraqla sənə baxarlar.
«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir» [ ən-Nisa, 103 ]
Azerislam.com - Müstəqil islam saytı. Bu layihə 1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir. Materiallardan istifadə etdikdə istinad vacibdir.