"...Ona bir yol tapa bilən insanın həcc etməsi Allahın insanlar üzərindəki haqqıdır."
[Ali İmran, 97]
Qiyamət günü Allaha insanlardan ən sevimlisi və məkan olaraq da Allaha ən yaxın olanı ədalətli imamdır. Qiyamət günü Allaha insanlardan ən mənfuru və Ondan məkan olaraq ən uzaq olanı da zalım sultandır.
[Tirmizi, Əhkam, 4/1329]
Müsəlmanın iki bayramı var: Biri QURAN, O biri QURBAN!
[Özlü sözlər]
MÖMİN SIRATDA
[ Azerislam.com / 10380 dəfə baxılıb ]
|
Əgər bağışlanmış və əhv olunacaq kimsələrdənsənsə, Allahın sənə lütf edəcəyini düşün! Sıratın üzərindən keçərsən. Nurun sağ tərəfində və sənin önündə yeriyər. Əməl dəftərin sağ əlindədir. Üzün par-par parıldayır. Allahın hüzurundan üzün ağ olaraq hesabını verərək ayrılmış və Onun səndən razı olduğuna əmin olmusan. Abidlər qrupu və müttəqilər zümrəsi ilə birlikdə Sıratın üzərindəsən. Mələklər: ″Ya Rəbbi, Sən qoru! Ya Rəbbi, Sən qoru!″ deyə səslənirlər. Bununla yanaşı qorxu hissi nə sənin, nə də digər möminlərin qəlbini bir an da olsa tərk etməz. Sən çağırarsan, onlar çağırar. Qurani-Kərimdə bu barədə belə deyilir: ″Ey iman gətirənlər! Allaha səmimi-qəlbdən (bir daha günaha qayıtmamaq şərtilə) tövbə edin. Ola bilsin ki, Rəbbiniz günahlarınızın üstünü örtsün və sizi (ağacları) altından çaylar axan cənnətlərə daxil etsin. O gün Allah Öz Peyğəmbərini və onunla birlikdə iman gətirənləri xəcil etməz. Onların (iman) nuru (qıl körpüsü üstündə onlara yol göstərmək üçün) önlərindən və sağ tərəflərindən axıb şölə saçarkən onlar belə deyəcəklər: “Ey Rəbbimiz! Bizim nurumuzu tamam-kamal elə və bizi bağışla. Həqiqətən, Sən hər şeyə qadirsən!”″ (Təhrim surəsi, 8) Münafiqləri nurları sönmüş, qəlblərini qorxu bürümüş və nurlarının tamamlanmalarını və bağışlanmalarını istədikləri anı bir düşün!
«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir» [ ən-Nisa, 103 ]
Azerislam.com - Müstəqil islam saytı. Bu layihə 1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir. Materiallardan istifadə etdikdə istinad vacibdir.