"...Ona bir yol tapa bilən insanın həcc etməsi Allahın insanlar üzərindəki haqqıdır."
[Ali İmran, 97]
Qiyamət günü Allaha insanlardan ən sevimlisi və məkan olaraq da Allaha ən yaxın olanı ədalətli imamdır. Qiyamət günü Allaha insanlardan ən mənfuru və Ondan məkan olaraq ən uzaq olanı da zalım sultandır.
[Tirmizi, Əhkam, 4/1329]
Müsəlmanın iki bayramı var: Biri QURAN, O biri QURBAN!
[Özlü sözlər]
CAVABSIZ QALAN FƏRYAD
[ Azerislam.com / 9089 dəfə baxılıb ]
|
Cənnətdə ata, ana, qardaş, bacı və bunlar kimi yaxınlarının olduğunu xatırlayarsan. Əzilmiş bir qəlbdən yüksələn kədər dolu bir səslə onlara belə səslənərsən: ″Ey canım anam! Ey atam! Ey qardaşım! Ey bacım! Ey dayım! Ey əmim! Nə olar bir qurtum su ver!″ Onlar da sənə rədd cavabı verərlər. Beləcə ümüdünün qırıldığından və Əziz və Cəlil olan Rəbbinin sənə olan qəzəbi üzündən yaxın qohum-əqrəbalarının da səndən üz döndərmələrinin həsrət və üzüntüsündən qəlbin parçalanar. Bundan sonra isə dünyaya səni geri göndərməsi ümüd və diləyi ilə o andaca fəryad edib Allaha sığınarsan: ″Ey Rəbbimiz! Bizi buradan (Cəhənnəm odundan) çıxart! Əgər bir də (Sənin xoşuna gəlməyən pis işlərə) qayıtsaq, şübhəsiz ki, zalım (özümüz özümüzə zülm etmiş) olarıq.″ (Mu`minun surəsi: 107)
Uzun bir zaman sənə dəyər vermədiyini göstərmək üçün Allah sənə cavab verməz. Şübhəsiz ki, səsin Onun yanında mənfurdur. Məqamın Onun qatında aşağıdır. Nəhayət Ona bəslədiyin bütün ümüd və əməl bağlarını kəsən bu sözlərlə sənə səslənər: ″Orada zəlil (məyus) vəziyyətdə durub qalın və Mənə heç bir şey deməyin!″ (Mu`minun surəsi:108)
Sən susmağını əmr edən və sənin kimi məxluqlara cavab verilməyəcəyini bildirən Onun bu ulu xitabını eşidərkən sanki ağız və burnun tıxanar. Ruhun bədənindən çıxmaqla qalmaq arasında tərəddüdlə gedib gələr. Köksündə nəfəsin daralar. Səsli-səsli inləyərək, lakin danışmağa belə taqətin olmadan iztirab içində qalarsan.
«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir» [ ən-Nisa, 103 ]
Azerislam.com - Müstəqil islam saytı. Bu layihə 1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir. Materiallardan istifadə etdikdə istinad vacibdir.