"...Ona bir yol tapa bilən insanın həcc etməsi Allahın insanlar üzərindəki haqqıdır."
[Ali İmran, 97]
Qiyamət günü Allaha insanlardan ən sevimlisi və məkan olaraq da Allaha ən yaxın olanı ədalətli imamdır. Qiyamət günü Allaha insanlardan ən mənfuru və Ondan məkan olaraq ən uzaq olanı da zalım sultandır.
[Tirmizi, Əhkam, 4/1329]
Müsəlmanın iki bayramı var: Biri QURAN, O biri QURBAN!
[Özlü sözlər]
ÜÇ YERDƏ KİMSƏ KİMSƏNİ XATIRLAMAZ
[ Azerislam.com / 11144 dəfə baxılıb ]
|
Həsən əl-Bəsrinin belə dediyi rəvayət edilmişdir: ″Peyğəmbərin (sallallahu aleyhi vəsəlləm) başı Aişənin (r.a.) qucağındaydı. Dərin yuxuya getmişdi. Aişə (r.a.) Axirəti xatırlayaraq ağladı. Gözündən axan yaşlar Allah Rəsulunun mübarək yanaqları üzərinə düşdü. Rəsulullah (sallallahu aleyhi vəsəlləm) bu göz yaşlarıyla oyandı. Başını qaldırdı və ″Niyə ağlayırsan, ey Aişə?″ deyə soruşdu. Aişə:″Ey Allahın Rəsulu, Axirəti xatırladım ona görə… Əcəba Qiyamət günü yaxınlarımızı xatırlayacayıqmı?″ Peyğəmbər (sallallahu aleyhi vəsəlləm) belə cavab verdi: ″Canım qüdrətinin əlində olan Allaha and içirəm ki, üç yer vardır ki, insan orada özündən başqa heç kimi xatırlamaz: Tərəzilər qurulub insanların əməlləri ölçüldüyü zaman yaxşı əməlinin ağır, yoxsa yüngül gəldiyini öyrənincəyə qədər. Əməl dəftərləri paylandığı zaman sağ əlinə, yoxsa sol əlinə veriləcəyini öyrənincəyə qədər, bir də Sırat yanında.″
Ənəs bin Malikdən rəvayət edilmişdir: ″Qiyamət günü insan oğlu gətirilib tərəzinin iki gözü arasında dayandırılır və bir mələk onun üçün təyin edilir. Əgər tərəzisinin savab tərəfi ağır gələrsə, həmin mələk bütün məxluqatın eşidəcəyi bir səslə belə söyləyir: ″Filankəs filankəs oğlu əbədi olaraq bir daha qəm görməcəyi səadətə qovuşmuşdur!″
Əgər tərəzisinin savab gözü yüngül gələrsə, bu dəfə də eyni mələk bütün məxluqatın eşidəcəyi bir səslə belə deyər: ″ Filankəs filankəs oğlu əbədi olaraq bir daha xoşbəxt olmayacağı əzaba uğramışdır!″ O zaman sən məxluqatla birlikdə ayaq üstə gözləyərkən bir də baxarsan ki, həmin mələyə zəbaniləri gətirməsi əmr edilmişdir. Onlar əllərində dəmir toxmaqlar, əyinlərində atəşdən olan geyimlə gələrlər. Sən onları görərkən o qədər qorxarsan ki, dəhşət və heybətdən ürəyin ağzına gələr.
«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir» [ ən-Nisa, 103 ]
Azerislam.com - Müstəqil islam saytı. Bu layihə 1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir. Materiallardan istifadə etdikdə istinad vacibdir.