ÜÇ YERDƏ KİMSƏ KİMSƏNİ XATIRLAMAZHəsən əl-Bəsrinin belə dediyi rəvayət edilmişdir: ″Peyğəmbərin (sallallahu aleyhi vəsəlləm) başı Aişənin (r.a.) qucağındaydı. Dərin yuxuya getmişdi. Aişə (r.a.) Axirəti xatırlayaraq ağladı. Gözündən axan yaşlar Allah Rəsulunun mübarək yanaqları üzərinə düşdü. Rəsulullah (sallallahu aleyhi vəsəlləm) bu göz yaşlarıyla oyandı. Başını qaldırdı və ″Niyə ağlayırsan, ey Aişə?″ deyə soruşdu. Aişə:″Ey Allahın Rəsulu, Axirəti xatırladım ona görə… Əcəba Qiyamət günü yaxınlarımızı xatırlayacayıqmı?″ Peyğəmbər (sallallahu aleyhi vəsəlləm) belə cavab verdi: ″Canım qüdrətinin əlində olan Allaha and içirəm ki, üç yer vardır ki, insan orada özündən başqa heç kimi xatırlamaz: Tərəzilər qurulub insanların əməlləri ölçüldüyü zaman yaxşı əməlinin ağır, yoxsa yüngül gəldiyini öyrənincəyə qədər. Əməl dəftərləri paylandığı zaman sağ əlinə, yoxsa sol əlinə veriləcəyini öyrənincəyə qədər, bir də Sırat yanında.″ Fəsillərə qayıt... ( https://www.azerislam.com/index.php?lngs=aze&cats;=1&ids;=563 ) Azerislam.com |