"...Ona bir yol tapa bilən insanın həcc etməsi Allahın insanlar üzərindəki haqqıdır."
[Ali İmran, 97]
Qiyamət günü Allaha insanlardan ən sevimlisi və məkan olaraq da Allaha ən yaxın olanı ədalətli imamdır. Qiyamət günü Allaha insanlardan ən mənfuru və Ondan məkan olaraq ən uzaq olanı da zalım sultandır.
[Tirmizi, Əhkam, 4/1329]
Müsəlmanın iki bayramı var: Biri QURAN, O biri QURBAN!
[Özlü sözlər]
EY ADƏMOĞLU, NİYƏ ALDANDIN?
[ Azerislam.com / 10046 dəfə baxılıb ]
|
Sonra Allah ona belə buyurar: ″Ey Adəmoğlu! Mənim haqqımda səni nə aldatdı? Ey Adəmoğlu! Biliyinlə hansı əməlləri etdin? Ey Adəmoğlu! Peyğəmbərə nə cavab verdin?″ Yenə Abdullah bin Məsuddan rəvayət edilmişdir ki, o, sözünə andla başlayaraq belə dedi: ″Vallahi, sizlərdən elə bir kəs yoxdur ki, birinizin gordüyü dolğun Ay ilə baş-başa qaldığı kimi Rəbbi ilə təkbətək qalmasın. Sonra Allah ona belə buyurar: ″Ey Adəmoğlu! Mənim haqqımda səni nə aldatdı? Ey Adəmoğlu mənim üçün nə əməl etdin? Ey Adəmoğlu! Məndən nə qədər həya etdin? Ey Adəmoğlu! Peyğəmbərə nə cavab verdin? Ey Adəmoğlu! Sənə halal olmayana baxarkən Mən gözlərinin üzərində nəzarətçi deyildim mi? Sənə halal olmayan şeyləri dinləyərkən qulaqların üzərində Mən nəzarət etmirdim mi? Ey Adəmoğlu! Sənə halal olmayan şeyləri söyləyərkən Mən dilin üzərindəkilərdən xəbərsiz mi idim? Sən əllərinlə halal olmayan şeyləri tutarkən Mən onların üzərində gözətçi deyildim mi? Ayaqlarınla sənə halal olmayan yollara gedərkən Mən onların üzərində nəzarət edən deyildim mi? Qəlbin sənə halal olmyan şeylərə durmadan maraq göstərərkən Mən qəlbinin üzərində hakim deyildim mi? Yoxsa sənə olan yaxınlığımı və sənə gücümün çatdığını inkar etdin?″
«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir» [ ən-Nisa, 103 ]
Azerislam.com - Müstəqil islam saytı. Bu layihə 1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir. Materiallardan istifadə etdikdə istinad vacibdir.