"...Ona bir yol tapa bilən insanın həcc etməsi Allahın insanlar üzərindəki haqqıdır."
[Ali İmran, 97]
Qiyamət günü Allaha insanlardan ən sevimlisi və məkan olaraq da Allaha ən yaxın olanı ədalətli imamdır. Qiyamət günü Allaha insanlardan ən mənfuru və Ondan məkan olaraq ən uzaq olanı da zalım sultandır.
[Tirmizi, Əhkam, 4/1329]
Müsəlmanın iki bayramı var: Biri QURAN, O biri QURBAN!
[Özlü sözlər]
ƏN YAXIN QOHUMLAR BELƏ BİR-BİRİNDƏN QAÇAR
[ Azerislam.com / 11725 dəfə baxılıb ]
|
O qorxu, dəhşət, titrəmə, yalqızlıq və çaşqınlıq üzündən övlad, qardaş, bacı, ər, yoldaş və qohumlarının səndən qaçdıqları, sənin də onların hamısından qaçdığın o anı düşün! Gör bir o gün nücə olacaq ki, bir-birinizi üzüstə və yardımsız buraxacaqsınız! Əgər o günün böyük qorxusu olmasaydı, anandan, atandan, yoldaşından, uşaqlarından qaçmağın mərdlik və fədakarlıq salılmazdı. Fəqət təhlükə böyük, qorxu şiddətlidir. Buna görə də nə sən onlardan qaçdığın üçün qınanılırsan, nə də onlar səni qınayarlar.
Nəyə görə digər insanlardan deyil, əsasən bunlardan qaçarsan? Onlara hirsləndiyin üçünmü? Necə onlara hirslənərsən və ya onlar sənə hirslənərlər? Əslində isə onlar dünyada ikən gözünün nurları, ciyərparələrin idilər. Fəqət indi onlardan birinin səndə bir haqqı qalıb yaxana yapışaraq Əziz və Cəlil olan Allahın hüzuurnda səninlə hesablaşmasından qorxarsan. Daha sonra bəlkə haqqını qazanaraq qurtuluş ümüdinolan yaxşı əməllərindən onlara verilər. Beləcə də savablarından ayrılıb və bu uzdən də Cəhənnəmə girərsən. Bax, onlardan qaçış səbəbinin başında bunlar gizlənəcək.
«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir» [ ən-Nisa, 103 ]
Azerislam.com - Müstəqil islam saytı. Bu layihə 1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir. Materiallardan istifadə etdikdə istinad vacibdir.