"...Ona bir yol tapa bilən insanın həcc etməsi Allahın insanlar üzərindəki haqqıdır."
[Ali İmran, 97]
Qiyamət günü Allaha insanlardan ən sevimlisi və məkan olaraq da Allaha ən yaxın olanı ədalətli imamdır. Qiyamət günü Allaha insanlardan ən mənfuru və Ondan məkan olaraq ən uzaq olanı da zalım sultandır.
[Tirmizi, Əhkam, 4/1329]
Müsəlmanın iki bayramı var: Biri QURAN, O biri QURBAN!
[Özlü sözlər]
BİRDƏN SIRATDAN YIXILSAN...
[ Azerislam.com / 10213 dəfə baxılıb ]
|
Səni dəhşətə salan qorxu ilə və öz zəif bədəninlə Sırat körpüsünün üzərindən keçməyini təsəvvür et! Əgər qəzəbə tuş gəlmiş və bağışlanmamısansa, birdən-birə ayağının Sıratdan sürüşdüyünü görərsən. Əgər Allah səni qorumazsa, ayağın Sıratın üzərində sürüşərkən halını düşün. O zaman öz-özünə ″Əbədi olaraq məhv olub getdim!″ deyərsən. Ağlın çaşar. Sonra o biri ayağın da sürüşər. Başı aşağı yuvarlanarsan. Ayaqların Sıratdan birdəfəlik üzülər. Dəmir qarmaqların dərinə və ətinə batmasından başqa bir şey hiss etməzsən. Onlar vasitəsilə atəşə doğru dartılarsan. Atəş isə sənin üzərinə amansızcasına hücum edər.
Cəhənnəm öz Rəbbinin qəzəbi üzündən qabarmış, şahə qalxmış bir haldadır. Atəş səni çəkdikcə sən Sıratdan daha aşağıya doğru enərsən. Atəşin hərarətini hiss etdiyin anda ″Məhv oldum! Həlak oldum!″ deyə fəryad edərsən. Peşmanlıq və təəssüf bütün qəlbini bürümüşdür. Hələ ölməmişdən əvvəl və dünyada ikən Əziz və Cəlil olan Allahı razı etməyi, Onun xoşlamadığı hər şeydən əl çəkməyi və beləcə də səni bağışlamasını əbəs yerə təmənna edərsən.
Nəhayət sən atəşin ortasına çatınca alovlar sənin üstünü tamamən örtər. Ürəyinin həsrət və müdhiş bir peşmanlıq hissi son nöqtəsinə çatar. Sən Cəhənnəmə atıldığın anda şişərsən. Üzüquylu Cəhənnəmə yuvarlanaraq fəryad və fəğan etdiyin anda Əziz və Cəlil olan Allah Cəhənnəmdən ″Doldun mu?″ deyə soruşar. Sən həm Cənabı Haqqın səslənməsini, həm də Cəhənnəmin bu cavabını eşidərsən: ″Yenə də var mı?″ (Qaf surəsi: 30) Sən atəşin içində ikən, alovlar vücudunu bürümüşkən və bütün bədənin başdan-başa yaralar içində ikən Uca Allah: ″Boş yerin var mı?″ deyər. Sonra çox keçməz ki, vücudun axar, ətlərin tökülər, sadəcə sümüklərin qalar. Daha sonra atəş daxilinə hücüm edər. Orada nə varsa, hamısını yeyib qurtarar. Sən fəryad edərsən, atəş isə ciyərlərinin içinə girər. Ciyərlərinin halını təsəvvür edə bilərsən? Sən ağlayaraq peşmançılığını hayqırdığın anda belə artıq sənə heç kimin yazığı gəlməz. Bir daha günaha dönməyəcəyinə söz verib tövbələr etsən də, nə tövbən qəbul edilər, nə də fəryadına bir cavab verilər.
«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir» [ ən-Nisa, 103 ]
Azerislam.com - Müstəqil islam saytı. Bu layihə 1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir. Materiallardan istifadə etdikdə istinad vacibdir.