"...Ona bir yol tapa bilən insanın həcc etməsi Allahın insanlar üzərindəki haqqıdır."
[Ali İmran, 97]
Qiyamət günü Allaha insanlardan ən sevimlisi və məkan olaraq da Allaha ən yaxın olanı ədalətli imamdır. Qiyamət günü Allaha insanlardan ən mənfuru və Ondan məkan olaraq ən uzaq olanı da zalım sultandır.
[Tirmizi, Əhkam, 4/1329]
Müsəlmanın iki bayramı var: Biri QURAN, O biri QURBAN!
[Özlü sözlər]
İSRAFİLİN SURUNUN SƏSİ
[ Azerislam.com / 13574 dəfə baxılıb ]
|
Sonra sən də daxil olmaqla bütün yaradılanlar Allahın hüzuruna zillət və qorxu içərisində toplanması üçün bir müdhiş səslə diksinəcəkdir. Bu, İsrafilin Surunun səsidir!
Bu səsin qulaq və ağılın üzərindəki təsirini düşün! Uca Yaradanın hüzuruna çağrıldığını anlayırsan. Bu səsin təsirindən yerindən dik atılmış və saçların ağarmışdır. Çünki bu səs əzəmət və mərhəmət sahibi Allahın hüzuruna toplanmağa çağırmaqdadır. Sən də bu səsi eşitdiyin üçün qorxu içindəsən. Və qəflətən başının üstündəki torpağın yarıldığını hiss edirsən.
Məzarının torpağı ilə təpəndən dırnağınadək toz-torpaq içində sıçrayıb ayağa qalxarsan. Ğözlərin səsin gəldiyi tərəfə dikilmişdir. Səninlə birlikdə bütün yaradılanlar uzun müddət bəla və imtahan gördükləri qəbirlərinin toz-torpağına bulaşmış halda elə dəhşətli bir görkəmdə ayağa qalxarlar ki... Özünün və onların birlikdə qəbirlərinizdən diksinib qalxmağınızı ğöz önünə gətir!
«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir» [ ən-Nisa, 103 ]
Azerislam.com - Müstəqil islam saytı. Bu layihə 1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir. Materiallardan istifadə etdikdə istinad vacibdir.