"...Ona bir yol tapa bilən insanın həcc etməsi Allahın insanlar üzərindəki haqqıdır."
[Ali İmran, 97]
Qiyamət günü Allaha insanlardan ən sevimlisi və məkan olaraq da Allaha ən yaxın olanı ədalətli imamdır. Qiyamət günü Allaha insanlardan ən mənfuru və Ondan məkan olaraq ən uzaq olanı da zalım sultandır.
[Tirmizi, Əhkam, 4/1329]
Müsəlmanın iki bayramı var: Biri QURAN, O biri QURBAN!
[Özlü sözlər]
YÜKSƏLƏN QIĞILCIMLAR
[ Azerislam.com / 8988 dəfə baxılıb ]
|
Cəhənnəm atəşi onları yaxalamaq üçün durmadan coşub qaynamaqda və körpü üzərində olan məxluqatın başlarına qədər qığılcımlar püskürməkdədir. Vəzifələndirilmiş mələklər insanlara qarmaqlar atıb çəkməkdə, atəş isə onları udmaq arzusu və həsrəti ilə kükrəyib hayqırmaqdadır. Atəşin qığılcımları insanların alnınadək sıçrayıb çatmaqda və onları Cəhənnəmin dibinə qədər çəkməkdədir. İnsanlar artıq qurtuluşlarından ümüdlərini üzmüş vəziyyətdə fəryad və fəğan etməkdədirlər.
Alov dilimlərinin ta başlarının bərabərinə qədər çıxmasından aşağıya doğru yuvarlanmaqda və ″Məhv olduq! Həlak olduq!″ deyə bağırışmaqdadırlar. Sən də ″ayağım sürüşər körpüdən yıxılaram, düşüb bədənim parça-parça olar, atəş məni də udar″ qorxusu içərisində onlara baxmaqdasan.
«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir» [ ən-Nisa, 103 ]
Azerislam.com - Müstəqil islam saytı. Bu layihə 1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir. Materiallardan istifadə etdikdə istinad vacibdir.