"...Ona bir yol tapa bilən insanın həcc etməsi Allahın insanlar üzərindəki haqqıdır."
[Ali İmran, 97]
Qiyamət günü Allaha insanlardan ən sevimlisi və məkan olaraq da Allaha ən yaxın olanı ədalətli imamdır. Qiyamət günü Allaha insanlardan ən mənfuru və Ondan məkan olaraq ən uzaq olanı da zalım sultandır.
[Tirmizi, Əhkam, 4/1329]
Müsəlmanın iki bayramı var: Biri QURAN, O biri QURBAN!
[Özlü sözlər]
CƏHƏNNƏMİN KÜKRƏYİŞİ
[ Azerislam.com / 10421 dəfə baxılıb ]
|
Sonra Uca Allah: “Ey Cəbrayıl, Cəhənnəmi mənə gətir!” buyurar. Cəbrayıl gedib: “Ey Cəhənnəm, gəl!” dediyi zaman Cəhənnəmim halını düşün! Allahın başqa bir varlıq yaradıb ona da əzab verəcəyinin qorxusuyla titrəməsini təsəvvür et! Çalxalanıb coşduğu və məxluqata baxıb kükrədiyi anı bir düşün! Allahın əmrinə müxalif olub asi olanlara qarşı Rəbbinin qəzəbinə görə coşaraq məxluqatın üzərinə hücum edərkən gözətçilərini sürüklədiyini xəyal et. İç çəkmək və kükrəmək səsini, dalğalanaraq bir-birinin arxasınca gələn hənirtiləri düşün! Qulağın o uğultularla dolmuşdur. Qorxu və heybətdən ürəyin ağzına gəlmiş və yerindən qopacaq hala gəlmişdir. Bütün məxluqat üstlərinə kükrəyib, hücüm edən Cəhənnəm atəşlərindən şiddətlə qaçarlar.
Bax, o gün çığırışma və qarşılıqlı fəryad günüdür. Cəhənnəmin yanmaq səsini eşidəndə arxalarına dönüb qaçarlar və bir-birilərinin dalına, Cəhənnəmin ətrafına, diz üstə çökmüş vəziyyətdə səpələnərlər və gözlərindən yaşlar axar.
«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir» [ ən-Nisa, 103 ]
Azerislam.com - Müstəqil islam saytı. Bu layihə 1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir. Materiallardan istifadə etdikdə istinad vacibdir.