CƏHƏNNƏMİN KÜKRƏYİŞİSonra Uca Allah: “Ey Cəbrayıl, Cəhənnəmi mənə gətir!” buyurar. Cəbrayıl gedib: “Ey Cəhənnəm, gəl!” dediyi zaman Cəhənnəmim halını düşün! Allahın başqa bir varlıq yaradıb ona da əzab verəcəyinin qorxusuyla titrəməsini təsəvvür et! Çalxalanıb coşduğu və məxluqata baxıb kükrədiyi anı bir düşün! Allahın əmrinə müxalif olub asi olanlara qarşı Rəbbinin qəzəbinə görə coşaraq məxluqatın üzərinə hücum edərkən gözətçilərini sürüklədiyini xəyal et. İç çəkmək və kükrəmək səsini, dalğalanaraq bir-birinin arxasınca gələn hənirtiləri düşün! Qulağın o uğultularla dolmuşdur. Qorxu və heybətdən ürəyin ağzına gəlmiş və yerindən qopacaq hala gəlmişdir. Bütün məxluqat üstlərinə kükrəyib, hücüm edən Cəhənnəm atəşlərindən şiddətlə qaçarlar. Fəsillərə qayıt... ( https://www.azerislam.com/index.php?lngs=aze&cats;=1&ids;=563 ) Azerislam.com |