"...Ona bir yol tapa bilən insanın həcc etməsi Allahın insanlar üzərindəki haqqıdır."
[Ali İmran, 97]
Qiyamət günü Allaha insanlardan ən sevimlisi və məkan olaraq da Allaha ən yaxın olanı ədalətli imamdır. Qiyamət günü Allaha insanlardan ən mənfuru və Ondan məkan olaraq ən uzaq olanı da zalım sultandır.
[Tirmizi, Əhkam, 4/1329]
Müsəlmanın iki bayramı var: Biri QURAN, O biri QURBAN!
[Özlü sözlər]
″QATIMIZDA DAHA ÇOXU VARDIR!″
[ Azerislam.com / 7807 dəfə baxılıb ]
|
Siz bu şəkildə sevincli və nəşəli ikən birdən başqa bir sarayından başqa bir huri sənə səslənər: ″Ey Allahın dostu, bizim səndən nəsibimiz yoxdurmu? Bizim üçün darıxmaq zamanı gəlmədimi?″ Sən onun səslənişinə sualla cavab verərsən: ″Allah sənə xeyir versin, bəs sən kimsən?″ Sənə belə cavb verər: ″Mən Əziz və Cəlil olan Allahın haqqımda belə buyurduğuyam: ″Orada onlar üçün istədikləri hər şey hazırlanmışdır. Üstəlik dərgahımızda bundan da artığı vardır.″(Qaf surəsi: 35) Bundan sonra sən onun yanına gedərsən. Beləcə saraylarındakı ölməz uşaqlar və itaətkar xidmətçilər arasında zövcələrini tək-tək ziyarət edərək sonsuz bir nemət və mükəmməl bir sevinclə dolaşarsan. Hər cür sıxıntı artıq çoxdan səndən uzaqlaşdırılmışdır. Bütün əksikliklər üzərindən götürülmüşdür. Hər cür kirdən paklanmısan. Orada ayrılıq nədir biməzsən. Çünki Uca Allah qəlbinə yönələrək üzüntülərə belə buyurmuşdur: ″Buradan yox olun və əbıdi olaraq geri dönməyin!″ Sevincə isə əmr edərək belə buyurmuşdur: ″Burada yerləş və əbədi olaraq tərk etmə!″ Xəstəliklərə belə buyurmuşdur: ″Bədəndən uzaqlaş və əbədi olaraq ona geri gəlməyin!″ Sağlamlığa isə belə buyurmuşdur: ″Bədənə yerləş, heç bir zaman uzaqlaşma!″
«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir» [ ən-Nisa, 103 ]
Azerislam.com - Müstəqil islam saytı. Bu layihə 1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir. Materiallardan istifadə etdikdə istinad vacibdir.