Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

"...Ona bir yol tapa bilən insanın həcc etməsi Allahın insanlar üzərindəki haqqıdır."

[Ali İmran, 97]


Qiyamət günü Allaha insanlardan ən sevimlisi və məkan olaraq da Allaha ən yaxın olanı ədalətli imamdır.
Qiyamət günü Allaha insanlardan ən mənfuru və Ondan məkan olaraq ən uzaq olanı da zalım sultandır.

[Tirmizi, Əhkam, 4/1329]


Müsəlmanın iki bayramı var:
Biri QURAN,
O biri QURBAN!

[Özlü sözlər]

ÖLÜMSÜZLÜK YURDUNA İLK ADDIM

Artıq bu, əzab və ölümdən qurtulduğuna əmin olaraq ölümsüzlük torpağına atdığın ilk addımdır. Sən müşk torpağın üzərində və zəfəran bağçası içərisində addım-addım irəliləyirsən. Gözlərini ağacların gözəlliyindən və gördüyün mənzərənin valehedici görünüşündən çəkə bilmirsən. Sən elə beləcə zəfəran bağçalarında və müşk yığınları içərisində Cənnət torpaqlarınə gəzərkən birdən Cənnətdəki zövcələrinə, uşaqlarına və xidmətçilərinə – Ali ibn Əbu Talibin dediyi kimi - ″Filan adam gəldi!″ deyə səslənərlər. Onlar da səni qarşılamağa gələrlər. Eynilə bu dünyada itmiş bir yaxın adam tapılarkən necə sevinc yaşanarsa, onlar da sənin gəlişindən elə sevinərlər.

Sən öz saraylarına baxarkən birdən onların gözəl səslərini və xoş qarşılayışlarını eşidərsən. Buna görə sevincindən sanki uçmaq istəyərsən. Onların sənin haqqındaki təzahürat səslərini eşidərkən hiss etdiyin sevincdən çaşqın halda ikən uşaqlar sənə doğru sürətlə qaçarlar. Cənnət uşaqları sənin ətrafında səf qurarlar. Onlar sənə doğru gələrkən səbirsizlikdən zövcələrini bir təlaş bürüyər. Hər birisi sənin gəldiyini görüb bir-birilərinə xəbər verərlər. Səni qarşılamazdan əvvəl xidmətçilər səni görərlər və dönərək zövcənin yanına gəlib gəlişini ona deyərlər. Sənin gəliş müjdəni eşidən hər bir zövcən xidmətçisindən: ″Sən doğrudan da onu gördünmü?″ deyə soruşaraq gözlərinə inanmayacaqlar. Əgər Allah çadırlarından çıxmalarını onlara izn versəydi səni qarşılamaq üçün özləri cıxardılar. Qurani-Kərimdə Rəbbimiz belə buyurur: ″Otaqlar içində sahiblərinə təhsis edilmiş hurilər vardır″ (Rəhman surəsi:72)
Əllərini qapılarının kənarına dayayıb başlarını çölə çıxararlar və sənin çöhrənin nə zaman görünəcəyini, bu uzun sürən həsrətinin nə zaman bitəcəyini, gözlərinin nuru, rahatlıq qaynaqları, Rəbblərinin dostu və Mövlalarının sevgilisini görəcəkləri anı dörd gözlə izləyərlər.

Sən isə bu anlarda saraylarının parlaq gözəlliyinə baxaraq müşk təpələri və zəfəran bağçaları arasında gəzinərsən. Hüzuruna gələn ilk uşağı elə böyük görərsən ki, Rəhmanın mələklərindən biri sanarsan. O sənə belə deyər:″Ey Allahın dostu! Mən sadəcə sənin bir xidmətçinəm. Sənin əmrinə verildim. Məndən başqa hələ yetmiş min xidmətçin vardır.″ Sonra parlaqlıq və nurlarıyla xidmətçilərin biri-birini təqib edərlər. Hər biri səni dərin hörmətlə salamlayarlar.




Azerislam.com
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:01
GÜNƏŞ06:45
ZÖHR [ 4 rükət ]13:47
ƏSR [ 4 rükət ]17:38
MƏĞRİB [ 3 rükət ]20:47
İŞA [ 4 rükət ]22:25
GECƏYARI00:54
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka