"...Ona bir yol tapa bilən insanın həcc etməsi Allahın insanlar üzərindəki haqqıdır."
[Ali İmran, 97]
Qiyamət günü Allaha insanlardan ən sevimlisi və məkan olaraq da Allaha ən yaxın olanı ədalətli imamdır. Qiyamət günü Allaha insanlardan ən mənfuru və Ondan məkan olaraq ən uzaq olanı da zalım sultandır.
[Tirmizi, Əhkam, 4/1329]
Müsəlmanın iki bayramı var: Biri QURAN, O biri QURBAN!
[Özlü sözlər]
″SALAM, EY DOSTLARIM!″
[ Azerislam.com / 8935 dəfə baxılıb ]
|
Uca Allah sözlərinə belə davam edər: ″Xoş gəldiniz, ey qullarım, ziyarətçilərim, yaratdıqlarımın ən xeyirliləri, Mənə verdikləri zözü yerinə yetirənlər, öyüdlərimə əməl edənlər, Məni görmədikləri halda haqqımı qoruyanlar, hər hallarında Mənə qarşı ürpərti içində olanlar! Vücudlarınızda sizlərdən razı olmamın əlaməti olaraq zəhmət və məşəqqət izlərini gördüm. Zamanınızda hökm edənlərin sizə qarşı etdiklərini müşahidə etdim. İnsanların əzab və cəfası sizə Mənim haqqımı yerinə yetirməyə mane olmadı. İstəyin, Məndən nə istəyirsiniz!″ O anda onları bir görə bilsən… Bu sözləri birbaşa tək sevgililəri olan Allahdan eşidirlər. Onlara dünyada ikən verdikləri sözü yerinə yetirdiklərini, Onun haqqını qoruduqlarını və davamlı olaraq Ondan qorxduqlarını xatırladır. Onlar da Rəbblərinin rizası üçün etdikləri yaxşılıqların boşa getmədiyini, qorxularının mükafatlandırıldığını və salamlarla qarşılandıqlarını eşidərkən sevincdən sanki uçacaq kimi olarlar. Elə dünyada da yalnız bu arzu və istəklə Ona qulluq etmişdilər. Ona itaətdə qüsur etmədikləri və Ondan qorxmaqdan bir an belə olsun vaz keçmədikləri üçün sevinc içindədirlər. Könüllərini dolduran bir sevinclə, əzəmət və cəlalına and içərək Onun haqqını layiqincə yerinə yetirə bilmədiklərini bəyan edərlər. Bununla Allaha təzim və nemətlərinin çoxluğunu ifadə etmək istəyərlər. Çünki Allah onları Cənnətiylə mükafatlandırmışdır. Eyni zamanda, Özünün ziyarəti, yaxınlığı və kəlamlarını dinləməklə şərəfləndirmişdir.
«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir» [ ən-Nisa, 103 ]
Azerislam.com - Müstəqil islam saytı. Bu layihə 1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir. Materiallardan istifadə etdikdə istinad vacibdir.