Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

"...Ona bir yol tapa bilən insanın həcc etməsi Allahın insanlar üzərindəki haqqıdır."

[Ali İmran, 97]


Qiyamət günü Allaha insanlardan ən sevimlisi və məkan olaraq da Allaha ən yaxın olanı ədalətli imamdır.
Qiyamət günü Allaha insanlardan ən mənfuru və Ondan məkan olaraq ən uzaq olanı da zalım sultandır.

[Tirmizi, Əhkam, 4/1329]


Müsəlmanın iki bayramı var:
Biri QURAN,
O biri QURBAN!

[Özlü sözlər]

SARAYLARA DÖNÜŞ

[ Azerislam.com / 8952 dəfə baxılıb ]   
|
 
Allah sevgili qullarını Özünü sery etdirməklə sevindirib, yaxınlığı ilə şərəfləndirib, birbaşa Özü ilə danışmaq və mübarək sözlərini dinləməklə nemətləndirəndən sonra geri dönmələri üçün onlara izn verər. Onlar da dönüb inci və yaqutla bəzədilmiş atlarının yanına gələrlər. Üzləri əvvəl olduğundan daha çox sevinclə nur saçar. Izzət və cəlal sahibi olan Allahı görən və Onun mübarək kəlamını eşidən üzləri nə zənn edərsən? Onların gözəllikləri və camalı qat-qat artar və parlaqlığa qərq olarlar.

Yollarına davam edərlər. Nəhayət saraylarını görərlər. Xidmətçiləri və Cənnət uşaqları onların gəlişini hiss edən kimi, hər biri öz sahibini qarşılamaq üçün sarayın qapısı ağzına qaçarlar. Sarayının qapısına catanda hamısı onun ətrafına cəm olarlar və onu otağına qədər müşayət edərlər. Saray və otağının qapısına çatarkən pərdədarlar böyük bir təzim və hörmətlə qapıları açarlar. Zövcələri onun qarşına çıxmaq üçün tələsərlər. Zövcəsi üzünün hüsnü-cəmalına baxaraq gözəllik, parlaqlıq və nurunun qat-qat artdığını görüb ona olan eşq və məhəbbətini daha da artırarlar. Sarayları, otaqları, qübbələri və zövcələri üzünün nur və camalı ilə parılayar. Onlar atlarından enər və saraylarının salonlarına doğru irəliləyərlər.
Bir müddət sonra dostlarının xoş və maraqlı məclisləri üçün darıxarlar. Həmin an miniklərinə minib biri-birlərini ziyarətə gedərlər. Cənnət çaylarının sahilində görüşərlər. Orada misk və kafur təpələri üzərində onlar üçün Cənnət xalıları döşənər. Dostlar sevinclə qarşı-qarşıya oturar və Cənnət içkiləri içərlər. Cənnət uşaqları Cənnətin şərab, süd, səlbəsil çaylarından qədəhləri dolduraraq Allah dostları üçün içəcəklər hazırlayarlar. Xidmətkarlar Cənnət əhlinə təqdim etmək üçün qədəhləri çaydan doldurarkən onlar ancaq Allahın bu nidasını duyarlar:
″Ey dostlarım! Dünyada bir çox zaman sizi susuzluqdan dodaqları çatlamış və boğazları qurumuş gördüm. İndi qarşılıqlı olaraq istədiyiniz qədər için və nemətlərinizin arasına dönün!″
″Keçmiş günlərdə etdiyiniz əməllərə görə nuşcanlıqla yeyin-için!″(Haqqə surəsi: 24)

İnsanların etdikləri yaxşı əməlləri təqdir edərək yada salan Rəbblərinin bu sözlərini eşitdikləri an qəlblərinin sevincini anlatmaq mümkün deyildir. Dünya əhlinin işki məclislərindən imtina etməyin əvəzinə Cənnətdə bu qədər nemətlərdən olan içəcəkləri nuş etməyə çağırılmaq necə də xoşdur!
Yaradanın sözlərini eşitmə həyəcanı ilə parlayan üzlərini bir görə bilsən… Gerçəkdən o, nə böyük məclisdir! O, nə müəzzəm bir topluluqdur!
Elə isə Rəbbinə müştaq olmağa, Onun tərəfindən sevilməyə səy göstər! Müvəffəqiyyət Allahın sayəsindədir və dönüş ancaq Onadır. Cənnət isə möminlərin girib qərar tutacağı yerdir.
Cənnət müttəqilərin mükafatı və könlü qırıqların sevincidir.
Qüvvət və qüdrət ancaq Əziz və Cəlil olan Allahın yardımı ilədir!




Azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:03
GÜNƏŞ06:46
ZÖHR [ 4 rükət ]13:46
ƏSR [ 4 rükət ]17:38
MƏĞRİB [ 3 rükət ]20:45
İŞA [ 4 rükət ]22:23
GECƏYARI00:54
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka