“Sən yəhudi və xaçpərəstlərin millətlərinə (dinlərinə) tabe olmayınca onlar səndən qətiyyən razı qalmayacaqdır. (Onlara) de: “Düzgün yol yalnız Allahın göstərdiyi yoldur!” Əgər sənə gələn elmdən (vəhydən) sonra onların (nəfslərindən gələn) istəklərinə uysan, o zaman səni Allahdan (Allahın əzabından) qoruyacaq nə bir dost, nə də bir köməkçi tapılar.”
[əl-Bəqərə 2:120]
"Hər kim bir qövümə bənzəsə o da onlardandır"
Buxari, İman
Məqsədindən uzaqlaşdırılmış bir dinə sarılmaq, sevdiyini əvvəlcə öldürüb sonra cəsədinə sarılmağa bənzəyir.
Son vəhy, Məkkədə, Hira dağında bir Ramazan gecəsi nazil olmağa başlamışdı. Biz möminlər vəhyin doğum ayı olduğu üçün Ramazanı “ayların sultanı” hesab etmişik. Çünki o, “sözlərin sultanı” olan vəhyin insanoğlunun qaralan üfüqünü aydınladan aydır. O halda Ramazan əslində Quran ayıdır və bu ay bütün müqəddəsliyini vəhydən alır. Ona görə də Ramazan, Quranla bütünləşmə ayı olmalıdır. Quran sadəcə əlimizdə və dilimizdə deyil, ürəyimizdə, ağlımızda, hər şeydən də əvvəl həyatımızda olmalıdır.
Ramazandır axı, qoy süfrələrimiz ruzili, bərəkətli olsun. Orucu da tutaq, Allah verəndən də yeyək. Bizə nə Somaliada acından ölürlər. Biz də bütün günü ac idik. Günorta vaxtı başqasının evindən, kafe və restoranlardan dadlı, ləzətli, ətirli yemək iyi gəlsə də, dodaqlarımız susuzluqdan çatlasa da, səbir etdik, oruc tutduq. İndi Allahın bizə verdikləri ilə baş başayıq

İnsanlığın taleyini dəyişən, ona oxumağı, dinləməyi, təslim olmağı öyrədən zaman kəsiyinə, ayların sultanı Ramazan ayına, min aya dəyər olan bir gecə olan Qədr gecəsinə dəyər vermək üçün oruc tutmaq, bu ibadət sayəsində əsl dəyərin nə olduğunu, əsl nemətin mənəviyyat olduğunu anlamaq üçün o gecəni yaşamaq - sözün həqiqi mənasında - YAŞAMAQ lazımdır...
İnanc yoxsullaşması, maddi yoxsulluqdan daha qorxulu nəticələrə varır. Beynəlxalq təşkilatlardan maddi yardım ala bilərsiniz. Lakin din və iman səfalətinə düçar olmusunuzsa hansı beynəlxalq təşkilatın qapısına gedəcəksiniz? İnanc yoxsulluğunu yalnız iman, əxlaq və ləyaqət zənginliyi ilə dəf edə bilərsiniz. Bax, Ramazan o zənginliyin qaynaqlarından biridir.
Günümüzün müsəlmanları, mömin olduqlarını iddia edənlər, yəni biz, islamı qəbul etmişlərin çox ehtiyac duyduğumuz bir şey var. Hamımızın həqiqi bir iman duyğusuna ehtiyacımız var. Saf, pak, sadiq, riyakarlıqdan uzaq, əskiksiz, nöqsansız, içimizi titrədə bilən, “Rəbbim, iman gətirdim” kəlməsini gerçəkdən söyləyə biləcəyimiz bir iman istəyirik. Bundan öncə isə, həqiqi bir tərbiyəvi imana ehtiyacımız var.
İmkansız”mı dedin? Bu mümkünmü dostum? Heç bu sənə yaraşarmı? Niyə Allah yoxmuş kimi danışırsan? Allah yoxmuş kimi danışmağın günah olduğunu bilmirsənmi? Yoxsa sən başladığın işlərə Bismillahsız başlayırsan?
Söz insandan öncə yaradıldı: Əvvəlcə kəlam, sonra isə İnsan. Elə məhz ona görə də kəlam insandan böyükdür. Allah “OL!” dedi, bütün varlıq aləmi də əmrə təslim olaraq “olmağa” başladı. “Olunca” da zikr və təqdis edərək Rəbbinə ibadət etdi. Günəş şüası, ay nuru, yer təvafı, gül ətri... İNSAN QULLUĞU ilə ibadətdədir.
Bu ilahi mesajın da digərləri kimi ilk muxatabı Rəsulullahdır. Allah aləmlərə rəhmət olaraq göndərdiyi Rəsuluna vəyhlə əmrlərini bildirmiş, Rəsulullah da bu ilahi əmrlərə tabe olaraq onu yaşam tərzinə çevirmişdir. Rəsulullah hər ayəni yaşayaraq, həyatına tətbiq edərək bizə çox gözəl bir örnək olmuşdu.
Kainatda nə varsa suda yaşadı öncə, Üstümüzdən su keçər doğulunca, ölüncə ...