Ey iman gətirənlər! Allah xatirinə ədaləti qoruyan şahidlər olun. (Hər hansı bir) camaata qarşı olan kin-küdurət sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır. Allahdan qorxun! Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır.
[Maidə, 8]
Harada olursansa ol, Allahdan qorx və təqva duyğusu içində ol! Bir günaha düşmüsənsə, dərhal ardından bir yaxşılıq et ki, o günahını silsin. İnsanlarla olan davranışlarında da gözəl əxlaqdan heç ayrılma!
Rəbbimiz bizə vicdan verib, vicdanımız bizə doğrunu və yanlışı göstərir. İmam Cəfər Sadiqin ifadəsi ilə desək "Vicdan daxilimdəki peyğəmbər, peyğəmbər məndən kənardakı vicdandır". Vicdanın səsini dinləyə bilməyimiz, onun varlığı Allahın quluq etməyimiz üçün kifayət idi. Lakin Allahın lütfü genişdir. O, vicdanla yanaşı bizə ağıl da, iradə də verdi.
Geniş yayılmış dini zehniyyətə görə, Firon “iman etməmənin” tipik xarakteridir. Çünki Musa ona həqayiqi-imaniyyəni (iman həqiqətlərini) gətirmiş, fəqət o, imana yaxın gəlməmişdir. Ömrü boyunca imana gəlməmiş, ən axırda boğularkən, “son dədiqə imanı” izhar etsə də qəbul edilməmişdir.

Üzüldüyümüz zaman Allahın ən böyük olduğunu xatırlayıb təsəlli tapırıq. Ondan ayrı bir səadət və fəlakət təsəvvür etmədiyimiz üçün səfa halında da, cəfa halında da “Allahu Əkbər!” deyirik. Təəccüb etdiyimiz zaman əslində bizi çaşdıran şeyin Allah üçün çox bəsit, adi bir şey olduğunu növbəti dəfə xatırlayırıq.
Daim düşüncəli idi. Susmağı danışmağından uzun çəkərdi. Lazımsız yerə danışmazdı. Danışarkən nə həddindən artıq, nə də əksik söz işlədərdi. Dünya işləri üçün heç özündən çıxmazdı. Öz mənafeyi üçün əsla hirslənməz və qisas almazdı. Pis söz söyləməzdi. Bağışlamaqda səmimi idi, intiqam almazdı.
Bu fani dünyada nə əbədidir ki, səndən də ömür boyu bizimlə qalmanı istəyək? Nə vaxtsa bitəcək bütün nemətlər kimi sən də bitib gedirsən, ey RAMAZAN! Nə həddimizə sənə "dur, getmə" - deyək… Hələ səndən doymadıq, doya-doya ibadətlərimizi, tövbələrimizi, dualarımızı sığdıra bilmədik sənə, bir az da qal - deyək. Həddimizmi var?
Şeytanların bağlandığı, mələklərin dua etdiyi bu ayda hər kəs özünü daha yaxşı tanımağa başladı. Dünən etmədiyi gözəl əməllərində, axsatdığı nafilə ibadətlərində şeytanı günahlandırırdısa, bu gün özü ilə baş-başa qaldığında günahlandırmağa kimsəni tapa bilmədi. Ramazan hər kəsin önündə güzgü oldu. Bizə-bizi göstərdi. Kim olduğumuzu, kim olmaq istədiyimiz anlatdı.
Ağrı acılar müxtəlif olur. Məkanından, zamanından, şəxsindən və ya müxtəlif amillərdən asılı olurlar. Amma bütün insanlar ağrını iki əsas kateqoriyaya bölür, ağır və yüngül. Dözülə biləcək ən yüngül və asan ağrı, “başqasının ağrısıdır”. Niyə? Çünki o, başqasınındır. Başqasının ağrı-acısını hiss etmək incəliyi və bacarığı nə qədər insanda ola bilər? Əslində hamımızın bir-birinə borcudur ki, ağrılarımızı “başqalaşdırıb” yox etməyək. Bir haqsızlığı başqalaşdırıb haqq qazandırmayaq.
Fitrə zəkatını vermək hər bir imkanı olan müsəlmana vacibdir. Fitrə zəkatı bayram namazının başlamasına qədər verilməlidir. Ancaq bu qısa müddət ərzində ehtiyacı olan kimsəni tapa bilməmə ehtimalını nəzərə alaraq daha öncədən verilməsi daha məqsədə uyğundur. Fəqət fitrə zəkatını bayramdan sonraya saxlamaq olmaz.