"Hər ümmətin bir əcəli vardır. Onların əcəli gəldiyi zaman bircə saat belə nə yubanar, nə də qabağa keçə bilərlər."
[Əraf, 39]
Insanı həlak edən bu yeddi şeydən çəkinin: "Allaha şərik qoşmaq, sehr, Allahın haram qıldığı cana qıymaq, faiz yemək, yetim malı yemək, döyüşdən qaçmaq, günahsız və namuslu mömin qadınlara iftira etmək."
[Muslim, Iman, 144]
Gecə və gündüz var olduqca, haqq və batil də var olacaq.
QARABAĞ VƏ XOCALI FATEHLƏRİ GÖZLƏYİR
[ Aktual / 967 dəfə baxılıb ]
|
26 fevral 2010-cu il. Dünyada baş verən qətliyamlar içərisində analoqu olmayan bir faciədən, Xocalı faciəsindən 18 il ötür. Bütün Azərbaycan xalqı bu günü bir daha qan yaddaşında xatırladı. Minbərlər də susmadı. Xalqın mənəvi qidasını təmin edən məscidlərdən bu faciə bir daha yaddaşlarımızı təzələmək üçün xatırlandı. Bakımızın İlahiyyat məscidində İlahiyyat Elmləri Namizədi və saytımızın daimi teoloqları sırasında olan Elşad Mahmudov faciəni Uhud faciəsi ilə müqayisə edərək gerçək bir şüur oyadan məsələlərə toxundu.