Zamanın haqqını verməyən zaman qıtlığı ilə cəzalandırıldığı kimi, insanın haqqına riayət etməyən də dünyada insansızlıqla, axirətdə atəşlə cəzalandırılar. Qul haqqına riayət eyni zamanda insan əməyinə hörmətdir. Başqalarının sahib olduğu mala təcavüzlə yanaşı, eyni zamanda başqalarının zamanına, şəxsiyyətinə, şərəf və heysiyyətinə, tənəffüs edib udduğu havaya təcavüz də qul haqqına aiddir. Məsələn bağlı məkanda içilən siqaret, olduğunuz məkanda insanları narahat edən pis bir qoxu da qul haqqına təcavüzdür.
Qur’anın Qur’andan başqa Furqan, Bəyan, Zikr, Haqq, Ədl və digər adları da vardır. Bunlardan biri də “əl-Kitab”dır. Qur’anın, Qur’anda ən çox zikr edilən adı “əl-Kitab”dır. Kətəbə-yazmaq, katib-yazıçı, məktub-yazılmış vəsiqə kimi fərqli mənalara gələn bu kəlimənin kökü üç hərifdən ibarətdir. Bu kəlimə çoxmənalı bir kəlimə olub etimolojik olaraq karaə və karanə ilə qohum kəlmədir. “Kətəbə”nin bu mənalarından başqa yan-yana qoymaq və ya düzmək, tək başına mənası olmayan hərflərdən mənalı bir kəlimə meydana gətirmək kimi mənaları da mövcuddur.

Quranı oxuyanlar üç qrupa bölünürlər: Birincisi, anlamadan oxuyanlar. İkincisi, nə dediyini anlayaraq oxuyanlar. Üçüncüsü isə həm anlayan, həm də oxuduqlarını təfəkkür edərək oxuyanlar. Biz hansı qrupa daxilik? Necə oxuyuruq və ya heç oxuyuruqmu? Cəlaləddin Rumi anlamadan oxuyanlar haqqında belə demişdir: “Onlar ac olduqları halda yeməkləri çeynəyən, lakin udmadan ağızlarından çıxaranlardır. Quranı anlayaraq oxuyan və ayələrini təfəkkür edən isə yeməyi yeyən və onu həzm edərək faydalananlar kimidir. Heç anlamadan və düşünmədən yüz min dəfə Quranı oxusaq, yüz min dəfə yeməkləri ağzımıza alıb sonra çıxaran, beləcə də ac qalanlar kimi olarıq.”
Əsrlər boyu gündə beş vaxt oxunan azana diqqət etsək sübh azanı ilə digər vaxt oxunan azanlar arasında kiçik bir fərqin olduğunu görərik. Sübh azanda onu başqa azanlardan ayıran, ona başqa bir özəllik qatan əlavə bir cümlə var: "Əssalatu xayrum-minənnəvm Əssalatu xayrum-minənnəvm" Yəni: "Namaz yuxudan xeyirlidir, namaz yuxudan xeyirlidir".
Əsrimiz şəffaflıq, aşkarlıq əsridir. Elə bir aşkarlıq ki, sərhədləri dağıtmış, maneələri yıxmış, hüdudları qırmışdır. Süni peyklər və internet şəbəkəsi əsrindəyik. İnternet nə sərhəd tanıyır, nə də çərçivə bilir. Aşkarlıq deyərək çılpaqlaşmışıq. Meydana girməkdən başqa çıxış yolu yoxdur. İnsanların münasibətlərində o qədər ziddiyyətlərə rast gəlinir ki, hamısı da əsrimizdə bol olan meyllər və müxtəlif ideyaların nəticəsidir. Cürbəcür fikirlər, rəylər, təəssüratlar, buna da səbəb insanların boşboğazlıqlarıdır. Etiqad etdiyini də, etmədiyini də, anladığı ya anlamadığı, nə varsa danışırlar.
Quran xalqı oyatdı. İslamın ən böyük vəzifəsi, hər şeydən əvvəl cəmiyyət və düşüncədəki çöküş faktorlarını kökündən kəsməkdir. Təharət və nəcasətdə yeni bir hissə kəşf etmə, ziyarət yoluyla şəhid savabını qazanma, kəlam-fiqh çəkişmələriylə məşğul olma yerinə, silahını qapıb Fransız müstəmləkəçiliyini yox etməkdir. Əgər Quran, kitab olsa, oxunub aydın olsa, gündəmi İşğal etsə, əgər möminlərə "O danışır xitabı sənədir, qulaq asmalı, nə dediyini dinləyib qavramalısan" deyilsə, qurtuluş bağışlayar, izzətə çatdırar, oyandırıcı və quruluşçu olar...
Rəcəb və Şaban ayları, rəhmət ayı olan Ramazanı qarşılayan aylar olub Ramazan ayının müjdəçisidir. Dinimizdə ayrı bir dəyəri olan üç ayların müsəlmanlarda insani xüsusiyyətlərin kamilləşməsi və iradənin nəzarət altına alınması barəsindəki rolu danılmazdır. Çünki Rəcəb və Şaban aylarının bolluğundan və bu aylarda olan Mirac gecəsinin rəhmətindən istifadə edən bir müsəlman Ramazan ayında özünü hər cür pislikdən uzaq tutar və insani xüsusiyyətlərinin artmasına cəhd göstərər. Nəhayət Qədr gecəsindəki ibadət və tövbəsi ilə mənəvi həzzə çatar.
Qurani Kərimin ifadə etdiyi üslub, ifadə və təsvir imkanlarını dərk etmək üçün Quran Elmlərində müəyyən dərəcədə ixtisaslaşmaq lazımdır. Çox vaxt təfsir və tərcümələrdə mətnə bağlılığın, orijinallığın qorunub saxlanılmamasında əsl səbəb Quran Elmlərində müəyyən dərəcəyə çatmadan ondan məna, hökm çıxarılmasıdır. Qurani Kərimin bu geniş imkanlarını əldə etmək üçün onun dillə olan əlaqəsini, ərəb dili üzərində təsiri və eyni zamanda ondan təsirlənməsi yaddan çıxarılmamalıdır. Dinimizin, düşüncələrimizin özündə kəlam var, hətta bir izaha görə varlığın təməlində də kəlam var.