Ey iman edənlər!... Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin. Allahdan qorxun. Həqiqətən, Allahın əzabı şiddətlidir!
[Maidə, 2]
Müsəlman müsəlmanın qardaşıdır. Ona zülm etməz, onu (düşməninə) təslim etməz. Kim mömin qardaşına yardım edərsə Allah da ona yardım edər. Kim müsəlmanı bir sıxıntıdan qurtararsa Allah da onu Qiyamət günü sıxıntıların birindən qurtarar. Kim bir müsəlmanın qüsurunun üstünü örtərsə Allah da Qiyamət günü onun qüsurunu örtər.
[Buxari, Məzalim 3; Müslüm, Birr 58]
Yer, göy, su, atəş və başqaları "Allaha təslim olan" din qardaşlarımızdır. İradəli qardaşlarının başına bir iş gəldiyi zaman onun yardımına yetişərlər: Hz. Nuhun yardımına yetişən göy, Hz. İbrahimin yardımına yetişən atəş, Hz. Musanın yardımına yetişən su kimi…
“Vallahi, Allah mənə zövcə olaraq ondan daha xeyirlisini vermədi. İnsanlar məni inkar etdikdə o, mənə inandı, insanlar məni yalanladığında o məni təsdiqlədi, insanlar məni məhrum buraxdığında o malı ilə mənə yardım etdi. Allah digər xanımlarımdan deyil, yalnız ondan mənə uşaqlar nəsib etdi.”
Tövhidi anlamaq üçün İxlas surəsinin ehtiva etdiyi mesajı anlamaq lazımdır. Tövhid şirkdən təmizlənmədən anlaşılmaz. “La” deyilmədən "illallah" demək doğru deyil. Ona görə kəlməy-i tövhidin ilk kəlməsi “la”dir. Yəni başqa bir ilahi inkar etmək, Allahı tək və eşsiz görmək. Onu Əhəd, Saməd olaraq tanımaq və Ona heç bir şəkildə şərik qoşmamaq. İmanımızı ixlasla bütünləşdirək ki, ixlaslı iman edə bilək.
“Vallahi, Allah mənə zövcə olaraq ondan daha xeyirlisini vermədi. İnsanlar məni inkar etdikdə o, mənə inandı, insanlar məni yalanladığında o məni təsdiqlədi, insanlar məni məhrum buraxdığında o malı ilə mənə yardım etdi. Allah digər xanımlarımdan deyil, yalnız ondan mənə uşaqlar nəsib etdi.”
Tövhidi anlamaq üçün İxlas surəsinin ehtiva etdiyi mesajı anlamaq lazımdır. Tövhid şirkdən təmizlənmədən anlaşılmaz. “La” deyilmədən "illallah" demək doğru deyil. Ona görə kəlməy-i tövhidin ilk kəlməsi “la”dir. Yəni başqa bir ilahi inkar etmək, Allahı tək və eşsiz görmək. Onu Əhəd, Saməd olaraq tanımaq və Ona heç bir şəkildə şərik qoşmamaq. İmanımızı ixlasla bütünləşdirək ki, ixlaslı iman edə bilək.
Sevgi ağıl işi deyil, qəlb işidir. Hər sevgi belədir; çünki sevginin əsas qaynağı ağıl deyil, qəlbdir. Modern dünyanın müsəlmanları olaraq bizlər təəsüflər olsun ki, bəzən bunu unuduruq. Hər şeyi qəlbimiz ilə sevərkən iş Allaha və Rəsuluna gəlincə ən böyük "ağıl sahibi" oluruq, bu məsələni ağlımıza həvalə etmək istəyirik. Unutmamalıyıq ki, insan ağlı ilə anlayar, tanıyar; lakin ürəyi ilə sevər.
Başlanğıcın həm də son nöqtə olduğunu heç düşündünüzmü? Dünya dönüb başladığı yerə gəlib çatanda təvafı bitir... Sən də Dünyaya gələrkən həyatı təvaf etməyə gəldin. Dönüb hara gəldiyinə baxmaq istəyirsən, gördüyün sadəcə uzun bir yol olar. Amma unutma hara gedirsən get, nə qədər gedirsən get, sonun başlanğıca dönməkdir... Sən dönmək üçün yola çıxdığını unutmayan bir... müsafir olduğunu ağlından çıxartma. Geri dönüşün irəliyə getməklə mümkündür. Bunu da unutma... Doğuluş ölümə startdır. Finala çatmaq qələbə deyil. Qələbə, Cənnətə varmaqdır. Yolunuz açıq olsun!
Vahiy, “v-h-y = و- ح- ي” kökündən məsdər olaraq Quranda Allaha nisbət edildiyində Onun varlıqlarla danışması, onları fitrətlərinə görə nizamlayıb onlara vəzifələrini bildirməsi mənasına gəlir. Allahdan başqa varlıqlara nisbət edildiyində də işarə etmək, fısıldamaq, vəsvəsə vermək mənalarına gəlir. Bundan başqa vəhy edilən şeyə, yəni mesajın özünə də vəhy deyilir.
Surə insanın səadətini və fəlakətini öz əlləri ilə hazırladığını bəyan edir. Allah əsrə and içərək bizə ilahi bir həqiqəti bildirir: “Şübhəsiz ki, insanoğlu ziyandadır” və bu xəbərdarlıqdan sonra ziyandan xilas olanların kimlər olduğunu da xatırladır. Ziyandan xilas olmağın dörd şərti var: İman etmək, saleh əməl işləmək; haqqı və səbri tövsiyə etmək. Başqa sözlə desək: inanmaq, yaşamaq, paylaşmaq, dirənmək. İlki Allahın, ikincisi həyatın, üçüncüsü insaniyyətin, dördüncüsü həqiqətin haqqıdır. İlk ikisi fərdi, son ikisi ictimai məsuliyyətlə əlaqəlidir. Birincisi əqidəvi, qalanları əməlidir. İnsanoğlunun xilası bu dörd keyfiyyətə bağlıdır. Əks halda insan ziyandadır.
Kitabda insanlara bəyan etdiyimiz açıq-aydın dəlillər və doğru yol göstərən ayələr vəhy olunduqdan sonra onları gizli saxlayanlara həm Allah lənət edir, həm də lənət edə bilənlər lənət oxuyurlar! Bu (Quran) insanlar üçün bir bəyan, çəkinənlər üçün də bir hidayət və öyüddür. Bu Quran, Allahdan nazil olub, başqası tərəfindən yalan olaraq uydurulmayıb. Lakin o, özündən əvvəlkiləri təsdiqləyən və Kitabı müfəssəl olaraq açıqlayandır. Bunda heç bir şübhə yoxdur və aləmlərin Rəbbindəndir.
İnsan Rəbbinin Allah olduğunu, kitabının Quran olduğunu, dininin İslam olduğunu, Peyğəmbərinin Muhəmməd olduğunu öldükdən sonra "öyrənirsə" bu ona nə qədər faydalı olacaq ki? Əhliyyəti olmayıb maşını ilə divara çarpılıb ölən birinin üstündə bir polis əməkdaşının "Yol təhlükəsizliyi qaydaları"nı oxuduğunu düşünək: "Qırmızı işıqda duracaqsan, yaşıl işıqda hərəkət edəcəksən, dönərkən sağ və ya sol işqları yandıracaqsan. Sürəti artırmayacaqsan, diqqətli davranacaqsan..." Bunun qəza edən və qəzada ölən birinə nə qədər faydası var?!
Dünyada qüsursuz iki insan vardır: Biri ölmüşdür, digəri isə hələ doğulmamışdır.
«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir» [ ən-Nisa, 103 ]
Azerislam.com - Müstəqil islam saytı. Bu layihə 1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir. Materiallardan istifadə etdikdə istinad vacibdir.