Onlara nə olub ki, iman gətirmirlər və onlara Quran oxunduqda səcdə etmirlər?
[Əl - İnşiraq, 20-21]
Qiyamət günü Allaha insanlardan ən sevimlisi və məkan olaraq da Allaha ən yaxın olanı ədalətli imamdır. Qiyamət günü Allaha insanlardan ən mənfuru və Ondan məkan olaraq ən uzaq olanı da zalım sultandır.
[Tirmizi, Əhkam, 4/1329]
Müsəlmanın iki bayramı var: Biri QURAN, O biri QURBAN!
[Özlü sözlər]
FİTRƏ ZƏKATINI PULLA VERMƏK OLAR?
[ Oruc / 12829 dəfə baxılıb ]
|
Məlum olduğu kimi Ramazan ayının sonunda oruc tutan müsəlmanlar fitrə-zəkatı verirlər. Əksər oxuxularımızı isə bir sual daha çox maraqlandırır. Sual: - Fitrə zəkatını hansi ölçü ilə vermək lazımdır. Bildiyimiz ərzaq məhsulları müəyyən qiymətlər təşkil edir. Bunları nəzərə alıb hesablasaq, müxtəlif qiymətlər meydana cıxır. Ortaq məxrəc hansı olmalıdır? Məsələn: buğdanın 1 kg-ı 1000 AZM-dir, xurmanin 1kg-ı isə 9000 AZM-dir. Bu halda bir adamin fitrə pulu nə qədər olmalıdır.
Cavab: Fitrə zəkatını pulla vermək olmaz. Çünki bu zəkatı Peyğəmbərin (səllallahu aleyhi və səlləm) dövründə pulla verməzdilər. Bu zəkat un, xurma, kişmiş, düyü, buğda və başqa bu kimi ərzaq məhsullarından verilir. Bu zəkatın miqdarı adam başına üç kiloqramdır. Fitrə zəkatı kasıblara verilir. Bu zəkat elə qida məhsulundan və elə ölçüdə verməlidir ki, həmin imkansız ailə Ramazan bayramını bu qida məhsulları ilə qeyd edə bilsin. Təbii ki, biz fitrə zəkatı olaraq bir ailəyə yalnız düyü versək bu doğru olmayacaq. Axı bu ailə bayramı yalnız düyü ilə keçirə bilməz. Deməli qida məhsulları aldıqda da bu cür məsələlərə diqqət yetirmək lazımdır. Doğrusunu Allah bilir!
«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir» [ ən-Nisa, 103 ]
Azerislam.com - Müstəqil islam saytı. Bu layihə 1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir. Materiallardan istifadə etdikdə istinad vacibdir.