Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

"...Yaxşı işlər görməkdə bir-birinizlə yarışın..."

[Bəqərə, 148]


Xeyir işə vəsilə olan onu işləyən kimidir

[Tirmizi, Elm 14]


Vəhy, söz əxlaqına deyil, əməl əxlaqına dəvətdir.

[Hikmətli sözlər]

ƏFƏNDİM

[ Təfəkkür / 2043 dəfə baxılıb ]   
|
 




















Yoxluğunda sənin üçün darıxdıq.
Sənə dəyən rüzgar, səni kölgələndirən bulud üçün darıxdıq. Həsrət qalmağa, həsrət olamağı, sevməyə, sevilməyə, sevindirməyə, sevindirilməyə həsrət qaldıq, Əfəndim.
Eşqə, gözyaşına, xoş mərama, əxlaqa, ədəbə, ehsana, irfana, itaətə, fərasətə, bəsirətə, şücaətə, cəladətə, ədalətə, sevgiyə, məhəbbətə həsrət qaldıq.
İzzətə, hikmətə, fitrətə, şəfqətə, hörmətə, dövlətə həsrət qaldıq.
Səndən sonra təfriqə adətimiz, təqlid məzhəbimiz, cəhalət məktəbimiz, ətalət fitrətimiz, xurafat şöhrətimiz, xəyanət sifətimiz, həqiqəti gizlətmək sevimli vərdişimiz oldu.

Əfəndim
Sən özünü “abduhu və rəsuluhu: Onun qulu və elçisi” olaraq təqdim etmişdin. Sənə iman edən bəziləri sənə hörmət adı altında səni qulluqdan “qurtarıb” mələkləşdirərək əfsanələşdirdilər. Bu ifrata qarşı başqaları da təfritə uyub səni “gözəl örnək” olmaqdan çıxarıb bir “poçtalyon” , bir “vasitəçi” səviyyəsində görərək reallıqdan uzaqlaşdırdılar.
Onların hamısı sənə iman edirdi. Amma səni gerçəklikdən uzaqlaşdırmağın iztirabını yaşatdılar bizə. Bu işi göyə qaldıraraq və ya yerə basdıraraq etmələri nəticədə heç bir şeyi dəyişdirmədi.
Allah səni “gözəl örnək” olaraq göstərdi. Sən Quranın danışanı, yeriyəni, hərəkət edəniydin. Necə ki, bir ana bətnində bir damla suyun insana, bir ağacda suyun meyvəyə, bir arıda tozun bala, bir toyuqda darının yumurtaya, bir qoyunda otun südə çevrildiyi kimi, ayələr səndə həyata çevrilirdi.
Allah israrla səni örnək göstərdiyi halda, bəziləri israrla “kitab”ı, kitabları örnək göstərməkdə dirəndilər. Belə olması işlərinə yarayırdı, cansız bir nəsnəni örnək göstərməklə, canlı bir insanı örnək göstərmək eyni ola bilərmi heç?

Əfəndim
Kitabsızlıqdan deyil, “peyğəmbərsizlikdən” üzüldük. Yoxluğumuz peyğəmbər yoxluğu. Səni xatırladan, səni andıran insanların həsrətini çəkirik. Uşaqlarımız peyğəmbəri soruşarkən, “Övladım, onun əxlaqı eynilə filankəsin əxlaqı kimi idi” deyə biləcəyimiz insanlar yox deyiləcək qədər azdır.
İnsanlıq dastanına həmyaşıd olan uzun vəhy dönəmində dəfələrlə kitabsız peyğəmbər gəlsə də, heç bircə dəfə də “peyğəmbərsiz kitab” gəlməmişdi. Sayəmizdə yaşlı dünya ona da şahid oldu, Əfəndim, Peyğəmbərsiz kitaba, Muhamməd əleyhisalamsız Qur`ana şahid oldu.

Əfəndim, indi Qur`an boynubükük və yetimdir. Səninlə Qur`anın arasını eynilə ətlə dırnağı, torpaqla toxumu, anayla övladı biri-birindən ayırar kimi ayırdıq.
Gəl, bir bax, Əfəndim, bu məzlum ümmətin halı-əhvalına. Bizə əmanət qoyduğun din tanınmaz hala gəldi, qoyub getdiyin yolun xarabələrində bayquşlar uladı.
Elə gün yoxdur ki, ümmətin coğrafiyalarında fəryadlar yüksəlməsin, dalğa-dalğa qan axmasın.
Bir olaraq qoyub getdiyin ümmətinin neçə parçaya ayrıldığının sayını onu parçalayanlar belə unutdu.
Bizə qoyduğun mübarək mirası əhlikef mirasyeyənlər kimi parçalayaraq bölüşdük, Əfəndim. Nəbəvi mirasın irfani və əxlaqi qoluna bir qrup, elmi və fikri qoluna bir qrup, siyasi və ictimai qoluna isə daha başqa bir qrup sahib çıxdı. Yüzillərlə bütün bu qruplar əllərindəki parçanın “bütünün özü” olduğunu iddia etməklə ömür sürdülər. “Hər qrup əllərindəki parçayla öyünüb durdu.” Hamımız həqiqətin mərkəzində yalnız özümüzü görərək “haqq mənəm” dedik.
Halbuki, bəzən parçalanan həqiqət həqiqət olmaqdan çıxar. Aid olduğu bütün içərisində mənası olan bir parça o bütündən ayrıldığı zaman mənasızlaşa bilər. Təəssüf ki, bunun fərqinə vara bilmədik, Əfəndim.

Əfəndim

İsrailoğulları peyğəmbərlərini qətl edirdilər. Biz də sənin gözəl xatirəni, əmanətini, adını və sünnətini qətl etdik. Səni qətl etdik,
Əfəndim…
Bəzilərimiz üçün sən heç ölmədin, o bəxtiyarlar səni elə hey içlərində, işlərində, həyatlarında, düşüncələrində, duyğularında, əməllərində, evlərində yaşatdılar.
Bəzilərimiz üçünsə sən heç doğulmadın. Onlar səndən məhrum yaşadılar. “O balıqlar ki, dərya içindəydilər, dəryanı bilmədilər.”
Varlığının neçə baharı əvəz etdiyini bilməyənlər, yoxluğunun iztirabını necə duysunlar, əfəndim?
Səni çox sevirik, həsrətindəyik…
Bizdən çoxmu incimisən, Əfəndim?

Mustafa İslamoğlu, "Əfəndim" kitabından
Hazırladı: Fa`ni / Azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:36
GÜNƏŞ08:06
ZÖHR [ 4 rükət ]13:25
ƏSR [ 4 rükət ]16:17
MƏĞRİB [ 3 rükət ]18:42
İŞA [ 4 rükət ]20:08
GECƏYARI00:39
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka