Yaxşılıqla pislik eyni ola bilməz. Sən (pisliyi) yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxşı bir dost olar.
[Füssilət,34]
Hər yaxşılıq bir sədəqədir.
[Buxari, Ədəb kitabı]
Yaxşılıq yeganə libasdır ki, heç vaxt köhnəlmir.
[Henri Devid Toro]
ÖYRƏNDİM...
[ Təfəkkür / 2055 dəfə baxılıb ]
|
Sonsuz bir qaranlığın içindən doğuldum, işığı gördum, qorxdum. Ağladım. Zamanla işıqda yaşamağı öyrəndim. Qaranlığı gördüm, qorxdum. Gün gəldi sonsuz qaranlığa yola saldım sevdiklərimi... Ağladım...
Yaşamağı öyrəndim. Doğumun, həyatın bitməyə başladığı an olduğunu; aradakı bölümün, ölümdən oğurlanan zamanlar olduğunu öyrəndim.
Zamanı öyrəndim. Yarışdım onunla... Zamanla yarışılmayacağını, zamanla barışılmayacağını zamanla da öyrəndim...
İnsanı öyrəndim. Sonra insanların arasında yaxşıların və pislərin olduğunu... Sonra da hər insanın içində yaxşılıq və pisliyin olduğunu öyrəndim.
Sevməyi öyrəndim. Sonra güvənməyi... Sonra da güvənin sevgidən daha qalıcı olduğunu, sevginin güvənin sağlam çiyinləri üzərində qurulduğunu öyrəndim.
İnsanın bədənini öyrəndim. Sonra bədənin altında bir ruh olduğunu...sonra da ruhun əslində bədənin üzərində olduğunu öyrəndim...
Kainatı öyrəndim. Sonra kainatı aydınlatmanın yollarını öyrəndim. Sonunda kainatı aydinlada bilmək üçün əvvəl çevrəni aydınlatmaq lazım olduğunu öyrəndim.
Çörəyi öyrəndim. Sonra barış üçün çörəyin çoxalması lazım olduğunu sonra da çörəyin haqqını verməyin onu çoxaltmaqdan önəmli olduğunu öyrəndim.
Özümə yazmağı öyrətdim sonra...və bir müddət sonra yazmaq özümü öyrətdi mənə...
Düşünməyi öyrəndim. Sonra qəliblər içində düşünməyi öyrəndim. Sonra sağlıqlı düşünmənin, qəlibləri qiraraq düşünmək olduğunu öyrəndim.
Namusun önəmini öyrəndim... Sonra namusu olmayandan namus gözləmək namussuzluq olduğunu, əsl namusun isə günah əlinin altındaykən, günaha əl toxundurmamaq olduğunu öyrəndim.
Həqiqəti öyrəndim... Sonra həqiqətin acı olduğunu... Sonra acının yeməkdə olduğu qədər həyata da ləzzət qatdığını öyrəndim. Hər canlının ölümü dadacağını, amma sadəcə bəzilərinin həyatı dadacağını öyrəndim.
Mən dostlarımı nə qəlbimlə, nə də ağlımla sevirəm. Olar ki, qəlb durar... ağıl unudar...
Mən də dostlarımı ruhumla sevirəm. O nə durar, nə də ki, unudar.
Cəlaləddin Rumi
Bu yazını hazırlayıb bizə göndərən oxucumuza təşəkkür edirik. Azerislam.com