İnsana bəla üz verdikdə uzananda da, oturanda da, ayaq üstə olanda da Bizi çağırar. Bu bəlanı ondan sovuşdurduqda isə sanki ona üz vermiş bəladan ötrü Bizi çağırmamış kimi çıxıb gedər. Həddi aşanlara etdikləri əməllər beləcə gözəl göstərildi.
[Yunus, 12]
"Biriniz bir naqislik gördüyü zaman onu əli ilə dəyişdirsin. Əli ilə dəyişməyə gücü yetməzsə, dili ilə dəyişdirsin. Dili ilə dəyişdirməyə də gücü çatmasa qəlbiylə düzəltsin (yəni ona razı olmayıb, onu inkar etsin). Bu, imanın ən zəif dərəcəsidir."
[Səhih-i Müslim]
Çox asan görünər dərk etmək Onu, Lakin heyrət olar bu işin sonu. Böyük Yaradanı duymağa meyar Dəlildən, qiyasdan başqa nə olar?! Ağıl qiyas ilə çalışıb durar, Onu dərk etməkçün dəlil axtarar. Düşüncənə daha yol vermə artıq, Qarşına dağ çıxar, ya da qaranlıq. İdrakın çatırsa Vahid Allaha, «Nədir və necədir?» – soruşma daha. İşıq axtardığın alovlu şamdan Onun təkliyinə sübut taparsan.
Nizami Gəncəvi
DƏNİZİ SİZƏ RAM EDƏN KİMDİR?
[ Düşüncə gündəmi / 1494 dəfə baxılıb ]
"Göyləri və yeri yaradan, göydən yağmur endirən, o yağmurla sizin üçün ruzi olaraq meyvələr yetişdirən, əmri ilə dənizdə üzmək üçün gəmiləri sizə (sizin mənafeyinizə) tabe və çayları sizə ram edən Allahdır!" (14:32)
"Sizə öz qüdrət əlamətlərindən bəzisini göstərsin deyə, gəmilərin dənizdə Allahın lütfü ilə üzdüyünü görmürsənmi? Həqiqətən, bunda (əziyyətlərə) səbr, (Allahın nemətlərinə) çox şükür edən hər kəs üçün ibrətlər vardır!" (31:31)
"Məgər Allahın yerdə olanları (heyvanları), dənizdə Onun əmrilə üzən gəmiləri sizə ram etdiyini və Onun izni olmadan yerə düşə bilməməsi üçün göyü tutub saxladığını görmürsənmi? Həqiqətən, Allah insanlara şəfqətlidir, mərhəmətlidir!" (22:65)